Məhkəmə qərarları › İş №1(067)-108/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-108/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-108/2025 07.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, dəliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Nahif oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 fevral 2025-ci il tarixdə saat 16:50-17:00 müddətində ünvan 2 ünvanının qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,911 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsi dolandırırmış. 6 aydır ki, psixotrop maddə olan metamfetamini yandıraraq tüstüsünü çəkməklə istifadə edirmiş. Təxminən 1 ay bundan öncə internetdə adını xatırlamadığı sayt vasitəsilə 1 qram psixotrop maddəni 40 manat müqabilində almışdır. Belə ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin dövrdən narkotik vasitəni üzərində gəzdirmişdir ki, ürəyi istədiyi zaman istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, Məktəbli küçəsindən keçirmiş. Həmin zaman yuxarıda qeyd etdiyi psixotrop maddə metamfetamin əynində olan gödəkçənin sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindəki bükümdə imiş. Həmin küçədə təkbaşına hərəkətdə olduğum zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə olması ilə bağlı üstünü yoxlamalı olduqlarını dedikdə o, artıq polis əməkdaşlarının üzərində olan psixotrop maddədən məlumatları olmasını bilmiş və buna etiraz etməmişdir. Həmin zaman videoçəkilişlə üzəri yoxlandıqda əynində olan psixotrop maddə büküm aşkar edilmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisinin 1,02 qram olması müşahidə edilmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. O və digər iştirakçılar tərəfindən zərfin bütövlüyü imzalarla təsdiq edilmişdir. Ardınca isə polis əməkdaşı tərəfindən üzəri yoxlanılan zaman üzərindən heç bir şey aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz RPŞ-yə gətirmişlər. Orada onun və onu şöbəyə gətirən əməkdaşlarının iştirakı ilə müstəntiq tərəfindən üzərindən aşkar edilmiş bükümün olduğu zərf müstəntiq tərəfindən açılmış və həmin bükümə yenidən baxış keçirilmişdir. Həmin bükümün içərisinə baxılan zaman isə orada psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Psixotrop maddə dağılmasın deyə içərisində olduğu büküm başqa bir kağız bükümə bükülməklə elektron tərəzidə yenidən çəkisi ölçülmüş, həmin zaman isə bükümlə birlikdə çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. O, polis əməkdaşlarına üzərindən aşkar edilən psixotrop maddənin özünə məxsus olmaqla şəxsi istifadəsi üçün əldə etməyini bildirmişdir. Yenidən həmin psixotrop maddə müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. O və digər iştirakçılar tərəfindən zərfin üzəri imzaları ilə təsdiq edilmişdir. Daha sonra isə müstəntiq tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq haqqında qərar qəbul etmişdir. Buna görə də 05 fevral 2025-ci il tarixdə, saat 16:50-də Xaçmaz RPŞ-nin CAB- ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 və Xaçmaz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Məktəbli küçəsində saxlamışlar. O və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Sobranie" markalı siqaret qutusunu ona təqdim etmiş, həmin siqaret qutusuna onun tərəfindən baxış keçirilmiş, qutunun içərisində isə 01 ədəd ağ rəngli kağız bükümün olması müəyyən edilmişdir. Həmin bükümün nə olduğu Təqsirləndirilən şəxs söruşulanda sonuncu həmin bükümün psixotrop maddə metamfetamin olduğunu və onu 01 nəfər iranlıdan aldığını bildirmişdir. Onun tərəfindən həmin bükümə baxış keçirən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, ardınca isə həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, bu zaman bükümün çəkisi 1,02 qram gəlmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, ancaq sonuncunun üzərindən heçnə aşkar edilməmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması və üzərinin yoxlanması zamanı bütün proses Xaçmaz Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 öğlu tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Ardınca isə Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman isə Tərlanın və onların iştirakı ilə qablaşdırılmış zərfə müstəntiq tərəfindən yenidən baxış keçirilmiş, daha sonra isə müstəntiq tərəfindən həmin büküm yenidən qablaşdırılmışdır. Ardınca isə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla sonuncu müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 və Şahid2 ifadələrində Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2025-ci il tarixli, 6/545 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,911 qram ağ rəngli kristaişəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Məhkəmə - Narkoloji Ekspertizasının 11 mart 2025- ci il tarixli 1475 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs üzərinə 05 fevral 2025-ci il tarixdə yoxlanış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilməsinin və üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun 07 fevral 2025-ci il tarixli qərarına əsasən Xaçmaz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 05 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı və həmin qərarla bağlı prosessual hərəkətlər qanunauyğun həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən DİN-in BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz RİHBnin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin ictimai xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmaqla, ətrafdakılara qarşı mehriban və səmimidir. Ailəlidir, iki azyaşlı övaldı var. Anası və ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları var. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 fevral 2025-ci il tarixdə saat 16:50-17:00 müddətində ünvan 2 ünvanının qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,911 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladı olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladının olmasını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 05 fevral 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 07 fevral 2025-ci il tarixdə saat 14:40-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli,və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,861 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdən 07 fevral 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,861 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar