Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-96/2023 06.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Kəlbəcər rayonu Comərd ərazi dairəsi, Tağılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər rayonu Comərd ərazi dairəsi, Tağılar kəndində daimi qeydiyyatda olmaqla Goranboy rayonu Veyisli qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Goranboy rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsinə düzəldəcəyi barədə yalan vədlər verib inandırdıqdan sonra sonuncunun 07 iyul 2022-ci il tarixdə öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********004961 nömrəli hesab kartından onun adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********982937 nömrəli hesab kartına göndərdiyi 700 (yeddi yüz) manatı və həmin gün Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasında olan “Milliön” ödəniş terminalından eyni hesab kartına göndərdiyi 301 (üç yüz bir) manatı ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1001 (min bir) manatını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Goranboy rayonu Yeni Veyisli qəsəbəsi ev 161-də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 4 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, 2023-cü ilin yanvar ayından Bakı şəhərində “Uber” taksi şirkətində sürücü olaraq işləyir. Şahid1 2 il olar ki tanımışdır, münasibətləri də normal olmuşdur. Belə ki, o, Goranboy rayon məhkəməsində vakant iş yeri olduğunu bildiyi üçün bu barədə Namiqə məlumat verərək həmin yerə işə düzələ biləcəyini və müraciət etməsini demişdir. Namiq də həmin yerə işə düzələrək işləməyə başlamışdır. Onu da qeyd etmişdir ki, bu barədə onun Namiqdən heç bir təmənnası olmamışdır, yəni ona pul qarşılığında işə düzəlməsinə köməklik göstərməmişdir. 2022-ci ilin yay aylarında Namiq ona yeznəsini işə düzəltməyə köməklik göstərməsini xahiş etmiş, o da Namiqə etiraz etməmişdir. Bir müddət sonra o, Namiqin Gəncə şəhərində yaşadığı ünvanda olduğu zaman Namiq ona onun yeznəsi Ülfəti işə düzəltməklə bağlı nə edə bildiyini soruşduqda o, Ülfəti Goranboy rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsinə düzəldə biləcəyini, lakin 3000 (üç min) manat pul lazım olacağını demişdir. Qeyd etmişdir ki, o, Ülfəti ilk dəfə həmin vaxtı görmüşdür. Həmin vaxtdan sonra Namiqin atası və Ülfətin qayınatası Tahir 1000 manat əvvəldən verəcəyini, 2000 manat isə bankdan kredit götürüb verəcəyini demişdir. O da razılaşmışdır. Özünə məxsus "xxxx" hesab kartını Namiqə verərək pulu həmin kart hesabına göndərməsini bildirmişdir. 07 iyul 2022-ci il tarixdə Namiq ilə birlikdə olarkən Namiq ona atası Tahirin ona məxsus kart hesabına 700 manat göndərdiyini, biraz sonra isə 300 manat da göndərəcəyini demişdir. Həmin gün 300 manat da ona məxsus kart hesabına göndərmişlər. Qalan 2000 manatı isə 10 gün ərzində kredit götürərək verəcəklərini bildirmişdir. O, etiraz etməmişdir. Təxminən 10 gün sonra Ülfətin qayınatası Tahir ona 2000 manatı düzəldə bilmədiyini və işi danışmamasını demişdir. O da ona etiraz etməmişdir. Elə həmin vaxtı da Gəncə şəhərində “Xan bağı” adlı yerdə Namiqə 500 manat qaytarmışdır. 500 manatını isə xərclədiyini və hissə-hissə qaytaracağını demişdir. Həmin vaxtdan bir müddət sonra Namiq qalan 500 manatı da Ülfətə qaytarmasını, Ülfətin narazılıq etdiyini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə Namiqə məxsus kart hesabına 200 manat da göndərərək Ülfətə verməsini bildirmişdir. Qalan 300 manatı isə qısa zamanda verəcəyini demişdir. Göygöl RPŞ-nin əməkdaşları onu axtardıqları zaman Ülfətin ondan şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs 1000 manat pul almış, 1 manat isə onun kart hesabına göndərdiyi zaman bank faizi olaraq tutulan məbləğdir. Sonradan isə əlavə 2000 manatı verə bilmədikləri üçün ona həmin işdən imtina etdiklərini və pulu geri qaytarmasını dedikləri üçün o, 2022-ci ilin iyul ayının sonlarında Ülfətin qaynı Namiqə 500 manat, xx.xx.2023-cü il tarixdə isə onun kartına 200 manat göndərərək Ülfətə ümumilikdə 700 manat pul qaytarmışdır. Qalan 300 manatı da işləyib 150-150 olaraq qaytaracağını demişdir. O, Zərərçəkmiş şəxs aldığı puldan heç kəsə verməmişdir. Onu işə düzəltmək niyyəti də olmamışdır. Sadəcə olaraq orada vakant iş yeri olduğunu bildiyi üçün Namiq ondan Ülfəti işə düzəltməyə köməklik göstərməsini xahiş etdikdə o, bundan istifadə edərək Ülfətin pulunu almışdır. 1000 manat pulu işə düzəlməsi ilə bağlı şirinlik kimi almışdır, həmin puldan heç kimə verməmişdir. Zərərçəkmiş şəxs aldığı pulu qaytarmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6 ətrafında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Kəlbəcər MRX-da əməyin təhlükəsizliyi üzrə mütəxəssis işləyir. Bildirmişdir ki, 2022-ci ilin yay aylarında Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6 ətrafında yaşayan qaynı Şahid1 Təqsirləndirilən şəxs adlı bir şəxsin olduğunu, həmin şəxsin özünü də işə düzəltdiyini deyib Elməddinin onu da işə düzəldə biləcəyini demişdir. O, Namiqlə razılaşmış və Namiq Elməddinə zəng edərək onun işi barədə danışmışdır. Elməddin ona da kömək edə biləcəyini demişdir. Bundan sonra bir neçə dəfə qaynının evində, Gəncə şəhərində Elməddinlə görüşmüş və Elməddin onu Goranboy rayonunda İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə təyin etdirəcəyini demiş və bu iş üçün ondan 3000 (üç min) manat pul istəmişdir. O, Elməddinə inanmadığı üçün ilk əvvəl pulu vermək istəməmiş, ancaq sonradan qayınatası Şahid2 Sadıx oğlunun da təkidi ilə Elməddinə pul vermək qərarına gəlmişdir. Bundan sonra Elməddin ilə razılaşmış və Elməddinə bu iş üçün 1000 (min) manat verə biləcəyini demişdir. Elməddin pulu göndərməsi üçün Kapital Banka məxsus kartın 16 rəqəmli seriya nömrəsini göndərmişdir. O isə xx.xx.2022-ci il tarixdə özünə məxsus Rabitə Bank tərəfindən verilmiş 4189-8000-8000-4961 seriyalı kart hesabına dair mobil telefonunda olan tətbiqdən Elməddinin verdiyi kart hesabına 700 manat göndərmişdir. Sonradan isə qaynatası Tahirdən aldığı 301 manat borc pulu da xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Sevimli” marketdə qoyulmuş “Milliön” ödəmə terminalından Elməddinin verdiyi kart hesabına göndərmişdir. Elməddin qısa müddətdə işini həll edəcəyini bildirmişdir. Bir dəfə də Goranboy rayonu Veyisli kəndində Elməddinin yaşadığı evə getmiş, ancaq Elməddin evdə olmadığı üçün atası ilə görüşmüşdür. Elməddinin atası isə bu işin ona aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 1001 manat pulu onu Goranboy rayonunda İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə təyin etdirməsi üçün vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ilkin olaraq 700 manat pulu özünə məxsus Rabitə Bank tərəfindən verilmiş 4189- 8000-8000-4961 seriyalı kart hesabına dair mobil telefonunda olan tətbiqdən, 301 manat pulu isə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Sevimli” marketdə qoyulmuş Milliön ödəmə terminalından göndərmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ümumilikdə 1001 manat pulu göndərən zaman yanında heç kim olmamışdır. Zəfərov X2 rayonu Veyisli kəndində yaşayır, Elməddin ilə ***-***-**-** və ***-***-**-** saylı nömrələr ilə əlaqə saxlamış, ancaq həmin nömrələrə zəng çatmamışdır. Təqsirıləndirilən şəxs Təqsirləndirilən şəxs onun 1000 manat pulunu qaytarmışdır. O, PŞ-nə və məhkəməyə gəlib getmək üçün pul xərcləmişdir. Odur ki, Təqsirləndirilən şəxs PŞ-nə və məhkəməyə gəlib getmək üçün xərclədiyi pulun alınıb ona verilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6-da ailə üzvləriylə birlikdə yaşayır, evlidir, övladı yoxdur. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, Göygöl rayonunda yerləşən “Fərid” şadlıq sarayında administrator olaraq işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 il olar ki tanımış, münasibətləri də normal olmuşdur. Belə ki, o, Goranboy rayon məhkəməsində bir müddət işləmiş və həmin vaxtı Təqsirləndirilən şəxs tanımışdır. Atası Tahir də Elməddinin atası Nəsimi ilə tanış çıxdıqdan sonra, belə ki onlar da Kəlbəcər rayonundan olduqlarından biri-birilərini tanıdıqdan sonra onlar Elməddindən yeznəsi Ülfəti işə düzəltməyə köməklik göstərməsini xahiş etmişlər. Elməddin də etiraz etməmişdir. 2022-ci ilin yay aylarında X10 rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsinə düzəldə biləcəyini, lakin 3000 (üç min) manat pul lazım olacağını demişdir. X13 1000 manat əvvəldən verəcəyini, 2000 manat isə bankdan kredit götürüb verəcəyini demişdir. Elməddin də razılaşmışdır. Özünə məxsus "xxxx" hesab kartını ona verərək pulu həmin kart hesabına göndərməsini bildirmişdir. 07 iyul 2022-ci il tarixdə o, Elməddin ilə birlikdə Goranboy rayon məhkəməsində olarkən atası Tahir ona zəng edərək Elməddinin kart hesabına 700 manat göndərdiyini, biraz sonra isə 300 manat da göndərəcəyini demişdir. O da Elməddinə bu barədə demişdir. Həmin gün Ülfət 300 manat da Elməddinə məxsus kart hesabına göndərmişlər. Təxminən 10 gün sonra X13 zəng edərək 2000 manatı düzəldə bilmədiklərini və işi danışmasını demişlər. Bir müddət sonra Elməddin Gəncə şəhərində “Xan bağı” adlı yerdə ona 500 manat qaytarmışdır. 500 manatını isə xərclədiyini və hissə-hissə qaytaracağını demişdir. Həmin vaxtdan bir müddət sonra o, Elməddinə qalan 500 manatı da Ülfətə qaytarmasını, Ülfətin narazılıq etdiyini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına 200 manat da göndərərək Ülfətə verməsini bildirmişdir. Qalan 300 manatı isə qısa zamanda verəcəyini demişdir. Təqsirləndirilən şəxs ümumilikdə 700 manat pul qaytarmışdır. 300 manat Ülfətə qaytaracağı pul qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kiminsə vasitəsilə işə düzəldəcəyi barədə məlumatı olmamışdır. Lakin o, 3000 manata Ülfəti işə düzəldəcəyinə söz vermişdir. Şahid2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı olaraq məhkəmə iclasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6-da ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 3 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlil olaraq təqaüd alır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. Təqsirləndirilən şəxs isə oğlu Şahid1 vasitəsilə tanımış, münasibətləri normal olmuşdur. Kiçik oğlu Şahid1 Goranboy rayon məhkəməsində bir müddət işləmiş və həmin vaxtı Təqsirləndirilən şəxs tanımışdır. Sonradan isə o, Elməddinin atası Nəsimi ilə də tanış çıxmış, belə ki, onlar da Kəlbəcər rayonundan olduqlarından biri-birilərini tanımışlar. Tanışlıqlarından bir müddət sonra X6 Nazirliyinin Goranboy rayon şöbəsində işlədiyini onlara demişdir. O, söhbətlərinin birində Elməddindən kürəkəni Ülfəti işə düzəltməyə köməklik göstərməsini xahiş etmişdir. Elməddin də etiraz etməmişdir. Kürəkəni Ülfəti bir neçə yerə işə düzəldə biləcəyini demişdir. Ən sonda isə 2022-ci ilin yay aylarında X10 rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsinə düzəldə biləcəyini, lakin 3000 (üç min) manat pul lazım olacağını demişdir. O, Elməddinə 1000 manat əvvəldən verəcəklərini, qalan 2000 manatı isə bankdan kredit götürüb verəcəklərini demişdir. Elməddin də razılaşmışdır. Kürəkəni Ülfət əvvəl narazılıq edərək Elməddinin onları aldadacağını demişdir. Lakin o, münasibətləri olduğundan və Elməddinin özünü aparmağından ona etibar etmişdir. Elməddin onlara özünə məxsus "xxxx" hesab kartını verərək pulu həmin kart hesabına göndərmələrini bildirmişdir. 07 iyul 2022-ci il tarixdə Ülfət özü 700 manat Elməddinə məxsus karta göndərmişdir. Ondan da 300 manat borc alaraq onu da həmin karta göndərmişdir. Bir neçə gün sonra Elməddinə zəng edərək 2000 manatı düzəldə bilmədiklərini və Ülfətin işə düzəlməsi ilə bağlı fikirlərindən daşındıqlarını və pullarını geri qaytarmasını demişlər. Elməddin pullarını geri qaytaracağını desə də, sonradan onlar Elməddini tapa bilməmişlər. Dəfələrlə onun ünvanına getsələr də, Elməddin ünvanında olmadığından ondan şikayət etmək qərarına gəlmişlər. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs sonradan kürəkəni Ülfətə ümumilikdə 700 manat pul qaytarmışdır. 300 manatı isə hələ də Ülfətə qaytarmamışdır. Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs 3000 manat qarşılığında Goranboy rayon İcra hakimiyyətinə işə düzəldəcəyini demişdir, lakin onun hər hansı şəxsin vasitəsilə işə düzəldəcəyi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: - xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs özünə məxsus 4189-8000-8000-4961 seriyalı Rabitə Bank tərəfindən verilmiş kartından xx.xx.2022-ci il tarixdə 700 (yeddi yüz) manat köçürülümüş hansı banka məxsus kart hesabına köçürülməsi, kartın kimə məxsus olması,həmin şəxsin anket məlumatları, eyni zamanda yuxarıda qeyd edilən məbləğlərin harada, nə vaxt, kim tərəfindən nəğdləşdirilməsi, bankomat tərəfindən qeydiyyata alınmış görüntülər barədə məlumatların "xxxx" ASC-dən əldə edilməsindən ötrü Göygöl rayon Məhkəməsindən məhkəmə qərarı əldə edilərək icra olunması üçün aiddiyyəti üzrə "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, RV307/922 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4189-8000-8000-4961 nömrəli ödəniş kartından xx.xx.2022-ci-ci il tarixdə, saat 11:19:43-də 700 manat məbləğində pul, "xxxx" ASC-də olan 4169-7385-4898-2937 nömrəli ödəniş kartına köçürülmüşdür. - Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd "xxxx" ASC-yə məxsus 4169-7385- 4898-2937 nömrəli kartı təqdim etmiş, həmin kart iş üçün əhəmiyyət kəsb etdiyindən surəti cinayət işinin materiallarına əlavə edilmiş, kartın sahibi Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması nəzərə alınaraq saxlanması üçün özünə qaytarılmışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Zəfərov X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib AR CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir. - Kəlbəcər rayon İHB-nın Comərd kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 42 saylı arayışdan, doğum şəhadətnamələrinin surətindən və xasiyyətnamədən görünür ki, Zəfərov X3 rayonu Comərd kənd ərazi dairəsi, Tağılar kəndində daimi qeydiyyatda olmaqla Goranboy rayonu Veyisli qəsəbəsində yaşayır, himayəsində xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı dörd uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsii ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməməsi zərərçəkmiş şəxsi işə düzəltmək niyyəti olmadığını , sadəcə olaraq orada vakant iş yeri olduğunu bildiyi üçün Namiq ondan Ülfəti işə düzəltməyə köməklik göstərməsini xahiş etdikdə onun bundan istifadə edərək şirinlik kimi pulunu aldığını göstərməsi barədə ifadəsinə tənqidi münasibət bəsləyib belə hesab edir ki, həmin ifadə yanlış olmaqla iş materiallarına və işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolu ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə qismən təqsirli bilməsi barədə ifadəsini özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. təqsirli bilərək onun zərərçəkmiş şəxsi işə düzəltmək niyyəti olmadığını , sadəcə olaraq orada vakant iş yeri olduğunu bildiyi üçün Namiq ondan Ülfəti işə düzəltməyə köməklik göstərməsini xahiş etdikdə o, bundan istifadə edərək pulunu aldığını göstərsə də, həmin xüsusatlar cinayət işinin istintaq materialları ilə təkzib olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimansçılıq çəkməsini, vurulmuş ziyanı tam ödəməsini, himayəsində 2 yetkinlik yaşına çatmamış və 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini qismən etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs əlavə xərc tələbi ilə bağlı Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlrı izah edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi subut yoxdur həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-96/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-96/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver