Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-109/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, xx xxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 38-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs məxsus Lada- 210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 22 nömrəli evin hasarına vurmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4101 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anası Məleykə və bacısı Mətanətlə birlikdə Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 38-də yaşayır. 2-ci qrup əlildir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 08 radələrində evdən çıxıb mağazaya getmiş və bir ədəd 0,3 litrlik araq alıb evə gəlmişdir. Evdə mağazadan aldığı arağı tək içdikdən sonra küçəyə çıxıb gəzə-gəzə Mərkəzi poçtun qarşısında olan parka gəlmişdir. Parkda gəzərkən yaxınlıqda olan mağazadan əlavə 3 ədəd 0,3 litrlik araq almış və Mərkəzi poçtun qarşısında olan parkda oturub aldığı araqları alma ilə içmişdir. Bir müddət pakda olan oturacaqda oturduqdan sonra piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlib Nazilə adlı qadının işlətdiyi kafedə oturmuşdur. Təxminən saat 12 radələrində kafedən çıxıb Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi istiqamətində gələrkən H.Əliyev prospektində yolun sol kənarında yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında yolun sağ kənarında olan evlərdən birinin qarşısında Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Avtomobilə yaxınlaşanda qapılarının açıq, açarında üstündə olduğunu görüb həmin avtomobili idarə etmək istəmiş və ön sol qapını açıb sükan arxasında əyləşərək üzərində olan açarla mühərriki işə saldıqdan sonra hərəkətə gətirib Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi istiqamətində gəlmişdir. M.Ə.Rəsulzadə küçəsində o, idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan evlərdən birinin hasarına dəyərək dayanmışdır. Bundan sonra baş verənləri xatırlamamış və özünə gələndə Xaçmaz rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Etdiyi hərəkətlərdən peşimandır. Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün qaçırmışdır. Onun başqa məqsədi olmamış, məqsədi ancaq həmin avtomobili müvəqqəti idarə etmək olmuşdur. Törətdiyi əməldən peşman olduğunu bildirmiş, ona yüngül cəza təyin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Həbibkənd kəndində yaşayır. Həbibkənd kənd ümumi orta məktəbində idman müəllimi işləyir. İşdən kənar vaxtlarda isə ev təmiri ilə məşğul olur. Onun özünə məxsus Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobil var və o, həmin avtomobili öz şəxsi işlərində istifadə etmişdir. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2020-ci ilin mart ayının ortalarından başlayaraq o, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yaşayan tanışları Vladimir və Aleksandr qardaşları birlikdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Şahin adlı şəxsə məxsus evdə təmir işləri aparmışlar. Onlar hər gün saat 08 radələrində ona məxsus avtomobillə Şahinə məxsus evin qarşısına gəlmişlər, o, avtomobilini Şahinə məxsus evin qarşısında küçədə saxlayıb qapılarını bağladıqdan sonra Vladimir və Aleksandır qardaşları ilə birlikdə içəri gedib təmir işləri görmüşlər, axşam saat 18 radələrində isə işlərini yekunlaşdıraraq onun avtomobilinə əyləşib evə getmişlər. Həmişə olduğu kimi, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində o, Aleksandr və Vladimir onun avtomobili ilə Şahinə məxsus evin qarşısına gəlmişlər və yenə də o, avtomobilini Şahinə məxsus evin qarşısında saxlamışdır. Avtomobildən düşdükdən sonra avtomobilinin açarı üstündə qalmış, qapılarını isə bağlamış və onlar birlikdə içəri getmişlər. Təxminən saat 12 radələrinədək Şahinə məxsus evin həyətində işləmişlər, sonra isə o, Aleksandra demişdir ki, səhər bayramdır, alətləri avtomobilin yük yerinə yığ, bu gün evə tez gedək. Sonra o, avtomobilinin qapılarını və yük yerini açmışdır ki, Aleksandr istifadə etdikləri alətləri avtomobilin yük yerinə yığsın. Avtomobilinin qapılarını açıdıqdan sonra o, həyətə gəlmiş və təxminən 2-3 dəqiqə keçdikdən sonra avtomobilə aid mühərrikin yüksək səslə işlədiyini eşidib küçəyə çıxanda görmüşdür ki, kimsə onun avtomobilini sürətlə hərəkətə gətirərək uzaqlaşıb getdi. Başa düşmüşdür ki, kimdirsə avtomobilinin üzərində qoyduğu açarla mühərriki işə salaraq avtomobilini qaçırır. O, avtomobilinin arxasınca qaçaraq həmin istiqamətə gedəndə H.Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişməsinə yaxın yerdə yol polisi əməkdaşlarının dayandıqlarını görüb polis əməkdaşlarına yaxınlaşaraq avtomobilinin qaçırılması barədə məlumat vermiş və yol polisi əməkdaşları onu xidməti avtomobilə əyləşdirib həmin istiqamətə getmişlər. Onlar əvvəlcə Xaçmaz şəhəri, 20 Yanvar küçəsi istiqamətində getmişlər və avtomobilinin həmin küçə ilə hərəkətdə olmasını görmədikləri üçün ara küçə ilə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gəlib N.Nərimanov küçəsi istiqamətində gedərkən görmüşdür ki, avtomobili M.Ə.Rəsulzadə küçəsində olan evlərdən birinin hasarına dəyərək dayanıb və avtomobilinin ön tərəfi tamamilə deformasiyaya uğrayıb. Həmin vaxt bilmişdir ki, avtomobilini Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qaçırmışdır və idarə etməni itirib həmin evin hasarına vurduğuna görə özu də xəsarət almışdır. Şahların harada olması ilə bağlı maraqlananda isə bilmişdir ki, həmin yerə gələn təcili-tibbi yardım avtomobili onu Xaçmaz RMX-na aparmışdır. Sonra polis əməkdaşları gəlib avtomobilinə baxış keçirmişlər və o, Xaçmaz RPŞ-nə gəlib avtomobilinin qaçırılması ilə bağlı şikayət ərizəsi yazmışdır. Şahların ona məxsus Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobili qaçırıb Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan evin hasarına vurması nəticəsində ona ümumilikdə 4101 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yaşayır. O, Xaçmaz rayonu, Həbibkənd kəndində yaşayan Zərərçəkmiş şəxs təxminən 15 il olar ki tanımış, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Azər Həbibkənd kənd ümumi orta məktəbində idman müəllimi işləmiş, işdən kənar vaxtlarda isə onlar birlikdə ev təmiri ilə məşğul olmuşlar. Azərin özünə məxsus Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobil olmuş və onlar Azərə məxsus avtomobillə işə gedib-gəlmişlər. 2020-ci ilin mart ayının ortalarından başlayaraq o, qardaşı Aleksandır və Azər birlikdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Şahin adlı şəxsə məxsus evdə təmir işləri aparmışlar. Onlar hər gün saat 08 radələrində Azərə məxsus avtomobillə Şahinə məxsus evin qarşısına gəlmişlər, Azər avtomobilini Şahinə məxsus evin qarşısında küçədə saxlayıb qapılarını bağladıqdan sonra birlikdə içəri gedib təmir işləri görmüşlər, axşam saat 18 radələrində isə işlərini yekunlaşdıraraq Azərə məxsus avtomobilə əyləşib evə getmişlər. Həmişə olduğu kimi, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində o, Azər, qardaşı Aleksandr Azərə məxsus Lada-210740 markalı avtomobillə Şahinə məxsus evin qarşısına gəlmişlər və yenə də Azər avtomobili Şahinə məxsus evin qarşısında saxlamışdır. Avtomobildən düşdükdən sonra Azər avtomobilin qapılarını bağlamış və onlar birlikdə içəri getmişlər. Təxminən saat 12 radələrinədək Şahinə məxsus evin həyətində işləmişlər, sonra isə Azər ona demişdir ki, səhər bayramdır, alətləri avtomobilin yük yerə yığıb evə tez getsinlər. Sonra Azər avtomobilinin qapılarını və yük yerini açmışdır ki, o, istifadə etdikləri alətləri avtomobilin yük yerinə yığsın. Azər avtomobilinin qapılarını açıdıqdan sonra həyətə gəlmiş və təxminən 2-3 dəqiqə keçdikdən sonra avtomobilə aid mühərrikin yüksək səslə işlədiyini eşidib küçəyə çıxanda görmüşlər ki, kimsə Azərin avtomobilini sürətlə hərəkətə gətirərək uzaqlaşıb getdi. Azər avtomobilinin arxasınca qaçaraq həmin istiqamətə getmiş, onlar isə Şahinə məxsus evin qarşısında dayanıb gözləmişlər. Bir müddət keçdikdən sonra Azər ona zəng vurub demişdir ki, avtomobilini Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan evlərdən birinin hasarına vurmuşlar. Qardaşı Aleksandırla birlikdə M.Ə.Rəsulzadə küçəsinə gələndə Azərin avtomobilinin həmin küçədə olan evlərdən birinin hasarına dəyərək dayandığını və avtomobilin ön tərəfinin tamamilə deformasiyaya uğradığını görmüşlər. Həmin vaxt bilmişdir ki, Azər avtomobilinin açarını üzərində qoymuş, Şahlar adlı şəxsdə avtomobilin üzərində olan açardan istifadə etməklə mühərriki işə salıb avtomobili qaçırmış və idarə etməni itirib avtomobili həmin evin hasarına vurduğuna görə özu də xəsarət almışdır. Onlar bir qədər orada dayanıb gözləmişlər, sonra isə qardaşı Aleksandrla birlikdə evə getmişlər. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Avtomotoservis və Ticarət müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyasının xx xxxx 2020-ci il tarixli 827 nömrəli ziyan aktından görünür ki, Lada- 210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobilə 4101 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik hüquqi şəxsin xx xxx 2020-ci il tarixli 871 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə saat 12 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs məxsus Lada-210740 markalı O736 KM 05 qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 22 nömrəli evin hasarına vurmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4101 manat məbləğində maddi ziyan vurmuşdur.Qeyd edilənlər məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə görə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlakvəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonunun ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş«başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmazrayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia verilməmişdir. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-109/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-109/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver