Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-100/2025 04.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 39, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin noyabr ayının ortalarında, saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə pəncərənin dəmir barmaqlıqlarını əli ilə sındıraraq plastik pəncərəni itələyib açmaqla yaşayış sahəsi sayılan evə qanunsuz daxil olub evin mətbəxindən hər biri 700 manat dəyərində olmaqla 02 ədəd, cəmi 1400 manat dəyərində “Shivaki” markalı televizoru, evin qonaq otağından dəyəri 2800 manat olan 01 ədəd “LG” markalı televizoru, evin yataq otağındakı dolabın içərisindən dəyəri 620 manat olan “İphone 12 Pro Max” markalı mobil telefonu, dəyəri 1300 manat olan “İphone 14 Pro Max” markalı mobil telefonu, həmin dolabın üzərində olan dəyəri 500 manat olan “balıq” formalı aksesuar əşyasını, qeyd olunan yataq otağında olan dəyəri 340 manat dəyərində olan 01 ədəd “Makita” markalı komplekt şəkildə dreli və dəyəri 850 manat olan 01 ədəd “Bosch” markalı laqondanı qanunsuz götürüb aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 7810 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, bununla da, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə 25 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşaraq həyətə qanunsuz daxil olmaqla həyətdən hər biri 150 manat dəyərində 02 ədəd, tutumu 5 litr olan, cəmi 300 manat dəyərində samovarı və hər biri 30 manat dəyərində 10 ədəd komplekt şəkildə, cəmi 300 manat dəyərində samovar lüləyini qanunsuz götürüb aparmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə 29 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 6A ünvanında yerləşən evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətinin qapısını itələyərək açmaqla həyətə qanunsuz daxil olaraq oradan dəyəri 150 manat olan 5 litr tutumlu 01 ədəd samovarı, dəyəri 220 manat olan 7 litr tutumlu 01 ədəd samovarı qanunsuz götürüb aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 370 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar eyni niyyətlə 01 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri, Mehman Babayev küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşaraq həyətə, daha sonra isə həyətdəki mətbəxin plastik qapısını açmaqla yaşayış sahəsi sayılan mətbəxə qanunsuz daxil olaraq dəyəri 200 manat olan 5 litrlik tutumlu 01 ədəd samovarı, dəyəri 400 manat olan 7 litr tutumlu olan 01 ədəd samovarı və həmin mətbəxdəki dolabın siyirməsindən isə dəyəri 40 manat olan 01 ədəd kəfgiri qanunsuz götürüb aparmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da, o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 samovarlarını götürməmiş, həmin zərərçəkmiş şəxsin ona qarşı şikayəti də yoxdur. O, Zərərçəkmiş şəxs4 oğurladığı samovarların ikisini də qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 isə yalnız üç ədəd televizor və “balıq” formalı aksesuar əşyanı oğurlamış, “balıq” formalı aksesuarı qaytarmış, televizorlar isə qaytarılmamış qalmışdır. O, Zərərçəkmiş şəxs3 isə iki ədəd samovar və on ədəd samovar lüləyi oğurlamışdır. Onun zərərçəkmiş şəxslərdən oğurladığı əmlaklar yalnız bunlardan, yəni ifadəsində göstərdiklərindən ibarət olmuşdur. Həmçinin bildirdi ki, o, həmin evlərdə oğurluq etdiyi vaxtda yaşayışın olmamasını həmin evləri müşahidə edərək işiqlarının yanmamasını görərək bilmişdir və sərxoş olduğundan daxil olaraq oğurluq etmişdir. Onun borcları, iki azyaşlı uşağı olduğundan və maddi vəziyyəti pis olduğundan oğurluq etmişdir. O, həmin evlərdə əmlakların olmasını əvvəlcədən bilməmiş, daxil olduqdan sonra görərək oğurlamışdır. O, rəngsaz və santexnik kimi fərdi qaydada işləyir, qış ayları olmaqla həmin vaxtlarda iş olmadığından qazancı olmamış və bununla da oğurluq etmişdir. O, oğurladığı əmlakları apararaq Bakı şəhərində bazarda satmışdır. O, samovarların birini 70 manata, digərini 80 manata satmış, televizoru 160 manat borcun müqabilində lombarda qoymuş, iki televizoru isə hər biri 30 manat olmaqla satmışdır. O, ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Onun kommunal borcları olmuş, qazanc əldə etmək üçün iş olmamış, buna görə də oğurluq etmişdir. O, Zərərçəkmiş şəxs1 aid epizodda mobil telefonlar, drel, laqonda oğurlamamışdır. O, törətdiyi cinayət əməlindən peşmandır. Şahid2 məhkəmə iclasındakı ifadəsinə münasibətdə bildirdi ki, həqiqətən də, oğurladığı televizoru həmin lombarda girov qoyaraq pul almış, həmin şahid isə televizorun oğurluq olduğunu bilməmişdir. O, cinayəti törətməkdə səhv əməl etdiyini başa düşür, bir daha bu kimi əməllər törətməyəcəyinə söz verir, törətdiyi cinayətə görə peşmandır, himayəsində xəstə olmaqla iki azyaşlı uşağı vardır, onun valideynləri yoxdur, ailəsini maddi cəhətdən özü tək təmin edir, qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və 2 övladı var. Ev ustası kimi fəaliyyət göstərir. Ancaq qeyd edir ki, artıq uzun müddətdir ki, heç bir yerdə işləmirmiş. Buna görə də maddi vəziyyəti yaxşı deyilmiş. Bundan əlavə maddi vəziyyəti yaxşı olmadığına görə də borcları çoxalmışdır. Maddi vəziyyəti yaxşı olmadığına görə də məcbur olub oğurluq etməyi qərarlaşdırmışdır. Qeyd edir ki, ilk dəfə oğurluğu 2024-cü ilin noyabr ayının ortalarında ünvan 1 ünvanından etmişdir. Qeyd edir ki, həmin oğurluq etdiyi ev yaşadığı küçədə yerləşirmiş. Həmin evin sahibini tanımırmış, ancaq bilirmiş ki, həmin evdə mütəmadi yaşayış yoxdur. 2024-cü ilin noyabr ayının ortalarında saat 22 radələrində qeyd edilən ünvanın qarşısından keçən zaman həmin evin işıqlarının sönülü olduğunu görmüş, buradan anlamışdır ki, evdə heç kim yoxmuş. Ətrafda heç kim olmadığına əmin olduqdan sonra əvvəl hasarı aşmaqla həyətə daxil olmuş, sonra isə evin yan tərəfinə keçərək əli ilə evin pəncərəsinin dəmir barmaqlığını əyərək sındırmışdır. Qeyd edir ki, evin pəncərəsinin dəmir barmaqlığı nazik dəmirdən düzəldilmişdir. Ardınca isə evin plastik pəncərəsini də əli ilə ard-arda itələməklə açaraq evin dəhlizinə daxil olmuş, evə də daxil olduqdan sonra ilk növbədə mətbəxdə olan divardan asılmış 2 ədəd “Shivaki” markalı televizoru yerindən çıxartmış və ardınca televizorları bir-bir çölə çıxardaraq həyətdən kənarda gizlətmişdir. Ardınca isə yenidən eyni qaydada evə girərək bu səfər qonaq otağında olan divardan asılmış “LG” markalı televizoru da yerindən çıxardaraq onu da evdən kənarda digər televizorların yanına aparmışdır. Qeyd edir ki, televizorları gizlətdiyi yer evdən təxminən 20 metr aralı yermiş ki, orada kənar yer olduğuna görə gözdən uzaqmış. Ardınca isə yenidən evə daxil olaraq bu səfər yataq otağında dolabın üzərinə qoyulmuş 1 ədəd balıq formalı aksesuarı, həmin dolabın içərisində olan biri “İphone 12 Pro Max”, digəri isə “İphone 14 Pro Max” olmaqla 02 ədəd mobil telefonları, həmin otaqda küncdəki 01 ədəd "Makita” markalı komplekt şəkildə dreli və 01 ədəd “Bosch” markalı laqondanı götürərək bir dəfəlik evdən çıxmışdır. Həmin avadanlıqları da digər avadanlıqların yanına aparmışdır. Qeyd edir ki, o, evdə olan zaman evin ayaq yolusuna daxil olanda orada kiçik bir pəncərə görmüş, onu açaraq əvvəl oradan çıxmağı planlamışdır. Ancaq oradan çıxa bilmədiyini gördüyünə görə yenidən gəldiyi kimi girdiyi pəncərədən çıxmışdır. Qeyd edir ki, oğurladığı bütün avadanlıqları gecəylə elə orada da qoymuşdur. Sadəcə olaraq üstünü kol-kosla örtmüşdür ki, heç kim görməsin. Və ardınca da evinə gəlmiş, həmin günün səhəri günü qeyd edilən yerə gedərək oradakı “LG” markalı televizoru götürmüşdür. Əvvəl fikirləşmişdir ki, onu kimə sata bilər, ancaq heç kim ağlına gəlməmişdir. Sonradan isə ağlına gəlmişdir ki, həmin televizoru lombarda versin. Həmin ərəfələrdə isə onun üzərində şəxsiyyət vəsiqəsi yox imiş. Bu zaman qarşısına qonşuluqda yaşayan Şahid1 çıxmışdır. Ondan xahiş eləmişdir ki, əlində televizor var və televizor ona məxsusdur və ona təcili pul lazımdır, mümkündürsə Aydının şəxsiyyət vəsiqəsi ilə televizoru lombarda qoysunlar. Aydın da onunla razılaşmışdır. Və onunla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən adını bilmədiyi lombarda getmiş və Aydının adından televizoru lombarda girov qoymuşlar. Televizor qarşılığında isə lombard onlara 160 manat pul vermişdir. Bunun qarşılığında o, Aydına öz minnətdarlığını bildirmişdir. Ancaq qeyd edir ki, həmin işin qarşılığında Aydına heç nə verməmişdir. Sadəcə olaraq Aydın məhəllə yoldaşı olaraq ona inandığına görə belə bir hərəkətə yol vermişdir. Həmin pulu isə özünə və borclarına xərcləmiş, həmin günün səhəri günü isə gizlətdiyi televizorların ikisini isə yenə də qonşuluqda yaşayan Elmar adlı şəxsə birini 70, digərini isə 80 manatdan olmaqla ümumilikdə 150 manata satmışdır. Belə ki, Elmara da satan zaman onların oğurluq olmadığını, onların özünə məxsus olduğunu, borcları çox olduğuna görə onları satmağa məcbur olduğunu söyləmişdir. Elmar da illərdir onu tanıdığına görə ona inanmış və televizorları ondan almışdır. Yerdə qalan drel, laqonda və 02 ədəd “İphone” markalı mobil telefonları isə həmin günün səhəri günü tanımadığı yol taksisinə minərək Bakı şəhərinə aparmış, Bakı şəhərinə getdikdən sonra isə yenidən tanımadığı taksiyə minərək qeyd etdiyi avadanlıqları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bit Bazarı” kimi tanınan bazarda tanımadığı şəxsə ümumilikdə 800 manata satmışdır. Həmin pulu da özünə və borclarına xərcləmişdir. Xəyalın evindən oğurladığı balıq formalı aksesuarı isə yaşadığı evin həyətində gizlətmişdir. Həmin aksesuarı da polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Bundan əlavə, 25 dekabr 2024-cü il tarixdə axşam saat 21 radələrində Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanının qarşısından keçirmiş. Həmin tarixdə qeyd edilən ünvanın qarşısından keçən zaman evin işıqlarının sönülü olduğunu görmüş, buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Hasara aşmaqla həyətə daxil olmuş, bu zaman həyətdə birinin stolun üzərində, birinin isə yerdə olmaqla 02 ədəd, tutumu 5 litr olan samovar görmüşdür. Bundan əlavə stolun üzərində 10 ədəd samovar lüləkləri də varmış. Lüləkləri də elə həyətdən tapdığı adi sellofan torbanın içərisinə yığmış və samovarları və lüləkləri götürməklə həyəti gəldiyi kimi tərk eləmişdir. Qeyd edir ki, həmin həyətdən başqa heç nə oğurlamamışdır. Həmin evin sahibini də tanımırmış. Ancaq sonradan bilmişdir ki, həmin evin yiyəsi Zərərçəkmiş şəxs3dur. Həmin samovar və lüləkləri isə səhəri günü yenidən Bakı şəhərinə yol taksisi ilə aparmış, onları da yenidən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bit Bazarında” tanımadığı şəxsə ümumilikdə 170 manata satmış, həmin pulu da özünün şəxsi xərclərinə xərcləmişdir. Bundan başqa, 29 dekabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 6A ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçirmiş. Həmin vaxtı da ona təcili pul lazım imiş. Evin qarşısından keçən zaman ehtiyatla evin darvazasını açmış, darvaza özü də arxadan bağlı deyilmiş. Bu zaman həyətdə heç kimin olmadığını görmüş, buna görə də sakitcə həyətə daxil olaraq həyətdə olan 02 ədəd samovarı sakitcə götürərək gəldiyi kimi həyəti tərk eləmişdir. Ancaq həmin vaxt evdə kiminsə olub-olmadığını bilmirmiş. Həmin samovarları da əvvəlki qaydada tanımadığı yol taksisi ilə səhəri günü Bakı şəhərinə aparmış, Bakı şəhərinə çatdıqda isə yenidən tanımadığı taksi ilə samovarları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bit Bazarında” tanımadığı şəxsə ümumilikdə 140 manata satmışdır. Qeyd edir ki, Şəhriyarın evindən oğurladığı samovarların tutumunun biri 7, digəri isə 5 litr imiş. Bundan əlavə, 01 yanvar 2025-ci il tarixdə axşam saat 22 radələrində Xaçmaz şəhəri, Mehman Babayev küçəsi, ev 5 ünvanının qarşısından keçirmiş. Bu zaman evin işıqlarının sönülü olduğunu görmüş, həmin ərəfədə bayram ərəfəsi olduğuna görə fikirləşmişdir ki, yəqin evdə heç kim olmaz. Buna görə də əvvəl həyətdə heç kim olmadığına əmin olduqdan sonra hasarı aşmaqla həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra həyətdə mətbəxin olduğunu görmüşdür. Qeyd edir ki, həyətdəki mətbəxin girişi plastik qapıdan imiş. Buna görə də möhkəm zərblə əli ilə vurduqda plastik qapı açılmış və mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olduqda orada birinin tutumu 7 litr, birinin tutumu isə 5 litr olan iki ədəd samovar görmüş, bundan əlavə həmin mətbəxdə olan dolabın siyirmələrinə baxdıqda orada 01 ədəd misdən düzəldilmiş kəfgirin də olduğunu görmüşdür. Onları da götürərək gəldiyi kimi evi tərk eləmişdir. Həmin samovarları və kəfgiri isə gizlətmək məqsədilə evinə apararaq yaşadığı evin həyətində gizlətmişdir. Onları da satmaq fikri varmış. Belə ki, həmin günün səhərisi 01 ədəd kəfgiri Xaçmaz şəhərində yerləşən bazarda tanımadığı şəxsə 5 manata satmışdır. Oğurladığı samovarlar isə evinin həyətində gizlətmişdir. Samovarları da polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən 02 ədəd beş litr həcmli samovar, 10 ədəd samovar lüləyini oğurlamışdır. Həmçinin bildirdi ki, ona təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində 600 manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla sonuncuya ən yuxarı həddə cəza təyin edilməsini istəyir. Ona təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın ödənilməsi barədə heç bir təklif edilməmişdir. Məhkəmə çıxışında (xx.xx.2025) isə bildirdi ki, təqsirləndirilən şəxsin qardaşı hazırkı tarixdə ona yaxınlaşaraq vurulmuş ziyanın bir qismini, yəni 500 manat ödəmiş və o, təqsirləndirilən şəxsin qardaşının səmimi xahişinə görə təqsirləndiriləni bağışlayır, şikayətçi deyildir. Zərərçəkmiş şəxs3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və 1 övladı var. 30 ilə yaxındır ki, kiçik sahibkarlıqla məşğuldur. Xaçmaz şəhəri, Səməd Vurğun küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşasa da, Xaçmaz şəhərində həmin ünvandan başqa ünvan 4aq qeyd edir ki, həmin ünvanda yaşayış yox imiş. Həmin evə də demək olar ki, hər gün gedib baş çəkirmiş. Mahiyyəti üzrə qeyd edir ki, həmin fərdi yaşayış evinin dörd tərəfi daş ilə hasara alınmışdır və həyətində 2 ədəd, birinin tutumu 5 litr olan latun materialından hazırlanmış, paslanmaz, qədimi və istifadəyə yararlı samovarı varmış. Samovarlardan biri həyətdəki stolun üzərində, digəri isə həyətdə yerdə olmuşdur. Bundan əlavə elə həmin həyətdəki stolun üzərində ona məxsus olan 10 ədəd samovar lüləyi komplekt şəkildə olmuşdur. 26 dekabr 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə nəzarət məqsədilə getdikdə həmin evin həyətində olan 02 ədəd samovarın və 10 ədəd samovar lüləyinin yerində olmadığını aşkar etmiş, əvvəl fikirləşmişdir ki, yəqin ailə üzvləri samovarların yerini dəyişdirib. Çünki, ondan əlavə ailə üzvləri də aradabir həmin evə gələrək nəzarət edirlərmiş. Bu barədə ailə üzvlərindən soruşanda onlar samovarlardan xəbərlərinin olmadığını söyləmişlər. Buna görə də samovarları axtarmağa başlamış, ancaq heç birini tapa bilməmişdir. Həmin ərəfədə bayram vaxtı olduğuna və şəxsi işləri çox olduğuna görə bu barədə Xaçmaz RPŞ-nə müraciət edə bilməmişdir. Fikirləşmişdir ki, bayramdan sonra müraciət edər. Və elə də olmuşdur. 04 yanvar 2024-cü il tarixdə ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmiş, müraciətindən sonra da polis əməkdaşları hadisə yerinə gələrək evinin həyətinə baxış keçirmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən onun həyətindən oğurlandığı 01 ədəd sellofan torbanın onun üçün əhəmiyyət kəsb etmədiyini, onun üçün dəyərsiz olduğunu və sellofan torbanın oğurlanması nəticəsində ona maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində (xx.xx.2025) göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vəfat etmiş qardaşına məxsusdur. Həmin evdən ittihamda qeyd olunan əmlaklar oğurlanmış, həmin əmlaklardan “balıq” formalı aksesuar əşya onlara qaytarılmışdır. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəyərsə, şikayətçi olmaz, o, vurulmuş ziyanı tələb edir. Daha sonra (xx.xx.2025) bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı 1500 manat onlara ödənilmiş, ümumilikdə vurulmuş 7800 manat ziyanın əvəzinə cəmi 4000 manatla razılaşmışlar, təqsirləndirilən tərəfindən 2500 manatın isə bu ilin sentyabr ayınadək ödəniləcəyi barədə razılığa gəlmişlər. Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Tikanoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və 2 övladı varmış. Mahiyyəti üzrə qeyd edir ki, Xaçmaz rayonu, Tikanoba kəndində qeydiyyatda olmaqla yaşasa da, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi də varmış. Ancaq həmin evdə yaşayış yox imiş. Həmin evdə də axırıncı dəfə 2024-cü ilin avqust ayında olmuşdur. 22 dekabr 2024cü il ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baş çəkən zaman isə evdən 02 ədəd "Shivaki” markalı, 01 ədəd “LG” markalı televizorun, 02 ədəd “İphone” markalı mobil telefonun, 01 ədəd balıq formalı aksesuarın, 1 ədəd “Makita” markalı komplekt şəkildə drelin və 1 ədəd “Bosch” markalı laqondanın oğurlandığını aşkar etmişdir. Buna görə də həmin vaxt DİN-nin 102 zəng mərkəzinə zəng edərək baş vermiş oğurluq barəsində müraciət etmişdir. Müraciətdən sonra da polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, 2024-cü ilin dekabr ayının sonlarında Yeni il bayramı ilə əlaqədar olaraq, yaşadıqları evdə olmamışlar, Bakı şəhərinə getmişlər. Onun evindən oğurlanmış əşyaların mənəvi dəyəri onların qiymətlərindən daha çoxdur, çünki həmin əşyalar ona valideynlərindən, qayınanasından miras qalmış əmlaklar olmuşdur. Təqsirləndirilən şəxs mətbəxin qapısının kilid yerini qıraraq daxil olub mətbəxdən həmçinin nənəsindən yadigar qalan qədimi mis kəfgiri də oğurlamış, həmin kəfgir hələ də tapılmamışdır. Lakin oğurlanmış iki ədəd samovar polis tərəfindən tapılaraq ona təqdim edilmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ondan iki ədəd qədimi samovar və bir ədəd mis kəfgir oğurlamış, həmin iki ədəd samovar tapılmış, kəfgir isə tapılmamışdır, o, həmin kəfgirlə bağlı dəymiş ziyanı tələb edir və təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəyir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəyərsə, şikayətçi olmaz. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 07 may 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, hazırkı cinayət işi üzrə ona vurulmuş ziyan tam olaraq ödənilməmiş, lakin o, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. Zərərçəkmiş şəxs4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və 2 övladı var. Özü DİO-dan 2013-cü ildən təqaüdə çıxmışdır. O özü yaşadığı evdə arvadı X1 ilə birlikdə yaşayır. 29 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində o, arvadı ilə birlikdə bayram ilə əlaqədar dincəlmək məqsədilə Bakı şəhərinə getmişlər. Onlar gedəndə evin qapı və pəncərələrini bağlayaraq getmişlər və evdə heç kim olmamışdır. 03 yanvar 2025ci il tarixdə, saat 21 radələrində isə o, arvadı ilə birlikdə evinə gəlmişlər. Qeyd edir ki, həmin fərdi yaşayış evinin dörd tərəfi daş ilə hasara alınmışdır. Onlar həyətə daxil olduqda ilk növbədə həyətdəki mətbəxə daxil olmaq istəmişlər. Çünki əllərində zənbillər olmuş və həmin zənbilləri mətbəxə qoymaq istəmişlər. Mətbəxə daxil olduqda isə qapının cəftəsinin sındırıldığını və qapının açıldığını aşkar etmişlər. Mətbəxə daxil olduqda isə mətbəxdən 2 ədəd, birinin tutumu 5 litr, digərinin tutumu isə 7 litr olan nikel materialından hazırlanmış, paslanmaz, qədimi və istifadəyə yararlı samovarlarının və 1 ədəd misdən hazırlanmış kəfgirin yerində olmadığını aşkar etmişdir. Belə ki, samovarlar mətbəxdə küncə qoyulmuş, kəfgir isə mətbəxdə olan dolabın siyirməsinə qoyulmuşdur. Oğurluq hadisəsi olduğuna görə də o, dərhal bu barədə DİN-nin 102 zəng mərkəzinə müraciət edərək baş vermiş oğurluq haqqında məlumat vermişdir. Müraciətindən sonra da polis əməkdaşları hadisə yerinə gələrək evinin həyətindəki mətbəxinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı iş materiallarında olan ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən müəyyən edilir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9irlikdə yaşayır. Evlidir və 2 övladı var, 5 ilə yaxındır ki, "xxxx" ASC-nin Xaçmaz rayonu filialında fəhlə kimi çalışır. Mahiyyəti üzrə qeyd edir ki, yaşadığı fərdi yaşayış evinin dörd tərəfi daş ilə hasara alınmışdır və həyətində 2 ədəd birinin tutumu 7 litr, birinin tutumu isə 5 litr olan latun materialından hazırlanmış, paslanmaz, qədimi və istifadəyə yararlı samovarı varmış. Tutumu 7 litr olan samovar həyətində girişdən sol tərəfdə stolun üzərində imiş. Digər samovar isə girişdən sağ istiqamətdə yerə qoyulmuşdur. 30 dekabr 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evin həyətində olan zaman anidən samovarların ikisinin də yerində olmadığını aşkar etmişdir. Əvvəl fikirləşmişdir ki, yəqin ailə üzvləri samovarların yerini dəyişdirmişdir. Bu barədə evdəkilərdən soruşanda onlar samovarlardan xəbərlərinin olmadığını söyləmişlər. Buna görə də samovarları axtarmağa başlamış, ancaq heç birini tapa bilməmişdir. Həmin ərəfədə bayram vaxtı olduğuna və şəxsi işləri çox olduğuna görə bu barədə Xaçmaz RPŞ-yə müraciət edə bilməmişdir. Fikirləşmişdir ki, bayramdan sonra müraciət edər. 04 yanvar 2025-ci il tarixdə ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etmiş, müraciətindən sonra da polis əməkdaşları hadisə yerinə gələrək evinin həyətinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, lombardda işləyir. Təqsirləndirilən şəxs gətirərək onun işlədiyi lombarda televizor girov qoymuşdur. Hazırda hadisə ilə bağlı digər xüsusatları xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Əhmədoba kəndində qeydiyyatda olmaqla ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayırmış. Subaydır. 2 ilə yaxındır ki, “Kaspi Lombard”ın Xaçmaz şəhəri filialında mütəxəssis kimi çalışırmış. Qeyd edir ki, işlətdiyi mağaza Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşirmiş. Qeyd edir ki, çalışdığı lombardda vətəndaşlardan qızıl və elektronika əşyalarını girov olaraq alırlar. Belə ki, hər bir vətəndaş girov qoymaq istədiyi avadanlığı təqdim edir, onlar da həmin avadanlığın işlək olubolmadığını yoxlatdırdıqdan sonra həmin avadanlığın şəkillərini çəkərək Bakı şəhərində yerləşən baş ofisə göndərirlərmiş. Baş ofisdə çalışan mütəxəssislər də qısa zaman ərzində həmin avadanlığın qiymətini ona söyləyir və o da həmin avadanlıq qarşılığında vətəndaşa həmin məbləği söyləyirmiş. Vətəndaş da razı olarsa o, vətəndaşdan avadanlığı girov kimi götürür və həmin məbləği də vətəndaşa təqdim edirmiş. Vətəndaş da 1 ay ərzində verdiyi məbləği faizi ilə birlikdə ona qaytarmalıdır. Faiz də avadanlıqdan asılı olaraq dəyişirmiş. Əgər vətəndaş 1 ayın tamamında avadanlığı qaytarmasa o, vətəndaşa xəbərdarlıq edirmiş ki, vaxtdır pulu qaytarmaq lazımdır. Bu zaman da vətəndaş ya pulu verməli, ya da ki, ona əlavə faizin pulunu verərsə, o da vətəndaşa ayrılmış müddəti 1 ay da artırırmış. Yox əgər vətəndaş pulu qaytarmaqdan imtina edirsə bu zaman o, vətəndaşa xəbərdarlıq edərək avadanlığı satacağını bildirirmiş. Vətəndaş da razıdırsa yenidən ona 10 gün müddət tanınırmış. Əgər 10 günün sonunda yenidən vətəndaşdan xəbər çıxmazsa, bu zaman həmin avadanlıq satılması üçün Bakı şəhərində yerləşən baş ofisə göndərilirmiş. Şahid1 və Şahid3 tanıyırmış, belə ki, həmin şəxslər daha əvvəl onun müştəriləri olmuşdur, ancaq onlarla şəxsi münasibətləri yox imiş. 23 noyabr 2024-cü il tarixdə Şahid1 01 ədəd “LG” markalı televizoru gətirərək lombarda girov kimi qoymuş, o da televizor qarşılığında baş ofislə razılaşmaq şərtilə Aydına 160 manat pul vermişdir, 1 ayın sonunda Şahid1 faizi ilə birlikdə həmin məbləği qaytarmadığına görə o da televizoru satılması üçün Bakı şəhərinə aparmışdır. Bundan əlavə, Şahid3 da 03 dekabr və 26 dekabr 2024-cü il tarixlərdə hər birində 01 ədəd olmaqla ümumilikdə 02 ədəd “Shivaki” markalı televizor gətirmiş, o da hər televizor üçün 70 və 80 manat olmaqla ümumilikdə 150 manat pul ödəmişdir. Elmar da Aydın kimi həmin pulu faizi ilə birlikdə 01 aydan sonra qaytarmadığına görə o da televizorları satılması üçün Bakı şəhərinə göndərmişdir. Belə ki, hər iki şəxs televizorların özlərinə məxsus olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı iş materiallarında olan ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və Xaçmaz şəhərində yerləşən “Xan Bağı” restoranında ofisiant kimi çalışır. Mahiyyəti üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə qalır və onunla da münasibətləri hər zaman normal olmuşdur. 2025-ci ilin dekabr ayının ortalarında səhər saatlarında o, yaşadığı məhəllədə olmuş, bu zaman Təqsirləndirilən şəxs məhəllədə görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs əlində “LG" markalı televizor da olmuşdur. Samir ona yaxınlaşaraq ondan xahiş etmişdir ki, ona təcili pul lazımdır, ancaq televizoru satmaq istəmir, buna görə də televizoru lombarda qoymaq istəyir. Danışıq zamanı isə Samir ona özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək ondan xahiş etmişdir ki, onun adına televizoru lombarda qoysun, ödənişi isə Samir özü edəcəkdir. O da Samirlə razılaşmışdır. O, Samiri illərdir ki, tanıdığına görə sonuncuya inanmış və onunla birlikdə Xaçmaz şəhəri, N. Nərimanov küçəsində yerləşən lombarda getmişlər və onun adından televizoru lombarda girov qoymuşlar. Televizor qarşılığında isə lombard ona 160 manat pul vermişdir. O da həmin pulu Samirə vermiş və sonuncu ilə sağollaşaraq aralanmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Samir həmin televizoru oğurlamışdır. O, həmin televizorun oğurluq olmasını bilməmiş və Samir də ona bu haqda məlumat verməmişdir. O, televizoru lombarda girov qoymaq qarşılığında Samirdən heç nə almamışdır. Samir ondan bunu xahiş etmiş, o da bir yoldaş kimi onun xahişini yerinə yetirmişdir. Samir ona demişdir ki, televizor onun özünə məxsusdur. Şahid1 məhkəməyə teleqramlar ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, hazırkı cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, ünvan 13 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və müxtəlif yerlərdə fəhlə kimi çalışır. Mahiyyəti üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə qalırmış və Samirlə də münasibətləri hər zaman normal olmuşdur. 2025-ci ilin noyabr ayının ortalarında axşam saatlarında yaşadığı məhəllədə imiş. Bu zaman Təqsirləndirilən şəxs məhəllədə görmüşdür. Samir ona yaxınlaşaraq əlində 02 ədəd “Shivaki” markalı televizor olduğunu, özünə təcili pul lazım olduğunu və ondan həmin televizorları ala bilib-bilməyəcəyini soruşmuşdur. Qeyd edir ki, həmin ərəfədə onun evdəki televizoru xarab olmuşdur. Buna görə o da Samirə demişdir ki, televizorlara baxıb sonra deyər. Samir də onunla razılaşmış və ondan uzaqlaşmışdır. Qısa müddət sonra isə Samir əlində 02 ədəd balaca “Shivaki” markalı televizorla qayıtmışdır. O da televizorlara baxdıqda onlar üçün nə qədər pul istədiyini Samirdən soruşmuş, Samir də ikisi üçün ondan ümumilikdə 150 manat istəmiş, o da onunla razılaşmış və 150 manat pulu verərək televizorları evinə aparmışdır. Televizorları evinə gətirdikdən təxminən 10 gün sonra onun maddi vəziyyəti pisləşmiş və ona təcili pul lazım olmuşdur. Buna görə də o, həmin 02 ədəd televizoru 2024-cü ilin dekabr ayının əvvəllərində birini və sonlarında isə digərini Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən lombarda girov kimi qoymuş və televizorlar üçün lombarddan ümumilikdə 150 manat almışdır. İş materiallarında olan 22 dekabr 2024-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ünvan 14 ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslərin məişət avadanlıqlarını oğurlaması barədə bildirərək, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 22 dekabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Ev fərdi yaşayış evi olub, dörd bir tərəfi daş ilə hasara alınmışdır. Evin darvazası dəmir materialındandır. Həyətə daxil olduqda sağ tərəfdə ikimərtəbəli fərdi yaşayış evi yerləşir. Evin içərisinə daxil olduqda dəhlizin sol tərəfində sanitar qovşağı yerləşir. Baxış zamanı sanitar qovşağının pəncərəsinin açıq olduğu müəyyən edilmişdir. Evə baxış keçirən zaman müəyyən olunmuşdur ki, evin birinci mərtəbəsinin dəhliz hissəsində pəncərənin dəmir barmaqlıqları sındırılmışdır. Evin ikinci mərtəbəsinə qalxdıqda Zərərçəkmiş şəxs1 ikinci mərtəbədə olan mətbəxdən iki ədəd televizorun oğurlandığını, bundan əlavə evin qonaq otağındakı divardan asılmış televizorun da oğurlandığı qeyd etmiş və televizorların oğurlandığı yeri əyani olaraq göstərmişdir. Bundan əlavə evin yataq otağındakı dolabın rəfindən iki ədəd “İphone” markalı mobil telefonun və həmin dolabın üzərində olan 01 ədəd balıq formalı aksesuar əşyasının və yenə də həmin yataq otağında olan 01 ədəd "Makita” markalı komplekt şəkildə drelin və 01 ədəd “Bosch” markalı laqondanın da oğurlandığını bildirərək həmin avadanlıqların oğurlandığı yerləri də əyani olaraq göstərmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz şəhəri, N. Nərimanov küçəsinə gedilmiş, həmin ünvanda olan zaman Şahid1 2024-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona verdiyi 01 ədəd “LG” markalı televizoru 23 noyabr 2024-cü il tarixdə girov kimi qoyaraq pul götürdüyü ünvan 16 ünvanında yerləşən lombardı əyani olaraq göstərmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, şahid qismində dindirilmiş Şahid3 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz şəhəri, N. Nərimanov küçəsinə gedilmiş, həmin ünvanda olan zaman Şahid3 2024-cü ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona satdığı 02 ədəd “Shivaki” markalı televizorları 03 dekabr və 26 dekabr 2024-cü il tarixlərdə girov kimi qoyaraq pul götürdüyü ünvan 16 ünvanında yerləşən lombardı əyani olaraq göstərmişdir. İş materiallarında olan “Girov bileti”nin təsdiqlənmiş kserosurətindən müəyyən edilir ki, Şahid1 23 noyabr 2024-cü il tarixdə 01 ədəd “LG” markalı televizoru Şahid2 (VÖEN **********) işlətdiyi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən lombarda girov qoyaraq 160 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan “Girov bilet”lərinin təsdiqlənmiş kserosurətlərindən müəyyən edilir ki, Şahid3 03 dekabr və 26 dekabr 2024-cü il tarixlərdə cəmi 02 ədəd “Shivaki” markalı televizorları Şahid2 işlətdiyi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən lombarda girov qoyaraq 80 və 70 manat olmaqla, ümumilikdə 150 manat məbləğində pul götürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2025-ci il tarxli, 9/465 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 oğurlanmış “İphone 12 Pro Max” markalı mobil telefonun qiyməti 620 manat, “İphone 14 Pro Max” markalı mobil telefonun dəyəri isə 1300 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 oğurlanmış digər mallar haqqında kifayət qədər məlumat (model, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan müəyyən edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı ekspertlər tərəfindən 02 ədəd “Shivaki” markalı televizor, 01 ədəd “LG” markalı televizor, 01 ədəd “Makita” markalı komplekt şəkildə drel, 01 ədəd “Bosch” markalı laqonda, 06 ədəd samovar, 01 ədəd balıq formalı aksesuar və 01 ədəd kəfgirin hazırki orta bazar qiyməti nəzəri qaydada müəyyən edilə bilmədiyindən, qeyd edilən avadanlıqların qiyməti zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri dəyərdə qeyd olunması nəzərə alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ittiham elan olunarkən qərarda 10 ədəd samovar lüləyinin qiymətləri zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə dəymiş ziyanın müəyyənləşdirilməsində həmin qiymətlər nəzərə alınmışdır. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Xaçmaz RPŞ-yə müraciət edərək 26 dekabr 2024-cü il tarixdə Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşən ona məxsus evin həyətindən 02 ədəd samovarın və 10 ədəd samovar lüləklərinin naməlum şəxs tərəfindən oğurlanması barədə bildirərək, həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evi Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşir. Həmin ev fərdi yaşayış evi olub, dörd bir tərəfi daş ilə hasara alınmışdır. Evin darvazası dəmir materialındandır. Həyətə daxil olduqda həyətdə iki mərtəbəli fərdi yaşayış evi yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs3 samovarların və samovar lüləklərinin oğurlandığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli ərizədən müəyyən olunur ki, zərərçəkmiş şəxs Aziyev X6 RPŞ-yə müraciət edərək 30 dekabr 2024-cü il tarixdə ünvan 17 ünvanında yerləşən ona məxsus evin həyətindən 02 ədəd samovarın naməlum şəxs tərəfindən oğurlanması barədə bildirərək, həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evi Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 6A ünvanında yerləşir. Həmin ev fərdi yaşayış evi olub, dörd bir tərəfi daş ilə hasara alınmışdır. Evin darvazası dəmir materialındandır. Həyətə daxil olduqda üzbəüz tərəfdə birmərtəbəli fərdi yaşayış evi yerləşir. Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin həyətindən 1 ədədi stolun üzərindən, digəri isə həyətinin küncündən olmaqla ümumilikdə 02 ədəd samovarın oğurlandığını bildirərək həmin samovarların oğurlandığı yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan 03 yanvar 2025-ci il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Xaçmaz RPŞ-yə müraciət edərək 2025-ci ilin yanvar ayının əvvəlində ünvan 18 ünvanında yerləşən ona məxsus evin həyətindən 02 ədəd samovarın və bir ədəd mis kəfgirin naməlum şəxs tərəfindən oğurlanması barədə bildirərək, qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan 03 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evi Xaçmaz şəhəri, Mehman Babayev küçəsi, ev 5 ünvanında yerləşir. Həmin evin həyətyanı sahəsinin giriş qapısının dəmir metaldan hazırlanması, tünd boz rəngli olması və üzərində qara rəngli zolaqlar olması müəyyən edilmişdir. Giriş qapısından həyətyanı sahəyə daxil olan zaman 5 metr şimal istiqamətinə hərəkət edən zaman həyətyanı sahədə plastik qapısı olan saxlanc yeri yerləşir. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində evdə heç kəsin olmamasını qeyd edərək xx.xx.2025-ci il tarixdə yaşadığı ünvana qayıdan zaman naməlum şəxs və ya şəxslərin onun evinin həyətyanı sahəsindəki saxlanc yerindən 02 ədəd samovarın oğurlanmasını aşkar etməsini bildirmişdir. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı 01 ədəd balıq formalı aksesuarı və Zərərçəkmiş şəxs4 oğurladığı 02 ədəd samovarı könüllü şəkildə təqdim etmişdir. Təqdim olunmuş avadanlıqlara baxış keçirən zaman müəyyən olunmuşdur ki, balıq formalı aksesuar bərk materialdan düzəldilmişdir. 02 ədəd samovarın isə birinin tutumu 5 litr, digərinin tutumu isə 7 litr olub, nikel materialından düzəldilmişdir. Rəngləri gümüşü rəngdədir. Üzərində heç bir yazı və yaxud işarə həkk olunmamışdır. Samovarlar istifadə olunmuşdur. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs4 oğurlanmış 02 ədəd samovarın, Zərərçəkmiş şəxs1 isə oğurlanmış 01 ədəd balıq formalı aksesuarın özlərinə məxsus olduqlarını və həmin avadanlıqların onlardan oğurlandığını qeyd etmişlər. İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan və həmin tarixli qəbzlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı 01 ədəd balıq formalı aksesuar və Zərərçəkmiş şəxs4 oğurladığı 02 ədəd samovar cinayət işi üzrə maddi sübut hesab olunmuş, 01 ədəd balıq formalı aksesuar məsul saxlanc üçün Zərərçəkmiş şəxs1, 02 ədəd samovar isə məsul saxlanc üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs təklifi ilə əvvəlcə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsinə gedilmişdir (müstəntiq Taleh Ağayevin, polis nəfəri Abgül Cabbarovun və müdafiəçi Şahin Mütəllimovun iştirakı ilə). Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 6A ünvanında yerləşən fərdi yaşayış evinin (Zərərçəkmiş şəxs2) qarşısına gələrək 29 dekabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində sözügedən ünvanın qarşısına gəldiyini, bu zaman həyətdə heç kimin olmadığını gördüyünə görə sakitcə həyətə daxil olaraq həyətdə olan 02 ədəd samovarı oğurladığı yeri əyani olaraq göstərmişdir. Daha sonra həmin tərkibdə Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib Xaçmaz şəhəri, Mehman Babayev küçəsinə gedilmişdir. İstintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xaçmaz şəhəri, Mehman Babayev küçəsi, ev 5 ünvanının (Zərərçəkmiş şəxs4) qarşısına gələrək Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə, axşam saat 22 radələrində həmin ünvanın qarşısına gəldiyini, bu zaman evin işıqlarının sönülü olduğunu gördüyünü, evdə heç kim olmadığını düşündüyünə görə hasarı aşmaqla həyətə daxil olduğunu, həyətə daxil olduqdan sonra həyətdə mətbəxin olduğunu gördüyünü, daha sonra isə möhkəm zərblə əli ilə vurduqda plastik qapının açıldığını və mətbəxə daxil olduqda oradan iki ədəd samovarı və dolabın siyirməsindən isə 01 ədəd kəfgiri oğurladığını söyləyərək oğurladığı avadanlıqların yerlərini əyani olaraq göstərmişdir. Daha sonra həmin tərkibdə Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib Xaçmaz şəhəri, S.Rəhimov küçəsinə gedilmişdir. Qeyd olunan küçəyə getdikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, S.Rəhimov küçəsi, ev 1 ünvanının (Zərərçəkmiş şəxs3) qarşısına gələrək 25 dekabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində sözügedən ünvanın qarşısına gəldiyinə, həmin tarixdə qeyd edilən ünvanın qarşısından keçən zaman evin işıqlarının sönülü olduğunu gördüyünü, buna görə də həmin evdən oğurluq etmək qərarına gəldiyini, hasarı aşmaqla həyətə daxil olduğunu, bu zaman həyətdə birinin stolun üzərində, birinin isə yerdə olmaqla 02 ədəd samovar gördüyünü, bundan əlavə stolun üzərində 10 ədəd samovar lüləklərinin də olduğunu söyləyərək qeyd olunan avadanlıqları oğurladığı yerləri əyani olaraq göstərmişdir. Daha sonra isə həmin tərkibdə Təqsirləndirilən şəxs iştirakı ilə yenidən Xaçmaz şəhəri, Səid Qurbanov küçəsinə gedilmişdir. ünvan 1 ünvanının (Zərərçəkmiş şəxs1) qarşısına gələrək Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının ortalarında, saat 22 radələrində qeyd edilən ünvanın qarşısından keçən zaman həmin evin işıqlarının sönülü olduğunu gördüyünü, buna görə də evdə heç kimin olmadığını düşündüyünü, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəl hasarı aşmaqla həyətə daxil olduğunu, sonra isə evin yan tərəfinə keçərək əli ilə evin pəncərəsinin dəmir barmaqlığını əyərək sındırdığını, ardınca isə evin plastik pəncərəsini də əli ilə ard-arda itələməklə açaraq evin dəhlizinə daxil olduğunu, evə də daxil olduqdan sonra ilk növbədə mətbəxdə olan divardan asılmış 2 ədəd “Shivaki” markalı televizoru yerindən çıxartdığını, daha sonra qonaq otağında olan divardan asılmış “LG” markalı televizoru, o cümlədən yataq otağında dolabın üzərinə qoyulmuş 1 ədəd balıq formalı aksesuarı, həmin dolabın içərisində olan biri “İphone 12 Pro Max”, digəri isə “İphone 14 Pro Max” olmaqla 02 ədəd mobil telefonları, həmin otaqda küncdəki 01 ədəd “Makita” markalı komplekt şəkildə dreli və 01 ədəd “Bosch” markalı laqondanı götürdüyü yerləri əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətində (hər dörd ünvanda) təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları müdafiəçisinin iştirakı ilə əyani olaraq göstərərək təsdiq etmişdir. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 mart 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini tək törətməsi müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid1, Şahid3 və Şahid2 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə onların barələrində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 oğurluq etmədiyini, Zərərçəkmiş şəxs1 isə yalnız üç ədəd televizoru və balıq formalı aksesuarı oğurladığını, lakin mobil telefonları, drel və laqondanı oğurlamadığı ilə bağlı bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatların təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir və həmin xüsusatlar iş materiallarında olan sənədlərlə təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatlarında, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Zərərçəkmiş şəxs2 02 ədəd samovar oğurladığını, Zərərçəkmiş şəxs1 isə sonuncunun ifadəsində göstərdiyi əmlakları (televizorlar, aksesuar əşya, mobil telefonlar, drel və laqonda) oğurladığını göstərmiş, təqsirləndirilən şəxsin ifadələri müdafiəçinin də iştirakı ilə yerində yoxlanılarkən təqsirləndirilən şəxs qeyd olunan zərərçəkmiş şəxslərə münasibətdə ibtidai istintaq zamanı verdiyi ifadələrindəki xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin 13 yanvar 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında bildirmişdir ki, o, ittiham olunduğu cinayəti törətmiş, həmin əmlakları oğurlamışdır. O, əməlindən çox peşmandır, ziyanı aradan qaldıracaqdır. Zərərçəkmiş şəxslər onun qonşularıdır, ona qarşı şikayətçi olmazlar. O, ilk dəfədir ki, oğurluq edir, heç vaxt oğurluq etməmişdir. Ona qarşı polis şöbəsində heç bir təzyiq göstərilməmişdir. Lakin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə oğurluq etdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-160/2024 saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin, Xaçmaz Rayon İcra Hakimiyyəti MKTİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağı var. (xx.xx.2016 və xx.xx.2019-cu il təvəllüdlü) İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti MKTİ tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var. O, fərdi əməklə məşğuldur. Onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 07 may 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilməmiş, lakin o, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, ona vurulmuş ziyanın bir qismi təqsirləndirilən şəxsin qardaşı tərəfindən ödənilmiş və sonuncunun xahişini nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, ona vurulmuş ziyanın bir qismi təqsirləndirilən şəxsin qohumu tərəfindən ödənilmiş, qalan məbləğin gələcəkdə ödənilməsi barədə razılığa gəlmişlər, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməməsi hallarını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 4(067)-8/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan maddi sübut kimi tanıma qərarından və qəbzlərdən müəyyən edilir ki, iş üzrə maddi sübutlar – 01 ədəd balıq formalı aksesuar məsul saxlanc üçün Zərərçəkmiş şəxs1, 02 ədəd samovar isə məsul saxlanc üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlar - məsul saxlanc üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 müvafiq olaraq təhvil verilmiş 01 ədəd balıq formalı aksesuar və 02 ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra onların özlərinə qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - məsul saxlanc üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 müvafiq olaraq təhvil verilmiş 01 ədəd balıq formalı aksesuar və 02 ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra onların özlərinə qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-100/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-100/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver