Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-106/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 02 avqust 1979-cu ildə Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 70, mənzil 19-da qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Xocalı küçəsi, ev 7-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt 06 aprel 2022-ci il tarixdə o, Xaçmaz şəhəri, Xocalı küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə saat 13:35-13:45 müddətində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə 1,580 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 70, mənzil 19-da qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Xocalı küçəsi, ev 7-də yaşayır. İki il olarkı narkotik vasitə olan heroindən istifadə edir. 05 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Xaçmaz səhəri, Xocalı küçəsi ilə gedərkən zibil qutularının olduğu yerin yaxınlığında yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün sellofan bükümdə tapdığı heroini atmayaraq əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün axşam tapdığı heroindən bir qədər götürüb şüşə qabda hazırladıqan sonra bir qramlıq şpris vasitəsi ilə qoluna vurmuş, qalan heroini sellofan bükümdə əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamış, bir qramlıq şprisi isə tullamışdır. 06 aprel 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı evdən çıxıb Xaçmaz şəhəri, Xocalı küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, o, da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞnin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının sol yan cibindən Unibanka aid bank kartını, şalvarının sağ yan cibindən isə 3 ədəd bir manatlıq əskinasları və bir ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq sellofan bükümdə olan qəhvəyi rəngli maddənin nə olduğunu, haradan aldığım soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, sellofan bükümdə olan maddə narkotik vasitə olan heroindir, özünə məxsusdur, Xaçmaz səhəri, Xocalı küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bükümdəki heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş bir ədəd «Rothmans» markalı siqaret, bir ədəd alışqan, bir ədəd bank kartı, üç ədəd bir manatlıq əskinaslar isə götürülməyərək onun özünə qaytarılməşdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini isə 05 aprel 2022-ci il tarixdə Xaçmaz səhəri, Xocalı küçəsində olan zibil qutularının yaxınlığında yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üstündə saxlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz şəhəri, Xocalı küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 06 aprel 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, cinayət axtanş bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştiram ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Nemət Xasayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 12:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Xocalı küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz rayon polis şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz rayon polis şöbəsində X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X7 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X4 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının sol yan cibindən Unibanka aid bank kartını, şalvarının sağ yan cibindən isə 3 ədəd bir manatlıq əskinasları və bir ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. X7 sellofan bükümüdə olan qəhvəyi rəngli maddənin nə olduğunu, haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan maddə narkotik vasitə olan heroindir, özünə məxsusdur, Xaçmaz səhəri, Xocalı küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sellofan bükümdə olan qəhvəyi rəngli maddə X7 tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı, ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, bir ədəd «Rothmans» markalı siqaret, bir ədəd alışqan, bir ədəd bank kartı, üç ədəd bir manatlıq əskinaslar isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid2 Mikayıt oğlu və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin 06 aprel 2022-ci il tarixli 6/1889 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №58» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,580 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahıl) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 08 iyun 2022-ci il tarixli 3081 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm birgə qəbul nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə 07 aprel 2022-ci il tarixdə baxış keçirilərkən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olan heroin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 1,580 qram çəkidə heroin maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,530 qram olan heroin saxlanmasından ötrü Xaçmaz rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 07 aprel 2022-ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz şəhər İƏDdən verilmiş verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 70, mənzil 19-da qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Xocalı küçəsi, ev 7-də yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü X6, 2007-ci il təvəllüdlü X3 və 2017-c il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt 06 aprel 2022-ci il tarixdə o, Xaçmaz şəhəri, Xocalı küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə saat 13:35-13:45 müddətində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə 1,580 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını, lakin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini (yəni üzərindən aşkar olunmuş narkotik vasitənin kimyəvi tərkibli olmasını, miqdarını) nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddə təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalında həbsə alınması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,580 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,530 qramı məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 29 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,580 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,530 qramı məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-106/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-106/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver