Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-103/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz şəhəri Bünyatzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış və 09.03.2021-ci il tarixdə saat 19:30 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Bünyatzadə küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında saat 20:15-dən 20:35-dək olan müddətdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin altında saxladığı bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, yaşadığı evin qaz təchizatını borca görə kəsmişlər. Buna görə də o, evi isitmək məqsədilə Xaçmaz rayon ərazisində küçələrdə gəzib odun yığırdı. 09 mart 2021-ci il tarixdə də Xaçmaz şəhər ərazisində gəzərək odun axtarırdı. Əzizbəyov küçəsinə çatdıqda həmin küçə ilə gedib odun, ağac axtaran zaman doğranmış və kəsilmiş ağac budaqlarının qalaqlandığı bir yer görmüşdür. Oraya yaxınlaşadıqda həmin ağac budaqlarının altında ağ rəngli bir kisənin olmasını görmüşdür. Həmin kisəni götürüb içindəkiləri yerə boşaldırmış ki, içərisinə taxta və odunları yığıb yaşadığı evə aparıb yandırsın. O, həmin kisənin içini boşaltmış və çırpan zaman yerə ağ sellofan paket düşmüşdür. Həmin sellofan paket bağlı vəziyyətdə imiş. O, həmin paketin içərisində nə olduğuna baxmaq üçün paketi açdıqda paketin içərisində spesifik qoxusu olan qurudulmuş marixuananın olduğunu görmüşdür. O, əvvəllər də bir neçə dəfə narkotik vasitə olan qururdulmuş marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni dərhal tanımış və həmin narkotik maddədən istifadə etmək üçün onu götürüb əynində olan uzunqol idman gödəkcəsinin altına qoyub sepini bağlamışdır. Daha sonra həmin küçədən yaşadığı Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi istiqamətində getmişdir ki, aparıb həmin narkotik vasitəni evində gizlətsin və sonra öz şəxsi istifadəsi üçün qəbul etsin. O, dəmir yolu xəttinin kənarı ilə gedib yaşadığı məhləyə çatmış, paketi aparıb həyətdə gizlətmişdir. Təxminən 3-4 saat evdə dincəlmiş, evdə narkotik vasitə istifadə etmədiyindən saat 19:30 radələrində paketi yenidən götürüb evdən çıxmışdır ki, kənar bir yerdə aparıb istifadə etsin. Evdə ailə üzvlərinə görünməmək üçün paketi həyətdə açıb içərisindən bir istifadəlik götürməyə vaxt sərf etməmişdir. Evdə paketi heç kimin görməməsi üçün onu tapdığı formada tələsik götürüb gödəkcəsinin altına qoymuş və bütöv paketlə birlikdə evdən çıxıb küçənin başına tərəf hərəkət etməyə başlamışdır. Yaşadığı evdən bir neçə metr uzaqlaşdıqdan sonra iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, qanunsuz olaraq narkotik vasitləri üzərində gəzdirib, daşıyıb, saxlamağı barədə məlumat əldə etdiklərini bildirmişlər. Daha sonra həmin məlumatla bağlı onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da artıq həmin yerdən qaçmaq imkanının olmadığını görüb onlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə getmişdir. Yolda gedən zaman polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdiyi üçün üzərində olan narkotik vasitəni tullaya bilməmişdir. O, Xaçmaz RPŞ-nin inzibati binasına gətirilmiş, ona xidməti otaqda hüquq və vəzifələri izah edilmiş və xidməti otaqda ona dövlət hesabına Xaçmaz Rayon Vəkil bürosunun vəkili X2 təqdim edilmişdir. Daha sonra isə vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılması elan edilmiş, o isə etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etsin. Həmin vaxt o, bilmişdir ki, əgər üzərində olan qurudulmuş marixuananı özüm təqdi etməsə də polis əməkşdaları üzərində şəxsi axtarış aparıb həmin narkotik vasitəni aşkarlayacaqlar. Buna görə də əynində olan qara rəngli idman gödəkcəsinin altında gizlətdiyi ağ sellofan paketi və həmin idman gödəkcəsinin sol cibindən bir ədəd yaşıl rəngli alışqanı və əynimdəki şalvarın sol yan cibindən isə 23 manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra üzərindən aşkar edilən ağ sellofan paket müstəntiq tərəfindən açılmış və müşahidə olunan bitki tərkibli tünd yaşıl kütlənin nə olması soruşulmuşdur. O, həmin vaxt bitki kütləsinin qurudulmuş marixuana olduğunu və bu gün həmin narkotik vasitəni Xaçmaz şəhərində odun axtararkən Xaçmaz şəhəri, Əzizbəyov küçəsində tapdığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılsa da heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən ağ sellofan paketdə olan qurudulmuş marxuana qabalşdırılaraq götürülmüş, pul və alışqan ona qaytarılmış, bu barədə protokol tərtib edilmiş, qablaşdırılan ağ sellofan paketin üzərindəki ağ kağız iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni heç kimdən almamış və heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün saat 19:20 radələrində Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Bünyatzadə küçəsində yaşadığı evin qarşısında əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, tez-tez ətrafa boylanmış, əynindəki gödəkçənin altında nəsə saxladığı hiss olunmuşdur. Təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs evdən bir qədər uzaqlaşan zaman ona yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda şübhəli olduğunu bildirərərk rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da, onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Daha sonra müdafiəçinin və onların iştirakları ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Şəhriyar Kərimli tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkçəni açaraq gödəkçənin altında saxladığı bir ədəd ağ rəngli sellofan torbanı, daha sonra gödəkçənin və şalvarın ciblərindən pul və alışqan çıxararaq təqdim etmişdir. Sellofan torba açılıb baxılan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olmasını, odun axtaran zaman təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. X1 tərəfindən həmin kütlə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X1 həmin qablaşmanı ekpertizaya təqdim etmək üçün götürmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 23 manat pul və alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Baxış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və bitdikdən sonra çəkiliş də dayandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə -bioloji ekspertizasının 10.03.2021-ci il tarixli 7/257 nömrəli rəyindən görünür ki -tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 430.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2021-ci il tarixli 1029 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Xaçmaz rayonu, Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Xaçmaz rayonu, Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış və 09.03.2021-ci il tarixdə saat 19:30 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Bünyatzadə küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında saat 20:15-dən 20:35-dək olan müddətdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin altında saxladığı bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi -430 qram olan narkotik vas itə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə zalından həbsə alınmalıdır. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, 429.9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə məhkəmə xərci 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddətinin 01(bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, 429.9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə məhkəmə xərci 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-103/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-103/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver