Məhkəmə qərarları › İş №1(067)-10/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-10/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-10/2023 10.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı4, Zərərçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxx 1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Mürsəli Qışlaq kəndində yaşamış, Sumqayıt şəhər məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 1(060)- 352/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 Xaçmaz Mərkəzi Rayon X13 X27 Yardım Stansiyasına sürücü kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq, bu barədə yalandan vəd verib etibarından sui-istifadə etmiş və bu məqsədlə 24 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri Səid Qurbanov küçəsində əmisi Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pul almaqla dələduzluq etmiş, yəni etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 mərhum əri X2 Rusiya Federasiyası Tomsk vilayəti Strejevoy şəhərində miras qalmış əmlakı 2016-cı il təvəllüdlü övladları X9 adına sənədləşdirmək istədiyini bilib, bu işi həll edə biləcəyini bildirərək aldadıb, bu barədə yalan vəd verərək etibarından sui-istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 16 iyun 2021-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında 200 manat və Xaçmaz şəhəri Bakı prosprektində yerləşən "xxxx" Sığorta Şirkətinin inzibati binasının qarşısında 100 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat və 30 iyun 2021-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşməklə qardaşı Şahid4 işlədiyi fotoatelyedə atası Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 2500 manat məbləğində olmaqla ümumilikdə 2800 manat məbləğində pul almaqla dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Mürsəliqışlaq kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada hüquqi yardım göstərməklə məşğul olaraq ailəsini dolandırır. Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs1 2020-ci ilin noyabr ayından tanımışdır. Belə ki, əvvəllər Zərərçəkmiş şəxs1 əmisi Şahid1 tanımış, onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Həmin ərəfələrdə Babəklə görüşüb söhbət edərkən Babək ona qardaşı oğlu Ayaz Sultanov üçün sürücü işi axtardıqlarını demiş və belə bir iş olarsa ona məlumat verməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Babək yenidən onunla görüşüb söhbət edəndə qardaşı oğlu Ayazın əlində 5000 manat məbləğində pulunun olduğunu və həmin pulla işə düzəlmək istədiyini demişdir. 24 dekabr 2020-ci il tarixdə Şahid1 yenidən zəng edib onunla görüşmək istədiyini bildirmiş, telefon zəngindən sonra elə həmin gün saat 12 radələrində Xaçmaz şəhəri S.Qurbanov küçəsində onlar görüşmüş, həmin vaxt Şahid1 ora özünə məxsus avtomobillə gəlmiş və qardaşı oğlu Ayaz Sultanov da onun yanında olmuşdur. Babək avtomobilin salonunda Ayazın verdiyi pulu ona vermiş, o, əvvəlcə pulu götürmək istəməmiş, lakin Babək ona pullar Ayazda qalarsa xərcləyəcəyini demiş və onları götürməsini xahiş etmişdir. Bundan sonra o, etiraz etməmiş və Babəkin verdiyi pulu alaraq saymış və 5000 manat olduğunu bilmişdir. Söhbət əsnasında o, Babəkə xəstəxanada sürücü işi olsa Ayazı ora işə düzəldəcəyini demiş, hətta bununla bağlı sonradan Xaçmaz MRX-nın baş həkimi Səyyaf Tağıyevlə görüşüb söhbət etmiş və xəstəxanada sürücü işi olsa tanışı Ayazı işə götürməsini xahiş etmişdir. Səyyaf Tağıyev etiraz etməmiş və arada onunla əlaqə saxlamasını, yer olan kimi Ayazı işə düzəldəcəyini bildirmiş, o, da öz növbəsində bununla bağlı Babəkə məlumat vermişdir. Bir neçə müddət sonra Babək işlə bağlı maraqlananda Babəki və qardaşı oğlu Ayazı götürüb onlarla birlikdə Xaçmaz MRXnm baş həkimi Səyyaf Tağıyevin yanma getmiş, onların yanında Səyyaf Tağıyevdən yenidən Ayazı xəstəxananın TTYS-na sürücü kimi işə düzəltməsini xahiş etmişdir. Səyyaf Tağıyev öz növbəsində xəstəxanaya yeni iş ştatı verilsə Ayazı işə götürəcəyinə söz vermişdir. Bu söhbətdən bir müddət sonra öz şəxsi avtomobili ilə Xaçmaz rayonu Niyazabad kənd yolunda qəzaya uğramış və pula ehtiyacı olduğundan Babəkin verdiyi pulları xərcləmişdir. Bununla bağlı sonradan Babəkin özünə də avtomobil qəzasına uğradığını və xəsarət aldığı üçün onun verdiyi pulları xərclədiyini demiş, həmin pulu ona borc vermiş kimi qəbul etməsini xahiş etmiş və 2021-ci ilin axırına kimi pulu qaytaracağına Babəkə söz vermişdir. Lakin imkanı olmadığından həmin pulları qaytara bilməmiş və 2021ci ilin noyabr ayında Babəkin qardaşı oğlu Zərərçəkmiş şəxs1 bununla bağlı onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi verdiyini bilmişdir. O, həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz MRX-na sürücü kimi işə düzəldəcəyi adı ilə onun əmisi Şahid1 5000 manat məbləğində pul alması barədə xəstəxananın baş həkimi Səyyaf Tağıyevə heç bir söz deməmiş, həmin pulla bağlı Səyyaf Tağıyevin heç bir məlumatı və əlaqəsi olmamışdır. Bundan əlavə Xaçmaz rayonu Padar kənd sakini Zərərçəkmiş şəxs2 2021-ci ilin iyun ayının əvvələrində işlə əlaqədar Xaçmaz şəhərində yerləşən «Ata sığorta» şirkətinə gedərkən tanımış və həmin vaxt Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Rusiya Federasiyası vətəndaşı olan mərhum əri X3 vəfatından sonra Rusiya Federasiyası Tomsk vilayəti Strejevoy şəhərində ondan miras qalmış əmlakın Elşənlə birgə nigahlarından olan övladları, Rusiya Federasiyası vətəndaşı Zara Əsədovanın adına rəsmiləşdirilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, Sərvinazla razılaşmış və 16 iyun 2021-ci il tarixdə Xaçmaz şəhəri notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb bu işin görülməsindən ötrü ondan öz adma etibarnamə almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona 200 manat pul və sənədlərini vermiş, o, Zərərçəkmiş şəxs2 200 manat pulun az oldduğunu deyib ondan daha 100 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 etiraz etməmiş, bundan sonra onlar birlikdə Sərvinazın işlədiyi Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Ata Sığorda» şirkətinin qarşısına gəlmiş və Sərvinaz orada ona əlavə olaraq 100 manat pul vermişdir. Beləliklə, həmin gün o, Sərvinazdan ümumilikdə 300 manat pul almış və ona işlə bağlı vərəsəlik açdıracağını və bundan sonra Rusiya Federasiyasının Tomsk vilayəti, Strijevoy şəhərinə gedib orada iddia qaldırmalı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edib atası Şahid2 gəlib onunla söhbət edəcəyini demiş, həmin gün o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Sərin» kafesinin qarşısında Sərvinazın atası Şahid2la görüşmüş və söhbət əsnasında ona qızı Sərvinazın xahiş etdiyi işlə bağlı onun 5000 manat məbləğində pulunun çıxacağını, həmin pulun 2500 (iki min beş yüz) manatını əvvəlcədən, qalanını isə Rusiya Federasiyasına gedib qayıtdıqdan sonra alacağını bildirmişdir. Şahid2 onunla razılaşmış və bundan sonra ondan ayrılaraq çıxıb getmişdir. 30 iyun 2021-ci il tarixdə Şahid2 ona zəng edib görüşmək istədiyini demiş və onlar razılaşaraq həmin gün təxminən saat 12 radələrində Şahid2 oğlu Şahid4 işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Nicat» foto atelyesində görüşmüş və Şahid2 oğlu Şahid4 yanında 2500 manat məbləğində pulu sayb ona vermişdir. O, pulları sayıb 2500 manat olduğuna əmin olandan sonra götürüb cibinə qoymuş və onlardan ayrılmışdır. Bundan sonra o, Xaçmaz şəhərində yerləşən aviakassadan Rusiya Federasiyasının Tomsk vilayətinə gediş-gəliş olub-olmaması haqqında məlumat alıb gedəcəyi günü dəqiqləşdirmək istəmiş və hətta Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan baldızı Elnarə adlı şəxslə vatsap yazışmaları ilə Sərvinazgilin tələbini onlara çatdırmişdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhərində yerləşən 5 saylı ərazi idarəsinə getmiş və müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs2nm qaynatasının adma Xaçmaz şəhəri Atatürk küçəsində fərdi yaşayış evi vardır. Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayanda Sərvinaz ona həmin evlə bağlı məlumatının olduğunu demiş, əvvəlcə Rusiya Federasiyasındakı işləri görüb başa çatdırmasmı və bundan sonra həmin evlə bağlı da iddia qaldırmasını tapşırmışdır. 22 iyul 2021-ci il tarixdə Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən aviakassaya getmiş və Rusiya Federasiyası Tomsk vilayətinin Strejevoy şəhərinə gedibgəlmək üçün ona 1400 manat məbləğində bilet pulu lazım olacağını öyrənmişdir. Lakin 29 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və xəsarət aldığı üçün müalicəyə düşmüşdür. Belə ki, hadisə zamanı qabırğaları sınmış və bir müddət evdə müalicə aldığına görə Sərvinazın işi ilə maraqlana bilməmişdir. Hətta Şahid2 zəng vuraraq bu barədə məlumat vermiş və bir müddət onların işi ilə maraqlana bilməyəcəyini demişdir. Bundan bir ay sonra Şahid2 ona zəng vuraraq işdən nə xəbər olduğunu soruşanda ona bir həftə ərzində bilet alıb Rusiyaya gedəcəyini demiş, lakin həmin günün səhəri Zərərçəkmiş şəxs2 ona zəng etmiş və qayınanasının Azərbaycana gələcəyini bildirmişdir. O, Sərvinazdan qaynanası ilə onu görüşdürməsini xahiş etmiş və bu söhbətdən iki gün sonra Sərvinaz yenidən ona zəng edib qayınanası ilə birlikdə baldızı Elnarənin də gələcəyini bildirmişdir. Bundan sonra onlar Sərvinazın qayınanası və baldızı gələndən sonra birlikdə onlarla söhbət etmək barədə razılaşmış, lakin sonradan Sərvinazın qayınanası ilə baldızının gəldikləri, onların öz aralarında danışıb razılaşdıqlarını və onların çıxıb getdiklərini bilmişdir. Bundan bir neçə gün sonra Şahid2 ona zəng vuraraq işi saxlamasını, Rusiyaya getmək lazım olmadığını, hətta bununla bağlı ona verilmiş etibarnaməni də ləğv etdirdiklərini demiş və pulları geri qaytarmasını tələb etmişdir. O, Sərvinazın qayınanası və baldızı ilə razılığa gəldiklərini fikirləşmiş, ona görə də Şahid2 ona verdikləri pulu istəyəndə o, pulun yarısını qaytaracağını demişdir. Şahid2 onunla razılaşmamış və bundan sonra Zərərçəkmiş şəxs2nm Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etdiyini bilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə anket məlumatında qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin harada iş olsa işləyib ailələrinin dolanışığına köməklik edir. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından əmisi Şahid1 vasitəsi tanımışdır. Belə ki, həmin ərəfələrdə özünə iş axtardığından Təqsirləndirilən şəxs əmisi Babəkə onu Xaçmaz Mərkəzi Rayon X7 Yardım Stansiyasına sürücü kimi işə qəbul etdirməyi təklif etmiş və bununla bağlı ondan 5000 manat məbləğində pul istəmişdir. Söhbət əsnasında əmisi Babək və o, əvvəlcə evdə məsləhətləşmək, həm də həmin ərəfədə Rusiya Federasiyasında olan atası Muradla danışıb razılaşmaq və bundan sonra Təqsirləndirilən şəxs bir söz demək qərarına gəlmişlər. Cəmil onlara vaxtın az olduğunu, həmin iş üçün başqa daha kiminsə müraciət etdiyini, hətta qayını üçün də sürücü işi danışdığını və ola bilər ki, onların işə qəbul əmrlərini bir gündə verdirəcəyini bildirmişdir. Bundan sonra onlar bu məsələni evdə öz aralarında müzakirə edəndən və atası Muradla telefonla danışandan sonra onun işə düzəlməsinə icazə verilmişdir. İşə qəbula görə Cəmilin dediyi məbləğdə pulları olmadığından atası Murad ona Rusiya Federasiyasında olduğu üçün özlərinin bankların birindən pul götürmələrini və onun işinə görə vermələrini tapşırmışdır. Ailədaxili razılığa gələndən sonra əmisi Babək Cəmilə zəng etmiş və bir-iki günə bankdan pul götürüb ona verəcəklərini demişdir. Cəmil onunla razılaşmış və bu işin nə qədər tez olsa, bir o qədər yaxşı olacağını bildirmişdir. Bundan sonra o, 24 dekabr 2020-ci il tarixdə «Bank Respublika»dan kredit pul götürmüş və əmisi Babəklə birlikdə Cəmillə telefon əlaqəsi saxlayıb elə həmin tarixdə saat 12 radələrində Xaçmaz şəhəri S.Qurbanov küçəsində onunla görüşmüş, avtomobilin salonunda o, pulları cibindən çıxarıb əmisi Babəkə, Babək də öz növbəsində pulları sayıb 5000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs pulu götürüb getmişdir. Təxminən bir ay sonra əmisi Babək Cəmilə zəng edib işlə bağlı maraqlananda Cəmilin dəvəti ilə onlar onunla görüşmüş və üçü birlikdə Xaçmaz MRX- na getmişlər. Xəstəxanaya çatandan sonra Cəmil əmisi Babəklə birlikdə xəstəxananın baş həkimi Səyyaf Tağıyevin yanma qalxmış, bir qədərdən sonra onlar qayıdıb gələndə baş həkim Səyyaf Tağıyevin əmisi Babəkə narahat olmamalarını və iş olan kimi onların dəvət ediləcəklərini dediyi ona məlum olmuşdur. 2021-ci ilin yanvar ayının axırlarında əmisi Babək özü tək görüşüb işlə bağlı maraqlanmaq üçün xəstəxananın baş həkimi Səyyaf Tağıyevin yanma getmiş, qayıdıb gələndə Səyyaf həkimin ona xəstəxanada sürücü işinin olacağını, lakin dəqiq olaraq nə vaxt olacağını bilmədiyini dediyini, hətta Səyyaf həkimə işlə bağlı Təqsirləndirilən şəxs onlardan 5000 manat pul aldığını dediyini və Səyyaf Tağıyevin bununla bağlı məlumatının olmadığını bildirdiyini demişdir. 2021-ci ilin fevral ayının axırlarında əmisi Babək və dayıları Mövlud Qafarov ikisi birlikdə Səyyaf Tağıyevin yanma getmiş və söhbət əsnasında Səyyaf Tağıyevin onlara xəstəxanaya sürücü vakansiyası verilmədiyini bildirmişdir. Mövlud Qafarov iş üçün Təqsirləndirilən şəxs ona vermək adı ilə onlardan 5000 manat məbləğində pul aldığını deyəndə Səyyaf Tağıyev bununla bağlı heç bir məlumatının olmadığını və pulu kimə veriblərsə gedib ondan da almalarını bildirmişdir. Bundan sonra əmisi Babək, dayısı Mövlud və atası Murad telefon əlaqəsi saxlayaraq «Eko» marketin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və ondan verdikləri pulu geri qaytarmasını tələb etmişlər. Söhbət əsnasında Cəmil özü də Səyyaf Tağıyevə pul vermədiyini, həmin pulları özünün xərclədiyini etiraf etmiş və bankdan pul götürüb pullarını qaytaracağına bildirmişdir. Atası Murad ona heç olmasa pulun yarısını verməsini, qalanını isə sonra qaytarmasını təklif edəndə Cəmil ona başqa yerdən pul tapıb işlərini görmələrini xahiş etmiş və pulun hamısını qaytaracağına söz vermişdir. Bundan bir ay sonra yenidən Cəmillə telefon əlaqəsi saxlayıb verdikləri pulu istəyəndə Cəmil müxtəlif bəhanələr gətirməklə yayınmış və pulu qaytarmamışdır. Bundan sonra daha bir müddət gözləmiş, lakin Təqsirləndirilən şəxs pulu qaytarmaqdan yayındığına görə onun artıq onlara qarşı dələduzluq etdiyini başa düşmüş və ona görə də Xaçmaz RPŞ-nə gələrək barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır və 2019-cu ildən hal-hazıra kimi rəsmi olaraq Xaçmaz şəhərində yerləşən «Ata sığorta» şirkətində sığorta satışı üzrə menecer vəzifəsində işləyir. 2015-ci ildə Rusiya Federasiyası vətəndaşı X10 ilə ailə həyatı qurmuş və Rusiya Federasiyası Tomsk vilayəti, Strijevoy şəhərinə köçüb orada Elşən Əsədovla birlikdə yaşamış və birgə nigahlarından 11 fevral 2016-cı il təvəllüdlü Zara Əsədova adlı bir qız övladları dünyaya gəlmişdir. 2016-cı ilin avqust ayında əri Elşən Əsədov xəstələnərək vəfat etmiş və Rusiya Federasiyası Tomsk vilayəti, Strijevoy şəhərində mərhum əri Elşən Əsədova məxsus mülk qalmışdır. X23 Rusiya Federasiyasının vətəndaşı olduğuna görə həmin mülkü qızı Zaranın adma rəsmiləşdirmək üçün ona vəkil lazım olduğuna görə işlədiyi sığorta şirkətinə gələrkən tanıdığı və özünü ona vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona mərhum əri Elşən Əsədovdan miras qalmış mülkü qızları Zaranm adına rəsmiləşdirməyə söz vermişdir. Təqsirləndirilən şəxsla razılığa gələndən sonra 16 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən notariat kontorunda onunla görüşmüş, Təqsirləndirilən şəxs etibarnamə və sənədlərini verəndən sonra Cəmil ondan sənədlərin çıxarışları üçün 300 manat məbləğində pul istəmişdir. Həmin vaxt notariat kontorunun qarşısında Təqsirləndirilən şəxs nağd olaraq 200 manat pul versə də, Cəmil ondan daha 100 manat istəmiş, buna görə də sonradan elə həmin gün Cəmillə birlikdə işlədiyi Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Ata Sığorta» şirkətinin binasının qarşısına gəlmiş və iş yoldaşından 100 manat pul götürüb Cəmilə vermişdir. Sonradan Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tomsk vilayəti, Strijevoy şəhərinə getmək üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pul istədiyindən 30 iyun 2021-ci il tarixdə o, atası Şahid2 2500 manat məbləğində pul vermiş və həmin pulu aparıb Xaçmaz şəhərimdə Təqsirləndirilən şəxs çatdırmasım xahiş etmişdir. Atası Şahid2 həmin gün saat 12 radələrində qardaşı Nicatın işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən fotoatelyedə Cəmillə görüşdüyünü və qardaşı Nicatın yanında həmin pulları Təqsirləndirilən şəxs verdiyini bilmişdir. Həmin vaxtdan xeyli müddət keçsə də Cəmildən bir xəbər çıxmadığı üçün vatsap vasitəsi ilə yazıb ondan işlə bağlı maraqlanmış və Cəmil həmin gün axşam ona zəng edərək hələ işlə bağlı respublikadan çıxa bilmədiyini bildirmişdir. Bir neçə gün sonra yenidən Cəmillə əlaqə saxlayıb işlə maraqlananda Cəmil ona pasport problemi olduğu üçün Rusiya Federasiyasına gedə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirib məsələni həll etmədiyini və işdən boyun qaçırdığını hiss etmiş, buna görə də Təqsirləndirilən şəxs zəng etmiş və əgər işin öhdəsindən gələ bilmirsə verdiyi pulu qaytarmasını tələb etmişdir. 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla yenidən telefon əlaqəsi saxlayıb işlə maraqlananda Cəmil ona qəzaya düşdüyünə görə müalicədə olduğunu və müalicədən sonra onun işi ilə bağlı Rusiya Fedarasiyasına gedəcəyini bildirmişdir. Artıq Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və ona görə də 2021-ci ilin oktyabr ayında ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Evdə ailə üzləri ilə məsləhətləşəndən sonra atası Şahid2 Cəmilin yanma getmiş və ona verdikləri ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu qaytarmasını tələb etmişdir. Sonradan Təqsirləndirilən şəxs onun atası Şahid2 aldadaraq müxtəlif bəhanələrlə pulu qaytarmaq istəmədiyini, onlara qarşı dələduzluq etdiyini bilmiş və buna görə də Xaçmaz rayon Polis Şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımışdır. Belə ki, Cəmilin qardaşı Yaşar Hüseynovla 11 il Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd məktəbində bir sinifdə oxumuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhəri S.Qurbanov küçəsində Təqsirləndirilən şəxsla görüşüb söhbət edəndə qardaşı oğlu Zərərçəkmiş şəxs1 da yanlarında olmuş, söhbət əsnasında Cəmil Ayazın işsiz olduğunu bilmiş və Ayazı Xaçmaz MRX-nın TTYS-na sürücü kimi işə düzəltməyi təklif etmiş, lakin bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. O, Cəmilə əvvəlcə bu barədə evdə məsləhət edəcəklərini və sonra ona bir söz deyəcəklərini bildirmişdir. Cəmil bunun üçün vaxtın az olduğunu demiş, hətta öz qayını üçün də sürücü işi danışdığını və ola bilər ki, istəsələr onların işə qəbul əmrlərini bir gündə verdirəcəyini bildirmişdir. Həmin gün onlar qardaşı Muradın evində bu barədə söhbət etmiş və Ayazı işə düzəltmək barədə razılığa gəlmişlər. X24 Federasiyasında olduğu üçün onunla da telefon əlaqəsi saxlayıb bu barədə məlumatlandırmış, bundan sonra bankların birindən pul götürüb Ayazın işi üçün vermək barədə razılaşmış, ailədaxili razılığa gələndən sonra o, Cəmilə zəng etmiş və bir-iki günə bankdan pul götürüb ona verəcəklərini demişdir. Cəmil onunla razılaşmış və bu işin nə qədər tez olsa, bir o qədər yaxşı olacağını demişdir. Bundan sonra qardaşı oğlu Zərərçəkmiş şəxs1 «Bank Respublika»dan pul götürmüş və ona pulun hazır olduğunu demiş, ona görə də o, Cəmillə telefon əlaqəsi saxlamış və 24 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri S.Qurbanov küçəsində onunla görüşmüşlər. Cəmil ona məxsus avtomobildə əyləşəndən sonra Ayaz cibindən pulları çıxarıb ona vermiş, o, da öz növbəsində həmin pulları sayıb 5000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Cəmil pulları sayb götürmüş və bundan sonra o, avtomobildən düşüb getmişdir. Təxminən bir ay sonra o, Cəmilə zəng edib işlə bağlı maraqlananda Cəmil onu yanma dəvət etmiş və Cəmillə görüşəndən sonra onunla birlikdə Xaçmaz MRX-nın baş həkimi Səyyaf Tağıyevin yanma getmişlər. Səyyaf Tağıyev onları qəbul etmiş, Cəmil onu təqdim edib işə düzəlmək istəyən Ayazın əmisi olduğunu demiş, Səyyaf Tağıyev də onlara narahat olmamalarını və ayın axırında onunla əlaqə saxlamalarını demişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının axırlarında o, Səyyaf Tağıyevin yanma gedib onunla görüşmüş və işlə bağlı maraqlanmışdır. Səyyaf Tağıyev ona xəstəxanada sürücü kimi işi yerləri olacağını, lakin dəqiq olaraq nə vaxt olacağını bilmədiyini demişdir. Söhbət əsnasında o, X21 Hüseynovun onlardan ona vermək üçün 5000 manat pul aldığını deyəndə Səyyaf Tağıyev bununla bağlı heç bir məlumatının olmadığını bildirmişdir. 2021-ci ilin fevral ayının axırlarında o, X22la birlikdə Səyyaf Tağıyevin yanma getmiş, Səyyaf Tağıyev onları qəbul etmiş və söhbət əsnasında onlara sürücü kimi vakansiya verilmədiyini bildirmişdir. X22 bu işlə bağlı Təqsirləndirilən şəxs onlardan 5000 manat məbləğində pul aldığını və pulu qaytarmasını deyəndə Səyyaf Tağıyev ona pulu kimə veriblərsə gedib ondan da tələb etməsini bildirmişdir. Bundan sonra onlar xəstəxanadan çıxıb Cəmillə telefon əlaqəsi saxlamış, Mövlud Qafarov və Ayazın atası Muradla birlikdə «Eko» marketin qarşısında onunla görüşmüşlər. X19 aralarında olan söhbət barədə Cəmilə danışandan sonra verdikləri pulları ondan tələb etmişlər. Bundan sonra Cəmil onlara Səyyaf Tağıyevə pul vermədiyini və pulla bağlı Səyyaf Tağıyevlə aralarında heç bir söhbət olmadığını, pulları özünün xərclədiyini etiraf etmiş və bankdan pul götürüb onların pulunu qaytaracağına söz vermişdir. Lakin Nümayəndə Cəmilə ona təcili olaraq 2500 manat məbləğində pul lazım olduğunu və pulun 2500 manatını qaytarmasını, qalan pulu isə sonra qaytarmasını demişdir. Lakin Təqsirləndirilən şəxs pulu olmadığını, Murada başqa yerdən pul tapıb işini görməsini demiş və onların pulunu sonra qaytaracağını bildirmişdir. Bundan bir ay sonra yenidən Cəmillə telefon əlaqəsi saxlayıb verdikləri pulu ondan istəyəndə Cəmil yenə müxtəlif bəhanələr gətirməklə yayınmış və pulu qaytarmamışdır. Artıq Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini başa düşmüş və buna görə də qardaşı oğlu Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-nə gələrək onun barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Nümayəndə, Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs2 doğma qızıdır və o, hazırda Xaçmaz şəhərində yerləşən «Ata sığorta» şirkətində sığorta satışı üzrə menecer vəzifəsində işləyir. Qızı Sərvinaz 2015-ci ildə Rusiya Federasiyası vətəndaşı X10 ilə ailə həyatı qurmuş və onların birgə nigahından 11 fevral 2016-cı il təvəllüdlü Zara Əsədova adında bir qız övladları dünyaya gəlmişdir. 2016-cı ilin avqust ayında qızının əri Elşən Əsədov xəstələnmiş və o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına, ata evinə gətiriləndən sonra vəfat etmişdir. Bundan sonra qızı Sərvinaz azyaşlı övladı Zara ilə birlikdə Rusiya Federasiyasından qayıtmış və onun yanında yaşamağa başlamışdır. Elşənin Rusiya Federasiyası Tomsk vilayəti, Strijevoy şəhərində qalmış mülkünə anası və bacısı nəzarət etməyə başlamışlar. X28 Rusiya Federasiyası vətəndaşı olduğuna görə həmin mülkün Zaranın adma rəsmiləşdirilməsindən ötrü qızı Sərvinaz vəkil axtarmağa başlamış və bir neçə müddətdən sonra ona bu işlə bağlı vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etdiyini bildirmişdir. Bundan sonra o, qızı Sərvinazla birlikdə Təqsirləndirilən şəxsla görüşüb ona mərhum kürəkəni Elşən Əsədova məxsus olmaqla Rusiya Federasiyasında olan əmlakı X28nın adına rəsmiləşdirmək istədiklərini demiş və Təqsirləndirilən şəxs da onlara bu məsələni həll edəcəyinə söz vermişdir. X18 danışıb razılaşandan sonra 16 iyun 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən notariat kontorunda Təqsirləndirilən şəxsla görüşməsi və işlərin görülməsi üçün ona etibarnamə verməsi, Təqsirləndirilən şəxs sənədlərin çıxarışları üçün Sərvinazdan ilkin olaraq 300 manat məbləğində pul istəməsi və Sərvinazın ona həmin 300 manat pulu və uşağına aid bütün sənədlərin asillərini verməsi sonradan ona məlum olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ona zəng edərək həmin işlə bağlı Rusiya Federasiyasının Tomsk vilayəti, Strijevoy şəhərinə getmək üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. O, X16 Federasiyasına getmək üçün pul istədiyini demiş, bundan sonra 30 iyun 2021- ci il tarixdə Sərvinaz ona 2500 manat məbləğində pul vermiş və həmin pulu aparıb Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, pulu Sərvinazdan alıb Xaçmaz şəhərinə gələrək Təqsirləndirilən şəxsla əlaqə saxlamış və həmin gün saat 12 radələrində oğlu Nicatın işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən fotoatelyesində Cəmillə görüşüb Nicatın yanında pulları ona vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cəmildən bir xəbər çıxmadığı üçün Sərvinaz vatsap vasitəsi ilə yazıb ondan işin nə yerdə olması ilə maraqlananda Təqsirləndirilən şəxs həmin axşam Sərvinaza zəng etmiş və hələ işlə bağlı Respublikadan çıxa bilmədiyini bildirmişdir. Bundan bir neçə gün sonra yenidən Cəmillə əlaqə saxlayıb işlə maraqlananda Cəmil onlara pasport problemi olduğu üçün Rusiya Federasiyasına gedə bilmədiyini bildirmişdir. Sonradan bununla bağlı onlar Cəmilə müraciət edəndə onun hər dəfə bu gün-sabah məsələni həll edəcəyini deyib müxtəlif bəhanələr gətirdiyini və işi həll etməkdən boyun qaçırdığını hiss etmişlər. Buna görə də Sərvinaz Təqsirləndirilən şəxsla görüşüb onunla söhbət etmiş və əgər işin öhdəsindən gələ bilmirsə pulu geri qaytarmasını tələb etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs pulu qaytarmaqdan boyun qaçırmağa başlamış, 04 avqust 2021-ci il tarixdə Sərvinaz zəng edib ondan işlə bağlı maraqlananda Cəmil ona qəzaya düşdüyündən müalicədə olduğunu və müalicədən sonra bizim işimizlə bağlı Rusiya Fedarasiyasına gedəcəyini bildirmişdir. Artıq Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüş, ona görə də 2021-ci ilin oktyabr ayında Sərvinazla birlikdə Xaçmaz natoriat kontoruna gəlmiş və Cəmilə verilmiş etibarnaməni ləğv etdirmişlər. Evdə öz aralarında məsləhətləşəndən sonra Cəmillə telefon əlaqəsi saxlamış və Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısında onunla görüşüb pulu qaytarmasını tələb etmişdir. Cəmil pulu qaytaracağına söz vermiş, lakin buna baxmayaraq pulu qaytarmamış, hətta sonradan telefon zənglərinə də cavab verməməyə başlamışdır. Sonradan əmisi oğlu Aslan Əsədovla birlikdə Xaçmaz şəhəri mərkəzi bazarın yaxınlığında Cəmillə görüşmüş, söhbət əsnasında ona hətta verdikləri 2800 manatın 300 manatını istəmədiyini demiş və qalan 2500 manatını qaytarmasını bildirmişdir. Cəmil yenə onlara yaxın vaxtlarda pulu qaytaracağına söz versə də, pulu qaytarmadığından onun onlara qarşı dələduzluq etdiyini başa düşmüş və buna görə də qızı Sərvinaz bu barədə Xaçmaz rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4, Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 19 may 2016-cı il tarixli baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərərçəkmiş şəxslər S.Ə.Şirinovanın və G.B.Abdullayevanın iştirakları ilə, hadisə yeri olan ünvan 4 ünvanda yerləşən “Keşlə” kafesinin qarşısında keçirilmiş baxış zamanı zərərçəkmiş şəxslər işə düzəlmə və təqaüd alma müqabilində X14 müvafiq olaraq 1350 manat və 450 manat pul verdikləri yeri əyani qaydada göstərmişlər. İş materiallarında olan 30 iyun 2016-cı il tarixli götürmə barədə protokoldan və ona əlavə qəbzlərdən görünür ki, ********* saylı cinayət işi üzrə X5 istintaqa təqdim etdiyi iki ədəd “Azərpoçt” ödəniş qəbzi götürülərək cinayət işinə əlavə edilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan 23 mart 2017-ci il tarixli götürmə barədə protokoldan və ona əlavə qəbzlərdən görünür ki, ********* saylı cinayət işi üzrə X11 istintaqa təqdim etdiyi iki ədəd “Azərpoçt” ödəniş qəbzi götürülərək cinayət işinə əlavə edilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan 23 mart 2017-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı X1 və X15 ifadələrində göstərdikləri xüsusatları X11 üzünə demişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Xaçmaz rayon Məhkəməsindən alınmış hökmün və qərarın surətlərindən, habelə Sumqayıt şəhər Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1300(bir min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 27 avqust 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş və üzərində 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Xaçmaz rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 7(067)-23/2022 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 1(105)-244/2019 saylı qərarı ilə təyin edilmiş 1000(bir min) manat miqdarında cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2 və 18.4.4-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən edilməmişdir. Lakin, iş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında araşdırılmış Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-487/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)- 352/2022 saylı 13 sentyabr tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş və cəzasının əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmış 01 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini , zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 Xaçmaz Mərkəzi Rayon X13 X27 Yardım Stansiyasına sürücü kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq, bu barədə yalandan vəd verib etibarından sui-istifadə etmiş və bu məqsədlə 24 dekabr 2020ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri Səid Qurbanov küçəsində əmisi Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pul almaqla dələduzluq etmiş, yəni etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 mərhum əri X2 Rusiya Federasiyası Tomsk vilayəti Strejevoy şəhərində miras qalmış əmlakı 2016-cı il təvəllüdlü övladları X9 adma sənədləşdirmək istədiyini bilib, bu işi həll edə biləcəyini bildirərək aldadıb, bu barədə yalan vəd verərək etibarından sui-istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 16 iyun 2021-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında 200 manat və Xaçmaz şəhəri Bakı prosprektində yerləşən "xxxx" Sığorta Şirkətinin inzibati binasının qarşısında 100 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat və 30 iyun 2021-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşməklə qardaşı Şahid4 işlədiyi fotoatelyedə atası Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 2500 manat məbləğində olmaqla ümumilikdə 2800 manat məbləğində pul almaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki il nəzərdə tutulduğundan, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 Xaçmaz Mərkəzi Rayon X13 X27 Yardım Stansiyasına sürücü kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq, bu barədə yalandan vəd verib etibarından sui-istifadə etməsi və 5000 manat pulun ələ keçirməsi 24 dekabr 2020-ci il tarixdə baş vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayətinin məbləği 5000 (beş min) manatdan artıq olmadığına görə, onun bu epizod üzrə əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan cinayət məsuliyyətinə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən yazılmış 10 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Hüseynov X6 Ayaz Murad oğluna qarşı törətdiyi dələduzluq cinayəti üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar olaraq, barəsində bəraətverici əsasların olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Beləliklə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid olduğundan və həmin cinayətə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından, habelə təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan barəsində sözügedən cinayət epizodu üzrə xitam verilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayəti üzrə icraata xitam verilməli və belə olan halda, onun 16 iyun-30 iyun 2021-ci il tarixlərdə etibardan sui- istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirdiyi ikinci epizod üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xx xxxx 1985-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, orta təhsillidir, fərdi əməklə məşğul olur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Mürsəliqışlaq kəndində yaşayır və müsbət xarakterizə olunur. İnsan Hüquqlarının və X8 Haqqında 1953-cü il tarixli Avropa Konvensiyasına əlavə edilən 7 sayl Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar mühakimə edilə və ya cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 16.3-cü maddəsinəəsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 mərhum əri X2 Rusiya Federasiyası Tomsk vilayəti Strejevoy şəhərində miras qalmış əmlakı 2016-cı il təvəllüdlü övladları X9 adma sənədləşdirmək istədiyini bilib, bu işi həll edə biləcəyini bildirərək aldadıb, bu barədə yalan vəd verərək etibarından sui-istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 16 iyun 2021-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında 200 manat və Xaçmaz şəhəri Bakı prosprektində yerləşən "xxxx" Sığorta Şirkətinin inzibati binasının qarşısında 100 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat və 30 iyun 2021-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşməklə qardaşı Şahid4 işlədiyi fotoatelyedə atası Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 2500 manat məbləğində olmaqla ümumilikdə 2800 manat məbləğində pul alaraq dələduzluq etmiş, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə tərəfindən yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, digər cinayət işi üzrə məhkum olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-352/2022 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-352/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-352/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-352/2022 saylı hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində pulunu ələ keçirdiyi birinci epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs 16 iyun-30 iyun 2021-ci il tarixlərdə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 vahid qəsdlə əhatə olunmaqla ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirdiyi ikinci epizod üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sumqayıt şəhər məhkəməsinin 1(060)-352/2022 saylı 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 01 (bir ) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-352/2022 saylı hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar