Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-100/2021 20.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Şabran şəhəri, Nizami küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin təlblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 11 mart 2021-ci il tarixdə saat 19:00-da Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1ədəd rezin kombinezondan istifadə edərək dənizə girib hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 12 mart 2021-ci il tarixdə saat 09:00-dək 33 manat olmaqla 3 ədədkütüm və hər biri 275 manat olmaqla 4 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilkdə 1199 manat məbləğində ziyan vurmuş və həmin tarixdə 09:00-da sahilə çıxarkən X14 İdarəsinin X16 bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm.olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları, 3 ədəd kütüm və 4 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 11 mart 2021-ci il tarixdə saat 19:00-da balıq tutmaq məqsədi ilə Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinə girib jılka adlanıdırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm. olan 2 ədəd torları suda qurub evinə qayıtmışdır. 12 mart 2021-ci il tarixdə, saat 08:30-da yenidən Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib qurduğu torları yığarkən görmüşdür ki, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 09:00-da sahilə çıxarkən X14 idarəsinin X16 bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd rezin kombinezona, jılka adlanıdırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd torlara, həmin balıqovlama vasitələri ilə Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqlarına dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirib, protokol tərtib etmişlər. Həmin protokol onun və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Sonra ondan aşkar edilmiş balıqovlama vasitələri X16 bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Tələb olunan mülki iddianı qəbul edir və maddi ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqında mülki iddiaçı qismində dindirilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Departamentinin səlahiyyətli nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin təlblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 11 mart 2021-ci il tarixdə saat 19:00-da Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1ədəd rezin kombinezondan istifadə edərək dənizə girib hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 12 mart 2021-ci il tarixdə saat 09:00-dək 33 manat olmaqla 3 ədədkütüm və hər biri 275 manat olmaqla 4 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilkdə 1199 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyanı hal-hazıradək Təqsirləndirilən şəxs ödəməmişdir. Ona görə də mülki iddia təmin olunmaqla dövlət balıq ehtiyatlarına vurulmuş 1199 manat ziyanın Təqsirləndirilən şəxs məcburi tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 idarəsinin X16 Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, 12 mart 2021-ci il tarixdə X14 idarəsinin X16 bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanusuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçrilərkən, həmin tarixə saat 09:0da Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan X7 tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə bazis keçirilmiş və baxış zamanı X1 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan jılka adlanıdırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs Gülhüsyn oğli bildirmişdir ki, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqlarını 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasiəti ilə rəsmi icazəsi olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin porotkol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 idarəsinin X16 Bölməsinin polis nəfərləri Şahid3 və Şahid4 məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 göstərdi ki, 12 mart 2021-ci il tarixdə X14 İdarəsinin X16 bölməsinin və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xaraketrli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 09 radələrində Xaçmaz rayonu Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları və 5 saylı Resgional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları aşkar edilərək göütürlmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs Güılhüseyn oğlundan götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 4 ədəd dəniz səfə və 3 ədəd kütüm balıqlarını 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. X6 əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vastəsi olan tor və qanunsuz tutduğu balıqlar X14 İdarəsinin X16 bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X8 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X14 İdarəsinin X16 bölməsinin rəisi, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə X14 idarəsinin X16 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdşalrı ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saa 09:00-da Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları aşkar edilərək götürlümüşdür. Sorğu zamanı X6 bildirmişdir ki, 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqlarını 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. X7 həmçinin bildirmşdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi İstiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır.İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyi yanında X2 Xidmətinin 16 mart 2021-ci il tarixli, 21/113 nömrəli məktubundan görünür ki, 16.03.2021-ci iltarixə kimi Şabran şəhər sakini Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti veriməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyi yanında X2 Xidmətinin 16 mart 2021-ci il tarixli, 21/113 nömrəli məktubundan görünür ki, 16.03.2021-ci il tarixə kimi Şabran şəhər sakini Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin 16 mart 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 275 manat olmaqla 4 ədəd dəniz sıfı və hər biri 33 manat olmaqla 3 ədəd kütüm balıqlarını qanunusuz olaraq tutması nəticəsində balıq ehtiyatlarına 1199 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2021-ci il tarixli, 9/1468 №-li ekspert rəyindən görünür ki, balıqlar və digər su bioresursları qanunsuz ovladığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən (ölçülərdən və çəkilərdən aslı olmayaraq) 7 ədəd müxtəlif adda balıqların (4 ədəd dəniz sıfı-1100,00 və 3 ədəd kütüm- 99,00 manat) qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 1199,00 manat təşkil edir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovladığı ləvazimatlar- 1 ədəd rezin kombinezon, jılka adlandırılan sinentik sapdan toxunmuş, hər birinin nuzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd torlar müvəqqəti olaraq saxlanılması üçün X14 İdarəsinin X16 Bölməsinin rəisi Şahid1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün 12 mart 2021-ci il tarxli qaimə faktura ilə "xxxx" ASC-nə təhvil verilmişdir. İş materiallarında olan 16 mart 2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 4 ədəd dəniz sıfı və 3 ədəd kütüm balıqları ovlaması nəticəsində dövlət balıq ehtiyatlarına ümumilikdə 1199 (bir min yüz doxsan doqquz) manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən imzalanmış iddia ərizəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1199 manat ziyan pulunun tutularaq Departamentin hesabına verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin təlblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 11 mart 2021-ci il tarixdə saat 19:00-da Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1ədəd rezin kombinezondan istifadə edərək dənizə girib hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 12 mart 2021-ci il tarixdə saat 09:00-dək 33 manat olmaqla 3 ədədkütüm və hər biri 275 manat olmaqla 4 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilkdə 1199 manat məbləğində ziyan vurmuş və həmin tarixdə 09:00-da sahilə çıxarkən X14 İdarəsinin X16 bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərin ölçüsü 40x40 mm.olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları, 3 ədəd kütüm və 4 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının 256.1-ci maddəsinə əsasən şəxs tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlinin törətməsi cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının CM-nin 99-1.1.1-ci maddəsinin mahiyyətindən görünür ki, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 1 ədəd rezin kombinezon, jılka adlandırılan sinentik sapdan toxunmuş, hər birinin nuzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd torlar dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd kütüm və 4 ədəd dəniz sıfı balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil təhvil verilməsi nəzərə alınmalı, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1199 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Departamentinin «X5- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SWİFT: CTREAZ 22, AZ93CTRE******************** Vöen:**********, təsnifat kodu: 142340, səviyyə kodu 7» nömrəli hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 1 ədəd rezin kombinezon, jılka adlandırılan sinentik sapdan toxunmuş, hər birinin nuzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd torlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd kütüm və 4 ədəd dəniz sıfı balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil təhvil verilməsi nəzərə alınsın, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1199 (bir min yüz doxsan doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Departamentinin «X5- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SWİFT: CTREAZ 22, AZ93CTRE******************** Vöen:**********, təsnifat kodu: 142340, səviyyə kodu 7» nömrəli hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-100/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-100/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver