Məhkəmə qərarları › İş №1(066)-94/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-94/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-94/2024 25.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.2002-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhslilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 20 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisindən Göygöl şəhər istiqamətinə olan yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmaqla, yəni sürücünün sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almağın mümkün ola biləcəyi ara məsafəsi seçməli olduğu halda, həmin tələbləri pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa dönmə əməliyyatı aparmasını görüb həmin avtomobili sağından ötmə əməliyyatı etmək istəyərkən yolun hərəkət hissəsindən kənarda üzü Gəncə şəhər istiqamətində dayanan “VAZ 21011” markalı, **-BD-*** nömrə nişanlı avtomobilin sağ yanından çırpılaraq idarə etməni itirərək “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsindən çırpılmış, hadisə zamanı “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol əlin İV barmağını qaldıran vətərin zədələnməsi, sol əlin arxa səthinin yarası, sol əlin yumşaq toxumalarının əzilməsi, sol qulaq və sağ diz oynağı nahiyyələrinin qançırları ilə müşayiət edilən az ağır bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Şahid4 məxsus “X8” markalı, **-EE-*** nömrə nişanlı avtomobili “BC” kateqaoriaylı, BD112938 nömrəli sürücülük vəsiqəsi ilə ƏN699024 nörməli etibarnamə əsasında idarə edir və onun istifadəsindədir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində həmin avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndindən keçən yol ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olmuşdur. Qarşısında isə “Khazar LX Minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa dönmə işığını yandırmaqla hərəkətdə olmuşdur. Həmin avtomobil dönmədə sola meyil edərək ani vaxtda sağa dönmə əməliyyatı etdiyi üçün o, qarşıdakı “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaq üçün avtomobilini sağa doğru yönəltmiş, lakin yolun sağına baxmadığı üçün yolun sağında hərəkətsiz dayanan Vaz 21011 markalı avtomobilin sağ yanı ilə toqquşmuş və idarəetməni itirərək əvvəlcə qarşısında dönmə əməliyyatı aparan “KHAZAR LX MİNİK” sedan markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Bundan sonra idarə etdiyi avtomobildə idarəetməni itirdiyi üçün və avtomobilin şarı açıldığı üçün haraya dəyməyini görə bilməmişdir. Əlavə olaraq bildirdi ki, yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olmamış, yol-nəqliyyat hadisəsi zamanı tək olmuşdur. Hadisə zamanı avtomobilin içərisində sağa sola dəydiyi üçün bədənində sıyrıqları olmuşdur. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl surəti təxminən 60 km/saat olmuşdur. Qarşısındakı “KHAZAR LX MİNİK” sedan markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşıdan dönməsini ani vaxtda görərək hadisə baş verməməsi üçün tormoz vermədən sağ istiqamətdə manevr etmiş, lakin həmin vaxt sağda dayanıqlı vəziyyətdə Vaz 21011 markalı avtomobil olduğu üçün həmin avtomobil ilə toqquşmuş, ondan keçərək “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra isə yolun sağında dayanmış “Opel” və “Ford” markalı avtomobillərə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü əlindən xəsarət almış, “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə aralarında qəza baş verməzdən əvvəl təxminən 70 metr məsafə olmuşdur. O, “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin surətini azaldaraq sağa işıq siqnalı versədə sola dönmə əməliyyatı apardığını düşünərək sağdan həmin avtomobili ötmək istəmiş, lakin həmin avtomobil sola meyl etdikdən sonra sağa dönmə əməliyyatı apardığı üçün həmin avtomobil ilə toqquşmamaqdan ötrü avtomobilini sağa manevr etdirmiş və sağda dayanan Vaz 21011 markalı avtomobili vuraraq itarəetməni itirmişdir və daha sonra “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan sonra avtomobilinin sükanında olan şar açıldığı üçün nə olduğunu bilməmişdir. Hadisədən sonra “X8” markalı, **-EE-*** nömrə nişanlı avtomobil ona geri qaytarılmışdır. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurulmuş ziyanı tam ödəmiş, zərəçəkmiş şəxs ona qarşı şikayət və tələblərinin olmadığına dair ərizələr vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində olan işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində “BC” kateqoriyalı AC-608751 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “KHAZAR LX MİNİK” sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə Göygöl rayonu, Üçtəpə kəndi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olduğu zaman sağa avtomobil təmiri məntəqəsinə dönmək üçün işıq siqnalı verdikdən sonra dönmə əməliyyatı etmək istəmişdir. Həmin vaxt arxadan surətlə gələn “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi gözləməyərək, arxadan ona çatmamış sağda dayanmış vəziyyətdə olan “Vaz 21011” markalı avtomobilə dəyərək zərbədə avtomobilini dayandıra bilməyib ona məxsus avtomobilin sağ yanı ilə toqquşmuşdur. Bundan sonra onun idarə etdiyi avtomobil zərbədən yolun sol hissəsinə sürüşmüşdür. Daha sonra onu vuran avtomobil yenədə surətini ala bilməyərək idarə etməni itirib avtomobil təmiri məntəqəsinin qarşısında dayanan sürülməyən vəziyyətdə olan Opel və Ford markalı avtomobillərə çırpılmışdır. Əlavə olaraq bildirdi ki, o, yol nəqliyyat hadisəsi baş verən zaman spirtli içkilərdən istifadə etməmişdir və sərxoş olmamışdır. Hadisə vaxtı onun yanında heç kəs olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı sol əlindən xəsarət almışdır. Göygöl rayonu Üçtəpə kəndi ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman sağa, yəni avtomobil təmiri məntəqəsinə dönməzdən əvvəl dönmə işığını yandıraraq sağa dönməyi ilə bağlı arxadakı avtomobillərə işarə vermişdir, lakin arxadan gələn avtomobil ara məsafəsini gözləmədiyindən və surət həddi çox olduğu üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Onunla toqquşan “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sürücü olduğunu görmüşdür və həmin sürücü də, yüngül xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən kafedə tanışları ilə çay içən zaman özünə məxsus “Vaz 21011 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi avtomobili kafenin qarşısında üzü gəncə şəhər istiqamətində yoldan solda, hərəkət hissəsindən kənarda saxlamışdır. Ani vaxtda küçədə gələn səslə geri baxdıqda Göygöl-Gəncə yolunda Göygöl şəhəri istiqamətində hərəkətdə olan “X8” sedan markalı **- EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun kənarında üzü Gəncə şəhəri istiqamətində saxladığı avtomobilin sağ yanından sürtərək keçməsini, həmin avtomobilin qarşısında kafeyə dönmək istəyən “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini vuraraq yolun Göygöl şəhər istiqamətində sol kənarına tulladığını və daha sonra yolun Göygöl şəhər istiqamətində sağ hissəsində kafenin və avtomobil təmiri məntəqəsinin qarşısında olan Opel və Ford markalı avtomobillərə çırpıldığını görmüşdür. Hadisənin baş verməsinə səbəb Göygöl şəhəri istiqamətində hərəkətdə olan “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etməsi olmuşdur. Belə ki, “X8” sedan markalı **-EE-*** nömrə nişanlı avtomobili onunla eyni istiqamətdə hərəkətdə olan “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sağından ötmə əməliyyatı etmək istədikdə ilk olaraq yolun hərəkət hissəsindən kənarda dayanmış onun avtomobilinə çırpılmışdır. Bundan sonra idarəetməni itirərək dönmə əməliyyatı edən “Khazar” markalı avtomobili önündən vuraraq yolun soluna tullamışdır. Ondan sonra isə eyni istiqamətdə yolun Göygöl şəhər istiqamətində sağ hissəsində kafenin və avtomobil təmiri məntəqəsinin qarşısında olan, dayanmış vəziyyətdə olan Opel və Ford markalı avtomobillərə çırpılaraq əzmişdir. Hadisə baş verən zaman “Chevrolet Cruze” markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü hərhansı xəsarət almasa da “Khazar” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün sol əlindən xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən kafedə tanışları ilə birlikdə çay içən zaman özünə məxsus, “BC” kateqoriyalı AC- 657514 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “X10” universal markalı **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini çayxananın qarşısında olan torpaq ərazidə, yoldan iki metr kənar məsafədə saxlamışdır. Həmin zaman qəflətən səslər eşitmiş və həmin yerə doğru baxdıqda ona məlum olmuşdur ki, “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhərindən Göygöl rayonu ərazisinə doğru hərəkətdə olduğu zaman idarəetməni itirərək ilk öncə yolun sağında dayanmış, mühərriki sönülü vəziyyətdə olan “Vaz 21011” markalı **-BD-*** nömrə nişanlı avtomobili vurduğunu, ondan sonra isə eyni istiqamətdə hərəkətdə olan və çayxanaya doğru sağa dönmək istəyən “Khazar” markalı avtomobili vuraraq yolun Göygöl rayonu istiqamətində sol kənarına tulladığını, özü isə sağa doğru istiqamətlənib yoldan kənarda dayanmış “Opel” markalı avtomobili vurmuş, ondan sonra eyni yerdə dayanmış “Ford Connect” markalı ona məxsus avtomobili əzməsini görmüşdür. “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olan “X10” universal markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yanından vuraraq avtomobilini əzmiş, onun avtomobilindən başqa da “VAZ 21011”, Khazar və Opel markalı avtomobilləri də vurmuşdur. Hadisənin baş verməsinə səbəb “Chevrolet Cruze” markalı **-EE-*** nömrə nişanlı avtomobilin yüksək surətlə hərəkət etməsi, onunla eyni istiqamətdə hərəkətdə olan sağa dönmə edən “Khazar LX” markalı avtomobili sağından ötmə etmək istədiyi zaman yoldan kənarda dayanmış mühərriki sönülü vəziyyətdə olan Vaz 21011 markalı avtomobili vurduqdan sonra idarəetməni itirdiyi üçün qəza baş vermişdir. Hadisə baş verən zaman o kafedən çölə çıxmış, “Chevrolet Cruze” markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücünün yüngül xəsarətlər almasını, “Khazar” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün isə sol əlindən xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İsmayı oğlu ifadəsində göstərdi ki, Göygöl rayonu, Üçtəpə kəndi ərazisində fərdi qaydada avtomobil təmiri məntəqəsində usta kimi çalışaraq dolanır. Özünə məxsus “Opel Vectra” minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilini, “BC” kateqoriyalı BC-137260 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən işlədiyi avtomobil təmiri məntəqəsində istirahət edən zaman ani vaxtda küçədə səslər eşitmiş və təmir məntəqəsinin qarşısına çıxan zaman “X8” sedan minik markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ona məxsus olan “Opel Vectra” minik markalı **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ arxa yanından vuraraq avtomobilini əzməsini aşkar etmişdir. O, avtomobilinə yaxınlaşan zaman avtomobilinin zərbədən əyilməsini sağ yanından başqa tavan hissəsinin əzilməsini və sol yanından da zərbədən əyilməsini görmüşdür. “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməni itirərək Göygöl rayon istiqamətində hərəkətdə olduğu zaman ilk öncə yolun sağında dayanmış, mühərriki sönülü vəziyyətdə olan “Vaz 21011” markalı **-BD-*** nömrə nişanlı avtomobili vurmuş, ordan keçərək yoldan kənarda dayanmış onun avtomobilini vurmuş, həmçinin ondan sonra eyni yerdə dayanmış “Ford Connect” markalı avtomobili, ondan sonra isə “Khazar” markalı avtomobili vuraraq əzməsini görmüşdür. Hadisədən sonra orada avtomobillərin əzilməsi və qəzanın törədilməsi ilə bağlı sözlə mübahisə yaranmışdır, lakin həmin mübahisə zamanı heç kəs heç kəsi döyməmişdir. “Chevrolet Cruze” markalı **-EE-*** nömrə nişanlı avtomobilin yüksək surətlə hərəkət etməsi və heç bir maneə olmadan idarəetməni itirməklə yoldan kənarda dayanmış avtomobillərə həmçinin ilk vurduğu avtomobildən 50 metr qarşıda dönmə edən “Khazar LX” markalı avtomobil vurmuşdur. Qəzanın baş verməsinə kənardan təsir olmamış, “Chevrolet” markalı avtomobil idarəetməni itirdiyi üçün hadisə baş vermişdir. Hadisə baş verən zaman o, avtomobil təmir məntəqəsindən çölə çıxmış, “Chevrolet Cruze” markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücünün yüngül xəsarətlər almasını, “Khazar” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün isə sol əlindən xəsarət aldığını görmüşdür. İş üzrə tərəfləri etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Daşkəsən rayonu, Qabaqtəpə kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var, fərdi əməklə məşğuldur. xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs telefonla ona zəng edərək idarə etdiyi “X8” sedan markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vastəsi ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisində yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. O, oğlu ilə danışdıqdan sonra hadisə yerinə getmiş və orada günahın kimdə olmasını aydınlaşdırmağa çalışmışdır. Hadisə baş vermiş yerdə heç kəslə mübahisə etməmiş, heç kəsi döyməmiş və onu heç kəs döyməmişdir. Hadisə baş verən zaman həmin yerdə olmamışdır. Hadisəni qəza baş vermiş yerə çatdıqdan sonra “X8” sedan markalı **- EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən oğlu Təqsirləndirilən şəxs və orada olan şəxslərdən öyrənmişdir. Hadisə yerinə gəldikdə “Chevrolet Cruze” markalı **-EE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü oğlu Röyalın yüngül xəsarətlər almasını və “Khazar” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün sol əlindən xəsarət aldığını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayə işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində hərəkətdə olan zaman qarşısında gedən Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar lx minik” sedan markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dönmə əməliyyatı aparmasını görərək idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmiş, baş verən yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs “Az Ağır”, Təqsirləndirilən şəxs “Yüngül” bədən xəsarətləri alması ilə bağlı ilkin material toplanmış, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan, foto şəkillərdən və hadisə yerinin sxemindən görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndindən Göygöl şəhəri istiqamətində olan yolda hərəkətdə olarkən qarşısında eyni istiqamətdə gedən Zərərçəkmiş şəxs idarə etdiyi "Khazar İx minik" sedan markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı aparmasını görərək idarə etməni itirmiş və avtomobilin ön sağ hissəsi yolun kənarında Gəncə şəhəri istiqamətində dayanıqlı vəziyyətdə olan Vaz 21011 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yanı ilə toqquşmaqla onu ötmüş, daha sonra dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs idarə etdiyi "Khazar İx minik" sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq yanı ilə toqquşmuşdur. Toqquşmadan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək Göygöl şəhəri istiqamətində yolun sağ hissəsində atomobil təmiri məntəqəsinin qarşısında üzü avtomobil təmir məntəqəsinə dayanıqlı vəziyyətdə olan "Opel Vectra" minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili və "X10" universal markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq əzmişdir. Hadisədən sonra "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Göygöl şəhəri istiqamətində üzü yolun sağına mayili formada, əzilmiş "Opel Vectra" minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili və "X10" universal markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili isə üzü Gəncə şəhəri istiqamətində avtomobil təmiri məntəqəsinə mayili formada dayanmışdır. Yol nəqliyyat hadisəsi zamanı toqquşmanın təsirindən Zərərçəkmiş şəxs idarə etdiyi "Khazar lx minik" sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Göygöl şəhəri istiqamətində yolun sol kenarında olan səkiyə çırpılmaqla üzü Gəncə şəhər istiqamətində mayili formada avtomobilin yarı hissəsi səkinin üzərində yarı hissəsi yolun hərəkət hissəsində olmaqla əks hərəkət zolağında dayanmışdır. Həmçinin hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Göygöl rayonu Üçtəpə kəndində Göygöl şəhər istiqamətində olan yolun hərəkət hissəsində baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, 2 hərəkət istiqaməti və 2 hərəkət zolağı vardır. Hər bir hərəkət istiqamətinin eni 3 metr 55 sm olmaqla hər iki istiqamət üçün yolun ümumi eni 7,10 metrdir, hərəkət istiqamətlərini bir-birindən qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq nişanlanma xəttləri vardır, hadisə yeri yaşayış məntəqəsində baş vermiş, hadisə yerində hərəkət surəti 60 km/saatdır. Yol nəqliyyat hadisəsi baş verdiyi yerdə Göygöl şəhəri istiqamətində solda asfalt örtüklü yoldan sonra asfalt örtüklü 1 metr 10 sm sǝki, sağda asfalt örtüklü 3 metr boş ərazi vardır. Həmçinin sağda boş ərazidən sonra avtomobil təmiri məntəqəsinin qarşısında asfalt örtüklü 3 metr boş ərazi vardır. Hadisə yerində "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Göygöl şəhəri istiqamətində yolun sağ hissəsində atomobil təmiri məntəqəsinin qarşısında dayanıqlı vəziyyətdə olan "Opel Vectra" minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı və "X10" universal markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılaraq dayanmış, "Khazar lx minik" sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Göygöl şəhəri istiqamətində yolun sol kənarında olan səkiyə çırpılmaqla üzü Gəncə şəhər istiqamətində mayili formada avtomobilin yarı hissəsi səkinin üzərində yarı hissəsi yolun hərəkət hissəsində olmaqla əks hərəkət zolağında dayanmışdır. "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıqlı vəziyyətdə olan Vaz 21011 markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilkin toqquşma nöqtəsindən 21 metr məsafədədir. "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Khazar İx minik" sedan markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsi Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən yolun Göygöl şəhər istiqamətində yolun sağ kənarından 1 metr, sol kənarından 6 metrdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmiş, baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, "Samsung" markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. Baxış zamanı hal şahidləri tərəfindən və iştirakçılar tərəfindən təklif və ya şikayət daxil olmamış, protokol oxunmuş, düzgün yazılmış, ona görə imzalarla təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanseri tərəfindən verilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli, 1588/2024 nömrəli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. 20 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs alcatester müayinəsindən keçirilmiş xx.xx.2024-cü il tarixli 08427 saylı müayinə protokolundan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 218 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin İV barmağını qaldıran vətərin zədələnməsi(qopması), sol əlin arxa səthinin yarası, sol əlin yumşaq toxumalarının əzilməsi, sol qulaq və sağ diz oynağı nahiyyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə yəni xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Göygöl MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 223 saylı rəyindən məlum olur ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz nahiyyəsinin hematoması, sağ said nahiyyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə yəni xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 iyul 2024-cü il tarixli 8/1395 nömrəli rəyindən məlum olur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Khazar LX markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X5 mütəxəssis qismində təyin edilməsi, qərarın ona elan edilməklə hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması və qərarın ona elan edilməklə hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 3745 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4411 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin X12 Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-77/1-2411/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatın MİS-də yoxlanması zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2033-cü il tarixədək qüvvədə olan BD 112938 seriya nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük hüququnun olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi yaranmadığından onun barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın sürətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması, cinayət işi üzrə alınmış ifadələr, məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi və qərarın surətinin icra edilməsi üçün Daşkəsən RPŞ-yə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, hazırda onlar barışmışlar, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də bu barədə şikayət və tələbi olmayacaq. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, "Chevrolet Cruze" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid4dur. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B1,B,C1,C” kateqoriyalı, BD-112938 saylı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmış, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, məhkum olunmamış, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinməli və cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM-132). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs oğlundan tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslərlə barışması və vurulmuş zərəri tamamilə ödəməsi əsası ilə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs oğlundan tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar