Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-98/2024 05.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib həmin toxumları 2023-cü ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yarımtikilinin içərisində əkərək, ümumi çəkisi 4200 qram olan, xeyli miqdar hesab edilən 3 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 20 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi çəkisi 4200 qram olan, xeyli miqdar hesab edilən 3 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus “Vaz 21099” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 1 il bundan əvvəl Göygöl rayonu ərazisində yerləşən çay bağı adlanan yerdə gəzərkən orada yabanı halda bitmiş çətənə kollarının olduğunu görmüşdür. O, əvvəllər narkotik vaitə istifadə etdiyi üçün həmin çətənə kollarını tanımış və gələcəkdə istifadə etmək üçün həmin kolların toxumlarından yığaraq özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə o, evdə olarkən həmin toxumları yetişdirib istifadə etmək məqsədilə evinin həyətyanı sahəsində olan yarımtikilidə torpağa basdırmışdır. Həmin vaxtdan da mütəmadi olaraq həmin bitkiləri sulamış, bəzən də əlavə olaraq diblərinə daha yaxşı yetişməsi üçün heyvan qanı tökmüşdür. Bundan sonra həmin çətənə bitkiləri böyüməyə başlamışdır. Bitkilər böyüdükcə o, bitkinin budaq və yarpaqlarından qoparıb qurudaraq istifadə etməyə başlamışdır. Adətən özünə məxsus olan “Vaz 21099” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində də qurudulmuş halda olan narkotik vasitədən saxlayıb istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələrində o, yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evdə olan zaman bir neçə nəfər mülki geyimli şəxslər onun ünvanına gəlib özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər və onun narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirərək ondan evində, üzərində və avtomobilində narkotik vasitə olub-olmaması barədə soruşmuşlar. O, onlara avtomobilinin qoltuqaltında şəffaf sellofanın içərisində çətənə bitkisinin yarpaqları, evinin həyətyanı sahəsində yarımtikilidə 3 ədəd çətənə kolu və evinin içərisində döşəmənin üzərində 1 ədəd çətənə kolunun hissəsinin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşlarına əvvəl avtomobilinin qoltuqaltında şəffaf rəngli sellofanda qurudulmuş halda olan narkotik vasitə marixuananı təqdim etmişdir. Polis əməkdaşları avtomobilinə baxış keçirdikdən sonra evin həyətyanı sahəsinə daxil olmuşlar. O, yarımtikilinin içərisində əkdiyi çətənə bitkilərini göstərmişdir. Həmin çətəkə bitkiləri kökündən çıxarılaraq götürülmüşdür. Bundan sonra yaşadığı yerdə olan və həmin bitkilərdən qopardığı 1 ədəd budağı təqdim etmişdir. Polis əməkdaşları evinə də baxış keçirdikdən sonra aşkar olunmuş çətənə bitkilərini və avtomobilindən aşkar olunmuş qurudulmuş haldakı narkotik vasitəni qablaşdıraraq möhürləmişlər və baxış keçirilməsi ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitədən və çətənə bitkilərindən heç kimə bağışlamamış və satmamış, o, öz şəxsi istifadəsi üçün həmin bitkiləri əkibbecərmişdir. O, həmin toxumları 2023-cü ilin payız aylarına doğru olan vaxtlarda Göygöl rayonu ərazisində Çay bağı deyilən yerdən yabanı halda yetişmiş çətənə bitkisinin kollarında toplayıb saxlamışdır. 2023-cü ilin dekabr ayında da həmin toxumları yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisində torpağa əkərək yetişməsi üçün qulluq etmişdir. Hazırda heç bir yerdə toxum saxlamamışdır. Topladığı bütün toxumları həmin yerdə əkmişdir. O, əvvəllər də narkotik vasitə istifadə etmişdir. Ona qarşı Göygöl RPŞ-nin əməkdaşları tərəfindən heç bir zorakı hərəkət olmamış və heç bir təzyiq göstərilməmişdir. Himayəsində xəstə anası və ruhi xəstə qardaşı vardır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. 20 avqust 2024-cü il tarixdə Gəncə şəhər sakini, faktiki olaraq Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli birtkilər əkib-becərməsi istifadə etmək məqsədilə özünə məxsus avtomobildə saxlaması barədə Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu, eyni zamanda Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ünvanına gedərək saat 12:30 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanda aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik tərkibli bitkilər əkib-becərməsi, istifadəsi, saxlanılması və gəzdirilməsində şübhəli olmasını bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və öz könüllü ərizəsi əsasında ona məxsus Vaz 21099 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin salonunda qolaltlığından şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətinə və həyətyanı sahəsində olan yarımtikililərə baxış keçirmişlər. Baxış zamanı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisindən ilk baxışdan qulluq olunmuş narkotik tərkibli çətənə bitkisinə bənzər kollar aşkar olunmuşdur. Daha sonra evin yaşayış olan hissəsinə baxış keçirilmiş və oradan 1 ədəd çətənə bitkisinə bənzər hissə aşkar olunmuşdur. Bundan sonra yarımtikilidən aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kollar, evin içərisindən aşkar olunmuş 1 ədəd çətənə bitkisinə bənzər hissə və avtomobildən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülmüş və Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını, yaşadığı ünvandan aşkar edilmiş narkotik tərkibli çətənə bitkisini də öz istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs maddi sübutlarla birlikdə Göygöl RPŞ-nə gətirərək müvafiq qaydada araşdırma aparılması və prosessual qərar qəbul edilməsi üçün Təhqiqat bölməsinə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Göygöl RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq dövründə dindirilmiş və məhkəmə baxışında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1838 nömrəli araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən yaşadığı evdə saxlanılmış və öz könüllü ərizəsi əsasında ona məxsus “VAZ 21099” markalı, **-BZ-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə, onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 21099” markalı, **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobilinin salonunda qoltuqaltında şəffaf sellofan torbanın içərisindəki, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, avtomobildə başqa hər hansı qanunla dövriyyəsi qadağan olunan əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs evinin həyatyanı sahəsinə baxış keçirilmiş və yarımtikilidə ilkin baxışdan kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar 3 ədəd kol aşkar olunmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman evin içərisində döşəmənin üzərində 1 ədəd çətənə bitkisinə bənzər bitki aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib becərdiyini qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtpmpbilindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə, çətənə bitkisinə bənzər kollar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, AR-nın vətəndaşı, , orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1-də pasport qeydiyyatında olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdə saat 13:45 dəqqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 13:45 dəqqiqədə Göygöl RPŞ-nin inzibati binasında müdafiəçi X4 iştirakı ilə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elməddin Kamalov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK- 1/1838 nömrəli material üzrə Göygöl rayon X17 Mərkəzinin aqronomu X5 mütəxəssis qismində təyin edilməsi, qərarın ona elan edilməklə hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş alim-aqronom X5 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli rəydən görünür ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Göygöl rayon, Yeni Qızılca kənd sakini Təqsirləndirilən şəxs məxsus yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyani sahədə yerləşən yarımtikilidə 2 metr hündürlükdə 3 ədəd çəkisi 2 kq 160 qram olan narkotik xassəli bitkiyə bənzər çətənə kolları və evin içində həmin kollardan qoparılmış budaq aşkar edilmiş, aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər çətənə kollarına aqrotexniki qulluq işləri aparılaraq becərildiyi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər çətənə kolları onun iştirakı ilə polis əməkdaşları tərəfindən kökündən çıxarılmaqla yığılmış və kisəyə doldurularaq Göygöl Rayon Polis Şöbəsinə aparılmışdır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 21 avqust 2024-cü il tarixli 16/880 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş hər birinin üzəri möhürlü olan 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisələrdəki;- 1 (bir) ədəd A4 faylında təmiz çəkisi 2,46 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. -ümumi sayı 3 (üç) ədəd ümumi təmiz çəkisi 4200 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir.- sayı 1 (bir) ədəd təmiz çəkisi 700 qram bitki nümunəsinin hissəsi, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisələrdə olan marixuana və çətənə (kannabis) bitkiləri və eyni zamanda çətənə (kannabis) bitkisinin hissəsi tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) X3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir.Qeyd: marixuananın təmiz çəkisi -2,46 qr, tədqiqata istifadə olundu-0,02 qr qalıq-2,44 qr(1№-li ob); çətənə bitkisi ümumi təmiz çəkisi ədəd-4200qr, tədqiqata istifadə olundu cəmi-0,15 qr, (hər obyektən 0,05 qr götürüldü) qalıq-4199,85 qr,(2-4№-li ob); çətənə bitkisinin hissəsi təmiz çəkisi 1 ədəd-700 qr, tədqiqata istifadə olundu cəmi-0,05 qr, qalıq-699,95 qr,(5№-li ob). “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl rayon X9 bölməsinin baş müstəntiqi, polis mayoru X6 icraatında Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı evə baxış keçirilən zaman lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “Fujitsu” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zmanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk - ağ rəngdədir, üzərində yazı yoxdur. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin "DVD ROM" una daxil etdikdə, 01 ədəd "S2780001" adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 16:05 dəqiqə davam edən video görüntü olması, videogörüntüdə 4 nəfər mülki geyim formasında olan Göygöl RPŞ-nin CAB-in əməkdaşlarının dəmir materialdan olan qapıya yaxınlaşaraq qapını açan şəxsə özlərini təqdim etmələri, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Göygöl RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili Şahid4, CAB-in əməliyyat müvəkkili Şahid2 və CAB-in əməliyyat müvəkkili Şahid3 olması, qapını açan şəxsin isə şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edildi. Əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərilməsində, narkotik vasitə istifadəsində, saxlanmasında və gəzdirilməsində şübhəli olması, avtomobilinə və yaşadığı ünvana baxış keçiriləcəyi izah edildikdən sonra ondan etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra əvvəl ona məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin qoltuqaltında saxladığı şəffaf rəngli sellofan bükümdə saxladığı qurudulmuş marixuananı təqdim etmiş və öz istifadəsi üçün saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və orada olan yarımtikilinin içərisində əkib-becərdiyi və qulluq etdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs məxsus evin yaşayış olan hissəsinə daxil olunaraq baxış keçirilmiş və baxış zamanı 1 ədəd narkotik tərkibli çətənə bitkisinə məxsus hissə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs məxsus ünvanda qanunla dövriyyəsi qadağan olunan hər hansı digər əşya aşkar olunmur. Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və narkotik tərkibli çətənə bitkiləri qablaşdırılaraq DİN-in 72 nömrəli möhürü ilə möhürlənib ekspertizaya təqdim olunması üçün götürülür. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı evə baxış aparılarkən lentə alınmış 01 ədəd DVD diskin içərisində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar olunmuş, tədqiqatdan sonra qalıq qalmış 2,44 qram qurudulmuş marixuana və evinə baxış zamanı aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi, həmçinin avtomobilə və yaşadığı ünvana baxış keçirilən zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sünbut kimi tanınması, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar olunmuş, tədqiqatdan sonra qalıq qalmış 2,44 qram qurudulmuş marixuana və evinə baxış zamanı aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi saxlanılması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün MSY-dən azad edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Göygöl RPŞ-nin MSY-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarilxdə cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamamasının, başqa şəxslərə narkotik vasitə satıb-satmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat tapşırığına göstərilən istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs hər hansı digər yerlərdə narkotik vasitə saxlaması, digər şəxslərə narkotik vasitə satması və ya pay verməsi halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın yaşadığı evin həyətindəki yarımtikilidə əkdiyi narkotik tərkibli çətənə bitkisindən toplayaraq qurudub öz istifadəsi üçün avtomobilində saxladığı və narkotik vasitənin toxumlarını Göygöl rayonu ərazisində “Çay bağı” deyilən yerdə yabanı halda bitən çətənə bitkilərindən yığması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun xx.xx.2024-cü il tarixli 5(066)-71/2024 nömrəli qərarına əsasən Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarına əlavə edilmiş ittiham aktının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən ittiham elan edilmiş və ittiham aktı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən təsdiq edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş 09 sentyabr 2024-cü il tarixli, 1520 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)-29/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti təyin edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş xx.xx.2024-cü il tarixli 671 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensasiya mərhələsi XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən, o cümlədən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensasiya mərhələsi XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvəssində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin təkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs avtomobilindən 2,46 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilməsi xüsusatı üzrə sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın sürəti Göygöl rayon X11 Təhlükəsizlik bölməsinə göndərilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi olaraq cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar olunmuş, tədqiqatdan sonra qalıq qalmış 2,44 qram qurudulmuş marixuana və evinə baxış zamanı aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi-ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmənarkoloji, məhkəmə-psixiatrik ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı ünvana keçirilmiş baxış zamanı 01 ədəd CD diskə yazılmış video görüntü sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanılması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102.1-ci (köhnə redaksiyada) maddəsi ilə təqsirli bilinib 03 il şərti sınaq müddəti təyin edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına, Nizami rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib xx.xx.2003-cü il tarixdə aministiya qərarına əsasən azad olunmuş, Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2, 145.1-ci maddələri ilə təqsirli bilinib 2 il 06 ay şərti sınaq müddəti təyin edilməklə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi Gəncə şəhər məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4238 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixo-Nervoloji dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə dispanserə müraciət etməsi və “İsterik tipli psixopatiya” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)- cərimə və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər başqa cinayət əməllərinin törədilməsində təqsirli bilinərək dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) gün bir günə bir gün hesabı ilə hesbalanmaqla təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 2,44 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4199,85 qram olan 03 (üç) ədəd çətənə (kannabis) bitkisi və 699,95 qram 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 1520 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, X8 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 07 (yeddi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 42 (qırx iki) manat manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 2,44 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4199,85 qram olan 03 (üç) ədəd çətənə (kannabis) bitkisi və 699,95 qram 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 (qırx iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-98/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-98/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver