Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-102/2023 01.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs4, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs9 sosial yardım düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə, o cümlədən 15 iyun 2019-cu il tarixdə, saat 14 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs9 bilavasitə şəxsən 550 manat, habelə 19 iyun 2019-cu il tarixdə saat 18 radələrində Xaçmaz rayonu Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə onun təqdim etdiyi kart hesabına 30 manat məbləğində pul köçürtdürməklə Zərərçəkmiş şəxs9 ümumilikdə 580 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs3 qohumu Şahid11 üçün sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında yerləşən çayxanada 700 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə Xaçmaz rayonu Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə onun təqdim etdiyi hesaba 150 manat məbləğində pul köçürtdürməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 850 manat məbləğində pul vəsaitini alıb aldadaraq təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs4 xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib aldadaraq 14 yanvar 2020-ci il tarixdə, saat 11 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evdə zərərçəkmiş şəxsdən 2400 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs5 sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən «Lukoıl» yanacaqdoldurma məntəqəsinin qarşısında 200 manat, 07 mart 2020-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının qarşısında 600 manat, 25 aprel 2020-ci il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən «Nicat» marketin qarşısında atası Şahid2 vasitəsi ilə 600 manat, 05 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında qohumu Şahid9 vasitəsi ilə 100 manat və 21 iyul 2021-ci il tarixdə, saat 19:22-də Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «Milli Ön» elektron ödəmə sistemi vasitəsi ilə tanışı Şahid7 adına olan 4****5560 nömrəli kartın ******************** hesab nömrəsinə 250 manat köçürtdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1750 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs7 sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 04 mart 2020-ci il tarixdə, saat 13 radələrində sonuncunun yaşadığı Xaçmaz rayonu, Sayad kəndində yerləşən ərzaq mağazasının qarşısında 300 manat, habelə 14 mart 2020-ci il tarixdə, saat 19 radələrində qeyd olunan ünvanda 500 manat olmaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 800 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs8 xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib aldadaraq 15 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Kabel» evinin qarşısında 1000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs6 sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 02 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarındakı avtobus dayanacağının qarşısında 550 manat, habelə 11 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında 300 manat olmaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 850 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 onun bacısı Şahid1 Xaçmaz Mərkəzi Rayon X7 Şəxsə adminstrator (inzibatçı) vəzifəsinə düzəldəcəyinə dair vəd verib aldadaraq, 09 iyun 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında yerləşən çayxanada 1300 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs1 xəstə qardaşı X2 əlillik təqaüdünü bərpa etdirəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2022-ci il tarixdə, saat 19 radələrində sonuncunun yaşadığı Xaçmaz rayonu, Nabran kəndi 28 May küçəsində yerləşən evin həyətində 1000 manat, habelə 18 iyun 2022-ci il tarixdə, saat 17 radələrində həmin ünvanda 1000 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs10 onu Xaçmaz Mərkəzi Rayon X7 Şəxsə sığorta işçisi kimi işə qəbul etdirəcəyinə dair vəd verib aldadaraq 26 avqust 2022-ci il tarixdə, saat 11 radələrində ünvan 3 ünvanında yerləşən Xaçmaz Mərkəzi Rayon X7 Şəxsin həyətində 800 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxslərdən işə, təqaüd, sosial yardım düzəltmək adı ilə pul vəsaitləri almışdır. Lakin o, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs5 münasibətdə həmin iki nəfər zərərçəkmişdən ittihamda qeyd olunduğu məbləğlərdə deyil, həmin məbləğlərdən az pul vəsaiti almışdır. İş üzrə digər zərərçəkmiş şəxslərdən isə ittihamda qeyd olunduğu məbləğlərdə pul vəsaitlərini almışdır. Belə ki, o, Zərərçəkmiş şəxs9 bir dəfə 300 və ya 350 manat olmaqla əlbəəl almış, sonra isə 30 manat da zərərçəkmiş şəxs onun kartına köçürmüşdür. Yəni o, Zərərçəkmiş şəxs9 ümumilikdə 850 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs5 1750 manat deyil, bir dəfə 600 manat, sonra isə 250 manat olmaqla cəmi 850 manat pul almışdır. O, iş üzrə zərərçəkmiş şəxslərdən aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs9 ümumilikdə 580 manat, Zərərçəkmiş şəxs5 isə 1750 manat göstərilməsindən onun məlumatı olmamış, o, ifadəsini oxumadan imzalamışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs8 vurduğu 1000 manat ziyanı ödəmiş, həmin zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 vurduğu ziyanın bir qismini ödəmiş, həmin zərərçəkmiş şəxslə ziyanın qalan məbləğini ödəyəcəyi barədə danışmış, Zərərçəkmiş şəxs7 ilə də sonuncuya vurduğu ziyanı ödəyəcəyi barədə danışmışlar. Əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxslər tərəfindən ona ödəmə terminalı vasitəsilə göndərilən pulları o, həmin vaxtlarda qeyr-rəsmi olaraq birlikdə yaşadığı Şahid7 məxsus aliment kartına qəbul etmiş, o, həmin pulu çıxararaq öz ehtiyacları üçün xərcləmişdir. Onun müddətin keçməsi ilə bağlı barəsində olan cinayət işinin ilk 6 epizodu üzrə cinayət təqibinə xitam verilməsinə etirazı olmamışdır. O, xahiş edir ki, ona elə cəza təyin edilsin ki, o, zərərçəkmiş şəxslərdən aldığı pulları qaytara bilsin. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 6 ünvanında ailə üzivləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır. Xaçmaz rayonu Çinartala kəndində yaşayan Zərərçəkmiş şəxs9, Xaçmaz rayonu Tikan-oba kəndində yaşayan Zərərçəkmiş şəxs3, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs4, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Zərərçəkmiş şəxs5, Xaçmaz rayonu Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs7, Xaçmaz rayonu Qıraqlı kəndində yaşayan Zərərçəkmiş şəxs8, Xaçmaz rayonu Armudpadar kəndində yaşayan Zərərçəkmiş şəxs6, Xaçmaz şəhəri Ş.Qurbanov küçəsi ev 56 ünvanında yaşayan Zərərçəkmiş şəxs2, Xaçmaz rayonu Nabran kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 68A ünvanında yaşayan Zərərçəkmiş şəxs10 tanıyır. Adları çəkilən şəxslərlə əvvəllər münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust aymadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda adları çəkilən şəxslərdən sosial yardım, işə düzəltmək və təqaüdə çıxartmaq adı ilə müxtəlif məbləğlərdə pul almış, lakin sonradan onlar üçün heç bir iş görə bilməmiş və aldığı pulları öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Belə ki, 15 iyun 2019-cu il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında Xaçmaz rayonu Çinartala kəndində yaşayan Zərərçəkmiş şəxs9 ona yaxınlaşmış və söhbət əsnasında sosial yardım düzəltməkdə ona köməklik göstərməsini xahiş etmişdir. O, ona sosial yardım düzəldəcəyinə söz vermiş və bu iş üçün 550 manat məbləğində pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs9 etiraz etməmiş və elə həmin gün görüşdükləri yerdə ona 550 manat məbləğində pul vermişdir. O, həmin pulu və sənədlərinin surətlərini Sakitdən alaraq ondan ayrılmış, bundan bir neçə gün sonra Sakitə zəng edərək ona narahat olmamasını və yaxın vaxtlarda sosial yardımla bağlı kartının hazır olacağını demişdir. Telefon danışığı zamanı tanışı Şahid7 adına olmaqla istifadəsində olan kartın hesab nömrəsini Sakitə vermiş və həmin hesaba 30 manat məbləğində pul köçürməsini xahiş etmişdir. Sakit etiraz etməmiş və elə həmin gün ona verdiyi hesaba ödəmə terminalı vasitəsi ilə 30 manat məbləğində pul köçürtmüşdür. Lakin o, Zərərçəkmiş şəxs9 işlərini düzüb-qoşa və onun üçün sosial yardım düzəldə bilməmiş, sonradan Zərərçəkmiş şəxs9 bununla bağlı dəfələrlə ona zəng edərək pulunu qaytarmasını tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs9 aldığı 580 manat məbləğində pulu ehtiyaclarına xərclədiyindən həmin puldan yalnız 50 manatını qaytara bilmiş və qalan 530 manat pulu hissə-hissə qaytaracağına söz vermişdir. Lakin Sakit ona inanmamış və barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısındakı çayxanada Xaçmaz rayonu Tikan-oba kənd sakini Zərərçəkmiş şəxs3 ona yaxınlaşmış və qohumu Şahid11 üçün sosial yardım düzəltdirmək istədiyini demişdir. Söhbət əsnasında Azada qohumu üçün sösial yardım düzəldəcəyinə söz vermiş və bu iş üçün ilkin olaraq 700 manat, sonradan isə əlavə olaraq 150 manat olmaqla ümumilikdə 850 manat məbləğində pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs3 etiraz etməyib onun dediyi qiymətlə razılaşaraq elə həmin gün görüşdükləri çayxanada qohumu Ayaz Ağayev adlı şəxsin yanında ona 700 manat məbləğində pul vermiş və qalan 150 manatı sonra çatdıracağını bildirmişdir. Həmin pulu və Şahid11 sənədlərinin surətlərini Zərərçəkmiş şəxs3 almış və onun işini 20 gün ərzində həll edəcəyini deyərək onlardan ayrılmışdır. Bundan bir neçə gün sonra Azada zəng edib qalan 150 manatı istəmiş, Azad Xaçmaz şəhərinə gələ bilmədiyini deyəndə ona istifadəsində olan kartın nömrəsini vermiş və pulu həmin hesaba köçürməsini demişdir. Azad etiraz etməmiş və elə həmin gün ödəmə terminalı vasitəsi ilə ona 150 manat pul köçürtmüşdür. Lakin həmin ərəfələrdə işləri düz gətirmədiyindən Zərərçəkmiş şəxs3 qohumu üçün sosial yardım düzəldə bilməmiş və bundan sonra Azavd ondan pulunu qaytarmasını tələb etməyə başlamışdır. Lakin Azadın verdiyi 850 manat məbləğində pulu öz ehtiyaclarına xərcləməklə istifadə etdiyindən onun pulunu qaytara bilməmiş və buna görə də o, onun barəsində Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa 2020-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 onu yaşadığı ünvan 12 ünvanında yerləşən evə dəvət etmiş, söhbət əsnasında o, xəstə olduğunu və əlilliklə bağlı təqaüdə çıxmaq istədiyini, lakin xəstə olduğuna görə çox gəzə bilmədiyini demiş və əgər imkan varsa bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, bu işlə maraqlanacağını və bundan sonra ona bir söz deyəcəyini deyib ondan ayrılmışdır. 14 yanvar 2020-ci il tarixdə saat 11 radələrində yenidən Zərərçəkmiş şəxs4 yaşadığı evə getmiş, söhbət əsnasında İsmətə yalandan onun işinə görə guya kiminləsə danışdığım və bu iş üçün 4000 manat məbləğində pul lazım olacağını demişdir. İsmət etiraz etməyib onun dediyi qiymətlə razılaşaraq elə həmin gün yaşadığı evdə ona 2400 manat məbləğində pul vermiş yə pulun qalan hissəsini işi düzələndən sonra çatdıracağını bildirmişdir. Pulu və sənədlərinin surətlərini İsmətdən götürüb çıxıb getmiş, lakin onun üçün heç bir iş görə bilməmiş və aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs4 bununla bağlı onunla əlaqə saxlayıb maraqlananda ona hər həfə bir bəhanə gətirməklə vaxtı uzatmış və pul tapıb onun pulunu qaytaracağını fikirləşmişdir. Sonuncu dəfə 2022-ci ilin fevral ayında Xaçmaz şəhərində ismətlə görüşəndə ona evlərini satdıqlarını demiş və bir-iki günə pulunu qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq onun pulunu qaytara bilməmiş və buna görə də o, onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizə vermişdir. Bundan başqa 15 fevral 2020-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Zərərçəkmiş şəxs5 ona zəng edərək görüşmək istədiyini demiş və əgər imkanı varsa onun yaşadığı Qusarçay kəndinə gedib onunla görüşməsini xahiş etmişdir. O, etiraz etməyib həmin saat 14 radələrində Qusarçay kəndinə gedərək «Lukoıl» yanacaq doldurma məntəqəsinin qarşısında Fuadla görüşmüş, söhbət əsnasında Fuad sosial yardım alması üçün ona köməklik göstərməsini xahiş etmişdir. O, etiraz etməmiş və bu işdə ona köməklik edəcəyinə söz vermiş, lakin ona sosial yardım almaq üçün əvvəlcə onun və arvadının adma iş yerləri açılmalı olduğunu və buna görə 200 manat məbləğində pul lazım olacağını demişdir. Fuad onun dediyi qiymətlə razılaşmış və elə həmin gün yanacaq doldurma məntəqəsinin qarşısında ona 200 manat məbləğində pul vermişdir. Bundan sonra o, sosial yardım düzəltmək adı ilə Fuaddan 07 mart 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz mərkəzi rayon xəstəxanasının qarşısında 600 manat məbləğində, 25 aprel 2020-ci il tarixdə saat 11 radələrində Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən «Nicat» marketin qarşısında atası Məmməd Mehrəliyevin vasitəsi ilə 600 manat, 05 avqust 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında qohumu Şahid9 vasitəsi ilə 100 manat məbləğində pul alaraq onun sənədlərini hazırlamış və sosial yardım almasına dair kartı ona təqdim etmişdir. Bu minvalla Fuad 2020-ci ilin iyun, iyul və avqust ayları üçün hər ay 300 manat olmaqla ümumilikdə 900 manat məbləğində sosial yardım almış, lakin sonradan yaşayış ünvanı düzgün göstərilmədiyindən ona verilən sosial yardım dayandırılmışdır. Fuad ona verilən sosial yardımın dayandırıldığını və kartının bağlandığını deyəndə kartın bağlanmalı olmadığını, bu işlə özümün maraqlanacağını və ona bir söz deyəcəyini bildirmişdir. Lakin sonradan ona heç bir köməklik edə bilməmiş və hətta Fuad onunla əlaqə saxlayanda ona da artıq bu işin alınmadığım bildirmişdir. 21 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində, mərkəzi rayon xəstəxanasının qarşısında Fuadla görüşəndə isə ona işinin düzəlməsi üçün əlavə olaraq 300 manat pul lazım olduğunu demişdir. O, üstündə pul olmadığını və evə gedəndən sonra bu barədə onunla danışacağım demiş, sonradan Fuad elə həmin gün saat 19 radələrində onun istifadəsində olan kart hesabına ödəmə terminalı vasitəsi ilə 250 manat məbləğində pul köçürtmüşdür. Sonradan bir neçə dəfə Fuadın işini düzəltməyə cəhd etmiş, lakin onun üçün heç bir iş görə bilməmişdir. Beləliklə, sosial yardım düzəltmək adı ilə Zərərçəkmiş şəxs5 ümumilikdə 1750 manat məbləğində pul alıb onun üçün sosial yardım düzəltməyə kömək etsə də, o, hər ay üçün 300 manat olmaqla cəmi üç ay üçün ümumilikdə 900 manat məbləğində sosial yardım ala bilmiş və bundan sonra ona sosial yardım verilməsi dayandırılmışdır. Fuada ondan aldığı pulları qaytaracağına söz versə də, imkanı olmadığından onun pullarını qaytara bilməmiş və buna görə də o, onun barəsində Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa 2020-ci ilin mart ayının əvvəllərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının inzibati binasının qarşısında olduğu zaman Xaçmaz rayonu Sayad kəndindən olan Zərərçəkmiş şəxs7 ona müraciət etmiş və onun üçün sosial yardım düzəltməsini xahiş etmişdir. O, etiraz etməmiş və 800 manat pul müqabilində onun üçün sosial yardım düzəldəcəyinə söz vermişdir. Bundan sonra bu adla Zərərçəkmiş şəxs7 04 mart 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonu Sayad kəndində yerləşən mağazanın qarşısında 300 manat, bundan on gün sonra isə 500 manat olmaqla iki dəfəyə ümumilikdə 800 manat məbləğində pul və sənədlərinin surətlərini almışdır. Lakin Zərərçəkmiş şəxs7 üçün heç bir iş görə bilməmiş, Zərərçəkmiş şəxs7 sonradan dəfələrlə ona müraciət edib pulunu qaytarmasım tələb etmiş, lakin ondan aldığı 800 manat məbləğində pulu öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmiş və buna görə də Zərərçəkmiş şəxs7 onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi vermişdir. Bundan başqa 2021-ci ilin fevral ayında Xaçmaz rayonu Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs8 ona müraciət edərək böyrək xəstəsi olduğunu və həmin xəstəliyə görə onun üçün təqaüd düzəldə bilib-bilməməsi ilə maraqlanmışdır. Ona həmin xəstəliyi ilə əlaqədar onun üçün əlillik təqaüdü düzəldəcəyinə söz vermiş və bu işin müqabilində ondan 2000 manat məbləğində pul istəmişdir. Elvin dediyi qiymətə etiraz etməmiş, onunla pulun 1000 manatını əvvəlcədən, 1000 manatını isə təqaüd məsələsi həll olunandan sonra verəcəyi barədə danışıb razılaşmışlar. Bundan sonra 15 fevral 2021-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Kabel» evinin qarşısında Zərərçəkmiş şəxs8 ilə görüşmiş, orada Elvin ona 1000 pul və sənədlərinin surətini vermişdir. Pulu və sənədlərinin surətini Elvindən alandan sonra ona təxminən üç ay ərzində işinin həll olunacağını bildirmiş, lakin sonradan Zərərçəkmiş şəxs8 üçün heç bir iş görə bilməmiş və ondan aldığı pulu öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Bu söhbətdən xeyli müddət keçəndən sonra Xaçmaz mərkəzi poçt binasının qarşısında Elvinlə görüşəndə o, ondan verdiyi pulu qaytarmasını tələb etmiş, Elvindən aldığı 1000 manat pulu öz ehtiyaclarına xərclədiyindən vaxtı uzatmaq üçün ona bir neçə həftəyə pulunu qaytaracağına söz vermiş, lakin buna baxmayaraq onun pulunu qaytara bilməmiş və buna görə də o, onun barəsində Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa 02 aprel 2022-ci il tarixdə Xaçmaz rayonu Armudpadar kəndində yaşayan Zərərçəkmiş şəxs6 ona zəng edərək özü üçün sosial yardım düzəltdirmək, bu məqsədlə onunla görüşüb söhbət etmək istədiyini demiş və onu yaşadığı Armudpadar kəndinə dəvət etmişdir. O, etiraz etməmiş və həmin gün Xaçmaz rayonu Armudpadar kəndinə gedib Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs6la görüşmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs6 sosial yardım almaqda ona köməklik etməsini xahiş etmişdir. O, etiraz etməmiş və 850 manat pul müqabilində onun üçün sosial yardım düzəldə biləcəyini bildirmişdir. Elnur etiraz etməyib dediyi qiymətlə razılaşmış və elə orada ilkin olaraq çıxarıb ona 550 manat məbləğində pul vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs6 Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən natoriat kontorunun qarşısında danışdıqları pulun qalan 300 manatını ona vermiş və beləliklə, o, sosial yardım düzəltmək adı ilə Zərərçəkmiş şəxs6 iki dəfəyə ümumilikdə 850 manat məbləğində pul almışdır. Lakin sonradan Zərərçəkmiş şəxs6 üçün sosial yardım düzəldə bilməmiş və ondan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs6 sonradan dəfələrlə ona zəng edərək ya işini düzəltməsini, ya da pulunu qaytarmasını tələb etməyə başlamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa çalışmış, lakin onun pulunu qaytara bilməmiş və sonradan o, bununla bağlı onun barəsində Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa 08 iyun 2022-ci il tarixdə Xaçmaz şəhər mərkəzi poçt binasının qarşısında olduğu zaman Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 ona yaxınlaşmış, söhbət zamanı bacısı Şahid1 üçün iş axtardığını demiş və əgər imkandırsa bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Həmin ərəfədə Xaçmaz mərkəzi rayon xəstəxanasında yeni iş yerlərinin olacağını eşitdiyindən Elmanın bacısı Şahid1nm sənədlərini toplayıb xəstəxanaya təqdim etməyi və ola bilsin ki, onun özünün işə qəbul oluna biləcəyini fikirləşmişdir. Buna görə də Elmana onun bacısı Aynuru xəstəxanaya adminstrator kimi işə qəbul etdirəcəyinə söz vermiş və bu işə görə 1300 manat məbləğində pul lazım olacağını demişdir. Elman etiraz etməmiş və onun dediyi qiymətlə razılaşmışdır. Bundan sonra 09 iyun 2022-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən mərkəzi poçt binasının qarşısındakı çayxanada yenidən Elmanla görüşmüş və orada Elman ona 1300 manat məbləğində pul vermişdir. Lakin sonradan Elmanın bacısı Şahid1nm işə düzəldilməsi ilə bağlı heç bir iş görə bilməmiş, işə düzəltmək adı ilə Elmandan aldığı 1300 manatı öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmiş və buna görə də o, onun barəsində Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa 2022-ci ilin iyun ayında Xaçmaz rayonu Nabran kəndində yaşayan X3 onu yaşadığı evə dəvət etmiş, söhbət əsnasında ona qardaşı X2 real olaraq xəstə olduğundan səkkiz il əlilliyə görə təqaüd aldığını, hazırda onun təqaüdünün dayandırıldığını və həmin əlilliyə görə təqaüdü yenidən bərpa etdirmək istədiyini demişdir. Tehrana qardaşı Elman Şahmuradovun əlillik təqaüdünü bərpa etdirməyin mümkün olduğunu və bu məsələnin həlli üçün 3000 manat məbləğində pul lazım olacağını demişdir. Tehran etiraz etməyib onunla razılaşmış, bundan sonra 10 iyun 2022- ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 onu yaşadığı Xaçmaz rayonu Nabran kəndində yerləşən evin həyətinə dəvət edərək atası Şahid8 iştirakı ilə ona qardaşı Elman Şahmuradovun xəstəliyinə dair sənədlərin surətini və ilkin olaraq 1000 manat məbləğində pul vermişdir. Bundan sonra 18 iyun 2022-ci il tarixdə saat 17 radələrində Tehran Laçınov yaşadığı evin həyətində qardaşı Elman Şahmuradovun təqaüd məsələsini həll etmək üçün ikinci dəfə ona daha 1000 manat məbləğində pul vermiş və beləliklə, o, Zərərçəkmiş şəxs1 onun qardaşı Elman Laçınovun əlillik təqaüdünü bərpa etdirmək adı ilə iki dəfəyə ümumilikdə 2000 manat məbləğində pul almışdır. Lakin buna baxmayaraq onun üçün heç bir iş görə bilməmiş və ondan aldığı pulu öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Buna görə də sonradan Tehran Laçmov onun barəsində Xaçmaz RPŞ-nə və Xaçmaz rayon prokurorluğuna şikayət ərizələri vermişdir. Bundan başqa 26 avqust 2022-ci il tarixdə Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs10 ona müraciət edib iş axtardığını və əgər imkan varsa onun üçün iş tapmasını xahiş etmişdir. Həmin ərəfədə Xaçmaz mərkəzi rayon xəstəxanasında yeni iş yerlərinin olacağını eşitdiyindən Zərərçəkmiş şəxs10nm sənədlərini toplayıb xəstəxanaya təqdim etməyi və ola bilsin ki, onun özünün işə qəbul oluna biləcəyini fikirləşmişdir. Buna görə də Gülnara onu xəstəxanaya sığorta işçisi kimi işə qəbul etdirəcəyinə söz vermiş və bu işə görə 1500 manat məbləğində pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs10 etiraz etməyib onunla razılaşmış və elə həmin gün təxminən saat 11 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz MRX-nın həyətində atası Şahid4 yanında ona 800 manat məbləğində pul vermiş, qalan 700 manatı isə işə düzələndən sonra verəcəyini demişdir. O, etiraz etməyib 800 manat pulu, şəxsiyyət vəsiqəsinin, diplomunun, kompyuter bacarığı sertifikatının surətlərini və yaşayış yerindən arayışı Zərərçəkmiş şəxs10 götürüb yaxın müddət ərzində işə düzələcəyini deyərək ondan ayrılmışdır. Lakin Zərərçəkmiş şəxs10nm işə qəbul məsələsini həll edə bilməmiş və ondan aldığı 800 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs10 sonradan dəfələrlə onunla «WhatsApp» vasitəsi ilə yazışaraq ya onun işə düzəlmə məsələsini həll etməsini, ya da pulunu qaytarmasını tələb etməyə başlamışdır. Ona hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa çalışsa da, imkanı olmadığından onun pulunu qaytara bilməmiş və bundan sonra o, onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi vermişdir. O, həmçinin göstərmişdir ki, adları çəkilən şəxslərin nə işə qəbul, nə sosial yardım, nə də ki, təqaüdə çıxartma məsələləri ilə bağlı əvvəlcədən heç kimlə danışmamıış və bu barədə heç kimlə heç bir razılaşması olmamış, adları çəkilən şəxslərə qiymətləri də təxmini olaraq demiş və ümumiyyətlə əldə etdiyi pullardan heç kimə heç nə verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər onun üçün sosial yardım düzəltdiyinə görə həmin vaxtlardan onu tanımış və aralarında yaxşı münasibət yaranmışdır. Buna görə də 15 iyun 2019-cu ildə, saat 14 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında Adillə görüşmüş və yenidən onun üçün sosial yardım düzəltməsini xahiş etmişdir. Adil etiraz etməyib razılıq vermiş və bu işə görə ondan 550 manat məbləğində pul istəmişdir. O, Adillə razılaşmış və elə həmin gün orada 550 manat pul çıxarıb ona vermişdir. Bundan sonra 19 iyun 2019-cu il tarixdə Adil ona zəng edərək sosial yardımla bağlı kartının yaxın vaxtlarda hazır olacağını demiş, sonra isə hesab nömrəsi verərək həmin nömrəyə 30 manat məbləğində pul köçürməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün təxminən saat 18 radələrində Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «Milli Ön» ödəmə terminalı vasitəsilə Adilin verdiyi hesaba 30 manat pul köçürmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq onun sosial yardım almaq məsələsi düzəlmədiyindən, həm də ona sosial yardım düşməməsi ilə bağlı SMS gəldiyindən Adillə telefon əlaqəsi saxlamış və verdiyi pulu qaytarmasını tələb etməyə başlamışdır. Lakin Adil ona narahat olmamasını və çalışıb onun üçün sosial yardım düzəldəcəyini, əgər alınmasa, pulunu qaytaracağını demişdir. Sonradan Adil işi düzüb-qoşa bilmədiyindən verdiyi puldan 50 manatını qaytarmış, qalan pulu isə hissə-hissə qaytaracağına söz versə də, onu tapa bilməmiş və buna görə də Adilin barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsdən vurduğu ziyanı ödəməsəni tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısındakı çayxanada görüb tanımış, Adilin ayrı-ayrı şəxslər üçün sosial yardım düzəltdiyini bilmiş və buna görə də sonuncuya müraciət edərək bacısının əri Şahid11 üçün sosial yardım düzəltməsini təklif etmişdir. Adil etiraz etməyib ondan bu iş üçün ilkin olaraq 700 manat pul istəmiş və sonradan isə əlavə olaraq 150 manat pul verəcəyini demişdir. O, Adillə razılaşmış, borc alıb özü ilə götürdüyü özünə məxsus pulundan 700 manatını, həmçinin kürəkəni Şahid11 məxsus sənədlərin surətlərini Adilə vermiş və həmin vaxt kürəkəni Seyidəhmədin qardaşı Ayaz Ağayev də yanlarında olmuşdur. Adil ona təxminən 20 gün müddətində işi həll edəcəyini demiş və onlardan ayrılmışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək 150 manat pul istəmiş və həmin pulu komissiya üçün istədiyini bildirmişdir. Həmin vaxt Xaçmaz şəhərinə gələ bilmədiyindən Xaçmaz rayonu Qusarçay kəndində olan «Mili Ön» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi hesab nömrəsinə 150 manat pul köçürtmüşdür. Bundan bir neçə gün sonra Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən mərkəzi rayon xəstəxanasının qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və sonuncudan kartı nə vaxt verəcəyini soruşmuşdur. Adil ona komissiya tərəfindən imtina verildiyini və ona görə də sənədləri yenidən düzəltməyə başlayacağını demişdir. O, Adilin danışığından şübhələndiyinə görə verdiyi pulu qaytarmasını tələb etməyə başlamış, Adil ona bir-iki günə pulunu qaytaracağına söz versə də, sonradan hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatmış və pulunu verməkdən yayınmışdır. Buna görə də o, 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam olaraq ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında oğlu Şahid6 vasitəsi ilə tanımış, Adilin ayrı-ayrı şəxslər üçün sosial yardım düzəltdiyini bilmiş, hətta bir neçə nəfərə sosial yardım almaqda və təqaüdə çıxmaqda köməklik etdiyini eşitmişdir. O özü də xəstəliyi ilə bağlı təqaüd almaq üçün çalışmış, sonradan xəstəliyi ilə əlaqədar çox gəzə bilmədiyindən Təqsirləndirilən şəxs həyətinə çağırtdırmış və vəziyyəti ona danışmışdır. Adil bununla bağlı bir neçə gündən sonra ona bir söz deyəcəyini deyib çıxıb getmiş və 14 yanvar 2020-ci il tarixdə, saat 11 radələrində o, yenidən onun yaşadığı ünvana gələrək onun üçün təqaüd düzəltmək barədə kiminləsə danışdığını və bu işə görə 4000 manat məbləğində pul lazım olduğunu demişdir. O, etiraz etməyİb Adillə razılaşmış və dediyi pulun 2400 manatını elə həmin tarixdə öz həyətində Adilə vermiş və qalan pulu isə işi düzələndən sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs pulu alıb getmiş və bir müddət sonra ona respublika ərazisində «Covid-19» pandemiyası ilə bağlı işlərdə məhdudiyyətlər yarandığını və bu səbəbdən işin gecikdiyini demişdir. Bundan sonra özü bir neçə dəfə Adillə görüşüb işlə bağlı maraqlanmış, lakin Adil ona hər dəfə müxtəlif bəhanələr gətirmiş və onun üçün heç bir iş görməmişdir. Sonuncu dəfə 2022-ci ilin fevral ayında Xaçmaz şəhərində Adillə görüşmüş, söhbət əsnasında Adil ona evini satdığını və bir-iki günə pulunu qaytaracağına söz vermiş, lakin buna baxmayaraq sonradan Adillə əlaqə saxlaya bilməmiş və hətta sonuncunun atası Fərman İsmayılovla görüşüb ona Adilin barəsində polisə şikayət edəcəyini desə də, heç bir nəticəsi olmamışdır. Artıq Adilin onu aldadaraq dələduzluq etdiyini bilmiş və buna görə də 21 sentyabr 2022-ci il tarixdə sonuncunun barəsində Xaçmaz RPŞ-yə şikayət ərizəsi vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, təqsirləndirilənə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərindən tanımışdır. Belə ki, sonuncunu həmkəndlisi Rəşad adlı şəxsin vasitəsilə tanımış və Təqsirləndirilən şəxs şəxslər üçün sosial yardım düzəltdiyini bilmişdir. O, özünə sosial yardım kartı almaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, 15 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Xaçmaz şəhərində Təqsirləndirilən şəxsla Mərkəzi Rayon Xəstəxanasının qarşısında görüşmüş və Adilə özü üçün sosial yardım düzəltməyi təklif etmişdir. Adil etiraz etməyib ondan bu iş üçün ilkin olaraq 600 (altı yüz) manat pul istəmişdir. O, razı olmuş və özünə məxsus 600 manat pulu çıxarıb Adilə vermişdir. Adil ona bir ay müddətində işini həll edəcəyini demişdir. Bir ay keçsə də, Adilin onun sosial yardım almaq üçün işlərini düzəldə bilmədiyini görüb atası Məmməd Mehrəliyevlə birlikdə Xaçmaz şəhərində Xaçmaz MRX-nın qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, Adilə demişdir ki, işi düzəlmirsə pulunu qaytarsın. Təqsirləndirilən şəxs ona narahat olmamağı, yaxın müddətdə işini həll edəcəyini demişdir. Bir neçə gün sonra Adil Qusarçay kəndinə gəlmiş, onunla görüşəndə iş yeri problemi olduğunu, ona görə məsəsini həll edə bilmədiyini demişdir. Onunla arvadı Əminə Mehrəliyevanın adına iş yeri açılması üçün 200 (iki yüz) manat pul lazım olduğunu demişdir. O, 200 manat pulu Təqsirləndirilən şəxs Qusarçay kəndində «Lukoil» YDM-nin qarşısında həmkəndlisi Rüfət adlı şəxsin yanında vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib yenə də 650 manat pul lazım olduğunu demişdir. O bildirmişdir ki, özündə pul yoxdur. Amma sonra atası ilə danışıb borc istəmiş və Adilə demişdir ki, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndinə gedib atası Məmməddən 600 manat pulu götürsün. Bir neçə saat sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 25 aprel 2020-ci il tarixdə, saat 11 radələrində Qımıl- Qışlaq kəndinə gedib «Nicat» marketin qarşısında atası Məmmədlə görüşüb ondan 600 manat pulu götürmüşdür. Bundan bir neçə gün sonra Adil təkrar ona zəng edib 100 (yüz) manat da pul lazım olduğunu demişdir. O, qaynı oğlu Şahid9 100 manat pul verib xahiş etmişdir ki, pulu aparıb Xaçmaz şəhərində Təqsirləndirilən şəxs çatdırsın. Sonra Adillə əlaqə saxlamış və bilmişdir ki, Şirinbala aparıb pulu 05 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Xaçmaz şəhərində, N.Nərimanov küçəsində «Aygün» şadlıq sarayının qarşısında 100 manat pulu Adilə vermişdir. Bir neçə gün sonra Xaçmaz şəhərində, "xxxx"ın qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, Adil ona plastik kartı təqdim etmişdir. Bu minvalla o, 3 ay - iyun, iyul və avqust aylarında sosial yardım almışdır. Lakin 3 ay 306 (üç yüz altı) manat olmaqla yardım pullarını alandan sonra kartı bağlanmışdır. O, Sosial Yardım İdarəsinə müraciət edəndə ona kartının yaşayış ünvanının düz göstərilmədiyi üçün bağlandığı bildirilmişdir. O, Təqsirləndirilən şəxs zəng edib bununla bağlı soruşanda Adil ona demişdir ki, kartı bağlana bilməz. Maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. Sonradan Adillə telefonla əlaqə saxlayıb maraqlanmış, Adil isə artıq işinin alınmadığını demişdir. 2021-ci il iyul ayının 21 də Adillə Xaçmaz şəhərində MRX-nın qarşısında görüşəndə Adil ona demişdir ki, işinin düzəlməsi üçün 300 manat pul lazımdır. O, üstündə pulu olmadığını, evə gedib onunla danışacağını demişdir. O, evə qayıdandan sonra pul axtarmış və baldızı Dürdanə Şahmuradovadan 250 manat pul borc götürmüşdür. Adillə telefon əlaqəsi saxlamış, 250 manat pul tapa bildiyini demişdir. Amma Xaçmaza gəlmək üçün pulu olmadığını bildirmişdir. Adil ona hesab nömrəsi vermiş, o, pulu Qusarçay kəndindən «Rafaello» marketdəki «Milli Ön» terminal vasitəsi ilə Adilin verdiyi hesaba yükləmişdir. Adillə əlaqə saxlayanda Adil pulu aldığını və işi həll edəcəyini bildirmişdir. Lakin kartı açılmamış, Adillə əlaqə saxlayanda Adil işinin alınmadığını, onun pulunu qaytaracağını demişdir. Lakin Adilin onu gündə bir bəhanə ilə aldatdığını başa düşmüş və 18 oktyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin ona vurduğu ziyandan 900 manat ödənilmiş, 850 manat ödənilməmiş ziyan məbləği qalmışdır. O, ödənilməli qalan 850 manatı tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2007-ci ildən Xaçmaz rayonu B.Əhmədov adına Sayad kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində Xaçmaz şəhərində, "xxxx" ASC-nin qarşısında görüb tanımış, onun ayrı-ayrı şəxslər üçün sosial yardım düzəltdiyini eşitdiyi üçün sonuncuya müraciət etmiş və onun üçün də sosial yardım almağa köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu işdə ona köməklik göstərəcəyinə söz vermişdir. Ona görə də 04 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış və imkanı varsa yaşadığı Xaçmaz rayonu, Sayad kəndinə gəlməsini xahiş etmişdir. Adil onunla razılaşmış və həmin tarixdə, təxminən saat 13 radələrində özünə məxsus avtomobillə özü tək Sayad kəndinə gəlmişdir. O, kənd mağazasının qarşısında Adillə sosial yardım düzəltmək barədə danışmış və Adil onun üçün 800 manat pul müqabilində sosial yardım düzəldəcəyinə söz vermişdir. Adillə razılaşandan sonra elə həmin tarixdə yaşadığı Sayad kəndində danışdıqları pulun ilkin olaraq 300 manatını və özünə məxsus sənədlərin surətlərini Adilə vermişdir. Bundan sonra 14 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmiş və qalan 500 manatı da istəmişdir. O, Adilə Xaçmaz şəhərinə gələ bilmədiyini və imkanı varsa özünün kəndə gəlib pulu aparmasını demişdir. Həmin gün təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs özü tək onun yaşadığı Sayad kəndinə gələrək kənd mağazasının qarşısında 500 manat pulu ondan almış və təxminən bir ay müddətində sosial yardım alacağını deyib çıxıb getmişdir. Lakin bir aydan çox müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir xəbər çıxmadığından özü ona zəng etmiş və işin nə yerdə olduğunu soruşmuşdur. Cavabında Adil ona işlərinin düz getmədiyini, əgər ona kömək edə bilməsə pulunu qaytaracağını demiş və bunun üçün ona bir qədər vaxt verməsini xahiş etmişdir. O, etiraz etməmiş və bir neçə ay gözləmiş, lakin buna baxmayaraq Adil nə onun işini düzəltməmiş, nə də ki, pulunu qaytarmamışdır. Ondan bir neçə dəfə pulunu qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmadığı üçün Xaçmaz RPŞ-yə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmiş, o, bu məsələdən artıq yorulduğundan ona vurulmuş ziyan məbləğini tələb etmir, təqsirləndirilən şəxsi bağışlayır və sonuncuya qarşı şikayətçi deyil. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından tanımış və sonuncunun ayrı-ayrı şəxslər üçün sosial yardım almağa köməklik etdiyini eşitmişdir. O özü böyrək xəstəsi olduğundan Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onun üçün təqaüd düzəldə bilib-bilməməsi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs bu işdə ona köməklik edəcəyinə söz vermiş, həmin işə görə onun Adilə 2000 manat məbləğində pul verəcəyi, pulun 1000 manatını əvvəlcədən, 1000 manatını isə iş düzələndən sonra verəcəyi barədə danışıb razılaşmışlar. Bundan sonra 15 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Kabel evi»nin qarşısında Təqsirləndirilən şəxsla görüşüb sonuncuya 1000 manat pul və sənədlərinin surətini vermişdir. Adil pulu və sənədlərin surətini alandan sonra ona təxminən üç ay ərzində, yəni 2021-ci ilin may ayında işinin həll olunacağını bildirmişdir. Bu söhbətdən 3-4 ay keçməsinə baxmayaraq Adildən heç bir xəbər ala bilmədiyi üçün Xaçmaz şəhərinə gələrək Xaçmaz mərkəzi poçt binasının qarşısında Adillə görüşmüş, sonuncudan verdiyi pulu və sənədlərinin surətini qaytarmasını tələb etmişdir. Adil bir neçə həftə ərzində pulunu qaytaracağına söz vermiş, lakin buna baxmayaraq pulunu qaytarmamış və buna görə də Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, sadəcə olaraq, o, xəstə olduğundan, əməliyyat olunduğundan, təqsirləndirilənin barəsində olan hazırkı işlə bağlı proseslərdə iştirak etmək istəmədiyindən təqsirləndirilən şəxsdən vurduğu ziyanı tələb etmir, təqsirləndirilənə qarşı şikayətçi deyil. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının axırlarından özünün dayısı oğlu Şahid3 vasitəsilə tanımış, Adilin müəyyən şəxslər üçün sosial yardım düzəltdiyini və digər işlərlə bağlı köməkliklər etdiyini eşitmişdir. O, 02 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxsla zəngləşib Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndindən keçən hissəsində, yolun kənarında yerləşən avtobus dayanacağının qarşısında onunla görüşmüş və söhbət əsnasında ona sosial yardım almaqda köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və bu iş üçün ondan 850 manat pul alacağını demişdir. O, etiraz etməmiş və elə həmin gün orada ilkin olaraq Təqsirləndirilən şəxs 550 manat məbləğində pul vermişdir. Bundan sonra 11 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən natoriat kontorunun qarşısında Təqsirləndirilən şəxsla görüşüb qalan 300 manat pulu və sənədlərinin surətlərini sonuncuya vermişdir. Bundan bir neçə müddət keçməsinə baxmayaraq Adil hər dəfə ona işinin düzələcəyinə, hətta evdə xəstə uşağının təqaüd almasına da köməklik göstərəcəyini söz vermişdir. Lakin bu söhbətlərdən bir ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs işi düzəldə bilmədiyini görmüş və verdiyi pulu qaytarmasını istəmişdir. Adil isə ona bir qədər səbrli olmasını və komissiya gəlib-gedəndən sonra onun sosial yardım məsələsini həll edəcəyini demişdir. Hətta bir neçə gün sonra Adil onun istifadəsində olan mobil telefona zəng edib ona kod nömrəsi gələcəyini demiş və kod gələn kimi həmin kodu onun üçün göndərməsini tapşırmışdır. Həmin söhbətdən bir neçə gün sonra ona kod gəlmiş və o da öz növbəsində həmin kodu Təqsirləndirilən şəxs göndərmişdir. Adildən bir xəbər çıxmadığı üçün yenidən onunla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuş, Adil isə ona yenə səbrli olmasını demiş, lakin sonradan Adilin onu aldatdığını başa düşmüş və verdiyi pulu qaytarmasını tələb etmişdir. Sonradan Adilin müxtəlif bəhanələr gətirərək pulunu qaytarmadığını görmüş və bununla bağlı 15 sentyabr 2022-ci il tarixdə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, təqsirləndirilənə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyası Elektrik Şəbəkəsində montyor işləyir. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə qonşusu Şahid10 vasitəsilə tanımış, onun müəyyən şəxslər üçün sosial yardım düzəltdiyini və işlə bağlı köməklik etdiyini eşitmişdir. 08 iyun 2022-ci il tarixdə Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısında Təqsirləndirilən şəxsla görüşüb bacısı Şahid1 işə düzəldilməsi ilə bağlı danışıb söhbət etmiş, söhbət əsnasında Adil ona bacısı Şahid1 Xaçmaz MRX-na adminstrator (inzibatçı) kimi işə düzəldəcəyinə söz vermiş və bu işin müqabilində ondan 1300 manat məbləğində pul istəmişdir. O, etiraz etməyib Adillə razılaşmış və 09 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mərkəzi Poçt binasının qarşısındakı çayxanada görüşüb özünə məxsus 1300 manat pulu ona vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayanda sonuncu ona tələsməməyi və bir neçə günə işin düzələcəyini bildirmişdir. Xeyli müddət keçməsinə baxmayaraq Adilin heç bir iş görmədiyini bilmiş, buna görə də sonuncudan pulunu qaytarmasını tələb etməyə başlamış, lakin Adil pulu qaytaracağına söz versə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində 20 avqust 2022-ci il tarixdə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından tanımış və sonuncunun ayrı-ayrı şəxslər üçün sosial yardım almaqda köməklik göstərdiyini eşitmişdir. Bunu biləndən sonra o, xəstə olan və təxminən səkkiz il əlilliyinə görə təqaüd almış qardaşı X2 əlilliyini bərpa etdirmək məqsədilə Təqsirləndirilən şəxsla görüşmüş və bu barədə söhbət etmişdir. Adil bu iş üçün 3000 manat məbləğində pul lazım olacağını deyəndə o, Adillə razılaşmış və 10 iyun 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Xaçmaz rayonunun Nabran kəndi 28 May küçəsində yerləşən evlərinin həyətində qardaşı Elmanın sənədlərini və ilkin olaraq 1000 manat məbləğində pulu Adilə vermişdir. Bundan sonra ikinci dəfə 18 iyun 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində Təqsirləndirilən şəxsla görüşmüş və atası Şahid8 iştirakı ilə Adilə daha 1000 manat məbləğində pul vermişdir. Həmin 2000 manat pul onun özünə məxsusdur. Lakin sonradan Təqsirləndirilən şəxsla heç bir əlaqə saxlaya bilmədiyindən Xaçmaz şəhərinə gələrək Adili axtarmağa başlamış, lakin tapa bilməmiş və sonuncunun dələduzluqla məşğul olduğunu öyrənmişdir. Hətta sonradan Təqsirləndirilən şəxs onun bibisi İradəyə sonuncunun qızı İlahə Əhmədovanı işə düzəldəcəyi adı ilə aldadaraq 800 manat məbləğində pulunu ələ keçirdiyini bilmiş, bundan sonra o, Xaçmaz RPŞ-yə və Xaçmaz rayon prokurorluğuna Adilin barəsində şikayət ərizələri vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. O, təqsirləndirilən şəxsə, atasına da bildirmişdir ki, vurduğu ziyanın bir hissəsini də ödəsə, təqsirləndiriləni bağışlayar, şikayətçi olmaz. Lakin ziyanla bağlı ona heç bir məbləğ ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən ona vurduğu ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs10 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə "xxxx" ASC-də mühafizəçi işləyən tanışı Turalın vasitəsi ilə tanımış və tanış olduqdan sonra Adildən onun üçün iş düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu Xaçmaz Mərkəzi rayon Xəstəxanasında sığorta işçisi kimi işə düzəldə biləcəyini və bu iş üçün 1500 manat məbləğində pul lazım olduğunu demişdir. Bundan sonra elə həmin gün saat 11 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Xaçmaz MRX-nın həyətində atası Şahid4 yanında üstündə olan özünə məxsus 800 manat pulu Adilə vermiş və qalan 700 manatı işə düzələndən sonra verəcəyi ilə bağlı onunla razılaşmışdır. Təqsirləndirilən şəxs 800 manatı alandan sonra ondan şəxsiyyət vəsiqəsinin, diplomunun, kompyuter bacarığı sertifikatının surətlərini və yaşayış yerindən arayışı götürərək bir həftə ərzində işə düzələcəyini demiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə ondan 800 manat pul alsa da, sonradan onun heç bir iş görmədiyini bilmiş və pulunu qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirərək pulunu verməkdən yayınmağa başlamışdır. Sonuncu dəfə 28 noyabr 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli telefonla «WhatsApp» vasitəsi ilə Təqsirləndirilən şəxsla yazışaraq əlaqə saxlamış və buna baxmayaraq sonradan Təqsirləndirilən şəxs telefon zənglərinə cavab vermədiyindən 09 dekabr 2022-ci il tarixdə sonuncunun barəsində Xaçmaz RPŞ-yə şikayət ərizəsi vermişdir. Həmçinin bildirdi ki, onun və anasının şəkər xəstəliyi var, onun himayəsində iki uşağı var və uşaqlarını atasız böyüdür, kirayədə yaşayır. O, qeyd etdiyi çətinlikləri barədə təqsirləndirilən şəxsə dəfələrlə bildirərək sonunudan xahiş etmişdir ki, əgər onu aldadırsa, belə bir əməl törətməsin, istədiyi məbləği kredit alacaqdır. Lakin təqsirləndirilən şəxs ona narahat olmamasını, onu aldatmadığını, işinin düzələcəyini deyərək inandırmışdır. Təqsirləndirilən şəxsə pulu verdikdən bir neçə ay sonra isə sonuncu artıq onun zənglərinə də cavab verməməyə başlamışdır. Bundan sonra o, təqsirləndirilən şəxsin barəsində polis şöbəsinə şikayət verməli olmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan heç olmasa 800 manat ödəsəydi, o, təqsirləndirilənə alaraq vermiş olduğu pulun kreditini ödəyərdi. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. O, təqsirləndirilən şəxsdən ona vurduğu ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs qonşuları Şahid10 vasitəsi ilə tanımışlar. Belə ki, Şahid10 onlara Təqsirləndirilən şəxs müəyyən şəxslər üçün sosial yardım düzəltdiyini və işlə bağlı köməklik etdiyini, hətta onun özünə sosial yardım alanda köməklik etdiyini və qohumları üçün müəyyən işlər gördüyünü demişdir. Bundan sonra qardaşı Elman 08 iyun 2022-ci il tarixdə Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısında Təqsirləndirilən şəxsla görüşüb onun işə düzəldilməsi ilə bağlı söhbət etmiş, Təqsirləndirilən şəxs Elmana onu Xaçmaz MRX-yə adminstrator (inzibatçı) kimi işə düzəldəcəyinə söz vermiş və bunun müqabilində ondan 1300 manat məbləğində pul istəmişdir. Elman etiraz etməmiş və 09 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısındakı çayxanada Adillə görüşüb 1300 manat pulu sonuncuya vermişdir. X17 İsmayılovla əlaqə saxlayanda Adilin ona tələsməməyi, bir neçə günə işin düzələcəyini dediyini, lakin xeyli müddət keçməsinə baxmayaraq onun heç bir iş görmədiyini və buna görə də Elmanın ondan pulu qaytarmasını tələb etdiyini, lakin Təqsirləndirilən şəxs pulu qaytaracağına söz versə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığından Elmanın 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, zərərçəkmiş şəxs Fuad Merəliyev onun doğma oğludur və sonuncu öz ailə üzvləri ilə birlikdə ondan ayrı, Xaçmaz rayonu, Qusarçay kəndində yaşayır. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından tanımışdır. Belə ki, həmin ərəfədə oğlu Fuad ona sosial yardım almaq üçün Təqsirləndirilən şəxs müraciət etdiyini və bu işləri düzüb-qoşması üçün Təqsirləndirilən şəxs 800 manat məbləğində pul verdiyini, lakin hələ pul ala bilmədiyini demişdir. 2020-ci ilin mart ayının əvvəllərində oğlu Fuadla birlikdə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Xaçmaz MRX-nın qarşısında onunla görüşmüş və söhbət əsnasında Adilə əgər oğlu Fuadın işi düzəlmirsə onun pulunu qaytarmasını demişdir. Təqsirləndirilən şəxs onlara narahat olmamalarını və yaxın müddət ərzində Fuadın işini həll edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra oğlu Fuad ona zəng edərək Adilin onunla əlaqə saxladığını və ondan daha 650 manat məbləğində pul istədiyini, lakin özündə pul olmadığını və ona borc pul verməsini xahiş etmişdir. O, etiraz etməmiş, Fuada 600 manat məbləğində pulu olduğunu, Adili Qımıl-qışlaq kəndinə göndərməsini və həmin pulu özünün ona verəcəyini demişdir. 25 aprel 2020-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndinə gələrək «Nicat» marketin qarşısında onunla görüşmüş və orada o, oğlu Fuadın işinə görə Adilə 600 manat pul vermişdir. Adil pulu ondan almış və gəldiyi avtomobilə oturub çıxıb getmişdir. Təqsirləndirilən şəxs oğlu Fuaddan sosial yardım düzəltmək adı ilə ümumilikdə 1750 manat məbləğində pul almaqla sonuncuya köməklik etdiyini, lakin bir neçə aydan sonra Fuada verilən sosial yardımın dayandırıldığını, hətta Fuadın Adildən verdiyi pulları geri qaytarmasını tələb etdiyini və Adil pulları qaytarmadığına görə sonuncunun barəsində Xaçmaz RPŞ-yə şikayət ərizəsi verdiyini sonradan bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Zərərçəkmiş şəxs5 onun bibisi Əminə Mehrəliyevanın əridir. Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayından tanımış və sonuncunun bibisinin əri Zərərçəkmiş şəxs5 üçün sosial yardım almaqda köməklik göstərdiyini bilmişdir. 05 avqust 2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs5 yaşadıqları kənddə ona 100 manat pul verərək Xaçmaz şəhərinə getməsini və həmin pulu sosial yardım almaqda köməklik göstərdiyinə görə Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, etiraz etməyib 100 manat pulu Fuaddan götürüb həmin gün Xaçmaz şəhərinə gəlmiş və saat 13 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxsla görüşərək həmin pulu sonuncuya vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs görməmiş və onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən tanımış və həmin vaxtdan 2022ci ilin sentyabr ayına kimi qeyri-rəsmi olaraq onunla ər-arvad kimi yaşamışdır. Belə ki, özü əvvəllər ərdə olmuş və boşandıqdan sonra Təqsirləndirilən şəxsla yaşamışdır. Həmin ərəfələrdə hərdən olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus aliment kartını götürüb ona pul köçürmüş və sonradan həmin pulu çıxarıb Adil özü istifadə etmişdir. Lakin şəxsən özü Adilin pulu karta haradan və nə məqsədlə köçürməsindən, həmçinin həmin kart üzərindən hansı əməliyyatlar aparması barədə heç bir məlumatı olmamışdır. Hətta sonuncu dəfə 2021-ci ilin təxminən oktyabr ayında Adildən kartını geri istəyəndə Adil kartın hələlik ona lazım olduğunu demiş, buna görə də o, narahat olduğundan Adilə demədən "xxxx"a gedərək kartını itirdiyini deyib onu bağlatdırmışdır. Bundan əlavə, hətta olub ki, Təqsirləndirilən şəxs hərdən onun mərhum anası Rəfiqə Əşrəfovanın təqaüd kartından istifadə etmiş və sonra da guya həmin kartı itirdiyini demişdir. Təqsirləndirilən şəxs dəqiq olaraq hansı işlərlə məşğul olmasını bilməmiş, lakin arada Adil onun yanında kimlərləsə telefonla danışarkən sosial yardım və ya təqaüd düzəldəcəyini deməsi barədə danışıqlarını eşitmişdir. Bütün bunlara baxmayaraq Adil özü ona nə işlə məşğul olması barədə heç vaxt heç nə deməmiş və buna görə də onun konkret olaraq hansı işlərlə məşğul olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Zərərçəkmiş şəxs10 onun doğma qızıdır. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs10 işə düzəlmək üçün Təqsirləndirilən şəxs müraciət etdiyini, Adilin Gülnara sonuncunu Xaçmaz MRX-yə sığorta işçisi kimi işə düzəldəcəyinə söz verdiyini və bunun müqabilində 1500 manat məbləğində pul istədiyini, hətta aralarında olan razılaşmaya görə Gülnarın danışdıqları pulun 800 manatını əvvəlcədən Adilə verməli, qalan 700 manatını isə işə çıxandan sonra ödəməli olduğunu bilmişdir. Ona görə də 26 avqust 2022-ci il tarixdə, saat 11 radələrində qızı Gülnarla birlikdə Xaçmaz MRX-nın həyətində Təqsirləndirilən şəxsla görüşmüş, Gülnar onun yanında 800 manat məbləğində pulu, şəxsiyyət vəsiqəsinin, diplomunun, kompyuter bacarığına dair sertifikatın surətlərini və yaşayış yeri haqqında arayışı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu və sənədlərin surətlərini alandan sonra Gülnara bir həftə ərzində işinin düzələcəyini demişdir. Təqsirləndirilən şəxs ayrılandan sonra qızı Gülnara işə qəbulla bağlı xəbər veriləndə ona bildirməsini tapşırmış, lakin bir neçə həftə keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs heç bir iş görmədiyini və buna görə də 09 dekabr 2022-ci il tarixdə qızı Gülnarın Adilin barəsində ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2009-cu ildən Xaçmaz rayon Mühafizə Şöbəsində mülkü mühafizəçi vəzifəsində işləyir və "xxxx"Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialının inzibati binasında mühafizəçi kimi xidmət aparmışdır. Zərərçəkmiş şəxs10 iki ilə yaxandır ki, "xxxx"m müştərisi kimi tanıyır. Belə ki, "xxxx"da mühafizəçi kimi xidmətdə olarkən Zərərçəkmiş şəxs10 bir neçə dəfə ona müraciət etmiş və buna görə də ona köməklik etmişdir. Təqsirləndirilən şəxs isə qiyabi olaraq tanısa da, sonuncu ilə də yaxın münasibəti olmamış, lakin Təqsirləndirilən şəxs çox vaxt Xaçmaz şəhərində Sosial Yardım İdarəsinin qarşısında olduğunu və ayrı-ayrı şəxslərin sosial yardım almalarına köməklik göstərdiyini eşitmişdir. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs10 ona yaxınlaşıb işə qəbulla bağlı kimə müraciət edə biləcəyini soruşanda Zərərçəkmiş şəxs10 bununla bağlı heç bir məlumatının olmadığını və hansı idarəyə işə qəbul olmaq istəyirsə həmin idarəyə yaxınlaşmasını məsləhət görmüşdür. Sonradan Gülnar ondan Təqsirləndirilən şəxs haradan tapa biləcəyini soruşmuş, o, Gülnara Adili qiyabi olaraq tanıdığını, lakin sonuncu ilə yaxın münasibətinin olmadığını və onun çox vaxt sosial yardım idarəsinin qarşısında olduğunu eşitdiyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs10 ilə rastlaşanda Təqsirləndirilən şəxs tapıb görüşdüyünü demiş, lakin nə Gülnar özü Adillə aralarında olan söhbətlər barədə ona heç nə deməmiş, nə də özü bu barədə Gülnardan heç nə soruşmamışdır. Bir neçə aydan sonra Gülnarla rastlaşanda o, Adilin onu işə düzəldəcəyini söz verib aldadaraq pulunu aldığını, nə onu işə düzəltmədiyini, nə də ki, pulunu qaytarmadığını demişdir. Gülnara bununla bağlı müvafiq orqanlara şikayət etməsini məsləhət görəndə o, bununla bağlı artıq Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə şikayət ərizəsi verdiyini bildirmişdir. Buna baxmayaraq şəxsən özü Adilin Gülnarı hansı işə düzəldəcəyi və buna görə ondan nə qədər pul alması barədə heç bir məlumatı olmamış, Zərərçəkmiş şəxs10 özü də bununla bağlı ona bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslər üçün sosial yardım almağa köməklik etdiyini eşitmiş, oğlu Zərərçəkmiş şəxs1la söhbət edərkən onun da Təqsirləndirilən şəxs barəsində eşitdiyini bilmişdir. Tehran ona demişdir ki, Təqsirləndirilən şəxsla görüşüb real olaraq xəstə olan və təxminən 8 il əlilliyinə görə təqaüd almış digər oğlu Elman Şahmuradovun dayandırılmış təqaüdünü bərpa etdirməyini xahiş edəcək. Bir neçə gün sonra eşitmişdir ki, Tehran Təqsirləndirilən şəxsla görüşüb söhbət etmiş və Təqsirləndirilən şəxs bu iş üçün Tehrandan 3000 manat pul istəmişdir. Tehran onunla razılaşmış və 10 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxsla yaşadığı Xaçmaz rayonu, Nabran kəndində 28 May küçəsində yerləşən evin həyətində görüşüb Adilə 1000 manat pul da vermişdir. İkinci dəfə 18 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz rayonunun Nabran kəndindəki evin həyətinə gələndə o özü də orada olmuş və oğlu Tehran Adilə onun yanında 1000 manat da pul vermişdir. Lakin sonradan Adilin onları aldatdığını başa düşəndən sonra oğlu Tehran Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 onun doğma bibisi oğludur. Onunla münasibətləri yaxşıdır, aralarında heç bir ədavət yoxdur. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanımış və onun ayrı-ayrı şəxslər üçün sosial yardım düzəltdiyini eşitmişdir. O özü də sosial yardım almaqda köməklik etməsini Adildən xahiş etmiş, sonradan bibisi oğlu Zərərçəkmiş şəxs6 da onun Adilin vasitəsi ilə sosial yardım almaq istədiyini eşitmişdir. Bir müddət sonra Elnurun sosial yardım düzəltmək üçün Adilə müraciət etdiyini eşitmiş, lakin özü Elnurla Adilin söhbətlərində iştirak etməmiş və onun Adilə nə qədər pul verməsini əvvəlcədən bildməmişdir. Təqsirləndirilən şəxs sosial yardım düzəltmək adı ilə Elnurdan 850 manat məbləğində pul aldığını sonradan Elnurun özündən eşitmiş, bundan sonra Elnurla birlikdə Xaçmaz şəhərində Adillə görüşmüş və ondan pulu qaytarmasını tələb etmişlər. Adil yaxın vaxtlarda pulu qaytaracağına söz vermiş, lakin özü işləmək üçün Bakı şəhərinə getdiyindən sonradan Elnurla Adil arasında olmuş söhbətlər barədə heç bir məlumatı olmamış və daha sonra Elnurun Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞnə şikayət ərizəsi verdiyini bilmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada işləyərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs4 Həbib oğlu doğma atası olmaqla onlar bir evdə yaşayırlar və münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs isə 2019-cu ildən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxsgilin həyətində müəyyən işlər gördüyündən aralarında yaxın münasibət yaranmış və onun ayrıayrı şəxslər üçün sosial yardım düzəltdiyini bilmişdir. 2020-ci ilin yanvar ayında atası Zərərçəkmiş şəxs4 ona təqaüdə çıxmaq istəməsi və bununla bağlı Adildən müəyyən şeyləri soruşmaq istədiyini və buna görə də onu evlərinə çağırmasını demişdir. Bundan sonra o, Adilin telefonuna zəng edərək onu öz evlərinə çağırmış, Adil gələndən sonra atası Zərərçəkmiş şəxs4la ikisi birlikdə söhbət etmiş və söhbət əsnasında Adil atası İsmətə onun təqaüdə çıxması ilə bağlı bir neçə gündən sonra bir söz deyəcəyini deyib çıxıb getmişdir. 14 yanvar 2020-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evə gəlib atası İsmətlə görüşməsi və atasının təqaüdə çıxmaqla bağlı ona 2400 manat məbləğində pul verməsini sonradan eşitmişdir. Lakin özü dəqiq olaraq həmin ərəfədə atası İsmətlə Adil arasında olan söhbətdə iştirak etməmiş və buna görə də onların necə razılaşmaları barədə bilməmişdir. Bir müddət sonra Respublika ərazisində «Covid 19» pandemiyası ilə bağlı işlərdə məhdudiyyətlər yaranmış, buna görə də atası İsmət Təqsirləndirilən şəxsla əlaqə saxlayıb təqaüdə çıxma məsələsinin nə yerdə olduğunu soruşanda Adil ona İşin gecikdiyini demişdir. Hətta bir neçəə dəfə özü də atasının işi ilə bağlı Adildən soruşmuş, Adil isə hər dəfə ona işin düzələcəyini və narahat olmamalarını demişdir. Lakin sonradan onlar Adilin bu işlə bağlı heç bir köməklik edə bilmədiyini başa düşmüş və ona görə də atası İsmət ondan pulu qaytarmasını tələb etmişdir. Adil isə hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmadığında görə atası Zərərçəkmiş şəxs4 21 sentyabr 2022-ci il tarixdə Xaçmaz RPŞ-nə gəlmiş və onun barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur. Aralarında münasibətləri yaxşı olmuşdur, ədavətləri olmayıb. Təqsirləndirilən şəxs 2019-cu ildən tanımışdır. Belə ki, həmin ərəfələrdə özü üçün sosial yardım alarkən ona köməklik etmişdir. Aralarında ədavət və ya qərəzli münasibəti olmamışdır və yoxdur. 2022-ci ilin may ayında qonşusu Elmanın anası Gülarə ilə küçədə söhbət edərkən söhbət əsnasında Gülarə ona qızı Aynur üçün iş axtardığını və bununla bağlı məlumatı olub-olmamasını soruşmuşdur. O, Gülarəyə bir neçə il əvvəl özü üçün sosial yardım almağa köməklik etmiş Adil adlı şəxsi tanıdığını, ola bilər ki, Adilin əli çata biləcəyini demişdir. Sonradan bilmişdir ki, Elman Ağarzayev özü araşdırıb və Adillə görüşüb danışıb. Lakin onların arasında nə kimi söhbət olmasını bilməmiş, nə də ki, maraqlanmamışdır. Hətta qonşusu Zərərçəkmiş şəxs2 bacısı Aynuru işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs pul verdiyini eşitsə də, lakin nə qədər pul verməsini və aralarında nə kimi münasibətlərin və söhbətlərin olması barədə heç bir məlumatı olmamışdır. Bir neçə müddət sonra eşitmişdir ki, Adil Elmandan bacısı Aynuru işə düzəltmək adı ilə pul alsa da, işi düzüb qoşa bilmir, nə də ki, onların pulunu qaytarmır. Xaçmaz RPŞ-yə dəvət olunanda bilmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 onun qaynıdır. Aralarında münasibətləri yaxşıdır. 2019-cu ilin sentyabr ayında Azadla evində söhbət edərkən maddi vəziyyətinin yaxşı olmadığını demişdir. Azad ona demişdir ki, bir nəfər tanışı var, əgər mümkün olsa ona sosial yardım düzəltdirər. Hətta pulunu özü verəcəyini də demişdir. Ondan sənədlərinin surətlərini da almışdır. Azad demişdir ki, əgər düzəlsə, yardım alanda onun pulunu qaytarar. Bir neçə gün sonra bilmişdir ki, Azad Xaçmaz şəhərindən olan Təqsirləndirilən şəxs adlı şəxslə görüşüb hətta ona qardaşı Ayazın yanında 700 manat pul da verib. Sonradan da Azadın Adilə 150 manat da göndərdiyini bilmişdir. Amma o, bunların harada və hansı şəraitdə baş verməsini bilməmişdir. Çünki Təqsirləndirilən şəxsla Azad arasında olan söhbətlərdə iştirak etməmişdir. Bir müddət sonra bilmişdir ki, Azad onun işi ilə bağlı Adillə görüşmüş, Adil işin uzanacağını dediyi üçün pullarını geri istəmişdir. Adil müxtəlif bəhanələrlə Azadı aldatdığı üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə şikayət ərizəsi vermişdir. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 tərəfindən DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında ondan onun üçün sosial yardım düzəldəcəyi adı ilə ümumilikdə 580 manat pul aldığını, lakin bundan 3-4 il keçməsinə baxmayaraq, təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli şifahi ərizə protokolundan və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarında ondan onun üçün sosial yardım düzəldəcəyi adı ilə ümumilikdə 850 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə ondan onun üçün təqaüd düzəldəcəyi adı ilə 2400 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən mart ayından 2021-ci ilin iyul ayınadək ondan onun üçün sosial yardım düzəldəcəyi adı ilə 850 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli baxış protokollarından, protokollara əlavə edilmiş fotoşəkillərdən və ödəmə qəbzindən müəyyən edilir ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs sonuncunun verdiyi kart hesabına xx.xx.2021-ci il tarixdə, saat 19:22-də pul köçürdüyü Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən, “RAFAELLO” marketin talvarının altında yerləşən “KapitalBank”-ın ödəniş terminalının olduğu yerə baxış keçirilmiş, Zərərçəkmiş şəxs5 təqdim etdiyi ödəniş qəbzindən isə müəyyən edilir ki, həmin qəbzin üzərində «KOMTEC LTD MMC, VÖEN **********, MilliÖn elektron ödəmə sistemi, terminal № 21080, Xaçmaz r. Qusarçay k. Rafaello market, xx/xx/2021 19:22:09, "xxxx" xidmətinin nağd ödənişi, A.S.A: HUMMATOVA MARYAM BALACA, kartın nömrəsi: 4****5560, hesab nömrəsi: ********************, hesabın valyutası: AZN, məbləğ: 250,00 AZN, qeydiyyat №: **********, KapitalBankcard8-**********, 24/7 Çağrı Mərkəzi:*0010, İElektron ünvan . www.milli-on.az.» yazıları qeyd (çap) olunmuşdur. İş materiallarında olan 20 may 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 2020-ci ildə ondan onun üçün sosial yardım düzəldəcəyi adı ilə ümumilikdə 800 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs pul vəsaitini verdiyi Sayad kəndi ərazisində olan yerə baxış keçirilmiş, həmin yerdə yaşayış evlərinin, ərzaq mağazasının olması müəyyən edilmiş, hadisənin baş verdiyi yerdə hadisəni qeydə ala biləcək təhlükəsizlik kameraları aşkar edilməmişdir. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxs Daudlı X6 RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə ondan onun üçün təqaüd düzəldəcəyi adı ilə 1000 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində ondan onun üçün sosial yardım düzəldəcəyi adı ilə ümumilikdə 850 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə ondan bacısı Şahid1 işə düzəldəcəyi adı ilə 1300 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının ortalarında ondan qardaşı Elman Şahmuradov üçün əlillik təqaüdünü bərpa etdirəcəyi adı ilə ümumilikdə 2000 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ondan onu işə düzəldəcəyi adı ilə 800 manat pul aldığını, lakin təqsirləndirilən şəxsin onun nə işini həll etməməsi, nə də pulunu qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Sənədə baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş ekranında vatsap yazışmalarının əks olunduğu mobil telefonun 02 ədəd fotoşəklinin surətlərindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 yuxarıdan aşağıya doğru bir tərəfində “Adil Mewqulluq T..., 28 Ноября 2022 г. Salam xanım necesiz, 20:09; Adildi seher inşallah zeng edecem size, 20:10; salam tewekkur, 20:21; X16: Adildi seher inşallah zeng edecem size - Zeng etmeye pulu çatdır kreditin faizleri gelir ustume, neçe aydı sene gore kridite duwmuşem, kridit odeyirem faizle, meni aldatıb rahat yatıb nece durursan 20:22; Menden incime nece aydı meni aldatıb 20:23; 1000 azn odeyersen..indi..kreditimin puluda odeyersen mene artıq maraqlı deyil..yoxsa prokror hel eder senin iüini 20:24” digər tərəfində isə yuxandan aşağıya doğru “Seni alladan yoxdu seher zeng edecem size ozum 20:24; X16: Seni alladan yoxdu seher zeng edecem size özüm – Nece aydı meni bele fırlatırsan yola verirsen..orda kredit odeyirem nece aydı» yazıları qeydə alınmış “Samsung” modelli mobil telefonun ekran fotogörüntüləri olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq təqdim edərək sonuncu dəfə Təqsirləndirilən şəxsla 28 noyabr 2022-ci il tarixdə vatsap vasitəsilə yazışdığını və işə düzəltmək adı ilə aldığı 800 manat məbləğində pulunu qaytarmasını tələb etdiyini və təqdim etdiyi vərəqə köçürülmüş fotogörüntülərdə qeydə alınmış yazıların da məhz 28 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla onun arasında olmuş yazışmalar olduğunu bildirmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid7 əməlində, Şahid5, Şahid10, Şahid3, Şahid6 və Rəşad adlı şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 əməllərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkibi yaranmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ödəniş qəbzini, vatsap yazışmalarının fotogörüntülərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (10 epizod olmaqla) törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməlinin ilk altı epizodundan müəyyən edilmişdir ki: o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs9 sosial yardım düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə, 15 iyun 2019-cu il tarixdə, saat 14 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs9 bilavasitə şəxsən 550 manat və 19 iyun 2019-cu il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə onun təqdim etdiyi kart hesabına 30 manat məbləğində pul köçürtdürməklə Zərərçəkmiş şəxs9 ümumilikdə 580 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs3 qohumu Şahid11 üçün sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında yerləşən çayxanada 700 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə Xaçmaz rayonu Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə onun təqdim etdiyi hesaba 150 manat məbləğində pul köçürtdürməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 850 manat məbləğində pul vəsaitini alıb aldadaraq təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs4 xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib aldadaraq 14 yanvar 2020-ci il tarixdə, saat 11 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evdə zərərçəkmiş şəxsdən 2400 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs5 sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən «Lukoıl» yanacaqdoldurma məntəqəsinin qarşısında 200 manat, 07 mart 2020-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının qarşısında 600 manat, 25 aprel 2020-ci il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən «Nicat» marketin qarşısında atası Şahid2 vasitəsi ilə 600 manat, 05 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında qohumu Şahid9 vasitəsi ilə 100 manat və 21 iyul 2021-ci il tarixdə, saat 19:22-də Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən «Rafaello» marketdə quraşdırılmış «Milli Ön» elektron ödəmə sistemi vasitəsi ilə tanışı Şahid7 adına olan 4****5560 nömrəli kartın ******************** hesab nömrəsinə 250 manat köçürtdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1750 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar dələduzluq, yəni təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs7 sosial yardım düzəldəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 04 mart 2020-ci il tarixdə, saat 13 radələrində sonuncunun yaşadığı Xaçmaz rayonu, Sayad kəndində yerləşən ərzaq mağazasının qarşısında 300 manat, habelə 14 mart 2020-ci il tarixdə, saat 19 radələrində qeyd olunan ünvanda 500 manat olmaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 800 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs8 xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib aldadaraq 15 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Kabel» evinin qarşısında 1000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Konstitusiya Məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Konstitusiya Məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməlidir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərin, ayrı-ayrılıqda, 500 manatdan yuxarı olan, lakin 5000 manatdan artıq olmayan məbləğlərdə əmlakını ələ keçirmişdir, yəni həmin məbləğlər ayrı-ayrılıqda xeyli miqdar təşkil etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hər bir epizodunu ayrı-ayrılıqda götürdükdə həmin əməllər müstəqil cinayət kimi Cinayət Məcəlləsinin 178.1-ci madəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ilədək müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin birinci epizodunu (vahid niyyətlə) 15 iyun 2019 və 19 iyun 2019-cu ildə, ikinci epizodunu (vahid niyyətlə) 2019-cu ilin sentyabr ayının ortalarında və 2019-cu ilin sentyabr ayının sonlarında, üçüncü epizodunu 14 yanvar 2020-ci ildə, dördüncü epizodunu (vahid niyyətlə) 15 fevral 2020, 07 mart 2020, 25 aprel 2020, 05 avqust 2020 və 21 iyul 2021-ci ildə, beşinci epizodunu (vahid niyyətlə) 04 mart 2020 və 14 mart 2020-ci ildə, altıncı epizodunu isə 15 fevral 2021-ci il tarixdə törətmiş və həmin gündən iki ildən artıq müddət keçmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işində ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodlarına münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə (cinayət işi üzrə icraata) bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) ,habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Məhkəmə iclasında dövlət ittihamçısı yuxarıda qeyd olunan əsaslarla çıxış edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini və təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməsini təklif etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi hazırkı cinayət işi üzrə ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə və təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməsinə razı olduğunu göstərmişdir. Məhkəmə qeyd olunanları, dövlət ittihamçısının rəyini, müdafiə tərəfinin fikrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində onun ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodları üzrə cinayət əməlini törətməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapsa da, böyük ictimai təhlükə törətməyən həmin cinayət əməlini (ayrı-ayrılıqda) törətdiyi gündən iki ildən artıq müddət keçdiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən belə olduğu halda onun həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməz olduğundan onun barəsində ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodları üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yeddinci, səkkizinci, doqquzuncu və onuncu epizodları üzrə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (yeddinci, səkkizinci, doqquzuncu və onuncu epizodları üzrə) cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən, Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı ünvanda çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs9 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam olaraq ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında (xx.xx.2023) verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, lakin o, təqsirləndirilən şəxsi bağışlayır, ziyanı tələb etmir, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, o, təqsirləndirilənlə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs10 ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İşin məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, lakin o, xəstə olduğundan, əməliyyat olunduğundan, təqsirləndirilənin barəsində olan hazırkı işlə bağlı proseslərdə iştirak etmək istəmədiyindən təqsirləndirilən şəxsdən vurduğu ziyanı tələb etmir, təqsirləndirilənə qarşı şikayətçi deyil. İşin məhkəmə iclaslarında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 04 fevral 2023-cü il tarixli (saat 18:10) protokoldan, şəxsin tutmadan azad olunması və qətimkan tədbirinin seçilməsi barədə 04 fevral 2023-cü il tarixli (saat 19:55) qərardan, xx.xx.2023-cü il tarixli iltizamdan, Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 4(067)-16/2023 saylı və 24 mart 2023-cü il tarixli 4(067)-42/2023 saylı qərarlarından, iltizam qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 01 (bir) ay 18 gün müddətdə tutulmuş və həbsdə olmuşdur (saxlanılmışdır). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu (saxlanıldığı) ümumilikdə 01 (bir) ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) ay 18 gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə 250 manat məbləğində pul köçürülməsinə dair qəbz və üzərində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 arasında “WhatsApp” yazışmalarının qeydə alındığı “Samsung” markalı mobil telefonun ekran fotogörüntüləri köçürülmüş 01 ədəd A4 ölçülü vərəq cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu (saxlanıldığı) müddət, yəni ümumilikdə 01 (bir) ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 01 (bir) ay 18 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs törətdiyi vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 15 iyun 2019-cu il tarixdə 550 manat və 19 iyun 2019-cu il tarixdə 30 manat pul vəsaitini ələ keçirməsi (birinci epizod), Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin sentyabr ayının ortalarında 700 manat və 2019-cu ilin sentyabr ayının sonlarında 150 manat pul vəsaitini ələ keçirməsi (ikinci epizod), Zərərçəkmiş şəxs4 14 yanvar 2020-ci ildə 2400 manat pul vəsaitini ələ keçirməsi (üçüncü epizod), Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2020-ci ildə 200 manat, 07 mart 2020-ci ildə 600 manat, 25 aprel 2020-ci ildə 600 manat, 05 avqust 2020-ci ildə 100 manat və 21 iyul 2021-ci ildə 250 manat pul vəsaitini ələ keçirməsi (dördüncü epizod), Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 04 mart 2020-ci ildə 300 manat və 14 mart 2020-ci ildə 500 manat pul vəsaitini ələ keçirməsi(beşinci epizod), Zərərçəkmiş şəxs8 15 fevral 2021-ci ildə 1000 manat pul vəsaitini ələ keçirməsi (altıncı epizod) epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə (Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi) əsasən həmin epizodlar üzrə (ittihamın birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı epizodları) cinayət təqibinə (cinayət işi üzrə icraata) bəraətverici əsaslar olmadan xitam verilsin və o, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə 250 manat məbləğində pul köçürülməsinə dair qəbz və üzərində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 arasında “WhatsApp” yazışmalarının qeydə alındığı “Samsung” markalı mobil telefonun ekran fotogörüntüləri köçürülmüş 01 ədəd A4 ölçülü vərəq cinayət işində saxlanılsın. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-102/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-102/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver