Məhkəmə qərarları › İş №1(067)-10/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-10/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-10/2022 26.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 13 avqust 1981-ci ildə Qusar rayonunun Yasab kəndində anadan olmuş, həmin ünvanda daimi qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi İİİ mədən 125-ci korpus ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi dövr ərzində həmin müəssisənin fəaliyyətinə rəhbərlik etməklə Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib etməməklə, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına nəzarəti həyata keçirməməklə, həmin kranın quraşdırılmasını müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçməyən fəhlə X5 tapşırmaqla “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1-ci bəndinə əsasən binalarda, açıq meydançalarda və digər istehsalat sahələrində kran layihəyə, bu Qaydalara və müvafiq normativ sənədlərə uyğun qurulmalı, 3.2.2-ci bəndinə əsasən kranın yenidən qurulması və təmiri, istehsalçı müəssisə və ya ixtisaslaşdırılmış təşkilat tərəfindən hazırlanmış layihə və texniki şərtlər əsasında yerinə yetirilməli, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndinə əsasən tikinti-quraşdırma (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı üzrə əvvəlki əməliyyat, sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı istehsalat təhlükəsi mənbəyi olmasını nəzərdə tutmalı, 2.26-cı bəndinə əsasən 1.3 m-dən artıq hündürlükdə və hündürlük dəyişkəni sərhəddindən 2 m-dən az məsafədə yerləşən iş yerləri və onlara gedən keçid yolları çəpərlənməli, çəpərlənmək mümkün olmadığı halda bu hündürlükdə görülən işlər 12.4.059-78 DÜST-nin tələblərinə cavab verən qoruyucu kəmərdən istifadə olunması ilə yerinə yetirilməli, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin a) bəndinə əsasən hər bir fəhlənin təyin olunmuş ixtisas və dərəcəsi üzrə öz iş yerində və ona təhkim olunmuş maşın, avadanlıqda işləməsini təşkil etməli, b) bəndinə əsasən təşkilat, idarə, müəssisə rəhbərliyi tərəfindən iş yerində sağlam və təhlükəsizlik şərait yaradılmalı, maşın və avadanlıqların texniki saz vəziyyəti təmin edilməli, d) bəndinə əsasən əmək və istehsalat intizamını möhkəmləndirməli, k) bəndinə əsasən işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 1.3-cü bəndinə əsasən müəssisə rəhbəri bütün müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyini həyata keçirməli, 2.5-ci bəndinə əsasən təlim alanın əməyin mühafizəsi üzrə bilikləri təyin olunmuş qaydada ixtisas komissiyası tərəfindən imtahan keçirilməklə yoxlanılmalı, 3.10-cu bəndinə əsasən bütün fəhlələr iş yerində ilkin təlimatlandırmadan və biliyinin yoxlanılmasından sonra, işin xarakterindən asılı olaraq, bir neçə növbə işləri usta və ya briqadirin nəzarəti altında yerinə yetirməli, yalnız bundan sonra onların müstəqil işə buraxılması qanuniləşdirilməli olduğu halda qeyd olunan qaydalara riayət etməyib Kamran Cəfərovun 19 iyun 2021-ci il tarixdə saat 13 radələrində “Potain” markalı qülləli kranın seksiyalarının quraşdırılması işi ilə məşğul olarkən krandan beton səthin üzərinə yıxılıb “baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüyünün sınığı, sol bud sümüyünün açıq sınığı” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alt çənə sümüyünün, sağ tərəf İV qabırğanın, sağ saidin, sol dirsək və mil-bilək oynaqlarının sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, “sol qaş, alt çənə, döş qəfəsi, sol said, sol bud nahiyələrinin əzilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və “sol diz nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə, yəni tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və ya bu obyektdə sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Kamran Cəfərovun ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildə "xxxx" MMC-ni təsis etmişdir və hazırda həmin müəssisənin direktoru vəzifəsini icra edir. İlk əvvəllər direktoru olduğu şirkət kranların təmiri və boyanması üzrə fəaliyyət göstərmiş, 2017-ci ilin sentyabr ayında İqtisadiyyat Nazirliyindən lisenziya aldıqdan sonra artıq şirkət qülləli kranların sökülməsi, daşınması və quraşdırılması üzrə fəaliyyət göstərməyə başlamışdır. X9 ilə 15.02.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq sonuncunu şirkətə fəhlə kimi işə götürmüşdür. Kamranın vəzifəsi qülləli kranın quraşdırılması işini yerinə yetirərkən verilən tapşırıqları icra etməkdən ibarət olmuşdur. 30 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq ünvan 4 ünvanında olan “Potain” markalı qülləli kranı söküb Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında tikintisi davam etdirilən X7 ərazisində quraşdırmağı öhdəsinə götürmüşdür. Qeyd olunan işin yerinə yetirilməsinə çilingər Şahid1 və fəhlə X9 ayrılmışdır. 19 iyun 2021-ci il tarixdə də Bakı şəhəri H.Əliyev prospektindəki Caspian Plazada yerləşən ofisin qarşısında işçilər yığılmış, Şahid1 və Kamran Cəfərovu təhlükəsizlik barədə təlimatlandıraraq imza etdirməklə Xaçmaz rayonuna gedərək X2 qülləli kranın quraşdırılması ilə bağlı hazırlıq işləri görmələrini, yəni kranın palislərini yağlamağı, kranın seksiyasının yuxarıya qaldırılaraq asqıya keçirib krana yaxınlaşdırmağı sonunculara tapşırmışdır. O, həmin gün başqa bir işi olduğundan Erik və Kamranla bir yerdə Xaçmaz rayonuna gedə bilməmişdir. Həmin gün saat 13-14 radələrində Şahid1 onun istifadəsində olan mobil nömrəyə zəng edib Xaçmaz rayonuna gəlməyini, Kamran Cəfərovun qülləli krandan yıxıldığını bildirmişdir. O, Erikdən Kamranın yaşayıbyaşamamasını soruşduqda Erik Kamranın nəfəs aldığını demişdir. O, dərhal yola çıxmış, yolda olan zaman Erik ona yenidən zəng edərək artıq Kamranın öldüyünü və sonuncunun morqdan götürülməsi üçün müvafiq rəsmi sənədləri gətirməyini demişdir. O, ofisə qayıdaraq Kamran Cəfərova aid sənədləri götürüb Xaçmaz rayonuna getmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması ilə bağlı heç bir attestasiyadan keçməmiş, eləcə də sonuncunun bilik səviyyəsi yoxlanılmamışdır. Kamran Cəfərov müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçmədiyi halda bu işi sonuncuya həvalə etməməli idi. Qülləli kran yüksək təhlükə mənbəyidir və Kamran Cəfərov hündürlükdə işləməsi üçün müvafiq peşə hazırlığı üzrə attestasiyadan keçməli idi. O, qülləli kranın quraşdırılması zamanı orada olmalı və Kamran Cəfərovun təhlükəsizlik qaydalarına riayət edib-etməməsinə nəzarəti həyata keçirməli imiş. "xxxx" MMC-nin direktoru kimi vəzifələri iş prosesində təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək və hər bir işi keyfiyyət standartları çərçivəsində görməkdən ibarətdir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 1991-ci ildə Vidadi Cəfərovla ailə həyatı qurmuş və birgə nikahlarından Kamran adlı oğlu dünyaya gəlmişdir. 1994-cü ildə Vidadi Cəfərovla boşanmışdır. O, oğlu Kamran Cəfərov və başqa bir şəxslə nikahlarından dünyaya gəlmiş qızı Səbinə Babayeva ilə bir yerdə yaşamışdır. Kamran Cəfərov 1998-ci il tarixdə yaşadıqları kənddə yerləşən tam orta məktəbə daxil olmuş və 2008-ci ildə orta məktəbi bitirmişdir. Kamran məktəbi bitirib müddətli həqiqi hərbi xidmətə yollanmış və xidmətini başa vurub evinə qayıtdıqdan sonra kənddə müxtəlif şəxslərin evində fəhlə kimi işləmişdir. Kamran Cəfərov "xxxx" MMC-də fəhlə kimi işləməyə başlamışdır. Kamran Cəfərov yaxşı, mülayim xasiyyətli, sözə qulaq asan biri olmuşdur. 19 iyun 2021-ci il tarixdə saat 15 radələrində bacısı Dilarə Məlikova ona zəng edərək Xaçmaz şəhərində tikinti aparılan ərazidə Kamranın krandan yıxılaraq öldüyünü bildirmişdir. Kamran onun yeganə oğul övladı olduğu üçün bu xəbəri eşidən kimi çox sarsıntı keçirmişdir. Onun halı pis olduğu üçün qızı Səbinə və qayınatası X12 meyitini gətirmək üçün Xaçmaz şəhərinə yollanmışlar. Həmin gün axşam saatlarında Kamranın meyiti yaşadıqları evə gətirilmiş və 20 iyun 2021ci il tarixdə kənd qəbirstanlığında dəfn edilmişdir. Kamran Cəfərovun ölməsi ilə bağlı sonuncunun işlədiyi şirkətin direktoru Təqsirləndirilən şəxs şikayətçi olsa da, təqsirləndirilən şəxs ona maddi yardım edəcəyinə söz verdiyindən, Təqsirləndirilən şəxs yüngül cəza təyin olnmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə olunmasına dair məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərindən "xxxx" MMC-də çilingər vəzifəsində işləyir. X6 həmin şirkətdə işə başlayan vaxtdan tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Kamran Cəfərov da qeyd etdiyi şirkətdə fəhlə vəzifəsində işləmişdir. İşlədiyi şirkət inşaat aparılan ərazilərdə qülləli kranların quraşdırılması üzrə fəaliyyət göstərir. Şirkətin müdiri Təqsirləndirilən şəxsdur. İşlədiyi şirkət "xxxx" MMC ilə bağlamış olduğu müqaviləyə əsasən Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında tikilməkdə olan X7 ərazisində qülləli kranın quraşdırılması işini öhdəsinə götürmüşdür. Buna görə də rəhbərlik tərəfindən Kamran Cəfərovla ona həmin ərazidəki qülləli kranın quraşdırılması işi tapşırılmışdır. O, 17 iyun 2021-ci il tarixdə saat 09 radələrində X7 tikildiyi əraziyə gələrək qülləli kranın quraşdırılması işinə başlamışdır. İlk öncə yerdəki 4 ədəd seksiyanı Kamran Cəfərovla bir yerdə quraşdıraraq həmin seksiyaları avtokranla qaldırıb qülləli kranın ana seksiyasının üzərinə qoymuşlar. 18 iyun 2021-ci il tarixdə 09 radələrində yenidən iş yerinə gələrək qülləli kranın qolluq hissələrini quraşdırmışlar. 19 iyun 2021-ci il tarixdə saat 11 radələrində iş yerinə gəlib fəaliyyətə başlayaraq kranın kabinə hissəsinə qalxmış, Kamran Cəfərov yerdəki seksiyanın başlıq hissəsini kranın qaldırıcı trosuna bağlayıb ona məlumat vermişdir. Bundan sonra, o, tros vasitəsilə seksiyanı qaldıraraq krana bitişik vəziyyətdə olan asqı hissəyə keçirib trosu əvvəlki vəziyyətinə qaytarmış və Kamrandan yuxarıya gəlib-gəlməməsini soruşmuşdur. Kamran isə yuxarıya qalxacağını ona bildirmişdir. O, kabinənin içərisindəki nəfəslik hissədən baxanda Kamranın asqının üzərində olduğunu görmüşdür. O, Kamrandan nə etdiyini soruşanda sonuncu seksiyanı ayağı ilə dartıb krana daha da yaxınlaşdırmaq istədiyini demişdir. O, belə etməməsini, qarmaq vasitəsilə seksiyanı krana yaxınlaşdırmasını Kamrana bildirib su içmək üçün stolun üzərindəki stəkanı götürmək istəyəndə ucadan dəmir səslərini eşitmişdir. O, ətrafa baxıb Kamranı səsləyib çağıranda qaldırdığı seksiyanın yerə düşdüyünü və Kamranın beton səthin üzərində uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, Kamranın krandan yıxılmasından həyəcanlanaraq “kömək edin, kömək edin” deyə qışqıraraq ətrafdakı işçiləri çağırıb dərhal krandan aşağıya düşmüşdür. O, aşağıya düşəndə Kamranın ağız və sifət nahiyələrindən qan axdığını, gözlərinin yarımaçıq vəziyyətdə olmaqla nəfəs aldığını görmüşdür. Hadisə baş verən yerə dərhal təcili tibbi yardım çağırılmış və X13 rayon Mərkəzi Xəstəxanasına təxliyyə etmişlər. Ancaq xəstəxanada həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən zaman tibb işçiləri gec olduğunu, Kamranın artıq öldüyünü bildirmişlər. Həmin gün Kamran Cəfərov qülləli krana qalxarkən sonuncunun təhlükəsizlik kəmərindən istifadə edibetməməsini bilmir. Bundan başqa, X7 ərazisində qülləli kranın montaj işini yerinə yetirərkən onlara heç kim nəzarət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından "xxxx" MMC-də inşaat mühəndisi kimi işləyir. İşlədiyi şirkət 2021-ci ilin fevral ayından Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən “X11”nin tikintisinə başlanmışdır. Tikinti 70 sot ərazidə aparılır. Həmin yerdə 8 mərtəbəli 3 bina, 9 mərtəbəli 2 bina tikilməsi nəzərdə tutulmuşdur. İşlədiyi şirkət tikinti meydançasında qülləli kranın quraşdırılması ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlamış, sonuncu şirkət kranın quraşdırılması işini öz öhdəsinə götürmüşdür. 17 iyun 2021-ci il tarixdən həmin şirkətin fəhlələri tikinti meydançasına gələrək “Potain” markalı qülləli kranın quraşdırılması ilə bağlı rəhbər şəxsin onun olduğunu bilmişlər. İlk iş günü Təqsirləndirilən şəxs də tikinti meydançasına gəlmişdi. İşçilər 18 iyun 2021-ci il tarixdə də tikinti meydançasına gələrək işlərini görüb getmişlər. 19 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində "xxxx" MMC-nin işçiləri Şahid1 və Kamran Cəfərov gələrək qülləli kranın quraşdırılması ilə bağlı işlərini görməyə davam etmişlər. Həmin gün saat 13-14 radələrində tikinti meydançasının ərazisində quraşdırılmış ofis kimi nəzərdə tutulan konteynerin içərisində anbardar Elvinlə birlikdə oturub söhbət etmişdir. Həmin vaxt nahar olduğundan Elvinə bir yerdə nahar etməyi təklif etmişdir. Lakin Elvin isə yemək yeməyəcəyini bildirdiyi üçün o evdən özü ilə birlikdə gətirdiyi yeməyi ocaqa qoyub qızdırmağa hazırlaşmışdır ki, bu vaxt ucadan guppultu səsi eşidildi. Sanki dəmir yerə düşdü. Bu vaxt Elvin qışqıraraq “yıxıldı, adam düşdü, adam düşdü” sözlərini eşitmişdir. O, dərhal konteynerdən çölə çıxan zaman görmüşdür ki, şirkətin ustaları qülləli kranın yanına yaxınlaşmışlar. O, dərhal qaça-qaça həmin yerə gəldikdə görmüşdür ki, Kamran Cəfərov beton səthin üzərində ağzıüstə uzanmış vəziyyətdədir və təpənmir. Onun qulaq nahiyəsindən qan gəlirdi, sifət isə beton səthə yapışmış vəziyyətdə idi. O, tərpənməsdə də, danışmasa da, onun nəfəs almasından yaşadığı bilmişdir. Ancaq onun vəziyyətindən başa düşmüşdür ki, artıq can verirdi. İlkin tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardıma zəng etmişlər və tikinti meydançasına gələn təcili tibbi yardım vasitəsilə X15 rayon Mərkəzi xəstəxanasına təxliyyə olunmuşdur. Sonradan öyrənmişdir ki, Kamran Cəfərov xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5, Şahid4, Şahid6 və eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 ərazisidir. Qeyd olunan yaşayış kompleksinin darvazasından içəri daxil olduqda solda 3 mərtəbəli yarımçıq tikilinin və ərazidə tikintinin aparılmasına dəlalət edən tikinti materiallarının olması müşahidə olundu. Darvazadan daxil olub sol istiqamətə irəlilədikdə 1 ədəd sarı rəngli qülləli kranı görünür. İştirakçı Şahid1 həmin kranı göstərib mərhum Kamran Cəfərovun kranın 5-ci seksiyasının quraşdırıldığı yerdən, yəni təxminən 20 metr hündürlükdən yıxıldığını bildirdi. Qeyd olunan krana gedən yol torpaq səthdən olmaqla kran 10x10 sahəni əhatə edən beton səthin üzərində quraşdırılmışdır. Kranın ətrafında 2-si şaquli, 3-ü isə üfüqi vəziyyətdə olmaqla cəmi 5 ədəd seksiya vardır. İştirakçı Şahid1 krandan 2,40 metr solda yerləşən seksiyanı göstərərək həmin seksiyanın hadisə zamanı yerə düşdüyünü qeyd etdi. Həmin seksiyanın uzunluğu 3 metr, eni isə 1.20 metrdir. Seksiyaya baxış keçirilərkən avadanlığın bəzi hissələrinin əzilərək deformasiyaya uğradığı aşkar olundu. Bundan sonra iştirakçı Şahid1 hadisə zamanı mərhum Kamran Cəfərovun yıxıldığı yeri göstərdi. Həmin yerə baxış keçirilərkən krandan 2.50 metr məsafədə sağ tərəfdə beton səthin 31x36 sm sahəni əhatə edən hissəsində qırmızı qonur rəngli qanabənzər ləkələrin olması görünür. Həmin sahənin yanında yerləşən ağ rəngli penplasın üzərində də qanabənzər ləkələr aşkar olunur. Yerdəki ləkədən pambıqla nümunə götürüldü. Eləcə də qeyd olunan penaplasın 27x40 sm hissəsi kəsilməklə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Kranın yuxarı seksiyalarının birində kranın texniki göstəriciləri və “POTAİN” sözü yazılmış lövhə vardır. Hadisə yerinə baxış zamanı kranın, həmçinin mərhum Kamran Cəfərovun yıxıldığı yerin ətrafında dəbilqə, əlcək və təhlükəsizlik kəmərinin olmaması müşahidə edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 ərazisidir. Qeyd olunan yaşayış kompleksinin darvazasından içəri daxil olduqda solda 3 mərtəbəli yarımçıq tikilinin və ərazidə tikintinin aparılmasına dəlalət edən tikinti materiallarının olması müşahidə olundu. Darvazadan daxil olub sol istiqamətə irəlilədikdə 1 ədəd sarı rəngli qülləli kran vardır. Kranın 4 seksiyasının və kabinənin quraşdırıldığı, ox hissəsində qarmaqda hər hansı yükün olmadığı müşahidə edildi. Kranın qarşısında 2 ədəd şaquli vəziyyətdə, sol tərəfdə isə üfüqi vəziyyətdə, cəmi 5 ədəd seksiya vardır. Hər seksiyanın uzunluğu 3 metr, eni və qalınlığı isə 1.2 metrdir. Seksiyaların kənarları eni 7 sm olan metal künclüklərdən ibarət olmaqla möhkəmlik üçün aralarında quraşdırılmış künclüklərin eni isə 7 sm-dir. Seksiyaların künc hissələrində bir-birinə bağlanması üçün nəzərdə tutulmuş halqalar vardır. Soldakı 3 ədəd seksiyanın ən axırda kənarda olan seksiyanın aşağı hissəsində mexaniki təsirdən yaranmaya oxşar zədələr vardır. Belə ki, eni 7 sm künclüyün biri bütöv metal olan hissədən qırılmış, deformasiyaya uğramışdır. Həmin seksiyaya bitişik olan digər 2-ci seksiyanın halqa olan hissəsində metalın metala dəyməsi nəticəsində əmələ gəlməsinə oxşar cızıqlı-cırıqlı izlər vardır. Bir yerdə metalın parçası ovxalanıb aralanmışdır. 2-ci seksiyanın 1 halqası zərbə nəticəsində içəriyə doğru əyilmişdir. Axırda olan sol tərəfdəki seksiyanın üzərində onun nömrəsini əks etdirən metal hissəsinə baxdıqda üzərinə “24C2” rəqəmləri vardır. Bu seksiyanın yuxarı çıxıntılı halqalar olan hissəsində 1 halqaya keçirilmiş aşağı hissəsi əyilmiş “Г” formalı, diametri 32 mm-lik dəmir armatur barmaqlıq keçirilmişdir. Barmaqlığın yuxarı uc hissəsində metalın parıldaması görünür. Həmin tərəfdə digər aşağıdakı halqanın yanında bir ucları seksiyanın gövdəsinə bolt vasitəsilə bağlanmış “П” şəklində barmaqlıq vardır. Barmaqlığın uclarında halqalar vardır. Seksiyanın həmin hissəsində əks tərəfdə yer səthinə düşmüş tərəfdə eyni formada olan barmaqlıq vardır. Bu barmaqlıq əyilmiş halqa olan hissəsinə isə metal şvellerə konstruksiya bağlanmışdır. Şvellerin uzunluğu 1.12 metr, eni isə 12 sm-dir. Şvellerin təxminən orta hissəsində iki ədəd diyircək vardır. Şvellerin digər baş hissəsində iki ədəd halqa vardır. Halqaların dəliklərinə heç nə keçirilməyib, hər hansı konstruksiya bağlanmamışdır, açıqdır. Kranın yaxın ətrafında beton stəhin üzərində seksiyanın bir-birinə birləşməsi üçün 16 ədəd dəmir barmaqlıq vardır. Hər barmaqlığın uzunluğu 15 sm, diametri 4 sm-dir. Barmaqlığın bir başında papaq, digər başında isə dəlik vardır. Qeyd olunan dəliklərdən barmaqlıqların fiksasiyası üçün nəzərdə tutulmuş 8 ədəd fiksator barmaqlığı vardır. Bu barmaqlıqların uzunluğu 19 sm, diametri isə 2 sm-dir. Bir başında döymə, digər başında isə dəlik vardır. Kranın yuxarı seksiyalarının birində kranın texniki göstəriciləri və “POTAİN” sözü yazılmış lövhə vardır. Kranının ana seksiyasının bir tərəfinə elektrik lövhəsi bərkidilmişdir. Lövhənin içərisində 1 ədəd 3 qütblü, 125 amperlik elektrik avtomat açarı quraşdırılmışdır. Avtomat açarına elektrik kabelləri birləşdirilmişdir. Kabellərin biri ağ rəngli izolyasiya örtüyü olan kranın kabinə tərəfinə doğru çəkilmiş digəri isə qara rəngli izolyasiya örtüyü olan sağ tərəfdə tikilməkdə olan binaya tərəf yerlə çəkilmişdir. Baxış zamanı açar sönülü vəziyyətdə idi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 meyitinin bədən səthi üzərində olan xəsarətlər- hər iki göz ətrafında 7x5 sm sahədə qeyri-müəyyən formalı, qırmızımtıl-göy rəngli qançırlar, alt çənə sümüyünün sınığı, sol qaşın bayır bucağında 1.5x1 sm, alt çənə nahiyəsində 4x0.5 sm və 3x0.3 sm, döş qəfəsinin sol-ön tərəfində məmə giləsi nahiyəsində 3x1 sm, sol saidin aşağı 1/3-nin arxa tərəfində 2x1 sm, sol budun orta 1/3-nin bayır tərəfində 4x2 sm ölçülərdə kənarları nahamar, bucaqları küt yaralar, sol diz nahiyəsində 6x4 sm ölçüdə sürtülmüş formalı səthi sıyrıq vardır. Meyitin bədən səthində digər hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-tibb ekspertizasının 09.07.2021-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, K.V.Cəfərovun meyitinin bədənində aşağıdakı xəsarətlər- baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüyünün sınığı, sol bud sümüyünün açıq sınığı, alt çənə sümüyünün, sağ tərəf İV qabırğanın, sağ saidin, sol dirsək və mil-bilək oynaqlarının sınıqları, sol qaş, alt çənə, döş qəfəsi, sol said, sol bud nahiyələrinin əzilmiş yaraları, sol diz nahiyəsinin sıyrığı vardır. Göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, qərarda qeyd olunduğu müddət və şəraitdə, yəni 19.06.2021-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi və bu xəsarətlərdən “baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüyünün sınığı, sol bud sümüyünün açıq sınığı” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, “alt çənə sümüyünün, sağ tərəf İV qabırğanın, sağ saidin, sol dirsək və mil-bilək oynaqlarının sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, “sol qaş, alt çənə, döş qəfəsi, sol said, sol bud nahiyələrinin əzilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, “sol diz nahiyəsinin sıyrığı” sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. K.V.Cəfərovun ölümünə səbəb almış olduğu xəsarətlər fonunda baş vermiş zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. K.V.Cəfərovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. K.V.Cəfərovun meyitinin daxili müayinəsi zamanı daxili üzvlərdə hər hansı xəstəliyin morfoloji əlaməti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 15 iyul 2021-ci il tarixli, 10/2912 nömrəli rəyindən görünür ki, Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib edilmədiyinə, həmin kranın quraşdırılması müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçməmiş işçilərinə (konkret olaraq zərərçəkmiş fəhlə X5) tapşırıldığına, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına (seksiyaların quraşdırma ardıcıllığının düzgün aparılmasına, hündürlükdə işləyən işçilərin təhlükəsizlik kəmərindən istifadə edilməsinə və s.) nəzarəti aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1, 3.2.2-ci bəndlərinin, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4- 80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.26-cı bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 2.5, 3.10-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib edilmədiyinə, həmin kranın quraşdırılması müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadam keçməmiş işçilərinə (konkret olaraq zərərçəkmiş fəhlə X5) tapşırıldığına, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına (seksiyaların quraşdırılma ardıcıllığının düzgün aparılmasına, hündürlükdə işləyən işçilərin təhlükəsizlik kəmərindən istifadə edilməsinə və s.) nəzarəti aparmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1, 3.2.2-ci bəndlərinin, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.26-cı bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 2.5, 3.10-cu bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan təkrar məhkəmətexniki təhlükəsizlik ekspertizasının 10 avqust 2021-ci il tarixli, 10/3852 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib edilmədiyinə, həmin kranın quraşdırılması müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçməmiş işçilərinə (konkret olaraq zərərçəkmiş fəhlə X5) tapşırıldığına, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına (seksiyaların quraşdırılma arcıdcıllığının düzgün aparılmasına, hündürlükdə işləyən işçilərin təhlükəsizlik kəmərindən istifadə edilməsinə və s.) nəzarət aparılmadığına görə “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1, 3.2.2-ci bəndlərinin, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.26-cı bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 2.5, 3.10-cu bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 27.07.2021-ci il tarixli, 324-2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində iki ədəd və sol ayaqlığının aşağı və yuxarı hissəsində cəmi iki ədəd; köynəyin ön səthinin sol yarısının orta hissəsində, sağ və sol qollarının arxa səthinin aşağı hissəsində cəmi iki ədəd; bir cüt əlcəyin sol tayının biləklik hissəsinin iç səthində bir ədəd və ayaqqabının sağ tayının ön səthinin “burunluq” hissəsində, ayaqqabının yalnız üst qatını zədələyən bir ədəd küt yaranma mexanizminə malik məhdud cırılma zədələri aşkar olundu. Zədələrin əksəriyyəti geyim əşyalarının müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində, əlcəyin sol tayı üzərində olan zədə isə əlcəyin müvafiq nahiyəsinin hər hansı bir küt əşyaya (predmetə) ilişib dartılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus köynəyin ön səthində sağ sərbəst kənarı üzərində yuxarıdan saymaqla 3-cü və 4-cü düymənin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah edilə bilər. Ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus ayaqqabıların sol tayı üzərində aşkar olunmuş bir ədəd və sağ tayı üzərində aşkar edilmiş iki ədəd zədələr küt yaranma mexanizminə malik olan sökülmə zədələridirlər və ayaqqabıların müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdirlər. Bu zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şəxsin hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus geyim əşyalarının üzərində aşkar olunmuş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şəxsin hündürlükdən yıxılması nəticəsində əmələ gəlmələri inkar olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 04.08.2021-ci il tarixli, 486/2021-MTBŞ nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim edilən bir ədəd penoplastın kəsilmiş hissəsi və pambıq topası üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X5 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən təqdim olunmuş təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində həmin aktın 4.1 və 4.2-ci bəndlərinə əsasən (“Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 3.2.2-ci bəndinin (kranın yenidən qurulması və təmiri istehsalçı müəssisə və ya ixstisaslaşdırılmış təşkilat tərəfindən hazırlanmış layihə və texniki şərtlər əsasında yerinə yetirilməlidir) tələblərinə riayət olunmaması; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli, 20/01-005 qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.12-ci (məsul iş icraçısı briqada üzvü sayılır. O, məsul iş rəhbərinin əmrlərini yerinə yetirir. Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir. Məsul iş icraçısı müvəqqəti olaraq iş yerini tərk etməli olduğu halda və öz vəzifələrini onu əvəz edə biləcək məsul iş rəhbərinə və ya naryad-buraxılış sənədi vermək hüququna malik işçiyə həvalə etmək imkanı olmadıqda, briqadanı iş yerindən çıxarmalıdır) tələblərinə riayət olunmaması.) "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs cavabdehliyini müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 30 aprel 2021-ci il tarixli, 66/21 nömrəli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru X4 arasında müqavilə bağlanaraq qülləli kranın ünvan 4 ünvanından sökülüb, ünvan 10uraşdırılması "xxxx" MMC-nin öhdəsinə qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X8 Dövlət Qeydiyyatı İdarəsində 05 may 2016-cı il tarixdə, ********** nömrəsi ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 12 sentyabr 2017-ci il tarixli, İNİL-822/2017 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-nin qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdlırılması və təmirini həyata keçirməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 "xxxx" MMC-yə fəhlə kimi işə götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan "xxxx" MMC-nin direktorunun 15.02.2021-ci il tarixli, 23 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X9 15.02.2021-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 23 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, X9 15.02.2021-ci il tarixdə "xxxx" MMC-yə fəhlə kimi işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi dövr ərzində həmin müəssisənin fəaliyyətinə rəhbərlik etməklə Xaçmaz şəhəri H.Əliyev prospekti 1c ünvanında yerləşən X7 tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib etməməklə, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına nəzarəti həyata keçirməməklə, həmin kranın quraşdırılmasını müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçməyən fəhlə X5 tapşırmaqla “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1-ci bəndinə əsasən binalarda, açıq meydançalarda və digər istehsalat sahələrində kran layihəyə, bu Qaydalara və müvafiq normativ sənədlərə uyğun qurulmalı, 3.2.2-ci bəndinə əsasən kranın yenidən qurulması və təmiri, istehsalçı müəssisə və ya ixtisaslaşdırılmış təşkilat tərəfindən hazırlanmış layihə və texniki şərtlər əsasında yerinə yetirilməli, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndinə əsasən tikinti-quraşdırma (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı üzrə əvvəlki əməliyyat, sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı istehsalat təhlükəsi mənbəyi olmasını nəzərdə tutmalı, 2.26-cı bəndinə əsasən 1.3 m-dən artıq hündürlükdə və hündürlük dəyişkəni sərhəddindən 2 m-dən az məsafədə yerləşən iş yerləri və onlara gedən keçid yolları çəpərlənməli, çəpərlənmək mümkün olmadığı halda bu hündürlükdə görülən işlər 12.4.059-78 DÜST-nin tələblərinə cavab verən qoruyucu kəmərdən istifadə olunması ilə yerinə yetirilməli, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin a) bəndinə əsasən hər bir fəhlənin təyin olunmuş ixtisas və dərəcəsi üzrə öz iş yerində və ona təhkim olunmuş maşın, avadanlıqda işləməsini təşkil etməli, b) bəndinə əsasən təşkilat, idarə, müəssisə rəhbərliyi tərəfindən iş yerində sağlam və təhlükəsizlik şərait yaradılmalı, maşın və avadanlıqların texniki saz vəziyyəti təmin edilməli, d) bəndinə əsasən əmək və istehsalat intizamını möhkəmləndirməli, k) bəndinə əsasən işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 1.3-cü bəndinə əsasən müəssisə rəhbəri bütün müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyini həyata keçirməli, 2.5-ci bəndinə əsasən təlim alanın əməyin mühafizəsi üzrə bilikləri təyin olunmuş qaydada ixtisas komissiyası tərəfindən imtahan keçirilməklə yoxlanılmalı, 3.10-cu bəndinə əsasən bütün fəhlələr iş yerində ilkin təlimatlandırmadan və biliyinin yoxlanılmasından sonra, işin xarakterindən asılı olaraq, bir neçə növbə işləri usta və ya briqadirin nəzarəti altında yerinə yetirməli, yalnız bundan sonra onların müstəqil işə buraxılması qanuniləşdirilməli olduğu halda qeyd olunan qaydalara riayət etməyib Kamran Cəfərovun 19 iyun 2021-ci il tarixdə saat 13 radələrində “Potain” markalı qülləli kranın seksiyalarının quraşdırılması işi ilə məşğul olarkən krandan beton səthin üzərinə yıxılıb “baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüyünün sınığı, sol bud sümüyünün açıq sınığı” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alt çənə sümüyünün, sağ tərəf İV qabırğanın, sağ saidin, sol dirsək və mil-bilək oynaqlarının sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, “sol qaş, alt çənə, döş qəfəsi, sol said, sol bud nahiyələrinin əzilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və “sol diz nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə, yəni tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və ya bu obyektdə sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Kamran Cəfərovun ölümünə səbəb olmuşdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs şikayətçi olsa da, ona təqsirləndirilən şəxs tərəfindən maddi yardım edəcəyinə vəd etməsinə görə yüngül cəzanın təyin olunmasını xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə vəziyyəti subaydır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması ilə bağlı məhkəməyə hər hansı bir sənədi təqdim etməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinə görə Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tikinti sahəsində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru olaraq rəhbərlik etdiyi işin xüsusiyyətlərinə görə hər an təhlükənin ola biləcəyini qabaqcadan görməli olduğu halda işinə həddindən artıq məsuliyyətli və vicdanlı yanaşmaq əvəzinə, üzərinə düşən öhdəliklərə çox laqeyd yanaşmış və bunun nəticəsində insan həyatına son qoyulmuşdur. Direktor vəzifəsində işləməsinə baxmayaraq, Təqsirləndirilən şəxs yük kranının quraşdırılmasının nə dərəcə təhlükəli olmasını dərk etməmişdir. Buna dəlalət edən fakt odur ki, kranın quraşdırılması üçün heç bir xüsusi vasitələrdən istifadə etməyən iki nəfər fəhləni bu işə cəlb etməsindən savayı, özü həmin vaxt Bakı şəhərində olmuşdur. Yəni, bu cür təhlükəli və məsuliyyətli işi heç bir xüsusi vasitələrlə təchiz edilməmiş iki nəfər fəhlənin üzərinə həvalə etməsi azmış kimi, bilavasitə nəzarət etməli olduğu işin başında olmaq əvəzinə Bakı şəhərinə getmişdir. Tikinti sahəsində fəaliyyət göstərən şirkətin rəhbərinin bu cür məsuliyyətsiz əməllərə yol verməsi insan ölümünə gətirib çıxarmışdır. Cinayət qanunvericiliyində qeyd olunduğu kimi, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Normadan da göründüyü kimi, Təqsirləndirilən şəxs öz hərəkətsizliyi ilə yük kranının quraşdırılmasını iki nəfər fəhləyə tapşırmaqla, onları xüsusi vasitələrlə təchiz etməməklə və işin başında duraraq, nəzarət etmək əvəzinə Bakı şəhərində olmaqla cinayət əməlini cinayətkarcasına etinasızlıqla törətmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla sosial ədalətin bərpasına və məhkumun islah edilməsinə nail olmaq mümkün olacaqdır. Habelə, məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəzanın müəyyən edilməməsi, əməlin ictimai təhlükəlilik dərəcəsinin yüksək olduğunu ehtiva edir. Buna görə də, Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri qüvvədə qalmalıdır. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tikinti sahəsində fəaliyyət göstərdiyindən və törətdiyi cinayət əməli məhz bu sahədə baş verdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifələrində fəaliyyət göstərmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbsə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş X3 hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, 1 ədəd uzunqol köynək, 1 cüt əlcək, 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Tamaza qızına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerindən götürülmüş 1 ədəd qan nümunəsi və1 ədəd penoplastın hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 250 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş X3 hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, 1 ədəd uzunqol köynək, 1 cüt əlcək, 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerindən götürülmüş 1 ədəd qan nümunəsi və1 ədəd penoplastın hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMDƏZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar