Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-103/2020 07.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1971-ci ildə Moldova Respublikasının Kişinyov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, ailəli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ev 155 ünvanında yaşayan, barəsində “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu Hülövlü kəndində yerləşən evin həyətinə, daha sonra həyətdən götürdüyü açarla evin qapısını açıb qanunsuz içəri daxil olaraq yataq otağındakı sandığın içərisindən Rusiyada zavod üsulu ilə istehsal edilmiş üzərində klon olan 900 manat dəyərində 01 ədəd 15 qram çəkidə 583 əyarlı qızıl qadın boyunbağısını, üzərində ağ rəngli adi qaşlar olan 240 manat dəyərində 01 ədəd 4 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyünü, üzərində qırmızı rəngli adi qaşlar olan 180 manat dəyərində 01 cüt 3 qram çəkidə qızıl qadın sırğasını, üzərində qırmızı rəngli adi qaş olan 70 manat dəyərində 01 tay 2 qram çəkidə 583 əyarlı qızıl qadın sırğasını, üzərində ağ rəngli adi qaşlar olan 360 manat dəyərində 01 ədəd 6 qram çəkidə qızıl kişi üzüyünü, hər bir ədədi 2 qram çəkidə olmaqla 180 manat dəyərində 03 ədəd 6 qram çəkidə 583 əyarlı qızıl dişi, həmin otaqdakı paltar dolabında olan pul kisəsinin içərisindən 10.000 manat, mətbəxdəki soyuducunun içərisindən isə 100 manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12.030 (on iki min otuz manat) məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsnun həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü bilərək göstərdi ki, maddu vəziyyəti ağır olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx xxxxxxxx 2019-cu il tarixdə Xaçmaz rayonuna gəlmişdir. Xaçmaz rayonuna gəldikdən sonra tanımadığı taksi avtomaşını ilə Xaçmaz rayonunun Hülövlü kəndinə gəlmiş, həmin kənddə sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs məxsus evin qapısında qıfılın olduğunu görüb evdə heç kimin olmadığını bilərək, həmin evin tövləsinin qapısından həyətə daxil olmuş, daha sonra həyətdən götürdüyü açarla evin qapısını açıb qanunsuz içəri daxil olaraq yataq otağındakı sandığın içərisindən üzərində klon olan 1 ədəd qızıl qadın boyunbağını, üzərində ağ rəngli adi qaşlar olan qızıl qadın üzüyünü, üzərində qırmızı rəngli adi qaşlar olan qızıl qadın sırğasını, üzərində qırmızı rəngli adi qaş olan qızıl qadın sırğasını, üzərində ağ rəngli adi qaşlar olan qızıl kişi üzüyünü, qızıl dişi, həmin otaqdakı paltar dolabında olan pul kisəsinin içərisindən 10.000 manat, mətbəxdəki soyuducunun içərisindən isə 100 manat məbləğində nağd pulu oğurlamaşdır. Bundan sonra onu küçədə gözləyən azyaşlı oğlu Nicatı götürüb tanımadığı yol avtomobili ilə Xaçmaz şəhər avtovağzalına, oradan isə Bakı şəhərinə qayıtmışdır. Sonradan oğurladığı həmin pulla Abşeron rayonu Xırdalan şəhərində kirayə ev tutmüş, uşaqları üçün pal-paltar almış, qalan pulu isə hissə-hissə xərcləməklə 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri Nadir Bəkirovun yanına gedərək onun ehtiyaclarına sərd etmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi zərərdən təxminən 6000 manata yaxın pulu ödəmiş, ödənilməmiş qalan ziyanı da ödəyəcəkdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki,xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb yaşadıqları kəndin ərazisində yerləşən yay torpaq sahəsində işləməyə getmişdir. Evdən çıxarkən evin giriş qapısının açarını həyətdəki işləməyən buz dolabına, küçə qapısının asma qıfılının açarını isə həyətin giriş qapısının çöl tərəfindəki daşın altına qoymuşdur. Təxminən saat 14 radələrində onlar sahədən evə qayıtmış, azyaşlı oğlu Davud birinci olaraq avtomobildən düşüb küçə qapısını açmış, o, avtomobili həyətə saldıqdan sonra Davud evin açarlarını buz dolabından götürüb evin qapısını açaraq içəri girmiş, arvadı İlhamə isə toyuqlara dən vermək üçün yem götürüb bağa keçmişdir. Oğlu Davudun arxasınca evə daxil olan qızı Ramilə bir neçə dəqiqədən sonra evdən onları səsləmiş və evə kiminsə girdiyini demişdir. Bundan sonra arvadı İlhamə və o, evə keçmiş, İlhamə ilə qızı Ramilə evdə olan əşyaları nəzərdən keçirdikdən sonra yataq otağındakı sandığın içərisindən qızıl-zinət əşyalarının, paltar dolabında olan dəsmalların arasında saxladıqları pul qabının içərisindən 10.000 (on min) manat məbləğində nağd pulun oğurlandığı məlum olmuşdur. Sonradan evə baxarkən mətbəxdəki buz dolabının içərisindən də əlavə olaraq 100 manat məbləğində pulun oğurlandığını müəyyən etmiş və səhəri gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə hadisə barədə Xaçmaz rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Bundan sonra polis əməkdaşları evlərinə gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş və bununla bağlı protokol tərtib edilmişdir. Ona vurulmuş maddi ziyandan 5500 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 6530 manat hissəsi isə hal-hazıradək ödənilməmişdir. Ona dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb edir və Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək iş üzrə çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxxxxxxx 2019cu il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində yaşayan Zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx xxxxxxxx 2019-cu il tarixdə evdə olmadıqları zaman naməlum şəxs tərəfindən evinin yataq otağından 3000 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarının, pul kisəsinin içərisindən isə 10.000 manat məbləğində nağd pulunun oğurlandığını göstərmişdir. Bundan sonra Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, Zərərçəkmiş şəxs özünün və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb işləmək üçün sahəyə getdiklərini və saat 14 radələrində geri qayıdarkən evindən oğurluq hadisəsinin baş verdiyini müəyyən etdiklərini demişdir. O, həmçinin yataq otağındakı sandığı göstərib evinə girmiş naməlum şəxsin həmin sandığın içərisindən özünə və ailə üzvlərinə məxsus təxminən 3000 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarının, paltar dolabındakı pul kisəsinin içərisindən 100 manatlıq və 50 manatlıq əskinaslardan ibarət olmaqla 10.000 manat məbləğində, mətbəxdəki suyuducunun qapağına qoyduqları pul kisəsinin içərisindən isə müxtəlif əskinaslardan ibarət olmaqla daha 100 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Baxış zamanı ekspertkriminalist Şahid3 evdəki sandığın və paltar dolabındakı qutuların üzərindən əl-barmaq izləri aşkar edib daktilolentlərə köçürməklə götürmüş, müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra hadisə yerindən götürülmüş əl-barmaq izləri yoxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin X3 göndərilmişdir. Hadisə yerindən götürülmüş əl-barmaq izləri Azərbaycan Respublikası DİN-nin X2 ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində həmin əl-barmaq izlərindən 1 ədəd ovuc izinin Təqsirləndirilən şəxs adlı şəxsin sol əlinin ovuc əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yaşayan, əvvəllər Xaçmaz, Zaqatala və Bakı şəhəri Suraxanı rayonları ərazisində müxtəlif oğurluq hadisələri törətdiyinə görə dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx xxxxxx 2020-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs həqiqətən xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Xaçmaz rayonu Hülövlü kəndində yerləşən tanımadığı şəxsə məxsus bir evdən pul və qızıl-zinət əşyaları oğurladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dindirilməsindən və iş üzrə digər istintaq hərəkətlərinin yerinə yetirilməsindən ötrü Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinə təqdim olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx xxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən sonuncuya məxsus əmlakları necə və hansı şəraitdə oğurladığını ayrı-ayrılqda göstərmişdir. İş materiallarından müəyyən edilir ki, hadisə yerinə baxış zamanı Xaçmaz rayon Polis Şöbəsinin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru Şahid3 tərəfindən Zərərçəkmiş şəxs məxsus evdəki sandığın və paltar dolabındakı qutuların üzərindən əl-barmaq izləri götürülmüş və hadisə yerindən götürülmüş həmin əl-barmaq izləri ADİS-nin məlumat bankında olan əvvəllər məhkum olunmuş şəxslərin əl-barmaq izləri ilə eyniləşdirilməsindən ötrü xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin X3 göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X1 daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, 011-9265-1219 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu Hülövlü kəndində yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd ovuc izi (ADİS-in məlumat bazasına Abşeron RPİ-dən daxil olan) xx xxx 1971-ci ildə Moldova Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və şəsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Kərimov küçəsi 130 saylı evdə qeydiyyatdadır, ailə tərkibi əri, X19, uşaqları- 1996-cı il təvəllüdlü X5, xx.xx.1997-ci il təvəllüdlü X7, xx.xx.1998-ci il təvəllüdlü X10, 2000-ci l təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıqekspertizasının xx xxxxx 2020ciiltarixli, 9/323 nömrəli rəyinəəsasən: - Rusiyada zavod üsulu ilə istehsal edilmiş üzərində klon 01 ədəd 583 əyarlı qızıl qadın boyunbağısının 1 qramı 60 manat olmaqla 15 qramı 900 manat; - üzərində ağ rəngli adi qaşlar olan 01 ədəd 583 əyarlı qızıl qadın üzüyünün 1 qramı 60 manatolmaqla 4 qramı 240 manat; - üzərində qırmızı rəngli adi qaşlar olan 01 cüt 583 əyarlı qızıl qadın sırğasının 1 qramı 60 manat olmaqla 3 qramı 180 manat; - üzərində qırmızı rəngli adi qaş olan 01 tay 583 əyarlı qızıl qadın sırğasının (qırıntı kimi) 1 qramı 35 manat olmaqla 2 qramı 70 manat; - üzərində ağ rəngli adi qaşlar olan 01 ədəd 583 əyarlı qızıl kişi üzüyünün 1 qramı 60 manat olmaqla 6 qramı 360 manat; - hər bir ədədi 2 qram çəkidə 03 ədəd 583 əyarlı qızıl dişin (qırıntı kimi) hər qramı 30 manat olmaqla 6 qramı 180 manat təşkil etməklə qeyd olunan qızıl-zinət əşyalarının 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1930,00 manat müəyyən olunur. İş materiallaırnda olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 alınmış tələbnamədən və məhkəmə hökm və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxxx 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, Zaqatala rayon Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə hökmün icrası azyaşlı uşağı 8 yaşına çatanadək təxirə salınmış, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2008ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68.2-ci maddələri tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və şərtimaliyyəvahidinin 3000 mislimiqdarında cərimə cəzalarına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qərarı ilə Milli Məclisin xx xxxx 2009-cu il tarixli qərarına əsasən cərimə cəzasından azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qərarı ilə Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən təyin edilmiş cəzanı çəkməkdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03(üç) il 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən uşağı 8 yaşına çatanadək hökmün icrası təxirə salınmış, Bak Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi hökmdən xaric edilmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliklər nəzərə alınaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilərək cəzası 07 (yeddi) ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Xətai rayon Məhkəməsinin qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək barəsində Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Milli Məclisinin xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD dsaylı qanunu tətbiq edilməklə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı əsasında üzərində saxlanılmış 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilməklə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlaınıldığı bir gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, hökmü ilə təyin olunmuş 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxxxx 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsindən ötrü qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(067)-29/2020 saylı qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(067)-29/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat qismən təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-37/2020 saylı qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-37/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, ev dustaqlığının müddəti Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(067)-29/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin sonu ilə məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-44/2020 saylı qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-44/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması haqqında təqdimat qismən təmin edilməklə qətimkan tədbirinin müddəti xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Xaçmaz rayon prokurorunun xx xxxxx 2020-ci il tarixli qərarından, qətimkan tədbirinin seçilməsi haqqında Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin xx xxxxx 2020-ci il tarixli qərarından və xx xxxxx 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Xaçmaz rayon prokurorunun xx xxxxx 2020-vi il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin üzadılmasına dair Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməklə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı ilə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmış, müstəntiqin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu Hülövlü kəndində yerləşən evin həyətinə, daha sonra həyətdən götürdüyü açarla evin qapısını açıb qanunsuz içəri daxil olaraq yataq otağındakı sandığın içərisindən Rusiyada zavod üsulu ilə istehsal edilmiş üzərində klon olan 900 manat dəyərində 01 ədəd 15 qram çəkidə 583 əyarlı qızıl qadın boyunbağısını, üzərində ağ rəngli adi qaşlar olan 240 manat dəyərində 01 ədəd 4 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyünü, üzərində qırmızı rəngli adi qaşlar olan 180 manat dəyərində 01 cüt 3 qram çəkidə qızıl qadın sırğasını, üzərində qırmızı rəngli adi qaş olan 70 manat dəyərində 01 tay 2 qram çəkidə 583 əyarlı qızıl qadın sırğasını, üzərində ağ rəngli adi qaşlar olan 360 manat dəyərində 01 ədəd 6 qram çəkidə qızıl kişi üzüyünü, hər bir ədədi 2 qram çəkidə olmaqla 180 manat dəyərində 03 ədəd 6 qram çəkidə 583 əyarlı qızıl dişi, həmin otaqdakı paltar dolabında olan pul kisəsinin içərisindən 10.000 manat, mətbəxdəki soyuducunun içərisindən isə 100 manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12.030 (on iki min otuz manat) məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşmançılıq hissi keçirməsini, 6 azyaşlı uşaq anası olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində; Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi recimli cəza çəkmə müəssisələrində; Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi recimli cəzaçəkmə müəssisələrində. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən residivə görə cəzanın müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az olmamaqla təyin edilməli, əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu02 (iki) ay 14gün müddətona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqlaüzərindəqəticəzasaxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəmi xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın tam şəkildə ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəndiqi Elxan Allahverdiyevin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 36 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(067)-103/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 42 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 252 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 14 (on dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılısın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 42 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 252 (iki yüz əlli iki) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-103/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-103/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver