Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-94/2025 11.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X9 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə, Göygöl rayon sakini Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onun övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qeyd olunan nazirlikdə olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin təxminən mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında Zərərçəkmiş şəxs oğlu Şahid1 əlbəəl 1000 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri M.Bağırov küçəsində yerləşən “Gəncə market” mağazasının içərisindəki Milliön ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 1000 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində yerləşən “Sultan market-4” mağazasının içərisindəki mpay ödəmə terminalı vasitəsilə Şahid3 adına olmaqla istifadəsində son səkkiz rəqəmi 67152219 nömrəli olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 300 manat, xx.xx.2023-cü il tarixdə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 500 manat, 2023-cü ilin təxminən sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evində əlbəəl 1000 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 280 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 150 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 500 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 70 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 151 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 130 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri M.Bağırov küçəsində yerləşən “Gəncə market” mağazasının içərisindəki Milliön ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 100 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri N.Nərimanov küçəsində yerləşən “Al market” mağazasının içərisindəki Milliön ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 750 manat, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 350 manat, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 100 manat, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə X7 adına olmaqla istifadəsində olan son səkkiz rəqəmi 78457839 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 45 manat və həmin günü eyni qaydada əlavə 15 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Koroğlu metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs oğlu Şahid1 əlbəəl 250 manat, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazasının içərisindəki eManat ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 50 manat, 2024-cü ilin təxminən oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs əlbəəl 470 manat olmaqla, ümumilikdə 7.261 (yeddi min iki yüz altmış bir) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs vahid niyyətlə xeyli miqdar hesab edilən 7.261 (yeddi min iki yüz altmış bir) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ibtidai istintintaqda verdiyi ifadəsini təsdiq edərək və mülki iddianı qəbul edərək ifadəsində göstərdi ki, Şahid4 ilə 2010-cu il tarixdə FHN-nin Akademiyasında 3 ay ilkin hazırlıq kursunda olmuşlar. Həmin vaxtdan bir-birilərini tanımışlar, lakin yaxın münasibəti olmamışdır. Ara-sıra bir-biriləri ilə hal-əhval tutmuşlar. Əlizamin onun Sabirabad rayonunda FHN-nin DYM hissəsində işlədiyini bilmiş, sonradan o, Əlizaminə Bakı şəhərində işlədiyini demişdir. Ancaq o, 2010cu il tarixdən 2016-ci ilin aprel ayınadək Sabirabad rayon X12 hissəsində işləmişdir. Zərərçəkmiş şəxsda Əlizaminin vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin mart ayında dəqiq gününü xatırlamadığı vaxtda Əlizaminlə telefonda danışıq zamanı Elgün adlı bir nəfər qohumunun olduğunu, işsiz olduğunu bildirmiş və ondan FHN-nin yanğın söndürmə xidmətinə işə düzəlməyinin mümkün olub-olmadığını soruşmuşdur. O isə FHN-nə işə qəbul olunma prosesini bildiyi üçün fikirləşmişdir ki, həll edər. Danışıq zamanı Əlizaminə bildirmişdir ki, ilkin sənədləşmə üçün 1000 manat pul lazım olacaqdır. Əlizamin isə həmin qohumunu, adı ona sonradan məlum olan Şahid1 onun yanına göndərəcəyini və qohumu Elgünün 1000 manat pul gətirib verəcəyini demişdir. O, Əlizaminə Elgünün özü ilə şəxsiyyət vəsiqəsini və hərbi biletini gətirməsini bildirmişdir. Növbəti gün Elgünlə Bakı şəhəri Beynəlxalq Avtovağzalın həyətində görüşmüşlər və yaxınlıqda yerləşən kafedə oturmuşlar. Həmin gün Elgün ona verdiyi 1000 (min) manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüşdür. Daha sonra Elgün rayona qayıdacağını deyib çıxıb getmişdir. Bundan bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə o, Elgünə zəng edərək işinin həlli üçün əlavə olaraq 1000 (min) manatda lazım olduğunu demişdir. Elgün danışıq zamanı bildirmişdir ki, anası ilə danışıb həll edərlər. O, özünə məxsus Leo banka aid 4098-5844- 6832-3009 saylı kartını Elgünə göndərmişdir. Həmin gün onun verdiyi kart hesabına 1000 manat pul göndərmişlər. Bundan sonra Elgünlə ara-sıra, anası Tamam adlı şəxs isə teztez onunla əlaqə saxlamışlar. O isə hər dəfə işin həll olunacağını demişdir. Bundan bir müddət sonra Tamam adlı şəxsə xx.xx.2023-cü il tarixdə zəng edərək işin həlli üçün əlavə 300 (üç yüz) manatda pul lazım olduğunu bildirmişdir. Həmin vaxt onun öz kartı üzərində olmadığından qeyri-rəsmi münasibətdə olduğu Şahid3 adına olmaqla onun istifadəsində olan son səkkiz rəqəmi 67152219 saylı olan kartı göndərmişdir. Tamam həmin gün onun verdiyi həmin kart hesabına 300 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Tamam adlı şəxsə yenidən zəng edərək oğlunun işinin həlli üçün əlavə 500 (beş yüz) manat lazım olduğunu bildirmişdir. Tamam adlı şəxs özünə məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kartına 500 manat pulu göndərmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda qeyri-rəsmi münasibətdə olduğu Təhminə ilə birlikdə Gəncə şəhərinində yerləşən İmamzadəyə ziyarətə getmişdir. O, Tamam adlı şəxsin Göygöl rayonunda yaşadığını bildiyi üçün, demişdir elə gəlmişkən onlarada qonaq kimi getsin. Tamam adlı şəxsədə yolda olan zaman zəng edib ailəsi ilə birlikdə gəldiyini demişdir. O, Tamam adlı şəxsin yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evlərinə getmişdir. Evlərində olan zaman Tamam söhbət əsnasında digər oğlu Elçinin gözdən əlil olduğunu bildirmişdir. O, Elçini şəhər ərazisində yerləşən tikinti anbarından birində işə düzəltməyə köməklik edəcəyini bildirmişdir. Həmçinin həmin vaxt oğlu Elgünün işi ilə bağlı əlavə pul lazım olduğunu deyib 1000 (min) manat pul istəmişdir. Həmin gün Tamam ona 1000 manat pul vermişdir. Bundan bir müddət sonra əlavə yəni xx.xx.2023-cü il tarixdə Tamama zəng edərək oğlu Elgünün işi ilə bağlı əlavə olaraq 280 (iki yüz səksən) manat pul lazım olduğunu demişdir. Tamam həmin gün onun özünə məxsus həmin kart hesabına 280 manat pul göndərmişdir. Növbəti gün Tamama zəng edərək əlavə 150 manat pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Tamam yenə ona məxsus olan həmin kart hesabına 150 (yüz əlli) manat pul göndərmişdir. Bundan təxminən 10 gün sonra yəni, xx.xx.2023-cü il tarixdə Tamama zəng edərək oğlunun işi ilə bağlı 500 manat pul lazım odluğunu bildirmişdir. Tamam həmin gün yenə ona məxsus eyni kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Bundan təxminən 2-3 gün sonra xx.xx.2023-cü il tarixdə Tamamdan yenə oğlunun işi ilə bağlı 50 manat pul istəmişdir. Tamam həmin gün ona məxsus eyni kart hesabına 50 manat pul göndərmişdir. Bundan iki gün sonra yəni xx.xx.2023-cü il tarixdə Tamamdan əlavə olaraq 70 manat pul istəmişdir. Tamam həmin gün ona məxsus eyni kart hesabına 70 manat pul göndərmişdir. Bundan 4 gün sonra xx.xx.2023-cü il tarixdə yenidən Tamamdan əlavə olaraq pul istəmiş, Tamam həmin gün ona məxsus Leo banka aid eyni kart hesabına 151 (yüz əlli bir) manat pul göndərmişdir. Bundan 3 gün sonra yəni xx.xx.2023-cü il tarixdə Tamamdan əlavə olaraq 130 (yüz otuz) manat pul istəmişdir. Tamam yenə həmin gün ona məxsus Leo banka aid eyni kart hesabına 130 (yüz otuz) manat pul göndərmişdir. Bundan bir həftə sonra Tamamdan 850 (səkkiz yüz əlli) manat pul istəmişdir. Tamam həmin gün yəni xx.xx.2023-cü il tarixdə 100 manat, növbəti gün isə 750 manat pulu ona məxsus Leo banka aid eyni kart hesabına göndərmişdir. Tamam isə teztez ondan oğlu Elgünün işi ilə bağlı maraqlanmış, o isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan bir neçə ay sonra yəni, xx.xx.2024-cü il tarixdə Tamam adlı şəxsdən yenidən 350 (üç yüz əlli) manat pul istəmişdir. Tamam həmin gün ona məxsus Leo banka aid eyni kart hesabına 350 ( üç yüz əlli) manat pul göndərmişdir. Bundan bir həftə sonra xx.xx.2024-cü il tarixdə yenidən Tamamdan əlavə olaraq 100 (yüz) manat istəmiş, həmin gün Tamam ona məxsus Leo banka aid eyni kart hesabına 100 (yüz) manat pul göndərmişdir. Bundan təxminən bir ay sonra xx.xx.2024-cü il tarixdə Tamamdan yenə pul istəmiş, həmin vaxt öz kartı üzərində olmadığından arvadı Təhminən qardaşı Elmirə məxsus son səkkiz rəqəmi 78457839 olan Leo banka aid kart nömrəsini Tamama vermişdir. Həmin gün Tamam əvvəlcə 45 manat, daha sonra 15 manat həmin karta pul göndərmişdir. Bundan bir müddət sonra 2024-cü ilin sentyabr ayının əvvəllərində Elgünü Bakıya çağırmışdır. Bakı şəhərində Koroğlu metrostansiyasının yanında Elgünlə görüşüb, FHN-nin Akademiyasının qarşısına getmişlər. Ona Akademiyanı göstərmiş, həmçinin həmin vaxt Elgünə demişdir ki, kameranın qarşısında dursunlar, sabah nəsə desələr, Akademiyaya həqiqətən gəldiklərini deyərlər. Həmin vaxt o, Tamama 300 manat göndərməsini bildirmiş, lakin Elgün onunla görüşən zaman Koroğlu metrostansiyasının qarşısında 250 manat pul vermiş, həmçinin həmin gün Tamam ona məxsus həmin kart hesabına 50 (əlli) manat pul göndərmişdir. Bundan təxminən bir ay sonra 2024-cü ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda yenə Tamam adlı şəxsin yaşadığı evə getmişdir. Həmin vaxt işin həlli üçün Tamam adlı şəxsdən əlavə 450 (dörd yüz əlli) manat və 20 manat şirinlik kimi pul almışdır. Daha sonra isə Tamam ondan tez-tez işin həlli ilə bağlı maraqlandıqca hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır ki, pulu geri qaytarsın. Ümumilikdə Tamam adlı şəxsdən 7.261 manat pul almışdır. Həmin pulu hissə-hissə ona vermişdir. Həmin pulun 1000 manat və 250 manatını Elgün Bakıda, 1000 manat və 470 manatını Tamam öz yaşadığı evdə, yerdə qalan pulu isə kart hesabına göndərmişdir. Tamamdan 7.261 manat pulu oğlu Elgün adlı şəxsi FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib almış, lakin həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Tamamın digər oğlu Elçini şəhər ərazisində yerləşən tikinti anbarına işə düzəltməyə köməklik edəcəyini bildirmişdir. Lakin Elçini işə düzəltməyə kömək etmək üçün Tamamdan pul almamış, aldığı pulları Elgünü FHN-nə işə düəzltmək adı ilə almışdır. Təhminə onun qeyri-rəsmi münasibətdə olduğu arvadıdır, Elmir isə qaynıdır, onların bu məsələdən heç bir məlumatları olmamışdır. Elmir isə 2025-ci ilin təxminən aprel ayında Rusiya Federasiyasına yaşamaq üçün getmişdir. Sadəcə olaraq Təhminənin kartı onda olmuş, istifadə etmiş, Elmirdən isə kartı üzərində olmayan zaman götürüb istifadə etmişdir. Karta Tamam tərəfindən göndərilən pullardan və nə məqsədlə göndərilməsindən onların məlumatı olmamışdır. Məhkəmədən hazırda əməlindən peşiman olmasını, zərəri qismən ödəməsini, mülki iddianı qəbul etməsini və pulu ödəməsinə söz verməsinin nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, oğlu Şahid1 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vurub evə gəldikdən sonra oğlu Elgün işsiz olmuşdur. Fövqəladə Hallar Nazirliyində işləyən dayısı oğlu X10 ilə söhbət əsnasında oğlu Elgünün FHN-ə işə düzəlməsində köməklik etməsini bildirmişdir. Əlizamin ona demişdir ki, onun kurs yoldaşı var Bakı şəhərində işləyir, ona deyər, imkan olsa köməklik edər. 2023-cü ilin mart ayında Əlizamin ona demişdir ki, kurs yoldaşı Təqsirləndirilən şəxs ilə danışıb Elgünü göndərsin getsin Bakıya. 2023-cü ilin mart ayında oğlu Elgün sənədlərini və 1.000 (min) manat pulu götürüb Bakı şəhərinə getmişdir. Bir gün sonra Elgün evə qayıtmış və bildirmişdir ki, Ceyhun adlı şəxslə Bakı şəhər Beynəlxalq Avtovağzalın yaxınlığında kafedə görüşmüşlər və orada Ceyhun adlı şəxsə sənədlərini və 1.000 manat pulu vermişdir. Həmçinin Ceyhun oğluna qısa müddət ərzində FHN-ə yanğın söndürən kimi işə düzələcəyini demişdir. Bundan təxminən 2 gün sonra xx.xx.2023-cü il tarixdə oğlu Elgün gəlib bildirmişdir ki, Ceyhun ona zəng edərək işinin düzəlməsi üçün əlavə 1.000 manat pul göndərməyi bildiribdir. O, 1.000 manat pulu böyük oğlu Elçinə vermişdir ki, aparıb ödəmə terminalı vasitəsilə Ceyhunun göndərdiyi Leo banka aid 4098- 5844-6832-3009 saylı kart hesabına 1.000 manat pulu göndərsin. Elçin də həmin pulu Gəncə şəhərində olan terminallardan hansısa biri ilə göndərmişdir. Bundan sonra onlar Ceyhunla əlaqə saxlamışlar, hər dəfə Ceyhun onları əmin etmişdir ki, oğlu Elgünün işi düzələcəkdir və əlavə olaraq pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Ceyhun zəng edərək 300 manat pul lazım olduğunu demiş və o, 300 manat pulu oğlu Elgünə vermişdir ki, Ceyhuna göndərsin. Oğlu Elgün 300 manat pulu Gəncə şəhərində yerləşən “Sultan” marketdə olan ödəmə terminalı vasitəsilə Ceyhunun verdiyi Leo banka aid son səkkiz rəqəmi 67152219 saylı kart hesabına göndərmişdir. Həmin vaxt o da Elgünün yanında olmuşdur. Bundan bir neçə gün sonra Ceyhun işin həlli üçün əlavə olaraq 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. O, həmin gün yəni xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat pulu digər oğlu Elçinə vermiş, Elçin hansısa ödəmə terminalı vasitəsilə Ceyhunun verdiyi Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 500 (beş yüz) manat pulu göndərmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Ceyhun yanında yoldaşı olduğunu bildirdiyi Təhminə adlı qadınla onların yaşadığı evə gəlmişdir. Ceyhun ona demişdir ki, işə götürən ən böyükləri onu göndərib ki, ailələri ilə tanış olsun. Onların evində olan zaman söhbət əsnasında bildirmişdir ki, Elçin adlı bir oğlu da var, gözdən əlildir, işləmək üçün Ağdam rayonuna gedibdir. Həmin vaxtı Ceyhuna demişdir ki, elə iş varmı gedib işləsin. Ceyhun bildirmişdir ki, köməklik edər bir işdə işləyər. Həmin vaxtı Elgünün işi ilə bağlı əlavə 1.000 manat pul istəmiş, o da yaşadığı evdə 1.000 manat pulu ona vermişdir. Həmin günü axşam tərəfi Ceyhun onların evindən çıxıb getmişdir. Bundan bir müddət sonra xx.xx.2023-cü il tarixdə Ceyhun yenidən ona zəng edərək oğlu Elgünün işi ilə bağlı 280 manat lazım olduğunu bildirmiş və o, gedib yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhunun ona verdiyi Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına kart hesabına 280 manat pulu göndərtmişdir. Ona görə ki, ödəmə terminallarından istifadə qaydasını bilmir, həmişə mağazada olan tanımadığı şəxslərdən xahiş edib pul göndərtmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2023-cü il tarixdə yenidən Ceyhun zəng edərək 150 manat pul lazım olduğunu bildirmiş və o, yenidən yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhunun ona verdiyi Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 150 manat pulu göndərmişdir. Bundan bir müddət sonra xx.xx.2023-cü il tarixdə Ceyhun ona zəng edərək işlərinin həlli ilə bağlı əlavə 500 manat lazım olduğunu bildirmiş və o, ona inandığı üçün yenidən yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhunun ona verdiyi Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 500 manat pulu göndərmişdir. Bundan 2-3 gün sonra Ceyhun zəng edərək 50 manat pul istəmiş və o, 50 manat pulu eyni qaydada Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə ona məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Ceyhun zəng edərək 70 manat pul istəmiş və o, 70 manat pulu eyni qaydada Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə ona məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına göndərmişdir. Bundan 4 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Ceyhun zəng edərək 151 manat pul lazım olduğunu bildirmiş və o, yenidən yaşadığı Göygöl rayonu Hacımılik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhuna məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 151 manat pulu göndərmişdir. Bundan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Ceyhun zəng edərək 130 manat pul lazım olduğunu bildirmiş və o, yenidən yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhuna məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 130 manat pulu göndərmişdir. Bundan bir neçə gün sonra Ceyhun əlavə yenə pul lazım olduğunu demiş və 850 (səkkiz yüz əlli) manat pul istəmişdir. Həmin vaxt yəni xx.xx.2023-cü il tarixdə o, Gəncə şəhərində olmuş, Gəncə şəhərində hazırda xatırlamadığı yerdə olan ödəmə terminalı vasitəsi ilə ona məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 100 (yüz) manat pulu göndərmişdir. Növbəti gün 750 manat pulu xatırladığına görə Elçin aparıb Ceyhunun həmin kart hesabına göndərmişdir. Hər dəfə pulu Ceyhuna göndərən zaman iş ilə maraqlanmış, Ceyhun işin həll olacağını demişdir. Bundan bir müddət keçmiş xx.xx.2024cü il tarixdə Ceyhun ona zəng edərək oğlunun işi ilə bağlı əlavə olaraq 350 manat göndərməyi bildirmişdir. O da yaşadığı Göygöl rayonu Hacımılik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhuna məxsus Leo banka aid 4098- 5844-6832-3009 saylı kart hesabına 350 (üç yüz əlli) manat pulu göndərmişdir. Bundan bir həftə sonra Ceyhun işin həlli üçün əlavə olaraq 100 (yüz) manatda lazım olduğunu bildirmişdir. O, həmin gün yəni xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə ona məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 100 manat pulu göndərmişdir. Bundan təxminən bir ay sonra yəni xx.xx.2024-cü il tarixdə Ceyhun ondan notariusda sənədləri təsdiq etdirəcəyi adı ilə pul istəmişdir. O, həmin gün Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə Ceyhunun göndərdiyi son səkkiz rəqəmi 78457839 olan Leo banka aid kart hesabına əvvəlcə 45 (qırx beş) manat, daha sonra həmin gün yenə 15 (on beş) manat pul göndərmişdir. Bundan sonra bir müddət Ceyhun ondan pul istəməmiş, hər dəfə işin nə yerdə olduğunu soruşduqda qısa müddət ərzində həll olunacağını demişdir. Bundan sonra 31 avqust 2024-cü il tarixdə Ceyhun ona zəng edərək Elgünü Bakıya göndərməsini demiş, həmçinin danışıq zamanı Elgünün işi ilə bağlı 250 (iki yüz əlli) manat pul göndərməyi bildirmişdir. Həmin gün axşam Elgün Bakıya getmişdir. xx.xx.2024-cü il tarixdə Ceyhun Elgünlə Bakıda görüşmüşdür. Elgün Ceyhunun onu FHN-nin Akademiyasının qarşısına apardığını demişdir. Elgün Ceyhuna 250 manat pulu verdikdən sonra Ceyhun ona zəng edərək əlavə 50 (əlli manat) pul istəmişdir. O da həmin gün yəni xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən mağazadakı eManat ödəmə terminalı vasitəsilə ona məxsus Leo banka aid 4098-5844-6832-3009 saylı kart hesabına 50 manat pulu göndərtmişdir. Bundan təxminən bir ay sonra 2024-cü ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Ceyhun ona zəng edərək işin həlli üçün əlavə 450 (dörd yüz əlli) manat pul lazım olduğunu, özünün onun yaşadığı evə gəldiyini demişdir. O, Ceyhuna pulunun olmadığını bildirsə də, Ceyhun işin yekunlaşdığını həmin pulu verəcəyi halda işin tam həllini tapacağını demişdir. Ceyhun həmin gün markasını bilmədiyi tünd göy markalı avtomobillə gəlmişdir. O, 450 (dörd yüz əlli) manat pulu Ceyhuna yaşadığı evin həyətində vermişdir. Həmin vaxt Ceyhun oğlu Elgünün işə düzəldiyini deyib ondan 20 manat şirinlik almışdır. Daha sonra maraqlandıqda müxtəlif bəhanələr gətirərək onu yubatmışdır, o Ceyhunun onu aldatdığını başa düşüb ondan pulunu geri istəmişdir. Ceyhun isə hər dəfə qaytaracağını bildirsədə bu günə kimidə onun pulunu geri qaytarmamaışdır. Ceyhun adlı şəxsi dayısı oğlu X8 vasitəsi ilə tanımış, Əlizamin FHN-nin Akademiyasında Ceyhunla bir yerdə kursda olduqlarını demişdir. Ceyhuna həmin pulun 1000 manat və 250 manatını Elgün özü vermiş, 1000 manat və 470 manatı ayrı-ayrı vaxtlarda öz yaşadığı evdə o, vermiş, yerdə qalan pulu isə Ceyhunun ona verdiyi kart hesabına göndərmişlər. Ümumlikdə Ceyhuna 7.261 (yeddi min iki yüz altmış bir) manat pul vermişdir. Ceyhun oğlu Elgünü FHN-nin yanğın söndürmə xidmətinə işə düzəldəcəkdir. Oğlu Elgün Bakıya gedib gələn zaman yola, yeməyə pulu çıxdığı üçün ilkin müraciətində 7500 manat pulunu ələ keçirdiyini demişdir. Əlizaminin birinci dəfə 1000 manat Ceyhuna verilməsindən məlumatı olmuş, daha sonra Ceyhuna göndərdiyi pullar ilə bağlı ona heç nə deməmişdir. Əlizamin ondan bir neçə dəfə Elgünün işi ilə bağlı maraqlandıqda Ceyhunun işi həll etməsi üçün çalışdığını demişdir. Sonda Ceyhun onu aldatdığını başa düşdükdə Əlizaminə bu barədə demiş, Əlizamin isə niyə ona demədiyini, əlavə olaraq ona pul göndərdiyini demişdir. O isə Ceyhuna inandığı üçün, onu aldatmayacağını fikriləşdiyi üçün ona həmin pulları göndərmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qismən ödəmiş və hazırda ona 5540 manat məbləğində verəcəyi qalmışdır. O həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədən mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxsin tutulmamasını, çıxaraq onun pulunu ödəməsi üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Həmçinin zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vurub evə gəldikdən sonra anası onu işə düzəltmək üçün Fövqəladə Hallar Nazirliyində işləyən qohumu X5 xahiş etmişdir ki, ona iş tapılmasında köməklik etsin. Əlizamin anasına demişdir ki, onun kurs yoldaşı var Bakı şəhərində işləyir, ona deyər imkan olsa o, köməklik edər. 2023-cü ilin mart ayında Əlizamin demişdir ki, kurs yoldaşı Təqsirləndirilən şəxs ilə danışıb, onu Bakıda gözləyir. 2023-cü ilin mart ayında dəqiq gününü xatırlamadığı vaxtda o, sənədlərini və 1.000 (min) manat pulu götürüb Bakı şəhərinə getmişdir. Ceyhun adlı şəxslə Bakı şəhəri Beynəlxalq Avtovağzalın yaxınlığında kafedə görüşmüş, orada Ceyhun adlı şəxsə sənədlərini və 1.000 manat pulu vermişdir. Həmin vaxt Ceyhun ona işinin tezliklə həll olunacağını demişdir. Bundan təxminən 2-3 gün sonra xx.xx.2023-cü il tarixdə Ceyhun ona zəng edərək onun işinin düzəlməsi üçün əlavə 1.000 manat pul göndərməyi bildirmişdir. O da bubarədə anasına demişdir. Bundan sonra anası Ceyhunla danışmışdır. Daha sonra qardaşı Elçin 1.000 manat pulu aparıb Gəncə şəhərində yerləşən ödəmə terminallarının biri vasitəsilə Ceyhunun göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra anası Ceyhunla əlaqə saxlamış və hər dəfə Ceyhun onları əmin etmişdir ki, onun işi düzələcəkdir və əlavə olaraq pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Ceyhun anasına zəng edərək onun işi ilə bağlı 300 manat pul lazım olduğunu demiş və anası 300 manat pulu ona vermişdir ki, Ceyhuna göndərsin. O, 300 manat pulu Gəncə şəhərində yerləşən “Sultan” marketdə yerləşən ödəmə terminalı vasitəsilə Ceyhunun göndərdiyi kart hesabına göndərmişdir. Bundan başqa hissə-hissə olmaqla Ceyhuna müxtəlif məbləğdə pul göndərmişlər. 2024-cü ilin sentyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Ceyhun onu Bakı şəhərinə çağırmışdır. Bakı şəhərində Koroğlu metrostansiyasının yanxınlığında görüşmüşlər, həmin vaxt o, avtomobildə 250 manat pulu Ceyhuna vermiş və onu FHN-nin Akademiyasının qarşısına aparmışdır. Ona Akademiyanı göstərmiş, həmçinin həmin vaxt demişdir ki, kameranın qarşısında dursunlar, sabah nəsə desələr, Akademiyaya həqiqətən gəldiklərini deyərlər. Beləliklə ümumilikdə Ceyhuna onu FHN-də işə düzəltmək məqsədilə 7261 (yeddi min iki yüz altmış bir) manat pul vermişlər. Təqsirləndirilən şəxs qohumu X8 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs onu FHN-də işə düzəltmək məqsədilə ilk dəfə olaraq 1000 manat pulu Bakı şəhəri, Beynəlxalq Avtovağzalın yaxınlığında adını xatırlamadığı kafedə, 250 manat pulu isə Bakı şəhərində Koroğlu metrostansiyasının yanxınlığında əlbəəl vermiş, qalan 6011 pulun bir hissəsini özü və ailə üzvləri ödəmə terminalı vasitəsilə və bir hissəsini isə anası yaşadığı evdə Ceyhuna əlbəəl vermişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində FHN-ə işlədiyini demiş, lakin konkret olaraq harada işləməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, qardaşı Şahid1 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vurub evə gəldikdən sonra anası qardaşını işə düzəltmək üçün Fövqəladə Hallar Nazirliyində işləyən qohumu X5 xahiş etmişdir ki, Elgünə iş tapsın. Əlizamin demişdir ki, onun kurs yoldaşı var Bakı şəhərində işləyir, ona deyər imkan olsa köməklik edər. 2023-cü ilin mart ayında Əlizamin demişdir ki, kurs yoldaşı Təqsirləndirilən şəxs ilə danışıb Elgünü göndərsin getsin Bakıya. 2023-cü ilin mart ayında Elgün sənədlərini və 1.000 (min) manat pulu götürüb Bakı şəhərinə getmişdir. Bir gün sonra Elgün evə qayıtmış və bildirmişdir ki, Ceyhun adlı şəxslə Bakı şəhəri Avtovağzalın yaxınlığında kafedə görüşmüşlər və orada Ceyhun adlı şəxsə sənədlərini və 1.000 manat pulu vermişdir, Ceyhun da işin düzələcəyini demişdir. Bundan təxminən 2 gün sonra xx.xx.2023-cü il tarixdə qardaşı Elgün bildirmişdir ki, Ceyhun ona zəng edərək işinin düzəlməsi üçün əlavə 1.000 manat pul göndərməyi bildirmişdir. Bundan sonra anası verdiyi 1.000 manat pulu o, aparıb Gəncə şəhərində yerləşən “Bazar store” mağazasında yerləşən ödəmə terminalı vasitəsilə Ceyhunun göndərdiyi kart hesabına 1.000 manat pulu göndərmişdir. Bundan sonra anası Ceyhunla əlaqə saxlamış və hər dəfə Ceyhun onları əmin etmişdir ki, Elgünün işi düzələcəkdir və əlavə olaraq pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Ceyhun zəng edərək 300 manat pul lazım olduğunu demiş və anası 300 manat pulu Elgünə vermişdir ki, Ceyhuna göndərsin. Elgün 300 manat pulu Gəncə şəhərində yerləşən “Sultan” marketdə yerləşən ödəmə terminalı vasitəsilə Ceyhunun göndərdiyi kart hesabına göndərmişdir. Bundan başqa hissə-hissə olmaqla Ceyhuna müxtəlif məbləğdə pul göndərmişlər. Beləliklə ümumilikdə Ceyhuna 7261 (yeddi min iki yüz altmış bir) manat pul göndərmişlər. Ceyhun adlı şəxsi qohumu X8 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs qardaşı Elgünü FHN-də işə düzəltmək məqsədilə ilk dəfə olaraq 1000 manat pulu Bakı şəhəri, Beynəlxalq Avtovağzalın yaxınlığında kafedə, 250 manat pulu isə Bakı şəhərində Koroğlu metrostansiyasının yanxınlığında əlbəəl qardaşı Elgün vermişdir, qalan 6011 manat pulun bir hissəsini onlar ödəmə terminalı vasitəsilə və bir hissəsini isə anası yaşadığı evdə Ceyhuna əlbəəl vermişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində FHN-ə işlədiyini demiş, lakin konkret olaraq harada işləməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdən ərarvad münasibətində yaşayırlar, lakin nikaha düşməmişlər. Ceyhun ona bildirmişdir ki, arvadı ilə boşanıb, onunla ikinci evliliyidir. Birinci arvadını və ailə üzvlərini tanımır. Valideyninin isə vəfat etdiyini ona demişdir. Ceyhun əvvəllər FHN-də işlədiyini bildirmiş, lakin konkret olaraq hansı vəzifədə işləməsini bilməmişdir. Həmçinin Ceyhun sonradan öz ərizəsi ilə tutduğu vəzifədən azad olduğunu bildirmişdir. Onlar birlikdə yaşayan zaman əvvəlcə Ceyhun özünə məxsus opel markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Daha sonra həmin avtomobilini satmış və başqa avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2025-ci il tarixdə özü ona zəng edərək Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Göygöl rayon sakini Zərərçəkmiş şəxs övladını FHN-ə işə düzəldəcəyi barədə vəd verib aldadaraq pulunu ələ keçirmişdir. Onun həmin vaxta kimi bu işdən hər hansı bir məlumatı olmamışdır. Son səkkiz rəqəmi 67152219 olan Leo banka məxsus kart onun adınadır, lakin onun adına olan həmin kart əri Ceyhunda olmuşdur. Tamam adlı şəxsi o, əvvəllər tanımamışdır. Bir dəfə 2023-cü ilin sentyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Ceyhunla birlikdə Gəncə şəhərinində yerləşən İmamzadəyə ziyarətə getmişlər. Ceyhun dostu olduğunu bildirdiyi əvvəllər tanımadığı Əlizamin adlı şəxsin qohumu Tamam adlı şəxsin Göygöl rayonunda yaşadığını, elə gəlmişkən onlara da qonaq kimi getmələrini bildirmişdir. O, Ceyhunla birlikdə Tamam adlı şəxsin yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evlərinə qonaq kimi getmişlər. Həmin vaxt Elgün adlı oğluda evlərində olmuşdur. X22 adlı şəxslə onun yanında Tamamın oğlunu işə düzəltməklə bağlı heç nə danışmamışlar. Ola bilsin ki, o, evin içərisində olan adını bilmədiyi yemək hazırlayan qadınla söhbət edən zaman Ceyhunla Tamam bu barədə danışmışlar. Onun Ceyhun tutulana kimi bu barədə heç bir məlumatı olmamışdır. Elmirdə onun qardaşıdır, hazırda Elmir Rusiya Federasiyasında yaşayır. X19 Tamam adlı şəxsi aldadaraq pulunu ələ keçirməsindən, eləcədə Ceyhunun tutulmasından məlumatı yoxdur. Ceyhun Elmirdən pul göndərtmək üçün kartını istəyib göndərtdiribdir, heç Tamam adlı şəxsi tanımır, Tamamın evinə getmələrindən də məlumatı yoxdur. Tamam adlı şəxsi o, əvvəllər tanımamış, Ceyhun tutulduqdan sonra ona məlum olmuşdur ki, Ceyhun Tamam adlı şəxsin oğlunu işə düzəldəcəyi adı ilə vəd verib aldadaraq pulunu ələ keçirmiş, lakin konkret olaraq nə qədər pul almasını bilməmişdir. Ceyhun Tamam adlı şəxsin üzdən tanımadığı adını eşitdiyi Əlizamin adlı dostunun qohumu olduğunu demişdir. O, bir dəfə həmin vaxt görüb tanımışdır. O, Ceyhunun Tamamdan nə qədər pul almasını bilmir, ona Ceyhun hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Kəlbəcər rayonu DYMH-də növbə rəisinin köməkçisi işləyir. Zərərçəkmiş şəxs bibisi qızıdır. 2023-cü ilin yanvar ayında dəqiq gününü xatırlmadığı vaxtda Tamamın oğlu hərbi xidmətini başa vurub evə gəldikdən sonra oğlunu işə düzəltmək istədiyini demişdir. O, 2011-ci ildə kursda tanış olduğu, kursdan sonra Sabirabad rayon DYMH-də işlədiyini bildiyi kurs yoldaşı Təqsirləndirilən şəxs ilə mobil telefonda danışan zaman ona qohumu Şahid1 əsgərlikdən yeni gəldiyini işsiz olduğunu demişdir. Ceyhun isə ona demişdir ki, heç bir problem yoxdur, ona FHN-ə işə düzəlməkdə kömək lazımdırsa edər. O, Ceyhunu tanıyan ərəfələrdə Ceyhun namaz qılan, haramdan qaçan adam olduğuna görə ona inanıb Tamam ilə danışıb olduğu kimi ona demişdir. Təxminən 2-3 gün sonra Ceyhun ona zəng edib demişdir ki, Elgün bütün sənədlərini və 1.000 manat pul gətirib Bakıya gəlsin. O da Tamama demişdir. 2023-cü ilin mart ayında Elgün 1.000 manat pul və sənədlərini də götürüb Bakı şəhərinə getmiş, bir gündən sonra evə qayıtmışdır. O, telefonda Elgünlə danışanda Elgün demişdir ki, Ceyhunla zəngləşib Bakı şəhərində avtovağzalda görüşmüşlər. Orada Ceyhuna sənələrini və 1.000 manat pulu vermişdir. Arada bir Tamamla əlaqə saxlayanda Ceyhunun işi həll edəcəyini demişdir. Hətta arada Ceyhunla da əlaqə saxlayan zaman Elgünün işinin həll olunacağını demişdir. Sonradan Ceyhunun barəsində maraqlananda Sabirabad rayonundan Ceyhunu tanıyan bir adam demişdir ki, Ceyhunu işdən çıxarıblar, indi də dələduzluqla məşğul olur. O, Ceyhunun barəsində eşitdiklərini Tamama bildirmişdir. Tamam ona demişdir ki, Ceyhuna 7.000 manatdan çox pul veribdir. O, bunu biləndən sonra dəfələrlə Ceyhunla danışaraq pulu qaytarmağını istəsə də Ceyhun onu da aldadaraq pulu qaytarmamış və daha sonra isə onun telefonuna cavab verməmişdir. O da Tamamı polis şöbəsinə gətirmişdir. Ceyhunu 2011-ci ildə Bakı şəhərində kursada olanda tanımış, Ceyhun Sabirabad rayonundandır, Sabirabad rayonunda FHN-nin YMH-də çavuş rütbəsi ilə yanğın södürən işləmişdir. Sonradan danışanda isə Ceyhun FHN-də Bakıda şəhərində işlədiyini demiş, lakin konkret olaraq harada işləməsi ilə bağlı heç nə deməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu oğlu Elgünü FHN-ə yanğın söndürən kimi işə düzəltməsi üçün vermişdir. X20 1000 manat pul aparıb Bakı şəhərində verməsindən məlumatı olmuşdur, lakin sonradan Tamam Ceyhuna əlavə pul verən zaman məlumatı olmamışdır. Tamam özü ona demişdir ki, Ceyhuna 7000 manatdan çox pul vermişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində FHNdə işlədiyini demiş, lakin konkret olaraq harada və hansı vəzifədə işləməsi ilə bağlı heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/586 nömrəli material üzrə araşdırmanın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs” qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş terminalından Təqsirləndirilən şəxs adına 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulların qəbzləri, X2 adına 4098-5844-7845-7839 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulun qəbzi və Şahid3 adına 4098-5844-6715-2219 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulun qəbzi götürülmüş, bu barədə protokol tərtib edilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu zaman şübhəli şəxs qismində saxlanılması üçün Göygöl RPŞ-nin MSY-ə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatının Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddələrinin tələblərinə əsasən dayandırılması, qərarın sürətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin saxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək axtarışa elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:50-də Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində müəyyən edilib saxlanılmış, Göygöl RPŞ-nə gətirilmiş müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2025ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqının davam etdirilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Göygöl Rayon Məhkəməsinin 4(066)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanma müddətinin əvvəlinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 4(066)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 27 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunduqdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişdirən yeni hallar müəyyən edilmədiyi üçün Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 312-ci maddəsində göstərilən rüşvət verməkdə köməkçilik etmə cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Şahid3 və X1 istifadə etməklə qeyd olunan dələduzluq cinayət əməlini törətməsindən sonuncuların xəbərləri olmadığından iş üzrə həmin xüsusatın rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ödəniş terminalından Təqsirləndirilən şəxs Qədirǝli oğlu adına 4098-5844-6832-3009 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulların qəbzləri, X2 adına 4098-5844-7845-7839 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulun qəbzi və Şahid3 adına 4098- 5844-6715-2219 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartına köçürülən pulun qəbzi iş üzrə sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, pul köçürülməsinə dair qəbzlərin surətləri sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Mərkəzi xəstəxanasından alınmış xx.xx.2025-ci il tarixli 149 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-12/2-803/2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Abuşov X6 şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır, ailə tərkibi 1984-cü il təvəllüdlü arvadı Güllü Abuşova, 2007-ci il təvəllüdlü qızı Nailə Ceyhun qızı, 2010-cu il təvəllüdlü qızı Nuray Ceyhun qızı və 2019-cu il təvəllüdlü qızı Nərmin Ceyhun qızından ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı iki az yaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməklə onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, cərimə və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə onunla razılıq əldə etməsini, mülki iddianı qəbul etməsini şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 11 dekabr 2025-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 14 (on dörd) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı və üzərinə yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi pul köçürülməsinə dair qəbzlərin sürətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınması, cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən 5540 (beş min beş yüz qırıx) manat maddi alınıb ona verilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs iddia ərizəsini onunla əsaslandırmışır ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-ci maddəsi ilə Təqsirləndirilən şəxs, ona görə həmin maddələrlə təqsirləndirilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirmək qərarına gələrək, bu niyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə, ona geniş əlaqələrinin olmasını qeyd edərək oğlu Şahid1 Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyində işə düzəlməsi üçün 2023-cü ilin mart ayından başlayaraq 7,261 (yeddi min iki yüz atmış bir) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona 5540 (beş min beş yüz qırıx) manat maddi zərər tam ödənilməli olmasını hesab edir. Məhkəmə tərəfindən mülki iddia icraat qəbul edilmiş və Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Abuşov X3 Tamam Hüseyn qızının ona qarşı “pul” tələbinə dair mülki iddiasını qəbul etdiyini və müki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 5540 (beş min beş yüz qırx) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia ərizəsinə əlavə edilmiş AA seriyalı, 266275 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs məcburi köçkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs iddiaçı və məcburi köçkün olduğundan hazırkı iddia tələbi ilə müraciət etməyə görə dövlət rüsumundan azad edildiyi üçün və hazırkı iddia ərizəsi qiymətləndirilən iddia ərizəsi olmaqla cavabdehdən 5540 (beş min beş yüz qırx) manat məbləğində pul tələb edilməsi və həmin məbləğə uyğun 75,4 (yetmiş beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilməli və Təqsirləndirilən şəxs 75,4 (yetmiş beş manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 (on altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablama ilə təqsirləndirilən şəxsə göstərilmiş 16 (on altı) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 176 (bir yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 11 dekabr 2025-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 14 (on dörd) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi pul köçürülməsinə dair qəbzlərin sürətləri cinayət işinin materiallarında saxlanılsın. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 5540 (beş min beş yüz qırx) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs 75,4 (yetmiş beş manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 176 (bir yüz yetmiş altı) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-94/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-94/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver