Məhkəmə qərarları › İş №1(066)-97/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-97/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-97/2023 21.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Rusiya Federasiyasında Misk rayon məhkəməsinin xx.xx.2000-ci tarixli hökmü ilə CM-in 219-5, 193-2-ci maddələri ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" ASC-in Gəncə şəhər yarımstansiyasında növbətçi elektrik işləyən, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 26 mart 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (şəxslərlə) qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus 2 baş hər biri 190 manat, bir baş 205 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanı sahibinin yanında olmamasından istifadə edərək gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 585 (beş yüz səksən beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 26 mart 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 190 manat olan iki baş 25 kiloqram çəkidə və 205 manat dəyərində bir baş 30 kiloqram çəkidə olmaqla ümumilikdə 585 manat dəyərində üç baş dişi cinsli xırdabuynuzlu heyvanları sahibinin yanında olmamasından istifadə edərək gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 585 (beş yüz səksən beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 06 radələrində tanışları qonşusu Yasin və Elşən adlı şəxslərlə birlikdə Göygöl rayonu Yeni Qızılca kəndində heyvan bazarına getmişdirlər. Bazara onları Yasin aparmışdır. Yasin onlara bazardan at üçün yəhər alacağını demiş, birlikdə getməyi təklif etmişdir. Bazara da Yasinə məxsus “Mercedes C” markalı avtomobil ilə getmişdirlər. Yasin baha olduğu üçün yəhər almamış və onlar bazarda olan kafelərin birində əyləşmişdirlər. Yasin yemək pulunu verəcəyini deyərək arağı Elşənlə onun almağını demişdir. O Elşənlə bazara çıxmış və bazarda gəzən zaman Elşənlə 3 baş baş xırdabuynuzlu heyvanın yanında sahibi olmamasını görmüşdürlə və quzuları oğurlamaq qərarına gəlmişdirlər. Quzuların birini o tutmuş, digərini isə Elşən götürmüş, Yasinə zəng edərək və oturduqları kafe istiqamətində getmişdir. O isə quzunu əks istiqamətdə aparmış və təxminən 10 metr apardıqdan sonra qarşına bir nəfər çıxmış və quzunu satdığını soruşmuşdur. O isə quzunu 150 manata demiş və həmin şəxslə 140 manata razılaşmış, quzunu həmin şəxsə satmışdır. Daha sonra yenidən tək qalan quzunun yanına qayıtmış və bazarın çıxacağına gətirmişdir. Orada göy rəngli “Vaz 2106” markalı taksi avtomobilinə yaxınlaşmış və quzunu avtomobilin yük yerinə qoymuşdur. Avtomobil heç yerindən tərpənməmiş bir baş quzunu az öncə satdığı şəxs və yanında da quzunun sahibi gəlmişdirlər. O həmin şəxslərə quzu oğurlamadığını demiş, lakin həmin şəxslər avtomobilin yük yerini açıb quzunu orada gördükdə ifşa olunduğunu bilmişdir. Daha sonra orada bazarda olan şəxslər onun üstünə gələrək onu təhqir etmişdirlər, o isə bu səbəbdən cibində olan kəsici aləti (rezak) çıxarıb sağ və sol qolumu kəsmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmişdirlər və onu Göygöl rayon polis şöbəsinə gətirmişdirlər. O, 26 mart 2023-cü il tarixdə qonşusu Yasin və sonuncunun tanışı Elşən adlı şəxslə bazara Yasinin istəyi ilə getmişdirlər, Yasin bazardan yəhər və at alacağını demiş, onlar bazarda olan zaman Yasinlə kafedə əyləşmiş, daha sonra Elşənlə o bazara araq almaq üçün getdikdə sahibi yanında olmayan 3 baş quzunu görmüşlər, o Elşənə quzuları oğurlamağı təklif etmiş və Elşən də razılaşmış, daha sonra quzunun birini o götürmüş, ikincisini isə Elşən götürmüş, Elşən Yasinin adını çəkməsindən başa düşmüşdür ki, Elşən Yasinlə danışmış, Elşən Yasinin əyləşdiyi kafeyə tərəf getmiş, o isə əks istiqamətdə getmiş, o birinci quzunun birini oğurlamış və təxminən 10-15 metr kəmnarda tanımadığı şəxsə 140 manata satmış, digər quzunu isə taksiyə qoyub aparmaq istəyən zaman quzunun sahibi onu saxlamış, Elşən quzunu götürüb Yasinlə telefonla danışa-danışa onun əyləşdiyi kafeyə tərəf getmiş, daha sonra isə Elşəni görməmiş, quzuların sahibi onu saxlayan zaman qaçmaq istəməmiş, orada dayanmış, oğurladığı quzuların sahibi və quzunun birini satdığı şəxslər onu saxlayan zaman bazarda olan kənar şəxslər onu mühasirəyə almışdırlar və təhqir etmişdirlər, həmçinin bazarda olan şəxslərdən biri onun başına yumruqla vurmuş, o da digər şəxsləri qorxutmaq üçün cibində olan kəsici aləti çıxarıb qollarını kəsmiş, özünü öldürmək kimi niyyəti olmamış, sadəcə həmin şəxsləri qorxutmuş, həmin alət “rezak” kimi tanıdığı kəsici alət olmuş və polis əməkdaşalrının gəldiyini gördükdən sorna qorxduğu üçün kənara atmış, hal hazırda harada olması barədə heç bir məlumatı olmamış, quzunun birini 140 manata satmış və həmin pulu təqdim etmiş, digər quzunu isə sahibi avtomobildən düşürüb götürmüşdür. Halhazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 06 radələrində tanışları qonşusu Yasinlə at yəhərinə baxmaq üçün Göygöl rayonu Yeni Qızılca kəndində heyvan bazarına getmək istəmişlər, Yasin gedib qonşusu Atəşi də çağırmışdır. Atəş də onlarla birlikdə bazara getmişdir. Onları bazara Yasin aparmışdır. Yasinlə o ata baxmağa getmiş, Atəş isə onlardan uzaqlaşmışdır. Saat 08 radələrində Yasinlə göyərçin almaqdan qayıtmış, Yasinlə bazarda bir-birilərindən aralı düşmüşdürlər. O Atəşlə rastlaşmış və həmin vaxt Atəş ona üç baş xırdabuynuzlu heyvanı göstərərək və heyvanları oğurlamağı təklif etmişdir. O isə bir baş quzunu götürüb oradan uzaqlaşmışdır. O quzunu yaxınlıqda saxladıqları YDM-in yanında Yasinin avtomobilin yanına aparmışdır. Bir neçə dəqiqə sonra Yasin oraya gəlmiş, bir baş xırdabuynuzlu heyvanı Yasinin avtomobilinin yük yerinə qoymuş, evə getmişdirlər. Onun həyətdə şərait olmadığı üçün quzunu Yasinin həyətinə düşürmüşdür. Daha sonra əməlləri ifşa olduqda heyvanı geri qaytarmışdır. O, 26 mart 2023-cü il tarixdə qonşusu Yasin və sonuncunun qonşusu Atəşlə getmiş, oraya getməkdə məqsədləri Yasinə at yəhəri almaq olmuş, Atəş bazarda ona sahibi yanında olmayan üç baş xırdabuynuzlu heyvanı göstərib oğurlamağı təklif etmiş, lakin o həmin heyvanlardan yalnız birini oğurlamış, digər iki baş heyvanı isə Atəş oğurlamış, o oğurladığı quzunu Yasinə məxsus avtomobil ilə aparıb Yasinin həyətinə düşürmüş, məqsədi heyvanı satıb qazanc əldə etmək olmuş, lakin Atəşin yaxalandığını eşitdikdə Yasinin vasitəsilə quzunu geri qaytarmış, Yasinin quzunu oğurlamağından xəbəri olmamış, o Yasinə quzunu aldığını demiş,o əvvəllər oğurluq etməmişdir. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında qardaşı Həbib ilə birlikdə Göygöl rayonu ərazisində yerləşən heyvan bazarına xırdabuynuzlu heyvan almağa getmişdir. Bazarda heyvanlara baxdıqdan sonra təxminən saat 08 radələrində iki başını 190 (yüz doxsan) manata, bir başını isə 205 (iki yüz beş) manata olmaqla ümumilikdə 585 (beş yüz səksən beş) manata üç baş xırdabuynuzlu heyvanı tanımadığı şəxsdən almışdır. Heyvanları Gəncə şəhərinə aparmaq üçün qardaşı Həbibə məxsus VAZ 2104 markalı avtomobilin yanına gətirib heyvanları ip ilə avtomobilə bağlamışdırlar. Bundan sonra başqa da heyvan almaq üçün yenidən bazara qayıtmışdır. Təxminən 5-10 dəqiqə sonra aldığı heyvanlara baxıb nəzarət etmək üçün avtomobilin yanına gələn zaman heyvanlarının olmadığını görüb oğurlanmasını başa düşmüşdür. Dərhal qardaşı Həbibə məlumat vermiş və Həbibi ilə birlikdə bazarı axtarmağa başlamışdırlar. Həbib aldığı heyvanlardan bir başını bazarda Rizvan adlı tanışlarının heyvanlarının içərisində görmüşdür. Rizvandan ona məxsus xırdabuynuzlu heyvanı kimdən aldığını soruşduqda Rizvan həmin xırdabuynuzlu heyvanı bir neçə dəqiqə əvvəl tanımadığı şəxsdən 140 manata aldığını bildirmişdir. O Rizvana tanımadığı şəxsdən aldığı xırdabuynuzlu heyvanın ona məxsus olub oğurlandığını bildirdikdə Rizvan da bazarda onlarla birlikdə həmin şəxsi axtarmağa başlamışdır. Rizvan ilə bazarda gəzərkən Rizvan bir nəfər şəxsi göstərərək ona məxsus xırdabuynuzlu heyvanı həmin şəxsdən aldığını bildirmişdir. Rizvanın göstərdiyi şəxs həmin vaxt oğurladığı digər heyvanı göy rəngli “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yük yerinə mindirdiyini görmüşdür. Tez həmin şəxsə yaxınlaşdıqda həmin şəxs taksidə ön sərnişin oturacağında əyləşmişdir. Lakin avtomobil yerindən tərpənməmişdi. Onlar həmin şəxsi avtomobildən düşürdükdə həmin şəxs ilkin olaraq oğurluq etməsini danmış, daha sonra isə cibindən kəsici alət çıxararaq qollarını kəsmişdir. Onlar isə dərhal həmçin şəxsi saxlamış və bu barədə heyvan bazarında xidmət aparan polis əməkdaşlarına məlumat vermişdirlrə. Heyvanların hər ikisi dişi cinsli olmuş, təxminən 3-4 aylıq olmuşlar, ikisinin çəkisi 12 kiloqram, digərinin çəkisi isə 15 kiloqram olmuş, bazarda quzuların ikisini 190 manata digərini isə 205 manata almış, quzuların oğurlanması nəticəsində ona 585 (beş yüz səksən beş) manat ziyan dəymiş, 26 mart 2023-cü il tarixdə qardaşı Şahid1 ilə birlikdə heyvan bazarında üç baş xırdabuynuzlu alıb qardaşına məxsus “Vaz 2104” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə iplə bağlayıb yenidən heyvan almağa getmiş, təxminən 10 dəqiqə sonra avtomobilin yanına qayıtdıqda aldığı üç baş xırdabuynuzlu heyvanın orada olmamasını görüb oğurlanmasını başa düşdük və bazarda axtarmağa başlamış, bir neçə dəqiqə sonra bazarda tanışları Rizvanın heyvanlarının içərisində onlara məxsus olan heyvanlardan birini gördükdə, Rizvana bu barədə dedikdə sonuncu bir neçə dəqiqə öncə heyvanı tanımadığı şəxsdən almasını demiş və onlarla birlikdə bazarda həmin şəxsi axtarmağa başlamışlar, həmin şəxsi onalara məxsus digər heyvanı avtomobilə yükləyib qaçmaq istəyən zaman görüb saxlamış, onlar həmin şəxsi saxladıqda həmin şəxs oğurluq etmədiyini demiş, lakin digər heyvanı yük yerindən çıxardıqda həmin şəxs cibindən kəsici alət çıxararaq qollarını kəsmiş, Rizvan və o həmin şəxsi vurmamış, həmin şəxsə heç bir təzyiq göstərməmiş, sadəcə həmin şəxsi saxlayıb polis çağırmışlar, onlar oğurluq edən şəxsi gördükdə həmin şəxs tələsik hərəkət edərək taksi ilə qaçmaq istəmiş, lakin həmin vaxt onlarə görməmiş, həmin şəxs onları gördükdə Rizvanı tanımış və həmin vaxt qaçmağa cəhd göstərməmiş, o ilkin olaraq heyvanlarının sayını səhv saldığı üçün iki baş heyvanının oğurlanmasını zənn etmiş, daha sonra heyvanlarını sayan zaman üç baş heyvanın (quzunun) oğurlanmasını bilmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində heyvan bazarında olan zaman sonradan adının Atəş olmasını öyrəndiyi şəxsdə bir baş xırdabuynuzlu heyvan (quzu) olmasını görmüş və sonuncudan qiymət soruşduqda quzuya qiymət əvvəlcə 150 manat, daha sonra 145 manat demişdir. O həmin şəxslə 140 manata razılaşmış və quzunu həmin şəxsdən alıb öz heyvanlarının içərisinə qatmışdır. Bir neçə dəqiqə sonra tanışı Vüsal onun heyvanlarının içərisində həmin aldığı quzunu görüb quzunun özünə məxsus olmasını, az öncə bazarda oğurlanmasını demişdir. O isə quzunu bir neçə dəqiqə əvvəl aldığını demiş və ona quzunu satan şəxsi Vüsaldan oğurlaması məlum olmuşdur. Vüsal ilə birlikdə bazarda həmin şəxsi axtarmağa başlamışlar və bazarın çıxış hissəsində həmin şəxsin taksidə ön sərnişin oturacağında əyləşdiyini görüb yaxınlaşmışdırlar. Yolda isə tıxac olduğundan taksi hərəkətə başlamamışdır. Həmin şəxsi düşürüb digər quzunu soruşduqda həmin şəxs ona quzu satmadığını demiş, avtomobilin yük yerini açdıqda Vüsalın digər quzusunun orada olmasını görmüşdürlər. Daha sonra həmin Atəş adlı şəxs cibindən kəsici alət çıxararaq qollarını kəsmiş, onlar isə dərhal həmin şəxsi saxlamış və bu barədə heyvan bazarında xidmət aparan polis əməkdaşlarına məlumat vermişlər, o Təqsirləndirilən şəxs1 bir baş xırdabuynuzlu heyvanı 140 manata almış, alan zaman isə oğurluq olmasını bilməmiş,onlar Təqsirləndirilən şəxs1 saxladıqda həmin şəxs oğurluq etmədiyini demiş, lakin digər heyvanı yük yerindən çıxardıqda Təqsirləndirilən şəxs1 cibindən kəsici alət çıxararaq qollarını kəsmiş, Vüsal və o həmin şəxsi vurmamış, Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərməmiş, sadəcə həmin şəxsi saxlayıb polis çağırmış, onlar oğurluq edən şəxsi gördükdə həmin şəxs tələsik hərəkət edərək taksi ilə qaçmaq istəmiş, lakin Təqsirləndirilən şəxs1 həmin vaxt onları görməmiş, həmin şəxs onları gördükdə onu tanımış və həmin vaxt qaçmağa cəhd göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Şahid3 ilə xidmət olan zaman saat 08:00 radələrində səs-küy eşidərək həmin yerə getmişdirlər. Onlar qeyd edilən yerə çatan zaman adı sonradan onlara məlum Təqsirləndirilən şəxs1 əlində olan kəsici alət ilə özünə xəsarət yetirdiyini görmüşdürlər. Onlar həmin şəxsi sakitləşdirmiş və özünə xəsarət yetirməsinin qarşısını almışdırlar. Daha sonra adı sonradan məlum olan Vusal Məmişov onlara yaxınlaşaraq Atəş adlı şəxsin özünə məxsus 3 ədəd xırdabuynuzlu heyvanı oğurladığını bildirmişdirlər. Bundan sonra onlar Atəş adlı şəxsi Şöbəyə dəvət etmiş, Təqsirləndirilən şəxs1 onlara etiraz etməyərək Şöbəyə gəlmiş və bu barədə raport ilə məruzə etmişdirlər. O və Şahid3 səs-küy olan yerə çatan zaman Təqsirləndirilən şəxs1 əlində olan kəsici alətlə qol nahiyəsinə xəsarət yetirdiyini görmüş və Atəşi sakitləşdirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus 3 ədəd xırda buynuzlu heyvanları oğurlamış, Zərərçəkmiş şəxs sonuncuya məxsus xırda buynuzlu heyvanların oğurlayanın birinin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmiş olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 kəsici alət ilə özünə xəsarət yetirmiş, həmin alət “ rezak” kimi tanıdıqları kəsici alət olmuş və həmin kəsici alətin hal-hazırda harada və kimdə olması ilə bağlı məlumatı olmamış, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə hər hansı bir ədavət və ya düşmənçiliyi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 və Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında qardaşı Vüsal ilə birlikdə Göygöl rayonu ərazisində yerləşən heyvan bazarına xırdabuynuzlu heyvan almağa getmişdirlər. Bazarda heyvanlara baxdıqdan sonra təxminən saat 08 radələrində qardaşı Vüsal iki başını 190 (yüz doxsan) manata, bir başını isə 205 (iki yüz beş) manata olmaqla ümumilikdə 585 (beş yüz səksən beş) manata üç baş xırdabuynuzlu heyvanı tanımadığı şəxsdən almışdırlar. Heyvanları Gəncə şəhərinə aparmaq üçün ona məxsus VAZ 2104 markalı avtomobilin yanına gətirib heyvanları ip ilə avtomobilə bağlamışdırlar. Bundan sonra başqa da heyvan almaq üçün yenidən bazara qayıtmışdırlar. Təxminən 5-10 dəqiqə sonra aldıqları heyvanlara baxıb nəzarət etmək üçün avtomobilin yanına gələn zaman heyvanlarının olmadığını görüb oğurlanmasını başa düşmüşdürlər. Dərhal Vüsal ilə birlikdə bazarı axtarmağa başlamışdırlar. O aldıqları heyvanlardan bir başını bazarda Rizvan adlı tanışlarının heyvanlarının içərisində görmüşdür. Rizvandan onlara məxsus xırdabuynuzlu heyvanı kimdən aldığını soruşduqda Rizvan həmin xırdabuynuzlu heyvanı bir neçə dəqiqə əvvəl tanımadığı şəxsdən 140 manata aldığını bildirmişdir. Onlar Rizvana tanımadığı şəxsdən aldığı xırdabuynuzlu heyvanın onlara məxsus olub oğurlandığını bildirdikdə Rizvan da bazarda onlarla birlikdə həmin şəxsi axtarmağa başlamışdırlar. Rizvan ilə bazarda gəzərkən Rizvan bir nəfər şəxsi göstərərək qardaşı Vüsala məxsus xırdabuynuzlu heyvanı həmin şəxsdən aldığını bildirmişdir. Rizvanın göstərdiyi şəxs həmin vaxt oğurladığı digər heyvanı göy rəngli “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yük yerinə mindirdiyini görmüşdürlər. Tez həmin şəxsə yaxınlaşdıqda həmin şəxs taksidə ön sərnişin oturacağında əyləşmişdir. Lakin avtomobil yerindən tərpənməmişdir. Onlar həmin şəxsi avtomobildən düşürdükdə həmin şəxs ilkin olaraq oğurluq etməsini demiş, daha sonra isə cibindən kəsici alət çıxararaq qollarını kəsmişdir. Onlar isə dərhal həmin şəxsi saxlamış və bu barədə heyvan bazarında xidmət aparan polis əməkdaşlarına məlumat vermişdirlər. Heyvanların hər ikisi dişi cinsli, təxminən 3-4 aylıq olmuşlar, ikisinin çəkisi 12 kiloqram, digərinin çəkisi isə 15 kiloqram olmuş, bazarda quzuların ikisini 190 manata digərini isə 205 manata almışlar, quzuların oğurlanması nəticəsində 585 (beş yüz səksən beş) manat ziyan dəymiş, 26 mart 2023-cü il tarixdə qardaşım Zərərçəkmiş şəxs ilə birlikdə heyvan bazarında üç baş xırdabuynuzlu alıb ona məxsus “Vaz 2104” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə iplə bağlayıb yenidən heyvan almağa getmişlər, təxminən 10 dəqiqə sonra avtomobilin yanına qayıtdıqda aldıqları üç baş xırdabuynuzlu heyvanın orada olmamasını görüb oğurlanmasını başa düşmüş və bazarda axtarmağa başlamışlar, bir neçə dəqiqə sonra bazarda tanışları Rizvanın heyvanlarının içərisində onlara məxsus olan heyvanlardan birini gördükdə, Rizvana bu barədə dedikdə Rizvan bir neçə dəqiqə öncə heyvanı tanımadığı şəxsdən almasını demiş və onlarla birlikdə bazarda həmin şəxsi axtarmağa başlamış, həmin şəxsi onlara məxsus digər heyvanı avtomobilə yükləyib qaçmaq istəyən zaman görüb saxlamışlar, onlar həmin şəxsi saxladıqda həmin şəxs oğurluq etmədiyini demiş, lakin digər heyvanı yük yerindən çıxardıqda həmin şəxs cibindən kəsici alət çıxararaq qollarını kəsmiş, Rizvan, o və qardaşı Vüsal həmin şəxsi vurmamış, həmin şəxsə heç bir təzyiq göstərməmiş, sadəcə həmin şəxsi saxlayıb polis çağırmışlar, onlar oğurluq edən şəxsi gördükdə həmin şəxs tələsik hərəkət edərək taksi ilə qaçmaq istəmiş, lakin həmin vaxt onları görməmiş, həmin şəxs onlar gördükdə Rizvanı tanımış və həmin vaxt qaçmağa cəhd göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 7 radələrində dostu Elşən və tanışı Atəşlə birlikdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına getmişdirlər. Oraya getməkdə məqsədi göyərçin və atı üçün yəhər almaq olmuşdur. Bazarda olan zaman Atəşlə Elşən ondan ayrılmışdırlar, o isə yəhərlərə baxmışdır. Lakin yəhər baha olduğu üçün almamışdır. Bazarda göyərçinlərə baxan zaman Elşən onun telefonuma zəng edərək onu yanacaq doldurma məntəqəsi tərəfə çağıraraq quzu verilməsini, həmin quzunu aparmağını demişdir. O özünə məxsus “Mercedes C180” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bazarın yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yanına gəldikdə Elşənin yanında bir baş xırdabuynuzlu heyvan (quzu) olmasını görmüş və Elşən quzunun özünə məxsus olmasını, aldığını demişdir. Elşən quzunu onun avtomobilinin yük yerinə qoymuş və onlar evə getmişdirlər. Elşən quzunu onun həyətinə düşürərək saxlamaq üçün yeri olmamasını demişdir. Daha sonra o quzunun oğurluq olmasını öyrənmiş və quzunu Göygöl rayon polis şöbəsinə gətirmişdir. Elşən ona quzunu satın aldığını demiş və saxlamaq yeri olmadığı üçün onun həyətinə düşürmüş, onun Elşənin quzunu oğurlamasından xəbəri olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirmə zamanı da əlbir olan bir qrup şəxs halında oğurluq etdiklərini etiraf edərək bir-birilərini ifşa etmişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 18 aprel 2023-cü il tarixli 128 nömrəli rəyində göstərilmişdir ki, Vət. Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – Hər iki said nahiyələrinin kəsilmış yaraları – kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmttəşünaslıq ekspertizasının 28 aprel 2023-cü il tarixli 9/3073 nömrəli rəyində göstərilmişdir ki, ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,0 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs1 Minsk şəhər Sovet MKİ-in xx.xx.2000-ci il tarixli hökmü ilə Belarusiya RespublikasınınCM-in 219-5 M 1His, 193-2 M 1 hissəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli nhökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinirək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.23-cü maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Bakı şəhər Nizami rayon məhkəməsinin qərarə ilə AR Milli Məclisnin xx.xx.2021-c il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu 26 mart 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (şəxslərlə) qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus 2 baş hər biri 190 manat, bir baş 205 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanı sahibinin yanında olmamasından istifadə edərək gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 585 (beş yüz səksən beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 оğlu 26 mart 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 190 manat olan iki baş 25 kiloqram çəkidə və 205 manat dəyərində bir baş 30 kiloqram çəkidə olmaqla ümumilikdə 585 manat dəyərində üç baş dişi cinsli xırdabuynuzlu heyvanları sahibinin yanında olmamasından istifadə edərək gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 585 (beş yüz səksən beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onlara təqsirləndirildikləri CM-nin 177.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azdlığın məhdudlaşdırılması cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəri ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərəri ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hər iki təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 140 (yüz qırx) manat pul və 3 baş xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə şəhəri ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə şəhəri ünvan 2 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 140 (yüz qırx) manat pul və 3 baş xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-97/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 21 sentyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Rusiya Federasiyasında Misk rayon məhkəməsinin xx.xx.2000-ci tarixli hökmü ilə CM-in 219-5, 193-2-ci maddələri ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" ASC-in Gəncə şəhər yarımstansiyasında növbətçi elektrik işləyən, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə şəhəri ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə şəhəri ünvan 2 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 140 (yüz qırx) manat pul və 3 baş xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar