Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-106/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X1 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, özünün deməsinə görə orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olan, Xaçmaz rayonunun Yalama kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd tapança, onun komplekt hissəsi hesab edilən 01 ədəd daraq və döyüş sursatı hesab edilən 06 ədəd patron əldə edib üzərində saxlayaraq gəzdirməklə Xaçmaz rayonu, Yalama kəndində yaşadığı ünvanın qarşısına daşımışdır. Belə ki, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 07:55-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilməklə həmin tarixdə saat 10:36-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı bel nahiyəsində saxlamaqla gəzdirdiyi 01 ədəd KP 0974 nömrəli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1966-cı ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, PM modelli, odlu yivli silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 05 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında, 01 ədədi isə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, döyüş sursatı hesab edilən ümumilikdə 06 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu tək olarkən gələrək evdən götürüb apararaq döyüb bu cinayət əməlini boynuna qoymuşlar. Onun üzərində silah olmamış, ümumiyyətlə onun silahı olmamışdır. Onu döydüklərinə görə o da silahın onda aşkar olunduğunu məcbur olaraq boynuna almışdır. Həmçinin bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etsə də, o, döyüldüyünə görə etirafedici ifadə vermişdir, lakin o, bu barədə hər hansı şikayət etməmişdir. Onun bədənində döyülmənin izləri olmuşdur, onu istintaq təcridxanasına köçürəndə də onun bədənində döyülmənin izləri olmuşdur. İstintaq təcridxanasında olarkən isə o, kimə və necə şikayət edilməli olduğunu bilməməsi səbəbindən şikayət etməmişdir. O, yaşadığı Xaçmaz rayonunun Yalama kəndindəki evində olarkən mülki geyimdə olmaqla təxminən on nəfər polis əməkdaşı gələrək onu götürüb aparmışlar, həmin vaxt o, evdə tək olmuşdur. Polis əməkdaşlarının onunla hər hansı ədavəti yoxdur, onu döyərək cinayət əməlini boynuna qoymalarının hansı səbəbdən olduğunu bilmir, o, namaz qılandır, bu kimi işlərlə əlaqəsi yoxdur. O, ibtidai istintaq orqanında tərtib edilmiş ifadəsini döydükləri üçün imzalamışdır. İbtidai istintaq zamanı onun ifadəsi alınarkən o, müdafiəçisinin orada olduğunu görməmişdir. Onun həmin silahdan məlumatı olmamış, silahı tapmamış, həmin silahı ona ibtidai istintaq orqanında təqdim edərək vermişlər. Onun əvvəllər də silahı olmamışdır. Polis əməkdaşları onu evinin qarşısında deyil, o, evində yatdığı zaman gələrək tutub aparmışlar. O, ifadəsini oxumadan imza etmiş, Azərbaycan dilində də oxuya bilmir. Polis əməkdaşları silahı videoçəkilişdən əvvəl onun üzərinə qoymuşlar, bundan sonra videoçəkiliş edilmişdir, onun üzərinə qoyulmuş silahı çəkiliş zamanı polis əməkdaşı özü onun üzərindən götürərək masanın üstünə qoymuşdur, yəni silahı onun üzərinə polis əməkdaşı özü qoymuş, özü də götürmüşdür, onun əli həmin silaha toxunmamışdır. Əlavə olaraq bildirdi ki, onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında da cinayət əməli törətdiyini etiraf etmiş, onun boynuna məcbur olaraq qoyulduğunu bildirməmişdir, bunun səbəbi isə polis əməkdaşlarının onu məhkəməyə gətirməzdən əvvəl hədələmələri olmuşdur. Onun ifadəsində bildirdiyi xüsusatları üzə çıxaran, təsdiqləyən hər hansı sübutu yoxdur. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə verdiyini bildirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsi elan olunaraq həmin ifadədən müəyyən edilir ki, onun heç bir psixi xəstəliyi yoxdur. 2009- 2010-cu illərdə hərbi xidmətdə olmuşdur. Subaydır. Hazırda fərdi əməklə məşğul olur. 13 fevral 2024-cü il tarixdə yaşadığı Xaçmaz rayonu, Yalama kəndi ərazisində, dəmir yolunun yaxınlığında olan zaman yerdə 01 ədəd tapança olduğunu görmüşdür. Həmin tapançanı onda maraq oyatdığı üçün götürüb özündə saxlamışdır. 16 fevral 2024-cü il tarixdə, saat 07:55-də Xaçmaz rayonu, Yalama kəndində yaşadığı ünvanın qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Həmin şöbədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərində olan predmetləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra, o, üzərində tapança olduğunu bildirib bel nahiyəsində saxladığı 01 ədəd tapançanı, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “iphone'' markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim olunmuş tapançaya baxış zamanı üstündə "KP 0774” hərf və rəqəmlərinin yazıldığı, içərisində 01 ədəd sandıqçanın və 06 ədəd patronun olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, həmin predmetləri təxminən 3 gün əvvəl Yalama kəndi ərazisindən, dəmir yolunun yaxınlığından tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd tapança, 01 ədəd sandıqça və 06 ədəd patron polislər tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd “iphone” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən silahı və digər əşyaları yerdən tapmışdır və onda maraq oyatdığı üçün özündə saxlamışdır. Başqa hər hansı bir məqsədi olmamışdır. Aşkar edilmiş silahdan hər hansı bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından heç kimin xəbəri olmamışdır. Aşkar edilən silahdan başqa heç yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin soyuq silah saxlamır. Nə saxlanılan zaman, nə də şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 15 fevral 2024-cü il tarixdə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş idarənin tədqiqatçısı Şahid1 və əməliyyat müvəkkilləri Şahid5, Şahid3 İnqilab oğlu və Şahid4 daxil edilmişdir. 16 fevral 2024-cü il tarixdə, saat 07- 08 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yalama kəndi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 07:55-də Xaçmaz rayonu, Yalama kəndi ərazisində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş idarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tapança olduğunu bildirib bel nahiyəsində saxladığı 01 ədəd tapança tipli dəmir predmeti, əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Təqdim olunmuş tapança tipli dəmir predmetə baxış zamanı içərisində 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmetlərin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş predmetləri 03 gün əvvəl Yalama kəndi ərazisində dəmir yolunun yaxınlığından tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmet, 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmet 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Daha sonra şəxsi axtarış və götürmə həyata keçirilməsilə bağlı protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Həmçinin bildirdi ki, onlar təqsirləndirilən şəxsi Xaçmaz rayonunun Yalama kəndində, küçədə saxlamışlar, evinə daxil olmamışlar. Təqsirləndirilən şəxsin ifadəsində evinə daxil olmalaları, sonuncuya fiziki və psixi təzyiq göstərilməsi, həmin təzyiqlər sayəsində etirafedici ifadəsinin alınması, üzərinə silahın onlar tərəfindən qoyulması barəsə bildirdiyi xüsusatlar düzgün deyildir, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı qeyd olunan hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxsi polis şöbəsinə gətirdikdən sonra onlar özləri təhlükəsizlik baxımından təqsirləndirilən şəxsin üzərindən həmin silahı götürərək masanın üzərinə qoymuşlar. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar təqsirləndirilən şəxsi Xaçmaz rayonunun Yalama kəndində, küçədə saxlamışlar, evinə daxil olmamışlar. Təqsirləndirilən şəxsin ifadəsində evinə daxil olmalaları, sonuncuya fiziki və psixi təzyiq göstərilməsi, həmin təzyiqlər sayəsində etirafedici ifadəsinin alınması, üzərinə silahın onlar tərəfindən qoyulması barəsə bildirdiyi xüsusatlar düzgün deyildir, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı qeyd olunan hərəkətlər edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 inqilab oğlunun ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2 və Şahid5 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar təqsirləndirilən şəxsi Xaçmaz rayonunun Yalama kəndində, küçədə saxlamışlar, evinə daxil olmamışlar. Təqsirləndirilən şəxsin ifadəsində evinə daxil olmalaları, sonuncuya fiziki və psixi təzyiq göstərilməsi, həmin təzyiqlər sayəsində etirafedici ifadəsinin alınması, üzərinə silahın onlar tərəfindən qoyulması barəsə bildirdiyi xüsusatlar düzgün deyildir, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı qeyd olunan hərəkətlər edilməmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən ətrafda kimsə olmamış, onlar hasardan keçərək təqsirləndirilən şəxsin evinə daxil olmamış və onları ətrafda kimsə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2, Şahid5 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar təqsirləndirilən şəxsi Xaçmaz rayonunun Yalama kəndində, küçədə saxlamışlar, evinə daxil olmamışlar. Təqsirləndirilən şəxsin ifadəsində evinə daxil olmalaları, sonuncuya fiziki və psixi təzyiq göstərilməsi, həmin təzyiqlər sayəsində etirafedici ifadəsinin alınması, üzərinə silahın onlar tərəfindən qoyulması barəsə bildirdiyi xüsusatlar düzgün deyildir, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı qeyd olunan hərəkətlər edilməmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən səhər saatları olmuş, ətrafda kimsə olmamış və onları ətrafda kimsə görməmişdir, onlar hasardan keçərək təqsirləndirilən şəxsin evinə daxil olmamış, çünki evinə daxil olması üçün məhkəmə qərarı olmalıdır. İş materiallarında olan raportdan müəyyən edilir ki, “etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1991-ci ildə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, Xaçmaz rayonu, Yalama kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlaması və daşıması bildirilmişdir”. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin və Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarlarından müəyyən edilir ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Azayev X9 RPŞ-nin inzibati binasında xidməti iş otağında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2, həmin idarənin baş əməliyyat müvəkkili Şahid3 İnqilab oğlunun, həmin idarənin əməliyyat müvəkkilləri Şahid4, Şahid5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 və tərcüməçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdərəsinin əməliyyat müvəkkili Şahid5 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, eləcə də yaşadığı ünvanda saxladığı predmetləri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində 01 ədəd tapança olduğunu bildirir və həmin silahı bel nahiyəsində saxladığını göstərərək həmin silahın ondan götürülməsi üçün bel nahiyəsini polis əməkdaşlarına tərəf çevirir və əməliyyat müvəkkili onun bel nahiyəsində (şalvarının bel hissəsinə keçirdiyi) 01 ədəd tapança tipli dəmir predmeti götürərək masanın üzərinə qoyur, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “lphone" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Təqdim olunmuş tapança tipli dəmir predmetə baxış zamanı üstündə KP 0774 hərf və rəqəmlərinin yazıldığı, içərisində 01 ədəd sandıqça tipli dəmir predmetin və 06 ədəd patrona oxşar dəmir predmetlərin olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 3 gün əvvəl Yalama kəndi ərazisindən dəmir yolunun yaxınlığından tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd tapançaya oxşar predmet, 01 ədəd sandıqça və 06 ədəd patrona oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İPhone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 fevral 2024-cü il tarixli, 24/362 nömrəli məhkəməballistik ekspertizasının rəyindən müəyyən edilir ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd KP-0974 N°-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlardan 05 ədədi zavod üsulu ilə Rusiya dövlətində, 01 ədədi isə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. 4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, KP-0974 №-li Makarov konstruksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «Güllə-Giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, “PM” markalı, 9 kalibrli, KP-0974 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-in BƏSİİ-də məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirli tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, KP0974 zavod nömrəli, 9 mmlik “Makarov” tipli tapança xx.xx.2024-cü il tarixə olan uçot məlumatına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, keçmiş SSRİ dövlətində istehsal olunmuş, KP-0974 nömrəli, 9 mm “PM” modelli odlu silah Azərbaycan Respublikası DTX-nin qeydiyyatından keçmir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan, 29 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “PM” modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır. İş materiallarında olan əməliyyat tapşırığı və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarının əldə edilmə mənbəyinin müəyyən edilməsi, sonuncunun həmin predmetlərdən hər hansı bir cinayətin törədilməsində istifadə edibetməməsinin müəyyən edilməsi, onun aşkar edilmiş predmetlərdən başqa haradasa odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını saxlayıb-saxlamamasının müəyyən edilməsi, onun qanunsuz olaraq odlu silah əldə edib saxlamasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 228.3-cü maddələri, habelə 228.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan və ayrıca icraata ayrılmış cinayət işinə daxil edilən sənədlərin siyahısından müəyyən edilir ki, hazırkı cinayət işinin (№2********) materiallarından 01 ədəd “PM” modelli odlu silah, 01 ədəd daraq və 06 ədəd patronun əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi (№2********) ayrılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü təqsirli bilməyərək, ifadəsində üzərindən götürülmüş silahı onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ibtidai istintaq orqanında ona edilmiş fiziki təzyiqlər (döyülməklə) nəticəsində məcbur edilərək etirafedici ifadə verməsi, bədənində döyülərkən xəsarətlərin də olması barədə bildirdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan şəxsi axtarışın videoçəkilişindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda müdafiəçi (Rəşid Novruzəliyev) və tərcüməçi iştirak etmiş, hazırkı iş üzrə maddi sübut olan odlu silah təqsirləndirilən şəxsin üzərindən götürülmüş, təqsirləndirilən şəxs həmin silahı Yalama kəndi ərazisində tapdığını bildirir, təhqiqatçının və müdafiəçinin müvafiq suallarına cavab olaraq ona qarşı psixi və fiziki təzyiqlərin edilmədiyini bildirir; İş materiallarında olan 16 fevral 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan və 17 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, hər iki dindirilmə protokolunda təqsirləndirilən şəxs cinayət əməlini etiraf etmiş, protokolları oxuması və doğruluğunu təsdiq etməsi barədə diyircəkli qələmlə protokollarda qeyd etmişdir. Protokollar müdafiəçinin (Eldar Qədimi) və tərcüməçinin də imzaları ilə təsdiq edilmişdir; İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında da üzərindən aşkar edilmiş tapançanı dəmiryolundan tapmış, təqdim etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizalar şöbəsinin ekspert rəyindən müəyyən edilir ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir; Təqsirləndirilən şəxs hazırkı cinayət işinin məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, cinayət əməli törətməməsi, fiziki təzyiqlərə məruz qalması nəticəsində məcburən etirafedici ifadə verməli olması barədə hər hansı şikayət etməmiş, onun hazırkı məhkəmə istintaqındakı ifadəsində bildirdiyi xüsusatları təsdiq edəcək hər hansı sübutu yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yuxarıda göstərilən hallarla bağlı xüsusatlar hər hansı sübutla öz təsdiqini tapmamış, əksinə, cinayət işinin materialları ilə tam təkzib edilir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, şəxsi axtarışın keçirilməsinin köçürüldüyü DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibini yaradır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarında göstərilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına – a) Avtomatik silah; b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah; c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah; d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar); e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar); ə) Yay tipli atıcı mexanizmli silah aiddir. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və “a-ə” yarımbəndlərində göstərilən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına - hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmigüllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən, qərardan və Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 1(101)-324/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yalama kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində bir azyaşlı uşağı var. (xx.xx.2021) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yalama kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda özünü nümunəvi, intizamlı bir vətəndaş kimi tanıtmışdır. Ailə daxilində münasibətləri normal olmuşdur. Kənd sakinləri və həmyaşıdları ilə münasibətlərində anlaşıqlıq yaradılmasına səy göstərməyə çalışıb. Onun barəsində nümayəndəliyə hər hansı bir şikayət və ərizə daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 1(101)-324/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 7(007)-1661/2018 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 16 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş; 31 oktyabr 2018-ci ildə cəzası tam ödənildiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 16 fevral 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli, 4(005)-250/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “PM” modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır. İş üzrə maddi sübut – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “PM” modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 11 mart 2024-cü il tarixli protokoldan və sübutların qiymətləndirilməsinə dair 29 mart 2024-cü il tarixli qərardan müəyyən edilir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “İPhone 7” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmiş, həmin telefonun təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməsi üçün müdafiəçi X8 qaytarılması qərara alınmışdır. İş üzrə cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “PM” modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilsin. İş üzrə cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-106/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-106/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver