Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-100/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019cu ilin noyabr ayının sonlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Xaçmaz şəhəri, S.Əsgərova küçəsi ev 44 ünvanında, Xaçmaz rayonu, Ləcət kəndində və Xaçmaz rayonu ərazisində kirayədə yaşadıqları istintaqa məlum olmayan ayrı-ayrı ünvanlarda heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq arvadı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurmaqla sonuncunu döyüb güclü fiziki ağrılar və psixi iztirablar verdiyinə görə 2023-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ərindən ayrılıb ata evində yaşayarkən o, 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində olmaqla Azərbaycan Respublikası Kiçik və X5 Agentliyinin Xaçmaz KOB evindən şərq istiqamətində 250 məsafədə yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edərək zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözləri qarşısında hər üçünə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 təhqir edib qəsdən yumruqla sonuncunun başına zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə işgəncə vermiş, bununla da o, işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, habelə zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6 və 157.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törədilmiş əməldə təqsirli bilərək göstərdi ki, 2010-cu ildə Zərərçəkmiş şəxs1 ilə evlənmiş və birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Zəkiyyə ilə evli olduqları müddət ərzində aralarında tez-tez ailə münaqişələri baş vermiş, ona görə də 2019-cu ildə Xaçmaz rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar, lakin boşansalarda sonradan yenə də birlikdə yaşamaqda davam etmişlər. 2023-cü ilin dekabr ayında baş vermiş məlum hadisəyədək Zəkiyyə ilə aralarında ara-sıra ailə daxili mübahisələr olmuşdur. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6 və 157.2-ci maddələri ilə irəli sürülmüş ittihamların heç bir rəsmi şikayət və ərizə olmadan şifahi olaraq deyilən fərziyyələrdən irəli sürülən ittiham olduğunu nəzərə alaraq əsassız və sübutsuz hesab edir. Onun əməlində həmin maddələrin tərkibinin yaranmamasının nəzərə alınmasını xahiş edir. Belə ki, onun tərəfindən Zərərçəkmiş şəxs1 qarşı mütəmadi olaraq döyülmə və sair zorakı hərəkətlər, güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə, zor tətbiq etmə halları olmamış, onun Zəkiyyə ilə müxtəlif tarixlərdə 2023-cü ilin sonlarınadək ayrı-ayrı ünvanlarda yaşamaları barədə yanlış məlumatların hansı mənbələrdən götürülərək istintaqçı tərəfindən yazılması ona məlum deyildir. Digər tərəfdən 31 dekabr 2023-cü il tarixdə baş verən hadisəyə qədər o, Zəkiyyənin valideynləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qaynı Zərərçəkmiş şəxs4 yaşadıqları Xaçmaz rayonunun Qobuqıraq kəndindəki evlərinə mütəmadi olaraq gedib-gəlmiş, uşaqlarına baş çəkmiş, onlara ev işlərində və digər işlərdə köməklik də göstərmişdir. Məlum hadisə baş verənədək zərərçəkmiş şəxslərdən hər hansı biri ona həmin evə gedib-gəlməsinə qadağa qoymamış, onları narahat etməmək və evə girməmək haqqında heç bir iradlarını bildirməmiş və ya xəbərdarlıq və narazılıqlarını bildirməmişlər. Ona görə də onun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 133.2.6 və 157.2-ci maddələri ilə düzgün tövsif edilməməsini məhkəmənin nəzərinə çatdırır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra ğöstərdi ki, 31 dekabr 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı bildirir ki, qeyd olunan tarixdə Xaçmaz şəhərində yerləşən Çənlibel parkına gedib uşaqlarını qayınanasının yanından götürüb parkda gəzdirməyə başlamış, bir qədər parkda gəzdirdikdən sonra həmin parkda olan kafeyə aparıb orada yemək aldıqdan sonra uşaqlarla birlikdə kafedə yemək yemiş, yemək yeyərkən də bir qədər spirtli içki qəbul etmişdir. Kafedə yemək yedikdən sonra bir qədər uşaqlarla parkda gəzmiş, saat 21 radələrində uşaqları anaları Zəkiyyənin yanına aparmışdır ki, onların paltarlarını dəyişsin. Onlar Zəkiyyənin yaşadığı Qobu-Qıraq kəndində yerləşən evin həyətinin giriş qapısından içəriyə daxil olduqdan sonra Zəkiyyə evin giriş qapısının qarşısına çıxıb uşaqların hər ikisini çağırıb evə salmışdır. Zəkiyyənin uşaqları evə salması ona pis təsir etmiş, buna görə o da evin giriş qapısına yaxınlaşıb evə girmək istəmişdir. Evə girmək istəyərkən evin giriş qapısının bağlı olduğunu görmüşdür. Zəkiyyənin evin giriş qapısını bağlaması onu daha da əsəbiləşdirmiş, buna görə də qapıya yumruq və təpik zərbələri vurub Zəkiyyədən qapını açmasını tələb etmişdir. Lakin Zəkiyyə qapını açmaq istəməmiş, Zəkiyyənin qapını açmaq istəməməsi onu lap hiddətləndirmiş və o, Zəkiyyəyə “sən uşaqlara baxa bilmirsən, axşam saatlarında uşaqların parkda nə işi var, bundan sonra uşaqlara özüm baxacağam” demişdir. Bu sözləri dedikdən sonra uşaqlar gəlib qapını açmış, uşaqlar qapını açan kimi o, evə daxil olub otaqlara baxmağa başlamışdır. Zəkiyyənin yataq otağının qapısının qarşısına gedib qapını açmaq istəyərkən qapının bağlı olduğunu görmüş, bir neçə dəfə Zəkiyyəyə qapını açmasını demiş, lakin Zəkiyyə çıxıb getməsini, qapını açmağayacağını demişdir. Ona görə də o, Zəkiyyənin yataq otağının qapısını yumruq və təpik zərbələri ilə vurub açaraq otağa daxil olmuş və əvvəlcə otaqda Zəkiyyəyə bir neçə dəfə əli ilə vurmuş, sonra onu əynində olan paltarın çiyinlərindən tutub sürüyərək evin həyətinə çıxarmış və həyətdə də Zəkiyyəni vurmaqda davam etmişdir. Bundan sonra qızı evin həyətindən çıxıb babasını çağırmağa getmiş, onun həmin vaxt əsəbi soyuduğundan dayanmış və bir qədər arxaya durub Zəkiyyədən aralanmışdır. Zəkiyyədən aralanan kimi Zəkiyyə ayağa qalxıb evin həyətindən çıxıb ayaqyalın vəziyyətdə küçəyə çıxıb qaçmışdır. Bundan sonra o, küçəyə çıxıb Zəkiyyənin arxasınca getməyə başlamış, onun arxasınca oğlu Aqil gəlmişdir. Küçə ilə Çənlibel parkınə tərəf gedərkən qayınatası Vüqarın qızı ilə birlikdə ona tərəf gəldiyini görmüşdür. Küçədə Vüqar ondan nə baş verdiyini soruşmuş, o, heç bir şey baş vermədiyini demiş, bundan sonra Vüqar yaşadığı ev istiqamətində getmişdir. O, Vüqarın ev tərəfə getdiyini görüb Vüqarın arxası ilə evə tərəf getmiş, uşaqlar da onların arxasınca gəlmişlər. Evin həyət qapısının qarşısında uşaqlara gözləməsini demiş və özü Vüqarın arxasınca evə daxil olmuşdur. O, evə daxil olarkən Vüqar Zəkiyyənin evdə olmadığını görüb evdən çıxıb getmiş, o da uşaqlarla birliklə evə daxil olub evin qapılarında olan təpik izlərini, eləcə də həyətdə olan qan izlərini silmişdir. Arvadı Zəkiyyəni döyüb xəsarətləndirdiyinə görə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir və həmin əməlinə görə peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə evlənmişlər. Azərlə evləndikdən bir müddət sonra Azərin ata evi olan Xaçmaz şəhəri, S.Əsgərova küçəsi ev 44 ünvanında, daha sonra bir müddət Xaçmaz rayonu, Ləcət kəndində kirayə evdə, bundan sonra da Xaçmaz rayonunun müxtəlif kəndlərində və Xaçmaz şəhərində müxtəlif ünvanlarda kirayə evlərdə yaşamışlar. Birgə nikahlarından 2011-ci ildə Aqil və 2013-cü ildə Həcər adlı uşaqları anadan olmuşdur. Evli olduqları müddət ərzində aralarında tez-tez mübahisələr olmuş, Azər mütəmadi olaraq onu döyüb incitmiş, 2019-cu ilədək Təqsirləndirilən şəxsla evli olmuş, ancaq 2019-ci ildə məhkəmə qaydasında boşanmışlar. Təqsirləndirilən şəxsla boşanmasına səbəb isə Azərin onunla tez-tez mübahisə etməsi və hər dəfə də onu döyməsi olmuşdur. Azərlə rəsmi olaraq boşansa da boşandıqdan bir həftə sonra barışmış, aralarında rəsmi nigah bağlamasalar da həmin vaxtdan başlayaraq yenə də birlikdə bir evdə yaşamışlar. Həmin vaxtdan 2023-cü ilin oktyabr ayının sonlarına kimi birlikdə yaşasalar da, 2023-cü ilin oktyabr ayının sonlarında Azərlə yenidən mübahisələri olduğundan ayrılmışlar və o, həmin vaxtdan etibarən iki övladı ilə birlikdə atası Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən evə gəlib orada yaşamağa başlamışdır. Uşaqları ilə birlikdə atasına məxsus evə köçdükdən sonra Azər ara-sıra gəlib uşaqlarını görmüş və uşaqlarla birlikdə vaxt keçirmiş, daha sonra uşaqları gətirib yenidən onlara təhvil vermişdir. 31 dekabr 2023-cü il tarixdə evdə olmuş, atası, anası və qardaşı evlərinin yaxınlığında olan Çənlibel parkında işdə olmuşlar, uşaqları da həmin gün atası və anasının yanında parkda olmuşlar. Saat 21 radələrində evdə tək olarkən oğlu Aqil, qızı Həcər və keçmiş əri Azər evin həyət qapısından həyətə daxil olmuşlar. Azər və uşaqlar həyətə daxil olduqda sonra o, uşaqlarına gəlib evə keçmələrini demişdir. Onun sözündən sonra uşaqların ikisi də evin giriş qapısından evə daxil olmuşlar, uşaqlar evə girən kimi o, evin giriş qapısını içəridən bağlamışdır ki, Azər evə daxil ola bilməsin. Uşaqlar evə girdikdən sonra Azər qışqıraraq uşaqların gecə saatlarına qədər parkda olduğunu, nə üçün uşaqları nəzarətdə saxlamadığını bəhanə edib onunla mübahisə etmək üçün uşaqların arxası ilə evə girməyə çalışmış, ancaq qapıya yaxınlaşdıqda qapının içəri tərəfdən bağlı olduğunu görmüşdür. Qapının bağlı olduğunu görüb Azər sərxoş vəziyyətdə olmaqla əsəbi şəkildə qapıya yumruq və təpik zərbələri endirib ondan qapını açmasını tələb etmişdir. Qapını açsa Azərin onu döyəcəyini bildiyindən Azərə qapını açmayacağını, çıxıb getməsini, əgər getməsə polisə məlumat verəcəyini demişdir. O, bu sözləri desə də Azər onun sözlərinə və evdə olan uşaqların qorxmasına məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək qapıya yumruq və təpik zərbələri endirməyə başlamışdır. Azər qışqıraraq uşaqları nəzarətsiz saxladığını, ona görə də uşaqları ona verməsini, uşaqları aparıb özü baxacağını demişdir. O, qorxusundan uşaqlara demişdir ki, bu gecəlik, yəni ataları sərxoş vəziyyətdən ayılana və sakitləşənə qədər onunla gedib qalsınlar, ancaq uşaqlar da atalarının hərəkətlərindən qorxduqları üçün getmək istəməmişlər. O, görmüşdür ki, Azər getmək istəmir və bir az da zərbələr endirsə evin giriş qapısını sındıracaqdır, ona görə də uşaqları evin qonaq otağına qoyub özü yataq otağına keçərək yataq otağının qapısını içəri tərəfdən bağlamış və oğlu Aqilə demişdir ki, evin giriş qapısını açsın və bacısı ilə birlikdə evdən çıxıb atasının yanına getsinlər, ancaq ataları evə girməsin. O, otağa keçib qapını içəridən bağladıqdan sonra uşaqlar gedib evin giriş qapısını içəri tərəfdən açmış və uşaqlar qapını açan kimi Azər evə daxil olmuşdur. Azər evə girən kimi əsəbi şəkildə qışqıraraq və nalayiq ifadələr işlədərək onun yataq otağının qarşısına gəlib qapını açmasını tələb etmişdir. Uşaqlar həmin vaxt qorxularından atalarına yalvararaq sakitləşməsini istəsələr də Azər uşaqların da üstünə qışqırıb sakit olmalarını, yoxsa onları da döyəcəyini demişdir. Ona görə də uşaqlar qorxub sakit dayanmışlar. Azər onun yataq otağının qarşısında dayanıb ondan qapını açmasını tələb etsə də o, qorxusundan qapını açmamışdır. Bu zaman Azər təpiklə evin qapısına bir neçə dəfə zərbə vurub qapının bağlanan hissəsini sındırmış və qapını açmışdır. Qapı açılan kimi Azər onun üstünə hücum edib uşaqların gözü qarşısında onun baş nahiyəsinə 2-3 dəfə yumruq zərbələri vurmuş, aldığı zərbələrin təsirindən o yerə yıxılmış, yerə yıxıldıqdan sonra da onun bel nahiyəsinə təpik zərbələri vurmuşdur. Azər onu vurarkən o və uşaqları Azərə dayanmasını, vurmamasını desələr də sanki Azər onların sözlərindən daha da hiddətlənib iki əli ilə onun əynində olan paltarın çiyin nahiyəsindən tutub dartaraq evin yataq otağından qonaq otağına, qonaq otağından da sürüyərək evin beton pilləkənindən sürüyüb həyətə çıxarmışdır. Azər onu beli üstə sürüyən zaman əynində olan paltar nazik olduğundan onun bel nahiyəsində sıyrıqlar və qançırlar yaranmış, o, belində bərk ağırılar və göynəmələr hiss etmişdir. Azər sürüyüb onu həyətə çıxardıqdan sonra o ağırdan ayağa qalxa bilməmiş, ancaq Azər yenə də buna məhəl qoymayaraq ona yumruq və təpik zərbələri endirməyə davam etmişdir. Azər onu yumruq və təpiklə vurduqdan sonra əyilib boğaz nahiyəsindən tutub sıxmış və digər əli ilə də sifətinə yumruq zərbələri vurmuşdur. Azər həyətdə də onu döyən zaman oğlu Azərə yaxınlaşıb yalvararaq onu vurmamasını demişdir. Oğlu görmüşdür ki, onu Azərin əlindən ala bilmir, ona görə də oğlu Aqil qızı Həcərə demişdir ki, tez Çənlibel parkına qaçıb kömək çağırsın və onu gəlib Azərin əlindən alsınlar. Bu zaman qızı tez qaçaraq parka kömək çağırmaq üçün getmişdir. Azər onu vurduqdan sonra yerdən bir ədəd qalın dəmir materialdan olan məftili götürüb həmin məftillə onun sol qaş nahiyəsindən vurmuşdur. Həmin vaxt Azər əyilib yenə onu vurmaq istəyərkən o, ayağı ilə Azəri arxaya tərəf itələmiş, Azər sərxoş olduğuna görə arxaya gedib yıxılmış, o, tez ayağa qalxıb ayaqyalın vəziyyətdə küçəyə çıxıb qaçmışdır. O, Çənlibel parkı istiqamətində qaçan zaman yolda atası ilə qızının evə tərəf gəldiklərini görmüşdür. O, qaçaraq atası və qızının yanından keçib parka çatmış və insanların arasına qarışmışdır ki, arxası ilə gəlib onu yenə döysə kənar şəxslər onu Azərin əlindən alsınlar. Daha sonra o, yaşadığı evə gəlib mobil telefonunu götürüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, daha sonra Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Onu döyüb xəsarət yetirməsinə görə Azərdən şikayətçidir. İş üzrə ədalətli qərar qəbul olunmasını xahiş edir. Həmçinin valideynləri də Azərə onların evlərinə gəlib-getməsinə icazə verməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, arvadı Zərərçəkmiş şəxs3, qızı Zərərçəkmiş şəxs1 və nəvələri Şahid2 və Şahid1 ilə birlikdə Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən özünə məxsus evdə yaşayır. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Çənlibel parkında yerləşən kafedə kababçı işləyir. Qızı Zərərçəkmiş şəxs1 2010-cu ildə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs ilə evlənmişdir. Onların birgə nigahlarından Aqil və Həcər adlı iki nəfər uşaqları anadan olmuşdur. X6 evləndikdən bir müddət sonra Azər mütəmadi olaraq qızını döymüş, tez-tez Azər və Zəkiyyənin aralarında münaqişə baş vermiş, buna görə qızı bir neçə dəfə sifət və bədən nahiyələrində xəsarətlərlə onun evinə qayıdıb gəlmiş, lakin ailəsinin dağılmaması naminə yenidən qayıdıb ərinin yanına getmişdir. 2019-cu ildə qızı Zəkiyyə ilə Azər məhkəmə qaydasında boşandıqdan qısa müddət sonra Azərlə yenidən birlikdə yaşamağa başlamışdır. Lakin Azər bundan sonra da qızını döyməyə davam etmiş, qızı dözməyərək 2023-cü ilin oktyabr ayının sonlarında azyaşlı uşaqlarını da gətirib onlarla birlikdə yaşamağa başlamışdır. 31 dekabr 2023-cü il tarixdə o, Çənlibel parkında olan kafedə kababçı kimi işdə olarkən Azər yanında nəvələri Azər və Həcərlə işlədiyi kafeyə gəlib uşaqlara kabab almaq istədiyini bildirmişdir. Azər kafeyə uşaqlarla birlikdə gələrkən sərxoş vəziyyətdə olmuşdur. Azərin sifarişinə görə o, kabab bişirməyə getmiş, getməmişdən əvvəl də kababların 10-15 dəqiqə ərzində hazır olacağını demişdir. Kabab sifariş edərkən Azər kafedə içki verilib-verilmədiyini soruşmuş, o da kafenin ailəvi məkan olmasını bildirib spirtli içkinin qadağan olduğunu demişdir. O, kabab bişirmək üçün kafenin mətbəxinə gedərkən Azər uşaqlarla birlikdə parkda olan mağazaya gedib oradan meyvə suyu və araq almış, daha sonra kafedə spirtli içkinin qadağan olmasına baxmayaraq uşaqlarla oturub yemək yeyərkən meyvə suyuna araq qatıb içmişdir. Azər və nəvələri yemək yeyib kafedən çıxıb getmişlər. 31 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində nəvəsi Həcər ağlaya-ağlaya onun yanına gələrək yaşadıqları evdə atası Azərin anası Zəkiyyəni döydüyünü demişdir. O da Həcərin əlindən tutub kafedən çıxıb evə tərəf getməyə başlamışdır. Çənlibel parkından çıxıb evə getmək istəyərkən qızı Zəkiyyənin yanlarından qaçıb getdiyini, Azərin arxası ilə digər nəvəsi Aqillə gəldiyini görmüşdür. O, Azərdən nə baş verdiyini, Zəkiyyəni nə üçün döydüyünü soruşmuş, Azər isə ona cavabında heç bir şey olmadığını bildirmişdir. O da Azərin sərxoş olmasını görüb ona bir söz deməyib yaşadığı evə tərəf getmişdir. O, evə çatıb evin həyət qapısından içəriyə girən kimi həyətdə qan izlərinin olmasını görmüş, bundan sonra evin içərisinə girərkən isə Zəkiyyənin yataq otağının qapısının sındırıldığını, qapının üzərində təpik izlərinin olmasını görmüş və başa düşmüşdür ki, Azər evdə qızını döymüşdür. Bundan sonra o evdən çıxıb həyətə düşmüş və evin həyət qapısının qarşısında Azərlə rastlaşmışdır. O, Azərdən Zəkiyyənin harada olduğunu soruşmuş, Azər bilmədiyini demiş, o, qızını axtarmaq üçün parka tərəf qayıtmış, arvadı Zəminənin yanına getmişdir ki, Zəminədən qızı Zəkiyyəni görüb-görməməsini soruşsun. Zəminə Zəkiyyənin harada olduğunu bilmədiyini demişdir. O, parkda Azərlə rastlaşdıqda yenə də nə səbəbə qızını döydüyünü soruşduqda sonuncu Zəkiyyənin evin qapısını açmamasına görə onu döydüyünü bildirmişdir. Qızı Zəkiyyəni tapa bilmədiklərinə görə arvadı Zəminə bu barədə 102 xidmətinə məlumat vermişdir. Bundan sonra axşam saatlarında Zəkiyyə evə gələndə görmüşdür ki, Zəkiyyənin sifətində belində, bədəni üzərində çoxlu xəsarətlər vardır. Zəkiyyə bildirmişdir ki, onu bu hala Azər salmışdır, Azərin əlindən çətinliklə qaçıb canını qurtarmışdır. Sonradan nəvələri də ona hadisəni danışmışlar. Xaçmaz rayonu, Qobu-Qıraq kəndində yerləşən evdə o, arvadı Zəminə, qızı Zəkiyyə və Zəkiyyənin iki övladı ilə birgə yaşasa da həmin ev arvadı Zəminəyə məxsusdur. Zəkiyyə əri Azərlə rəsmi olaraq boşandıqdan sonra yenidən barışsa da, o və arvadı Zəminə Azərlə əlaqəni və münasibəti kəsmişlər və Azərə demişlər ki, yaşadıqları evə gəlməsin. Azər uşaqlarını görməyə gələndə həyət qapısından bayırda və yaxud evin həyətində uşaqlarını, hərdən də gedib təhsil aldıqları məktəbə gedib görmüşdür. Ona görə də Azərin yaşadıqları evə girməsinə oğlu İlqar, arvadı Zəminə və o, bir neçə ildir ki, icazə verməmiş, Azər də gəlməmişdir. Azər 31 dekabr 2023-cü il tarixdə onların iradəsi ziddinə yaşadıqları evə daxil olub qızını döymüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, əri Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs1 və nəvələri Şahid2 və Şahid1 ilə birlikdə Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən özünə məxsus evdə yaşayır. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Çənlibel parkında uşaq oyuncaqlarının satışı ilə məşğul olur. Qızı Zərərçəkmiş şəxs1 2010-cu ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, onların birgə nigahlarından Aqil və Həcər adlı uşaqları anadan olmuşdur. Qızı Zəkiyyə evləndiyi vaxtdan bir müddət sonra əri Azər mütəmadi olaraq qızını döymüş, tez-tez onların aralarında münaqişə baş vermiş, buna görə qızı bir neçə dəfə sifət və bədən nahiyələrində xəsarətlərlə ata evinə qayıdıb gəlmiş, lakin ailənin dağılmamsı naminə yenidən qayıdıb ərinin yanına getmişdir. 2019-cu ildə qızı Zəkiyyə Azərdən rəsmi olaraq boşanmış, lakin boşandıqdan bir müddət sonra azyaşlı uşaqlarına görə əri Azərlə yenidən barışıb birlikdə yaşamağa başlamışdır. Lakin Azər bundan sonra da qızını döyməyə davam etmiş, qızı dözməyərək 2023-cü ilin oktyabr ayının sonlarında azyaşlı uşaqlarını da gətirib onlarla birlikdə yaşamağa başlamışdır. 31 dekabr 2023-cü il tarixdə o, Çənlibel parkında uşaq oyuncaqlarının satışı ilə məşğul olmuş və azyaşlı nəvələri Aqil və Həcər də onun yanında olmuşlar. Çənlibel parkında olarkən axşam saatlarında Azər onun yanına gəlib nəvələri Aqil və Həcəri onun yanından icazə alıb parkda gəzməyə aparmışdır. Həmin gün saat 22:30 radələrində əri Vüqar onun yanına gəlib Azərin yenə də Zəkiyyəni döydüyünü demişdir. Vüqarın sözündən sonra onun halı pisləşmiş və özünü pis hiss etməyə başlamışdır. Bundan az sonra Azər onun yanına gəlib Zəkiyyənin harada olduğunu soruşmuş, həmin vaxt Azərin sərxoş olduğunu görmüşdür. O, Azərə Zəkiyyənin evdə olduğunu demiş və ondan nə baş verdiyini soruşmuşdur. Azər isə əsəbi şəkildə Zəkiyyənin evdə olmadığını, bu vaxt uşaqların niyə evdə olmadığını, əslində uşaqların bu vaxtda yatmalı olduğunu, Zəkiyyənin uşaqlara baxa bilmədiyini, uşaqların tərbiyəsi ilə düzgün məşğul ola bilmədiyini demişdir. O, bilmişdir ki, Azər yenə də mübahisə etmək üçün bəhanə axtarır, ona görə də Azərə bir söz deməmiş və sonra Azər çıxıb getmişdir. Bundan sonra o, özünü yaxşı hiss etmədiyinə görə yaşadığı evə getmiş və görmüşdür ki, evin həyətində qan izləri vardır və həmin qan izini kimsə silmək istəmişdir. Bundan sonra o evə girəndə görmüşdür ki, Zəkiyyənin yataq otağının qapısı sındırılmışdır, həmçinin, həmin otağı qapısının və evin giriş qapısının üzərində silinmiş ayaq izləri vardır. Sonrandan öyrənmişdir ki, Azər Zəkiyyəni döydükdən sonra evə gəlib izləri silmək istəsə də, tam silə bilmədiyi üçün izlər qapılarda qalmışdır. O, evə gəldikdə Zəkiyyə evdə olmamış, Zəkiyyənin evdə olmadığını görüb Azərin Zəkiyyəyə yenə də nə isə edəcəyindən qorxub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz rayon Polis Şöbəsinə zəng edib Azərin Zəkiyyəni döyməsi barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra qızı Zəkiyyə evə gəlmiş, Zəkiyyə evə gəldikdən sonra o görmüşdür ki, Zəkiyyənin sifətində, göz nahiyəsində, bel və bədəninin müxtəlif nahiyələrində xəsarət, sıyrıntı izləri vardır. Zəkiyyə evə gəldikdən sonra ona bildirmişdir ki, o da polisə məlumat vermiş və şikayət ərizəsi yazmışdır. Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən ev sənədlər əsasında onun adınadır. Qızı ilə evləndiyi vaxtdan Azər qızı Zəkiyyəni mütəmadi olaraq döymüş, buna görə Azərlə aralarında mübahisələr olmuşdur. Zəkiyyə ilə rəsmi olaraq boşandıqdan sonra isə Zəkiyyə Azərlə yenidən barışsa da, o, Azərlə əlaqəni və münasibəti kəsmiş və Azərə demişdir ki, onun yaşadığı evə gəlməsin. Azər uşaqlarını görməyə gələrkən də uşaqlarını həyət qapısından bayırda və yaxud evin həyətində, hərdən də təhsil aldıqları məktəbə gedib görmüşdür. Ona görə də Azərin onun yaşadığı evə girməsinə o, bir neçə ildir ki icazə vermir, Azər də gəlməmişdir. Azər 31 dekabr 2023cü il tarixdə də onun evdə olmamağından istifadə edib onun iradəsi ziddinə ona məxsus evə daxil olmuş və qızını döyüb xəsarət yetirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Xaçmaz rayonunun Qobuqıraq kəndində atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3, bacısı Zərərçəkmiş şəxs1 və bacısının uşaqları Şahid2 və Şahid1 ilə birlikdə anasına məxsus evdə yaşayır. Bacısı Zəkiyyə 2010-cu ildə Təqsirləndirilən şəxsla evlənmiş, evləndikləri vaxtdan qısa müddət sonra Azər mütəmadi olaraq yaşadıqları ünvanlarda bacısını döymüş, tez-tez Azər və Zəkiyyənin aralarında münaqişə baş vermiş, buna görə Zəkiyyə bir neçə dəfə sifət və bədən nahiyələrində xəsarətlərlə ata evinə qayıdıb gəlmiş, lakin ailəsinin dağılmaması naminə yenidən qayıdıb ərinin yanına getmişdir. Həmin narazılıqlarla əlaqədar 2019-cu ildə bacısı Zəkiyyə Azərdən rəsmi olaraq boşanmış, lakin boşandıqdan qısa müddət sonra Azərlə yenidən barışıb birlikdə yaşamağa başlamışdır. Lakin Azər bundan sonra da bacısı Zəkiyyəni döyməyə davam etmiş, Zəkiyyə də dözməyərək 2023-cü ilin oktyabr ayının sonlarında azyaşlı uşaqlarını da gətirib onlarla birlikdə yaşamağa başlamışdır. Azərlə Zəkiyyə 2019-cu ildə rəsmi olaraq boşandığı ərəfələrdən onun Azərlə yaxşı münasibəti yoxdur. Zəkiyyə ilə evli olduqları müddətdə Azər hərdən onların yaşadıqları evə də gəlib valideynləri ilə mübahisə etmiş, ona görə də valideynləri və o, Azərin onların yaşadıqları evə gəlməsinə razı olmamışlar. Zəkiyyə ilə Azər 2023-cü ilin oktyabr ayının sonlarından isə tamamiilə ayrıldıqdan sonra anası, atası, o cümlədən də o, Azərin yaşadıqları evə gəlməsinə icazə verməmişlər. 31 dekabr 2023-cü il tarixdə gecə saatlarında o evə gəldikdən sonra öyrənmişdir ki, həmin gün saat 21 radələrində Azər yaşadıqları evə onlar icazə vermədikləri halda zor tətbiq edərək girib həmin vaxt evdə olan bacısı Zəkiyyəni döyüb xəsarətləndirimişdir. Həmin vaxt nə o, nə anası, nə də ki, atası evdə olmamış, Azər də onların evdə olmamasından istifadə edib bacısını tək görüb evə girib azyaşlı uşaqların gözü qarşısında Zəkiyyəni döymüşdür. Şəxsən o da Azərin yaşadıqları evə gəlib-getməsinə razı olmamışdır. 31 dekabr 2023-cü il tarixdə də Azər valideynlərinin, bacısının, o cümlədən onun iradəsi ziddinə onların yaşadıqları evə daxil olub bacısını döyüb xəsarət yetirmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, anası, bacısı, babası və nənəsi ilə birlikdə Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən nənəsi və babasına məxsus evdə yaşayır. 31 dekabr 2023-cü il tarixdə nənəsi Çənlibel parkında işdə olduğundan o və bacısı nənəsinin yanında olmuşlar, bayram günü olduğuna görə parkda oynamışlar. Həmin gün axşam saatlarında atası parka gəlib onları görmək üçün nənəsinin yanına gəlmiş və nənəsindən icazə alıb onları oradan götürmüş, əvvəlcə mağazaya getmişlər, atası mağazadan meyvə şirəsi və araq almış, sonra da yemək yemələri üçün onları babasının işlədiyi parkda yerləşən kafeyə aparmışdır. Onlar babasının işlədiyi kafeyə gedib oturmuşlar, atası onlara və özünə kabab sifariş vermişdir. Onlara kabab gəldikdən sonra atası araq içmək üçün icazə istəmiş, lakin kafedən bildirmişlər ki, burada araq içmək olmaz. Araq içməyə icazə verməmələrinə baxmayaraq atası əynində olan gödəkçəsinin altından şüşə butulkada araq çıxarıb gizlincə meyvə şirəsinin içərisinə qatıb içməyə başlamış və demək olar ki, özü ilə gətirdiyi arağın hamısını içib qurtarmışdır. Həmin müddət ərzində onlar da yemək yeyib qurtardıqlarına görə atası onlara demişdir ki, durub bir qədər də onları gəzdirsin, onlar atası ilə razılaşmışlar, atası parkda onu və bacısını bir qədər də gəzdirmişdir. Onları bir qədər gəzdirdikdən sonra atası demişdir ki, onları evə aparmaq istəyir, lakin həmin vaxt atası sərxoş olduğuna görə bilmişdir ki, onları evə aparsa yenə də evdə anası ilə dava-dalaş salacaq və anasını döyəcəkdir. Buna görə də atasına onları evə aparmamasını, nənəsinin yanına aparmasını desə də atası məhəl qoymayıb onları evə aparacağını demişdir. Atası onları evə aparmış, evin həyət qapısına çatarkən o, irəlidə gedib atası və bacısından əvvəl evin həyətinə daxil olmuşdur. O, evin həyətinə daxil olduqdan sonra atası ilə bacısı da evin həyətinə daxil olaraq həyət qapısının yanında dayanmışlar. O, evin həyətinə daxil olan kimi anasını səsləmiş, anası evin giriş qapısına gəlib onun tək olduğunu gördüyündən ondan evə tək gəldiyini soruşmuş, o da demişdir ki, tək gəlməmişlər, onları atası gətirmiş, bacısı atası ilə evin həyət qapısının yanındadırlar. Bundan sonra anası evin həyət qapısından ona və bacısına evə girmələrini demişdir. O və bacısı evə daxil olmuşlar, anası evin giriş qapsını arxa tərəfdən bağlamışdır ki, atası evə daxil ola bilməsin. Onlar evə girdikdən sonra həyətdə qalan atası anidən əsəbiləşərək qışqırıb anasının ünvanına nalayiq ifadələr işlədib demişdir ki, “sən uşaqlara baxa bilmirsən, gecə vaxtı uşaqların parkda nə işi var”, bu sözləri deyib atası evə girmək üçün evin giriş qapısına yaxınlaşıb qapını açmaq istəyərkən görmüşdür ki, qapı içəri tərəfdən bağlıdır. Atası evin giriş qapısına yumruq və təpiklə vurub qışqıraraq onları, yəni onu və bacısını öz yanına aparıb saxlayacağını, anasının onlara baxa bilmədiyini demişdir. Həmin vaxt o və bacısı çox qorxmuşlar, anası da atasına çıxıb getməsini demişdir. Anası çıx get desə də atası getmək istəməmiş və onları aparmaq istədiyini demişdir. Ona görə də anası onlara demişdir ki, atası onları aparmasa sakitləşən deyil, ona görə də onları ataları ilə getmələrini demişdir. Anası atasına qışqırıb demişdir ki, onları aparması üçün verəcəkdir, səhəri gün də gəlib paltarlarını aparar. Lakin həmin vaxt o, atası ilə getmək istəməmiş, ondan qorxduğu üçün ağlayaraq anasına onu atasına verməməsini demişdir. Lakin anası ona demişdir ki, o, öz yataq otağına girib qapını arxadan bağlayacaqdır, o otağa girdikdən sonra onlar evin giriş qapısını açıb çölə çıxsınlar və atası ilə getsinlər, atası evə girməsin. O, bacısı ilə birlikdə qorxa-qorxa evin giriş qapısına yaxınlaşıb çölə çıxmaq üçün qapını açan kimi atası onları kənara itələyib evin içərisinə daxil olmuşdur. Atası evə girən kimi evin otaqlarının qapılarını bir-bir açıb yoxlamağa və anasını axtarmağa başlamış, anasının yataq otağına çatanda yoxlayıb görmüdür ki, qapı içəri tərəfdən bağlıdır. Atası əsəbi şəkildə anasının yataq otağının qapısına yumruq zərbəsi və təpik zərbələri vurub otağın qapısını sındırıb açmış və onunla bacısının gözünün qarşısında anasına yumruq zərbələri vurmuş, anası yerə yıxılmışdır. Həmin vaxt atası evə ayaqqabı ilə daxil olduğundan atasının ayaqqabısının izi qapının üzərində qalmışdır. O, ağlayaraq atasına yalvarmışdır ki, o anasını döyməsin, lakin atası onlara əhəmiyyət verməmiş, yerə uzanıqlı vəziyyətdə olan anasının qarın və bel nahiyələrinə təpik zərbələri vurub əlləri ilə anasının əynində olan paltarın çiyin nahiyəsindən tutub beli üstə dartaraq sürüyüb evin həyətinə aparmışdır. Atası anasını evin həyətinə çıxardıqdan sonra yerdə uzanıqlı vəziyyətdə olan anasının baş nahiyəsindən yumruqla və bədən nahiyəsindən təpiklə vurmağa başlamış, daha sonra atası yerdə olan qalın dəmir məftili götürüb həmin məftillə anasının baş nahiyəsinə vurmuşdur. Atası anasını sürüyüb həyətə çıxaran zaman o, bacısına demişdir ki, qaçıb parkdan kömək çağırsın. Bacısı da qaçaraq parka getmişdir ki, kömək çağırsın. Atası anasını həyətdə döyərkən anası ayağı ilə atasını arxaya tərəf itələmiş və həyətdən çıxıb küçəyə qaçmışdır. Anası küçəyə qaçdıqdan sonra atası siqaret yandırıb çəkərək küçəyə çıxıb anasının arxası ilə getməyə başlamış, o da atasının arxası ilə getməyə başlamışdır ki, birdən anasını küçədə tutub döyərsə əlindən anasını alsın. O, atasının arxası ilə küçəyə gedərkən qarşıdan bacısı ilə babasının gəldiyini görmüş, atası babasını və bacısını görüb küçədə dayanmış, həmin vaxt babası atasına demişdir ki, “bu qızın halı nə gündədir”, atası da demişdir ki, uşaqlara baxmır deyə mübahisə etmişlər, daha sonra da babası qayıdıb parka tərəf getmişdir ki, anasını tapsın. Bu zaman atası yaşadıqları evin yerləşdiyi küçənin başında olmuş və bacısı ilə onu yanına çağırmışdır. Sonra babası parkdan qayıdıb evin həyətinə daxil olmuş, həmin vaxt atası arxaya çevrilib onlara evin həyətinə girməmələrini demiş və özü evin həyətinə babasının yanına getmişdir. Bir neçə dəqiqə sonra babası evdən çıxıb parka tərəf getmiş, babası evdən çıxan kimi atası da babasının ardınca küçəyə çıxmışdır. Atası ilə babası evin həyətindən çıxan kimi bacısı ilə o evin həyətinə daxil olmuşlar, onların arxası ilə də atası evin həyətinə daxil olmuşdur. Atasının evin həyətinə girdiyini görən kimi onlar evə girmişlər, atası da onlarla birlikdə evə girib əski götürüb anasının yataq otağında olan ayaqqabısının izini silmiş, daha sonra çıxıb getmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilən Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ufadə vermişdir. İş materiallarında olan 21 yanvar 2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda bir ədəd dəmir parçasını təqdim edərək 31 dekabr 2023-cü il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs yaşadığı evin həyətində onu döyərkən həyətdə olan həmin dəmir parçasını götürüb sol qaş nahiyəsindən vurub xəsarət yetirdiyini bildirmişdir. Qeyd olunan dəmir parçası sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. `İş materiallarında olan maddi sübut hesab edilməsi haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Ənvər qızına xəsarət yetirərkən istifadə etdiyi 01 ədəd dəmir parçası 04 mart 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edlmiş xəsarətlərbaş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları, bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 31 dekabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid aiddir. İş materiallarında olan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ev Xaçmaz rayonunun Qobuqıraq kəndi ərazisində olmaqla Azərbaycan Respublikası Kiçik və X5 Agentliyinin Xaçmaz KOB evindən şərq istiqamətində 250 metr aralı məsafədə yerləşir. İş materiallarında olan tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli və Xaçmaz rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 1(067)-120/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək barəsində təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il, 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 may 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(067)-3087/2019 saylı qətnaməsindən görünür ki, X4 ilə Zərərçəkmiş şəxs1 30 iyul 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından xx xxxxx 2011-ci ildə Aqil və 22 avqust 2013-cü ildə Həcər adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı 30 iyul 2010-cu il tarixli rəsmi nikah qeydi pozulmuşdur. Məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində olmaqla Azərbaycan Respublikası Kiçik və X5 Agentliyinin Xaçmaz KOB evindən şərq istiqamətində 250 məsafədə yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edərək zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən yumruqla sonuncunun baş nahiyyəsinə zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını, müvafiq məhkəmə ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulan ittiham üzrə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmir və onun əməli qeyd olunan maddə ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinin şərhinə əsasən təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermənin xüsusi üsulu hesab edilir. CM-in 133-cü maddəsində nəzərdə tutlmuş cinayətin obyekti insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh edilən cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə; b) belə əməllərin CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olması. Əzab vermənin üsullarından biri mütəmadi olaraq döymədir. Burada mütəmadilik döymənin üç və ya daha artıq dəfə törədilməsini göstərir. Bu zaman ayrı-ayrı döymə aktları bir-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə, şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir (“Sağlamlıa zərər vurmanın məhkəmə-tibbi akspertizası Qaydaları”nın 21-ci bəndin 3-cü abzası). Nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxsə intensiv və davamlı təsir göstərən və bu zaman güclü fiziki ağrı və ya psixi iztirablar verən tək-tək zorakı hərəkətlər də (məsələn, dırnağı çəkmə, qızdırılmış metalla və ya elektrik cərəyanı ilə yandırma, saçını yolma və s.) əzab vermə kimi qiymətləndirilə bilər. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı ittihamda qeyd olunan 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019-cu ilin noyabr ayının sonlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində yuxarıda şərh olunan mütəmadi olaraq döymə və sair zorakı hərəkətlərin edilməsi, xüsusilə də əzab verilməklə törədilməsi halları hər hansı mötəbər sənəd və sübutla öz təqdiqini tapmamış və həmin hallar yalnız zərərçəkmiş şəxs tərəfindən şifahi olaraq deyilən fərziyyələrə əsaslanmış ehtimallardan ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Beləliklə də məhkəmə bütün yuxarıda şərh olunanlara əsasən hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı müxtəlif tarixlərdə mütəmadi olaraq döyülməklə əzab verilməsi və sair zorakı hərəkətlərin işgəncə verilməklə edilməsi halları hər hansı mötəbər sənəd və sübutla öz təqdiqini tapmadığından və Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə keçmiş arvadı- Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edib zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən yumruqla baş nahiyyəsindən zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsi kimi təqsirli əməli tamamilə sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə (qəsdən sağlamlığa yüngül zərər vurma) tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə baş vermiş hadisəyədək keçmiş arvadı Zərərçəkmiş şəxs1 yaşadığı, sonuncunun valideynləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus evə iradələrinə zidd olmadan sərbəst şəkildə gedib-gəlməsi və bu səbəbdən əməlində 157-ci maddəsinin tərkibinin olmaması barədə ifadəsində göstərdiyi hallar və bu barədə irəli sürdüyü dəlillər yalnız təqsirləndirilən şəxsin özünümüdafiə, məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi təqsirli əməli təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli həmin ittiham üzrə düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu, təqsiri məhkəmə istintaqında sübuta yetirilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 157.2-ci məddələrdə nəzərdə tutulan təqsirli əməllərinə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və həmin maddələrlə cəzalandırlmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iki nəfər uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 19 fevral 2024-cü il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 4(067)- 21/2024 nömrəli və 13 mart 2024-cü il tarixli, 4(067)-36/2024 nömrəli, məhkəmənin hazırlıq iclasının 25 aprel 2024-cü il tarixli qərarlarından qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, onun barəsində Xaçmaz rayon məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmaqla 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin 13 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 09 gün- 28 aprel 2024-cü il tarixədək uzadılmış, məhkəmənin hazırlıq iclasının 25 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 19 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi 1 ədəd dəmir parçası məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 07 (yeddi) ay müddətə, Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, 1 ədəd dəmir parçası məhv edilsin. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-100/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-100/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver