Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-100/2020 18.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(067)-72/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilərək üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin balansında olmaqla 15 saylı tibbi-sosial ekspert komissiyasınınyerləşdiyi ikimərtəbəli inzibati binanın birinci mərtəbəsinə nəfəsliyi açmaq yolu iləoğurluqməqsədiiləqanunsuzdaxilolubbinanın otaqlarından 01 ədəd 150 manat dəyərində təzə vəziyyətdə “Acer” markalı, K202HQL modelli, 19,5 düym ölçülü monitoru, 01 ədəd 12 manat dəyərində təzə vəziyyətdə “Acer” markalı, PR1101U model klaviaturanı, 01 ədəd 40 manat dəyərində təzə vəziyyətdə “D-link” markalı, DU-562M model USB modemi, 01 ədəd 250 manat dəyərində istifadə olunmuş “Dell” markalı, OJ8GD modelli, İntelCore i3 xüsusiyyətli noutbuku, 01 ədəd 180 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı, AH 512, İntel İnside xüsusiyyətli noutbuku, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş “Dell” markalı, L65NS2 model cərəyan qidalandırıcını, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı, ADP-8NB model cərəyan qidalandırıcını, 01 ədəd 10 manat dəyərində istifadə olunmuş “potrans” markalı, UP060B1190 model cərəyan qidalandırıcını, 01 ədəd 2 manat dəyərində istifadə olunmuş “alcatel” markalı mobil telefon qulaqlığını, 01 ədəd 5 manat dəyərində elektron imza kartını gizliolaraqtalayıb zərərçəkmişə ümumilikdə 679 manat məbləğindəmaddiziyanvurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuşdur. Sonuncu dəfə cəza müddəti xx.xx.2020-ci ildə başa çatıb və azadlığa buraxılmışdır. Maddi ehtiyaclarını ödəyə bilməmiş, onun üçün oğurluq etmək məcburiyyətində qalmışdır. Yaşadıqları evin əks tərəfində ikimərtəbəli inzibati bina vardır. Oranın ikinci mərtəbəsində məşğulluq idarəsi yerləşir, birinci mərtəbəsində isə tibbi-sosial ekspert komissiyası vardır. O nəzərdə tutmuşdur ki, həmin binaya daxil olub oradan kompüterləri oğurlasın. Onun üçün də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində o, həmin binanın arxa tərəfindəki nəfəsliyi evindən götürdüyü vintaçan vasitəsi ilə açıb içəri daxil olmuşdur. Daxil olduğu otaqdan dolabın üzərindəki qutunun içərisindən “Acer” markalı kompüter monitorunu, klaviaturanı, qutunun içərisində nə olduğunu bilmədiyi bir ədəd kompüter avadanlığını götürmüş, sonra digər otaqlara keçib bir otaqdan bir ədəd “Dell” markalı, digər otaqdan isə bir ədəd “Fujitsu” markalı noutbukları, həmin noutbukların enerji naqillərini, bir ədəd elektron imza kartını da yaddaş kartı bildiyi üçün dolabların içərisindən götürmüşdür. Alışqanın işığı ilə axtarış etdiyi üçün naqillər qarışıq olduğundan birbirindən ayıra bilməmiş, ona görə də bir ədəd telefon qulaqlığını naqillərlə birlikdə dolabların içərisindən götürmüşdür. Götürdüyü monitor, noutbuklar və naqilləri oradan götürdüyü sellofan paketlərin içərisinə yığıb daxil olduğu yerdən çölə çıxmış, birbaşa yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə oğurladığı “Acer” markalı monitoru, klaviaturanı və USB modemini Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Çinar” elketronika mağazasına dostu Ceyhunla birlikdə sonuncunun sürücülük vəsiqəsini təqdim etməklə satmışdır. Bundan sonra isə oğurladığı “Dell” markalı noutbuku həmin gün onunla eyni küçədə yaşayan Asiflə sonunucunun “Samsung” markalı telefonu müqabilində dəyişdirmişlər. Asif öz telefonunu ona, o da noutbuku Asifə vermişdir. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında “Fujitsu” markalı digər noutbuku isə Xaçmaz şəhəri, köhnə avtovağzalın yaxınlığında telefon mağazalarının birinə satmışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək cinayət törətməkdə şübhəli olduğunu bildirmişlər və onlarla polis şöbəsinə getməli olduğunu demişlər, o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Dostu Şahid2 taksi sürücüsü olduğunu, daim Ceyhunun idarə etdiyi avtomobildən istifadə etdiyini, xx.xx.2020-ci il tarixdə həmin avadanlıqları “Çinar” mağazasına satan zaman mağazanın satıcısı tərəfindən sənəd tələb edildiyindən, o isə cəzaçəkmə müəssisəsindən yeni çıxdığı üçün heç bir sənədi olmadığından Ceyhundan sənədini ona verməsini xahiş etmişdir. O, Ceyhunun sənədi ilə həmin avadanlıqları mağazaya satmışdır. Şahid2 onun oğurluq etməyi barədə heç bir məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanın tamamilə ödənildiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsindən müəyyən edilir ki, 2012-ci il tarixdən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyində, 2014-cü ildən həmin Nazirliyin 15 saylı tibbi-sosial ekspert komissiyasının (TSEK) sədri vəzifədə işləyir. Rəhbərlik etdiyi ekspert komissiyası Şimal Regionu rayonlarında fəaliyyət göstərdiyi üçün Siyəzən və Şabran rayonlarında da əhalinin qəbulunu həyata keçirdiklərindən xx.xx.2020-ci il tarixdə Siyəzən rayonunda, xx.xx.2020-ci il tarixdə isə Şabran rayonunda olmuşlar. xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən TSEK-nin inzibati binasına daxil olmuş, operatorların əyləşdiyi otağa keçib baxan zaman elektron imza kartının yerində olmadığını görmüşdür, bundan sonra digər otağa keçib baxanda arxa tərəfdəki otağın nəfəsliyinin alt hissəsində divarda ayaq izlərinin olduğunu, pəncərənin aralı vəziyyətdə olduğunu görüb inzibati binaya naməlum şəxs və ya şəxslərin daxil olduğunu müəyyən etmişdir. Bundan sonra hansı əşyaların oğurlandığını müəyyən etmək üçün otaqlara baxmağa başlamışdır. İlkin olaraq 1 ədəd “Dell” markalı noutbukun, 1 ədəd “Fujitsu” markalı noutbukun, 1 ədəd personal komputerin monitorunun, 1 ədəd də imza kartının oğurlandığını müəyyən etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o, yazılı ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etmişdir. Daha sonra TSEK-in işçiləri işə gəldikdə o, işçilərlə bütün otaqlara bir daha baxıb müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olub 01 ədəd təzə “Acer” markalı personal kompüterin monitorunu, 01 ədəd təzə personal kompüterin klaviaturasını, 01 ədəd təzə “D-link” USB modemini, 01 ədəd işlənmiş “Dell” markalı noutbuku, 01 ədəd işlənmiş “Fujitsu” markalı noutbuku, 03 ədəd həmin noutbuklara məxsus enerji naqillərini, 01 ədəd elektron imza kartını, 01 ədəd mobil telefon qulaqlığını oğurlamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə teleqramlar ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların geri qaytarıldığını və bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Daim Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Şəxsiyyətlər parkı” adlanan ərazidə dayanıb müştəri gözləyir. İş üzrə Təqsirləndirilən şəxs 6-7 il olar ki, tanıyır. Tural məhkum olunmamışdan öncə onun daimi müştərisi olmuşdur. Tural oğurluq etdiyinə görə tutulmuş, cəzaçəkmə müəssisəsindən yenicə azadlığa çıxmışdır. Turalın qardaşı Taleh də həmin vaxt törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində olmuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Tural onun mobil telefonuna zəng edib evlərinin qarşısına çağırmışdır. Turalın çağırdığı yerə getmiş və sonuncu küçəyə çıxmışdır. Turalın əlində təzə qablaşdırmanın içərisində kompüter monitoru, klaviatura və kompüterə aid adını bilmədiyi başqa bir avadanlıq olmuşdur. Tural həmin əşyaları onun idarə etdiyi avtomobilə qoymuş və ona demişdir ki, bunlar həbsxanada olan qardaşı Talehindir, sonuncuya pul lazımdır, amma işləyə bilmədiyi üçün qardaşına pul göndərə bilmir, həmin kompüter avadanlıqlarını satmaq istəyir, amma cəzaçəkmə müəssisəsindən yenicə çıxdığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyib. Həmin avadanlıqları satmaq istədiyi mağazalar isə onları almaq üçün şəxsiyyət vəsiqəsi tələb edirlər. O, Turalın əvvəllər oğurluq etdiyinə görə məhkum olunduğunu bildiyi üçün sonuncudan həmin əşyaların oğurluq olub-olmadığını dəqiqləşdirmək üçün soruşmuş, Tural ona həmin əşyaların heç istifadə olunmadığını, Talehin həmin əşyaları alıb evə qoyduğunu və evdə qaldığını, indi Talehə pul lazım olduğu üçün satdığını demişdir. O, Turala inanmış, amma yenə də öz şəxsiyyət vəsiqəsini Turala verməyə ehtiyat etmişdir. Turalın təklifi ilə avtomobili Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Çinar” elektronika mağazasının qarşısında saxlamış, Tural avtomobildən düşüb əlindəki avadanlıqlarla mağazaya daxil olmuş, bir neçə dəqiqə sonra çölə çıxıb onu çağırmış və ona demişdir ki, şəxsiyyət vəsiqəsini versin. O, şəxsiyyət vəsiqəsi avtomobildə olduğu üçün verməmiş, amma sürücülük vəsiqəsini Turala vermişdir. Tural onun sürücülük vəsiqəsini həmin mağazada satıcı işləyən Elvin adlı cavan oğlana təqdim etmiş, o isə çölə çıxmış, Turalın həmin avadanlıqları hansı qiymətə satdığını bilməmişdir. Onun Təqsirləndirilən şəxs oğurluq etməsi və sürücülük vəsiqəsini təqdim edərək satdığı avadanlıqların oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Xaçmaz RPŞ-yə dəvət edən zaman Turalın onun sürücülük vəsiqəsini təqdim edib satdığı avadanlıqları Əmək və X2 fondunun tibbi-sosial ekspert komissiyasının binasından oğurladığı ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, xalası oğlu Şahinin işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Çinar” elektronika mağazasına Şahinə kömək etmək üçün gedib-gəlir. xx.xx.2020-ci il tarixdə mağazaya getmiş, Şahin isə nahar vaxtı yemək yeməyə getmişdir. O da mağazada oturub kompüterdə oyun oynamış, bu vaxt bir nəfər cavan oğlan mağazaya gələrək təzə kompüter monitorunun, klaviaturanın, ups modeminin olduğunu demişdir. O həmin oğlana satıcı olmadığını, başı çıxmadığını demiş, buna görə də Şahinlə əlaqə saxlamış, Şahin kənar yerdə olduğunu, əgər təzədirsə, satan şəxsiyyət vəsiqəsini təqdim etməklə gətirib mağazaya qoymasını və gəlib baxacağını demişdir. Avadanlıqları satmaq istəyən şəxsə demişdir ki, şəxsiyyət vəsiqəsini təqdim etsin. Həmin şəxs demişdir ki, öz vəsiqəsi üstündə deyil, yanındakı yoldaşının vəsiqəsi ilə mümkün olub-olmadığını soruşmuşdur. O, mütləq sənəd təqdim edilməli olduğunu bildirməklə mümkün olduğunu demişdir. Bundan sonra həmin şəxs küçədən bir nəfər Ceyhun adlı şəxsə məxsus sürücülk vəsiqəsini gətirmişdir. O həmin sürücülük vəsiqəsinin kserosurətini çıxarıb üzərində satan şəxsin, yəni iş üzrə Təqsirləndirilən şəxs mobil telefon nömrəsini yazmışdır. O həmin avadanlıqları Turaldan ümumilikdə 35 manata almışdır. xx.xx.2020ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları mağazaya gəlmişlər. O da həmin vaxt mağazada olmuşdur. O zaman bilmişdir ki, Tural mağazaya gətirdiyi avadanlıqları oğurluq yolu ilə əldə etmişdir. Onun üçün də həmin əşyaları və Turalın təqdim etdiyi sənədin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz şəhəri, Məktəbli küçəsi ev 51A-da yaşayır. 2007-ci ildən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində köhnə avtovağzalın ərazisində mobil telefonların alqı-satqısı ilə məşğul olduğu mağazanı işlədir. Həmin ərazidə özünə məxsus 3 telefon mağazası vardır. Hər birinin ayrı-ayrı satıcıları olsa da, bəzi vaxtlar özü də satıcıları əvəz edir. Təqsirləndirilən şəxsı çoxdan tanıyır. Tural əvvəllər də onun mağazalarından telefon almış, işlətdiyi telefonları gətirib satmışdır. Turalın cəzaçəkmə müəssisəsindən yenicə azadlığa çıxdığı barədə məlumatlı olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 14:15 radələrində Tural onun işlədiyi mağazaya gələrək demişdir ki, cəzaçəkmə müəssisəsindən təzə çıxıb, heç bir sənədi yoxdur, sənədlərini düzəldib xarici ölkəyə getməlidir, buna görə də azadlıqdan məhrum edilməmişdən qabaq evdə qalan, özü ilə gətirdiyi “Fujitsu” markalı noutbuku göstərib satdığını bildirmişdir. O, Turala demişdir ki, şəxsiyyət vəsiqəsini təqdim etmədən ondan bunu ala bilməz. Tural demişdir ki, şəxsiyyət vəsiqəsi yoxdur, elə şəxsiyyət vəsiqəsi almaq üçün həmin noutbuku məcburən satır. O, Turala inanmış və Turaldan “Fujitsu” maraklı noutbuku enerji naqili ilə birlikdə 60 manata almışdır. Tural ondan 60 manat pulu alaraq noutbuku mağazaya qoyub çıxıb getmişdir. O, noutbuku nə satmamış, nə də mağazadan götürməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikldə onun mağazasına gəlmişlər. O zaman bilmişdir ki, həmin noutbuku Tural oğurluq yolu ilə əldə etmişdir. Onun üçün də həmin noutbuku polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 Əlisəfa oğlunun ifadəsindən müəyyən edilir ki, o, tikintidə fəhlə işləyir. 2019-cu ilin yay aylarında “Samsung S4” markalı mobil telefon almışdır. İş üzrə Təqsirləndirilən şəxs çoxdan tanımış, birlikdə tikintidə işləmişlər və sonuncu onun qonşuluğunda yaşayır. Tural oğurluq etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin fevral ayında Tural cəzaçəkmə müəssisəsindən yenicə çıxmışdır. xx xxxx 2020-ci il tarixdə Turalla küçədə rastlaşmışlar, sonuncudan haralarda olduğunu soruşmuşdur. Tural demişdir ki, cəzaçəkmə müəssisəsindən yenicə çıxmışdır, işləmir və iş axtarır. Söhbət əsnasında Tural ona demişdir ki, məhkum olunmamışdan öncə kreditlə bir “Dell” markalı noutbuk almış, hal-hazırda özünə mobil telefon almaq üçün həmin noutbuku satmaq istəyir. O da Turala demişdir ki, o öz mobil telefonunu satır, əgər istəyirsə noutbukla dəyişə bilər O, Turala demişdir ki, telefonun üzərində 30 manat da pul verəcəkdir və Turalla razılaşmışlar. Tural öz evlərinə gedib qara rəngli “Dell” markalı noutbuku ona gətirmişdir. Küçədə Tural ona həmin noutbuku vermiş, o da öz telefonunu və telefonun enerji naqilini Turala vermişdir, borclu qaldığı 30 manat pulu isə sonra verəcəyini bildirmişdir. İki gün o həmin noutbuku işlətmişdir. xx.xx.2020-ci il tarixdə onu Xaçmaz RPŞ-yə dəvət edib oğurluq yolu ilə əldə edilmiş noutbuk aldığını bildirmişlər. O bildirmişdir ki, həqiqətən də iki gün əvvəl Turalda olan noutbukla öz mobil telefonunu dəyişdirmiş, bunun müqabilində Turala 30 manat da borcu qalmışdır, amma həmin noutbukun Tural tərəfindən oğurluq yolu ilə əldə olunmasından heç bir məlumatı olmadığını bildirmişdir. Həmin “Dell” markalı noutbuku istintaqa təqdim etmişdir. İş materiallarında olan raportdan və ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 050 ***-**-** mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 1A ünvanında yerləşən Əmək və X2 Nazirliyinin 15 saylı tibbi-sosial ekspert komissiyasının sədri işlədiyi idarəyə məxsus ofisdən müxtəlif markalı kompüter və noutbukların, elektron imza kartının oğurlandığını bildirərək bu barədə müraciət etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs oğurladığı əşyaların harada olmasını göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs oğurladığı əşyalardan bir neçə naqil və adını bilmədiyi kompüter ləvazimatlarının yaşadığı evdə olduğunu bildirmiş, təqsirləndirilən şəxslə birlikdə müdafiəçisinin də iştirakı ilə təqsirləndirilən şəxsin yaşadığı evə gedilmiş, o, evdə oğurladığı bir ədəd elektron imza kartını, bir ədəd kompüter preferiya qurğusunun hissəsi olan avadanlığı, naqilləri təqdim etmiş, qara rəngli “Samsung” markalı telefonu və həmin telefona aid enerji naqilini təqdim edərək oğurladığı “Dell” markalı noutbuku həmin mobil telefonla dəyişdiyini bildirmiş və həmin əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Xaçmaz şəhəri, N.Nərimanov küçəsində köhnə avtovağzalda yerləşən telefon mağazasına gedilərək təqsirləndirilən şəxs “Fujitsu” markalı noutbuku həmin mağazaya satdığını bildirmiş, həmin mağazada satıcı işləyən Kamran adlı şəxs həmin noutbuku təqdim edərək xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxsdən 60 manata aldığını bildirmişdir. Həmin noutbuk və onun enerji naqili sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Çinar” adlı elektronika mağazasına gedilərək həmin mağazada işləyən Elvin adlı şəxs 01 ədəd “Acer” markalı kompüter monitorunu, 01 ədəd kompüter klaviaturasını və bir ədəd “D-link” markalı USB modemi təqdim edərək təqsirləndirilən şəxsin Şahid2 məxsus sürücülük vəsiqəsini təqdim edərək həmin əşyaları ona satdığını bildirmişdir. Həmin preferiya qurğuları və Şahid2 məxsus sürücülük vəsiqəsinin surəti (üzərində “055 ***-**-** Tural” yazıları qeyd edilmiş) sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 Həsrət oğlu 01 ədəd qara rəngli, “Dell” markalı, 19 düymlük ekranı olan, üzərində heç bir zədəsi olmayan, PJ8GD modelli, İntelCore i3 xüsusiyyətli noutbuku və enerji naqilini təqdim edərək xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs öz mobil telefonu ilə dəyişdirərək aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci tarixli, 9/1013 №-li rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim olunmuş əşyaların xx xxxx 2020-ci il tarixində orta bazar qiymətlərinin - 01 ədəd təzə vəziyyətdə “Acer” markalı, K202HQL modelli, 19,5 düym monitorun 150 manat, 01 ədəd təzə vəziyyətdə “Acer” markalı, PR1101U model klaviaturanın 12 manat, 01 ədəd təzə vəziyyətdə “Dlink” markalı, DU-562M model USB modemin 40 manat, 01 ədəd istifadə olunmuş “Dell” markalı, OJ8GD modelli, İntelCore i3 xüsusiyyətli noutbukun 250 manat, 01 ədəd istifadə olunmuş “Fujitsu” markalı, AH 512, İntel İnside xüsusiyyətli noutbukun 180 manat, 01 ədəd istifadə olunmuş “Dell” markalı, L65NS2 model cərəyan qidalandırıcının 15 manat, istifadə olunmuş “Fujitsu” markalı, ADP-8NB model cərəyan qidalandırıcının 15 manat, 01 ədəd istifadə olunmuş “potrans” markalı, UP060B1190 model cərəyan qidalandırıcının 10 manat, 01 ədəd istifadə olunmuş “alcatel” markalı mobil telefon qulaqlığın 2 manat - cəmi 674 manat olması müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş elektron imza kartı satış üçün nəzərdə tutulmadığı üçün qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə hesab edir ki, həmin 01 ədəd elektron imza kartının qiyməti zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsinə əsasən 5 manat dəyərində qiymətləndirilməlidir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.3-cü maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Şahid3, Şahid4 və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini və hazırkı cinayət işi üzrə digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madəsinin dispozisiyası şəxsin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin balansında olmaqla 15 saylı tibbi-sosial ekspert komissiyasınınyerləşdiyi ikimərtəbəli inzibati binanın birinci mərtəbəsinə nəfəsliyi açmaq yolu iləoğurluqməqsədiiləqanunsuzdaxilolubbinanın otaqlarından 01 ədəd 150 manat dəyərində təzə vəziyyətdə “Acer” markalı, K202HQL modelli, 19,5 düym ölçülü monitoru, 01 ədəd 12 manat dəyərində təzə vəziyyətdə “Acer” markalı, PR1101U model klaviaturanı, 01 ədəd 40 manat dəyərində təzə vəziyyətdə “D-link” markalı, DU-562M model USB modemi, 01 ədəd 250 manat dəyərində istifadə olunmuş “Dell” markalı, OJ8GD modelli, İntelCore i3 xüsusiyyətli noutbuku, 01 ədəd 180 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı, AH 512, İntel İnside xüsusiyyətli noutbuku, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş “Dell” markalı, L65NS2 model cərəyan qidalandırıcını, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı, ADP-8NB model cərəyan qidalandırıcını, 01 ədəd 10 manat dəyərində istifadə olunmuş “potrans” markalı, UP060B1190 model cərəyan qidalandırıcını, 01 ədəd 2 manat dəyərində istifadə olunmuş “alcatel” markalı mobil telefon qulaqlığını, 01 ədəd 5 manat dəyərində elektron imza kartını gizliolaraqtalayıb zərərçəkmişə ümumilikdə 679 manat məbləğindəmaddiziyanvurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş teleqramlardan müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsdən oğurlanmış əmlak geri qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(067)-64 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilərək üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş. Bununla da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkən şəxsə vurduğu maddi ziyanın ödənilməklə zərərçəkən şəxsin onun barəsində şikayətinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(067)-64 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilərək üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş. Bununla da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan RespublikasıCinayət Məcəlləsinin 177.2.3-cümaddəsinin sanksiyasında cəzanövükiminəzərdə tutulmuşazadlıqdan məhrumetmə növündə cəzanıntəyin edilməsiməqsədə müvafiqdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(067)- 45/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair, xx xxxxx 2020-ci il tarixli 4(067)-63/2020 saylı həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərarlarından, xx xxxxx 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin qeyd olunan xx xxxxx 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, ibtidai istintaq orqanının qeyd olunan xx xxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə görə, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 (bir) ay 20 gün müddətdə həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olma müddətləri, yəni 01 (bir) ay 20 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq təyin olunacaq cəzadan çıxılmalıdır. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(067)-64 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilərək üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan 3500 manat miqdarında cərimə cəzasından heç bir məbləğ ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə (Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə) təyin edilmiş və ödənilməmiş 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzaya tam birləşdirilməli və həmin cəzalar müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, Şahid1 təqsirləndirilən şəxsin oğurluq cinayəti ilə əldə etdiyi noutbukla dəyişdiyi “Samsung S4” markalı mobil telefonu və həmin telefonun enerji naqili ibtidai istintaq zamanı Şahid1 özünə qaytarılmışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “maddi sübutların təhvil verilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı və aşkar edilərək maddi sübut kimi götürülmüş 01 ədəd “Acer” markalı personal kompüterin monitoru, 01 ədəd personal kompüterin klaviaturası, 01 ədəd “D-link” USB modemi, 01 ədəd “Dell” markalı noutbuk, 01 ədəd “Fujitsu” markalı noutbuk, 03 ədəd həmin noutbuklara məxsus enerji naqilləri, 01 ədəd elektron imza kartı, 01 ədəd mobil telefon qulaqlığı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutların - 01 ədəd “Acer” markalı personal kompüterin monitorunun, 01 ədəd personal kompüter klaviaturasının, 01 ədəd “D-link” USB modeminin, 01 ədəd “Dell” markalı noutbukun, 01 ədəd “Fujitsu” markalı noutbukun, 03 ədəd həmin noutbuklara məxsus enerji naqillərinin, 01 ədəd elektron imza kartının, 01 ədəd mobil telefon qulaqlığının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olma müddətləri, yəni 01 (bir) ay 20 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 06 (altı) ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası tam birləşdirilərək barəsində qəti olaraq 02 (iki) il 06 (altı) ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası müstəqil icra olunsunlar. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların - 01 ədəd “Acer” markalı personal kompüterin monitorunun, 01 ədəd personal kompüter klaviaturasının, 01 ədəd “D-link” USB modeminin, 01 ədəd “Dell” markalı noutbukun, 01 ədəd “Fujitsu” markalı noutbukun, 03 ədəd həmin noutbuklara məxsus enerji naqillərinin, 01 ədəd elektron imza kartının, 01 ədəd mobil telefon qulaqlığının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-100/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-100/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver