Məhkəmə qərarları › İş №1(067)-107/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-107/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-107/2024 29.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonun, Xanlıqoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,fərdi əməklə məşqul olan, subay, orta təhsilli, əməllərində cinayətlərinin residivi olan, Xaçmaz şəhəri, Səməd Vurğun küçəsi ev 25-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci iltarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən evinin yaxınlığında Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 13 fevral 2024-cü il tarixdə saat 22:10-22:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,575 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 fevral 2024-cü il tarixdə Sumqayıt şəhərinə Famil adlı usdanın yanına fəhlə kimi işləmək üçün gəlmiş, lakin Famil ona ayın 18-dən sonra gəlməsini bildirmişdir. O, həmin günü Sumqayıt şəhər avtovağzalında marşrutlar dayananan yerdə, yerdən pul kisəsi tapmış, açdıqda içərisində 15 manat pul, kart və bir ədəd gümüşü rəngli folqa olduğunu görmüşdür. O, ordan Sumqayıtda yaşayan dayısı gilə gedərək gecəni orda qalmış. Sonra isə səhəri yəni, 13 fevral 2024-cü il tarixdə Xaçmaz şəhərinə qayıtmışdır. Xaçmaz şəhərində çaycının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Xaçmaz rayon polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində olan 1 (bir) ədəd gümüşü rəngli folqa bükümündəki metamfetamin aşkar olunaraq götürülmüşdür.Törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri Səməd Vurğun küçəsi ev 47-də qeydiyyatda olmağına baxmayaraq Xaçmaz şəhəri Xocalı küçəsi ev 25-də yaşayır və heç bir yerdə işləmir, əvvələr bir neçə dəfə psixotrop maddə istifadə etmiş, lakin son zamanlar ondan uzaq qalmağa çalışmışdır. Təxminən 3 gün əvvəl günorta saatlarında Sumqayıt şəhərində olduğu zaman Sumqayıt şəhər avtovağzal ərazisində piyada gəzişərkən yerdə balaca bir ədəd gümüşü rəngli folqa bükümü görmüşdür. Narkotik vasitələr adətən folqa bükümündə olduğundan həmin bükümü yerdən götürüb və açaraq içiən baxan zaman həmin bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetamin olmasını görmüşdür. Əvvəllər metamfetamin qəbul etdiyindən onu asanlıqla tanıyıb və həmin bükümü götürərək sonradan istifadə etmək üçün üzərində saxlamışdır.Bir müddət metamfetamini üzərində gəzdirməsinə baxmayaraq onu qəbul etməmişdir. 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri, S.Qurbanov küçəsində piyada gedərkən 2 nəfər şəxs ona yaxınlaşıb, özlərinin polis əməkdaşları olduqlarını ona deyərək onun qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəİi olduğunu ona bildirib və onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt psixotrop maddə əyinindəki qara rəngli qış gödəkçəmin sol yan cibində olduğundan polis əməkdaşlarının bundan məlumatlı olduqlarını başa düşüb və onlarla razılaşaraq rayon polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəldikdən sonra müstəntiq vəkil Nadir Lalayevin iştirakı ilə şübhəli şəxs qismində tutulmasını ona deyərək hüquq və vəzifələrini ona izah edib və müdafiəçinin iştirakı ilə videoçəkilişə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra şəxsi axtarış zamanı üzərində psixotrop maddə metamfetamin olmasım etiraf edib, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində olan 1 (bir) ədəd gümüşü rəngli folqa bükümündəki metamfetamini çıxarıb, təqdim edərək otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra üzərindən «Winston» markalı siqaret qutusu və 1 ədəd alışqan aşkar olunsa da həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən həmin 1 ədəd gümüşü bükülüyə baxıldıqda içərisində metamfetaminə bənzər ağ rəngli kütlə olması müəyyən edilmiş və həmin büküm tərəzidə çəkilərkən onun ümumi çəkisinin 0,88 qram olması məlum olmuşdur. Polis əməkdaşları həmin bükümü harada əldə etməsini ondan soruşduqda o, həmin metamfetamin bükümünü tapdığını, özünə məxsus olduğunu və istifadə etmək üçün həmin maddəni üzərində saxladığını bildirmişdir. Müstəntiq tərəfindən həmin içində metamfetamin olan 1 ədəd gümüşü rəngli büküm götürülərək bir ədəd zərfə qoyulub, qablaşdırılmış və üzəri imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs Səid Qurbanov küçəsində hərəkətdə olduğunu müəyyən etmişdilər. Ona yaxınlaşaraq onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Xaçmaz rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilən zaman onun üzərindən qanunla qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Sumqayıt şəhərindən tapdığını və həmin maddəni tanıdığı üçün saxladığını bildirmişdir. Vasiv Məmmədov həmin maddəni üzərində saxladığını, atacağını və ya istifadə edəcəyini bildirmişdir. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 25-də yaşayır və Xaçmaz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri Səməd Vurğun küçəsi ev 47-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri Xocalı küçəsi ev 25-də yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü yəni 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri S.Qurbanov küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nə gəldikdən sonra xidməti otaqların birində müstəntiq Rəşad Babayev tərəfindən müdaifəçi Nadir Lalayevin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəklişi Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri X9 özünə məxsus mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı müstəntiq Rəşad Babayev üzərindəki əşyaları təqdim etməsini ondan xahiş etdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd gümüşü rəngli folqa bükümü çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əyinindəki paltarlarının digər ciblərindən içərisində siqaret dənələri olan 1 ədəd «Winston» markalı siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd bükümün içində ağ rəngli kristallik şəkilli kütlənin nə olmasını müstəntiq ondan soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus metamfetamin olduğunu, həmin maddəni Sumqayıt şəhər avtovağzalı ərazisindən təsadüfən tapdığını və həmin bükümü üzərində saxlaqda məqsədi ondan istifadə etmək olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,88 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd gümüşü rəngli büküm özünün, vəkilin iştirakı ilə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Winiston» markalı siqaret qutusu və 1 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən müstəntiq tərəfindən götürülməyərək onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxsn üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, fevral ayının əvvəllərində Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs Səid Qurbanov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə getirmişlər və Polits Şöbəsində istintaq hərəkəti ilə üzərinə baxış keçirilən zaman onun üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonra ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 13 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri Səməd Vurğun küçəsi ev 47-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri Xocalı küçəsi ev 25-də yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü yəni 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri S.Qurbanov küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nə gəldikdən sonra xidməti otaqların birində müstəntiq Rəşad Babayev tərəfindən müdaifəçi Nadir Lalayevin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəklişi Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri X9 özünə məxsus mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı müstəntiq Rəşad Babayev üzərindəki əşyaları təqdim etməsini ondan xahiş etdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd gümüşü rəngli folqa bükümü çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əyinindəki paltarlarının digər ciblərindən içərisində siqaret dənələri olan 1 ədəd «Winston» markalı siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd bükümün içində ağ rəngli kristallik şəkilli kütlənin nə olmasını müstəntiq ondan soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus metamfetamin olduğunu, həmin maddəni Sumqayıt şəhər avtovağzalı ərazisindən təsadüfən tapdığını və həmin bükümü üzərində saxlaqda məqsədi ondan istifadə etmək olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,88 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd gümüşü rəngli büküm özünün, vəkilin iştirakı ilə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Winiston» markalı siqaret qutusu və 1 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən müstəntiq tərəfindən götürülməyərək onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxsn üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan həmin protokolu imzaları ilə təsdiq etmişlər. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 1 (bir) ədəd gümüşü rəngli folqanın içindən ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 13 fevral 2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cu il tarixli 3-16-16/2-6/895 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,575 qram olması, 0,050 qramının tədqiqata sərf edililməsi və 0,525 qramının qalıq qalması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 01 mart 2024-cü il tarixli 1372 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 15 fevral 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 0,525 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinn 15 fevral 2024-cü il tarixli, 4(067)-18/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli, 13 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 5(067)-45/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər dəfələrlə məhkum olunmuş, lakin həmin məhkumluqlar ödənilmişdir.Sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qərarından gönürdüyü kimi Təqsirləndirilən şəxs barədə Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuş, həmin hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 676 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Şəhəri, S.Vurğun küçəsi ev 47də yaşayır, ailə tərkibi 1968-ci il təvəllüdlü atası X4 və 1992-ci il təvəllüdlü bacısı X1 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimayət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki,qohumqonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci iltarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən evinin yaxınlığında Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 13 fevral 2024-cü il tarixdə saat 22:10-22:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,575 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 13 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,525 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,525 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar