Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-97/2024 05.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Göygöl rayonu, Zurnabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 08 iyun 2024-cü il tarixdə onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə qaçırdıqdan sonra xx.xx.2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə sonuncunun öz könüllü razılığı ilə yaşadıqları Göygöl rayonu Zurnabad kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına və anus dəliyinə soxmaqla cinsi ehtirasını təmin edərək aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi, ambulator məhkəmə-psixatrik, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyləri, AR DİN-in KTİ-dən əldə edilmiş məlumatı digər istintaq hərəkətlərinin protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qohmdur və onların tanışlığı da bu qohumluqdan yaranmışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bibisi onun dayısının arvadıdır. Onlar bir-birlərini istəmiş və telefonla əlaqə saxlamışlar. O zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs elçi göndərməmişdir. Əlavə olaraq bildirdi ki, Zeynəbin məktəbdə oxuduğunu bilmiş, lakin neçənci sinifdə oxuduğunu və neçə yaşı olmasını bilməmişdir. O Zeynəblə görüşmək üçün məktəbə getməmiş, əsasən qohumlarıgilə qonaq gedəndə görüşmüşdür. Zeynəbi qaçırdmaqda məqsədi evlənmək olmuşdur. Ayı və tarixi dəqiq xatırlamadığı vaxtda, əvvəlcə Zeynəblə telefon vasitəsi ilə danışaraq, əvvəllər tanımadığı taksi ilə Daşkəsənə gedib onun yaşadığı evin yanında olan “ARAZ” marketin qabağından onu qaçırmışdır. Onlar onun valideyinləri ilə qaldığı Göygöl rayon, Zurnabad kəndində yerləşən evə gəldikləri zaman evdə heç kəs olmamışdır. O, Zeynəbi qaçırdıb evə gətirdiyi gün onlar cinsi əlaqədə olmamışlar, valideyinləri evə gələrkən dərhal ondan Zeynəbi nəyə gətirməsini soruşmuşlar. Zeynəbin neçə yaşının olmasını bilməmişdir. Onlar mütamadi olaraq cinsi əlaqədə olmuşlar, lakin müstəntiq ona bu haqqda dedikdən sonra onlar daha cinsi əlaqədə olmamışlar. Hazırda Zeynəb onlarla birlikdə yaşayır, lakin onlar cinsi əlaqədə olmurlar. O özünü qismən təqsirli bilir. O Zeynəblə qohum olduqları üçün uzun müddətdir ki, bir-birlərini tanımışlar, o Zeynəblə əvvəlcədən telefon vasitəsi ilə Zeynəbin onunla qaçması barədə danışmış və Zeynəb öz razılığı ilə onunla qaçmışdır. O Zeynəbi qaçırdıqdan bir gün sonra cinsi əlaqədə olmuşlar və onlar yalnız təbii yolla (qabaqdan) cinsi əlaqədə olmuşlar. O, Zeynəblə qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. 07 iyun 2024-cü il tarixdə Zeynəbin qardaşı Orxan doğum günü şənliyinə onu da dəvət etməsindən sonra Daşkəsən şəhərinə Orxanın yaşadığı ünvana getmiş, həmin gün Zeynəbə oradan qoşulub qaçmağı təklif etmiş, lakin Zeynəb növbəti gün qaça biləcəklərini demiş və o Zeynəblə razılaşmışdır. O, Zeynəbi xx.xx.2024-cü il tarixdə qaçırmışdır. Onlar təxminən bir ilə yaxın telefon vasitəsi ilə danışmışlar. O Zeynəb 8-ci sinifdə oxuduğunu bilmişdir. O istintaqda verdiyi ifadəsini heç bir təsir altında verməmiş, sərbəst şəkildə vermişdir. O, Zeynəbi qaçırdıqdan bir gün sonra cinsi əlaqədə olmuşlar. Onun bacısı Gəncə şəhərində yaşayır və o Zeynəbi qaçırdığı gün onların valideyinləri bacısının Gəncədə yaşadığı evində görüşüb söhbət etmişlər. O isə Zeynəblə həmin vaxtı Göygöl rayonu, Zurnabad kəndində olan evlərində olmuşlar. O, Zeynəbi qaçırdığı günü cinsi əlaqədə olmuş və onun qızlıq pərdəsi yerində olmuşdur. Zeynəbin bakirəliyini o pozmuş və həmin vaxt Zeynəbdən qan axmışdır. Həmin günü onlar cəmi bir dəfə cinsi əlaqədə olmuşlar. Onlar qeyri təbii yolla (arxadan) heç vaxt cinsi əlaqədə olmamışlar. Onlar birbirlərini sevdikləri üçün o Zeynəbi evlənmək niyəti ilə qaçırmışdır. O, Zeynəbi təxminən günorta vaxtları qaçırmış və Zeynəb öz istəyi ilə onunla getmişdir. Gəncə şəhərindən Vaz 2107 markalı dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Daşkəsən şəhərinə getmiş, orada avtomobildən düşərək Zeynəbə məxsus ***-***-**-** nömrəsinə zəng edərək Daşkəsən şəhərində olduğunu demiş, Zeynəb evindən çıxaraq Daşkəsən şəhərində yerləşən “Araz market”ə gəlmiş, o Daşkəsən şəhər avtovağzalından boz rəngli Vaz 21015 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşərək mağazanın qarşısına sürməsini istəmiş, Zeynəb mağazanın qarşısından avtomobilin arxa oturacağına onun yanına əyləşmiş və onlar Gəncə şəhəri Ucuzluq mağazanın yanında düşmüşlər, sonra onlar birlikdə 20 nömrəli marşruta minib Gəncə şəhər avtovağzalına getmişlər, daha sonra taksi ilə Göygöl rayonu Zurnabad kəndinə yaşadıqları ünvana gəlmişlər. Onlar Göygöl rayonu Zurnabad kəndinə yaşadıqları evə gələndə evdə heç kəs olmamış, anası işdə olmuş, atası isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun valideyinlərinin Zeynəbi qaçırmaqda xəbərləri olmamış, belə ki o heç kimə heç nə deməmişdir. Valideynləri yalnız atası və anası Zeynəb üçün elçi getmişlər, Zeynəbin valideynləri Zeynəbin yaşının az olmasını və hələ məktəbdə oxumasını deyərək evlənmələrinə razı olmamışlar. Bundan sonra o Zeynəb ilə evlənmək məqsədilə qoşulub qaçmalarını planlaşdırmışlar. Onun Zeynəblə aralarında 12 yaş fərqləri vardır. Hazırda o fəhləliklə məşğul olur. O ilk dəfə cinayətini 2016-cı ilin may ayında törətmiş və 2022-ci ildə həbsdən çıxmışdır. Hazırda onlar Zeynəblə cinsi əlaqədə olmurlar. Müdafiəçsinin çıxışı ilə razı olmasını, məhkəmədən ona veriləcək cəzanın şərti hesab edilməsini və cəzasını azadlıqda çəkməsini xahiş etdi. Məhkəmə iclasında qanuni numayəndəsinin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs ilə bir-birlərini sevdiklərindən qaçmışlar. Əlavə olaraq bildirdi ki, onlar bir-birlərini sevdiklərindən o, Rahilə qoşulub getmişdir. Rahilin valideyinləri onlara onu istəmək üçün elçiliyə gəlmişlər, lakin onun valideyinləri yaşının az olması və məktəbdə oxumasını bildirərək onu verməkdən imtina etmişlər. Onlar bir-birlərini istədiklərindən və qarşılıqlı razılıq əsasında o, öz istəyi ilə Rahilə qoşulub getmişdir. O getdiyi günü və vaxtı dəqiq xatırlamır. Onlar taksi vasitəsi ilə getmişlər. Onlar Rahil yaşadığı Göygöl rayonu Zurnabad kəndinə yerləşən evə gəldikləri zaman evdə onlardan başqa heç kəs olmamış və onlar həmin günü cinsi əlaqədə olmamışlar. Qaçdıqları günün sabahısı onlar cinsi əlaqədə olmuşlar. Rahilin valideyinləri axşam radalərində evə gəlmiş və Rahildən onu nəyə gətirdiyini soruşmuşlar, Rahil isə onu ailə qurmaq niyəti ilə gətirdiyini bildirmişdir. Rahilin valideyinləri onu öz evlərinə qaytarmaq istəsələr də, o özü getmək istəməmişdir. Əvvəlcə onlar mütamadi olaraq cinsi əlaqədə olsalar da, müstəntiq onlara bu haqqda dedikdən sonra onlar cinsi əlaqədə olmamışlar. Onlar cəmi 1 dəfə qeyri təbii yolla (arxadan) cinsi əlaqədə olmuşlar. Rahildən heç bir şikayəti yoxdur. O hazırda Rahillə və onun valideyinləri ilə bir evdə yaşayır. Onlar birbirilərini sevirlər və bu səbəbdən o öz istəyi ilə Rahilə qoşulub getmişdir. Onun valideyinləri ona nəzarət etmişlər və təhsildən yayınmağa heç qoymamışlar. O öz valideyinləri ilə yaşadığı müddət ərzində onun ailəsinin maddi imkanı normal olmuşdur. O, X9 adına tam orta məktəbdə oxmuş, əvvəllər məktəbə getsə də daha sonra özü getməmişdir. Onun özünün telefonu olmamış, o anasının telefonundan Rahil ilə danışmışdır. O, xx.xx.2024-cü il tarixdə öz xoşu və istəyi ilə Rahilə qoşulub getmişdir. Onlar qaçdıqdan sonra Rahilə məxsus Göygöl rayonu Zurnabad kəndində yerləşən evə gəlmişlər və həmin vaxt evdə heç kəs olmamışdır. O həmin gün Təqsirləndirilən şəxslə cinsi əlaqədə olmuş və onun bakirəliyi həmin günü pozulmuşdur. Həmin vaxt evdəkilərin harada olmasından onun heç bir məlumatı olmamışdır. Onlar Təqsirləndirilən şəxslə cəmi bir dəfə qeyri təbii yolla (arxadan) cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onun neçə yaşının olmasını bilməmişdir. Orxan onun doğma qardaşıdır və onlar Orxanın ad gününü onun evində keçirmişlər. Onun qardaşının 33 yaşı var və o, Daşkəsəndə yataqxanada yaşayır. Rahil onlarla qohumdur və qardaşı Orxanın dostudur, bu səbəbdən qardaşının ad günündə Rahildə iştirak etmişdir. Qardaşı Orxanın ad günündən bir gün sonra o Təqsirləndirilən şəxs qoşulub qaçmışdır. O, evdən çıxan zaman özü ilə heçnə götürməmiş, Təqsirləndirilən şəxs təxminən günorta radələrində onu gəlib aparmış və həmin vaxt o evdən gedəndə evdə heç kəs olmamışdır. Belə ki, həmin vaxt onun atası və anası işdə olmuşdur. Evdən çıxan zaman o evdə tək olmuş, Rahil ona zəng vurmuş və o evdən çıxıb onunla taksiyə oturub getmişdir. Valideyinləri evə qayıdanda onu evdə görməyərək onun Rahilə qoşulub qaçmasını başa düşmüşlər. Hazırda o Rahilgildə qalır, Rahilgilin evi 2 yataq və 1 qonaq otaqdan ibarətdir. O, Rahilin anası ilə yatır, Rahil isə ayrı otaqda tək yatır. Valideyinləri ona dəfələrlə öz evlərinə qayıtmasını təklif etsələr də, o isə valideyinlərinin bu təklifinə həmişə etiraz etmişdir. O, Rahili sevdiyi üçün ondan ayrı qalmaq istəmir və hər zaman onun yanında olmaq istəyir. Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini, həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisə baş verdiyi zaman o işdə olmuş və bu səbəbdən heç nədən xəbəri olmamışdır. Günorta nahara evə gələn zaman Zeynəbi evdə tapmamış və narahat olduğundan onu axtarmağa başlasa da, tapa bilməmişdir. Həmin günü axşam tərəfi Zeynəb özü ona zəng vurmuş və o Rahilə qoşulub qaçmasını ona bildirmişdir. Həmin günün axşamı o, yoldaşı ilə birlikdə Rahilin valideyinləri ilə Gəncədə Rahilin bacısının evində görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs valideyinləri onlara bu hadisədən heç bir məlumatlarının olmadıqlarını bildirmişlər. Həmin vaxt o orada biraz səs-küy yaratmış və qızının qaytarılmasını tələb etmişdir. Lakin həmin gün nə Rahil nə də Zeynəb üzə çıxmamışlar. Zeynəb onunla əlaqə saxlayaraq ona onun Rahillə bir-birlərini sevdiklərini, o öz istəyi ilə Rahilə qoşulub getməsini və evə qayıtmayacağını bildirmişdir. Əlavə olaraq bildirdi ki, o özü evlənən vaxt məktəbi qurtarmışdır. Təqsirləndirilən şəxs valideyinləri onlara elçi gələn vaxt, o Zeynəbin hazırda yaşının az olmasını, məktəbdə oxumasını bildirərək elçilikdən imtina etmiş və bundan sonra Təqsirləndirilən şəxs valideyinləri çıxıb getmişlər. O, Təqsirləndirilən şəxs valideyinlərinə Zeynəbin 14 yaşı olmasını bildirmişdir. Hadisə baş verən vaxt onlar polisə heç bir məlumat verməmişlər. Hazırda da onların heç bir şikayətləri yoxdur. Onların işi polisə düşən vaxtdan hazırkı vaxtadək o, Təqsirləndirilən şəxs anası ilə mütamadi olaraq əlaqə saxlayır və Rahilin anası ona Zeynəblə Rahilin artıq cinsi əlaqədə olmadıqlarını bildirmişdir. Hazırda onun bildiyinə görə qızı Zeynəblə Rahil ər-arvad kimi yaşamırlar. O, qızı Zeynəbə dəfələrlə evə qayıtmasını təklif etsə də, Zeynəb gəlməkdən imtina etmiş və gələrsə özünü öldürəcəyini bildirmişdir. Onun həyat yoldaşı var və onlar bir ailə kimi birlikdə yaşayırlar. Onun altı övladı var və onlardan üçü oğlan, digər üçü isə qızdır. Zeynəb hazırkı hadisə baş verilənədək daim məktəbə getmiş və heç vaxt təhsilindən geri qalmamışdır. Zeynəbin cinsi aktivliyi, Təqsirləndirilən şəxs onlara elçi göndərəndən sonra başlamışdır. Zeynəb ona məxsus telefon vasitəsi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlamış, lakin onun qızı Zeynəblə Təqsirləndirilən şəxs əlaqələrindən heç bir məlumatı olmamışdır. Zeynəb Rahilə qoşulub getdikdən sonra o bir ana olaraq Zeynəbin arxası ilə getmiş, lakin Zeynəb onunla gəlməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs Zeynəbi qaçıran günü onlar Gəncədə Rahilin bacısının evində Rahilin valideyinləri ilə görüşmüşlər. Həmin görüşdə o, yoldaşı, Təqsirləndirilən şəxs valideyinləri və bacısı olmuşdur. Təqsirləndirilən şəxs valideyinləri onlara elçiliyə gəldikləri vaxt, yalnız özləri yəni, o, yoldaşı və Təqsirləndirilən şəxs valideyinləri olmuşlar və kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs qızı Zeynəbi qaçırması ilə bağlı polisə kim tərəfindən məlumat verilməsinindən məlumatı yoxdur. Qızı Zeynəblə bağlı məktəbdən onlarla əlaqə saxlanılmışdır. Zeynəbin Təqsirləndirilən şəxs ilə nəqədər vaxt danışmasından heç bir məlumatı yoxdur. Hazırda qızı Zeynəblə mütamadi olaraq əlaqə saxlayır və qızı Təqsirləndirilən şəxslə qalmaqdan çox razıdır. Təqsirləndirilən şəxs qızı Zeynəbə yaxşı baxır, qayğı göstərir və onların aralarında heç bir ziddiyətləri yoxdur. Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini, həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar zərərçəkmiş şəxs Zeynəb və onun valideyinləri ilə qohumdur. Belə ki, Zərərçəkmiş şəxs qardaşı arvadının əmisi qızıdır. Zeynəbi uşaqlığından tanıyır. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə münasibətinin olmasını deyərək, Zeynəbə elçi getmələrini istəmişdir. X13 yaşının az olduğunu deyərək narazılıq etsələr də, Rahilin təkid etməsinə görə məcbur qalaraq Zeynəbə elçi getmişlər. Zeynəbin valideynləri də onlara Zeynəbin yaşının az olmasını və hələ məktəbdə oxumasını deyərək oğlu Təqsirləndirilən şəxslə evlənmələrinə narazı olmuşlar. Oğlu Rahil təkidlə Zeynəblə evlənmək istədiyini demiş və onlar da Rahili sakitləşdirmək üçün bir müddət gözləməsini və yaşı tamam olduğu zaman onun üçün təkrar elçi gedib alacaqlarını demişlər. Zərərçəkmiş şəxs oğlu Rahillə bir-birilərini sevdiklərinə görə özü könüllü olaraq evlənmək məqsədilə oğluna qoşulub qaçmışdır. Əlavə olaraq bildirdi ki, onlar Zərərçəkmiş şəxs öz evlərinə getməyini təklif etmişlər, lakin Zeynəb qətiyyətlə getməkdən imtina etmiş və getsə belə özünü öldürəcəyini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçıraraq Göygöl rayonu Zurnabad kəndində yerləşən evlərinə gətirən vaxt evdə heç kəs olmamışdır. Hazırda Zeynəb onlarla bir evdə qalır, lakin oğlu Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs ayrı-ayrı otaqlarda yatır. O, oğlu Rahilə Zərərçəkmiş şəxs qaytarmasını tövsiyyə etmişdir. Onun oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçırmaq istəməsindən onun xəbəri olmamışdır. Hadisə baş verdiyi gün həyat yoldaşı işdə olmuş, o isə taksi fəaliyyəti ilə məşğul olduğu üçün evdə olmamışdır. Hazırda onların Zeynəbin valideyinləri ilə qohumluq münasibətləri normaldır. İstintaqda verdiyi ifadəsini təstiq edir. İstintaqda ifadə verən vaxt ona heç bir təzyiq və ya təsir göstərilməmiş. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçıran gün onlar Gəncə şəhərində qızıgilin evində Zeynəbin valideyinləri ilə görüşmüş və danışmışlar. Həmin görüşdə o, yoldaşı və Zərərçəkmiş şəxs valideyinləri olmuşlar. Onlar Zərərçəkmiş şəxs valideyinləri ilə görüşməyə gedən zaman oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçırmasından malumatları olmamışdır. Hazırda Zeynəb onlara qalır. Zeynəb onun yoldaşı Nanə ilə bir otaqda, Təqsirləndirilən şəxs isə tək ayrı otaqda yatır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verdiyi zaman o işdə olmuşdur. O, işdə olan vaxt Zərərçəkmiş şəxs anası Zülfiyyə ona zəng edərək oğlu Rahilin Zeynəbi qaçırmasını bildirmiş və onu Gəncə şəhəri Asan Xidmətin yanında olan ucuzluq mağazanın yanında gözləmələrini bildirmişdir. O həyat yoldaşı ilə dərhal Zülfiyyə dediyi yerə gəlmiş və onlar ora çatan vaxt Zülfiyyə əsəbindən səs-küy etməyə başlamışdır. Onların qızı Gəncə şəhərində yaşayır və onlar Zülfiyyəni və onun yoldaşını söhbət etmək üçün qızı gilə dəvət etmişlər. Zülfiyyə onlardan onun qızı Zeynəbi evə göndərməsini tələb etmiş və bundan sonra o Zülfiyyəyə evə gədib qızını gətirəcəyini bildirmişdir. Sonra onlar Göygöl rayonu Zurnabad kəndində yerləşən öz evlərinə qayıdaraq oğlu Rahillə Zeynəbin orada olmağını görmüşlər. O, Zərərçəkmiş şəxs onlarda görərək çox həyacanlanmış və Zeynəbin yaşı az olduğu üçün oğlu Rahilin tutulmasından qorxmuşdur. Bundan sonra o dərhal Zülfiyyəyə zəng edərək qızı Zeynəbin onlarda olmasını və gəlib aparmasını bildirmiş, lakin Zərərçəkmiş şəxs öz istəyi ilə gəlməsini, Rahili sevdiyini və burdan harasa getsə özünü öldürəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, onlar evə gəldikləri vaxt oğlu Rahil ilə Zeynəb cinsi əlaqədə olmamışlar. X1 Verdiyevin cinsi əlaqəsi həmin günü olmamışdır. Onlar hələdə toy etməmişlər. Zeynəb hazırda onlarla yaşayır. Zeynəb onunla, Rahil isə ayrı otaqda tək yatır. Onlar əvvəl Zeynəbə görə elçiliyə gedən vaxt o əri ilə getmişdir. Qızın neçə yaşı olması barədə onun xəbəri olmamışdır. Elçiliyə gedən vaxt onlara Zeynəbin yaşının az olmasını bildirmişlər və bu səbəbdən onlar çıxıb gəlmişlər. Hadisə baş verdiyi gün o yoldaşı ilə evə gələn vaxt Zeynəbdən onun oğlu Rahillə cinsi əlaqədə olub-olmamasını soruşmuş, Zeynəb isə aralarında cinsi əlaqələrinin olmamasını bildirmişdir. O Zeynəbi öz evlərinə aparmaq istəmiş, lakin Zeynəb islarla getməyəcəyini bildirmişdir. Hazırda onların qudaları ilə münasibətləri yaxşıdır. Zeynəb onlarla yaşayır və axşamlar onunla yatır. Hadisə baş verdiyi günü Zeynəb onun yanında olmuş və o soruşduqda Zeynəb Rahillər aralarında cinsi əlaqələrinin olmamasını bildirmiş, lakin həmin günün sabahı o işə getmiş, işdən qayıtdıqdan sonra Zeynəb özü ona Rahillə cinsi əlaqədə olmasını və onun bakirəliyinin artıq pozulmasını bildirmişdir. Polisə hadisə barədə məlumatın kim tərəfindən verilməsini bilmir. Onların işi polisə düşdükləri gündən bu günədək Zeynəb onunla yatır və oğlu Rahillə cinsi əlaqədə olmur. O səhər tezdən işə gedir və axşam işdən gəlir, həmçinin Rahilin özüdə fəhləliklə məşğul olur səhər gedir axşam gəlir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən HK-1/1289 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdın. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Zurnabad kəndində yaşayan Rahil adlı şəxsin xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə qaçırması barədə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli Qanuni nümayəndə tərəfindən Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru Röyal Məmmədova ünvanlanmış ərizədən görünür ki, Göygöl RPŞ-nin İstintaq bölməsində araşdırılan material üzrə onu yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. “Yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndə təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilməsi, qanuni nümayəndənin hüquq və vəzifələrinin ona izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur (atası Məhərrəmov Ramiz, anası Qanuni nümayəndə). İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ünvan Göygöl rayonu, Zurnabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Evin küçədən dəmir materialdan hazırlanmış, ağ rəngli, paslı darvazası vardır, evin ətrafı hasarlıdır. Həyətə daxil olduqda sol hissədə yardımçı tikili yerləşir. Sağ tərəf hasardır. Həyət torpaqlı-daşlıdır. Ev həyətin sonunda yerləşir, 2 mərtəbəlidir. Əsas yaşayış hissəsi 2-ci mərtəbədədir. Evin 2-ci mərtəbəsinə daxil olmaq üçün taxta pilləkənlər mövcutdur. 2-ci mərtəbədə salona daxil olduqdan sonra 2 ədəd yataq otağının olması müəyyən edilmiş, giriş qapısından solda yerləşən qapıdan içəri daxil olduqda solda 2 y, qarşıda isə 1 ədəd 2 nəfərlik çarpayı yerləşir. Çarpayının üst hissəsində döşəklər, yastıq və yorğan vardır. Otağın sol tərəfində çölə açılan 1 ədəd və salona açılan 1 ədəd pəncərə yerləşir. Çarpayının üzərində olan 1 ədəd pastelin üzərində qana bənzər ləkələr olması müəyyən edilmişdir. Həmin pastel iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı dəlil və əşya aşkar olunmamışdır. Baxış zamanı “Samsung” markalı fotoaparatdan istifadə edilərək hadisə yerinin şəkilləri çəkilmişdir. Cinayət işi üzrə istintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizanın 20 iyun 2024-cü il tarixli 341 nömrəli rəyindən görünür ki, 1. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti 8-14 gündür, müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. 2. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması, anal dəlik nahiyəsində aşkar edilmiş sıyrıq – anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. 3. Azyaşlı Zərərçəkmiş şəxs anal dəlik nahiyəsində aşkar edilmiş sıyrıq – bərk küt əşyanın təsiri nətixəsində əmələ gəlmişdir, anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 2-5 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs elan edilməklə hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri istintaq hərəkətləri aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da müdafiəçi X4 iştirakı ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Röyal Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Zurnabad kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında azyaşlı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması hadisəsi faktı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş üzərindı qanabənzər ləkələr olan örtük (prastina), Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanaq epiteli qaşıntıları götürülərək DİN KTİ-nin “DNT” laboratoriyasında tədiq edilib eynilik aşkar olunub olunmamasının müəyyən edilməsi üçün DİN-nin Tədqiqatlar İdarəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə, qərarın sürətinin ona və müdafiəçisinə və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, Göygöl RPŞ-nin MSY-dən azad edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllimi X10 iş üzrə mütəxəssis qismində təyin edilməsi, qərarın X5 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kriminalistik Tədqiqatlar İdarəsin tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-8752-2024 nömrəli məktubdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində təqdim edilmiş 01 ədəd mələfə üzərində Təqsirləndirilən şəxs məxsus sperma nümunəsi və Zərərçəkmiş şəxs məxsus qan nümunələri mövcuddur. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən-240770056 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Göygöl şəhərində doğulmuş, orta təhsilli, subay azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edilərkən Göygöl RPŞ-nin X8 təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırlması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırılması, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqı davam etdirilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin öz qüvvəsinə saxlanılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işi üzrə istintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 470 nömrəli rəyindən görünür ki, Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçübbiçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisəni düzgün qavrayaraq həmin hadisə barədə düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs sensor-perspetiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları düzgün qavrayaraq həmin hallar barədə düzgün ifadə verə bilər. Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və ya qavramağa imkan verə bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs əsas fərdi psixi xüsusuyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əalmətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs hazırki psixi vəziyəti onun istintaq hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Zərərçəkmiş şəxs onun psixi vəziyətinə görə ona qarşı törədilən cinayət əməlinin xarakteri və mənasını dərk etmək, cinayət hadisəsi zamanı müqavimət göstərmək iqtidarında olmuşdur. Cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi olaraq cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, istintaq zamanı Göygöl rayonu, Zurnabad kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd mələfənin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Göygöl RPŞ-nin saxlanma otağına təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmətibbi, ambulator məhkəmə-psixatrik, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyləri, AR DİN-in KTİ-dən əldə edilmiş məlumat, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4778 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4687 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-123/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun tutulduğu 15 may 2016-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,5-47-17/3-2- 187/2024 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs atası xx.xx.1978-ci il təvəllüdlü Şahid1, xx.xx.1978-ci təvəllüdlü anası Şahid2 və xx.xx.1997-ci il təvəllüdlü qardaşı X6 ilə birlikdə Göygöl rayonu, Zurnabad kəndində yaşayır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Göygöl (Xanlar) rayonun Hacıməlik qəsəbəsində anadan olmuş, Hacıməlik qəsəbəsində qeydiyyatda olan ancaq Göygöl rayon Zurnabad kəndində ailə üzvləri ilə birgə yaşayır. Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, bitərəf hərbi xidmətdə olmuş, Təqsirləndirilən şəxs həqiqətən istər Zurnabad kənd tam orta məktəbdə oxuduğu illərdə istərsədə, Zurnabad kəndində yaşadığı dövürdə özünün əməksevərliyi ilə valideyinə qarşı xoş rəftarı eyni zamanda həmyaşıtlarından fərqli olaraq nümayiş etdirdiyi vətənpərvərliyi, əməksevərliyi və yaşadığı dövr kənd sakinlərinin ərazidə mövcud olan nümayəndəliyin, bələdiyyənin dərin rəqbətini qazanmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, maddi sübutları, baxış keçirilməsi haqqında protokolları, digər istintaq hərəkətlərinin protokollarını, məhkəmə-tibbi, ambulator məhkəmə-psixatrik, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyləri, AR DİN-in KTİ-dən əldə edilmiş məlumatı və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs ilə anus dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri Zərərçəkmiş şəxs ifadəsi, digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-tibbi, ambulator məhkəmə-psixatrik, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyləri, AR DİN-in KTİ-dən əldə edilmiş məlumat və iş üzrə digər sənədlərlə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. X7 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-123/2017 saylı hökmündən görünür ki Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədən vaxt o yetkinlik yaşına çatmamışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar şəxsə cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər başqa cinayət əməllərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və məhkumluğu ödənilməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı yönələn və şəxsiyyətin cinsi azadlığı və cinsi toxunulmazlığı əleyhinə olan cinayət törətməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı özünü qeyri-səmimi apararaq törətdiyi əmələ laqeyd yanaşmış və özünü qismən təqsirli bilmiş, məhkumluğunun olması və hazırda zərərçəkmiş şəxsin on beş yaşının belə tamam olmaması və azadlıqda qalarsa öz cinayət əməllərini davam etdirmə ehtimalı vardır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin cəmiyyətdə mövcud olan şəxsiyyətin cinsi toxunulmazlığının və cinsi azadlığının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə bir gün hesabı ilə hesbalanmaqla təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş Göygöl rayonu, Zurnabad kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd mələfə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 60 (altmış) manat manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün bir günü bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş Göygöl rayonu, Zurnabad kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd mələfə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-97/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-97/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver