Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-99/2024 29.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Xanlar rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində tanışı Zərərçəkmiş şəxs və Zakir adlı şəxslə pivə içib nərd oynadıqları zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona borclu olduğu pulu istəməsi səbəbindən Zərərçəkmiş şəxs onunla qeyri etik ifadələrlə danışmağa başlamış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyünc işlətməməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs onun dediklərinə məhəl qoymadan söyünc etməyə davam etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu hərəkətləri səbəbindən stoldan durub getmək istəmiş, həmin vaxt Zərərçəkmiş şəxs stoldan durub Təqsirləndirilən şəxs “səni s.....m” sözlərini deyərək ona iki yumruq atmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir söyünc işlətmədən başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq üst dodağın yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), üst dodağın selikli qişasının yarası, 21-ci dişin travmatik düşüyü ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş. Həmin vaxt onları kafeni işlədən Şahid aralamış, daha sora Təqsirləndirilən şəxs həmin yerdən getmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, O, Zərərçəkmiş şəxs borc 20 manat pulu xx.xx.2024-cü il tarixdə vermiş, davaları isə xx.xx.2024-cü il tarixdə baş vermişdir. O, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 20 manat pulu verən vaxt, Elməddin ona xx.xx.2024-cü il tarixdə pulu qaytaracağını demişdir. Onlar kafeyə gedən zaman Zərərçəkmiş şəxs tanımadığı şəxsdən borc pul almışdır. Onu kafeyə yeyib-içməyə Elməddin və Zakir dəvət etmişlər. Onlar kafeyə getməzdən bir saat qabaq Zərərçəkmiş şəxs ona verdiyi borcu istəmiş, həmin vaxtı Zərərçəkmiş şəxs ona olan borcdan 10 manatını qaytarmış geri qalan 10 manatını isə bir saat ərzində verəcəyini demişdir. Həmin günü hüzur yeri olmuş və o, Zərərçəkmiş şəxs aldığı 10 manatı aparıb ora yazdırmışdır. O, Elməddin və Zakir kafenin ümumi zalında oturmuşlar, onlardan başqa orada piyvə içən bir iki nəfər adam olmuşdur. Onlar oturduqları kafenin zalında 6-7 stol olmuşdur. Onlar oturduqları stoldan başqa cəmi bir stolda əyləşənlər olmuşdur. Onlar təxminən adama 3 bakal piyvə içmişlər və piyvənin yanında noxut olmuş, başqa yemək olmamışdır. O, Zərərçəkmiş şəxs təxminən 1-2 ilə yaxındır tanıyır. Onlar piyvə içdikləri zaman o Zərərçəkmiş şəxs pulunu istəmiş, Zərərçəkmiş şəxs isə ona “s.....m doğanını pulu verəcəm qaça-qaç deyil” demiş, o isə Elməddinə söyməyərək söyünc işlətmə qıraqda adam var demişdir. Zərərçəkmiş şəxs isə onun dediklərinə məhəl qoymadan söyünc etməyə davam etmişdir. O, Zərərçəkmiş şəxs vuracağını demiş, o isə inanmamışdır. O görmüşdür ki, Zərərçəkmiş şəxs təmiz ağını çıxardır stoldan durmuşdur ki, çıxsın getsin. Zərərçəkmiş şəxs stoldan durub “səni s.....m” sözlərini deyərək ona iki yumruq atmış həmin yumruqlardan biri boynuna, biri isə sifətinə dəymiş, həmin vaxtı Zakir onun yanında, Zərərçəkmiş şəxs isə qabağında oturmuşdur. Zərərçəkmiş şəxs onun yaxasından tutmuş, o isə Elməddinə başı ilə vurmuşdur. Həmin vaxt onları aralıyan kafeni işlədən oğlan və digər iki nəfər şəxslər olmuşdur. O, Zərərçəkmiş şəxs cəmi bir kəllə vurmuş və sonra aralaşıb getmişdir. O orada heç bir söyünc söyməmişdir. Əlavə olaraq bildirdi ki, onlar kafenin içərisində dalaşmışlar və onlardan başqa orada adamlar olmuş və onları aralamışdır. Onları aralıyanlardan biri oranı işlədən Rizvan adlı şəxs və bir iki nəfər tanımadıqları şəxslər olmuşdur. Onlar piyvə içmişlər və Zərərçəkmiş şəxs onunla söyüşlə zarafat etməyə başlamışdır. Onların aralarında borc məsələsi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ondan 20 manat pul almış, həmin 20 manatdan Elməddin 10 manatı qaytarmış 10 manat isə borclu qalmış, o pulunu istəmiş Zərərçəkmiş şəxs isə ona qayıdıb söyüşlə cavab vermişdir ki verəcək. O isə borcunun qaytarmasını demiş və bunun üstündə Zərərçəkmiş şəxs ona qarşı söyünc işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs ona söyünc söyərək əl-qol atmış, o isə özünü saxlaya bilməmiş və Elməddini Zeynalovu başı ilə vurmuşdur. Zərərçəkmiş şəxs ona söyəndə o, ona qayıdıb söyməmiş, çünki onlar ailəvi dost olmuşlar, bir-birlərinə gediş-gəlişləri olmuş və ona görə o, Zərərçəkmiş şəxs qarşı söyünc işlətməmişdir. Onlar yeyib içməmişdən qabaq o, Zərərçəkmiş şəxs pulunu qaytarmasını demiş və Zərərçəkmiş şəxs onunla söyüşlə danışmağa başlamış, o isə Elməddindən xahiş etmişdir ki, onunla söyüşlə danışmasın çünki yanımızda başqa uşaqlar var. O bəlkə də 20 dəfə Zərərçəkmiş şəxs onunla söyüşlə danışmamasını demiş, lakin Zərərçəkmiş şəxs isə söyüşlə danışmağa davam etmiş və o aralaşmaq istəyərkən Zərərçəkmiş şəxs ona əl-qol atmışdır. Mübahisədən sonra onun heç bir xəsarəti olmamışdır. O, Zərərçəkmiş şəxs yeyib-içməyə gedən zaman onlar oturduqları stolda Zakir adlı şəxsdə olmuşdur. Onların mübahisəsi pul üstündə yaranmışdır. O pulunu istəmiş, Zərərçəkmiş şəxs isə söyüşlə zarafat etmişdir. Zərərçəkmiş şəxs ona qarşı ana söyüncü deməyə başlamış, o isə Zərərçəkmiş şəxs ana söyüncünü deməməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs isə ana söyüncü söyməyə davam etmiş, daha sonra isə onun özünə söyməyə başlamışdır. O, stoldan durub aralaşmaq istəyərkən Zərərçəkmiş şəxs ona əl-qol atmışdır. Birinci Zərərçəkmiş şəxs ona qarşı əl-qol atmağa başlamış, onun sifətini iki yumruq vurmuş, həmin vaxtı Zərərçəkmiş şəxs ona birinci yumruq vurmağı ilə bağlı şahidlər olmuşdur. Zakir adlı şəxs hazırda vəfat edib və mübahisə olduğu zaman xəstə olduğu üçün normal ayaq üstə dura bilməmiş və onları aralamamışdır. Onları aralıyanlar Ridvangil olmuşdur. Onları aralıyandan sonra o, çölə çıxmış, Zərərçəkmiş şəxs isə içəridə olmuşdur. Mübahisə zamanı kafedə 5 nəfərə yaxın adam olmuşdur. Hadisə 10 dəqiqə davam etməmişdir. Hadisə baş verdiyi zaman kafenin iş rejimi pozulmamış, kənardan əlavə şəxslər mübahisəyə qoşulmamış və ətrafda insanlar toplaşmamışdır. O özünü Zərərçəkmiş şəxs vurmaqda təqsirli bilir, xuliqanlıqda isə özünü təqsirli bilmir. Onun Zərərçəkmiş şəxsla mübahisəsi kafenin içində olmuş, lakin o orada söyünc etməmişdir. Müdafiəçinin söylədiyi fikrlə razıdır. O özünü cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, hazırda zərərçəkmiş şəxslə barışıb və ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Zakir adlı şəxslə 20 iyun 2024-cü il tarixdə Göygöl rayonunda Avtovağzal adlanan yerdə durmuşlar və həmin vaxt o, Təqsirləndirilən şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs ondan nə etdiklərini soruşmuş, o isə heçnə etmədiklərini sadəcə durduqlarını demişdir. Həmin vaxt o, artıq ölü yerinə gedib yazılıb gəlmişdir. Təqsirləndirilən şəxs ona gözlə gedim ölü yerinə dəyim gəlim demiş və Təqsirləndirilən şəxs gedib ölü yerinə dəymiş və gəlmişdir. Təqsirləndirilən şəxs ona 20 manat pulunu qaytarmasını demiş, Zakir isə onları razılaşdırmış və o, Baxdyara 10 manat pulu vermiş və onlar yeyib-içməyə getmişlər. O, Baxdyara qalan 10 manatı növbəti gün verəcəyini demiş, Baxdyar isə razılaşmışdır. Onlar yeyib-içəndən sonra Təqsirləndirilən şəxs ona piyvədən nərd oynamaqlarını təklif etmiş. Onun üstündə pul olmadığı üçün o uşaqlardan 5 manat borc pul almış və bundan sonra nərd oynamışlar. Nərd oynayarkən o uduzmuş, uduzduğu üçün üç bakal piyvə yanında noxud sifariş etmiş və üstündə 5 manat olduğu üçün 5 manat vermiş, yerdə qalan pulu isə Ridvana sonra ödəyəcəyini demiş, Ridvan isə razılaşmamışdır. Onlar oyunu davam etmiş, o Təqsirləndirilən şəxs udmuş və piyvələrin gəlməyini demiş, Təqsirləndirilən şəxs isə 10 manatını ondan istəmişdir. O, Təqsirləndirilən şəxs onların söz danışdıqlarını və onun həmin pulu sabah qaytaracağını demiş, Təqsirləndirilən şəxs isə ondan 10 manatını geri istəmişdir. O, uduzaraq öz borcuna düşən piyvəni aldığı üçün Təqsirləndirilən şəxs uduzduğu piyvənin alınmasını istəmiş və onun Təqsirləndirilən şəxs olan 10 manat borcunu ortalığa qatmamasını demişdir. Onların arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs ona bir kəllə vurmuş və onun salamat dişi tökülmüşdür. O çıxıb gedən zaman Təqsirləndirilən şəxs ona bir təpik vuraraq “nədi polisə şikayət edəcən” demiş, o isə polisə yox bir-başa prokurorluğa şikayət edəcəyini bildirmişdir. Bundan sonra o, getmiş prokurora şikayət etmişdir. Prokurorluğa gedən zaman onun qarşısına saqqallı iki cavan oğlan yaxınlaşmış və ona “q....ə kimi gedib şikayət edirsən” sözləri demişlər, o isə onlara gedib işləri ilə məşğul olmalarını demiş və onlar çıxıb getmişlər, sonra isə Təqsirləndirilən şəxs özü ora gəlib çıxmışdır. O getmiş prokurora şikayət eləmişdir. Əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs ona qarşı söyünc işlətməmişdir. Onların arasında mübahisə olarkən söyünc olmamışdır. Onlardan başqa kafedə qıraqda tanımadığı iki nəfər cavan uşaqlar oturub piyvə içmişlər. Onları aralamağa ehtiyac olmamış, Təqsirləndirilən şəxs onu vurandan sonra o, kafedən çıxmışdır. O, kafedən çıxarkən Təqsirləndirilən şəxs onu təpiklə vuraraq “kimə şikayət edirsən et” sözləri demişdir. O, polis şöbəsinə getmiş, sonra fikirini dəyişərək birbaşa prokurora şikayət etməyə getmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır. Onun avtomobili xarab olmuş və o Təqsirləndirilən şəxs 20 manat borc istəmişdir. O özü taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olur, onlar birlikdə işləyirlər və çörək kəsirlər. Zakir onları razılığa salmış belə ki, o 20 manat olan borcdan 10 manatı Baxdyara qaytarmış geri qalan 10 manatı isə növbəti gün qaytaracağını bildirmişdir. Onların arasında mübahisə baş verəndə söyünc olmamışdır. Onlar hərəsinə cəmi bir bakal piyvə içmişlər. O, bir bakal pivə içmişdir. Baxdyar öz payına düşən piyvəni alsa idi, hərəsinə 2 bakal piyvə düşməli idi. Piyvənin yanında zakuska kimi suxarik və çipsi olmuşdur. Onlar nərd oynamış və hadisə onun nəticəsində olmuşdur. O uduzarkən öz payına düşən piyvəni almış, Baxdyar isə uduzaraq piyvə almamışdır. Onlar söhbət etdikləri zaman Baxdyar ona kəllə vurmuşdur. O, düşünməmişdir ki, Baxdyar onu vursun. Baxdyar ona kəllə vurarkən o, yıxılmamış lakin arxaya getmişdir. Baxdyar kəllə vurandan sonra hərəkətini davam etməmiş, lakin o gedən zaman ona arxadan bir təpik vurmuşdur. Əvvəllər onun barəsində cinayət işi olub. O, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 20 manat pul almışdır. Təqsirləndirilən şəxs onu vurmazdan öncə nalayiq ifadə işlətməmişdir. Onların arasında mübahisə baş verdiyi zaman heç kəs nalayiq ifadə işlətməmişdir. Baxdyar onu kəllə ilə vuran vaxt onlar ikisidə ayağüstə olmuşlar. O, Təqsirləndirilən şəxs vurmamış, Təqsirləndirilən şəxs isə ona cəmi bir dəfə kəllə ilə vurmuşdur. Mübahisə olanda Ridvan gəlmiş Baxdiyarı aralamış, o isə çıxıb getmişdir. Mübahisə zamanı kafenin heç bir əşyası sındırılmamışdır. Hadisə baş verdiyi gündən təxminən 20 gün sonra həmin vaxt onlarla olan Zakir adlı şəxs vəfat etmişdir. Onları Ridvandan başqa heç kəs aralamamışdır. Mübahisə başa çatdıqdan sonra o, kafedən gedərkən Təqsirləndirilən şəxs ona təpik vurmuş və “şikayət etmiyənin v......u belə belə edim” sözləri demişdir. İlk nalayiq ifadəni o işlətmişdir. Bəxdyar Bayramov kafedə olarkən söyüş söyməmişdir.Təqsirləndirilən şəxslə barışımış və ona dəymiş zərər tam olaraq ödənmiş, heç bir şikayət və tələbi qalmamışdır. Təqsirləndirilən şəxsin 3 övladının olmasını və ona cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisənin vaxtını dəqiq xatırlamır. Onlar kafeyə gəlmişlər, oturub piyvə içmişlər və sporlaşmağa başlamışlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava düşmüş, o onları aralamış və onlar çıxıb getmişlər, digər hallar barədə məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, onların kafelərinin zalı böyükdür. Mübahisə baş verən günü kafedə yalnız onlar olmuşlar. İbtidai istintaqda mübahisə baş verdiyi gün kafedə digər şəxslərin olmasını desədə, bu günkü gün digər şəxslərin olub-olmamasını xatırlamır və olsalar da belə kim olduqlarını bilmir. O, sadəcə onları aralamış və kafedən getmələrini demişdir. O, Zərərçəkmiş şəxs adlı şəxsə dəfələrlə onun işlətdiyi kafəyə gəlməməsini və problemli adam olduğunu demişdir. Zərərçəkmiş şəxs dava salmasa belə, dəfələrlə ona gəlməməsini demişdir. O həmin sözləri Zərərçəkmiş şəxs davadan əvvəl və davadan sonra demişdir. Rəhmətlik Zakirin xətri üçün o, Zərərçəkmiş şəxs işlətdiyi kafeyə buraxmış və Zakirin xahişi ilə Elməddinə piyvə vermişdir. Dava olandan sonra Zakirə demişdir ki, görürsənmi Elməddini buraxdım və dava düşdü. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Zakir adlı şəxslər gəlib onun işlətdiyi kafedə piyvə içmişlər. Mübahisənin səbəbi söyünc üstə olmuş, belə ki Zərərçəkmiş şəxs söyünc söymüşdür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan davanın digər şəxslər tərəfindən görülüb-görülməməsini bilmir. Hadisə baş verəndən bir neçə gün sonra şöbədə izahat və hadisə barədə bütün məlumatları vermişdir. Hadisə baş verən zaman səs-küyə ətrafdan əlavə şəxslər yığışmamışdır. Mübahisə zamanı kafenin heç bir əşyası sındırılmamış və kafeyə heç bir ziyan vurulmamışdır. Polisdə verdiyi izahatda hadisənin xx.xx.2024-cü il tarixdə baş verdiyini, işlətdiyi kafenin əvvəlki adının “Qoşa Çinar” indi isə “X34” olduğunu, onun işlətdiyi kafeyə Baxdyar, Elməddin və Zakir adlı şəxslərin gəlib piyvə içib nərd oynadıqlarını, həmin vaxtı Elməddin tərəfindən nəlayiq ifadə işlətməsini təstiq edir. Zərərçəkmiş şəxs nalayiq ifadəni Təqsirləndirilən şəxs qarşı işlətmiş, Elməddin nalayiq ifadə işlətdikdən sonra Baxdyarla Elməddin ayağa durmuşlar və onlar tutaşan vaxt Baxdyar Elməddini vurmuşdur. Zərərçəkmiş şəxs hansı nalayiq söz işlətməsini xatırlamır. O səhf etmirsə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə kəllə ilə vurmuşdur. O, onları araladıqdan sonra hər ikisinə getmələrini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir kəllə vurmuş və Zərərçəkmiş şəxs dişi qanamışdır. Onlar mübahisə zamanı bir-birlərinə stəkan və ya kafenin hər hansısa digər əşyasını atmamışlar. Kafedə mübahisə baş verdiyi zaman digər şəxslərin olub-olmamasını dəqiq xatırlamır. Mubahisə baş verən zaman və mübahisə qurtaran zaman Təqsirləndirilən şəxs nəlayiq ifadə işlətməmişdir. Mübahisə baş verən zaman Zakir adlı şəxs heç bir şey etməmiş, belə ki, Zakirin ayaq üstə durmağa belə halı olmamışdır. Ondan başqa onları ayıran olmamışdır. Mübahisənin səbəbkarı Zərərçəkmiş şəxs söyünc söyməsi olmuşdur. Mübahisə baş verdiyi kafenin sahibi odur. Təqsirləndirilən şəxs davranışında ona xoş olmayan hərəkəti Zərərçəkmiş şəxs vurması olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaqdan başqa heç bir qeyri etik hərəkəti və ya jesti olmamışdır. O onları araladıqdan sonra Təqsirləndirilən şəxs sakitcə çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən nalayiq ifadə işlədilməsini eşitməmişdir. İş materiallarına əlavə edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Toplanmış materialın ərazi aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, 94-C/24 nömrəli materialın aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 342 nömrəli ekspert rəyi ilə göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), üst dodağın selikli qişasının yarası, 21-ci dişin travmatik düşüyü - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X24 tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisənin baş verdiyi yer Göygöl rayonu S.hacıyev küçəsində yerləşən Şahid işlətdiyi “Çinar” adı ilə tanınan “Qardaşlar” çay evidir. Zərərçəkmiş şəxs həmin çay evini göstərərək Baxdyar və Zakir adlı şəxslərlə oturub pivə içdiklərini, Baxdyarla nərd oynadıqlarını və həmin vaxt Təqsirləndirilən şəxs ondan pul borcunu istəməsinə görə aralarında münaqişə baş verməsini bildirmişdir. Həmin kafeyə içəri daxil olduqda sol, sağ və orta hissəyə oturmaq üçün divan, stol və stullar qoyulmuşdur. Kafenin içərisində baş tərəfdə bir ədəd otaq yerləşir. Zərərçəkmiş şəxs oturduqları masanı göstərərək Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edərək, başı ilə bir dəfə sifət nahiyyəsinə vurduğunu bildirmişdir. Daha sonra kafedən çıxan zaman Təqsirləndirilən şəxs şillə ilə başından vurduğunu, üzü üstə yerə yıxıldığını, xəsarət aldığını bildirmişdir. Baxış təbii və (işıq) süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı gələcəkdə sübut növü kimi iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülməmişdir. Baxış zamanı SAMSUNG markalı fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkilmiş və fotoşəkillərin gələcəkdə protokola əlavə ediləcəyi iştirakçılara izah edilmişdir. Hadisə yerinə baxış xx.xx.2024-cü ildə başlanmış saat 15:30 da, qurtardı saat 16:00 dəqiqədə. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya nilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X26 iş üzrə mütəxəssis qismində təyin edilməsi və qərarın təsviri hissəsindəkilərə əsasən qərar iş üzrə mütəxəssis təyin edilmiş X19 elan edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələri izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Üzləşdirmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manat borc almışdır. O, borc alan zaman Baxdyar pulun yarısını, yəni 10 manatını xx.xx.2024-cü il tarixdə, qalan 10 manatını isə xx.xx.2024cü il tarixdə verəcəyini bildirmişdir. Baxdyar da onunla razılaşmışdır. O, xx.xx.2024-cü il tarixdə Baxdyarla görüşüb ona 10 manat vermişdir. Pulu aldıqdan sonra Baxdyar ona gedib kafedə pivə içməyi təklif etmişdir. O da Baxdyarın təklifi ilə razılaşmışdır. xx.xx.2024cü il tarixdə 15 radələrində Göygöl şəhəri avtovağzalının yaxınlığında yerləşən Çinar kafesində Baxdyarla və soyadını xatırlamadığı Zakir adlı şəxslə birlikdə oturub bir qədər pivə içmişlər. Sonra isə Baxdyarla o, kafedə nərd oynamağa başlamışdır. Baxdyar pivə içdikdən sonra bir qədər sərxoş olmuşdur. Daha sonra isə nərddə uduzduğu üçün əsəbiləşərək ondan qalan 10 manat pulu tələb etməyə başlamışdır. O isə ona üzərində pul olmadığını, onun pulunun qalanını razılaşdığı kimi sabah verəcəyini bildirmişdir. Baxdyar isə ondan pulunu verməyini təkidlə tələb edərək ona qarşı təhqiredici ifadələr işlətmişdir. O isə Baxdyara onu təhqir etməməsini dedikdə Baxdyar yenidən onu təhqir etmişdir. O isə Baxdyarın onu təhqir etməsinə dözə bilməyib onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman Baxdyar əvvəlcə kəlləsi ilə onun ağız nahiyəsinə vurmuşdur. Həmin vaxt ön üst çənəsində olan dişlərdən biri sınıb yerə düşmüş, digər dişi isə yerindən oynamış, üst dodağı isə qanamağa başlamışdır. Zərbənin təsirindən o, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Sonradan orada olan şəxslər onları aralamışlar. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində baş vermiş münaqişə zamanı orada olan Zakir adlı şəxs X10r və hadisədən bir müddət sonra vəfat etmişdir. Hadisə vaxtı kafedə olmuş müştərilərin və hadisəni görə biləcək digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 221.1ci maddəsinə tövsif edilməsi, qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməmiş, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin221.1-ci maddəsi ilə ittiham elan edilmiş təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının vətandaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayou Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən Zərərçəkmiş şəxs hadisə vaxtı Təqsirləndirilən şəxs vurması öz təsdiqini tapmadığından Zərərçəkmiş şəxs barəsində cinayət təqibi başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işinin bəzi sənədlərində Təqsirləndirilən şəxs adının Bəxtiyar kimi yazılmış hissələri Baxdyar kimi, soyadının mamedov kimi yazılmış hissələri Bayramov kimi oxunulması, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmətibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin istintaqının qurtarması elan edilərkən müdafiəçisi X20 ilə birlikdə vəsatət verərək özünü Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünə və yumruqla vurduğuna görə əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə bir dəfə vurub xəsarət yetirdiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs X11 müdafiəçisi ilə birlikdə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürəti təqsirləndirilən şəxs X13 və müdafiəçisi X14 təqdim edilməsi və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi X20 ilə birlikdə cinayət işinin istintaq materialları ilə tanış olan zaman vəsatət verərək özünü Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünə və yumruqla vurduğuna görə əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə bir dəfə vurub xəsarət yetirdiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs X11 müdafiəçisi ilə birlikdə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürəti təqsirləndirilən şəxs X13 və müdafiəçisi X14 təqdim edilməsi və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1985-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Xanlar rayonunun Topalhəsənli kəndində anadan olmuş, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatdadır və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nin Aşıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-13/3-2-232/2024 nömrəli və 5-47-13/3-2-233/2024 nömrəli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs arvadı X5, oğlu X6, qızı X1 və qızı X3 ilə birlikdə Göygöl rayonu, Aşıqlı kəndində yaşayır. Göygöl RİHB-nın Aşıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Göygöl RİHB-nın Topalhəsənli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-23/3-2-232/2024 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs arvadı X7, qızı X4, qızı X15 və oğlu X12 ilə birlikdə Göygöl rayonu, Topalhəsənli kəndində yaşayır. Göygöl rayonu RİHB-nın Topalhəsənli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə şikayət xarakterli müraciət daxil olmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4316 nömrəli arayışda xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixinevroloji Dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4340 nömrəli arayışda xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də bu barədə şikayət və tələbinin olmayacağını göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cinayət işi üzrə özünü qismən təqsirli bilməsini, onun əməlində CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığını, o özünü CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilməsini və zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində tanışı Zərərçəkmiş şəxs ilə pivə içib nərd oynadıqdan sonra ona borclu olduğu pulla bağlı aralarında başlayan mübahisə zamanı kafedə yemək yeyib istirahət edən şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı kafedə olan X8, Şahid və istintaqa məlum olmayan digər şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir edərək başı ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq üst dodağın yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), üst dodağın selikli qişasının yarası, 21-ci dişin travmatik düşüyü ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində tanışı Zərərçəkmiş şəxs və Zakir adlı şəxslə pivə içib nərd oynadıqdan sonra Zərərçəkmiş şəxs ona borclu olduğu pulu istəməsi səbəbindən Zərərçəkmiş şəxs onunla qeyri etik ifadələrlə danışmağa başlamış, bundan sonra Zərərçəkmiş şəxs söyünc işlətməməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs onun dediklərinə məhəl qoymadan söyünc etməyə davam etmiş, həmin vaxt Zərərçəkmiş şəxs stoldan durub ona “səni s.....m” sözlərini deyərək ona iki yumruq atmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir söyünc işlətmədən başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq üst dodağın yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), üst dodağın selikli qişasının yarası, 21-ci dişin travmatik düşüyü ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş. Həmin vaxt onları kafeni işlədən Şahid aralamış, daha sora Təqsirləndirilən şəxs aralaşıb getmişdir. Həmçinin hadisənin bilavasitə şahidi olmuş Şahid baş vermiş mübahisə və dava zamanı Təqsirləndirilən şəxs nalayiq sözlərdən istifadə etməsini eşitmədiyini və ətrafa kənar şəxslərin toplaşmadığını, onları araladıqdan sonra sakitcə çıxıb getməsini bildirmişdir. Bununla da məhkəmə ibtidai istintaq orqanının qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində heç bir kənar şəxslərə yönəlmədən, şəxsi münasibətlər zəminində, yəni mübahisənin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə borc verdiyi pulun geri tələb edilməsinə görə yaranması və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə söyünclə danışması və ona əl-qol atması səbəbindən davanın başlaması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir söyünc işlətmədən başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vurması, həmin kafeni işlədən Şahid gəlib baş vermiş mübahisəni görməsi və onları ayırması, bundan sonra Təqsirləndirilən şəxs heçnə etmədən sakitcə çıxıb getməsi müəyyən edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək Təqsirləndirilən şəxs Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində başlayan mübahisə zamanı kafedə yemək yeyib istirahət edən şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ifadə edilən hərəkətlər etməsi qeyd edilsə də, bu hərəkətlərin nədə ifadə olunması göstərilməmiş və belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması səbəbsiz baş verməmişdir. Belə ki, tədqiq edilmiş sübutlar birmənalı olaraq təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə borc verdiyi pulunu geri tələb etməsi, zərərçəkmiş şəxsin təşəbbüsü ilə ilk olaraq təqsirləndirilən şəxsi yumruqla vurması və ona qarşı nalayiq ifadələrin işlədilməsi ilə davanın başlanmasını, sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə bu hadisəni törətməsini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən-Zərərçəkmiş şəxs ona olan borcunu ödəməməsi və sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs ona olan borcunu ödəməməsi və davranışları nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi başı ilə vuraraq onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 48 (qırx səkkiz) manat Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-99/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-99/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver