Məhkəmə qərarları › İş №1(067)-105/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-105/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-105/2021 14.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliy ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Şərəf oğlunun, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1956-cı ildə Azərbaycan Respublikasının Dəvəçi rayonu, Quyubulaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə xx.xx.1977-ci ildə Azərbaycan Respublikasının Dəvəçi rayonu, Yenikənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan və barəsində“ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş iş materialına baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəklində cinayət əlaqəsinə girərək, Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 24 yanvar 2021-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək, özü yeriyən və özü üzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxta qayıqdan istifadə etməklə təxminən 2 kilometr dənizə üzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuş, 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında həmin torları yığmaq üçün dənizə gedib balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqlaqanunsuz tutduqları balıqları götürüb, həmingün saat 15:10 radələrində qayıqla sahilə çıxdıqda Nəqliyyatda Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq NBPİ-nin inzibati binasının həyətinə gətirilmiş və orada qayığa baxış zamanı həmin şəxslərdən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 602 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2021-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrəbölgüsü”nə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, ümumilikdə 4000 (dörd min) manat məbləğində balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqla qanunsuz tutulmuş balıq növlərindən olan 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq aşkar edilib müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəklində cinayət əlaqəsinə girərək, Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 24 yanvar 2021-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özü yeriyən və özü üzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxta qayıqdan istifadə etməklə təxminən 2 kilometr dənizə üzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuş, 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında həmin torları yığmaq üçün dənizə gedib balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqlaqanunsuz tutduqları balıqları götürüb, həmingün saat 15:10 radələrindəqayıqlasahiləçıxdıqda Nəqliyyatda Baş Polis İdarəsinin CAİ-ninəməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində saxlanılaraq NBPİ-nin inzibati binasının həyətinə gətirilmiş və orada qayığa baxış zamanıhəmin şəxslərdən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 602 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2021-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrəbölgüsü”nə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, ümumilikdə 4000 (dörd min) manat məbləğində balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqlaqanunsuz tutulmuşbalıq növlərindən olan 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq aşkar edilib müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 2020-ci ilin noyabr ayında tanışı Şahid1 qanuni sənəd əsasında balıq ovu ilə məşğul olmaq üçün 3 ədəd qayıq və mühərrik aldığını bildirmiş, özünün balıq tutma sahəsində təcrübəsi olmadığından bir neçə nəfər təcrübəli balıqçı ilə, o cümlədən onunla danışıb razılaşmışlar ki, müvafiq balıq ovlama bileti aldıqdan sonra ovlanmasına icazə verilən növdən olan balıqları tutub Bəhruza təhvil verəcəklər, qarşılığında isə Şahid1 onlara əmək haqqı ödəyəcəkdir. Şahid1 aldığı taxta qayıqların və mühərriklərin əsaslı təmirə ehtiyacı olduğundan Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində saxlayıb təmir etmək üçün onun tanımadığı ustaları bu işə cəlb etmişdir. Təmir işləri və balıq ovu üçün müvafiq sənədlərin hazırlanması ləngidiyindən onun kimi Bəhruz üçün balıq tutma ilə məşğul olmaqla bağlı razılaşmış Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, Bəhruzdan xəbərsiz qayıqlardan birini götürüb dənizdə tor qursunlar və tora düşmüş balıqları satıb qazanc əldə etsinlər. Bu məqsədlə təxminən 2021-ci ilin yanvar ayının 23-24-dəsaat 20 radələrində o, Təqsirləndirilən şəxs2la qabaqcadan aralarında olan razılığa uyğun olaraq Şahid1 xəbərsiz, qazanc əldə etmək məqsədi ilə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özüyeriyən və özü üzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxta qayıqdan istifadə etməklə təxminən 2 kilometr dənizəüzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuşlar. 27 yanvar 2021-ci il tarixdə dənizdə qurduqları toru yığmaq üçün səhər saatlarında dənizə getdikdə tora 19ədəd nərə balıqları və 1 ədəd qızıl balığın düşdüyünü görüb, balıqları qayığa toplayaraq sahiləçıxdıqda təxminən saat 15 radələrində mülki geyimli polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim etmiş və qayıqdan 19 ədəd nərə balıqlarını, 1 ədəd qızıl balığı və balıq tutmaq üçün istifadəetdiləri “jilka” adlandırılan toru aşkar edib, onları Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına dəvət dəvət etmişlər. NBPİ-nin inzibati binasının həyətində keçirilən baxış zamanı onlardan qanunsuz balıq tutmaq üçün istifadə etdikləri 1 ədəd AŞA 8094 bort nömrəli taxta qayığın içərisində balıq tutmaq üçün istifadə etdikləri sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq aşkar edilərək protokol tərtib edilməklə götürülmüş və sorğu zamanı onlar qeyd edilən balıq tutmaq üçün vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizindən 19 ədəd nərə balıqlarını və 1 ədəd qızıl balığı qanunsuz tutduqlarını etiraf edərək həmin prokola imza etmişlər. Saxlanılan zaman və NBPİ-yə gəldikdən sonra ona və Təqsirləndirilən şəxs2 qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 2020-ci ilin noyabr ayında həmkəndlisi Şahid1 qanuni sənəd əsasında balıq ovu ilə məşğul olmaq üçün 3 ədəd qayıq və mühərrik aldığını, özünün balıq tutma sahəsində təcrübəsi olmadığından bir neçə nəfər təcrübəli balıqçı ilə, o cümlədən onunla danışıb razılaşmışlar ki, müvafiq balıq ovlama bileti aldıqdan sonra ovlanmasına icazə verilən növdən olan balıqları tutub Bəhruza təhvil verəcəklər, qarşılığında isə Şahid1 onlara əmək haqqı ödəyəcəkdir. Bəhruzun aldığı taxta qayıqların və mühərriklərin əsaslı təmirə ehtiyacı olduğundan Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində saxlayıb təmir ilə məşğul olmaları üçün onun tanımadığı ustaları bu işə cəlb etmişdir. Təmir işləri və balıq ovu üçün müvafiq sənədlərin hazırlanmasıləngidiyindən onun kimi Bəhruz üçün balıq tutma ilə məşğul olmaqla bağlı razılaşmış Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, Bəhruzdan xəbərsiz qayıqlardan birini götürüb dənizdə tor qursunlar və tora düşmüş balıqları satıb qazanc əldə etsinlər. Bu məqsədlə təxminən 23-24 yanvar 2021-ci il tarixdəsaat 20 radələrində o, Təqsirləndirilən şəxs1la qabaqcadan aralarında olan razılığa uyğun olaraq Şahid1 xəbərsiz, qazanc əldə etmək məqsədi ilə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özüyeriyən və özüüzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləritaxtaqayıqdanistifadəetməklə təxminən 2 kilometr dənizəüzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuşlar. 27 yanvar 2021-ci il tarixdə dənizdə qurduqları toru yığmaq üçün səhər saatlarında dənizə getdikdə tora 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balığın düşdüyünü görüb, balıqları qayığa toplayaraq sahiləçıxdıqda təxminən saat 15 radələrində mülki geyimli polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim etmiş və qayıqdan 19 ədəd nərə balıqlarını, 1 ədəd qızıl balığı və balıq tutmaq üçün istifadəetdiləri “jilka” adlandırılan toru aşkar edib, onları Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına dəvət dəvət etdilər. NBPİ-nin inzibati binasının həyətində keçirilən baxış zamanı onlardan qanunsuz balıq tutmaq üçün istifadə etdiləri 1 ədəd AŞA 8094 bort nömrəli taxta qayığın içərisində balıq tutmaq üçün istifadə etdiləri sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq aşkar edilərək protokol tərtib edilməklə götürülmüş və sorğu zamanıonlar qeyd edilən balıq tutmaq üçün vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizindən 19 ədəd nərə balıqlarını və 1 ədəd qızıl balığı qanunsuz tutduqlarını etiraf edərək həmin prokola imza etmişlər. Saxlanılan zaman və NBPİ-yə gəldikdən sonra ona vəTəqsirləndirilən şəxs1 qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 2020-ci ilin noyabr ayında qanuni sənəd əsasında balıq ovu ilə məşğul olmaq üçün 3 ədəd qayıq və mühərrik almışdır. Özünün balıq tutma sahəsində təcrübəsi olmadığından bir neçə nəfər təcrübəli balıqçı ilə, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşmışlar ki, müvafiq balıq ovlama bileti aldıqdan sonra ovlanmasına icazə verilən növdən olan balıqları tutub ona təhvil verəcəklər və qarşılığında o balıqçılara əmək haqqı ödəyəcəkdir. Aldığı taxta qayıqların və mühərriklərin əsaslı təmirə ehtiyacı olduğundan Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində saxlayıb təmir etdirmək üçün bu işə ustaları cəlb etmişdir. Müvafiq sənədlərin toplanması üçün Bakı şəhərində olduğu müddət ərzində onunla işləmələri üçün razılaşdığı balıqçılardan ikisi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun məlumatı və razılığı olmadan öz aralarında olan razılığa əsasən qazanc əldə etmək məqsədi ilə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinə «AŞA 8094 bort» nömrəli qayığa “Yamaha-75” markalı mühərrik bağlayıb dənizə üzmüş və orada tor quraraq qayıtmış və 27 yanvar 2021-ci il tarixdə saat 15 radələrində qurduqları tora düşmüş 19 ədəd nərə balıqlarını və 1 ədəd qızıl balığı götürüb sahilə çıxdıqda Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq baş idarəyə dəvət edilmişlər. Həmin vaxt, sahildə qayıqların və mühərriklərin təmiri ilə məşğul olan ustalar və birlikdə işləmək barədə razılaşdığı digər balıqçılar da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə NBPİ-yə gəlmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu qanunsuz əməlinin ona heç bir aidiyyəti yoxdur, həmçinin o heç vaxt nərə balığı tutmayıb və nərə balığı satışı ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, 2020-ci ilin dekabr ayında həmyerlisi Şahid1 qanuni sənəd əsasında balıq ovu ilə məşğul olmaq üçün 3 ədəd qayıq və mühərrik aldığını, özünün balıq tutma sahəsində təcrübəsi olmadığından bir neçə nəfər təcrübəli balıqçı ilə, o cümlədən onunla danışıb razılaşmışdır ki, müvafiq balıq ovlama bileti aldıqdan sonra ovlanmasına icazə verilən növdən olan balıqları tutub Bəhruza təhvil vermələri qarşılığında sonuncu onlara əmək haqqı ödəyəcəkdir. Bəhruzun aldığı taxta qayıqlar və mühərriklər köhnə olduğu üçün əsaslı təmirə ehtiyacı olduğundan Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində saxlayıb təmir ilə məşğul olmaq üçün ustaları bu işə cəlb etmişdir. Təmir işləri və balıq ovu üçün müvafiq sənədlərin hazırlanması ləngidiyindən onunla birlikdə Bəhruz üçün balıq tutma ilə məşğul olmaqla bağlı razılaşmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid5 və Şahid6 arada-sırada qayıqların və mühərriklərin təmir olunduğu yerə baş çəkir, sahildə bir qədər gəzişib söhbət edirmişlər. 27 yanvar 2021-ci il tarixdə növbəti dəfə o qeyd edilən yerdə Şahid6 və X4 ilə görüşüb, qayıqların və mühərriklərin təmiri ilə maraqlanmağa getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sahildə olmamışlar. Həmin gün saat 15 radələrində Bəhruzla işləmələri üçün razılaşmış balıqçılardan ikisi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizindən qayıqla sahilə çıxmış və polis əməkdaşları olduqlarını sonradan öyrəndiyi mülki geyimli şəxslər tərəfindən saxlanılmışlar. Həmin vaxt polis əməkdaşları sahildə olan Şahid6, Şahid7, həmçinin qayıq mühərrikini təmir edən X2 və onun özünü də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Nəqliyyatda Baş Polis İdarəsinə dəvət etmişlər. NBPİ-nin inzibati binasının həyətində keçirilən baxış zamanı onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz balıq tutmaq barədə öz aralarında razılaşaraq Şahid1 məlumatı olmadan, qazanc əldə etmək məqsədi ilə 1 ədəd «AŞA 8094» bort nömrəli, “Yamaha 75” markalı mühərriklə təchiz etdikləri taxta qayıqla sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tordan istifadə edərək, 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq tutublarmış. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2Güloğlan oğlunun öz aralarında razılaşaraq, qabaqcadan əlbir olmaqla qazanc əldə etmək məqsədi ilə qanunsuz olaraq 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq tutmalarından nə onun, nə Şahid1, nəBalacaağa Kazımovun, nə Şahid7, nə də Şahid6 heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid7, Şahid6 və X4, Şahid5 ifadəsi ilə analoci ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan olunmuş şahid NBPİ-nin CAİ-nin xmiü baş əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, 27 yanvar 2021-ci il tarixdə şəxsiyyəti məlum olmayan “Bəhruz” adlışəxsin Xaçmaz rayonu, İstisu (Müqtədir) qəsəbəsi istiqamətində Xəzər dənizində nərə cinsli balıqların qanunsuz ovlanmasını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin şəxsiyyətinin müəyyən edilib, onu cinayət başında yaxalamaq məqsədi iləəməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün NBPİ-də yaradılmış əməliyyat qrupunun üzvü kimi tədbirdə iştirak etmişdir. Həmin gün tədbir keçirilərkən saat 15 radələrində Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi istiqamətində taxta qayıqla sahilə çıxan, şəxsiyyətləri sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb əmliyyat qrupunun üzvləri həmin şəxslərə yaxınlaşaraq, onları Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. NBPİ-nin inzibati binasının həyətində keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu özüyeriyən və özü üzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri qayığın içərisindən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, 19 ədəd nərə balığı və 1 ədəd qızıl balıq aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu aparılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 balıq ovlama biletlərinin olmadığını, aşkar edilmiş 1 ədəd qızıl balığı və 19 ədəd nərə balıqlarını qayığın içərisində olan “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor vasitəsi ilə Xəzər dənizinin Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində qanunsuz tutduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində balıq ovlama bileti olmadığından, həmçinin onların tutduqları balıqların ovlanması qadağan edilmiş nəsli kəsilmək üzrə olan qiymətli balıq növü hesab edilən 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq olduğundan və istifadə etdikləri hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan, cilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torların istifadəsi qadağan edildiyindən bu barədə protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən imzalandı. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maddi sübut kimi götürülmüş 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-nin rəsmi nümayəndəsi olan “Qızıl Balıq” balıq və balıq məhsulları satılan mağazaya təhvil verilmiş, 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxtaqayıq, həmin qayığın içərisində hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan, cilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor müvəqqəti olaraq NBPİ-də saxlanması üçün götürülmüşdür. Məhkəmədə ifadələri elan olunmuş şahidlər NBPİ-nin CAİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, istintaq zamanı Şahid2 ifadəsi ilə analoci ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdlar. İş materiallarında olan, Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Siyəzən rayon icra hakimiyyəti başçısının Yenikənd kənd İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2021-ci il tarixli 9/1932 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 27 yanvar 2021-ci iltarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 19 ədəd nərə balığının qanunsuz ovlanması nəticəsində 3800 manat, 1 ədəd qızıl balığın qanunsuz ovlanması nəticəsində 200 manat, ümumilikdə balıq ehtiyatlarına 4000 (dörd min) manat məbləğində ziyan vurulmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdə saat 11:30 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində qanunsuz balıq tutarkən, Su NPİ-nin Xaçmaz XPM-nin əməkdaşları tərəfindən yaxalanmış və onlardan Xəzər dənizindən qanunsuz olaraq 19 ədəd nərə balıqlarını və 1 ədəd qızıl balıqlarını tutması aşkar edilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 28 yanvar 2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xəzər dənizindən qanunsuz 19 ədəd nərə balıqlarını və 1 ədəd qızıl balıqlarını «Qızıl Balıq» adlanan balıq və balıq məhsulları satılan mağazaya təhvil verilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan 28 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 qanunsuz balıq ovladığı ov alətləri - 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxtaqayıq, həmin qayığın içərisində hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan, cilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor müvəqqəti olaraq NBPİ-də saxlanması üçün götürülmüşdür. Cinayət işinin 191-ci vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27.05.2021-ci il tarixli məktubundan və işin 192-ci vərəqində olan ödəniş qəbzlərindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən balıq ehtiyatlarına vurulmuş, ümumilikdə 4000 (dörd min) manat məbləğində ziyan ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəklində cinayət əlaqəsinə girərək, Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 24 yanvar 2021-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinəgələrəközüyeriyən və özüüzənnəqliyyatvasitəsihesabedilən1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxtaqayıqdanistifadəetməklə təxminən 2 kilometr dənizəüzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuş, 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında həmin torları yığmaq üçün dənizə gedib balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqlaqanunsuz tutduqları balıqları götürüb, həmingün saat 15:10 radələrindəqayıqlasahiləçıxdıqda Nəqliyyatda Baş Polis İdarəsinin CAİ-ninəməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində saxlanılaraq NBPİ-nin inzibati binasının həyətinə gətirilmiş və orada qayığa baxış zamanıhəmin şəxslərdən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 602 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2021-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrəbölgüsü”nəəsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, ümumilikdə 4000 (dörd min) manat məbləğində balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqla qanunsuz tutulmuş balıq növlərindən olan 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balıq aşkar edilmiş və müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəklində cinayət əlaqəsinə girərək, Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 24 yanvar 2021-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinəgələrəközüyeriyən və özüüzənnəqliyyatvasitəsihesabedilən1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdikləri taxtaqayıqdanistifadəetməklə təxminən 2 kilometr dənizəüzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor qurmuş, 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında həmin torları yığmaq üçün dənizə gedib balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqlaqanunsuz tutduqları balıqları götürüb, həmingün saat 15:10 radələrindəqayıqlasahiləçıxdıqda Nəqliyyatda Baş Polis İdarəsinin CAİ-ninəməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində saxlanılaraq NBPİ-nin inzibati binasının həyətinə gətirilmiş və orada qayığa baxış zamanıhəmin şəxslərdən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd tor, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 602 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2021-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, ümumilikdə 4000 (dörd min) manat məbləğində balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmaqları sübuta yetir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətmələri özlərinin səmimi etirafı, şahidlərin ifadələri və iş materialları ilə tamamilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, AR Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin qeydinə əsasən CM-in 256.3-cü maddəsində «xeyli miqdar» dedikdə min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngulləşdirən hallar kimi nəzərə alaraq, onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngulləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmasını nəzərə alaraq, onun barəsində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasnda nəzərdə tutulan cəzalardan müəyyən müddətə balıq və digər su bioresurslarını tutma fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan etmə cəzasının təyin edilməsini, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və üzərində sınaq müddətinin müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən halları, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, onun tərəfindən balıq ehtiyatlarına vurulmuş ziyanın ödənilməsini, cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzasını ağırlaşdıran hal olmasını, habelə cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, barəsində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasnda nəzərdə tutulan cəzalardan müəyyən müddətə balıq və digər su bioresurslarını tutma fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan etmə cəzasının təyin edilməsini, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və üzərində sınaq müddətinin müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldıqları 02 gün müddət onlara əsas cəza olaraq təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər X7, və Təqsirləndirilən şəxs2 götürülmüş və hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan ov ləvazimatları- 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdilən taxta qayıq, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd torlar dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər X7, və Təqsirləndirilən şəxs2 Xəzər dənizindən qanunsuz ovladıqları 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balığın tez xarab olan ərzaq malı olduğu üçün «Caspian Fish” MMC-nin rəsmi nümayəndəsi “Qızıl balıq” balıq və balıq məhsulları satılan mağazaya təhvil verilməsi nəzərə alınsın və həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qaydasında tutulması tələb edilən məbləğin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə əlavə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə balıq və digər su bioresurslarını tutma fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il maddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona əsas cəza olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə, ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə balıq və digər su bioresurslarını tutma fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il maddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona əsas cəza olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə, ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər X7, və Təqsirləndirilən şəxs2 götürülmüş və hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan ov ləvazimatları- 1 ədəd AŞA 8094 bort nömrəli, “Yamaha-75” markalı mühərriklə təchiz etdilən taxta qayıq, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 3 ədəd torlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər X7, və Təqsirləndirilən şəxs2 Xəzər dənizindən qanunsuz ovladıqları 19 ədəd nərə balıqları və 1 ədəd qızıl balığın tez xarab olan ərzaq malı olduğu üçün «Caspian Fish” MMC-nin rəsmi nümayəndəsi “Qızıl balıq” balıq və balıq məhsulları satılan mağazaya təhvil verilməsi nəzərə alınsın və həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia qaydasında tutulması tələb edilən məbləğin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınmalı və həmin hissədə iş üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə əlavə məhkəmə xərcləri yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar