Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-101/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Şabran rayonunun Gil-Gil çay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.L, 2.5.11 və 2.5.21 -ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 03 mart 2021-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş, 04 mart 2021ci il tarixə saat 08:00-dək hər biri 220 manat olmaqla 5 ədəd nərə və hər biri 11 manat olmaqla 10 ədəd adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1210 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:00-da sahilə çıxarkən X14 İdarəsinin Xaçmaz X16 əməkdaşları tərəfindən saxlanıldıqdan sonra baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 10 ədəd adi siyənək və 5 ədəd nərə balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti ağır olduğundan 03 mart 2021-ci il tarixdə saat 16 radələrində balıq tutmaq məqsədi ilə Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və özünə məxsus 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinə girib 2 ədəd torları suda quraraq evinə qayıtmışdır. 04 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində yenidən Nabran kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib qurduğu toru yığarkən 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqları tutduğunu görmüşdür. Toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamış, saat 09:00-da sahilə çıxarkən X14 idarəsinin Xaçmaz X16 əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Nabran kəndi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama bileti olmadığını bildirmişdir. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd taxta qayığa baxış keçirərkən içərisində 2 ədəd taxta avar, 2 ədəd torlar, həmin balıqovlama vasitələri ilə Xəzər dənizindən qanunsuz tutduğu 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqlarını aşkar edərək götürmüşlər və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirib, protokol tərtib etmişlər. Həmin protokol o və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Tələb olunan mülki iddianı qəbul edir və maddi ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqında dindirilən mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən 1 ədəd taxta qayıqla Xəzər dənizinə çıxıb 2 ədəd balıq torları vasitəsilə tutulması qadağan edilmiş hər biri 220 manat olmaqla 5 ədəd nərə və hər biri 11 manat olmaqla 10 ədəd adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1210 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyanı hal-hazıradək Təqsirləndirilən şəxs ödəməmişdir. Ona görə də mülki iddia təmin olunmaqla dövlət balıq ehtiyatlarına vurulmuş 1210 manat ziyanın Təqsirləndirilən şəxs məcburi tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 İdarəsinin Xaçmaz X16 polis nəfəri Şahid2 göstərdi ki, 04 mart 2021-ci il tarixdə tərəflərindən xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:00 radələrində Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirdikləri zaman Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 2 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Xəzər dənizindən qanunsuz tutmuş, balıq tutmağa rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxış keçirilməsi ilə əlaqədar tərəflərindən protokol tərib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 idarəsinin Xaçmaz X16 polis nəfərləri Şahid3 və Şahid4, həmçinin ibtidai istinataq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X14 İdarəsinin Xaçmaz X16 rəisi Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsi ilə eyni mazmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, 04 mart 2021-ci il tarixdə X14 İdarəsinin Xaçmaz X16 əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 09 radələrində Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqlarını həmin 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və 2 ədəd tor vasitəsi ilə Xəzər dənizindən tutduğunu, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitəsi olan torlar və qanunsuz tutduğu balıqlar X14 İdarəsinin Xaçmaz X16 əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid6 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 04 mart 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, 04 mart 2021-ci il tarixdə X14 İdarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz balıq tutanlara qarşı keçirilən mübarizə xarakterli reyd zamanı, həmin gün saat 09:00 radələrində Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizindən şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs torla balıq tutması müşahidə edilərək o, əməkdaşlar tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş torlar vasitəsi ilə rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. İş materiallarında olan 04 mart 2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovladığı ləvazimatlar- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor müvəqqəti olaraq saxlanılması üçün X14 İdarəsinin Xaçmaz X16 rəisi Şahid1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan X6 Xidmətinin baş məsləhətçi-müfəttişi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş cəmi 15 ədəd balıqlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin balıqlarn 05 ədədi qanunla ovlanması qadağan olunmuş nərə balığı, 10 ədədi isə bioloji əlamətlərinə görə vətəgə əhəmiyyətli olmaqla adi siyənək balıqlarıdır. İş materiallarında olan 04 mart 2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün 04 mart 2021-ci il tarxli qaimə faktura ilə "xxxx" ASC-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 9/1252 nömrəli rəyindən görünür ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin» 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 15 ədəd müxtəlif adda balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 1210,00 manat müəyyən edilir. O cümlədən: - 5 ədəd nərə- 1100,00 (5x1,1x200) manat; - 10 ədəd adi səyənək- 110,00 (10x1,1x10) manat. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 Nəzarət sektorunun müdiri Qafar Ağayev tərəfindən imzalanmış iddia ərizəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1210 manat ziyan pulunun tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 09 mart 2021-ci il tarixli, 21/92 nömrəli məktubundan görünür ki, 09.03.2021-ci il tarixə kimi Siyəzən rayon sakini Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Həmyə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 267 saylı arayışdan, 08 oktyabr 2004-cü il tarixli, AZ-İ seriyalı, 107416 saylı nikah haqqında, 26 yanvar 2006-cı il tarixli, AZ-İ seriyalı, 731458 saylı, 07 oktyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 711964 saylı və 06 may 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 248590 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Əmirov X9 rayonunun Böyük Həmyə kəndində yaşayır, ailə tərkibi arvadı X7, uşaqları- 25.04.2005-ci il təvəllüdlü X10, 07.10.2008-ci il təvəllüdlü X11 və 10.04.2014-cü il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Həmyə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(067)-64/2021 saylı hökmündən və Siyəzən rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2021-ci il tarixli, 1512/2021-64-1 saylı məktubundan və əlavə olunmuş Siyəzən rayon məhkəməsinin 25 may 2021-ci il tarixli, 7(067)-9/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Əmirov X12 rayon məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(067)-64/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Siyəzən rayon məhkəməsinin 7(059)-9/2021 saylı 25.05.2021-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixi Qanununun 1.54-cü bəndi tətbiq edilməklə, təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 05 gün hissəsinndən azad olunmuş və 27.05.2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmır və həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.L, 2.5.11 və 2.5.21 -ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 03 mart 2021-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonunun Nabran kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş, 04 mart 2021-ci il tarixə saat 08:00-dək hər biri 220 manat olmaqla 5 ədəd nərə və hər biri 11 manat olmaqla 10 ədəd adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1210 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:00-da sahilə çıxarkən X14 İdarəsinin Xaçmaz X16 əməkdaşları tərəfindən saxlanıldıqdan sonra baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 10 ədəd adi siyənək və 5 ədəd nərə balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının 256.1-ci maddəsinə əsasən şəxs tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində 4 nəfər ailə üzvü, o cümlədən 1 nəfər yetkinlik yaşına çatmayan və 2 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar və 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil təhvil verilməsi nəzərə alınmalı və həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1210 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «X4- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 5 ədəd nərə və 10 ədəd adi siyənək balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi nəzərə alınsın və həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1210 (bir min iki yüz on) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «X4kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-101/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-101/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver