Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-102/2024 03.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)- 3/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi xeyli miqdarda narkotik vasitə olan metadon həbini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edilərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 26 yanvar 2024-cü il tarixdə, saat 19:20-19:30 müddətində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd blister kəsiyində olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,040 qram olan 01 ədəd bütöv metadon həbi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş narkotik vasitəni Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerdən tapmışdır. O, əvvəllər də narkotik vasitələrdən istifadə etmiş, həmçinin məhkum olunmuşdur. Həmçinin bildirdi ki, o, həmin narkotik vasitəni taparkən tək olmuş, yanında kimsə olmamış, tapdıqdan sonra həmin narkotik vasitədən istifadə etməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitəni tapdıqda baxaraq bunun narkotik vasitə - metadon həbi olduğunu bilmiş, o, metadon həbindən əvvəllər də istifadə etmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Subaydır, uzun müddətdir ki, malyar ustası kimi fəaliyyət göstərir. O, gənc yaşlarından etibarən mütəmadi şəkildə olmasa da, arada bir narkotik vasitələrdən istifadə edir, əsasən də narkotik vasitə olan metadondan istifadə edir. Metadon həblərindən istifadə etməsinin də səbəbi bədənində olan ağrıları azaltmaq olmuşdur. 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada gəzən zaman Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin giriş hissəsinin qarşısından keçən zaman yerdən konvalyut kəsiyində 1 (bir) ədəd qəhvəyi rəngli dərman həbinin olduğunu görmüş, ona maraqlı gəldiyinə görə həmin həbi əyilib yerdən götürüb baxdıqda həmin həbin narkotik vasitə metadon olduğunu görmüşdür. O, uzun müddətdir ki, metadondan istifadə etdiyinə görə həmin həbin narkotik vasitə olan metadon olmasını tanımışdır. Bundan sonra həmin həbi götürərək əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur ki, ürəyi nə vaxt istəsə istifadə etsin. 26 yanvar 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada tək başına gəzən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanmasında və daşınmasında şübhəli olduğuna görə onu RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə RPŞ-nə gəlmişdir. Həmin vaxt da 24 yanvar 2024-cü il tarixdə yerdən tapdığı narkotik vasitə metadon əynindəki gödəçənin sağ yan cibində olmuşdur. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onun hüquqları izah olunmuş, ardınca isə vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da üzərində şəxsi istifadəsi məqsədilə saxladığı 1 ədəd konvalyut kəsiyində olan narkotik vasitə metadonu polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı da üzərindən başqa hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə müstəntiq tərəfindən həmin narkotik vasitə metadon polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq götürülmüşdür. Həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş özünə məxsus mobil telefon onun özünə qaytarılmışdır. Polis əməkdaşları onu üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə gəlməyə dəvət edən zaman və RPŞ-də olan zaman onun hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Xaçmaz RPŞ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, daha sonra o, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Xaçmaz RPŞ-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o və rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvü kimi onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 26 yanvar 2024-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyən etmişlər və həmin küçədə Təqsirləndirilən şəxs yanına gedib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-nə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb onlarla birlikdə Xaçmaz RPŞ- nə gəlmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin İstintaq bölməsinin müstəntiqi Taleh Ağayevə həvalə olunmuşdur. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı X8 özünü, onlar da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, gəzdirməsi və istifadə etməsi barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirib sonuncudan şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs də hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X8 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində dərman, yəni narkotik vasitə olmasını bildirib əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən blister kəsiyində bir ədəd bütöv həb çıxarıb otaqda olan masanın üzərinə qoymuş və həmin həbin narkotik vasitə olan metadon həbi olduğunu və həmin narkotik vasitəni Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon xəstəxanası tərəfdən tapdığını, üzərində gəzdirməkdə məqsədinin şəxsi istifadəsi olduğunu bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilərək otaqda olan masanın üzərinə qoyulmuşdur. Bundan sonra X8 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadon həbi bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5 RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1, Şahid2, həmin polis şöbəsinin PPXB-nin polis nəfəri X7, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansısa qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd blister kəsiyində həbi çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin həbin narkotik vasitə metadon olduğunu, həmin narkotik vasitəni 24 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində gəzən zaman tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd bənövşəyi rəngdə “Nokia” markalı telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən qanunsuz başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həb ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışın aparılası barədə videoçəkiliş aparılıb dayandırıldıqdan sonra aşkar edilmiş bir ədəd mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/702 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki 1 ədəd üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 1 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Metadon həbindən təqdqiqata ½ hissə sərf edildikdən sonra qalıq ½ hissə həb təşkil etmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd blister kəsiyində olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,040 qram olan 01 ədəd bütöv metadon həbi maddi sübut kimi tanınaraq, həmin həbin ½ hissəsi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ½ hissə qalığı Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 10 fevral 2024-cü il tarixli, 833 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metadonu haradan əldə etməsini, həmçinin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 5(067)- 14/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 26 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metadonun xeyli miqdarı təmiz halda 0,02 qramdan artıq olması, külli miqdarı isə 1,6 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metadonun ümumi təmiz miqdarı 0,040 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-3/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır, orta təhsillidir. Onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkum olunduğu (cəza çəkdiyi) müddətdə yenidən cinayət əməli törətməsini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(027)-3/2023 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan, şəxsin tutulmadan azad edilməsi barədə 28 yanvar 2024-cü il tarixli qərardan, xx.xx.2024-cü il tarixli iltizamdan, Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 4(067)-7/2024 saylı qərarından, qətimkan tədbirinin seçilməsi barədə 29 mart 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə tutulmadan azad edilmiş, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin 03 iyul 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(027)-3/2023 saylı hökmü ilə 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə Xaçmaz Rayon İcra və Probasiya şöbəsində qeydiyyata götürülmüş, barəsində hazırkı cinayət işi üzrə 29 yanvar 2024-cü il tarixdən 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkum tərəfindən 03 iyul 2024-cü il tarixədək cəzasının 01 il 01 ay 18 gün hissəsi çəkilmiş, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(027)-3/2023 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 12 (on iki) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (01 ay 06 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq ümumilikdə 02 (iki) ay 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə olduğu 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) ay 02 (iki) gün ona hazırkı hökmlə təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində narkotik vasitə - metadon olan 01 ədəd həbdən ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ hissə həb Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Methadone 40” göstəricili blister kəsiyində olmaqla tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd həbin ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(027)- 3/2023 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 12 (on iki) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (01 ay 06 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu ümumilikdə 02 ay 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) ay 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Methadone 40” göstəricili blister kəsiyində olmaqla tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd həbin ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-102/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-102/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver