Məhkəmə qərarları › İş №1(067)-102/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-102/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-102/2021 01.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Xaçmaz rayonunun Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Xaçmaz rayonunun Hacıəlibəy kəndində yaşayan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 2926,00 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 01 fevral 2019-cu il tarixli 2(067)-481/2019 nömrəli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 3 (105)383/2019 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, 03 iyun 2020-ci il tarixli inzibati protokol əsasında Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-497/2020 saylı qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 27 noyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə və Xaçmaz rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirərək şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 dekabr 2020-ci il tarixədək 1846,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs sinif yoldaşı və həmkəndlisidi. Zərərçəkmiş şəxs dəfələrlə borc alıb vaxtında qaytarmışdır. Aralarında hər-hansı münaqişə və mübahisə olmamışdır. 17 avqust 2014-cü il tarixdə ailəisində olan problemlərlə bağlı Zərərçəkmiş şəxs 4400 manat pul istəmişir. Zərərçəkmiş şəxs isə Kapital Bankdan kredit götürərək 4400 manat borc vermişdir. Hər ay bankdan kredtini ödəməyi öhdəsinə götürmüş və bununla bağlı notarial qaydada ərizə vermişdir. Hər ay banka 99 manat kredit ödəyirdi. Sonradan hərdən geçikməoləri olurdu, ancaq keçikmə olsa belə pulu ödəyirdi. Banka 1926 manat kredit borcu qalmışdı. Kredit borcundan əlavə Zərərçəkmiş şəxs 1000 manat borcu var idi. Bundan sonra Zərərçəkmiş şəxs Məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2019-cu il tarixli qətnaməsinə əsasən 2926 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün məhkəmə icra və probasiya şöbəsinə göndərilmiş orada o, borcu ödəməy söz versədə ödəyə bilməmişdir. Bununla əlaqədar, Xaçmaz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmiş, Zərərçəkmiş şəxs qeyd olunan qərardan şikayət verdiyi üçün Apellyasiya mhkəməsinin 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Eyni hal 2020-ci ildə təkrar olunmuşdur. Buna baxmayaraq, yenə də təyin olunmuş borcu ödəməmişdir. Məhkəmənin gedişatı zamanı o, Habir Mirzəquliyevə borclu olduğu pulu tam olaraq ödədiyini bildirərək onunla barışmasını zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, 17 avqust 2014-cü il tarixdə Təqsirləndirilən şəxs qızının xəstə olduğunu, cərrahiyyə əməliyyata ehtiyac oldunu bildirərək borca pul istəmişdir. Təqaüdünü Kapital bankdan aldığı üçün bankdan 4400,00 manat məbləğində pulu 36 ay müddətinə kredit götürərək özü xəstə olduğu halda Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə hər ay bankın kreditini ödəməyi öhdəsinə götürmüş və bununla bağlı notarial qaydada ərizə vermişdir. Təqsirləndirilən şəxs 1 ilə yaxın bankın kreditini ödəsə də, daha sonra heç bir ödəniş etməmiş, 29.02.2016 və 26.12.2016-cı il tarixlərdə kredit restrukturizasiya olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yenidən krediti ödəyə bilməmiş və bunun nəticəsində təqaüd kartından hər ay kredit tutulmuşur. 22 noyabr 2018-ci il tarixdə kredit tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcu qaytarmasını təklif etsə də, hər dəfə müxtəlif bahanələrlə banka ödədiyi pulları ödəməkdən boyun qaçırmışdır.Bnunla bağlı o, məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 2926 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu ödənilməli olsa da, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməni icra etmirdi. 2019-cu ildə Təqsirləndirilən şəxs borclu olduğu pulu ödəmədiyinə görə Xaçmaz rayon məhkəməsinin qərarı ilə 500 manat inzibati cərimə edilmiş, o, bu qərarla razı olmadığı üçün Apelyasiya şikayəti vermiş və qərar dəyişdirilərək 10 sutka müddətinə inzibati həbsə alınmışdır. Eyni hal 2020-ci ildə təkrar olunmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenə də borcu ödəməkdən yayınmışdır. Məhkəmə gedişatı zamanı təqsirləndirilən şəxs ona borclu olduğu pulu tam olaraq ödədiyi üçün ondan heç bir şikayəti və tələbi olmadığını və həmçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 2926,00 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 01 fevral 2019-cu il tarixli 2(067)-481/2019 nömrəli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 3 (105)383/2019 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, 03 iyun 2020-ci il tarixli inzibati protokol əsasında Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-497/2020 saylı qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 27 noyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə və Xaçmaz rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirərək şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 dekabr 2020-ci il tarixədək 1846,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar 01.03.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2019 saylı 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 2926,41 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 29.04.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 09 fevral 2018-ci il tarixdə Xaçmaz rayon Məhkəmə İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 20 iyul 2019-cu il tarixli, 3(067)-388/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2019 saylı 01 fevral 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə, Xaçmaz rayon məhkəməsinin 20 iyul 2019-cu il tarixli, 3(067)-388/2019 saylı inzibati xəta haqqında qərar ləğv edilərək ona, 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş 8(067)-124/2019 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(067)-497/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2019 saylı 01 fevral 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2020-ci il il tarixli qərarı ilə, Xaçmaz rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(067)-481/2020 saylı inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşimançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət işi üzrə tələb olunan borcu tam olaraq ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-481/2019 saylı 01 fevral 2019-cu il tarixli qətnaməsini tam icra etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar