Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-101/2024 05.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1980-cı ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xacmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə o, Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlanılıb həmin gün saat 19:20-dən 19:30-dək olan müddətdə Xaçmaz şəhəri, Fleydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisindən 4 ədəd kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,062 qr., 0,051 qr., 0,048 qr., 0,040 qr., ümumi təmiz çəkisi 0,201 qram olan psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümündə təmiz çəkisi 0,461 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 30 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhər bazarında olarkən yerdən «Rothmans» markalı siqaretini tapmış, onu götürüb içərisinə baxdıqda orada bir ədəd siqaret, 03 ədəd bükümdə metamfetamin və 01 ədəd heroin olduğunu görmüşdür. O, əvvəllər də tapdıqlarından istifadə etdiyi üçün götürüb cibinə qoymuşdur. O, tapdığı yerdən 30- 40 metr aralanmışdır ki, polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5-6 ay olarkı narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, istifadə etmədikdə ağrıları olur. 29 yanvar 2024-cü il tarixdə təxminən saat 15 radələrində Bakı şəhərində «Meyvəli» adı ilə tanınan bazarda olarkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik 04 ədəd kağız büküm və bir ədəd sellofan büküm vardır. Sonra o, kağız bükümləri və sellofan bükümü açıb baxanda kağız bükümlərin içərisində psixotrop maddə olan metamfetamin, sellofan bükümün içərisində isə narkotik vasitə heroin olduğunu görmüşdür. Özü də narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyi üçün tapdığı heroini və metamfetamini cibinə qoyub Xaçmaz rayonu, Hacıəlibəy kəndinə yaşadığı evə gətirmişdir. Evdə olarkən tapdığı heroindən bir qədər özündə olan folqa kəsiyinin üstünə töküb istifadə etmişdir, qalan heroini, metamfetamini və 02 ədəd folqa kəsiklərini isə «Rothmans» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə edər. 30 yanvar 2024-cü il tarixdə təxminən saat 18:10 radələrində Xaçmaz şəhəri, E.Tahirov küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən özünə məxsus mobittelefonu, gödəkçənin sağ yan cibindən isə bir ədəd «Rothmans» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış- keçirilməsi davam etdirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır, təqdim etdiyi «Rothmans» markalı siqaret qutusunu müstəntiq tərəfindən açıb içərisində olan 09 ədəd siqaret dənələrini və sellofanın içərisində olan 04 ədəd kağız bükümləri, 01 ədəd sellofan bükümü, 02 ədəd folqa kəsiklərini masanın üstünə qoymuş, sonradan ise kağız bükümlər tək-tək açılaraq içərilərində olan ağ rəngli kristalşəkilli maddələrin və sellofan bükümdə olan qəhvəyi rəngli maddənin nə olduğu soruşuimuş, o, da hər şeyi könüllü olaraq etiraf etmiş və bildirmişdir ki, kağız bükümlərdə olan ağ rəngli kristalşəkilli maddələr psixotrop maddə olan metamfetamindir, sellofan bükümdə olan qəhvəyi rəngli isə narkotik vasitə olan heroindir, özünə məxsusdur, tapmış, özü narkotik vasitə istifadəçisi olduğu üçün saxlamışdı ki, sonradan istifadə etsin. Sonra müstəntiq tərəfindən üzərində aşkar olunmuş 04 ədəd kağız bükümlərdə olan ağ rəngli kristalşəkilli maddələr, 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddə, 02 ədəd folqa kəsikləri bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir, o, də üzərində aşkar olunmuş metamfetaminin, heroinin və folqa kəsiklərinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. İçərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusu isə götürülməyərək özünə qaytarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar edilmiş həmin kütlələri elə bükümlərə ayrılmış formada tapmışdır, özü də mütəmadi istifadə etdiyi üçün tapdığı formada da saxlamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 bildirdi ki, Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, E.Tahirov küçəsində olduğunu müəyyənləşdirmişlər və ona yaxınlaşaraq özlərini təqdim edərək onlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Xaçmaz Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış tədbirləri keçirilən zaman, üzərindən selofan bükümdə 4 ədəd psixotrop maddə metamfetamin və 01 ədəd isə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə onun rəhbərliyi altında, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş və xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri, E.Tahirov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlar birlikdə Polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış zamanı müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon, gödəkcənin sağ yan cibindən isə bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində siqaret dənələri, 01 ədəd sellofanın içərisində 04 ədəd kağız büküm, 01 ədəd sellofan büküm və 02 ədəd folqa kəsikləri olması aşkar olunmuşdur. 04 ədəd kağız bükümlər açıldıqda içərilərində psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalşəkilli maddənin və 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütləninin, folqa kəsiyinin üzərində isə heroinə bənzər izlərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə metamfetamın, sellofan bükümdə olan qəhvəyi rəngli kütləninin isə narkotik vasitə olan heroin olduğunu və iki ədəd folqa kəsiklərinin üzərində isə heorin izinin olduğunu, həmin narkotik və psixotrop maddələrin özünə məxsus olmasını və taparaq ələ edib öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 04 ədəd kağız büküm, içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm və üzərində heroin izləri olan 02 ədəd folqa kəsiyi müstəntiq tərəfindən maddi sübut kimi götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri içtirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqraret dənələri və mobil telefon onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 bildirdi ki, 2024-cü ilin yanvar ayının ortaları idi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə Xaçmaz rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs «Topxana» deyilən restoranda olduğu müəyyən edilmiş və onun tərəflərindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilmişdir. Xaçmaz rayon Polis Şöbəsində istintaq hərəkətləri ilə üzərinə baxış keçirildi və «Rothmans» markalı siqaret qutusunun içərisində metamfetamin və heroin aşkar olunmuşdur.Ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə onun rəhbərliyi altında, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş və xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri, E.Tahirov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlar birlikdə Polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış zamanı müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon, gödəkcənin sağ yan cibindən isə bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində siqaret dənələri, 01 ədəd sellofanın içərisində 04 ədəd kağız büküm, 01 ədəd sellofan büküm və 02 ədəd folqa kəsikləri olması aşkar olunmuşdur. 04 ədəd kağız bükümlər açıldıqda içərilərində psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalşəkilli maddənin və 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütləninin, folqa kəsiyinin üzərində isə heroinə bənzər izlərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə metamfetamın, sellofan bükümdə olan qəhvəyi rəngli kütləninin isə narkotik vasitə olan heroin olduğunu və iki ədəd folqa kəsiklərinin üzərində isə heorin izinin olduğunu, həmin narkotik və psixotrop maddələrin özünə məxsus olmasını və taparaq ələ edib öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 04 ədəd kağız büküm, içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm və üzərində heroin izləri olan 02 ədəd folqa kəsiyi müstəntiq tərəfindən maddi sübut kimi götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri içtirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqraret dənələri və mobil telefon onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 30 yanvar 2024cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon X10 Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ yan cibindən isə bir ədəd «Rothmans» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi «Rothmans» markalı siqaret qutusu açılmış və siqaret qutusunun içərisində 09 ədəd siqaret dənələri, 01 ədəd sellofanın içərisində üzərlərinə sellofan sarınmış 04 ədəd kağız bükümlər, 01 ədəd sellofan büküm və 02 ədəd folqa kəsikləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 30 yanvar 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər olan diskə təhqiqatçı tərəfindən 30 yanvar 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilərkən Ramazan Ramazonovun üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd, «Rothmans» markalı siqaret qutusunun içərisində 09 ədəd siqaret dənələri, 01 ədəd sellofanın içərisində üzərlərinə sellofan sarınmış 04 ədəd kağız bükümlər, 01 ədəd sellofan büküm və 02 ədəd folqa kəsiklərinin olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 31 yanvar 2024cü il tarixli 3-16-16/2-6/618 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,062 qr., 0,051 qr., 0,048 qr., 0,040 qr., ümumi təmiz çəkisi 0,201 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə- metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,461 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 2 ədəd gümüşü rəngli folqa kəsiyinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: Heroinin təmiz çəkisi: 0,461 qr., tədqiqata sərf edildi 0,050 qr, qalıq- 0,411 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,201 rq., tədqiqata sərf edildi- 0,100 qr., qalıq 0,101 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 01 mart 2024-cü il tarixli 1376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 04 fevral 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,201 qram çəkidə olan psixotrop maddə metamfetamin, 0,461 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd gümüşü rəngli folqa kəsiyi müstəntiq tərəfindən 04 fevral 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,101 qram çəkidə olan psixotrop maddə metamfetamin, 0,411 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd gümüşü rəngli folqa kəsiyi saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 30 yanvar 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinn 01 fevral 2024-cü il tarixli, 4(067)-9/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli, 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 5(067)-22/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 30 yanvar 2024cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən Xaçmaz rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli 1(067)-60/2018 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hacıəlibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 172 saylı arayışdan görünür ki, Əliyev X6 rayonunun Hacıəlibəy kəndində yaşayır, ailə tərkibi 1979-cu il təvəllüdlü həyat yoldaşı X5, 2022-ci il təvəllüdlü oğlu X7 və 2004-cü il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hacıəlibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 173 saylı xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonunun Hacıəlibəy kəndində yaşayır. Yaşadığı kənddə kənd sakinləri ilə, xüsusən həmyaşıdları ilə normal münasibətdədir. Onun barəsində Hacıəlibəy kənd İƏD nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə o, Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlanılıb həmin gün saat 19:20-dən 19:30-dək olan müddətdə Xaçmaz şəhəri, Fleydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisindən 4 ədəd kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,062 qr., 0,051 qr., 0,048 qr., 0,040 qr., ümumi təmiz çəkisi 0,201 qram olan psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümündə təmiz çəkisi 0,461 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram və metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalmış təmiz çəkisi 0,101 qram çəkidə olan psixotrop maddə metamfetamin, 0,411 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd gümüşü rəngli folqa kəsiyi məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,411 qram təşkil edən heroin və təhqiqata sərfdən sonra qalıq çəkisi 0,101 qram psixotrop maddə metamfetamin və 2 ədəd gümüşü rəngli folqa kəsiyi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-101/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-101/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver