Məhkəmə qərarları › İş №1(066)-98/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-98/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-98/2023 19.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Atatürk prospekti ev 237/2B-də daimi qeydiyyatda olmaqla Göygöl şəhəri Səbuhi Hacıyev ev 29-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 8,874 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 19 may 2023-cü il tarixdə saat 16:10 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Göygöl şəhəri Səbuhi.Hacıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyin sol yan cibində saxladığı 1 ədəd şəffaf sellofanın bükümün içərisində olan təmiz çəkisi 8,874 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi ev 29-da ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsinə baxır.Təxminən 10-15 gün əvvəl Göygöl rayonun “Çay bağı” adlanan ərazidə çayın kənarında 1 ədəd şəfaf selofanı tapıb, həmin bir ədəd şəfaf selofanı açan zaman içərisində olan qara rəngli kütləni narkotik maddəyə bənzətdiyi üçün narkotik maddəni özü ilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göygöl şəhərinin A.Hacıyev küçəsində həmin narkotik maddə üzərində olarkən, hərəkətdə olduğu zaman Göygöl RPŞ-nin CAB-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də ərizəsi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil çağırılmış, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı təhqiqatçı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etdiyi zaman əynində olan gödəkcənin sağ cibində şəxsi istifadəsi üçün saxladığı ağ rəngli sellofanın içərisində olan şəffaf sellofan bükümdə olan tiryək deyilən narkotik vasitəni təqdim etmiş, bundan sonra həmin bükümün içərisindəki narkotik vasitə elektron tərəzidə çəkildikdə 8,874 qram olmasını görmüşdür. Sonra həmin büküm zərfə qoyulub ekspertizaya göndərilməsi üçün möhürlənərək qablaşdırılıb götürüldüyü zaman həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 2014-cü ildən Daxili İşlər orqanlarında çalışır. Hazırda Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 19 may 2023-cü il tarixdə Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə etməsi barədə daxil olmuş məlumatla bağlı ehtimal olunan cinayət əməlini ifşa edilməsi məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilərək həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə edilməsində şübhəli olan Təqsirləndirilən şəxs hazırda Göygöl şəhəri Aydın Hacıyev küçəsində olması bilindiyi üçün Şahid2 və Şahid3lə birlikdə qeyd edilən ünvana getmişdir. Təqsirləndirilən şəxs göstərilən ünvanda saxlanıldıqda ona özlərini təqdim edib üzərində narkotik vasitə daşımaqda, rayon ərazisində istifadə etməsində şübhəli olduğu üçün saxlanıdığını və məhz bu səbəbdən Göygöl rayon Poliş Şöbəsinə getməli olmasının zərurliyini izah edərək Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra artıq 19 may 2023-cü il tarixdə saat 17:20-də onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli penceyin sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edib bükümdə olan qara rəngli, kütləni Göygöl rayonu çay bağı deyilən ərazidən yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, həmin kütlə açıldıqda içərisində qara rəngli bərk kütlə olması aşkar edilmişdir. Sonra aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və narkotik maddə olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, 72 nömrəli möhürlə möhürlənmişdir. Həmin zərfi o da imza etmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, sonra baxış keçirilməsi ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. O da həmin sənədləri imza etmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlənin konkret haradan əldə edilməsi və hansı məqsədlə daşınması barədə hazırda dəqiq məlumatları yoxdur, gələcəkdə məlumat əldə olunduğu təqdirdə istintaqa rəsmi məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2016-cı ildən Daxili İşlər orqanlarında çalışır. Hazırda Göygöl rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində polis baş Serjantı xüsusi rütbəsi ilə xidmət edir. 19 may 2023-cü il tarixdə Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə etməsi barədə daxil olmuş məlumatla bağlı ehtimal olunan cinayət əməlini ifşa edilməsi məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilərək həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun, CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və şöbənin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə edilməsində şübhəli olan Təqsirləndirilən şəxs hazırda Göygöl şəhəri Aydın Hacıyev küçəsində olması bilindiyi üçün Şahid1 və Şahid3lə birlikdə qeyd edilən ünvana getmişdir. Təqsirləndirilən şəxs göstərilən ünvanda saxlanıldıqda ona özlərini təqdim edib üzərində narkotik vasitə daşımaqda, rayon ərazisində istifadə etməsində şübhəli olduğu üçün saxlanıdığını və məhz bu səbəbdən Göygöl rayon Poliş Şöbəsinə getməli olmasının zərurliyini izah edərək Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra artıq 19 may 2023-cü il tarixdə saat 17:20-də onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli penceyin sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edib bükümdə olan qara rəngli, kütləni Göygöl rayonu çay bağı deyilən ərazidən yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, həmin kütlə açıldıqda içərisində qara rəngli bərk kütlə olması aşkar edilmişdir. Sonra aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və narkotik maddə olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, 72 nömrəli möhürlə möhürlənmişdir. Həmin zərfi o da imza etmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, sonra baxış keçirilməsi ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. O da həmin sənədləri imza etmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlənin konkret haradan əldə edilməsi və hansı məqsədlə daşınması barədə hazırda dəqiq məlumatları yoxdur, gələcəkdə məlumat əldə olunduğu təqdirdə istintaqa rəsmi məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Şahid2 ilə eyni xüsussatı təsdiq etdi. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 16/525 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,874 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 8,874 qram tiryəkdən tədqiqata 0,1 qram istifadə edilmişdir. Tədqiqatdan sonra qalıq 8,774 qram qalmışdır. - Məhkəmə narkoloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 1274 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. - 19 may 2023-cü il tarixdə saat 17:20-də şəxsi axtarəş başlanmış, 17:28-də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sol cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə qoyulmuş 1 ədəd şəffaf sellofan bükümü təqdim edib həmin bükülüdəki kütlənin “Tiryək” adlandırdığı narkotik maddə olmasını Göygöl rayonu, Çay bağı adlanan ərazidən yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, həmin kütlə açıldıqda içərisində qara rəngli bərk kütlə olması aşkar edilmiş, həmin sellofan büküm ilə birlikdə xüsusi tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisinin 9 qram olması müəyyən edilmiş və həmin kütlə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış videolentə alınaraq 01 ədəd CD diskə köçürlərək protokola əlavə edilmişdir. 27 mart 2023-cü il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən X2 üzərinə baxış keçirilməsi və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən narkotik vasitə aşkar olunaraq götürülməsinə dair protokol tərtib edilərək videoçəkiliş aparılmışdır. - Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 8,774 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. -İşdə olan Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli 2361 saylı arayışından, arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o, özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməli, maddi sübut hesab edilən tədqiqatdan sonra qalıq qalmış 8,774 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon mərkəzi xəstəxanasına göndərilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixə kimi 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon Mərkəzi xəstəxnasına göndərilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 8,774 qram çəkidə narkotik vasitə olan tiryək narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar