Məhkəmə qərarları › İş №1(067)-101/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-101/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-101/2020 14.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Xaçmaz şəhər, Yaşıllaşdırma İdarəsində işləyən, subay, məhkum olunmuş, Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 5-də yaşayan –Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində stəkan ilə yaşadıqları evdə ailə məişət zəmnində aralarında yaranmış mübahisə zamanı qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs baş və sağ nahiyəsindən, daha sonra isə əli ilə sağ nahiyəsindən bir dəfə vurub ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən cinayət icraat materialına məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində nahar edən zaman Sədaqət ilə birlikdə Azərbaycan Respublikasının istehsalı olan araq içmişlər. Nahar zamanı Sədaqət ondan nə üçün Həlimə adlı qadınla mübahisə etdiyini soruşmuş, o, isə ona «sənlik deyil» deyə bildirmişdir. Daha sonra isə Sədaqət onunla mübahisə etməyə başlamışdır. O, isə Sədaqətin sözlərindən əsəbləşərək masanın üzərində olan stəkanı götürərək Sədatəin baş nahiyyəsindən və sağ qulaq nahiyyəsindən vurmuşdur. Daha sonra isə əli ilə bir dəfə onun sağ qulaq nahiyyəsindən vurmuşdur. Hazırda o, törətmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Zərərçəkmiş şəxsVaqif qızından üzr istəmiş və onlar barışmışlar. Qeyd edilən cinayət işinə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Zərərçəkmiş şəxsVaqif qızı məhkəmə baxışında bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində nahar edən zaman Vüqar ilə birlikdə Azərbaycan Respublikasının istehsalı olan araq içmişlər. Nahar zamanı o, Vüqardan niyə görə qonşuluqda yaşayan Həlimə adlı qadına sataşdığını soruşduqda Vüqar ona «əcəb etmişəm sataşmışam» deyə cavab vermişdir. Bu zəmində onlar onlar arasında mübahisə yaranmış və Vüqar masanın üzərində olan stəkanı götürərək onun baş nahiyyəsindən və sağ qulaq nahiyyəsindən vurmuşdur. Daha sonra isə əli ilə bir dəfə onun sağ qulaq nahiyyəsindən vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmişdir və onlar barışmışlar. Şahid2 Nüsrəddin qızı məhkəmə iclasında ifadə verərək bildirdi ki, iş üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlar hər kiksidə onun işlədiyi müəssisədə işləyirlər. xx xxx 2020-ci il tarixdə onların yaşdıqları əraziyə gedərkən orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Sədaqət Musayev arasında xx xxx 2020ci il tarixdə mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1, ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə anoloji ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 260 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsVaqif qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Zərərçəkmiş şəxsVaqif qızının bədəni üzərində ənsə təpə nahiyyəsinin əzilmiş yarası, sağ qulaq pərdəsinin travmatik zədələnməsi və sağ baldır nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsilə barışdığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 260 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində secilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar