Məhkəmə qərarları › İş №1(067)-103/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-103/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-103/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları, xx xxxxxxxx 1999-cu ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu Çarxı kəndi ərazisində tanışı Şahid idarə etdiyi **-FT-*** dövlət nömrə nişanlı Mersedes C180 markalı avtomobildə olduğu zaman avtomobilin sərnişin oturacağının arxa tərəfində olan cibindən sonuncunun anası Zərərçəkmiş şəxs məxsus içərisində 2 manat dəyərində fotoşəkillər, 450 manat pul,1 ədəd dəyəri 300 manat olan aypara formalı 585 əyyar 1.36 qram çəkidə qızıl kulon olan dəyəri 10 manat olan qadın çantasını tamah məqsədi ilə oğurlamaqla sonuncuya 762 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri Bakı prospektində yerləşən FRM mebel salonunda 2022-ci ilin yanvar ayından satıcı işləmiş,həmçinin həmin obyektin təmizlik işlərini də özü aparmışdır. Şahidla 2022-ci ilin mart ayının 14-də 1 nömrəli marşurutda tanış olmuş, daha sonra münasibətləri yaranmış və aralarında yaxınlıq da olmuşdur. Həmçinin Valehin atası da həmin mebel salonunda işləyir. xx.xx.2022-ci il tarixində saat 17 radələrində Valehin ona zəng edərək görüşmək istədiyini demiş daha sonra atasının maşını ilə gəlib onu götürmüşdür. Bir müddət birlikdə vaxt keçirdikdən sonra Valeh onu idarə etdiyi avtomobil ilə Xaçmaz rayonu Çarxı kəndinin giriş hissəsinə gətirmişdir. Yolda gələn zaman sərnişin oturacağının arxa tərəfində şişkinlik olduğunu görmüş, əli ilə yoxlayan zaman orda qadın çantasının olduğunu görmüşdür. Bundan sonra həmin çantanı götürüb əlində olan plastik salafanın içərisinə qoymuş daha sonra saat 18 radələrində Çarxı kəndinin giriş hissəsində avtomobildən düşmüşdür.Evə gəldikdən sonra çantanın içərisinə baxan zaman orda 450 manat pulun,qızılı rəngdə aypara formalı klonun olduğunu görmüş,həmin puldan 200 manatını övladının müalicəsinə xərcləmiş,qalan 250 manatını isə evdə sandığın içərisinə qoymuşdur.Aypara formalı klonu isə cins şalvarının cibinə qoymuşdur. Həm in çantada bundan başqa fotoşəkillərin və vizitkartların olduğu bundan başqa isə heç bir şey olmamışdır.Daha sonra isə çantanı içərisində fotoşəkillərlə birlikdə Xaçmaz şəhərində yerləşən Çənlibel parkında zibil qabına atmışdır. Həmin 1 ədəd kulonu və 250 manat pulu təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, oğlu X12 şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Onun həyat yoldaşının əmisi oğlunun Xaçmaz şəhəri Bakı prospektində mebel salonun vardır,Xaçmaz şəhəri Çarxı kəndində yaşayan Ayşən adlı qadının da orda xadiməçi olaraq işləyir,Ayşənin bir müddət əvvəl özünə sistem köçürmək məqsədi ilə ərindən Xaçmaz rayon mərkəzi xəstəxanasında sürücü işləyən oğlu Valehin telefon nömrəsini almışdır.Valeh ona tibbi yardım göstərilməsində köməklik etmişdir.xx.xx.2022-ci il tarixində oğlu Şahid Ayşəni Xaçmaz şəhəri Rəşid Behbudov küçəsində yerləşən Euro marketdən çıxan zaman görmüş,onu götürüb yaşadığı evə aparmış və kəndin giriş hissəsində düşürdükdən sonra dərhal onu götürmək üçün birgə yaşadıqları evin qarşısına gəlmişdir.O saat 19 radələrində maşına oturandan sonra ön sərnişin oturacağının arxa tərəfində olan cibdə ona məxsus olan qadın çantasının orda olmadığını görmüş,oğlundan bu barədə soruşan zaman oğlunun ona mən görməmişəm deyə cavab vermişdir.Daha sonra oğlu ona Ayşəni maşına otuzdurduğunu demişdir.xx.xx.2022-ci il tarixində Ayşəndən bu barədə soruşduğu zaman onun əvvəlcə etiraf etmədiyini daha sonra isə çantanı özünün götürdüyünü və Xaçmaz rayonu Çənlibel parkında itirdiyini ona demişdir.O həmin çantanın Ayşən tərəfindən oğrulandığım dəqiq bilmədiyi üçün polisə müraciət etməmişdir.Həmin oğurlanan 10 manat dəyərində olan çantasında 1 ədəd 300 manat dəyərində 3 qramlıq 585 əyyar qızıl klon,şəhid oğluna məxsus 2 manat dəyərində fotoşəkillər və 450 manat pul olmuşdur və oğurlanan əmlakının ümumi dəyəri 762 manatdır. Dəymiş zərər ona ödənilsə də o, şəhid oğlunun şəkillərini təqsirləndirilən şəxs tərəfindən ictimai yerdə zibil tullantılarına atılması üçün nəzərdə tutulmuş zibil yeşiyinə tulladığından onu bağışlamır və barəsində Cinayət Məcəlləsində nəzərdə tutulmuş ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, qardaşı Kərəm veyisovun Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur,özü isə Xaçmaz rayon mərkəzi xəstəxanasında sürücü işləyir,Zərərçəkmiş şəxs onun doğma anasıdır.2022-ci ilin mart ayında əmisinə məxsus olan mebel salonunda satıcı işləyən Ayşən onun atasından telefon nömrəsini almış xəstəxanaya sistem vurdurmaq üçün gəlmişdir.Bundan sonra aralarında tanışlıq başlamış və telefonda danışmağa başlamışlar.xx.xx.2022-ci il tarixində mebel salonundan atasına məxsus **-FT-*** dövlət nömrə nişanlı mersedes maraklı avtomobili götürməyə getmiş,həmin vaxt mebel salonun yanındakı məhəllədə Ayşəni görmüş və ona marşuruta gecikdiyi üçün aparmağı təklif etmiş Ayşən də razılaşmışdır.Daha sonrasında isə Ayşəni Xaçmaz rayon Çarxı kəndinin giriş hissəsində saat 18 radələrində düşürmüşdür,maşına əyləşən zaman isə onun əlində qara qadın çantasının olduğunu görmüşdür.Ayşənin anasına məxsus qadın çantasını nə vaxt götürməsindən xəbərinin olmamış,onu maşından düşürən zaman isə əlində plastik salafanm olduğunu görmüşdür.Daha sonra anası ondan ona məıxsus çantanın maşında olduğunu dedikdən sonra orda çantanın olması barədə xəbərinin olmuş,anası Nərgizin evdə ona maşındakı çantada 450 manat pulun,bir ədəd aypara formalı kulonun və qardaşı Kərəm veyisova məxsus fotoşəkillərin olduğunu demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3238-9/4175 nömrəli ekspert rəyinin nəticə hissəsindən aydın olur ki ekspertizaya təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan,ayulduz formalı üzərində 1 ədəd yaşıl qaş olan kulon-üzrəində 585 əyyar damğası həkk olunmuşdur,metalı 585 əyyarlı qızıla uyğundur,çəkisi 1.36 qramdır,qaşı qiymətli qaşlara aid deyildir.Bundan başqa həmin bir ədəd 585 əyyarlı, 1.36 qram çəkidə olan kulonun 2022-ci ilin mayına olan orta bazar qiyməti təxminən 116 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2018-ci il tarixli AZ-İV seriyalı 115541 nömrəli X2 surətindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından himayələrində yetkinlik yaşına çatmamış X5 adında qız ovladı var. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 may 2019-cu il tarixli AZ-İV seriyalı 282303 nömrəli X2 surətindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından himayələrində azyaşlı X6 adında oğlu var. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli AZ-İV seriyalı 527297 nömrəli X2 surətindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından himayələrində azyaşlı X4 adında qız ovladı var. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı kəndi İnzibati Ərazi Dairəsinin nümayəndəliyinin 14 iyun 2022-ci il tarixli, 247 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Çarxı kəndində yaşayır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı kəndi İnzibati Ərazi Dairəsinin nümayəndəliyinin 14 iyun 2022-ci il tarixli, 249 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Aparılmış təhqiqat zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu Çarxı kəndi ərazisində tanışı Şahid idarə etdiyi **-FT-*** dövlət nömrə nişanlı Mersedes C180 markalı avtomobildə olduğu zaman avtomobilin sərnişin oturacağının arxa tərəfində olan cibindən sonuncunun anası Zərərçəkmiş şəxs məxsus içərisində 2 manat dəyərində fotoşəkillər, 450 manat pul,l ədəd dəyəri 300 manat olan aypara formalı 585 əyyar 1.36 qram çəkidə qızıl kulon olan dəyəri 10 manat olan qadın çantasını tamah məqsədi ilə oğurlamaqla sonuncuya 762 manat dəyərində maddi ziyan vurmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4. və 59.2-ci maddələrinə əsaslanaraq, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, himayəsində 3 azyaşlı uşağın olmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, daimi iş yerinin olmasını, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut 1 ədəd aypara formalı üzərində bir ədəd yaşıl rəngli qaşı olan kulon və 250 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd aypara formalı üzərində bir ədəd yaşıl rəngli qaşı olan kulon və 250 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar