Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-107/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, evli, işləməyən, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində bujiteriya və dini əşyalar satmaq məqsədi ilə Xaçmaz rayonunun Hülövlü kəndinə gələrək, həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında üzərinə quran ayəsi yazılımış əşya satdıqdan sonra özünün fala baxmaq bacarığının olduğunu deyərək əvvəlcə evin həyətində Zərərçəkmiş şəxs falına baxmış, sonra isə sonuncunun razılığı ilə evə daxil olub ona edilmiş tilsimi yox etmək adı ilə qızıl-ziynət əşyalarını istəmişdir. Zərərçəkmiş şəxs gətirib verdiyi qızıl-ziynət əşyalarını su ilə dolu stəkana salıb suyu Zərərçəkmiş şəxs içdirdikdən sonra həmin qızıl-ziynət əşyalarını örtüyə büküb saat 21 radələrindək saxlayacağını deməklə aldadıb su istəmiş və Zərərçəkmiş şəxs su gətirmək üçün həyətə çıxdıqda o, sonuncuya məxsus 596 manat dəyərində bir ədəd 9,92 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 795 manat dəyərində kulonla birlikdə 13,25 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 644 manat dəyərində 10,73 qram çəkidə 585 əyarlı üzərində göy və ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəstini, 223 manat dəyərində bir ədəd 3,72 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 149 manat dəyərində bir ədəd 2,48 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 126 manat dəyərində bir ədəd 2,10 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 600 manat dəyərində bir ədəd 10 qram çəkidə 583 əyarlı qızıl üzüyü, 325 manat dəyərində bir ədəd 5,42 qram çəkidə 585 əyarlı üzərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütünü gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3548 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhərində həmyerlisi Rəşadla görüşərkən ona demişdir ki, Sədərək və Binə ticarət mərkəzlərindən ucuz qiymətə aldığı dini və digər əşyaları satmaq üçün Xaçmaz rayonuna aparacaqdır, istəyirsə o, da onunla gəlsin. Rəşad onunla razılaşmış və xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində Ağdaş şəhərində o, Rəşadla görüşmüş və onlar birlikdə onun idarə etdiyi “Vaz 2106” markalı avtomobilə əyləşib Xaçmaz rayonuna yola düşmüşlər. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində o, avtomobilinə üç nəfər sərnişin götürüb Xaçmaz şəhərinə kimi gətirmiş, Xaçmaz şəhərində avtomobilində olan sərnişinləri düşürdükdən sonra geri qayıtmış və Xaçmaz-Bakı avtomobil yoluna sağ tərəfdən birləşən kənd yolunun yaxınlığında dəmir dirəyə bərkidilmiş lövhənin üzərinə “Hülövlü” kəndi sözü yazıldığını görüb Rəşada demişdir ki, həmin kəndə gedib özləri ilə gətirdikləri əşyaları orada satsınlar. Təxminən 20 dəqiqə kəndin içərisində gəzib bujiteriya satdığını bildirsə də heç bir əşya sata bilməmiş, saat 11 radələrində həmin kənddə olan evlərdən birinin qarşısında bir qadının azyaşlı uşaqla dayandığını görmüş və həmin evin həyət qapısına tərəf gedib qadına dini əşyalar və bujiteriya satdığını demişdir. Həmin qadın, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs satdığı əşyalara baxmaq istədiyini bildirmiş, o, da əlində qara rəngli idman çantasının içərisində olan əşyaları çıxarıb ona göstərmişdir. Qadın çantanın içərisində olan əşyalara baxdıqdan sonra üzərinə quran ayəsi yazılmış əşyanı bəyənib ondan 8 manata almışdır. Sonra Zöhrəyə fala baxmaq bacarığının olduğunu deyərək əvvəlcə evin həyətində Zərərçəkmiş şəxs falına baxmış, sonra isə sonuncunun razılığı ilə evə daxil olub ona edilmiş tilsimi yox etmək adı ilə qızıl-ziynət əşyalarını istəmiş, Zöhrənin gətirib verdiyi qızıl-ziynət əşyalarını su ilə dolu stəkana salıb suyu Zərərçəkmiş şəxs içdirdikdən sonra həmin qızıl-ziynət əşyalarını örtüyə büküb saat 21 radələrindək saxlayacağını deməklə onu aldadıb su istəmiş və Zərərçəkmiş şəxs su gətirmək üçün həyətə çıxdıqda o, sonuncuya məxsus qızıl-ziynət əşyalarını götürüb oradan çıxıb getmişdir. Zöhrənin evindən qızıl-ziynət əşyalarını oğurlaması barədə Rəşada heç bir söz deməmiş, kənd ərazisində gəzərkən polis əməkdaşları yaxınlaşıb onları avtomobilə əyləşdirərək Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olarkən o, Zərərçəkmiş şəxs evindən qızıl-ziynət əşyalarını oğurladığını etiraf etmiş, zərər çəkmiş şəxsə məxsus qızıl-ziynət əşyaları ondan götürülmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Hülövlü kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində hazırda iş üzrə Təqsirləndirilən şəxs bir nəfər tanışı ilə yaşadığı evin qarşısına gəlmiş və ona quran ayələri, dini və başqa əşyalar satdığını bildirmişdir. O, Kamranın satdığı əşyalara baxdıqdan sonra üzərində quran ayəsi yazılmış bir-birinə iplə bağlı olan əşya xoşuna gəldiyindən həmin əşyanı danışıb 8 manata almışdır. Sonra Kamran ona özünün fala baxmaq bacarığının olduğunu, fala quranla baxdığını deyərək əvvəlcə evin həyətində onun falına baxmış, sonra isə evə daxil olub ona edilmiş tilsimi yox etmək adı ilə ondan bütün qızıl-ziynət əşyalarını istəmiş, o da yatdığı çarpayının üstündəki döşəyin altında gizlədib saxladığı 2 ədəd qızıl boyunbağını, 5 ədəd qızıl qadın üzyünü, bir cüt qızıl sırğanı və qulağında olan digər sırğaları çıxarıb Kamrana vermiş, Kamran həmin ziynət əşyalarını su ilə dolu stəkana salıb suyu ona içdirtdikdən sonra həmin qızıl-ziynət əşyalarını örtüyə büküb saat 21 radələrindək saxlamsını deməklə ondan su istəmiş və o, su gətirmək üçün gedib qayıdarkən Kamranın artıq həyətdə olmadığını görmüş və qızıl-ziynət əşyalarının ğurlandığını bilmişdir. Bundan sonra dərhal evdən çıxıb Xaçmaz rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən qızıl-ziynət əşyalarının oğurlanmasını bildirmiş və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Polis Şöbəsinə gətirilmişdir. İbtidai istintaq zamanı ona məxsus qızıl-ziynət əşyaları ona qaytarılmaqla ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, xx xxxx 2020-ci il tarixdə həmyerlisi olan Təqsirləndirilən şəxs ilə Ağdaş rayonunda görüşərkən sonuncu ona Sədərək və Binə ticarət mərkəzlərindən ucuz qiymətə aldığı dini və digər əşyaları satmaq üçün Xaçmaz rayonuna aparacağını bildirərək, onunla birlikdə getməyi təklif etmiş, apardığı əşyaları satdıqdan sonra əldə etdiyi gəlirdən ona da verəcəyini bildirmişdir. O, Kamranla razılaşdıqdan sonra xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində Ağdaş şəhərində Kamranla görüşüb birlikdə sonuncunun idarə etdiyi Vaz-2106 markalı avtomobillə Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz rayonuna gələrkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Kamran avtomobilinə üç nəfər sərnişin götürüb Xaçmaz şəhərinə kimi gətirmişdir. Xaçmaz şəhərində Kamran avtomobilində olan sərnişinləri düşürdükdən sonra geri qayıtmış və Xaçmaz-Bakı avtomobil yoluna sağ tərəfdən birləşən kənd yolunun yaxınlığında dəmir dirəyə bərkidilmiş lövhənin üzərinə «Hülövlü» kəndi sözü yazıldığını görüb ona həmin kəndə gedib özləri ilə gətirdikləri əşyaları orada satmalarını demişdir. O, Kamranla razılaşmış və həmin kəndə getmişlər. Bir müddət kəndin daxilində gəzib bujiteriya satdıqlarını bildirsələr də heç bir əşya sata bilməmişlər. Saat 11 radələrində həmin kənddə olan evlərdən birinin qarşısından keçib gedərkən evin həyətində sonradan tanıdığı Zərərçəkmiş şəxs azyaşlı uşağı ilə dayandığını görmüşlər. Kamran həmin evin həyət qapısına tərəf gedib Zöhtəyə dini əşyalar və bujiteriya satdığını demiş, sonuncu Kamranın satdığı əşyalara baxmaq istədiyini bildirdikdə Kamran əlində olan qara rəngli idman çantasının içərisində olan əşyaları çıxarıb ona göstərmişdir. Zöhrə üzərinə quran ayəsi yazılmış əşyanı razılaşıb 8 manata Kamrandan almışdır. Sonra Kamran Zöhrəyə söhbət əsnasında quranla fala da baxdığını demiş, lakin o, onların söhbətlərinə müdaxilə etməyərək bir qədər kənara çəkilmişdir. Qadın bir neçə dəqiqə Kamranla söhbət etdikdən sonra Kamranı içəri dəvət etmiş, Kamran içəri gedərkən onu çağırmış, o, isə içəri getməyərək küçədə dayanıb Kamranı gözləmişdir. Təxminən 20-25 dəqiqə keçdikdən sonra Kamran evdən bayıra çıxıb onun yanına gəlmiş və ona heç bir söz deməmişdir. Kənd ərazisində gəzərkən polis əməkdaşları yaxınlaşıb onları avtomobilə əyləşdirərək Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən bilmişdir ki, Kamran içəridə olarkən Zöhrəni aldadıb qızıl-ziynət əşyalarını oğurlamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Xaçmaz rayonunun Hülövlü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış sahəsidir. Həmin ev bir mərtəbəli olmaqla daş hasarla tikilmiş, evin dəmirdən bir giriş qapısı vardır. Evin həyəti açıq olmaqla ətrafı bağlı deyildir. Zərərçəkmiş şəxs evin giriş qapısını göstərib, 2 nəfər tanımadığı şəxsin ora gəlib ona bujiteruya satdıqlarını göstərmiş, daha sonra evin dəhlizini göstərib orada olan stolun üzərində at nalı və quran ayəsi yazılmış duanı göstərib həmin şəxslərdən 8 manata aldığını, üzündə saqqal olan şəxsin fala baxdığını bilib evə dəvət etdiyini göstərmişdir. Evin bir həm yataq, həm də qonaq otağı vardır. Yataq otağından sol tərəfdə çarpayı sağ tərəfdə isə əyləşmək üçün stol və stul vardır. Zərərçəkmiş şəxs evin yataq otağını göstərib qızıl-ziynət əşyalarının həmin otaqdan oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ziynət əşyalarını hansı şəraitdə oğurladığını göstərmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/247-9/500 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş məmulatların metalı 583/585 əyarlı qızıla uyğundur, ümumi çəkiləri 44,92 qramdır. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Təqdim olunan məmulatlar kustar üsulla hazırlanmışdır. Ona görə də onların istehsal yerini müəyyən etmək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2647,0 manat müəyyən olunur. Təqdim olunmayan Rusiyya istehsallı olan 583 əyarlı, 10 qramlıq, üzərində 7 ədəd ağ rəngli balaca briliyant qaşı olan qadın üzüyü-üzərində olan qaşların ölçüləri və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirilməmişdir. 1 dəst sırğanın itmiş 1 tayının xx xxxx 2020-ci il tarixinə nəzəri qiyməti- təxminən 114,0 manat müəyyən edilir (sırğa tək tay olduğu halda qırıntı hesab olunur). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə bir il sınaq müddəti müəyyən edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər X9 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 1701 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi atası X10, anası X5, arvadı X6 və 2017-ci il təvəllüdlü uşağı X1 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İƏDdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində bujiteriya və dini əşyalar satmaq məqsədi ilə Xaçmaz rayonunun Hülövlü kəndinə gələrək, həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında üzərinə quran ayəsi yazılımış əşya satdıqdan sonra özünün fala baxmaq bacarığının olduğunu deyərək əvvəlcə evin həyətində Zərərçəkmiş şəxs falına baxmış, sonra isə sonuncunun razılığı ilə evə daxil olub ona edilmiş tilsimi yox etmək adı ilə qızıl-ziynət əşyalarını istəmişdir. Zərərçəkmiş şəxs gətirib verdiyi qızıl-ziynət əşyalarını su ilə dolu stəkana salıb suyu Zərərçəkmiş şəxs içdirdikdən sonra həmin qızıl-ziynət əşyalarını örtüyə büküb saat 21 radələrindək saxlayacağını deməklə aldadıb su istəmiş və Zərərçəkmiş şəxs su gətirmək üçün həyətə çıxdıqda o, sonuncuya məxsus 596 manat dəyərində bir ədəd 9,92 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 795 manat dəyərində kulonla birlikdə 13,25 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 644 manat dəyərində 10,73 qram çəkidə 585 əyarlı üzərində göy və ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəstini, 223 manat dəyərində bir ədəd 3,72 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 149 manat dəyərində bir ədəd 2,48 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 126 manat dəyərində bir ədəd 2,10 qram çəkidə 583 əyarlı üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 600 manat dəyərində bir ədəd 10 qram çəkidə 583 əyarlı qızıl üzüyü, 325 manat dəyərində bir ədəd 5,42 qram çəkidə 585 əyarlı üzərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütünü gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3548 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-55/2020 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(105)-29/2020 saylı qərarlarının surətlərindən, müstəntiqin xx xxxx 2020ci il tarixli qərarından və həmin tarixli barəsində polisin nəzarəti altına vermə haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-55/2020 saylı qərarına əsasən barəsində həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(105)-28/2020 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki güngün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 5 (beş) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan qızıl-ziynət əşyalarının ibtidai araşdırma zamanı sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 109 manat 50 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəndiqi Cavid Kərimlinin xx xxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 52 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(067)-107/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 58 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 348 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 5 (beş) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 109 manat 50 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 58 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 348 (üç yüz qırx səkkiz) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-107/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-107/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver