Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-101/2025 12.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Müdafiəçi: Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ciildə Xaçmaz rayonu, Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Qımılqışlaq kəndi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkətdə olan zaman idarəetməni itirib yoldan çıxaraq avtomobili yolun sol tərəfində olan daş hasara çırpmış və nəticədə həmin avtomobildə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs aşağı ətrafların paraparezi ilə müşayiət olunmuş 3-cü və 4-cü bel fəqərələrinin kompression sınıqları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər almasına səbəb olmuş, bununla da o, avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozmaqla" ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü o sinif yoldaşları Zeyqəm, Təbriz və Muradla birlikdə kafedə çay içmişlər. Daha sonra onlar kafedən birlikdə çıxaraq Murad onun avtomobili ilə, Təbriz isə Zeyqəmin avtomobilində əyləşərək getmişlər. Zeyqəm və Təbriz avtomobillə hərəkət etməmişdən əvvəl o Qımılqışlaq kəndindən Mirzəmməd kəndinə gedib qayıtmaq niyyəti ilə Zeyqəmin avtomobilindən tez hərəkət etmişdir. Onlar Məscid məhəlləsi deyilən yerdə Zeyqəmlə rastlaşmışlar. Zeyqəm ona yol verməyərək avtomobilin təkərlərini yerində hərəkət etdirməklə daha sonra hərəkətinə davam edərək çıxıb getmişdir. O, əvvəl Zeyqəmin ardınca yavaş sürətlə hərəkət etsə də, daha sonra böyük sürətlə hərəkət edərək ötmək istəmişdir. Bu zaman avtomobilində əyləşmiş Murad ona yavaş sürməsini demişdir. Lakin daşlı və döngəli yol olduğu üçün Mirzəmməd kəndindən qayıdan zaman avtomobilin idarəetməsini itirmiş vəqəza baş vermişdir. Hadisədən sonra Muradı Zeyqəmin avtomobili ilə xəstəxanaya yola salmışlar. Sonra Zeyqəm ona zəng edərək Muradın avtomobilində olmasını bildirməməyi, Muradın yıxılmasını qeyd etdirdiklərini bildirmişdir. Bundan sonra YPX-nin əməkdaşı ona yaxınlaşdığında o qəza zamanı avtomobildə tək olduğunu demişdir. Həmçinin qəza zamanı onun qabırğaları sınmışdır. Hadisədən sonra onlar Muradın atası ilə görüşmüşlər və Muradın atası köməkləşib Muradı müalicə etdirməyi onlara demişdir. Bundan başqa guya sığortadan ona 5000 manat pul ödənilməsi ilə əlaqədar zərərçəkən şəxslə aralarında narazılıq yaranmışdır. Əslində isə sığortadan pul almamışdır. Zərərçəkən şəxs ondan 40000 manat təzminat istəmiş, onun isə belə bir imkanı olmadığını bildirmişdir. Zərəçəkmiş şəxsin müalicəsi üçün onun atası 10000 manat xərc çəkmişdir. O, hadisədən əvvəl kafedə spirtli içmədiklərini və ya yemək yemədiklərini, baş vermiş hadisəyə görə isə peşman olduğunu bildirmişdir. O, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməsi üçün addımlar atıldığını, lakin qarşı tərəf razı olmadığını, həmçinin məhkəmə tərəfindən barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə uzaq qohumluq əlaqələri vardır. Hadisə günü o, ofisant işində işləmişdir. Saat 22:00-daişdən evə gəlmiş və saat 23 radələrində evdən çıxaraq kafeyə getmişdir. O, kafedə sinif yoldaşları Zeyqəm, Təbriz və Natiqin oturduqları masada əyləşmiş və həmin şəxslər ona masanın üzərində olan özlərinin içdikləri spirtli içki viskidən içməsini təklif etmişlər. O, pivə içmək istədiyini dedikdə həmin şəxslər ona az miqdarda viski içdikdən sonra pivə içməsini təklif etmişlər. O, az miqdarda viski içmiş və daha sonra pivə sifariş vermişdir. Bu zaman masada birgə əyləşdiyi şəxslərə də pivə içməyi təklif etmişdir. Həmin şəxslər ona “alsan içərik” demişlər. O, cibində cəmi 8 manat pulunun olduğunu və hərəsinə bir bakal pivə ala biləcəyini demişdir. O, bir bakal pivəni içdikdən sonra onunla eyni masada əyləşmiş şəxslər pivə sifariş vermişlər və ona da ikinci bakal pivə içməyi təklif etmişlər. Lakin o, pivə içməkdən imtina etmişdir. Həmin şəxslər hərəsinə iki bakal pivə içdikdən sonra kafedə hesabı ödəyərək birlikdə masadan qalxmışlar. Təbriz Zeyqəmə avtomobili ilə Mirzəmməd kəndində yerləşən evinə aparmasını xahiş etmişdir. Onun evi isəQımılqışlaq kənd inzibati ərazi dairəsinin yaxınlığında, Natiqlə qonşuluqda yerləşdiyindən Mirzəmməd kəndinə getmələrinə ehtiyac olmamışdır. Təbriz Zeyqəmin avtomobilində əyləşmiş, o isə Natiqin avtomobilinə əyləşərək hərəkət etmişlər. Yolda hərəkətdə olarkən Natiq yüksək sürətlə Zeyqəmin avtomobilini ötmüşdür. O, X9 apardığını və onların Mirzəmməd kəndinə getməklərinin mənasız olduğunu demişdir. Lakin Natiq onun sözünü dinləməyərək hərəkətini davam etmişdir. Əvvəlcə yüksək sürətlə hərəkətdə olan avtomobili saxlaması üçün əyləci basmış və birinci döngədə avtomobili hasara vurmadan idarəetməni əlində saxlaya bilmişdir.O, Natiqə Zeyqəmin arxadan gəldiyini və özlərinin qayıtmalı olduqlarını demişdir. Natiq onun sözünə məhəl qoymadan Mirzəmməd kəndinə daxil olmuşdur. Təxminən beş dəqiqə sonra Zeyqəm avtomobili ilə onlara yaxınlaşmış və avtomobillə manevr etdikləri zaman Zeyqəmin və Natiqin idarə etdiyi avtomobillərin qarşı tərəfləri yavaşvəziyyətdəbir-birinə dəymişdir. Bundan sonra Təbriz Natiqə etiraz edərək avtomobilində özündən başqa adam olduğunu, avtomobili yavaş idarə etməsini və onların sərxoş olduqlarını bildirmişdir. Natiq ona narahat olmamasını demişdir. Kənddə yerləşən mağazanı keçdikdən sonra Natiq yüksək sürətlə avtomobili hərəkət etmişdir. O, Natiqə avtomobili yavaş idarə etməsi barədə xeyli yalvarsa da, Natiq hərəkətinə davam edərək qəza törətmişdir. Daha sonra nə baş verdiyini isə xatırlamır. Həmçinin onun bədəninə hadisədən sonra implantlar yerləşdirilməsinə baxmayaraq bədən üzvlərini idarə edə bilmir. O, müharibə veteranı olduğu üçün və vətən müharibəsi şəhidi Arəstə Baxışovaonun xalası qızı olduğundan birinci əməliyyatın xərclərini xəstəxana tərəfindən ödənilmişdir. O, xəstəxanada olduğu müddətdə hadisə şahidlərinin dediyinə görə onuqəzadan dərhal sonra Nizami, Elvin və onun əmisi oğluMamed atası ilə birlikdə Quba Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra Zeyqəm xəsatəxanada yanına gələrək onun, Soltanın və Təbrizin qəzanın səsinə gələrək onu xəstəxanaya apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin atası birinci əməliyyat zamanı orada olmamışdır və bütün xərcləri özünün atası çəkmişdir. Təqsirləndirilən şəxsin atası cəmi hissə-hissə olmaqla 1010 manat pul ödəmişdir. Hadisədən sonra ona heç bir polis əməkdaşı yaxınlaşmamış, həmçinin uzun müddət özündə olmadığından təqsirləndirilən şəxs barəsində şikayət edə bilməmişdir. Təqsirləndirilən şəxs atası isə onlar şikayətçi olduqları təqdirdə onların cibinə narkotik atdırıb tutduracağını demişdir. Lakin 11 noyabr 2024-cü il tarixdə o, polis əməkdaşına Natiqin hadisə vaxtı içkili olduğu barədə izahatında göstərmişdir. Həmçinin təqsirləndirilən şəxs və yaxud valideynləri onun evinə gələrək ona baş çəkməmişlər, hadisə barəsində üzürxahlıq etməmişlər. O, təqsirləndirilən şəxsdən aldığı xəsarətlərə görə ona pul ödəməsini tələb etməmişdir. Təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ona müalicəsi üçün çəkilən təxminən 10000 məbləğində qəbzləri təqdim etmişdir. O məqsədi tərəflərin arasında barışıq əldə olunmasıdır. Elektron kabinetə vəsatət yerləşdirdiyini və vəsatətdə təqsirləndirilən şəxsdən başqa kafedə yeyib-içən 3 nəfər şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin də, onlarla spirtli içki qəbul etdiyini və hadisənin törədildiyi zaman sonuncunun sərxoş vəziyyətdə olduğunu bildirmələrini qeyd etmişdir. İbtidai istintaq zamanı bu məsələyə hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən yekun cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin barəsində həkim resseptləri vardır. Əvvəlki müalicə xərcləri ilə əlaqədar qəbzləri özündə saxlamasa da, hazırda bəzi qəbzləri və müalicə üçün bankdan əldə etdiyi kredit sənədləri vardır. Təyinatı üzrə zərərçəkmiş şəxsə bankdan istehlak krediti ayrılsa da, müalicəsi üçün istifadə edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin bilinməyən yol xərcləri və başqa xərcləri də olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ağlabatan məbləğdə pul təklif edilmir. Həmçinin Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkili olaraq barışığın əldə olunmadığını nəzərə alaraq və onun əməlində şahid ifadələri ilə təsdiq olunmuş, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi və eyni zamanda CM-nin 263-1.1-ci maddələri ilə, yəni sərxoş vəziyyətdə avtomobili idarə etməsi maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsini və eyni zamanda mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, zərərçəkmiş şəxs onun, təqsirləndirilən şəxs isə atasının əmisi oğludur. Hadisə barədə səhəri gün xəbəri olmuşdur. Muradın evinə gedib gözünün qanlı olmasını görmüş, başqa xəsarətlərinin olması isə hələ ona məlum olmamışdır. O, Murada baş çəkməyə getdiyində orada Natiqin atası Ağasininda olduğunu görmüşdür. Daha sonra Muradı Quba Rayon Mərkəzi Rayon Xəstəxanasına aparmışlar və Qubada Muradın onurğasında sınığın baş verdiyi müəyyən olunmuş və Muradı Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmışlar. O, əməliyyat xərcləri ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən bir qədər köməklik olunduğunu və daha sonra köməkliyin davam etmədiyini və bundan sonra zərərçəkmiş şəxsin şikayətçi olduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, kafeni işlədən şəxsdir və qəzaya uğrayan şəxslərin qəzadan əvvəl neçə nəfər kafedə əyləşdiklərini xatırlamır. O, kafedə çay və pivə satır. Lakin həmin şəxlərhadisədən əvvəl kafedə yalnız çay içmişlər. Hadisə barədə təxminən 1 həftə-10 gün sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, zərərçəkmiş və təqsirləndirilən şəxslərin hər ikisi onun sinif yoldaşlarıdır. Hadisə Mirzəmməd kənddən Qımılqışlaq kəndinə qayıdarkən baş vermişdir. Belə ki, o, Təbrizlə birlikdə kafedə əyləşdikləri zaman əvvəl Natiq, daha sonra isə Murad onların masasına əyləşmişlər. Onlar kafedə oturub spirtli içki olan konyak, daha sonra isə bir-iki bakal pivə içdikdən sonra hərənin öz evinə getməsi məqsədilə oradan uzaqlaşmışlar. Natiq və Murad Qımılqışalq kəndində qonşu olduqları üçün Mirzəmməd kəndə getməməli idilər. O isə Təbrizi evinə aparmaq üçün Mirzəmməd kəndə avtomobilini idarə edərək getmişdir. Mirzəmməd kənddə heç bir işlərinin olmamasına baxmayaraq Natiq və Murad da ora onların ardınca getmişlər. Həmin vaxt Natiq avtomobili sürətlə idarə edərkən bir neçə dəfə qəza etməkdən qurtulmuşdur. Geri qayıdan zaman onun ardınca hərəkətdə olan Natiqin avtomobili döngədə idarəetməni itirərək əvvəl tut ağacına, daha sonra isə hasara dəymişdir. O, köməklik göstərmək üçün geriyə hərəkət etmiş, həmin vaxt Natiq demək olar ki, avtomobildən çıxmışdır. Ora yığışan kənd adamları ilə birlikdə Muradı avtomobildən çıxarmışlar. Həmin vaxt Murad qan içində olmuş və onun avtomobilindən başqa hadisə yerində digər avtomobil olmadığı üçün o, Muradı öz avtomobilində xəstəxanaya aparmışdır. Muradı xəstəxanaya düşürdüb hadisə yerinə qayıtmışdır. Lakin Natiqə zəng edərək xəstəxanada Muradın motoblokdan yıxılaraq xəsarət almasını bildirməsi barədə heçnə deməmişdir. O, hadisə zamanı avtomobilləriniy arışdırmadıqlıarını, ibtidai istintaqa verdiyi ifadəsini xatırlamadığını və ibtidai istintaq zamanı yazılı izahat vermədiyini bildirmişdir. Həmçinin müstəntiq tərəfindən ona yalan ifadə verməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin ifadə verərkən firmada avtomobillə işlədiyi üçün sürücülük vəsiqəsi məhdudlaşdırılmaması səbəbindən yalan ifadə verərək içkili olmadığını demiş, ifadə verdikdən sonra isə verdiyi ifadəsini oxumuşdur. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki,17 fevral 2023-cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən kafedə tanışları Natiq, Murad və Təbriz ilə birlikdə oturmuşlar. Onlar birlikdə bir qədər yemək yemiş, çay içmiş, sonra saat 23:50 radələrində kafedən durmuşlar ki, evlərinə getsinlər. O, kafeyə “Vaz 2106” markalı avtomobillə gəlmişdir, Natiq isə “Vaz 21154” markalı avtomobillə gəlmişdir. Murad Natiqin idarə etdiyi avtomobilə oturmuşdur, Təbriz isə onun avtomobilinə oturmuşdur. Onlar kafedən hərəkətə başlamışlar, Natiq avtomobili çox sürətlə və təhlükəli idarə etmişdir. O, Təbrizi aparıb Mirzəmmədkənd kəndinə düşürtmüş, onlar yaşadıqları kəndlər bir-birinə çox yaxındır, Təbrizin evi onların kənddən 1-2 km məsafədədir. O, Təbrizi düşürtdükdən sonra yaşadığı kəndə gəlib öz evinə doğru hərəkət edirmiş. O, Qımılqışlaq kənd orta məktəbini keçib bir qədər irəli getdikdən sonra avtomobilin güzgüsündən görmüşdür ki, Natiq çox yüksək sürətlə gəlib məktəbin qarşısında idarəetməni itirərərək yolun solunda olan daş hasara çırpılmışdır. O, geri qayıtmış və avtomobildən düşüb Natiqin avtomobilinə yaxınlaşmış. Natiq özü yaxşı olsa da, Murad ciddi xəsarət almışdır, həmin vaxt oraya xeyli sakinlər yığışmış, hətta Təbriz də gəlib çatmışdır. Onlar Muradı birtəhər onun avtomobilinə mindirib Xaçmaz RMX-yə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt o, spirtli içki qəbul etməmişdir, Natiqin isə spirtli içki içib-içmədiyini bilmir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, axşam saatlarında kənddə yerləşən kafedə Zeyqəm adlı sinif yoldaşı ilə birlikdə əyləşərək 300 qram həcmindəkonyak içmişdir. Daha sonra Natiq və Murad adlı sinif yoldaşları yanlarına gəldikdən sonra birlikdə pivə içmişlər. Təxminən saat 23 radələrində kafedən çıxaraq Zeyqəm onu avtomobili ilə evə aparmış, Murad isə Natiqin avtomobilində əyləşmişdir. Yolda hərəkətdə olarkən Natiq onların içərisində olduqları avtomobili ötmüşdür. Zeyqəm onun yaşadığı küçədə avtomobilini saxlamış və o, avtomobildən düşmüşdür. Bu zaman Natiq avtomobili ilə onun yaşadığı küçənin girişində avtomobilini saxlamışdır. Bundan sonra Zeyqəm avtomobili ilə hərəkət etdirmiş və Natiq isə onun ardınca avtomobilini idarə edərək oradan getmişlər. O, evinə çatmağa az məsafə qalmış yüksək səslə qəza səsini eşitmişdir. Qaçaraq hadisə yerinə çatdığında Natiqin avtomobilinin qəzaya uğradığını, avtomobilin aşdığını görmüşdür. Onlar Muradı qəzaya uğrayan avtomobildən çıxararaq xəstəxanaya aparmışlar və bundan sonra hadisə yerinə qayıtmışlar. Həmin vaxt Murad özündə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, 17 fevral 2023-cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən kafedə tanışları Natiq, Murad və Zeyqəm ilə birlikdə oturmuşlar. Zeyqəmlə o, daha öncədən oturmuşlar, onlar çay içmişlər. Muradla Natiq gələndən sonra hərəsi səhv etmirsə 1 bakal pivə içmişlər. Sonra saat 23:50 radələrində kafedən durmuşlar ki, evlərinə getsinlər. Zeyqəm kafeyə “Vaz 2106” markalı avtomobillə gəlmişdir, Natiq isə “Vaz 21154” markalı avtomobillə gəlmişdir. Murad Natiqin idarə etdiyi avtomobilə oturmuş, o, isə Zeyqəmin avtomobilinə oturmuşdur. Onlar kafedən hərəkətə başlamış, Natiq avtomobili təhlükəli idarə edirdi. Zeyqəm onu aparıb Mirzəmmədkənd kəndinə düşürtmüş, onların yaşadığı kəndlər bir-birinə çox yaxındır. Zeyqəm onu düşürtdükdən sonra yaşadıqları Qımılqışlaq kəndi istiqamətində getmişlər. 2-3 dəqiqə sonra Qımılqışlaq kəndi tərəfdən möhkəm gurultu səsi eşitmişdir, səsi toqquşma səsinə bənzətmişdir. O, buna görə yaşadığı evdən çıxıb qaça-qaça Qimılqışlaq kəndi tərəfə gəlmişdir və görmüşdür ki, Natiq Qımılqışlaq kənd orta məktəbinin yanında qəza törətmişdir. O, yaşadığı evlə həmin hadisə yeri arasında təxminən 2 km məsafə vardır. O, məktəbin yanına çatıb Natiqin avtomobilinə yaxınlaşmışdır. Natiq özü yaxşı olsa da, Murad ciddi xəsarət almışdır, həmin vaxt oraya xeyli sakinlər yığışmışdır. Onlar Muradı birtəhər Zeyqəmin avtomobilinə mindirib Xaçmaz RMX-yə aparmışlar. Əlavə olaraq qeyd etmişdir ki, O, və Zeyqəm hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. - Xaçmaz rayon, Qımılqışalq kəndində yaşayan Zərərçəkmiş şəxs tərəfindən Xaçmaz RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Ərizə”dən (cild 01, vərəq 03) müəyyən edilir ki, 2023-cü ilin fevral ayının 18-də Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21015 markalı avtomobilin aşması nəticəsində müxtəlif bədən xəsarətləri almış, lakin Təqsirləndirilən şəxs onun xəbəri olmadan hadisə barədə polisə məlumat verməmiş və indiyə kimi onun müalicə xərclərini ödəməmişdir. - Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən (cild 01, vərəq 09) müəyyən edilir ki, AE 611466 seriyalı, BC kategoriyalı sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək etibarlıdır. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli protokoldan, hadisənin sxemindən və fotoşəkillərdən (cild 01, vərəq 18-24) müəyyən edilir ki, avtomobil Xaçmaz rayonu, Qımılqışlaq-Mirzəmmədkənd kənd yolu istiqamətində hərəkətdə olmuşdur. Avtomobil məktəblə üzbəüz divara, həyətyanə sahənin hasarına dəyərək dayanmışdır. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in X8 Kartından “Çıxarış”dan (EPİKRİZ) № 2176 (cild 01, vərəq 26) müəyyən edilir ki, müayinə nəticəsində periferik sinir - əzələ sisteminə aid patoloji elektrofizioloji göstəricilər aşkarlanmadı. Əldə olunan göstəricilər mərkəzi sinir sisteminin patologiyası lehinə dəyərləndirilə bilər. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in X8 Kartından “Çıxarış”dan (EPİKRİZ) №407 və Ambulator Kitabçadan (xəstəlik tarixindən) “Çıxarış”dan (cild 01, vərəq 28) müəyyən edilir ki, bel lordozu hamarlaşıb. L3-4 fəqərələrin kompression qəlpəli və sağ yan çıxıntılarının yerdəyişməli sınıqları izlənilir. L1, 2-L5, S1 fəqərələrdə metal fiksator və L3-4 fəqərələrin arxa elementlərinin postoperasion dəyişiklikləri qeyd edilir. Fəqərə arası məsafələr dəyişilməyib. Fəqərə arası disklərdə patoloji dəyişiklik izlənilmir. Onurğa kanalının bel nahiyəsinin diametri norma daxilindədir, daralma qeyd edilmir. Fəqərə arası oynaqlar dəyişilməyib. Müayinə sahəsinə daxil olan sümüklərdə destruktiv və ya litik dəyişikliklər qeyd edilmir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 36) müəyyən edilir ki, həmin tarixdə, saat 04:06 radələrində Xaçmaz RMX-dan tibb bacısı Cavadova RPŞ-nin Növbətçi hissəsinə telefonla zəng edərək, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yaşayan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Sol göz yuvasının ətrafının əzilmiş cırılmış yarası sağ bud çanaq nahiyəsinin əzilməsi alkoqol sərxoşluğu” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 35) müəyyən edilir ki, araşdırma zamanı izahatı alınmış X6 övladının qeyd olunan xəsarəti kənddə öz ehtiyatsızlığından idarə etdiyi motoblokla kanala düşməsi nəticəsində aldığını, bununla bağlı xəstəxanaya müraciət etdiyini, xəsarət alması ilə əlaqədar heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞin 655 nömrəli ekspert rəyindən (cild 01, vərəq 39) müəyyən edilir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticələrə gəlinir: Onun bədəni üzərində aşkar edilmiş xəsarət – aşağı ətrafların paraparezi ilə müşaiyyət olunmuş, 3-cü və 4-cü bel fəqərələrinin kompression sınıqları bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunan vəziyyət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olmuş sağlamlığa AĞİR zərər vurmaya aiddir. - xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 48) müəyyən edilir ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. - xx.xx.2025-ci il tarixli Xaçmaz RPŞ-nin məktubundan (cild 01, vərəq 65) müəyyən edilir ki, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs adına yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalarla bağlı heç bir inzibati xəta protokolu tərtib edilməmişdir. Sərxoşluq vəziyyətinin yoxlanması barədə aktlar DYPB-nin X3 işlənmir. Təqsirləndirilən şəxs sürücülük hüququ 2023-cü ilin fevral ayında qüvvədə olmuş, VAZ 21154 markalı, **- TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, həmin nəqliyyat vasitəsi sorğulanan tarixdə Təqsirləndirilən şəxs adına olmuşdur. - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 69) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 8/156 nömrəli ekspert rəyindən (cild 01, vərəq 75) müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21015 markalı, **- TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 77) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - 25.02 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 83) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 104-106) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 118) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxs məxsus hərbi biletin əsli ilə təsdiq olunmuş surətindən (cild 01, vərəq 13) müəyyən edilir ki, hərbi xidmətə məhdud yararsız hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 119) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsindən əvvəl spirtli içki qəbul etməsi və nəticədə qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasına dair heç bir mötəbər dəlil olmaması təqsirləndirilən şəxsin hadisə zamanı sərxoş vəziyyətdə olmaması kimi qiymətləndirilməsi nəzərə alınmış, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi avtomobilin markasının (modelinin) “Vaz 21154” markalı olması nəzərə alınmışdır. - Məhkəmə prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edən Müdafiəçi1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş 12000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Zərərçəkmiş şəxs tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar çəkilmiş xərclərlə əlaqədar ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirsə də, cinayət işinin materiallarına bu faktı təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə istintaqı zamanı 2 nəfər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəni dəyişərək təqsirləndilən şəxslə birlikdə spirtli içki qəbul etdikləri barədə veridiyi ifadə isə digər sübutlarla təsdiq edilmədiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə olan halda, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin əlamətlərinin olması istisna edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-ci bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələiyaşayış məntəqələri daxilində —saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə isə ümumi əmək qabiliyyətinin 10%-dən 33%-əqədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsifedilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Qımılqışlaq kəndi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkətdə olan zaman idarəetməni itirib yoldan çıxaraq avtomobili yolun sol tərəfində olan daş hasara çırpmış və nəticədə həmin avtomobildə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs aşağı ətrafların paraparezi ilə müşayiət olunmuş 3-cü və 4-cü bel fəqərələrinin kompression sınıqları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər almasına səbəb olmuş, bununla da o, avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozmaqla" ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar təqsirləndirilən şəxs tərəfindən ona 1010 manat məbləğdə pul ödənildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməsi üçün müəyyən səylər göstərməsini,cinayət nəticəsində dəymiş ziyandan müəyyən məbləğdə ödənişlər etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, yəni zərərçəkən şəxsə vurduğu ziyandan müəyyən ödənişlər etməsi halını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edən Müdafiəçi1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına dəymiş 12000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir İş üzrə mülki iddia qismən təmin edilməlidir. Belə ki, zərəçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi tərəfindən 12000 manat məbləğdə mülki iddia verilsə də, məhkəməyə sübut qismində yalnız19 ədəd ödəniş qəbzi və Zərərçəkmiş şəxs oğunun adına kreditinin verilməsi barədə sənəd təqdim edilmiş, məhkəmə tərəfindən həmin qəbzlər üzrə ödənişlərin təyinatını müəyyən etmək mümkün olmuş lakin, zərərçəkmiş şəxsə verilmiş kreditin istehlak krediti olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin sağlamlığına dəyən ziyanla bağlı 19 ədəd ödəniş qəbzi üzrə ümumilkdə 2130,07 manat məbləğdə xərc çəkildiyi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən ona 1010 manat məbləğdə pul ödənildiyini etiraf etməsi nəzərə alınaraq, 1120,07 (min yüz iyirmi manat sıfır yeddi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü madəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, X6 tərəfindən iddia ərizəsinin verilməsinə görə ümumilikdə 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3-cü bəndinə görə iddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda (12000) ödəniləcək dövlət rüsumunun məbləği 127 manat təşkil edir. Dövlət rüsumu haqqında Qanunun 8.1.1-ci bəndinə əsasəniddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu təşkil edir. Yuxarıda qeyd edilən normaların tələbinə uyğun olaraq iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 127 manat puldan 30 manat məbləğ mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFTBİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət işi üzrə sağlamlığa vurulmuş ziyana görə 1120,07 (min yüz iyirmi manat sıfır yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 1150,07 manat məbləğdə pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübutun olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-101/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-101/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver