Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-99/2025 24.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X7 iclas katibliyi, dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X10 İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2010-cu ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Göygöl şəhəri, Vidadi küçəsi ev 24-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 15 radələrində Göygöl şəhəri, Vidadi küçəsində, azyaşlı Şahid1 və X1 onlara qarşı Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsinin zənn etməsi ilə bu halı yaşca böyük qardaş Zərərçəkmiş şəxs bildirməsi, sonuncuların yaşca böyük qardaşı olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söhbətə çağırması, bu zaman zərərçəkmiş tərəfindən Təqsirləndirilən şəxs təhqir edilməsi, xəbərdarlığa baxmayaraq eyni halın zərərçəkmiş tərəfindən davam etdirilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vurmaqla sonuncuya qəsdən burun sümüyünün yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onların babasının Vidadi küçəsində torpağı var. Babası həmin vaxt arılara yem verirmiş. O, qardaşı ilə qapıya çıxıb. O vaxt Zərərçəkmiş şəxs bacısı və qardaşı marketə gedirmiş. İdrislə qardaşının onlara baxdığını zənn edərək “nəyə baxırsız”, daha sonra isə “özünsən” deyib keçiblər. Daha sonra Murad ona yığıb ki, gəl aşağıda dörd yolda görüşək. Onunla eyni yaşda qohumları var. Adı Elsundur. O da yığıb ki, kişisənsə gəl dörd yola. Onlar görüşəndə Murad onu təhqir edib. Bir dəfə ona xəbərdarlıq edib ki, düzgün danış. İkinci dəfə təhqir edəndə, onu sinəsindən itələyib. Aralarında dava başlayıb. İdris istəmədən Muradın burnuna zədə yetirib və qanayıb. Bildirir ki, onun dalaşmaq niyyəti olmayıb, Murad onu təhqir etdiyinə görə itələyib, ancaq birinci Murad vurub. Hadisə zamanı qardaşı Fuad orda olub. Bacısı orda olmayıb. Yerə yıxılanda yenə onu təhqir edib. Ağır söz işlədib. Tanımadığı bir şəxs onları aralayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, qapıda uşaqlarla oturan zaman qardaşı gəlib ki, yuxarıda uşaqlar onu təhqir edib. Bacısına pis söz deyiblər. O da onları çağırıb ki, aydınlaşdırsın görək nəcə olub. Onun dalaşmaq niyyəti olmayıb. İdris deyib ki, bacısı ilə qardaşını təhqir etməyib. Yolda sözləri tərs gəlib. Aralarında dava başlayıb. Onu təhqir etdiyinə görə, İdris onu itələyib. Birinci o vurub. Küçədə olan qonşuları gəlib onları aralayıb. Qardaşı orada olub, ancaq bacısı olmayıb. Yerə yıxılanda istəmədən İdrisin onun burnuna zədə yetirdiyini bildirib. 2-3 nəfər başqa qonşuları da orda olub. Elsun adlı dostunun dava başlayandan sonra gəldiyini bildirdi. Təqsirləndirilən şəxslə barışıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində bildirib ki, hadisə olan günü o, işdə olub. Ona evdən zəng vurublar ki, uşaqlar dalaşıb. Həkimə aparmaq lazımdır. İşdən gəlib uşağı Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparıb. Burnu qanayırdı. Tampon qoyublar qanı kəsib. Evə gəliblər. Müzadilgil səhərisi yaxınlaşıb “Memorial Hospital”a aparıblar. Burnunun sol tərəfindən zədə almışdır. Şikayətləri yoxdur. Barışıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, digər evlərində babası ilə arılara baxırdılar. Arılar əsəbləşəndə çölə çıxıblar. Sonra balaca uşaqla bacısı gəldi. Onlara söz dedilər, onlar heçnə deməmişdi. Sonra bir də gəlib yanlarından keçəndə dedilər ki, “özünüzsüz”. Onlara heçnə deməmişlər. Sonra bu uşaqların qardaşı onları çağırdı. Dedi ki, bacısına, qardaşısına nalayiq ifadə işlənilib. Onlar isə dedi ki, heçnə deməmişlər. Sonra onları aşağı dörd yola çağırdı. Onları təhqir elədi. Qardaşı da üstünə getdi ki, danışığına fikir ver. Qardaşı onu itələdi. Sonra o da qardaşını vurdu. Dalaşanda uşaq yerə yıxıldı. Yerdə ağır təhqir elədi deyə, qardaşı ilə yenə dalaşdılar. Sonra da aralaşdılar. O, qardaşı ilə söhbət edirmiş. O balaca uşaq onlara dedi ki, “nəyə baxırsız?” Onlar dedi ki, “sizə baxan yoxdur”. Burnuna qardaşının əli dəydi deyə qanadı. O, qıraqda durmuşdu. Aralaya bilmiyəcəkdi deyə heçnə etməmişdir. Qardaşı ilə arılardan danışırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirib ki, hadisə baş verən zaman evdə olub. Balaca oğlu gəlib ki, qardaşının burnu qanayır. O, evdən çıxanda Muradın burnunun qanadığını görüb su verəndən sonra, İdrislə dava zamanı olduğunu bilib. Həmin vaxt qızının evdə olduğunu bildirdi. Balaca oğlu isə qapının ağzında olub. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 heç bir şey xatırlamadığını, bacısının orda olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokola əsasən 08 mart 2025-ci il tarixdə hadisənin baş verdiyi Göygöl şəhəri, Vidadi küçəsində, münaqişə olan yerə baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 125 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüyünün yerinidəyişmiş qapalı sınqları-bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 avqust 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Şahid1 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Şahid3 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Qanuni nümayəndə1 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən X9 şahid qismində dindirilmişdir. İş materiallarına əlavə edilmiş notarial təsdiqli ərizənin məzmunundan görünür ki, Qanuni nümayəndə1 Qanuni nümayəndə2 qarşı hansı şikayət və tələbi olmadığını bildirir. Göygöl Mənzil Kommunal X2 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırda ünvan 3nda qeydiyyatsiz yaşayır. Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: 1.Qanuni nümayəndə2 Həmdəm oğlu-1978-atası; 2.X4-1985-anası; 3.X5-2005-bacısı; 4.X8-2012qardaşı. Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, o, 2016-cı ildən Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alır. Təqsirləndirilən şəxs məktəbdə nümunəvi davranışlı, sakit təbiətli və mehriban bir şagirddir. Müəllim və sinif yoldaşları ilə münasibətləri yaxşıdır. Məktəbin nizam-intizam qaydalarına riayət edir. İdris sinif tədbirlərində fəal iştirak edir və yaradıcı qabiliyyətə malikdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhəti, CM-in hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üst-üstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir. Onun törətdiyi əmələ görə cinayət məsuliyyəti də təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 15 radələrində Göygöl şəhəri Vidadi küçəsində, azyaşlı Şahid1 və X3 qarşı nalayiq ifadələr işlətdiyi üçün sonuncuların yaşca böyük qardaşı olan Zərərçəkmiş şəxs ona haqlı irad bildirməsinin üstündə sonuncu ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə özünü həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs 2017-ci il təvəllüdlü qardaşı Şahid1 və 2014-cü il təvəllüdlü bacısı X1 gözləri qarşısında yumruqla xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vurmaqla sonuncuya qəsdən burun sümüyünün yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. “Xuliqanlıq niyyəti” ilə təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İstinad olunan qərarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmalında göstərilmişdir ki, qərarların təhlili xuliqanlıq motivinin yanlış olaraq müəyyən edilməsinə səbəb olan hal kimi həmçinin onu aşkara çıxarmışdır ki, bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə günü qardaşı ilə qapıda durduğunu, bu vaxt marketdən çıxıb gələn zərərçəkmiş Zərərçəkmiş şəxs özündən yaşca balaca qardaşı Fuad və bacısı Zəhranın onların yanından keçdiyini, qardaşı ilə İdrisin aralarında gedən söhbəti onların səhv anladıqlarını, Fuadın “özünsən”, “nəyə baxırsınız” kimi ifadələri işlətdiyini, lakin onların Fuad və bacısına ünvanlanmış söz demədiklərini, Fuadın evə gedib qardaşı Murada bunları deməsini, Muradın isə zəng edərək İdrisi evin qarşısında “dörd yol” deyilən yerə çağırmasını bildirmişdir. Habelə, görüş zamanı Muradın onu təhqir etməsini, onun xəbərdarlığına baxmayaraq davam etməsini, bu vaxt onu itələməsini, Muradın burnuna isə bilərəkdən vurmamasını, yanlarında həmin vaxt Muradın bacısının olmaması, ətrafa adamlar yığılmamasını, onlara tanımadığı adamın davaya son qoymaqda kömək etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə təqsirləndirilən şəxsin izahatı eynilik təşkil etmiş, balaca qardaşı Fuadın ona İdris və qardaşının onlara nəsə deməsini, bu əsasla İdrisə zəng edib söhbətə çağırmasını, ilkin olaraq onun İdrisi təhqir etməsini qeyd etmişdir. Şahid Yusif Hüseynovun ifadəsi təqsirləndirilən şəxsin izahatı ilə oxşar olmuş, şahid ifadəsində qardaşı İdris ilə qapıda dayandığını, bu vaxt ordan keçən Fuad və Zəhranın onları səhv anlamasını, Fuadın Murada bunları deməsi ilə Muradın İdrisi söhbətə çağırmasını, həmin vaxt Muradın İdrisi təhqir etməsini bildirmişdir. Şahid1 hadisəni xatırlamamış, bacısının orada olmadığını bildirmişdir. Şahid3 hadisə olan vaxt qızının evdə olmasını, oğlunun isə qapıda olduğunu demişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Yusif Hüseynovun məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 16:00 radələrində Göygöl şəhəri, Vidadi küçəsində olan evlərinin qarşısında qardaşı Yusif ilə dayananda oradan Fuad və bacısı Zəhra keçmiş, Yusif və İdrisin aralarındakı söhbəti Fuad onlara yönəlmiş anlayaraq “özünsən”, “nəyə baxırsınız” kimi ifadələri işlətmiş, bu anlaşılmazlıqdan Fuad Murada hadisəni danışmış, Murad İdrisə zəng edərək söhbətə çağırmış, orada söhbət əsasında onu təhqir etmiş, əvvəlcədən gözlənilməyən mübahisə yaranmışdır. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vurmaqla sonuncuya qəsdən burun sümüyünün yerinidəyişmiş qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarət yetirmişdir. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması, onun təqsirləndirilənə yönəlmiş təhqirinə cavab olaraq sonuncunun xəsarət yetirməsi, təqsirləndirilən şəxsin əməlində özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər təzahür etməmişdir. Hadisə baş verən vaxt 14 yaşı olan Təqsirləndirilən şəxs yaşı, sosial statusu onun hərəkəti ilə özünü digər şəxslərdən üstünlüyünü nümayiş etdirməyə, şəxs və ya şəxslərə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməyə dəlalət etmir. Digər tərəfdən ittiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı qardaşı Fuad və bacısı Zəhranın gözü qarşısında yumruqla xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vurmaqla sonuncuya qəsdən burun sümüyünün yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət yetirməsi qeyd edilməklə CM-nin 127.2.2-ci maddəsi üzrə ittiham verilmişdir. Məhkəmə qeyd edilənlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İbtidai istintaq orqanı şəxsin əməlində xüsusi amansızlığın əlamətlərinin mövcud olması qənaətinə gələrkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, xüsusi amansızlığı xarakterizə edən əlamətlərin olub-olmaması məsələsini kifayət qədər araşdırmamışdır. Məhkəmə təcrübəsinə və hüquq nəzəriyyəsinə əsasən, xüsusi amansızlıq kimi qiymətləndirilməsi üçün təqsirləndirilənin məqsədinin buna yönəlməsi sübut edilməli, bunu müəyyən etmək çətinlik yaratdıqda onun seçdiyi üsul və vasitələrin obyektiv olaraq xüsusi iztirablar verməsi xarakterinə malik olması və onun qəsdinin bunu əhatə etməsi müəyyənləşdirilməlidir. Xüsusi amansızlığın müəyyən edilməsi zamanı, xüsusi olaraq, cinayətin baş vermə şəraiti və halları, yəni hadisə qarşılıqlı dava zamanı, zərərçəkmişin təşəbbüsü ilə başlanması, zərbələrin qısa müddətdə baş verməsi, zərərçəkmişin aktiv müqaviməti sındırmaq üçün yetirilməsi kimi məqamlar nəzərə alınmalıdır. İttihamın mövqeyinə görə həmin vaxt zərərçəkənin azyaşlı bacısı Zəhra və qardaşı Fuad zərərçəkmiş şəxsin yaxın adamları olduğu üçün və həmin yerdə olduğu üçün təqsirkarın əməlində xüsusi amansızlıq olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində Zəhranın həmin vaxt orda olmadığı barədə eynilik təşkil edən ifadələr olmuşdur. Şahid3-Zəhranın anası həmin vaxt qızının evdə olmasını bildirmişdir. Digər tərəfdən hadisə yerində olduğu qeyd edilən zərərçəkmişin azyaşlı qardaşı Fuad həmin vaxt heç nə xatırlamadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumun mövqeyinə əsasən xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda ifadə oluna bilər. Hazırki halda zərərçəkmişin təkidi ilə başlanmış və təhqiredici ifadəsi ilə qıcıqlanmış dava zamanı ətrafda azyaşlı qardaşının olmasını arzu edərək, dərk edərək, məhz ona əzab vermək niyyəti ilə zərərçəkmişin sağlamlığına zərər vuruulması işin halları ilə sübut edilmir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin an əməlinin zərərçəkmişin azyaşlı qardaşı gözü qarşısında bağ verməsinin xüsusi istirab verməsini müəyyən etmək iqtidarında olmamışdır. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 maddəsində nəzərdə tutulan xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma və 127.2.2-ci maddəsində nəzərdə tutulan xüsusi amansızlıqda sağlamlığa az ağır zərər vurma cinayətlərinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi sifət nahiyyəsinə zərbələr vurmaqla sonuncuya qəsdən burun sümüyünün yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa az ağır xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli nömrəli Qərarının:
1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.13. cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;
5. Məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cü il təvəllüdlü olmaqla cinayət törədilən vaxt yetkinlik yaşına çatmamışdır, habelə törədilmiş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. AR CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan başqa, AR CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.13 və 5.1ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə