Məhkəmə qərarları › İş №1(067)-102/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-102/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-102/2025 12.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcrodxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o. Xaçmaz Rayon X9 PB-nin əməkdaşları tərəfindən 17 yanvar 2025-ci il tarixdə saat 22:25-22:40 müddətində Xaçmaz rayonu, Yalama kəndində yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli gödəkçənin altında gizlədib saxladığı 01 ədəd polietilen bağlamada 265 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 17 yanvar 2025- ci il tarixdə təxminən saat 21 radələri olardı Xudat şəhərindən çıxıb Xaçmaz rayonu, Yalama kəndinə getmişdir ki, Məmməd adlı tanışı ilə görüşsün. Həmin gün təxminən saat 22 radələrində Yalama kəndinin mərkəzindən keçən asfalt yolla gedərkən yolun kənarında olan zibil qutularının yanında bir ədəd polietilen bağlama olduğunu görmüş və yaxınlaşıb həmin polietilen bağlamanı əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuana var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və gödəkçəsinin altında gizlədib saxlamışdır ki, sonradan özü istifadə edər. 17 yanvar 2025-ci il tarixdə təxminən saat 22:25 radələri olardı Yalama kəndində küçə ilə piyada gedərkən ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib daşıması ilə bağlı məlumat daxil olduğunu bildirərək əvvəlcə hüquq və vəzifələrini izah etmişlər, sonra isə ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o da gödəkçəsinin altında gizlədib saxladığı polietilen bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri bağlamanı açıb içərisində olan qurudulmuş marixuananı görmüş və ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuş, o da etiraf edərək bildirmişdir ki, polietilen bağlamada olan narkotik vasitə onundur, yolun kənarında olan zibil qutularının olduğu yerdən tapmışdır, narkotik vasitə istifadəçisidir və özünün istifadə etməsi üçün saxlamışdır. Polis əməkdaşları polietilen bağlamada olan qurudulmuş marixuananı elektron əl tərəzisi ilə çəkmişlər və qurudulmuş marixuananın torba ilə birlikdə çəkisinin 300 qram olması müəyyən edilmişdir. Bundan sonra isə polis əməkdaşları polietilen bağlamada olan qurudulmuş marixuananı onun iştirakı ilə qablaşdırıb möhürləmişlər, o və polis əməkdaşlarının özləri həmin bağlamanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra o, izahatının alınmasından ötrü Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-də izahat verərək bildirmişdir ki, üzərində aşkar olunmuş polietilen bağlamada olan qurudulmuş marixuana özünə məxsusdur. Yalama kəndində yolun kənarında olan zibil qutularının yaxınlığında yerdən tapmışdır və saxlamışdır ki, sonradan özü istifadə etsin. Etdiyi hərəkətlərdən peşimandır, gələcəkdə belə işlərə yol verməyəcəkdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X9 Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Yalama PBnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, üzərində saxlaması və istifadə etməsi barədə X10 əməliyyat məlumatı daxil olmuşdur. O dərhal bu məlumatı Xaçmaz Rayon X9 PB-nin rəhbərliyinə raportla məruzə etmiş, daha sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, Yalama PB-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmış və qrupun üzvlərinə o, Yalama PB-nin sahə rəisi, polis kapitanı X6 və Yalama PB-nin polis nəfəri Rüfət Əhmədov daxil edilmişlər. Bundan sonra qanunla nəzərdə tutulmuş müvafiq əməliyyat axtarış tədbirləri keçirib onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu. Yalama kəndi ərazisində olduğunu müəyyən etmişlər və həmin gün saat 22:25-də onlar həmin yerdə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynində tünd göy rəngli idman dəsti, başında isə yun papaq olmuşdur. Xaçmaz rayonu. Yalama kəndində onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Arif İ liiseynoa hüquqlarını izah etmşlər və Yalama PB-nə onun qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və istifadə etməsi barədə məlumat daxil olduğunu, ona görə də üstünün yoxlanılacağını bildirib ona hüquq və vəzifələrini izah edib videoçəkiliş aparılmaqla üstünün yoxlanılmasına etirazının olub-olmamasını soruşmuşlar, sonuncu isə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan olunmuş əşya, eləcə də narkotik vasitə olub-olmamasını soruşmuşlar, bu zaman Təqsirləndirilən şəxs üzərində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını və onu Yalama kəndində zibil qablarının yanından tapdığını bildirmişdir. O, həmin narkotik vasitəni təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin altından bir ədəd polietilen torba çıxarıb təqdim etmişdir. Sellofan torbanı təqdim edən zaman Təqsirləndirilən şəxs torbanın içərisində olan bitki kütləsinin "nəşə", yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açıb içərisinə baxan zaman torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını görmüş və həmin bitki kütləsini videogörüntiiyə təqdim etmişdir. Bundan sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sellofan torba tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin 300 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sellofan torba onlar tərəfindən yapışqan lentlə bağlanmış və sellofan torba möhürlənərək qablaşdırılmış, bununla Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama başa çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və Təqsirləndirilən şəxs özünü Yalama PB-nə gətirmişlər. Əməliyyat axtarış tədbirinin keçirilməsi prosesində Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirən zaman Yalama PB-nin polis nəfəri Rüfət Əhmədov tərəfindən əvvəldən axıradək videoçəkiliş aparılaraq qeydə alınmış, həmin videogörüntü materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Mübarizə Qrupunun baş əməliyyat müvəkili Şahid2 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X9 Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon X9 Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportdan və həmin tarixli protokoldan görünür ki, 17 yanvar 2025-ci il tarixdə saat 22:25-22:40 müddətində Xaçmaz rayonu, Yalama kəndində yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli gödəkçənin altında gizlədib saxladığı polietilen bağlamanın içərisindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib edilmiş 17 yanvar 2025-ci il tarixli “əməliyyat- axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 17 yanvar 2025-ci il tarixdə Xaçmaz Rayon X9 Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən “01”ədəd polietilen bağlama təhqiqata təqdim edilmiş və həmin bağlamanın içərisində Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs polietilen bağlamanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmiş, həmçinin həmin vaxt Xaçmaz Rayon X9 Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təqdim olunmuş 01 ədəd “DVD” formatlı diskə baxılmış, bu zaman əməliyyataxtarış tədbirlərinin əvvəldən sonadək video görüntü ilə qeydə alınması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə yoxlanılarkən qeydə alınmış videogörüntü 01 ədəd “DVD.” formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin videogörüntüyə 17 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində oan gödəkçənin altında gizlədib saxladığı polietilen bağlamanın içərisindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs Əlihiiseyn oğlu görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs Əlihiiseyn oğlunun üzərinə yoxlanış keçirilərkən qeydə alınmış videogörüntü 01 ədəd elektron məlumat daşıyıcısına (DVD formatlı diskə) köçürülərək cinayət işinə əlavə edilmişdir. Ona görə də həmin elektron məlumat' daşıyıcısı (DVD formatlı disk) cinayət işi üzrə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 18 yanvar 2025-ci il tarixli 7/117 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bitki kütləsi...” yazılar və imzalar olan bir ədəd polietilen bağlamada təmiz çəkisi çəkisi 265 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 21 fevral 2025-ci il tarixli 1043 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Əlihiiseyn oğlunda kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs Əlihiiseyn oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 265 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin narkotik vasitə olan qurudulmuş marixuananın 0,05 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 264,95 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞnin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın 20 yanvar 2025-ci il tarixli qərarına əsasən Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə" 17 yanvar 2025-ci ıl tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli, 342/1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli, 342/2 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, təqisləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon X9 PB-nin əməkdaşları tərəfindən 17 yanvar 2025-ci il tarixdə saat 22:25-22:40 müddətində Xaçmaz rayonu, Yalama kəndində yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli gödəkçənin altında gizlədib saxladığı 01 ədəd polietilen bağlamada 265 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanması məqsədəmüvafiqdir. İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 19 yanvar 2025-ci il tarixli, 4(067)-13/2025 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 264,95 qram çətənə (kannabis) kusatar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkməsinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 264,95 qram çətənə (kannabis) kusatar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar