Məhkəmə qərarları › İş №1(067)-10/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-10/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-10/2025 03.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Xaçmaz rayonu, Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Tərnəft kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6cı korpusda yaşamış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-569/2024 saylı hökmünə əsasən 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177..2.2, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş və bir otaqda qalmış Zərərçəkmiş şəxs2 məxsus üzərində "xxxx" MMC- yə aid 7 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not9» model mobil telefonu-cəmi 507 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərində mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini-cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxmlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8-'qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 600 manat dəyərində «Samsung Galaxy A32» model mobil telefonucəmi 610 manat dəyərində, Zərərçəkmiş şəxs4 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ****-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Samsung A-32» model mobil telefonu-cəmi 505 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs5 məxsus üzərində "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Redmi Not 9S» model mobil telefonu-cəmi 505 manat dəyərində və Zərərçəkmiş şəxs8 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 550 manat dəyərində «Samsung A-71» model mobil telefonu-cəmi 555 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:15 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxmlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli və "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartları olan 550 manat dəyərində göy rəngli “Redmi Not 9” model mobil telefonu-cəmi 560 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs6 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not 9C» model mobil telefonu-cəmi 505 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177..2.2, 177.2.3 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Ağdam rayonu, Tərnəft kəndində qeydiyyatda olsa da, valideyinləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6-cı korpusda yaşayır. O, Gəncə şəhərində yaşayan X3 2017-ci ilin yay aylarından tanıyır. 2017-ci ilin avqust ayında o, işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində olarkən o, Elçinlə tanış olmuş və onlar təxminən 15-20 gün İstanbul şəhərində olan toxuculuq sexində işləmişlər. Sonradan o, Elçindən ayrılıb İstanbul şəhərində olan başqa fabrikdə işləmiş, 2017-ci ilin noyabr ayının əvvələrində isə qayıdıb Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra o, bilmişdir ki, Elçində qayıdıb Azərbaycana gəlib. Sonrakı illərdə o, mütəmadi olaraq Elçinlə əlaqə saxlamış və sonuncu nə vaxt Bakı şəhərinə gəlsə onunla görüşmüşdür. 2022-ci ilin yaz ayları olardı Bakı şəhərində Elçinlə görüşərkən ona demişdir ki, Xaçmaz rayonu, Nabran kəndində «Atlant» istirahət mərkəzi var, eşitdiyinə görə həmin istirahət mərkəzində işləyən masa xidmətçiləri yaxşı pul qazanırlar, istəyirsə onlarda gedib orada işləsinlər. Həmin vaxt Elçin ona heç bir söz deməmiş və ondan ayrılıb getmişdir. 2022-ci ilin iyun ayının son günlərində Bakı şəhərində Elçinlə görüşərkən sonuncu ona demişdir ki, Xaçmaz rayonu, Nabran kəndinə gedib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləsinlər. O, Elçinlə razılaşmış və 2022-ci ilin iyul ayının üçü və ya dördü olardı Elçinlə birlikdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmişlər və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün əmək müqaviləsi bağlamadan onu və Elçini masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə Elçinlə birlikdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişlər. O, və Elçindən başqa Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və adlarını xatırlamadığı başqa şəxslərdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. Onunla Elçində digər masa xidmətçiləri ilə birlikdə restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elçin, İdrak, Nurlan, digər otaqlarda isə başqa masa xidmətçiləri yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Elçinlə birlikdə qaldıqları otaqdan çıxıb əvvəlcə səhər yeməyi yemişlər, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişlər. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdıqdan sonra istirahət mərkəzinin restoranında Elçinlə birlikdə yemək yeyərkən bir litrdən çox araq içmişlər, həmin gün saat 06 radələrində isə qaldıqları otağa getmişlər ki, yatıb dincəlsinlər. O, öz çarpayısının üstünə uzanıb yatmaq istəyərkən Elçin yanma gəlib demişdir ki, onlarla bir otaqda qalan İdrakla Nurlanın mobil telefonlarını və İdrakın pul kisəsini götürmüşdür, ayağa durub hazırlaşsın, digər otaqlarda olan masa xidmətçilərinində mobil telefonlarını götürdükdən sonra Bakı şəhərinə getsinlər. O, tez yerindən durub paltarını geyinərək dəhlizə çıxıb ətrafa nəzər yetirmiş, Elçin isə təxminən saat 06:10 radələri olardı Elnurun, Pünhanın, İlqarın, Şəhriyarın yatdıqları otağın qapmısı açıb içəri daxil olmuş və təxminən beş dəqiqəyə yaxın vaxt keçdikdən sonra onun yanma gəlib demişdir ki, mobil- telefonları götürmüşdür. Bundan sonra Elçin Vüqarın, Ramişin və Fəridin yatdıqları otağın qapısını açıb içəri daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra bayıra çıxıb onun yanma gələrək demişdir ki, həmin otaqda olan mobil telefonlarıda götürmüşdür. Bundan sonra onlar piyada Nabran-Xudat avtomobil yolunun kənarına gedi tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xudat şəhərinə gəlmişlər, Xudat şəhərində həmin avtomobildən düşdükdən sonra isə markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişlər. 15 iyul 2022-ci il tarixdə Elçinlə birlikdə 20 Yanvar və Neftçilər metrostansiyasının yaxınlığında olan mobil telefon satışı mağazalarına onun şəxsiyyət vəsiqəsinin kserosurətlərini təqdim edərək oğurladıqları mobil telefonları satmışlar, əldə etdikləri puluda Elçinlə bir yerdə xərcləmişlər. İdraka məxsus pul kisəsi isə içərisində olan əşyalarla birlikdə Elçində qalmışdır. Məhkəmə istintaqında ifadəsi alınarkən özünü qismən təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, Atlant istiqarəh mərkəzində ofisiant işləmişdir. Gecə içki qəbul edərək sonra elə orada yəni işlədiyi yerdə yatmışdır. Növbəti gün səhər saat 6 radələrində dostu Elçin onu yuxudan oyadaraq onunla birlikdə getməyi demişdir. O, da Elçindən heç bir söz soruşmadan onunla bir yerdə oradan çıxıb getmişdir. Onlar yolda olduqları zaman Elçin ona işlədiyi yerdən telefonlar oğurladığınə dediyi zaman onun bu barədə məlumatı olmuşdur. Elçin ona həmin oğurladığı telefonlardan cəmi 3 ədəd telefon vermiş o, da həmin telefonlardan birini 65 manata satmış, qalan iki telefonu isə ibtidai istintaq zamanı işi aparan müstəntiqə təhvil vermişdir. O, həmin üç telefona görə özünü təqsirli bilir. O, orada yəni işlədiyi yerdə olduğu zaman heç kəsin otağına gorməmiş və heç kimdən telefon oğurlamamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, valideyinləri ilə birlikdə Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompyuter mühəndisliyi fakültəsinin üçüncü kurs tələbəsidir. Yay tətili olduğu üçün 05 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra o, həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs6da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 4-5 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. O, özüdə hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Fərid, Vüqar, Gündüz, İsmi yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak yatmış, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldjğı otağa gəlib çarpayının üstünə uzandıqdan sonra özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** nömrəli danışıq kartları olan «Redmi Not9» markalı mobil telefonunu otağın pəncərəsinin qarşısına qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Aslan adlı oğlan gəlib onu yuxudan oyatmış və o, pəncərənin qarşısına baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonlarını və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmağından istifadə edərək mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not9» markalı mobil telefonu 2021-ci ilin dekabr ayında 600 manata, üzərində olan 050- ***-**-** və ***-***-**-** nömrəli danışıq kartlarının hər birini isə ayrı-ayrılıqda 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 550 manat olardı. Bundan əlavə olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək dəymiş zərərin ona ödənildiyini və ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, cəza hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını, növbəti məhkəmə icaslaslarını isə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə istintaqında iştirak edərək göstərmişdir ki, onlara dəymiş zərər ödənilməmiş və şikayətçi olduqunu bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ağaverdioba kəndində yaşayır. Yay fəsli olduğu üçün 06 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs6da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. Adlarını qeyd etdiyi şəxslərdən başqa adlarını Elçin və Babək bildiyi iki nəfərdə «Atlant» istirahət mərkəzində işləmişlər. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə qulluq göstərmişlər. O, özüdə hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elçin, Babək və İdrak yatmış, digər masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Redmi Not9» markalı mobil telefonunu isə başının altında olan yastığa yaxın çarpayının üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların qaldığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmişdir. Pünhanın sözündən sonra baxanda görmüşdür ki, onunda mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonlarını və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmağından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not9» markalı mobil telefonu 2021-ci ilin mart ayında 700 manata, üzərində olan 077-566- 07-04 nömrəli danışıq kartını isə 7 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olsada valideyinləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, ev 51-də yaşayır. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin ikinci kurs tələbəsidir. Yay tətili olduğu üçün 01 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyəyək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs6da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 4-5 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir.. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elnur, Pünhan, İlqar yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak yatmış, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan* çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Axşam saat 19 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Samsung Galaxy A32» markalı mobil telefonunu pəncərənin qarşısına qoyub çarpayının üstünə uzanaraq yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, onunla bir otaqda qalan Pünhan öz mobil telefonunu axtarır. Sonra Elnurda mobil telefonunu tapa bilmədiyini bildirmiş və o, pəncərənin qarşısına baxanda görmüşdür ki, onunda mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmağından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Samsung Galaxy A32» markalı mobil telefonu 30 iyul 2021 -ci il tarixdə 780 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 10 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 600 manat olardı. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Şabran şəhəri, Nizami küçəsi, ev 5-də yaşayır. 26 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, X10, Şahid1, X2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3da gəlib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 10-15 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Bina ilə üzbəüz dayandıqda sol tərəfdə olan ikinci otaqda o, Pünhan, Elmar yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qyUuq göstərmişdir. 13 iyul 2022-ci il tarixdə gecə saat 24 radələrində o, qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində 077-577-20- 40 nömrəli danışıq kartı olan «Samsung A-32» modelli mobil telefonunu isə otağın pəncərəsinin qarşısına qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Pünhan onu yuxudan oyadıb mobil telefonunu tapa bilmədiyin bildirərək telefonunun onda olub-olmadığını soruşmuş, o, da Pünhana demişdir ki, onun mobil telefonu onda deyil. Pünhanın sözlərindən sonra o, pəncərənin qarşısına baxanda görmüşdür ki, oz mobil telefonu da qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O,' özünə məxsus «Samsung A-32» modelli mobil telefonu 2022-ci ilin may ayında 550 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, Daşkəsən şəhəri, Mədənçilər küçəsi, ev 4, mənzli 7-də qeydiyyatda olsada Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 114 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyasının dördüncü kurs tələbəsidir. 01 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs6da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir neçə gün keçdikdən sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Pünhan, İlqar, Oktay, Şəhriyar, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Axşam saat 19 radələrində iş va^tı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində 055- ***-**-** nömrəli danışıq kartı olan «Redmi Not 9S» markalı mobil telefonunu çarpayının yaxmlığanda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, onunla bir otaqda qalan Pünhan öz mobil telefonunu axtarır. O, şkafın üstünə baxanda görmüşdür ki, moljil telefonu qoyduğu yerdə yoxdur. Sonra Şəhriyarda mobil telefonunu tapa bilmədiyini bildirmişdir. Onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not 9S» markalı mobil telefonu 2021-ci ilin iyul ayında 600 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı vermiş ifadəsini təsdiq etdiyini, ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan ziyanın tam şəkildə ödənildiyini və buna görə ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, cəza hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 38- də yaşayır. 2022-ci ilin may ayının əvvəllərində o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək gələn müştərilərə qulluq göstərmişdir. Ondan sonra Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs3da «Atlant» istirahət mərkəzinə gəlib masa xidmətçisi işləmişlər. 2022-ci ilin iyul ayının əvvəllərində «Atlant» istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00- dan axşam saat 19:00dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özüdə hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir, tş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Fərid, İsmi və adını xatırlamadığı digər masa xidmətçisi yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində qaldığı otağa gedib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Redmi Not 9C» markalı mobil telefonunu isə çarpayının yaxmlığnda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarifdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların yatdığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmiş, Pünhanın sözündən sonra baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara.daxil olub mobil telefonları və pul kisəsini oğurlamışlar. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not9C» markalı mobil telefonu 2022-ci ilin iyul ayının əvvəllərində 500 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ilə müraciət məhkəmə iclasını iştirakı olmdan keçirilməsini və iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan zərərin ödənilmədiyini və bu səbəbdən də şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Bərdə rayonu, Məmmədli kəndində yaşayır. 03 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu barmen kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, Şahid1, X2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir neçə gün keçdikdən sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat .19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə qulluq göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Babək, Elçin, Nurlan, digər masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə təxminən saat 02 radələrində qaldığı otağa gedib üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «XİOMİ Mİ8» markalı mobil telefonunu və pul kisəsini başının altında olan yastığa yaxın çarpayının üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların yatdığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmiş, Pünhanın sözündən sonra baxanda görmüşdür ki, mobil telefonu və içərisində 50 manat pul, şəxsiyyət vəsiqəsi, «Leo» banka aid bank kartı, mobil telefonunun qulaqcığı olan pul kisəsi qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləmiş.Elçin və Babak adlı şəxslər otaqlara daxil olub yatmalarından istifadə edərək onun mobil telefonunu, pul kisəsini və digər masa xidmətçilərinin mobil telefonlarını oğurlamışlar. O, özünə məxsus «XİOMİ Mİ8» markalı mobil telefonu oğurlanmamışdan iki il əvvəl 500 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını 10 manata, pul kisəsini oğurlanmamışdan iki ay əvvəl 60 manata, mobil telefonunun qulaqcığını oğurlanmamışdan bir ay əvvəl 195 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 250 manat olardı. «Leo» banka aid bank kartı ona pulsuz verilmişdir və həmin bank kartından 90 manat pul çıxarılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Şabran rayonu, Çayqaraqaşlı kəndində yaşayır. 14 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və başqa adlarını xatırlamadığı şəxslərdə gəlib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir aya yaxın vaxt keçdikdən sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan U oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra sonuncu həmm oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların .kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özüdə hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Bina ilə üzbəüz dayandıqda sol tərəfdə olan ikinci otaqda o, İlqar, Elmar, Elnur, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində o, qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Samsung A-71» modelli mobil telefonunu otaqda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 08:30 radələrində yuxudan oyanıb baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Axtarsada mobil telefonunu tapa bilməyib elə düşünmüşdür ki, kimsə zarafatla onun mobil telefonunu götürüb. Əvvəlcə İlqardan onun mobil telefonunu götürüb-götürmədiyini soruşmuş, İlqar onun mobil telefonunu götürmədiyini bildirdikdə o, digər otaqlara gedib masa xidmətçilərindən mobil telefonunu götürüb-götürmədiklərini soruşmuş, onlarda onun mobil telefonunu götürmədiklərini bildirmişlər. Sonra o, başqa otağa getmiş və başqa otaqda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşdür ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Samsung A-71» modelli mobil telefonu 2022-ci ilin may ayında 550 manata, üzərində olan 077-562- 26-09 nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 550 manat olardı. Zərərçəkmiş şəxs8 məhkəmə hazırlıq iclasında iştirak edərəkən ərizə ilə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan zərərin ödənilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 42, mənzil 20-də yaşayır. 2022-ci ilin iyun ayının ortalarında o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs7, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, X10, Zərərçəkmiş şəxs4, X2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. 2022-ci ilin iyul ayının əvvəllərində istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00- dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, adlarını xatırlamadığı masa xidmətçiləri ilə yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində 051 - ***-**-** nömrəli danışıq kartı olan «Nokia 6212» markalı mobil telefonunu çarpayının yaxmlığanda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, masa xidmətçisi Pünhan öz mobil telefonunu axtarır. Pünhan ondan mobil telefonunun yerində olubolmadığını soruşmuş və o, şkafın üstünə baxanda görmüşdür ki, onun mobil telefonuda qoyduğu yerdə yoxdur. Sonra o, bilmişdir ki, başqa masa xidmətçiləridə - mobil telefonlarını yatmamışdan əvvəl qoyduqları yerdə tapa bilməmişlər. Onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİH-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləmiş Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. Onun özünə məxsus «Nokia 6212» markalı mobil telefonunun oğurlandığı günə qiyməti 25 manat olardı, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata amışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iştirak edə bilməyəcəyini, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bidirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, Saatlı rayonu, Azadkənd kənddə qeydiyyatda olsada ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. Bakı şəhərində 20 Yanvar metrostansiyasınm yaxınlığında yerləşən mağazada mobil telefonların alqı-satqısı ilə məşğul olur. İşlədiyi mağazaya gəlib mobil telefonlarını satmaq istəyən şəxslərlə razılaşıb mobil telefon alarkən əvvəlcə həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edib kim olduqlarını öyrənir, sonra isə həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini alıb mobil telefonu aldığı tarixi, mobil telefonu satan şəxsin istifadəsində olan mobil telefon nömrəsini, aldığı mobil telefonun İMEİ kodunu şəxsiyyət vəsiqəsinin kserosurətinə qeyd edir və həmin şəxsə mobil telefonun özünə məxsus olduğunu, oğurluq və girov olmadığını yazdırıb imza etdirir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyi mağazaya tanmadığı bir oğlan gəlmiş və cibindən bir ədəd «Redrni 9» modelli mobil telefonu çıxarıb özünə məxsus olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, ondan kim olduğunu soruşduqda demişdir ki, adı Babəkdir. O, Babəkin göstərdiyi «Redrni 9» modelli mobil telefonu əlinə götürüb baxmış və istifadə olunduğunu görüb 350 manata almaq istədiyini bildirdikdə Babək mobil telefonu həmin qiymətə satmağa razılaşmış və o, mobil telefonu almaq üçün Babəkdən şəxsiyyət vəsiqəsi istəmişdir. Babək şəxsiyyət vəsiqəsini ona vermiş və o, Babəkin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıqdan sonra Babəkin istifadəsində olan mobil telefon nömrəsini öyrənib şəxsiyyət vəsiqəsinin kserosurətinə «tarix xx.xx.2022, əlaqə **********, model Redmi 9, İMEİ **********04376, **********04368» sözlərini və rəqəmlərini yazdıqdan sonra Babəkin özünə «özümə məxsus Redmi 9 telefonu satdım, oğurluq və girov deyil, öz imzamla təsdiq edirəm» yazdırıb imza etdirmiş və 350 manat pul verib «Redmi 9» modelli mobil telefonu ondan almışdır. Babəkdən aldığı «Redmi 9» modelli mobil telefonun üzərində danışıq kartı olmamışdır. Babəkin şəxsiyyət vəsiqəsinin kserosurətini isə istintaqa təqdim etmişdir. Sonrakı günlərdə o, Babəkdən aldığı «Redmi 9» modelli mobil telefonu adını xatırlamadığı şəxsə satmışdır. O, Babəkdən «Redmi 9» modelli mobil telefonu alarkən onun özünə məxsus olduğunu bilmiş, ona görə də Babəklə razılaşaraq həmin mobil telefonu almışdır. Əgər Babəkin ona satdığı «Redmi 9» modelli mobil telefonun başqa yerdən oğurlandığını bilsəydi heç vaxt onunla razılaşıb almazdı. İş materiallarında olan Xaçmaz rayon X9 Bölməsinin baş müstəntiqi Hafiz Əliyev tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd göy rəngli Redmi Not 9 model mobil telefonu təqdim edərək 14 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs3 qaldığı otaqdan oğurladıqlarını bildirmiş, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli Redmi Not 9 model mobil telefonun ona məxsus olduğunu və «Atlant» istirahət mərkəzində qaldığı otaqdan oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli Redmi Not 9 model mobil telefon 18 oktyabr 2023-cü il tarixli qərar ilə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Ağdam Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən 22 iyun 2016-cı il tarixdə cərimə cəzasından azad olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-569/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhər Xəzər rayon sektorunun 06 oktyabr 2022-ci il tarixli, 214/7 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla Xəzər aryonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyasında məskunlaşmışdır. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyət Başçısının Maqsudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş və bir otaqda qalmış Zərərçəkmiş şəxs2 məxsus üzərində "xxxx" MMC- yə aid 7 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not9» model mobil telefonu-cəmi 507 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərində mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini-cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxmlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8-'qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 600 manat dəyərində «Samsung Galaxy A32» model mobil telefonucəmi 610 manat dəyərində, Zərərçəkmiş şəxs4 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ****-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Samsung A-32» model mobil telefonu-cəmi 505 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs5 məxsus üzərində "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Redmi Not 9S» model mobil telefonu-cəmi 505 manat dəyərində və Zərərçəkmiş şəxs8 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 550 manat dəyərində «Samsung A-71» model mobil telefonu-cəmi 555 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:15 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxmlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli və "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartları olan 550 manat dəyərində göy rəngli “Redmi Not 9” model mobil telefonu-cəmi 560 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs6 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not 9C» model mobil telefonu-cəmi 505 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177..2.2, 177.2.3 və 326.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç bir otağa girməməsi, oğurluqdan xəbərinin belə olmaması və yalnız oğurluqdan Elçin ilə birlikdə işlədiyi yerdən çıxaraq Bakı şəhərinə gedərkən yolda sonuncunun ona telefon oğurladığı barədə dedikdə məlumatının olması kimi verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bütün bunlar özünümüdafiə xarakterli hərəkətlərdir və məsuliyyətdən yayınmaq məqsədini daşıyır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 dəymiş olan zərərin tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Buna görə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yügülləşdirən və ağırlaşdran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə və həmin Məcəllənin 326.2-ci maddələri ilə ayrıayrılıqda cəzalar təyin edilməli və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xəzər rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(003)-569/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin olunmuş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsində 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün, habelə Xaçmaz rayon Polis Şöbəsində 05 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün, cəmi 03 gün müddə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Xəzər rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(003)-569/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmalıdır. Cəzaçəkmənin müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli Redmi Not 9 model telefon saxlanmasından ötrü Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xəzər rayon məhkəməsinin 1(003)-569/2024 saylı 24 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xəzər RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 02 gün, habelə Xaçmaz RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 01 gün, cəmi 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Xəzər rayon məhkəməsinin 1(003)-569/2024 saylı 24 iyul 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəza çəkmə müəssisəsində saxlanması nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. İş maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli Redmi Not 9 model telefon saxlanmasından ötrü Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar