Məhkəmə qərarları › İş №1(067)-108/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-108/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-108/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X6 iştirakları ilə xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Şimali kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu silah hesab edilən 01 ədəd avtomatı, avtomatların komplekt hissəsi olan 01 ədəd darağı və döyüş sursatı hesab edilən 20 ədəd ştat patronları qanunsuz olaraq əldə edib idarə etdiyi “Lada Priora" markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilində saxlamaqla Xaçmaz rayonu, Xudat-Nabran yolunun 181-ci kilometrliyində yerləşən “Sunset Beach” otelinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 fevral 2024-cü il tarixdə saat 18:05-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilməklə həmin tarixdə saat 21:20-dən etibarən idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilinə Şöbənin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin arxa saxlanc hissəsindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ******* nömrəli, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah hesab edilən 01 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U modelli) avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı, atəş üçün yararlı 20 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 02 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda yerləşən “Xudat meşəsi” adlanan meşəlik sahəyə getmişdir. Bu zaman burada yerdə 01 ədəd xalıya bükülmüş vəziyyətdə əşya olmasını görmüdür. Bu əşyanın nə olduğunu öyrənmək üçün ona yaxınlaşdıqda onun 01 ədəd avtomat olmasını görmüşdür. Bundan sonra həmin avtomatın yanında olan 01 ədəd darağı da avtomatla birlikdə götürmüş və idarə etdiyi “Lada Priora” markalı, K 476 AX 05 qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yerləşdirmişdir. Darağın içərisində patronlar olması görünürdü. Lakin o bu patronları saymamışdır. Avtomatı və darağı xalı ilə birlikdə yerdən götürdüyü kimi avtomobilin baqajına qoymuşdur. Avtomat ona maraqlı gəldiyi üçün o bu hərəkəti etmişdir. Lakin daha sonra avtomatı polis əməkdaşlarına təhvil vermək fikri olmuşdur. Bundan sonra yaşadığı ünvana geri qayıtmışdır. Lakin ünvanda yaxın qohumlarına bu barədə heç nə deməmişdir, sonra avtomobilində benzin də qutardığı üçün həmin gün polis şöbəsinə gedib avtomatı təhvil verə bilməmişdir. Daha sonra növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə avtomobilinə benzin vurmuşdur. Gün ərzində avtomatı polis əməkdaşlarına təhvil verməyi düşünmüşdür. Lakin həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 18:05-də Xaçmaz rayonu, Xudat-Nabran yolunun 181-ci kilometrliyində yerləşən “Sunset Beach” otelinin qarşısında həmin idarə etdiyi avtomobilin yanında olduğu zaman bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Həmin şəxzslər özlərini təqdim etdikdən sonra onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Onu avtomobillə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə qeyd olunan Polis Şöbəsinə getmişdir. Oradaburada ilkin olaraq ona tərcüməçi, daha sonra isə hüquqlarımın müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. O, həmin şəxslərə qarşı da heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra barəsində şübhəli şəxs qismində tutma barədə qərar qəbul edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti başlanmışdır. Mənə təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisimdə əşyalar varsa təqdim etsin. Bu təklifdən sonra o, üstündə odlu silah olmadığını, lakin idarə etdiyi avtomobildə odlu silah olmasını və həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, “Redmi” markalı mobil telefonu, 01 ədəd alışqanı, göy rəngli cins şalvarının sağ yan cibindən 50 manat pulu, sol yan cibimdən isə 08 manat pulu, avtomobil açarını, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını, sürücülük vəsiqəsini, avtomobili idarə etməyi barədə sənədi və 02 ədəd etibarnaməni çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Üstündən aşkar edilmiş “Redmi” markalı telefonu, bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüdür. Aşkar edilmiş 01 ədəd avtomobil açarı, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu, avtomobili idarə etməyi barədə sənəd, 02 ədəd etibarnamə, eləcə də 58 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını və 02 gün əvvəl tapdığı avtomatın avtomobilində olduğunu demişdir. Bundan sonra protokol tərtib edilmişdir. Protokol düzgün tərtib edildiyi üçün videoçəkilişdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra isə baxış keçirilməsinə dair heç bir etirazının olmamasına dair ərizə yazmışdır. Daha sonra videoçəkiliş ilə avtomobilinə baxış keçirilməsinə başlanılmışdır. İdarə etdiyi“Lada Priora” markalı, K 476 AX 05 qeydiyyat nişanlı avtomobilin arxa saxlanc, yəni ki, baqaj hissəsində qeyd etdiyi avtomatın olmasını bir daha polis əməkdaşlarına bildirmişdir. Daha sonra avtomobilin kilidini açaraq avtomobilin arxa saxlanc hissəsində olan 01 ədəd avtomatı və 01 ədəd darağı polis əməkdaşlarına təqdim etmişdir. Kalaşnikov adı ilə tanıdığıavtomata baxış zamanı həmin avtomatın qundağının açılıb-qatlanan olmadığı müəyyən edilmişdir. Daha sonra avtomata məxsus olan 01 ədəd darağa baxış keçirilmişdir. 01 ədəd darağın içərisində olan patronlar boşaldılıb sayılmağa başlanmışdır. Patronların sayı 20 ədəd idi. Daha Daha sonra aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq, 20 ədəd patron polis əməkdaşları tərəfindən qablaşıdırılıb möhürlənərək götürülmüşdür. Baxış davam etdirilən zaman avtomobildən əlavə olaraq şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına o bir daha olaraq 01 ədəd avtomatı darağı ilə birlikdə xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda yerləşən “Xudat meşəsi” adlanan sahədən tapdığını və maraqlı olduğu üçün avtomobilində saxladığını, ən qısa zamanda avtomatı polis əməkdaşlarına təhvil vermək fikri olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai istintaqa verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki,ittiham aktına əsasən 2 nəfər əməliyyatçının ona yaxınlaşıb Xaçmaz RPŞ-yə dəvət etdikləri və Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirildiyi qeyd edilmişdir. Sual yaranır ki, nəyə görə o saxlanıldığı vaxt yerində videoçəkliş olmamışdır, hal şahidlərinin iştirakı təmin edilməmişdir. O, aptekdən insulin almaq üçün Yalamadan 60 km uzaq məsafədə yerləşən Xudat şəhəri istiqamətində özünə məxsus “LadaPriora” markalı avtomobillə yüksək sürətlə hərəkət etmişdir. Həmin vaxt onun cibində 58 manat məbləğində pul olmuşdur. Lakin qarşıda DYP-nin dayandığını görüb sürət həddini azaltmışdır. DYP-yə məxsus avtomobili onun ardınca hərəkət edərək saxlama işarəsi vermişdir. O, idarə etdiyi avtomobili saxladıqda DYP-nin əməkdaşı ondan sənədlərin qaydasında olması barədə soruşmuşdur.O, Yol polisi əməkdaşına sənədlərinin qaydasında olduğunu bildirmişdir. Bu anda hərəkətdə olan Bakı şəhərinə aid qeydiyyat nömrə nişanlı avtomobil onların yaxınlığında dayanmışdır. Avtomobilin içərisindən düşən şəxslər onu yerə uzadaraq əllərini bağlamışlar və avtomobilə oturdaraq Xaçmaz RPŞ-yə aparmışlar. O, saxlanıldığı vaxt avtomobilini onu saxlayan polis əməkdaşlarından biri idarə edərək Xaçmaz RPŞ-yə aparmışdır. Xaçmaz RPŞ-yə gətiriləndən sonra təxminən 30 dəqiqə PŞ-nin həyətində avtomobili onun nəzarətindən kənar qalmışdır. Polis əməkdaşları onademişlər ki, həmin avtomat silahınözünə aid olmasını, meşədən tapdığını və polisə təhvil vermək fikri olduğunudesin, əks halda evinə narkotik atıb onu narkotik vasitəyə görə məsuliyyətə cəlb edəcəklər. O, həmin avtomat silahı ilk dəfə PŞ-da görmüşdür. Polis əməkdaşlarına ona təqdim edilən avtomat silah vasitəsilə ölüm hadisəsi olma ehtimalını deyərək həmin silahın üzərində əl izinin qalmaması üçün əl vurmayacağını demişdir. Lakin polis əməkdaşları narahat olmamağı, həmin silah vasitəsilə ölüm hadisəsi törədilmədiyini ona demişlər və həmin avtomat silaha əl vurmamasını bildirmişlər. Ona təqdim olunan avtomat silah 5.45 çaplı avtomat silahıdır. Daha sonra ona elektroşok vasitəsilə işgəncə verilərək PŞ-nın ikinci mərtəbəsində döyülmüşdür. O, işgəncələrdən sonra razılığa gəlmişdir ki, silahın ona aid olmasını boynuna alsın. Çünki evinə narkotik vasitə atılmasına razı ola bilməzdi.O, hesab edir ki, keçirilmiş əməliyyatın səbəbi onun olaraq narkotik satan bir nəfəri döyməsidir. Buna görə onun avtomobilinə qəsdən silah qoyulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası DİN BMCMİnin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polispolkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdirki, 13 fevral 2024-cü il tarixdə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun kompleks hissələrini saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Baş idarə rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi o həyata keçirmişdir. Həmin gün saat 18 radələrində Xaçmaz rayonu, Xudat-Nabran yolunda, “Sunset” istirahət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs məxsus “LadaPriora” markalı avtomobili və avtomobilin yanında Təqsirləndirilən şəxs dayandığını təsadüfən görərək sonuncuya yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Şəxsiyyətini müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun kompleks hissələrini saxlamaqda şübhəli olduğu bildirilmiş, qərarla tanış edilərək idarə etdiyi “Lada Priora” markalı avtomobillə birlikdə Xaçmaz RPŞ-yə dəvət edilmişdir. Lakin onlar təqsirləndirilən şəxsin tərəflərindən saxlanılmazdan əvvəl Yol polisi tərəfindən saxlanılmasından xəbərsiz olmuşlar. Çox güman ki, Təqsirləndirilən şəxs onlardan əvvəl Yol polisi tərəfindən saxlanılmış, lakin onlar gördükdə Təqsirləndirilən şəxs tək olmuşdur.Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə aparılarkən sonuncuya məxsus nəqliyyat vasitəsi onların tərəfindən idarə olunmuşdur. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-də müdafiəçi və tərcüməçi ilə təmin olunmuşdur. Üzərinə şəxsi axtarış aparılan zaman onun üzərindən özünə məxsus mobil telefon, siqaret, bank kartı, 50 manat məbləğində və əlavə xırda pullardan başqa qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilin yük hissəsində bir ədəd avtomat silah saxlayır və onu təqdim edə bilər. Şəxsi axtarış qurtardıqdan sonra protokol tərtib edilmiş və daha sonra onlar Xaçmaz RPŞ-nin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs məxsus avtomabilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs özü avtomobilin qapısını açarla açıb yük hissəsində xalıya bükülmüş halda olan avtomat silahını və yanında olan həmin silaha aid darağı içərisində güllələrlə birlikdə onlara təqdim etmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxsin silahı əlinə götürməsinə icazə verilmədiyindən silah idarənin təhqiqatçısı tərəfindən götürülmüşdür. Baxış zamanı məlum olmuşdur ki, avtomobildə olan avtomat silahıdır, silahın daraq hissəsidir və darağın içərisində 20 ədəd tamlığı pozulmamış avtomat silahına məxsus güllələrdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin predmetlər bir gün əvvəl Nabran ərazisində olan meşədə təsadüfən qarşısına çıxıb, şəxsi marağı olduğu üçün avtomobilində saxlamış, hər hansı yerdə istifadə etməmişdir və heç kimə bu barədə məlumat verməmişdir. Video çəkiliş qurtardıqdan sonra həmin predmetlər qablaşdırılaraq götürülmüş və zərfin üzəri onların tərəfindən imzalanmışdır. Həmçinin təqsirləndirilən şəxsə tərəflərindən hər-hansı təzyiq olunmamışdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi narkotik satan şəxsləri döyməsinə görə barəsində sifarişlə əməliyyat keçirilərək cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həqiqətə uyğun deyil. Məhkəmə istintaqı zamanı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X3 ifadəsindən müəyyən edilir ki, 13 fevral 2024-cü il tarixdə Xaçmazrayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə rağlı olaraq işlədiyi Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, o, baş əməliyyat müvəkkili Şahid2 və baş təhqiqatçı X12 bu qrupa daxil edilmişlər. 13 fevral 2024-cü il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs Xudat-Nabran yolunda olması müəyyən edilmiş və həmin yerə getmişlər, həmin gün saat 18:05-də Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi Xudat-Nabran yolunun 181-ci kilometrliyində yerləşən “Sunset Beach” otelinin qarşısında “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilinin yanında olarkən müəyyən etmişlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yanında durduğu “Lada Priora” markalı K476AX05 dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının saxlanılmasında şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da, buna etiraz etməmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş tərcüməçinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirmiş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, “Redmi” markalı mobil telefonu, 01 ədəd alışqanı, göy rəngli cins şalvarının sağ yan cibindən isə 50 manat pulu, həmin cins şalvarının sol yan cibindən 08 manat pulu, avtomobil açarını, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, sürücülük vəsiqəsini, avtomobili idarə etməsi barədə sənədi, 02 ədəd etibarnaməni çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar edilmiş 01 ədəd avtomobil açarı, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu, avtomobilin idarə edilməsi barədə olan sənəd, 02 ədəd etibarnamə, eləcə də 58 manat pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da, idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat saxladığını və həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “LADA PRİORA” markalı K476AX05 qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəni imzalamış və Təqsirləndirilən şəxs, həmçinin, tərcüməçi və müdafiəçisinin iştirakı ilə avtomobilə baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs idarə etdiyi “LADA PRİORA” markalı K476AX05 qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “LADA PRİORA” markalı avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını bildirib, özündə olan açarla idarə etdiyi avtomobilin arxa yük yerinin qapısını açıb yük yerində xalıya bükülmüş halda 01 ədəd avtomat tipli dəmir predmet, 01 ədəd daraq və patronlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi xalı bükülü iştirakçıların şahidliyi ilə açıldıqda bükülünün içərisindən 01 ədəd avtomat odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın içərisindən 20 ədəd tamlığı pozulmamış patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə baxış zamanı avtomat tipli predmetin üzərində 837 nömrəsi yazıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 20 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar srəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi avtomat tipli odlu silahı, daraq və patronları 1 gün əvvəl Xaçmaz rayonunda yerləşən Xudat meşəsindən təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi “LADA PRİORA” markalı K476AX05 qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirmişdir. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 fevral 2024-cü il tarixli qərardan (cild 01, vərəq 01) görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı X22 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 13 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, vərəq 29) görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır (tutulmuşdur). - 13 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 01, vərəq 41) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. - Belə ki, 13 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 43-45) baxış keçirərkən müəyyən olundu ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X12, həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı X3, tərcüməçi Azərbaycan Slavyan Universitetinin Rus dili və Ədəbiyyat filologiyası fakultəsinin filoloq ixtisası ali təhsili alan X1 və Xaçmaz rayon vəkil bürosunun vəkili X13 iştirakları iləAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib yaşadığı ünvanda, idarə etdiyi avtomobildə saxlaması və üzərində gəzdirməsi bildirilmişdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:05-də Xaçmaz rayonu, Xudat-Nabran yolunun 181-ci kilometrliyində yerləşən «Sunset Beach» otelinin qarşısında idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış üzərində şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmişdir. Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib yaşadığı ünvanda, idarə etdiyi avtomobildə saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında, idarə etdiyi avtomobildə və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli qərara əsasən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 13 fevral 2024-cü iltarixdə, saat 20:30-da şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah olmadığını bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, “Redmi” markalı mobil telefonu, 01 ədəd alışqanı, göy rəngli cins şalvarının sağ yan cibindən 50 manat pulu, sol yan cibindən 08 manat pulu, avtomobil açarını, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini, üzərində “**********095735” rəqəmləri qeyd edilmiş 01 ədəd plastik bank kartını, sürücülük vəsiqəsini, avtomobilin idarə etməsi barədə sənədi və 02 ədəd etibarnaməni çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmadı. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd bank kartı və şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən götürüldü. Aşkar edilmiş 01 ədəd idarə etdiyi avtomobilin açarı, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu, avtomobili idarə etməsi barədə sənəd və 02 ədəd etibarnamə, eləcə də 58 manat pul Təqsirləndirilən şəxs geri qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat saxladığını və həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 13 fevral 2024-cü il tarixdə, saat 20:40-da başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. - 13 fevral 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 01, vərəq 46) müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Prioramarkalı, K476AX05 qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılmışdır. - Belə ki, 13 fevral 2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 48-50) baxış keçirərkən müəyyən olundu ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X12, həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı X3, tərcüməçi Azərbaycan Slavyan Universitetinin Rus dili və Ədəbiyyat filologiyası fakultəsinin filoloq ixtisası ali təhsili alan X1 və Xaçmaz rayon vəkil bürosunun vəkili X13 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 13 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:05-də Xaçmaz rayonu, Xudat-Nabran yolunun 181-ci kilometrliyində yerləşən «Sunset Beach» otelinin qarşısında idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobillə Xaçmaz Rayon Polis Şöbəsinə qanunsuz olaraq odlu silah, döyüş sursatları saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah, döyüş sursatları o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən odlu silah döyüş sursatı, eləcə də qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi “Lada Priora”markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat saxladığı və həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı, və iştirakı ilə idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobilə 13 fevral 2024-cü il tarixdə saat 21:20-də baxış keçirilməyə başlanıldı. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verildi. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində olan xalıya bükülmüş halda 01 ədəd avtomat tipli predmeti və 01 ədəd darağı təqdim etdi. Avtomat tipli dəmir predmetə baxış zamanı həmin predmetin üzərində 837 nömrəsinin həkk edildiyi müşahidə edildi. Eyni zamanda avtomat tipli predmetin qundağının açılıb-qatlanan olmadığı müşahidə edildi. 01 ədəd darağa baxış zamanı içində patronlar müşahidə edildi. 01 ədəd daraqda olan patronlar boşaldılıb sayılarkən20 ədəd patron olması müşahidə edildi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli predmet, 01 ədəd daraq və 20 ədəd patron cinayəttəqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd parça torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Avtomobilə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmadı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomatı, 20 ədəd patronu və 01 ədəd darağı öncə Xaçmaz rayonunda olan Xudat meşəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özünə saxladığını bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı, K476AX05 qeydiyyat nişanlı avtomobiləbaxış axşam vaxtı, süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi13 fevral 2024-cü il tarixdə, saat 21:36-da başa çatdı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 fevral 2024-cü iltarixli, 24/342 saylı rəyində (cild 01, vərəq 63) göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* nömrəli silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 20 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş cəmi 20 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. - 14 fevral 2024-cü il tarixli “Tərcüməçi təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 70) müəyyən edilir ki, Azərbaycan və Rus dillərində mükəmməl yazıb-oxumağı bacaran X14 iş üzrə tərcüməçi təyin edilmişdir. - 14 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan (cild 01, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - 14 fevral 2024-cü il tarixli “Vəsatətə baxılması haqqında” qərardan (cild 01, vərəq 134) müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini və aşkar edilmiş avtomatı polis əməkdaşlarına təhvil vermək üçün avtomobilində saxlamaqla daşıdığını bildirməsi vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd olunmuşdur. - xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-223/2024 saylı qərarı ilə (cild 01, vərəq 143) Təqsirləndirilən şəxs barəsində 13 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - 17 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild01, vərəq 153) və 13 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 213) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən 01 ədəd ******* nömrəli “Kalaşnikov” avtomat silahı, 01 ədəd daraq və 20 ədəd patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü həmin 01 ədəd ******* nömrəli “Kalaşnikov” avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq qalmış 17 ədəd patron Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - 20 fevral 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan (cild 01, vərəq 162) müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 166) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 23 fevral 2024-cü il tarixli, 08 nömrəli Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi “AZƏROVÇU” tərəfindən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin 19 fevral 2024-cü il tarixli 6/121-104 saylı məktubuna cavab olaraq ünvanlandığı məktubdan (cild 01, vərəq 167) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Ocçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 5(067)-54/2024 saylı qərarından (cild 01, vərəq 168) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BMCMİnin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, daşımaqla üstündə gəzdirməsi barədə şübhə olduğundan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 13 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş 26 fevral 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 171) görünür ki, “AK-74” markalı, 5,45 kalibrli, 1985-ci il istehsallı, ******* nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. - Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 5(005)- 479/2024 saylı qərarından (cild 01, vərəq 174) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar geri qaytarılmışdır. - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən daxil olmuş 28 fevral 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 175) görünür ki, 01 ədəd 5,45 mm kalibrli, ******* nömrəli Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 29 fevral 2024-cü il tarixli, 1/1011 nömrəli məktubundan (cild 01, vərəq 176) müəyyən edilir ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 02 mart 2024-cü il tarixli, 3- 39-27/2-932/2024 nömrəli məktubundan (cild 01, vərəq 182) müəyyən edilir ki, zavod üsulu ilə SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş, ******* nömrəli, 5,45 mm “AK-74” modelli Kalaşnikov konstruksiyalı avtomat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3706 nömrəli məktubundan (cild 01, vərəq 184_ müəyyən edilir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25/2- 15/831/2024 nömrəli məktubundan (cild 01, vərəq 186) müəyyən edilir ki, ******* zavod nömrəli 1985-ci ildə istehsal edilən 5,45 mm-lik AK-74 tipli “Kalaşnikov” avtomatı xx.xx.2024-cü il tarixə olan uçot məlumatına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket- Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 PHŞ-in xx.xx.2024-cü il tarixli, 93/MEŞ nömrəli ekspert rəyindən (cild 01, vərəq 200) müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun və sol yanaq nahiyələrinin sıyrıqları, sağ baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxsin qeyd etdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər: həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. - “Tapşırıq”dan (cild01, vərəq 163) və on cavabdan (cild 01, vərəq 212) müəyyən edilir ki, Təqsirləndirilən şəxs odlu silahı nə vaxt, haradan əldə etməsi, başqa yerlərdə odlu silah, döyüş sursatı və soyuq silah saxlayıb saxlamamasının müəyyən edilməsi, eləcə də digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması və yaxın əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli “Cinayət işi materiallarından başqa cianyət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan (cild, vərəq 228) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı X22 tərəfindən ********* nömrəli cinayət işi materiallarından 001 ədəd odlu silah avtomatın, 01 ədəd darağın və 20 ədəd patronun əldə edilmə mənbəsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, həmin cinayət işinə ********* nömrəsi verilmiş və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. ********* nömrəli cinayət işindən ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan (cild 01, vərəq 233) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı X22 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “Vəsatətə baxılması haqqında” qərardan (cild 01, vərəq 252) müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini və əlavə ifadəsində göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli “Vəsatətə baxılması haqqında” qərardan (cild 01, vərəq 262) müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini və əlavə ifadəsində göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğundan Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə məhkəməyə verdiyi məlumatla bağlı xx.xx.2024-cü il tarixli, 1(067)-108/2024 saylı məktubla əlaqədar bildirilir ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə ikiilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düz gün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 28 fevral 2024-cü il tarixli İçtimai xasiyyətnamədən və Arayışdan (cild 01, vərəq 179-180) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nabran İƏD-si tədbirlərində heç vaxt iştirak etməmişdir və o dini təriqətçidir. Radikaldır. Təqsirləndirilən şəxs iki evlilikdən 8 uşağı vardır, hal-hazırda 5 uşağı ilə birlikdə yaşayır. O, Xaçmaz rayonu, Şimali kənd sakinidir və onun həyat yoldaşı X10, xx.xx.2009cu il təvəllüdlü qızı X17, xx.xx.2012-ci il təvəllüdlü oğlu X20, xx.xx.2013-cü il təvəllüdlü qızı X21, xx.xx.2014-cü il təvəllüdlü oğlu X11 və xx.xx.2016-cı il təvəllüdlü qızı X7maqla ailə tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı övladlarının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı ilk əvvəl etdiyi cinayət əməlini etiraf etməməsinə baxmayaraq, sonuncu məhkəmə prosesində səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsidə azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin sübutları saxlama yerində saxlanılan, təqsirləndirilən şəxs X8 aşkar edilərək götürülmüş, 01 ədəd ******* №-li “Kalaşnikov” avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq qalmış 17 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 01 ədəd ******* №-li “Kalaşnikov” avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq qalmış 17 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar