Məhkəmə qərarları › İş №1(067)-107/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-107/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-107/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci il təvəllüdlü, Rusiya Federasiyasının Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon Məhkəməsinin 26 may 2022-ci tarixli hökmünə əsasən məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 26 may 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Xaçmaz rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay 26 gün hissəsinin 01 il 01 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və 05 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşıyaraq yaşadığı evdə saxlamış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 fevral 2025-ci il tarixdə saat 16:35-dən 16:55-dək olan vaxt ərzində onun yaşadığı Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı yataq otağında olan stolun üzərindəki “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə 1,672 qram psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdə 1,757 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitədən istifadə etmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkir və hazırda xəstəxanada qeydiyyatdadır. Onu məhkəməyə sanksiyaya gətirmişlər və həmin vaxt üzərində aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə hakimə deyib-deməməsi yadında qalmamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Sonradan onun üzərinə narkotik vasitəni qoyaraq bildirmişlər ki, o, həmin narkotik vasitənin ona məxsus olmasını desin. İstintaq dövründə vəkilinə bu barədə heçnə bildirməmiş və zaminə çıxa bilməsi üçün özünü təqsirli bilmişdir. Onda istintaqda göstərilən narkotik vasitənin miqdarı olmamışdır. Bundan əlavə onun evinə baxış keçirilən zaman evində narkotik vasitə olmamışdır. Şahidlər bu hissədə düzgün ifadə vermir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanında qeydiyyatda olmaqla nənəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır. Özü heç bir yerdə işləmir. Artıq uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirmiş. Əsasən də istifadə etdiyi narkotik vasitə heroindir, az hallarda isə psixotrop maddə metamfetamindən də istifadə edirmiş. 2025-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında təkbaşına Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində gəzən zaman yerdə yanbayan 02 ədəd kiçik ölçüdə sellafon büküm olmasını görmüş, həmin bükmlər ona maraqlı gəldiyinə görə onları götürüb baxmışdır. Onlara baxanda onlardan birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olmasını anlamış, özü də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə onları götürüb cibindəki “Prima” markalı siqaret qutusuna qoymuşdur. Onları da götürməkdə məqsədi o imiş ki, ürəyi istədiyi vaxt onlardan istifadə edə bilsin. Ardınca isə elə həmin günün axşamı yaşadığı Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanına gəlmiş və onları elə olduğu kimi siqaret qutusunun içərisində yataq otağında stolun üzərinə qoymuşdur. xx.xx.2025 ci il tarixdə saat 16 radələrində evdə olan zaman yaşadığı evin qapısının döyülməsini eşitmiş və küçəyə çıxarkən üç nəfər mülki geyimli və polis formasında olan şəxsin ona yaxınlaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etdiklərini söyləmiş və bildirmişlər ki, o, narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və saxlamasında şübhəli bilinir. Evində narkotik vasitənin olmasını ondan soruşan zaman o, evdə narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra evə baxış keçirmək istəmələrini polis əməkdaşları bildirmiş, o, isə etiraz etməmişdir. Evə daxil olan zaman masanın üzərində olan “Prima” markalı siqaret qutusunun içərisindəki ümumilikdə 02 ədəd bükümdə olan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Əlavə olaraq bildirir ki, polis əməkdaşlarından biri videoçəkiliş aparırmış. Belə ki, onlar həmin 02 ədəd bükümə baxış keçirmiş və bükümlərdə olan kütlənin birinin psixotrop maddə olan metamfetamin, digərinin isə narkotik vasitə heroin olmasını anlamışlar. Polis əməkdaşları həmin bükümlərin nə olduğunu da ondan soruşanda o, bükümlərdən birinin metamfetamin, digərinin isə heroin olduğunu bildirmişdir. Bundan sonra hər bir büküm ayrı-ayrılıqda tərəziyə qoyularaq çəkilmiş, bu zaman heroinin kütləsi 1,91 qram, metamfetaminin kütləsi isə 1,88 qram gəlmişdir. Bundan sonra isə həmin sellafon bükümlər ağ rəngli kağız zərfə qoyulmuş, möhürlənmiş və üzəri tərəflərindən imzalanaraq qablaşdırmaqla götürülmüşdür. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və onu müdafiəçi ilə təmin etmişlər. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 istintaq orqanına verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəsinin istifadə etməsi və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyat məlumatından sonra əməliyyat qrupu yaradaraq, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirmək məqsədilə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına çağıraraq, ona qanunsuz olaraq narkotik vasitə saxladığını və bu səbəbdən evinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evinə baxış keçirilməsinə icazə vermiş və evində saxladığı iki büküm - bir bükümdə psixotrop maddə metamfetamin və digər bükümdə isə narkotik vasitə olan heroini könüllü olaraq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onlara müqavimət göstərməmişdir. Aşkar olunan narkotik vasitələr təqsirləndirilən şəxsin evində olmuşdur və o, özü könüllü olaraq onları gətirib təqdim etmişdir. Onlar təqsirləndirilən şəxsi hədələməmişlər. Əgər hədələmiş olsaydılar, onun yaşadığ evə gedib, camaata özlərini göstərmək əvəzinə, narkotik vasitəni onun üstündən götürmələri daha məntiqli olardı. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasına bir daha təsdiq edərək, analoji ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, onlara məlumat daxil olduqdan sonra təqsirləndirilən şəxsin yaşadığı ünvana, Alı Müstafayev küçəsinə getmişlər. Ünvanın neçə saylı olması yadında deyildir. Əməliyyat qrupunda o, Şahid2, Şahid3 və Sədi Məmmədov iştirak etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləyir. Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri əldə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin NMQnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 dəqiq və qərəzsiz məlumat daxil olduğundan sonuncu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək haqqında qərar qəbul edilmişdir. Buna görə də 14 fevral 2025-ci il tarixdə, saat 16:35-də Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Abas oğlu və Xaçmaz RPŞnin TB-nin təhqiqatçısı, polis mayoru X4 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanının qarşısına gəlmişlər. Evin darvazasını döydükdən qısa müddət sonra Təqsirləndirilən şəxs darvazanı açmış, ardınca isə o və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Ardınca isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olduğunu bildirmiş və videoçəkilişdən istifadə etməklə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulanda, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddə saxlayıb-saxlamaması barədə sual veriləndə Təqsirləndirilən şəxs verilən suala cavab olaraq yaşadığı evdə narkotik vasitə olduğunu bildirib, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs icazəsi ilə əvvəlcə evin həyətinə, daha sonra isə onun yaşadığı evə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra təxminən 10 metr irəlidə bir ədəd bir mərtəbəli ev yerləşirmiş. Onlar evin içərisinə daxil olmuş, evin giriş qapısından içəriyə girdikdən sonra yataq otağına daxil olmuşlar. Həmin otaqda masa, yataq, soyuducu, televizor və digər əşyalar varmış. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin otaqda olan masanın üzərindəki “Prima” markalı siqaret qutusunun içərisində olan 2 ədəd bükümü göstərib həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman içərisində metamfetaminə bənzər kütlə olan seilafon bükümün çəkisi 1,88 qram, heroinə bənzər maddə olan sellofan bükümün isə 1,91 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində heroinə və metamfetaminə bənzər kütlə olan bükümlər bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, qablaşdırılmış zərf möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan, şahid qismində ifadələri alınmış polis əməkdaşları Şahid2 və Şahid3 Abas oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon X6 Bölməsinin sabiq təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 14 fevral 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı masanın üzərindəki «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə 14 fevral 2025-ci il tarixdə baxış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə müstəntiq 02 aprel 2025-ci il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinin və evin yataq otağındakı masanın üzərindəki «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə 14 fevral 2025-ci il tarixdə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk, 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən müstəntiq tərəfindən 16 fevral 2025-ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin hakimi X3 16 fevral 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 14 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanunauyğun hesab edilmişdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2025-ci il tarixli, 6/700 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “ ... Təqsirləndirilən şəxs evindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,672 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1,757 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə - Narkoioji Ekspertizasının 21 fevral 2025-ci İİ tarixli 1049 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuiyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 23 fevral 2023-cü il tarixdə isə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə onun çəkilməmiş cəzası 01 il 01 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xaçmaz RİH başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 mart 2025-ci il tarixli 626 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi, ev 87 ünvanında qeydiyyatdadır. Məhkəmənin mövqeyi: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinə dair 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Həmin Qanuna görə (İİ Siyahı), narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə - metamfetaminin ümumi təmiz miqdarı 1.672 qram, heroinin ümumi təmiz miqdarı 1.757 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işində qeyd olunan hallarla bağlı ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi izahatların ziddiyyətli olması, onun yalnız törətdiyi cinayət əməlinin məsuliyyətindən yayınma və özünü müdafiə xarakterli olması halı kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Hazırki cinayət işinə əlavə edilmiş “Şübhəli şəxs qismində tutma haqqında” 14 fevral 2025-ci il tarixli qərarın və həmin tarixli protokolun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə HK-1/429 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Hazırki cinayət işinə əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 16 fevral 2025-ci il tarixli, 4(067)-27/2025 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 fevral 2025-ci il tarixdən, saat 18:00-dan hesablanmaqla 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalan qalıq 1.572 qram psixotrop maddə metamfetamin və 1.657 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın (hökmün bu hissədə də icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalan qalıq 1.572 qram psixotrop maddə metamfetamin və 1.657 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar