Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-106/2021 28.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X24 Təchizatı və Satışı İdarəsinin X10 mühəndisi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X24 Təchizatı və Satışı İdarəsinin X10 mühəndisi vəzifəsində işləyərkən, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmiş şəxs kimi Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus bağ sahəsinin həmin ərazidən keçən 10 kv-luq RTS Hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər, yəni texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsini təşkil etməməklə “Elektrik qurğularının quraşdırma qaydaları”nm 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nm 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19-cu bəndlərinin tələblərini pozduğuna görə 16 iyun 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini X6 həmin gilas bağında ağacın yuxarı hissəsində olan meyvəni yığmaq məqsədilə dəmir konstruksiyalardan hazırlanmış hündürlüyü 6 metr olan nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində “elektrik nişanələri” xəsarətləri alaraq ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olmuş, bununla da, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ali təhsillidir, 1975-1980-cı illərdə indiki Azərbaycan Texniki Universitetinin “elektron hesablama maşınları” fakültəsində avtomatika və telemexanika ixtisası üzrə təhsil almış, 2004-2019cu illərdə "xxxx" ASC-nin X9 enerji satışı üzrə mühəndis işləmiş, 2019-cu ilin avqust ayından hal-hazırki vaxtadək isə X9 istismar sahəsi üzrə mühəndis vəzifəsində işləyir. Mühəndis kimi onun əsas vəzifəsi əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək, baş vermiş qəzaları vaxtında aradan qaldırmaq, elektrik avandanlıqlarmın sazlığını qorumaqdan və s. ibarətdir. İşlədiyi Xaçmaz EŞ-də səyyar əməliyyat briqadası və elektrik montyorları işləyir. O, mühəndis kimi baş vermiş qəzaları aradan qaldırmaq məqsədilə tabeçiliyində olan elektrik montyorları ilə həmin ünvanlara gedərək təmir-bərpa işləri aparırlar. Bundan başqa onun tabeçiliyində olan işçilərin istehsalat və daxili intizamına və iş zamanı texniki təhlükəsizlik qaydalarına, texniki istismar qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına nəzarət etmək səlahiyyətləri vardır. 17.06.2020-ci il tarixdə işdə olduğu vaxt eşitmişdir ki, 16.06.2020-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində tanımadığım şəxsin bağ sahəsində gilas yığmağa çalışan bir cavan oğlan hündürlüyü 6 metr olan dəmir materialdan hazırlanmış nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın üst hissəsinin bağın ərazisindən, ağacın yaxınlığından keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür. Bundan başqa onun həmin hadisə ilə əlaqədar heç bir məlumatı yoxdur. Onun və digər mühəndislərin işə qəbulla bağlı əmək müqavilələri mövcuddur. O, həmin yüksək gərginlikli elektrik hava xəttinin mühəndis kimi ona təhkim olunması barədə məlumatı vardır, təhkim olunma ilə bağlı rəhbərlik tərəfindən ona təqdim edilmiş hazırda xatırlamadığı bir dəftərə imza etmişdir. X10 texniki-təhlükəsizlik qaydaları üzrə mühəndisi Şahid6 tərəfindən ayda bir dəfə istismar sahəsi üzrə mühəndislərə təlimat keçirilir və bununla bağlı müvafiq təlimat jurnalına imza edirlər. Elektrik montyorlarına isə gündəlik olaraq işə göndərilməmişdən əvvəl təlimat keçirilir. Onun və tabeçiliyində olan elektrik montyorları tərəfindən ona təhkim olunmuş ərazi üzrə elektrik hava xətlərinə baxış keçirilir. Lakin keçirilmiş baxışla əlaqədar hər hansı bir rəsmiləşdirilmə aparılmamışdır. Hadisə baş verən elektrik hava xəttinə isə tərəfindən hazırda xatırlamadığı vaxt baxış keçirilmişdir. Lakin qeyd etdiyi kimi bununla bağlı heç bir akt və yaxud digər rəsmi sənəd tərtib edilməmişdir. Baxış zamanı elektrik hava xətlərinin dirəklərinin əyilib-əyilməməsini, naqillərin altında ağacların, kolların, ot tayalarının olub-olmamasını, naqillərin və izolyatorların korroziyaya uğrayıb uğramamasmı yoxlayırlar. Lakin Elektrik hava xəttinin yerdən hansı hündürlükdən keçməsini yoxlamağa isə texniki imkanları olmadığından bunu yoxlaya bilməmişlər. Əgər hər hansı bir xətdə təmir işləri görüləcəkdirsə əvvəlcədən dispetçer xidmətinə elektrik cərəyanının ötürülməsini dayandırmaq məqsədilə məlumat verilir, bundan sonra müvafiq naryad tərtib edilərək təmir işləri aparılır. İş qurtardıqdan sonra isə yenidən dispetçerə məlumat verilir ki, elektrik cərəyanının ötürülməsini bərpa etsin. Yüksək gərginlikli elektrik hava xətlərinə texniki baxış keçirilməsinə dair cədvəlin olub-olmaması ilə bağlı heç bir məlumatı yoxdur, əgər vardırsa da, onun bundan xəbəri yoxdur. Eləmin elektrik hava xəttinə tərəflərindən, yəni onun və elektrik montyorları tərəfindən baxış keçirilmişdir. Lakin texniki pasportda qeydiyyatın onun və yaxud başqa şəxs tərəfindən aparılmasını xatırlamır. Yüksək gərginlikli elektrik hava xətlərinin mühafizəsi zonasında tikilmiş evlər, əkilmiş ağaclar və s. bu kimi xüsusatlarla əlaqədar vətəndaşlara xəbərdarlıq etmək onun səlahiyyət çərçivəsində olmadığından tərəfindən hər hansı bir şəxsə rəsmi qaydada xəbərdarlıq edilməmişdir. Bu, EŞ-nin rəhbərliyinin səlahiyyətlərinə daxildir. 2019-cu ilin sentyabr ayından etibarən istismar üzrə mühəndis vəzifəsində işləyir, əvvəllər satış üzrə nəzarətçi mühəndis işləmişdir. 2019-cu ilin sentyabr ayından sonra hadisənin baş verdiyi tarixə qədər, yəni 16.06.2020-ci il tarixədək ona həvalə edilmiş elektrik xətlərinin hamısına baxış keçirə bilməmiş, ümumiyyətlə 10 kv-luq RTS elektrik hava xətti rəsmi qaydada, yəni müvafiq əmrlə ona təhkim edilməmişdir. Sadəcə olaraq rəhbərlik şifahi qaydada həmin xəttə baxış keçirilməsini ona həvalə etmişdir. O, özünü baş vermiş hadisə ilə əlaqədar təqsirli bilmir. Elektrik xətlərinə cavabdeh şəxs məhz baş mühəndisdir. Onun göstərişinə əsasən müvafiq xətlərə baxışlar keçirirlər. O, öz başına həmin baxışları keçirə bilməz. O, öz vəzifələrini bilir və dərk edir. Eladisə baş vermiş RTS elektrik hava xəttinə baxış keçirdikləri zaman naqillərin yerdən 7 metr hündürlükdən olduğunu bilməmiş, bunun üçün ölçü işləri aparmamışlar, lakin elektrik HX-dən 10 metr mühafizə zonasının pozulduğunu bilmişdir. Bununla əlaqədar isə Xaçmaz EŞ-nin rəhbərliyinin məlumatı vardır. Abonentlərə, ev və ya bağ sahiblərinə rəsmi xəbərdarlıqların edilməsi məhz rəhbərliyin vəzifəsidir. O və onun kimi mühəndislər ev və bağ sahiblərini şifahi qaydada məlumatlandırırlar, xəbərdarlıq edirlər. Lakin rəsmi xəbərdarlıqların edilməsi baş mühəndis və şəbəkə rəisinin vəzifəsidir. Bağlarda ağacların budanması lazım olduqda çox vaxt bağ sahiblərinin müqaviməti, narazıçılığı ilə rastlaşırlar. Yəni ki, rəsmiyyətdə qeyd olunan işlərin görülməsi onun vəzifəsi olmasına baxmayaraq praktikada, yəni iş prosesində problemlər yaşayırlar. Elektrik HX-nm lazımi hündürlükdə olmasını təmin etmək üçün müvafiq proseduralar görülməlidir və bu da EŞ-nin baş mühəndisi və rəisi tərəfindən təşkil edilməlidir. Məsələn dirəyin dəyişdirilməsi, müvafiq texnika və materialların ayrılmasını rəhbərlik təşkil və təmin etməlidir. O, sadəcə ona verilən tapşırıq üzrə müvafiq yerlərdə baxışlar keçirir, ehtiyac olduqda təmir-bərpa işləri görür. Həmin elektrik hava xəttinə tərəflərindən, yəni onun və elektrik montyorları tərəfindən baxış keçirilmişdir. Lakin texniki pasportda qeydiyyatın kim tərəfindən aparıldığını dəqiq bilmir. Həmin qeydiyyatı o, özü də yaza bilər, lakin qeyd olunan yazını o yazmamışdır. Bu barədə dəqiq məlumatı yoxdur. Lakin həmin qeydiyyatı EŞ-nin hər hansı mühəndisi, aparıcı mühəndisi apara bilər. Yəni qeydiyyatın məhz baxış keçirən mühəndis tərəfindən aparılması ilə bağlı hər hansı bir tələb yoxdur. Mühəndislərdən hər hansı biri bunu edə bilər. Ümumiyyətlə yüksək gərginlikli elektrik hava xəttinin o qədər yaxınlığında ağac əkilməsi qadağandır. Az əvvəl qeyd etdiyi kimi bağlarda ağacların budanması prosesi zamanı ev sahibləri ilə problemlər yaşayırlar. Gilas ağacının o qədər budanması isə bağ sahibinə xeyli məbləğdə ziyan vurur. Onlar da təbii ki, buna etiraz edirlər. Bu işin rəsmiləşdirilməsi isə, yəni rəsmi xəbərdarlıqların edilməsi isə bir daha qeyd edir ki, EŞ-nin rəhbərliyinin vəzifəsidir. Tərəflərindən xəttə baxış keçirilən zaman bütün xətt boyunca baxış keçirə bilmirlər, yalnız vizual baxış keçirmişlər. Bunu praktiki olaraq həyata keçirmək çox vaxt mümkün olmur. RTS HX-nin 52,5 km uzunluğu vardır. Əgər bu xəttin hər qarışma baxış keçirsələr bunu 5-6 aya ancaq edərlər. RTS hava xətti kimi onlarca xətlər vardır. Bunu praktiki olaraq həyata keçirmək mümkün deyildir. İstismar sənədlərində qeydiyyat isə xəttin texniki pasportunda aparılmışdır. O, 2019-cu ilin sentyabr ayından etibarən istismar üzrə mühəndis işləyir və ilk dəfə 2020-ci ilin aprel ayının 8-də baxış keçirmişdir. Ondan əvvəl isə onun belə bir vəzifəsi olmadığı üçün baxış keçirməmişdir. İstismar qaydalarının kim tərəfindən pozulmasını isə bilmir. O və onun kimi digər mühəndislər baxışları təhkim edilmiş elektrik montyorları ilə birgə keçirirlər. Ona da təhkim edilmiş montyorlar Kamran Rəhimov və Şahid9 olmuşlar. Kamran 2020-ci ilin iyun ayının 8-də vəfat etmişdir. O, bəzi vaxtlarda baxışları, reydləri başqa elektrik montyorları ilə də keçirmişdir. RTS elektrik hava xəttinə də Yasin və Kamranla bir yerdə baxış keçirmişlər. İş üzrə məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kədnindəki evində həyat yoldaşı Qələmnaz Bağırova ilə birlikdə yaşayır. Onun 2 qızı, 1 oğlu vardır. Qızlarının hər ikisi ailəlidirlər və öz ailələri ilə birlikdə ondan ayrı yaşayırlar. Ən kiçik övladı isə Yaqub Bağırov olmuşdur. Yaqubun 23 yaşı olmuşdur. Həqiqi hərbi xidmətə yollansa da, səhhətində yaranmış problemlər nəticəsində hərbi xidmətdən yarımçıq geri qaytarılmışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, yay aylarında gilas bağlarında meyvə yığmaqla pul qazanmışdır. Oğlu Yaqub son bir neçə ildir ki, qonşusu Şahid1 gilas bağında meyvə yığmışdır. O, bu il də iyun ayının 12-dən etibarən Yaşarın bağında işləməyə başlamışdır. Yaqub spirtli içkilərdən, siqaretdən və digər pis vərdişlərdən uzaq olmuşdur. Buna görə də heç vaxt qazandığı pul barədə ondan nə isə soruşmamış, bilmişdir ki, oğlu qazandığını pis yerlərə xərcləməmişdir. 16.06.2020- ci il tarixdə, saat 15:20 radələrində evinin aşağısında yerləşən gilas bağında meyvə yığmış, Yaqub isə həmin vaxt Şahid1 bağında işləmişdir. Onların bağları qonşudur, bağlar arasında metal torlu çəpər vardır. Birdən qışqırıq səsi eşitmiş, Yaşarın həyat yoldaşı Sevinc müəllimə ağlayırmış. Dərhal Yaşarın bağına tərəf gəlib çəpərdən onun bağına keçmişdir. Ətrafa baxdıqda oğlu Yaqubun yerdə uzandığını görmüş, başı da Yaşarın oğlu Ramilin qucağında olmuşdur. Yaqub sanki can verən kimi nəfəs almış, gözləri yumulurmuş. Az sonra Şahid1 özü yanlarına gəlmiş, köməkləşib Yaqubu onun avtomobilinin arxa oturacaqlarına uzadaraq Xaçmaz MRX istiqamətində gəlmişlər. Lakin yolda olarkən görmüşdür ki, oğlu keçinmişdir. Xəstəxanada onu müayinə edən həkim də oğlu Yaqubun artıq vəfat etdiyini bildirmişdir. Bundan sonra Yaqubun meyiti müayinə olunması üçün xəstəxananın morquna yerləşdirilmişdir. Meyit müayinə olunduqdan sonra onlara təhvil verilmiş və oğlunun cənazəsini 17.06.2020-ci il tarixdə Qımıl-qışlaq kənd qəbiristanlığında dəfn etmişlər. Oğlu vəfat edən günün axşamı ona məlum olmuşdur ki, Yaqub bağda olan gilas ağacının yuxarı hissəsində olan meyvələri yığmaq üçün bağda olan dəmir nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın yuxarı hissəsinin bağın ərazisindən, ağacın yaxınlığından keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. O, bu vaxta kimi oğlunun pul qarşılığında, yaxud təmənnasız işlədiyini bilməmiş, bu barədə heç maraqlanmamışdır da. Oğluna etibar etdiyindən, ona güvəndiyindən onun işlərinə qarışmamışdır. O, 1961-ci il təvəllüddür və gözünü açandan həmin elektrik xətti həmin bağdan keçmişdir. İndiyə qədər Elektrik Şəbəkəsindən heç kim bağa gələrək baxış keçirməmişdir. Oğlunun vəfat etməsi Allahın işidir, demək ki, onun da əcəli həmin vaxt olmuşdur. Oğlunun vəfat etməsi ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur, bu barədə notariat qaydada təsdiq edilmiş ərizəsini istintaqa təqdim etmişdir. Bu haqda o, notrial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X1 göstərdi ki, ali təhsillidir, 1990- 1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin elektrik mühəndisliyi ixtisası üzrə təhsil almış, əvvəllər, yəni 2019-cu ilin aprel ayından X10 balans- uçot şöbəsinin rəisi işləmiş, 15.01.2020-ci il tarixdən hal-hazıradək isə "xxxx" ASC-nin Şimal RETSİ-nin X10 rəisi vəzifəsində işləyir. EŞ-nin rəisi kimi onun əsas vəzifəsi EŞ-nin fəaliyyətini təmin etmək, əməkdaşlara texniki-təhlükəsizlk qaydaları üzrə təlimat keçməkdən və s.-dən ibarətdir. 16 iyun 2020-ci il tarixdə işdə olduğu vaxt ona məlumat verilmişdir ki, həmin gün saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini olan bir nəfər cavan şəxsin bağ sahəsində meyvə yığarkən dəmir materialdan hazırlanmış nərdivanın bağın ərazisindən keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən hadisə yerində ölmüşdür. O, dərhal bu barədə "xxxx" ASC-nin Şimal RETSİ-nin rəhbərliyinə məlumat vermişdir. Hadisədən sonra əməkdaşları hadisə baş verən yerə baxış keçirmişlər və tərəflərindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Həmin 10 kv-luq elektrik veriliş xətti X10 balansındadır, həmin xəttə EŞ-nin mühəndisi Təqsirləndirilən şəxs məsul şəxs təyin edilmişdir. Həmin elektrik hava xətti 1961-962-ci illərdə çəkilmişdir, həmin xətt çəkilərkən orada bağ sahəsi və yaxud yaşayış ərazisi olmamışdır. Bağ sahəsi sonradan salınmışdır. Həmin xəttə texniki baxış keçirilməsi elektrik hava xəttinin pasportunda qeyd edilmişdir. Pasportdan da göründüyü kimi sonuncu dəfə mühəndis Təqsirləndirilən şəxs tərəfindən 08.04.2020-ci il tarixdə baxış keçirilmiş və ciddi bir qüsur aşkar edilməmişdir. Xaçmaz rayonu ərazisində yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında tikilmiş iaşə obyektləri barədə tərəflərindən müvafiq orqanlara müraciətlər edilmişdir. Lakin hadisə baş vermiş bağ sahəsi barədə hər hansı bir tədbir görülməmişdir. Qeyd etdiyi kimi həmin elektrik hava xətti çəkilərkən həmin ərazi yaşayış sahəsi olmamışdır, sonradan bağ sahəsi salınmışdır. Yəni ki, xətt təlimata uyğun şəkildə çəkilmişdir. O, 2020-ci ilin yanvar ayından etibarən X10 rəisi vəzifəsinə təyin edilmiş, vəzifəyə təyin ediləndən sonra şəxsən onun rəhbərliyi ilə Xaçmaz rayonu ərazisində elektrik xətlərinin mühafizə zonasını pozan iaşə və kommersiya obyektlərinin mövcudluğu barədə rayonun müvafiq orqanlarına rəsmi olaraq müraciətlər etmişlər. Lakin konkret olaraq vətəndaşlarla bağlı rəsmi müraciətləri olmamışdır. Xaçmaz rayonunda təxminən 43 700 əhali abonenti, 3 800 qeyri- əhali abonenti vardır. Əhali abonentlərindən isə təxminən 10 faizi elektrik xətlərinin mühafizə zonasını pozur. Bunların da hər birinə fərdi şəkildə rəsmi xəbərdarlıq edilməsi mümkün deyildir. Bundan əlavə təkcə xəbərdarlıq edilməsi ilə iş qurtarmır, bu sahədə müvafiq tədbirlər görülməlidir. Onun vəzifəyə təyin olduğu vaxtdan 5 ay sonra məlum hadisə baş vermişdir. Bu müddət ərzində elektrik şəbəkə fiziki olaraq bu işi necə icra edə bilər ki? Onlar ev və ya bağ sahiblərindən torpağa, mənzilə dair müvafiq sənədləri tələb etmək səlahiyyətləri yoxdur. Bu da iş prosesində müəyyən çətinliklər yaradır. Onun rəis olduğu müddətdə mühafizə zonasını pozan yeni qeydiyyata alman abonentlərə icazə verilməyərək, sorğularına imtina yazılır. O, bunu öz rəhbərliyi dövründə edə bilir. Lakin ondan əvvəl baş verənləri qısa müddət ərzində necə aradan qaldıra bilər ki? Hadisə baş vermiş bağ sahəsi isə 1980-ci illərdə salınmışdır. Həmin vaxt o, məktəb şagirdi olmuş, o vaxtdan hal-hazıradək yığılıb qalan nöqsanları 5 ay ərzində necə aradan qaldıra bilər ki. Elektrik şəbəkədən rəsmi icazə alınmadan bağ sahələrinin salınması, ağacların əkilməsi halları kütləvi şəkildə baş verdiyindən, həmçinin hadisə baş vermiş bağ sahəsindəki ağacların 1980-ci illərdən etibarən salınmasının hal-hazırda qarşısını almaq qeyri- mümkündür. Belə çıxır ki, konkret olaraq 1 vətəndaşa məxsus bağ sahəsindəki problemlərin aradan qaldırılması üçün digər işləri kənara qoyub təxminən 5-6 ay sırf bu işlə məşğul olsunlar. Bu da məlum olduğu kimi qeyri-mümkün bir prosesdir. Qeyd etdiyi kimi Xaçmaz rayonu ərazisində elektrik xətlərinin mühafizəsi zonasının pozulması halları minlərlədir. Bunu da tez bir zaman ərzində aradan qaldırmaq demək olar ki, mümkünsüzdür. Həmin elektrik hava xəttinə EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Lakin texniki pasportda qeydiyyatın kim tərəfindən aparıldığını dəqiq bilmir. Həmin qeydiyyatı Təqsirləndirilən şəxs özü və yaxud digər mühəndis apara bilər. Yəni qeydiyyatın məhz baxış keçirən mühəndis tərəfindən aparılması ilə bağlı hər hansı bir tələb yoxdur. Mühəndislərdən hər hansı biri bunu edə bilər. Hava xətlərinə əməkdaşlar tərəfindən baxışlar həyata keçirilir. Lakin qeyd Xaçmaz rayonu ərazisində ümumilikdə onlarla yüksək gərginlikli elektrik hava xətləri vardır. RTS HX-nin uzunluğu 52,5 km-dir. Bu və ya digər HX boyunca baxışların keçirilməsini çətinliklə olsa da, həyata keçirirlər. Qəza vaxtların da isə səyyar əməliyyat briqadası dərhal hadisə yerinə çıxaraq baş vermiş nasazlığı aradan qaldırır. Tərəflərindən xəttə baxış keçirilən zaman dirəklərin əyilməsi, xətlərin sallanması, izolyatorların sınması hallarını aşkar etdikdə dərhal müvafiq tədbirlər görülür. 08.04.2020-ci il tarixdə isə RTS HX-nə baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Bu da xəttin texniki pasportunda qeyd edilmişdir. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid8 ifadəsində göstərmişdir ki, ali təhsillidir, 1976-1980-cı illərdə indiki Azərbaycan Texniki Universitetində energetik ixtisası üzrə təhsil almışdır. 2018-ci ilin oktyabr ayından hal-hazırki vaxtadək Azərişıq” ASC-nin Şimal RETSİ-nin X10 baş mühəndisi vəzifəsində işləyir. Baş mühəndis kimi onun əsas vəzifəsi istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən, naryadla görülən işlərin keyfiyyətli görülməsini və təhlükəsizliyi təmin etməkdən ibarətdir. Xaçmaz EŞ-nin rəisi Firidun Ağaxanovdur. 16 iyun 2020-ci il tarixdə işdə olduğu vaxt ona məlum olmuşdur ki, həmin gün saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini olan bir nəfər cavan şəxs bağ sahəsində meyvə yığarkən dəmir materialdan hazırlanmış nərdivanın bağın ərazisindən keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən hadisə yerində ölmüşdür. EŞ-nin rəisi tərəfindən bu barədə "xxxx" ASC-nin Şimal RETSİ-nin rəhbərliyinə məlumat verilmişdir. Hadisədən sonra əməkdaşları hadisə baş verən yerə baxış keçirmişlər və tərəflərindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Həmin 10 kv-luq elektrik veriliş xətti X10 balansındadır, həmin xəttə EŞ-nin mühəndisi Təqsirləndirilən şəxs məsul şəxs təyin edilmişdir. Onun və digər mühəndislərin işə qəbulla bağlı əmək müqavilələri mövcuddur. Baş mühəndis kimi onun tərəfindən mühəndislərə təlimat keçirilir, montyorlara təlimat isə mühəndislər tərəfindən keçirilir. Bununla bağlı təlimat jurnalına imza edilir. Həmin elektrik hava xətti 1961-962-ci illərdə çəkilmişdir, həmin xətt çəkilərkən orada bağ sahəsi və yaxud yaşayış ərazisi olmamışdır. Bağ sahəsi sonradan salınmışdır. Həmin xəttə texniki baxış keçirilməsi elektrik hava xəttinin pasportunda qeyd edilmişdir. Pasportdan da göründüyü kimi sonuncu dəfə mühəndis Təqsirləndirilən şəxs tərəfindən 08.04.2020-ci il tarixdə baxış keçirilmiş və ciddi bir qüsur aşkar edilməmişdir. Xaçmaz rayonu ərazisində yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında tikilmiş iaşə obyektləri barədə tərəflərindən müvafiq orqanlara müraciətlər edilmişdir. Lakin hadisə baş vermiş bağ sahəsi barədə hər hansı bir tədbir görülməmişdir. Həmin elektrik hava xətti çəkilərkən həmin ərazi yaşayış sahəsi olmamışdır, sonradan bağ sahəsi salınmışdır. Yəni ki, xətt təlimata uyğun şəkildə çəkilmişdir. Əgər hər hansı bir xətdə təmir işləri görüləcəkdirsə əvvəlcədən dispetçer xidmətinə elektrik cərəyanının ötürülməsini dayandırmaq məqsədilə məlumat verilir, bundan sonra müvafiq naryad tərtib edilərək təmir işləri aparılır. İş qurtardıqdan sonra isə yenidən dispetçerə məlumat verilir ki, elektrik cərəyanının ötürülməsini bərpa etsin. O, 2018-ci ilin oktyabr ayından etibarən X10 baş mühəndisi vəzifəsində işləyir. İşlədiyi müddətdə EŞ tərəfindən Xaçmaz rayonu ərazisində elektrik hava xətlərinin mühafizə zonasını pozan kommersiya və iaşə obyektləri barədə müvafiq orqanlara məlumatlar verilmişdir. Lakin konkret olaraq vətəndaşlara, ev və ya yaxud bağ sahiblərinə belə bir xəbərdarlıqların edilməsi qeyri-mümkündür. Çünki belə hallar rayon ərazisində minlərlədir. Elektrik şəbəkədən rəsmi icazə alınmadan bağ sahələrinin salınması, ağacların əkilməsi halları kütləvi şəkildə baş verdiyindən, həmçinin hadisə baş vermiş bağ sahəsindəki ağacların 1980-ci illərdən etibarən salınmasının hal-hazırda qarşısını almaq qeyrimümkündür. Belə çıxır ki, konkret olaraq 1 vətəndaşa məxsus bağ sahəsindəki problemlərin aradan qaldırılması üçün digər işlərini kənara qoyub təxminən 5-6 ay sırf bu işlə məşğul olsunlar. Bu da məlum olduğu kimi qeyri-mümkün bir prosesdir. Qeyd etdiyi kimi Xaçmaz rayonu ərazisində elektrik xətlərinin mühafizəsi zonasının pozulması halları minlərlədir. Bunu da tez bir zaman ərzində aradan qaldırmaq demək olar ki, mümkünsüzdür. Həmin elektrik hava xəttinə EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Lakin texniki pasportda qeydiyyatın kim tərəfindən aparıldığını dəqiq bilmir. Həmin qeydiyyatı Təqsirləndirilən şəxs özü və yaxud digər mühəndis apara bilər. Yəni qeydiyyatın məhz baxış keçirən mühəndis tərəfindən aparılması ilə bağlı hər hansı bir tələb yoxdur. Mühəndislərdən hər hansı biri bunu edə bilər. Hava xətlərinə əməkdaşlar tərəfindən baxışlar həyata keçirilir. Lakin Xaçmaz rayonu ərazisində ümumilikdə onlarla yüksək gərginlikli elektrik hava xətləri vardır. RTS HX-nin uzunluğu 52,5 km-dir. Bu və ya digər HX boyunca baxışların keçirilməsini çətinliklə olsa da, həyata keçirirlər. Qəza vaxtlarında isə səyyar əməliyyat briqadası dərhal hadisə yerinə çıxaraq baş vermiş nasazlığı aradan qaldırır. Tərəflərindən xəttə baxış keçirilən zaman dirəklərin əyilməsi, xətlərin sallanması, izolyatorların sınması hallarını aşkar etdikdə dərhal tərəflərindən müvafiq tədbirlər görülür. 08.04.2020-ci il tarixdə isə RTS HX-nə baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Bu da xəttin texniki pasportunda qeyd edilmişdir. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərdi ki, arvadı Sevinc Hüseynova və oğlu Şahid2 ilə birlikdə yaşayır, özü ali təhsillidir, 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almış, 1981-ci il tarixdən hal-hazıradək Xaçmaz rayonu, Qımıl-qışlaq kənd tibb məntəqəsinin müdiri işləyir. Onun yaşadığı Qımıl- qışlaq kəndində özünə məxsus həyətyanı bağ sahəsi vardır. Meyvə bağında əsasən gilas ağacları əkilmişdir. Hər il də ilin bu vaxtları gilas yığılması üçün həmkəndliləri ona müraciət edirlər ki, onun bağında işləyib gilas yığaraq pul qazansınlar. O da həm öz işi üçün, həm də onların pul qazanması üçün razılaşıb bağda işləmələrinə razılıq vermişdir. Aralarındakı danışıq da belə olmuşdur ki, hər yığılan meyvənin 1 kiloqramına görə 40 qəpik versin. 16 iyun 2020-ci il tarixdə bağ sahəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində vəfat edən X15 onun qonşusudur. Yaqubun atası Zümrüd Bağırovla onun həm qonşuluq, həm qohumluq münasibəti vardır, yaxın dostdurlar. Yaqub da artıq 4-5 il idi ki, onun bağında gilas yığaraq pul qazanmışdır. 16.06.2020-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evdə olarkən bağ sahəsində işləyən Şahid3 mobil telefon nömrəsinə zəng edərək təcili tibbi çantasını da götürüb bağa gəlməsini istəmiş, o da dərhal çantasını da götürüb bağa getdikdə görmüşdür ki, Yaqub Bağırov tərpənməz vəziyyətdə kürəyi üstə yerdə uzanmışdır. Həmin vaxt bağda Asəfin həyat yoldaşı Ofeliya Abdullayeva, Rəhman Atakişiyev və onun həyat yoldaşı Samirə Atakişiyeva olmuşlar. O, dərhal Yaquba “kordiamin” və “kofein” iynələri vurmuş, süni tənəffüs vermiş, ürək masajı etmişdir ki, Yaqub bəlkə özünə gələr, lakin heç bir nəticəsi olmadığı üçün köməkləşib onu idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobilinin arxa oturacağına uzatmışlar. Həmin vaxt onunla birlikdə Yaqubun atası Zümrüd və oğlu Ramil də Xaçmaz MRX-na gəlmişlər. Ramil arxa oturacaqda əyləşib Yaqubun başını tutmuşdur. Lakin xəstəxanaya çatmağa az qalmış görmüşlər ki, Yaqub artıq keçinmişdir. Onu xəstəxananın təcili-tibbi yardım şöbəsinə yerləşdirmişlər, həkimlər də onu müaynə edib artıq vəfat etdiyini bildirmişlər. Bundan sonra Yaqubun meyiti xəstəxananın meyitxanasma yerləşdirilmiş, meyit müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilmişdir. Sonradan məlum olmuşdur ki, Yaqub gilas ağacının yuxarı hissəsindəki meyvələri yığmaq üçün özlərinə məxsus dəmir materialdan hazırlanmış, uzunluğu 5-6 metr olan nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın yuxarı hissəsi bağ sahəsinin içərisindən keçən yüksək gərginlikli elektrik naqilinə toxunmuş və ya başqa necə olubsa Yaqubu elektrik cərəyanı vurmuşdur. Bağ sahəsinin ərazisindən keçən elektrik xətti təxminən 60 ildir ki, oradan keçir. Hələ indiyə qədər X17 tərəfindən əməkdaşlar gəlib elektrik dirəklərinin mühafizə zolağının təmin edilməsi ilə bağlı heç bir iş görməmiş, ona da bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin özü həmin ağaclara daimi olaraq qulluq edir, elektrik xəttinin altında heç bir ağac əkilməmişdir. Özü də hər il mütəmadi olaraq ağacların budaqlarını budayır ki, elektrik naqillərinə yaxınlaşmasın. Yəni ki, bağda işləyən işçilər üçün, həm də öz ailəsinin təhlükəsizliyi üçün əlindən gələn hər bir işi görmüşdür. Həmişə bağda işləyən işçilərə əvvəlcədən ehtiyatlı olmalarını, əsasən də bağın içərisindən keçən elektrik xəttləri ilə ehtiyatlı davranmalarını tapşırır, hazırda ona məxsus olan həmin bağ onun atası tərəfindən 1980-ci illərdə salınmışdır. Özünün də hazırda 63 yaşı var, hələ indiyə qədər X17 tərəfindən əməkdaşlar gəlib elektrik xəttinə baxış keçirməmiş, elektrik dirəklərinin mühafizə zolağının təmin edilməsi ilə bağlı heç bir iş görməmiş, ona da bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin həmin ağaclara daimi olaraq özü qulluq edirəm. Həmçinin elektrik xəttinin altında heç bir ağac əkməmiş, özü də hər il mütəmadi olaraq ağacların budaqlarını budayır ki, elektrik naqillərinə yaxınlaşmasın. Yəni ki, bağda işləyən işçilər üçün, həm də öz ailəsinin təhlükəsizliyi üçün əlindən gələn hər bir işi görmüşdür. İşıq idarəsindən heç kim onun bağ sahəsinə gəlməmiş, elektrik xəttinə və yaxud dirəyinə baxış keçirməmişdir. Özü Qımıl-qışlaq kənd tibb məntəqəsinin müdiridir, doğulandan da bu kənddə yaşayır. Heç kəndin elektrik mühəndisini tanımır. Yaşadığı evdə daimi olaraq özü və həyat yoldaşı olurlar. Heç vaxt evlərinə, bağlarına gələn olmamışdır. Hələ təxminən 15 il bundan əvvəl hazırda vəfat etmiş kəndin Mövlan adlı elektrik montyoruna öz cibindən pul vermişdir ki, bağından keçən həmin xətdə yaranmış qırıq hissəni təmir etsin, indiyə qədər də Mövlanın təmir etdiyi yer olduğu kimi qalır. Yəni ki, gəlib bağında baxış keçirən olsaydı, o zədələnmə yerini mütləq görərdi. Bundan əlavə təxminən 20 il əvvəl evinin qarşısında küçədə həmin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində inək də ölmüşdür. Bunları deməkdə məqsədi odur ki, RTS hava xətti SSSRİ dövründən neçə çəkilmişdirsə, hal-hazırki vaxtadək eynilə də qalmışdır. Neçə illər ərzində heç bir işıq idarəsinin əməkdaşı hər hansı bir tədbir görməmişdir. 1980-ci illərdə hazırda yaşadığı evi tikmək üçün işıq idarəsinə getdikdə ona bildirmişdirlər ki, xətdən 5 metr məsafədə tikə bilər, o da 6 metr məsafədən evi tikmişdir. Lakin hazırda bildiyi qədər müvafiq təlimatla elektrik xəttindən 10 metr məsafəni gözləmək lazımdır. Ya yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazidən ev tikilməsinə, bağ salınmasına icazə verilməməlidir, ya da ki, vaxtıvaxtmda xətlərə baxış keçirib zədələnmiş, sallanmış yerləri təmir etmək lazımdır ki, belə ölüm halları baş verməsin. Yaqubun başına gələn hadisə özünün və yaxud ailəsinin də başına gələ bilər. Yaqub onun evində böyüyən uşaq olmuşdur, oğlu qədər onun xətrini çox istəmişdir, kim istəyərdi ki, bu cür bədbəxt hadisə baş versin. Lakin əgər kimsə öz işinə səhlənkar, laqeyd yanaşırsa və bu da insan ölümü ilə nəticələnirsə həmin şəxs və ya şəxslər mütləq qanun qarşısında cavab verməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, atası Şahid1 və X21 ilə birlikdə yaşayır. Hazırda Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinin 4-cu kurs tələbəsidir. Onun özündən böyük 1 bacısı və 1 qardaşı vardır. X25 ailəlidir və öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Qardaşı Aqil isə hazırda Almaniya Federasiyasında yaşayır. Atası Şahid1 həkimdir, Qımıl-qışlaq kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. X21 isə Qımıl-qışlaq kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Ailələrinə məxsus bağ sahəsi vardır, bağda da əsasən gilas ağacları əkilmişdir. Hər il həmin bağda meyvə yığılması üçün həmkəndliləri bağa gələrək işləyirlər. Bu il də bağlarında qonşusu X15, həmkəndliləri Şahid3, Rəhman Atakişiyev və onların həyat yoldaşları bağda işləmişlər. O, özü də bağda meyvə yığmışdır. 16.06.2020-ci il tarixdə adlarını çəkdiyi şəxslər bağlarına gilas yığmağa gəlmişdirlər. Günorta saat 15 radələrində evlərinə yaxın yerdə əkilmiş ağacda gilas yığmışdır. Bu vaxt bağın aşağı hissəsindən qışqırıq səsi gəldiyini eşitmiş, tez həmin yerə gedərkən Şahid3 ona atasını çağırmasını bildirmiş, qayıdıb ev tərəfə getmiş, elə bu vaxt atasının qaçaraq onun tərəfə gəldiyini görmüş, atası ona tibb çantasını gətirməsini tapşırmış, çantanı evdən götürərək bağın aşağı hissəsinə getmişdir. Oraya çatdıqda görmüşdür ki, qonşusu Yaqub Bağırov tərpənməz vəziyyətdə yerdə uzanmışdır. Atası Yaquba iynələr vurmuş, süni nəfəs vermiş, müsaj etmişdir ki, onu ayıltsm, lakin Yaqub ayılmamışdır. Yaqubun atası Zümrüd Bağırova da xəbər verdikləri üçün o da bağa gəlmişdir. Birlikdə Yaqubu atasının avtomobilinin arxa oturacağına uzatmışlar, özü Yaqubun yanında əyləşib başını tutmuş, atası maşını idarə etmiş, Zümrüd dayı isə ön oturacaqda əyləşmişdir. Xaçmaz MRX-na çatdıqda həkim Yaqubu müayinə edərək onun artıq keçindiyini bildirmişdir. Bundan sonra Yaqubun meyiti daxili müayinə olunması üçün xəstəxananın meyitxanasma yerləşdirilmiş, meyit müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilmiş və onun cənazəsini səhəri gün Qımılqışlaq kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Yaqub Bağırov ağacın yuxarı tərəflərində olan gilasları yığmaq üçün bağlarında olan dəmir nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın üst hissəsi ağacın yaxınlığından keçən yüksək gərginlikli elektrik xəttinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Özü ali təhsillidir, 1991-1995-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində coğrafiya-biologiya ixtisası üzrə təhsil almış, 1998-ci ildən hal-hazıradək Xaçmaz rayonu, Qımıl-qışlaq kənd orta məktəbində coğrafiya müəllimi işləyir. Yay aylarında isə boş vaxtı olanda meyvə bağında meyvə yığmaqla çörək pulu qazanır. 2019cu ildə də həmkəndlisi, kəndin tibb məntəqəsinin müdiri Şahid1 bağında gilas yığmış, bu il isə 12.06.2020-ci il tarixdən həmin bağda işləməyə başlamışdır. Yığdığı gilasın hər kilosuna görə 40 qəpik pul almışdır. 16 iyun 2020-ci il tarixdə səhər saat 09 radələrində həyat yoldaşı Ofeliya Abdullayeva ilə birlikdə Şahid1 həyətyanı bağ sahəsinə işləməyə gəlmişlər. Həmin vaxt onlardan başqa Şahid1 qonşusu Yaqub Bağırov, öz qonşu Rəhman Atakişiyev və onun həyat yoldaşı Samirə Atakişiyeva bağda işləmişlər. Saat 14:30 radələrində mal-qaraya baxmaq üçün öz evinə getmiş, təxminən yarım saat sonra qayıdıb bağa gəlmişdir. Şahid1 evinin yanından keçib bağ sahəsinə daxil olaraq bağın aşağı hissələrinə doğru irəliləyirmiş. Təxminən 30-35 metr məsafədən görmüşdür ki, Yaqub Bağırov əlindəki dəmir nərdivanı çətinliklə qaldırıb gilas ağacına söykəməyə çalışır, lakin nərdivan ağır olduğundan Yaqub çətinlik çəkmişdir. Bunu görüb Yaquba onu gözləməsini, ona gəlib kömək edəcəyini deyib ucadan səslənmiş və ona tərəf asta addımlarla getməyə davam etmişdir. Yaquba çatmasına təxminən 6-7 metr qalmış birdən görmüşdür ki, Yaqubun əlindəki nərdivanın yuxarı hissəsi bağın ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunduğundan qığılcım çıxmış, sanki ildırım çaxmış və Yaqub yerə yıxılmış, nərdivan da üstünə düşmüşdür. Tez ona yaxınlaşdıqda Yaqub ayağa durmuş, ona nə olduğunu deyib əzilib-əzilmədiyini soruşduqda Yaqub ona baxıb gülümsəyərək “yox müəllim heç nə olmadı” deyib qəflətən yerə yıxılmışdır. Onu ayıltmağa çalışsa da Yaqub tərpənməmişdir. Vəziyyəti gördükdə hamısı Yaqubun başına yığışmış, həmin vaxt bir az kənardakı ağacda gilas yığan Şahid1 oğlu Ramil də yanlarına gəlmişdir. Dərhal zəng edib Yaşar həkimə məlumat vermiş, tibb çantasını da götürüb gəlməsini bildirmişdir. Həmin vaxt Yaqubun atası Zümrüd Bağırova da zəng edib məlumat vermişlər. Qaçaraq oraya gələn Şahid1 Yaquba iynələr vurmuş, süni nəfəs vermiş, ürəyini masaj etsə də, Yaqub ayılmamışdır. Vəziyyətin pis olduğunu görüb Yaqubu Şahid1 avtomobilinə uzadıb Xaçmaz MRX-na yola salmışlar. Həmin vaxt Yaqubun atası Zümrüd və Yaşarın oğlu Ramil birlikdə xəstəxanaya getmişlər. Sonra eşitmişdir ki, Yaqub artıq vəfat etmişdir. Həmin bağ sahəsindən keçən elektrik xətti uzun illərdir ki, həmin yerdən keçir, lakin ilk dəfə idi ki, belə bədbəxt hadisə baş vermişdir. Şahid1 özü də həmişə bağda işləyənlərə elektrik xətti ilə ehtiyatlı olmalarını deyib xəbərdarlıq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, ali təhsillidir, 1984-1990-cı illərdə Azərbaycan Tibb Universitetində stomatologiya ixtisası üzrə təhsil almış, uzun illər diş həkimi işləmiş, lakin hazırda işləmir, yaşadığı kənddə fərdi qaydada təsərrüfatla məşğul olur. 16.06.2020-ci il tarixdə bağ sahəsində gilas yığarkən elektrik cərəyanın vurması nəticəsində vəfat edən Yaqub Bağırov onun qonşusu olmuşdur. Yaqub sakit təbiətli, böyük-kiçik yeri bilən bir uşaq olmuşdur. Ailəlikcə sakit, mehriban insandırlar. Həmin bağ sahəsi isə qardaşı Şahid1 məxsusdur. O, həmin gün bu xəbəri eşitdikdə çox pis olmuş, heç nədən cavan bir oğlan ölmüşdür. Sonradan qardaşı Yaşarın deməsindən eşitmişdir ki, Yaqubun ölməsi ilə bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır. O, doğulan vaxtdan Qımıl-qışlaq kəndində yaşayır, qardaşının, onun, eləcə də kəndin əksər evlərinin, bağ sahələrinin ərazisindən yüksək gərginlikli elektrik xətləri keçir. Böyük təhlükə mənbəyidir. Hələ indiyə qədər Elektrik Şəbəkədən heç kim kəndə gələrək bu məsələ ilə maraqlanmamışdır. Bir neçə il əvvəl həmin elektrik xəttindən düşən qığılcım səbəbindən həmkəndlisinin bir inəyi də ölmüşdür. Bundan başqa elektrik xəttindən düşən qığılcım səbəbindən kəndin qəbiristanlığının yarısından çoxu yanmış, təkcə qəbirlərdəki baş daşları qalmışdır. Onun öz yaşadığı evə quraşdırılmış elektrik sayğacının da naqilini 220 v-luq elektrik xəttinə deyil, həmin 10 kvluq yüksək gərginlikli elektrik hava xəttinin dirəyinə bağlamışlar. Allah uzaq eləsin nə vaxtsa həmin xətdə problem yaransa onda nolacaq? Nə qədər bu barədə elektrik şəbəkəyə müraciət etsə də bir xeyri yoxdur. Heç kim bununla maraqlanmır. Onun 62 yaşı var, bütün ömrü boyu da bu kənddə yaşamışdır. Hələ indiyə qədər elektrik şəbəkənin heç bir əməkdaşı kəndə gələrək baxış keçirtməmişdir. O, heç həmin mühəndisi tanımır. EŞ-nin geyim formasında olan bir nəfəri belə kənd ərazisində görməmişdir. Elektrik şəbəkənin vəzifələri şəxslərinin səhlənkarlığı ucbatından məlum hadisə baş vermişdir. Bunun qarşısı alınmasa hələ belə hadisələr çox olacaqdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid5 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir, 1978-ci ildən hal-hazıradək X9 elektrik montyoru işləyir. 16.06.2020-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində baş vermiş ölüm hadisəsindən məlumatı olmuşdur. Belə ki, 2020-ci ilin avqust ayında eşitmişdir ki, həmin kənddə bir cavan oğlan bağda meyvə yığmağa çalışarkən dəmir materialdan olan nərdivanın üst hissəsi bağın ərazisindən keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunmuş və nəticədə həmin şəxs elektrik cərəyanı vurması səbəbindən vəfat etmişdir. Həmin elektrik hava xətti RTS adlanır və bu xətt Şəbəkənin mühəndisi Təqsirləndirilən şəxs təhkim edilmişdir. O da elektrik montyoru kimi mühəndis Təqsirləndirilən şəxslə bir neçə dəfə həmin xəttə baxışlar keçirmişdir. Sonuncu dəfə həmin xəttə 2020-ci ilin aprel ayında baxış keçirmişlər. Lakin 2021-ci ildə o, həmin xəttə təhkim edilməmişdir. Əməkdaşların xətlərə təhkim edilməsi ilə bağlı rəhbərliyin əmri və bununla əlaqədar olan qrafik cədvəli vardır və bu əmrlə demək olar ki, bütün əməkdaşlar məlumatlıdırlar. Onun işə qəbulla bağlı əmək müqaviləsi mövcuddur. Elektrik montyorlarma Şəbəkənin texniki-təhlükəsizlik sahəsi üzrə mühəndisi tərəfindən gündəlik və aylıq olaraq təlimat keçirilir. Bununla bağlı təlimat jurnalına imza edirlər. Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus bağ sahəsinin ərazisindən keçən 10 kvluq elektrik hava xətti 1961-962-ci illərdə çəkilmişdir. Məhkəmə istintaqında ekspert qismində dindirilən Şahid10 göstərdi ki, 1986-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 124.1 və 314.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş müvafiq qərara əsasən tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 10/2317 saylı rəyin doğruluğunu təsdiq edir. Ekspertizaya təqdim edilmiş cinayət işinin materiallarından və işin faktiki hallarından məlum olur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının yüksək gərginlikli (lOkv-luq RTS) elektrik hava xəttinin mühafizə zonasında yerləşdiyi halda meyvə yığımının təhlükəsiz aparılması üçün həmin xəttin sahibindən (X5) rəsmi icazə alınmadığına, həmin elektrik hava xəttinin etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər (texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər) aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktının (EQQQ-nin) tələblərinə uyğun (7 metr) hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsinin təşkil edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydaları” nm 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 -ci bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16 və 5.7.19-cu bəndlərinin tələbləri Xaçmaz EŞ-nin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Bundan başqa ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında olan “Xaçmaz EŞ-nin ərazisində, balansında olan 35/10 YS, 35/10/0,4 kv EHX-i və 10/0,4 kv transformator məntəqələrinə təhkim olunmuş işçilərin siyahısı”ndan, həmçinin işdə olan EŞ-nin sabiq rəisi X1, baş mühəndis Şahid8 ifadələrindən, həmin şəxslərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokollarında da göründüyü kimi hadisənin baş verdiyi RTS EHX-i mühəndis Təqsirləndirilən şəxs təhkim edilmişdir. 18.01.2021-ci il tarixli rəyi tərtib edərkən cinayət işinin materiallarında Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının ərazisindən keçən lOkvluq RTS elektrik hava xəttinin etibarlı işinin təmin edilməsi üçün həmin elektrik xəttinə texniki baxışların keçirilməsinə dair illik texniki baxış cədvəlinin tərtib edilməsinə, həmçinin bu xəttin mühafizə zonasında yaşayış evlərinin tikilməsi və bağların salınmasının qadağan olunması barədə hər hansı bir tədbir - həmin ev və bağ sahiblərinə rəsmi xəbərdarlıqların verilməsi və s. dair heç bir sənəd olmamışdır. Lakin təyin edilmiş 27.04.2021-ci il tarixli qərarla birlikdə ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında həmin sənədlər öz əskini tapdığından əvvəlki rəydə qeyd etdiyi pozuntuların olmadığı müəyyən edilmişdir. Buna görə də 01.06.2021-ci il tarixli rəydə Firidun Ağaxanov və Şahid8 tərəfindən hər hansı bir pozuntuya yol verilmədiyi göstərilmişdir, yəni onlar barəsində hansısa xüsusat qeyd edilməmişdir. Bir daha bildirir ki, texniki-təhlükəsizlik sahəsində ekspert rəy verərkən istintaq tərəfindən təqdim edilən materiala əsaslanaraq rəy verir, həmin vaxt da materiallarda əvvəlki rəydə qeyd olunan müvafiq sənədlər olmadığından həmin şəxslər tərəfindən müvafiq pozuntulara yol verildiyini göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16.06.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qımılq-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağıdır. Şahid1 evinin giriş qapısından həyətə daxil olub daha sonra əsasən gilas ağaclarından ibarət meyvə bağına daxil olaraq 87 metr məsafə gedildikdən sonra hadisənin baş verdiyi yerə çatdım. Bağ sahəsinin yeri ot təbəqəsi ilə örtülmüşdür. Hadisə yerində iştirak edən Şahid2 hadisənin baş verdiyi yeri göstərərək bildirdi ki, mərhum qonşusu X15 həmin gün səhər saatlarında onlara gələrək gilas yığılması üçün köməklik etmiş, saat 15 radələrində ağacın üst hissəsindəki meyvələri yığmaq üçün özü yerdə ayaq üstə olan vəziyyətdə bağ sahələrində olan dəmir materialdan hazırlanmış nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin bağın ərazisində keçən yüksək gərginlikli elektrik naqilinə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində xəsarətlər almış, dərhal özü, atası Şahid1 və Yaqub Bağırovun atası Zümrüd Bağırovla birlikdə onu “Xaçmaz Mərkəzi rayon Xəstəxanası” Publik hüquqi şəxsə aparsalar da, onun həyatını xilas etmək mümkün olmadığından vəfat etmişdir. Baxış zamanı müəyyən edildi kİ, qeyd edilən gilas ağacının hündürlüyü 8 metr, dəmir nərdivanın hündürlüy isə 6 metrdir. Ağacın ətrafında meyvə yığılması üçün plastik səbətlər, 02 ədəd dayaqlı dəmir materialdan hazırlanmış, 01 ədəd isə taxta materialdan olan nərdivan vardır. Bundan başqa ağacdan 10 metr məsafədə yüksək gərginlikli elektrik xətti keçən elektrik dirəyi yerləşir. İş materiallarında olan hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 02.07.2020ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Qımılq-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının uzunluq boyunca elektrik hava xətti çəkilmişdir. X22 16.06.2020-ci il tarixdə meyvə yığmaq üçün istifadə etdiyi nərdivanın eni 35 sm, uzunluğu 6 metrdir. Nərdivan 14 pilləli olmaqla metal profillərdən hazırlanmışdır, profillərin ölçüsü 4x4,2 sm-dir. Bağın qurtaracağında borularının diametri 139 mm olan 02 ədəd qoşa borulu elektrik hava xəttinin hava xəttinin dayaqları vardır. Həmin dayaqdan sonrakı dayaq qonşuluqda yerləşən kənd sakini Valeh Zeynalova məxsus bağda yerləşir. Həmin dayaq da 02 ədəd borudab ibarətdir, diametrləri 139 mm-dir. İki dayaq arasındakı məsafə 61 metr olmaqla 1ci dayaqdan bağın metal torlu darvazasına qədər 33 m, darvazadan 2-ci dayağa qədər məsafə isə 28 metrdir. İş materiallarında olan hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 12.07.2020ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan Şahid1 məxsus gilas bağı 1980-ci illərdə salınmışdır. Bağın ərazisində olan elektrik hava xəttinin dirəyinin hündürlüyü 8,14 m olmaqla 7,14 m hündürlükdən elektrik naqili keçir. Dirəkdən uzaqlaşdıqca naqillərdə sallanma olması səbəbindən hadisənin baş verdiyi yerdə, yəni Yaqub Bağırovu elektrik cərəyanı vurduğu yerdə naqildən yerə qədər olan məsafə 6,44 metrdir. Qonşuluqda yerləşən kənd sakini Valeh Zeynalova məxsus meyvə bağında olan elektrik dirəyinin hündürlüyü 7,04 metrdir. İki dayaq arasındakı naqillərin ən sallaq olduğu yerdə naqildən yerə qədər olan məsafə 5,95 metr olması müəyyən edildi. Şahid1 yaşadığı evin giriş qapısının önündən keçən elektrik naqilindən yerə qədər olan məsafə isə 5,89 metrdir. Hadisə yerinə baxışda iştirak edən Şahid1 bildirmişdir ki, ona məxsus olan bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli elektrik hava xətti təxminən 1958-1959-cu illərdə çəkilmiş, 1980-ci ildən etibarən isə həmin bağ mərhum atası Əşrəf Hüseynov tərəfindən salınmış, o dövrdən bu vaxta qədər X17 tərəfindən gələrək elektrik naqillərinin yoxlanılması, ona baxış keçirilməsi, nasaz, sallaq yerlərinin təmir edilməsi istiqamətində heç bir iş görülməmiş, özü bir neçə dəfə elektrik şəbəkəyə müraciət etsə də, bunun heç bir nəticəsi olmamış, bir dəfə kəsilmiş naqili öz hesabına tanışı elektrik montyoru vasitəsilə təmir etmişdir. İş materiallarında olan meyitə xarici baxış keçirilməsi haqqında 16.06.2020-ci il tarixli protokoldan görünür ki, X6 meyiti Xaçmaz MRX-nın meyitxanasında təşrih masası üzərində arxası üstə uzadılmışdır, əynində boz rəngli qısaqol mayıçnı köynək, boz rəngli idman şalvarı, boz rəngli tuman vardır. Paltarlar soyundurulduqda müəyyən edildi ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyu 170 sm-dir. Meyit əllədikdə soyuqdur. Meyit qacıması müayinə olunan əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşməklə açıq-bənövşəyi rəngdədir, barmaqla basdıqda itir və tez bərpa olunur. Baş tükləri qara rəngdə olub, uzunluğu 4-5 sm-dir. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5sm-dir. Burun və qulaq deşiklərindən xaricə axıntı qeyd olunmur. Burun sümük və qığırdaqları, eləcə də üz- skelet sümükləri əllədikdə tamdır. Ağzı qapalıdır, görünən dişləri tamdır, təbiidir. Boynu bədənə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi çəlləkvari formada olub simmetrikdir. Əllə yoxladıqda qabırğaların tamdır. Qarnı əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, arxa keçəçək qapalıdır, ətrafı təmiz və zədəsizdir. Ətraflar sümükləri əllədikdə tamdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər - sağ ayaqaltı nahiyədə- 02 ədəd 0,6x0,5 sm və 0,3x-0,3 sm ölçülərdə, 5-ci barmağın alt hissəsində 0,3x0,3 sm ölçüdə, sol ayağın 2-ci barmağının alt hissəsində 0,5x0,4 sm ölüçdə bozumtul-sarı rəngli bərk xarakterli dibi çökək, kənarları vala bənzər zədələnmiş, dəri səthindən azacıq qalxmış yara “elektrik nişanələri” vardır. Meyitin bədən digər hər-hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 07.07.2020-ci il tarixli, 30 saylı rəyindən görünür ki, Yaqub Bağırovun meyitinin bədən səthində sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində “elektrik nişanələri” vardır ki, bunlar da yüksək gərginlikli elektrik cərəyanının təsirindən əmələ gəlmişdir. Yaqub Bağırovun ölümünə səbəb elektrik vurma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Y.Bağırovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Y.Bağırovun meyitinin daxili müayinəsi zamanı daxili üzvlərdə hər hansı bir xəstəliyin morfoloji əlaməti aşkar edilməmişdir. İş materiallarında olan əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 12.08.2020-ci il tarixli, 10/1529 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus bağın yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər (texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər) aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın (EQQQ-nin) tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsinin təşkil edilmədiyinə, eləcə də kənd sakini X15, yüksək gərginlikli elektrik hava xəttinin keçdiyi meyvə bağında gilas yığımı apararkən ona tapşırılmasına baxmayaraq şəxsi təhlükəsizliyinə riayət etmədən dəmir konstruksiyalardan hazırlanmış nərdivanı elektrik hava xəttinin altından keçirdiyi zaman həmin nərdivanı gərginlik altında olan naqillərə yaxınlaşdırdığına görə baş vermiş hadisə ilə əlaqədar “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 14-cü bəndinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nm 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”mn 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri X10 rəhbərliyi (konkret şəxslər tutduğu vəzifəyə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. İş materiallarında olan əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 18.01.2021-ci il tarixli, 10/63 nömrəli ekspert rəyində göstərilmişdir ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının yüksək gərginlikli (lOkv-luq RTS) elektrik hava xəttinin mühafizə zonasında yerləşdiyi halda meyvə yığımının təhlükəsiz aparılması üçün həmin xəttin sahibindən (X5) rəsmi icazə alınmadığına, həmin elektrik hava xəttinin etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər (texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər) aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktının (EQQQ-nin) tələblərinə uyğun (7 metr) hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsinin təşkil edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydaları” mn 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 -ci bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16 və 5.7.19- cu bəndlərinin tələbləri Xaçmaz EŞ-nin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının ərazisindən keçən lOkv-luq RTS elektrik hava xəttinin etibarlı işinin təmin edilməsi üçün həmin elektrik xəttinə texniki baxışlarının keçirilməsinə dair illik texniki baxış cədvəlinin tərtib edilməsi təşkil edilmədiyinə, bu xəttin mühafizə zonasında yaşayış evlərinin tikilməsi və bağların salınmasının qadağan olunması barədə hər hansı bir rədbir (həmin ev və bağ sahiblərinə rəsmi xəbərdarlıqların verilməsi və s.) görülmədiyinə görə, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nm 12-ci bəndinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydalarf’nm 5.7.16-cı bəndinin tələbləri X10 rəisi X1 və baş mühəndisi Şahid8 tərəfindən pozulmuşdur. İş materiallarında olan Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 01.06.2021-ci il tarixli, 10/2317 nömrəli ekspert rəyində göstərilmişdir ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus meyvə bağının yüksək gərginlikli (lOkv-luq RTS) elektrik hava xəttinin mühafizə zonasında yerləşdiyi halda meyvə yığımının təhlükəsiz aparılması üçün həmin xəttin sahibindən (X5) rəsmi icazə alınmadığına, həmin elektrik hava xəttinin etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər (texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər) aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktının (EQQQ-nin) tələblərinə uyğun (7 metr) hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsinin təşkil edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydaları” nın 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 -ci bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16 və 5.7.19- cu bəndlərinin tələbləri Xaçmaz EŞ-nin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini X15, yüksək gərginlikli hava xəttinin keçdiyi meyvə bağında gilas yığımı apararkən ona tapşırılmasına baxmayaraq şəxsi təhlükəsizliyinə riayət etmədən dəmir konstruksiyalardan hazırlanmış nərdivanı elektrik hava xəttinin altından keçirdiyi zaman həmin nərdivanı gərginlik altında olan naqillərə yaxınlaşdırdığına görə onun tərəfindən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nm 14-cü bəndinin tələbləri pozulmuşdur. İş materiallarında olan Məhkəmə-xətşünaslıq ekspertizasının 16.04.2021-ci il tarixli, 4/374 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, hava xəttinin pasportunda 02.09.2008-ci il tarixdən 14.04.2009-cu il tarixədək olan yazılar - Şahid6 tərəfindən icra olunmuş, 08.04.2020-ci il tarixə dair yazılar - X4 tərəfindən icra olunmuşdur. İş materiallarında olan “Xaçmaz Mərkəzi Rayon Xəstəxanası” X28 22.04.2021-ci il tarixli, 713 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada həkimnarkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Quba rayon PNRM-nin 22.04.2021-ci il tarixli, 661 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22.04.2021-ci il tarixli, 1578 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 2 ünvanda yaşamaqla orada qeydiyyatdadır və ailə tərkibinə arvadı 1957-ci il təvəllüdlü X7, qızı 1983-cü il təvəllüdlü X12 və oğlu 1995-ci il təvəllüdlü X16 daxildir. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X24 Təchizatı və Satışı İdarəsinin X10 mühəndisi vəzifəsində işləyərkən, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmiş şəxs kimi Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Şahid1 məxsus bağ sahəsinin həmin ərazidən keçən 10 kv-luq RTS Hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər, yəni texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac və budaqların kəsilməsini təşkil etməməklə “Elektrik qurğularının quraşdırma qaydaları”nm 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nm 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19-cu bəndlərinin tələblərini pozduğuna görə 16 iyun 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini X6 həmin gilas bağında ağacın yuxarı hissəsində olan meyvəni yığmaq məqsədilə dəmir konstruksiyalardan hazırlanmış hündürlüyü 6 metr olan nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində “elektrik nişanələri” xəsarətləri alaraq ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olmuş, bununla da, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Həmin Məcəllənin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 64 yaşının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların məcmusunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Buna görə də məhkəmə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 660 (altı yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 198, 344- 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 660 (altı yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-106/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-106/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver