Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-105/2025 13.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunun,Tikanoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun,Tikanoba kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonunun, Qusarçay kəndində yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Xaçmaz-Xudat yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsindən 250 metr şərq istiqamətdə yerləşən yaşadığı evdə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üzünün hər iki nahiyəsinə, həmçinin dodaq nahiyəsinə sağ əli ilə qəsdən bir neçə dəfə yumruq zərbəsi vuraraq sonuncuya sağ göz ətrafının və sol gözün alt qapaq nahiyələrinin qançırları və alt dodağın selikli qişasına qansızına qismində dərəcəsi təyin edilməyən, sağ göz almasına qansızına qismində qəsdən sağlamlığa "yüngül zərər vurmaya” səbəb olan xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət etmiş olan Zərərçəkmiş şəxs ilə 10 ildən artıq müddətdir ki, rəsmi nikah münasibətlərində birgə şəkildə yaşayırlar və onların 3 övladı vardır. O rəsmi olaraq heç yerdə işləmir, lakin Xəzər dənizinin Xaçmaz rayonu, Sibir-oba kəndi ərazisinə düşən hissəsində balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə kömək etməklə məşğul olur. Belə ki, o xx.xx.2025-ci il tarixdə, günorta saatlarında dəniz kənarından çıxaraq Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən evinə gəlmiş və yorğun olduğu üçün evin zalında olan divana uzanaraq yuxuya getmişdir. Həmin gün, saat təxminən 19:30 radələrində arvadı Zərərçəkmiş şəxs evə daxil olmuşdur. O Günelin ayaq səslərini eşidərək yuxudan oyanmışdır. Yuxulu olduğu üçün Zərərçəkmiş şəxs işdən gəlməsini unutmuş və ona haradan gəldiyi barədə sual vermişdir. Günel isə ona aqresiv şəkildə cavab verdiyi üçün o daha da, hiddətlənərək Günelin üzərinə doğru yeriməyə başlamış və ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Günel Əmirxanov ona cavab qaytardığı üçün o sağ əli ilə Günelin üzünün sağ nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Günel onun üzərinə qışqırmış və o Günelin üzünün sol nahiyəsinə, həmçinin dodaq nahiyəsinə yumruq zərbələri vurduqdan sonra Günel evi tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, arvadı Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə gedərək döyülməsi barədə yazılı şəkildə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs qızma yaşadıqları ünvanda yumruqla vuran zaman başqa şəxs və ya şəxslərin baş verənləri görməməsini qeyd etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət etmiş olduğu Təqsirləndirilən şəxs onun əridir və xx.xx.2009-cu il tarixdə onunla rəsmi nikah müqaviləsi ilə ailə həyatı qurmuşdur və bu evlilikdən onun 3 övladı dünyaya gəlmişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqları müddətdən hal-hazıradək Rəşad spirtli içkinin təsiri altında mütamadi olaraq yaşadıqları evdə mübahisələr yaratmışdır. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində işdən çıxaraq yaşadıqları ünvana qayıtmış və evə daxil olan zaman Təqsirləndirilən şəxs evin zalında olan divanda uzanılı vəziyyətdə olmuş və içəri daxil olduqdan sonra Rəşad ayağa qalxmış və ondan haradan gəlməyini soruşmuşdur. O isə cavabında işdən gəldiyini bildirən zaman Rəşad, uca səslə səbəbsiz yerə onun ünvanına nalayiq ifadə işlətmişdir. Daha sonra o, Rəşada üzərinə qışqırmamasım və nalayiq ifadələr işlətməməsini bildirdikdə Rəşad daha hiddətlənərək sağ əlini yuxarı qaldıraraq onun üzərinə doğru getməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə aralarında baş verən sözlü mübahisə zamanı Rəşad ani olaraq sağ əli ilə onun üzünün sağ nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs qışqıraraq onu vurmamasını bildirsə də, Rəşad buna məhəl qoymayaraq dodaq nahiyəsinə, həmçinin üzünün sol nahiyəsinə də, yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs onu döyməsinə övladları, həmçinin digər şəxslər şahidlik etməmişdirlər. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsin Xaçmaz rayon şöbəsinin xx.xx.2025-cü il tarixli 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - aşkar edilmiş sağ göz ətrafının və sol gözün alt qapaq nahiyələrinin qançırları və alt dodağın selikli qişasına qansızma xəsarətləri dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, sağ göz almasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər növünə aiddir və qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2025-ci il tarixinə uyğun gəlir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2025-ci il tarixli protokolundan görünür ki, baxış zamanı hadisə yeri Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1 (bir) mərtəbəli fərdi yaşayış evidir. Xaçmaz-Xudat yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsindən 250 metr şərq istiqamətdə yerləşir. Fərdi yaşayış evi 6 sot ərazidə inşa edilmişdir və 4 otaqdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə, Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində kəndin heç bir ictimai işlərində iştirak etməmişdir. Qusarçay İƏD rəhbərliyi tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə kafi xarakterizə olunur. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan 13 may 2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görürünr ki, o, Təqsirləndirilən şəxs şikayətci olmadığını, onunla barışdığını və onun barəsində olan cinayət işi icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-105/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-105/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver