Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-108/2023 05.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod qəsəbəsi ev 1, mənzil 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və əmilində cinayətlərin residivi olan, Xaçmaz şəhəri, H.Aslanov küçəsi ev 33, mənzil 8-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Qələbə küçəsi ev 1/46-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisində, Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 300 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olub həyətyanı sahədəki köhnə evin ikinci mərtəbəsindəki eyvanından hər biri 0.2 manat dəyərində olmaqla ümumilikdə 0.8 manat dəyərində olan 4 ədəd kisədəki 1 kiloqramı 4,5 manat olmaqla ümumilikdə dəyəri 540 manat olan 120 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındıqları qanunsuz götürərək həmin evin yerləşdiyi küçəyə çıxarıb razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra həmin yerə idarə eldiyi Vaz 2106 markalı, Az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə gələn Təqsirləndirilən şəxs2 avtomobilinə yükləyib apararaq 540.8 manat (beş yüz qırx manat səksən qəpik) məbləğdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakım gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu Nərəcan kəndin ərazisində, Bakı- Gəndob- Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 100 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olub oradakı masanın üzərindən hər biri 0.2 manat dəyərində olmaqla -mumilikdə 0.6 manat dəyərində olan 3 ədəd kisədəki 1 kiloqramı 4,5 manat olmaqla ümumilikdə dəyəri 459,00 manat olan 102 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındıqları qanunsuz götürərək həmin evin yerləşdiyi küçəyə çıxarıb razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra həmin yerə idarə etdiyi Vaz 2106 markalı, Az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə gələn Təqsirləndirilən şəxs2 avtomobilinə yükləyib apararaq 459.6 manat (dörd yüz əlli doqquz manat altmış qəpik) məbləğdə təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 126.1-ci maddələri ilə təqsirli bilinib 3 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə sonuncunun 26 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində, Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 300 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olaraq həyətyanı sahədəki köhnə evin ikinci mərtəbəsinin eyvanından hər biri 0.2 manat dəyərində olmaqla ümumilikdə 0.8 manat dəyərində olan 4 ədəd kisədəki 1 kiloqramı 4,5 manat olmaqla ümumilikdə dəyəri 540 manat olan 120 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındıqları qanunsuz götürərək həmin evin yerləşdiyi küçəyə çıxarıb ona məlumat verdikdən sonra o, idarə etdiyi Vaz 2106 markalı, Az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gələrək Təqsirləndirilən şəxs1la birlikdə içərisində fındıqlar olan kisələri idarə etdiyi avtomobilə yükləyib aparmaqla ümumilikdə 540.8 manat (beş yüz qırx manat səksən qəpik) məbləğdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə sonuncunun 28 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisində, Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 100 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olaraq həyətyanı sahədəki masanın üzərindən hər biri 0.2 manat dəyərində olmaqla ümumilikdə 0.6 manat dəyərində olan 3 ədəd kisədəki 1 kiloqramı 4,5 manat olmaqla ümumilikdə dəyəri 459 manat olan 102 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındıqları qanunsuz götürərək həmin evin yerləşdiyi küçəyə çıxarıb ona məlumat verdikdən sonra o, idarə etdiyi Vaz 2106 markalı, Az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gələrək Təqsirləndirilən şəxs1la birlikdə içərisində fındıqlar olan kisələri idarə etdiyi avtomobilə yükləyib aparmaqla ümumilikdə 459.6 manat (dörd yüz əlli doqquz manat altmış qəpik) məbləğdə təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O, 2019-cu ilin sonlarında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. 2021-ci ilin dekabr ayında amnistiya ilə azadlığa çıxmışdır. O, cəzasını Bakı şəhəri Qaradağ rayonunda yerləşən 14 nömrəli cəzaçəkmə müəssisəsində çəkmişdir. Orada Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Sonuncu ilə aralarında yaxın münasibətləri yaranmışdır. Vüqar türmədən ondan bir neçə ay öncə çıxmışdır. O da qeyd etdiyi kimi 2021-ci ilin dekabr ayında azadlığa çıxdıqdan sonra Vüqarla münasibətləri olduğundan, həmçinin Vüqar Xaçmaz rayonunda yaşadığından mütəmadi olaraq görüşmüşlər. Belə ki, o, azadlığa çıxdıqdan sonra bir müddət Şuşa şəhərində usta işləmişdir. Lakin 2022-ci ilin sentyabr ayının ortalarından sonra gördüyü iş sonlandığından yaşadığı Xaçmaz rayonuna geri qayıtmışdır. Bundan sonra o, iş tapa bilmədiyindən maddi olaraq çətinlik çəkməyə başlamışdır. Belə ki, 2022-ci ilin dekabr ayının sonlarında xərclərini ödəyə bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. O düşünmüşdür ki, kənd ərazisində evlərin həyətyanı sahəsində fındıq ola bilər, onları axşam vaxtı oğurlayaraq sata bilər. Həmin zaman o, mütəmadi olaraq Vüqarla görüşdüyündən bu fikrini Vüqarla bölüşmüşdür. Vüqar da maddi çətinlik çəkdiyindən onunla oğurluq etmək istədiyini bildirmişdir. Belə ki, razılıqlarına əsasən o əvvəlcə kənd ərazisində piyada şəkildə hərəkət edərək evlərin həyətyanı sahəsinə boylanmalı imiş. Həyətyanı sahədə kisə gördüyü təqdirdə evin həyətinə gizli daxil olaraq kisələri çıxarmalı imiş. Vüqar isə özünə məxsus olan Vaz 2106 markalı avtomobillə gələrək həmin kisələri və onu götürərək oradan uzaqlaşacaqmışlar. 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında Vüqarla əlaqə saxlayaraq özünün Xaçmaz rayonunun Nərəcan kəndinə gedəcəyini bildirmiş və tanımadığı taksi ilə Xaçmaz rayonu Nərəcan kəndinə gələrək yolun kənarında avtomobildən düşmüşdür. Həmin zaman artıq 26 dekabr 2022-ci il, saat 02 radələri imiş. O bir-bir evlərin həyətyanı sahəsinə baxırmış ki, orada oğurlaya biləcəyi fındıq kisələrin olubolmamasını yoxlasın. Belə ki, bir neçə evə baxdıqda hər hansı fındıq görməmişdir. Bir gədər baxdıqdan sonra sonradan Zərərçəkmiş şəxs2 məxsus olmasını bildiyi evin həyətyanı sahəsinə boylanmışdır. Orada da həyətyanı sahədə fındıq olmadığını görmüşdür. Lakin evin həyətində xurma ağacının və ağacda isə meyvə olmasını gördükdə düşünmüşdür ki, Xurma yığsın. Bu məqsədlə evin həyətinə daxil olmuşdur. Evin həyətyanı sahəsində köhnə yaşayış olmayan ev var imiş. O, xurma ağacına çıxaraq xurmaları yığmaq istədikdə evin ikinci mərtəbəsində olan balkonda kisələrdə fındıqların olmasını görmüşdür. Bu zaman xurmaları yığmaq fikrindən daşınaraq fındıq kisələrinin o!duğu yerə getmişdir. Orada olan fındıq kisələrinin bəziləri tam, bəziləri yarımçıq olmuşdur. Belə ki, o, 4 ədəd kisələrdən ikisini digər içərisində az fındıq olan kisələrə goymuşdur ki, daha qısa vaxt ərzində həyətdən çıxsın. Belə ki, 4 kisəni iç-içə qoymaqla 2 kisə etmişdir. Kisələri birbir olmaqla yola çıxarmışdır. Həmin kisələri evdən bir qədər kənarda işıqsız yerə daşıyaraq Vüqara xəbər vermişdir ki, gəlib onu götürsün. Belə ki, Vüqara harada olmağını başa saldıqdan sonra Vüqar onun olduğu yerə gəlmişdir. Onlar onun kisələri qoyduğu yerə gələrək kisələri götürərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra razılaşmalarına əsasən Vüqar kisələrdəki fındıqları satmalı imiş. Vüqar onu həmin gün yaşadığı evin yaxınlığında düşürtmüş və özü Xaçmaz şəhərinə getmişdir. Növbəti gün onlar əlaqə saxladıqları zaman Vüqar ona həmin fındıqları satdığını bildirmişdir. Onlar həmin gün Vüqarla Xaçmaz şəhərində köhnə avtovağzal ərazisində görüşmüşlər. O, Vüqardan oğurladıqları fındıqları sataraq əldə etdiyi 300 manatın yarısını almışdır. Bundan başqa, o, Vüqarla yenidən oğurluq edəcəkləri ilə bağlı da əlaqə saxlamışlar. 28 dekabr 2022-ci il tarixdə o, Vüqarla əlaqə saxlayaraq razılaşdıqları kimi özünün Xaçmaz rayonu, Nərəcan kəndinə getdiyini, oğurlaya biləcəyi kisə tapdığı zaman deyəcəyini, kəndə yaxın ərazidə olmasını bildirmişdir. Həmin gün saat təxminən 20 radələrində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsindən çıxaraq tanımadığı taksi ilə Xaçmaz rayonunun Nərəcan kəndinə gəlmişdir. O, kənddən keçən yolun kənarında taksidən düşmüş və kəndə daxil olmuşdur. O bir-bir evlərin həyətyanı sahəsinə baxırmış ki, orada oğurlaya biləcəyi fındıq kisələrinin olub-olmamasını bilsin. O bu formada bir neçə evə baxdıqdan sonra, sonradan Zərərçəkmiş şəxs1 məxsus olmasını bildiyi evin həyətyanı sahəsinə boylanmışdır. Baxdığı zaman həyətyanı sahədə olan masanın üzərində 3 ədəd kisənin olmasını görmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs1 həyətinə evin kəndin yolu istiqamətində olan hasarından aşaraq daxil olmuşdur. O, hasarlar alçaq olduğundan rahat şəkildə bir-bir olmaqla içərisi fındıqla dolu olan kisələri yola çıxarmışdır. Həmin kisələri evdən bir qədər kənarda işıqsız yerə daşıyaraq Vüqara xəbər vermişdir ki, gəlib onu götürsün. O Vüqarın onu tapması üçün yola çıxmışdır. Vüqar yaxında olduğundan bir neçə dəqiqə sonra onun olduğu yerə gəlmişdir. O, Vüqarın avtomobilinə əyləşərək kisələrin olduğu yerə sürməsini bildirmişdir. Onlar onun kisələri qoyduğu yerə gələrək kisələri oradan götürərək avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra razılaşmalarına əsasən Vüqar kisələrdəki fındıqları satmalı imiş. Vüqar onu həmin gün yaşadığı evin yaxınlığında düşürmüş və özü Xaçmaz şəhərinə getmişdir. Növbəti gün onlar əlaqə saxladıqları zaman Vüqar ona həmin fındıqları satdığını bildirmişdir. Onlar həmin gün Vüqarla Xaçmaz şəhərində köhnə avtovağzal ərazisində görüşmüşlər. O, Vüqardan oğurladıqları fındıqları sataraq əldə etdiyi 240 manat pulun 120 manatını almışdır. Oğurladıqları fındıqları Vüqar satmış, lakin o sonradan bilmişdir ki, Vüqar ilk oğurladıqları fındıqları Xaçmaz şəhərində M.Hüseynzadə küçəsində tərəzi ilə fındıq alan şəxsə satmışdır ki, orada tərəzi ilə fındıq alan şəxs bir nəfər olmuşdur. İkinci oğurladıqları fındıqları isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində qazellə fındıq alan şəxsə satmışdır ki, həmin ağ rəngli qazelin qeydiyyat nişan nömrəsinin orta hərfləri “NS” olmuşdur. Onlar sadəcə Vüqarla həmin oğurluqları törətmişlər Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyi ilə əlaqədar olaraq azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. 2021-ci ilin iyun ayında azadlığa çıxmışdır. O, cəzasını Bakı şəhəri Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Orada Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Vüqarla aralarında yaxın münasibət yaranmışdır. Eşqin cəzaçəkmə müəssisəsindən ondan sonra, yəni 2021-ci ilin dekabr ayında çıxmışdır. Bundan sonra Eşqinlə münasibətləri olduğundan, həmçinin Eşqin Xaçmaz rayonunda yaşadığından mütəmadi olaraq görüşürmüşlər. Belə ki, 2022-ci ilin dekabr ayının sonlarında maddi cəhətdən çətinlik çəkdiyindən xərclərini ödəyə bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, söhbət əsnasında onlar Eşqinlə kənd həyət evlərindən fındıq oğurlamağa qərar vermişlər. Razılıqlarına əsasən Eşqin kənd ərazisində piyada gəzərək evlərin həyətinə baxaraq orada fındıq olub olmadığını dəqiqləşdirdikdən sonra oğurluq edəcəkmiş. O isə özünə məxsus olan Vaz 2106 markalı, ** BR *** nömrəli avtomobillə Eşqinin olduğu yerə gələrək fındıq kisələrini və Eşqini götürəcək və apararaq satacaqmış. Belə ki, 25 dekabr 2022-ci il tarixdə, saat təxminən 23 radələrində Eşqin onunla əlaqə saxlayaraq Xaçmaz rayonunun Nərəcan kəndinə gedəcəyini, avtomobillə yaxınlıqda olmasını bildirmişdir. Bir neçə saat sonra isə təxminən 26 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində ona zəng edərək fındıqları evdə çıxardığını demiş, özünü və fındıqları götürməyi üçün harada olduğunu ona izah etmişdir. O, Eşqinin olduğu yerə getmiş və orada 2 kisə fındıq olmasını görmüşdür. Belə ki, hər kisənin içərisində də 1 kisə olmuşdur. O, kisələri iç-içə yığmışdır. Onlar fındıq kisələrini avtomobilin arxasına yüklədikdən sonra o, Eşqini Xaçmaz rayonu Xudat şəhərinə aparmışdır. Özü isə yaşadığı evə getmişdir. Növbəti gün həmin 2 ədəd kisədə olan fındıqları Xaçmaz şəhərində M.Hüseynzadə küçəsində tərəzi ilə fındıq alan şəxsə satmışdır. Bundan sonra həmin gün onlar Eşqinlə Xaçmaz şəhərində köhnə avtovağzal adlanan ərazidə görüşmüşlər. Orada o həmin puldan 150 manatı Eşqinə vermişdir. Bundan başqa, onlar Eşqinlə yenidən oğurluq edəcəkləri ilə bağlı da əlaqə saxlamışlar. Belə ki, 28 dekabr 2022-ci il tarixdə, saat təxminən 20 radələrində Eşqin yenidən onunla əlaqə saxlayaraq Xaçmaz rayonu Nərəcan kəndinə getdiyini, avtomobillə yaxınlıqda olmağını bildirmişdir. O, Eşqinin dediyi kimi etmişdir. Bir qədər sonra isə ona zəng edərək fındıqları oğurladığı evdən çıxardığını demiş, özünü və fındıqları götürməyi üçün harada olduğunu ona izah etmişdir. O, Eşqini kəndin kənarında yoldan götürərək fındıq kisələrini saxladığı yerə getmişdir. Orada 3 kisə fındıq olmasını görmüşdür. Onlar fındıq kisələrini avtomobilin arxasına yüklədikdən sonra o, Eşqini Xaçmaz rayonu Xudat şəhərinə aparmışdır. Özü isə yaşadığı evə getmişdir. Növbəti gün həmin 3 ədəd kisələrdə ola fındıqları Xaçmaz şəhərində Nəriman Nərimanov küçəsində fındıq alan ağ rəngli “Ford Tranzit” markalı avtomobilə 240 manata satmışdır. Bundan sonra həmin gün onlar Eşqinlə Xaçmaz şəhərində köhnə avtovağzal adlanan ərazidə görüşmüşlər. Orada o, həmin puldan 120 manatı Eşqinə vermişdir. O, fındıq satdığı şəxslərin adını bilmir. Lakin ilk oğurladığı fındıqları Xaçmaz şəhərində M.Hüseynzadə küçəsində tərəzi ilə fındıq alan şəxsə satmışdır ki, orada tərəzi ilə fındıq alan şəxs bir nəfər olmuşdur. İkinci oğurluqdan əldə etdikləri fındıqları isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində qazel avtomobili ilə fındıq alan şəxsə satmışdır ki, həmin ağ rəngli qazelin qeydiyyat nişan nömrəsinin orta hərfləri “NS” olmuşdur. Onun fındıq satdığı şəxslər həmin fındıqların oğurluq olmasını bilməmişlər. Qeyd edilən oğurluqları yalnız Eşqinlə o törətmişlər Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğul olaraq öz dolanışığını təmin edir, onun yaşadığı Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən evlərinin həyətyanı sahəsində fındıq ağacları vardır. Onlar həmin ağaclardan fındıqları hər il kisələrə yığaraq ehtiyac olduqca satmışlar. 2022-ci ildə də həyətyanı sahələrindən fındıqları yığmış və bir hissəsini satdıqdan sonra geriyə 3 kisə fındıq qalmışdır. Həmin kisələrin hər birində 34 kiloqram fındıq olmuşdur. Fındıq kisələrini evin həyətyanı sahəsində olan talvarın altındakı masanın üzərində saxlamışlar. Sonuncu dəfə o, həmin fındıqları 28 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində evdən çıxdığı zaman görmüşdür. Təxminən saat 22 radələrində yaşadığı evə geri qayıtmışdır. Lakin fındıq kisələri olan hissəyə keçməmişdir. Bir qədər evdə olduqdan sonra yaşadığı evin həyətyanı sahəsinə düşdüyü zaman fındıq kisələrinin olmadığını görmüşdür. O, evdəkilərdən bu barədə soruşduqda onlar məlumatları olmadığını bildirmişlər. Bundan sonra o başa düşmüşdür ki, həmin fındıq kisələri oğurlanmışdır. O, polisə məlumat verdiyi zaman səhvən 4 kisə oğurlanmasını bildirmişdir. Həqiqətdə isə 3 kisə oğurlanmışdır. Ona məxsus fındıqlar yerli sort, iri dənəli, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş vəziyyətdə olmuşdur. Ona məxsus oğurlanmış kisələrin bir ədədinin dəyəri 20 qəpik olmuşdur. O məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/447 nömrəli rəyindən qeyd olunan dəyərlərlə razıdır. Belə ki, kisələrlə birlikdə ona ümumilikdə 459,6 manat maddi ziyan dəymişdir. Onun yaşadığı oğurluq baş vermiş ev Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşməklə, Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 100 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza təyin edilməsini tələb etmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğul olaraq öz dolanışığını təmin edir. Onun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində pay torpaq sahəsi var ki, orada fındıq ağacları yetişdirmişlər. Onlar həmin ağaclardan fındıqları hər il kisələrə yığaraq ehtiyac olduqca satırmışlar. 2022-ci ildə də həyətyanı sahələrində fındıqları yığmış və bir hissəsini satdıqdan sonra geriyə 7 kisə fındıq qalmışdır. Həmin kisələrin hər birində 30 kiloqram fındıq olmuşdur. Qeyd etdiyi fındıq kisələrini həyətdə olan köhnə evin ikinci mərtəbəsində balkonda saxlamışdır. Sonuncu dəfə o, həmin fındıqları 24 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində yoxlamışdır. 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında yenidən həmin fındıqlara baxmaq istədiyi zaman kisələrin olmamasını görmüşdür. O, ailə üzvləri ilə maraqlandıqdan sonra əmin olmuşdur ki, həmin kisələrdəki fındıqlar oğurlanmışdır. Ona məxsus oğrulanmış fındıqlar yerli sort, iri dənəli, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş vəziyyətdə olmuşdur. İçərisində fındıq olan kisələr ağ rəngli un kisəsi olmaqla bir ədədinin dəyəri 20 qəpik olmuşdur. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/447 nömrəli rəyində qeyd olunan qiymətlərlə razıdır. Belə ki, kisələrlə birlikdə ona ümumilikdə 540,8 manat maddi ziyan dəymişdir. Onun yaşadığı oğurluq baş vermiş ev Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşməklə, Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində, Xaçmaz rayonu Xudat şəhəri istiqamətinə görə yolun sağındakı küçədən 300 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza təyin edilməsini tələb etmir Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla da aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O özünə məxsus olan Az ** NS *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə kəsişən Kamil Novruzov küçəsində həmin avtomobili saxlayaraq fındıq alır. O, həmin fındıqları sonrdan şirkətlərə satır. 29 dekabr 2022-ci il tarixdə həmişə olduğu kimi yuxarıda qeyd etdiyi avtomobillə eyni yerdə fındıq alışı ilə məşğul olmuşdur. Bu zaman Vaz 2106 markalı avtomobillə bir nəfər, sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxs gələrək ona 3 kisə fındıq təqdim etmişdir. O, həmin fındıqlara baxaraq ala biləcəyini bildirmişdir. Bundan sonra həmin 3 kisə fındığı alaraq Vüqara bunun müqabilində pul vermişdir. Lakin aldığı fındıqların çəkisinin nə qədər olmasını xatırlamır, aldığı fındıqları satmışdır. O Vüqardan aldığı fındıqların oğurluq olmasını bilməmişdir. Bundan əlavə, həmin fındıqları ona satan şəxsi məhkəmə iclas zalında işarə edərək göstərib həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla da aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində tərəzi ilə fındıq alır. O daha sonradan aldığı fındıqları bazarda satırmış. 26 dekabr 2022-ci il tarixdə həmişə olduğu kimi yuxarıda qeyd etdiyi yerdə fındıq alışı ilə məşğul olurmuş. Bu zaman Vaz 2106 markalı avtomobillə bir nəfər, sonradan adının Vüqar olmasını bildiyi şəxs gələrək ona 2 kisə fındıq təqdim etmişdir. O, həmin fındıqlara baxaraq onları ala biləcəyini bildirmişdir. Bundan sonra həmin 2 kisə fındığı alaraq Vüqara bunun müqabilində pul vermişdir. Lakin aldığı fındıqların çəkisinin nə qədər olmasını xatırlamır. O, həmin fındıqları sonradan bazarda satmışdır. O, Vüqardan aldığı fındıqların oğurluq olmasını bilməmişdir. Bundan əlavə, həmin fındıqları ona satan şəxsi məhkəmə iclas zalında işarə edərək göstərib həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli ərizədən müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək 25 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə keçən gecə, yaşadığı evin həyətində yerləşən köhnə digər evindən 120 kq fındıq məhsulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib həmin şəxs və ya şəxslərin müəyyən edilərək barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən yer Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evdir. Həyətə daxil olduqda həyətdə iki evin olması müşahidə edilmişdir. Evlərdən biri köhnə ev olmuşdur. Həmin köhnə evə pilləkənlə qalxdıqda uzun dəhlizdə üç kisədə fındıq olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin kisələrin yanında olan digər kisələrdəki 120 kq fındıq məhsulu naməlum şəxslər tərəfindən oğurlanmışdır. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək 28 dekabr 2022-ci il tarixdə, yaşadığı evin həyətindəki masanın üzərindən naməlum şəxs və ya şəxslərin üç kisə fındıq məhsulunu oğurladıqları barədə məlumat verib həmin şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı həyət evdir. Evin giriş qapısı dəmir materialdan olmaqla iki hissəlidir. Evin həyətindəki talvarın altında plastmas materialdan masanın olması, həmin masanın üzərində fındıq məhsulunun olması müşahidə edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin masanın üzərində üç kisə fındıq məhsulu olmuşdur. İş materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ibtidai istintaq orqanında tanıyan şəxs Şahid1 ona 29 dekabr 2022-ci il tarixdə üç kisə fındıq satmış şəxsin tanınması üçün fotoşəkillər təqdim edilmiş, o, həmin fotoşəkillərin arasından Təqsirləndirilən şəxs2 fotoşəklini göstərərək ona qeyd olunan tarixdə üç kisə fındıq məhsulunu satanın həmin şəxs olduğunu bildirmişdir. İş materiallarında olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ibtidai istintaq orqanında tanıyan şəxs Şahid2 ona 26 dekabr 2022-ci il tarixdə iki kisə fındıq satmış şəxsin tanınması üçün fotoşəkillər təqdim edilmiş, o, həmin fotoşəkillərin arasından Təqsirləndirilən şəxs2 fotoşəklini göstərərək ona qeyd olunan tarixdə üç kisə fındıq məhsulunu satanın həmin şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən evinin olduğu ünvanda yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən evinin olduğu ünvanda yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 01 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsi onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən evinin olduğu ünvanda yoxlanılmış və Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 01 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsi onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən evinin olduğu ünvanda yoxlanılmış və Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/447 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 102 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındığın nəzəri hesablama yolu ilə 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 459 manat, 120 kiloqram iri dənəli, yerli sort, yumşaq qabıqlı, qərzəyindən təmizlənmiş fındığın nəzəri hesablama yolu ilə 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti 540 manat müəyyən edilmişdir. İş materiallarında olan 16 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan, zərərçəkmiş şəxslərin ifadələrindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış fındıqların yığıldığı kisələrin bir ədədinin dəyəri 0,2 manat olması qərara alınmışdır. Sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir, ailəsi ilə birgə yaşayır, iki övladı var. Xudat şəhərində yaşadığı müddətdə onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ibtidai istintaq zamanı təqdim edilmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 16 aprel 2023-cü il tarixli ərizələrindən, zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı təqdim etdikləri iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrindən, həmçinin zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmiş, onlar qarşılıqlı olaraq barışmışlar, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur, sonuncunun barəsində cəza təyin edilməsini tələb etmirlər. İş materiallarında olan hökmlərin və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuş, o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz MKTİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı son bir il ərzində MKTİ-yə onun barəsində heç bir şikayət daxil olmamışdır. Ailədə, həmyaşıdları və ictimaiyyət arasında özünə məxsus nüfuzu vardır. O, fərdi əməklə məşğuldur. İş materiallarında olan ibtidai istintaq zamanı təqdim edilmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 16 aprel 2023-cü il tarixli ərizələrindən, zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı təqdim etdikləri iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrindən, həmçinin zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmiş, onlar qarşılıqlı olaraq barışmışlar, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbləri yoxdur, sonuncunun barəsində cəza təyin edilməsini tələb etmirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 vurduğu ziyanı zərərçəkmiş şəxslərə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan hökmün, qərarların surətlərindən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1 və 68.1-1-ci maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, həmin hökmlə ona həmçinin narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin 18 noyabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq ona amnistiya tətbiq edilmiş, Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 7(002)-819/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində Xaçmaz Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, o, 24 dekabr 2021-ci ildə cəzadan azad edilmişdir. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 vurduğu ziyanı zərərçəkmiş şəxslərə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmlərin, qərarın, sərəncamın surətlərindən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli, 1(101)-695/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 126.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş; bundan başqa o, Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(067)-32/2021 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 7(067)-14/2021 saylı qərarı ilə o, həmin məhkəmənin 11 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 29 iyun 2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd olunan əfvetmə aktından müəyyən edilir ki, həmin aktla Təqsirləndirilən şəxs2 üzərindən məhkumluq götürülməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 ağır cinayətə görə məhkum edildiyi azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən 16 mart 2019-cu il tarixdə azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən o, 26 və 28 dekabr 2022-ci il tarixlərdə hazırkı iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsinə dair 17 yanvar 2023-cü il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halının olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsinə dair 17 yanvar 2023-cü il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 yanvar 2023-cü ildən 17 yanvar 2023-cü il tarixədək olan müddət, yəni 02 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 yanvar 2023-cü ildən 17 yanvar 2023-cü il tarixədək olan müddət, yəni 02 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 540.8 manat (beş yüz qırx maant səksən qəpik), Zərərçəkmiş şəxs1 459.6 manat (dörd yüz əlli doqquz altmış qəpik) maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-108/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-108/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver