Məhkəmə qərarları › İş №1(067)-109/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-109/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-109/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1962-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olan və yaşayan, barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, Xaçmaz rayonu, ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 26 aprel 2022-ci il tarixdə, saat 23:35-dən 23:45dək olan müddətdə onun üzərinə keçiriiən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd falqa bükümdə təmiz çəkisi 6,913 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu Xaçmaz rayonunun Qusarçay kəndində xx.xx.2022-ci il tarixdə, küçədə 2 nəfər polis işçisi tutaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirmişlər. Tutulduğu vaxt ittiham aktının bir vərəqində 22:00, o biri vərəqində isə 22:20 göstərilmişdir. Əslində, həmin gün on saat fərqlə, yəni səhər saat 10:00-dan sonra 3 nəfər mülki geyimdə şəxs yaşadığı həyətə soxularaq telefounu götürmüş, onu “Jiqulu” markalı avtomobildə polis şöbəsinə gətirmişlər. Ona heç yerlə əlaqə saxlamağa imkan verməmişlər. Kibrit qutusunda marixuananı stolun üstünə qoyub boynuna götürməsini tələb etmişlər. O razılıq vermədikdə, onu vurmağa, söyməyə, boğmağa, lağa qoymağa başlamışlar. Bu proses saatlarla, əsasən beş nəfər tərəfindən törədilmişdir. Günün sonunnda istədiklərinin alınmadığını görüb başqa şərt qoymuşlar - qutudakı marixuanadan bir büküm düzəldib, demişlər ki, “ya bunu boynuna götürməlisən, ya da özümüzlə şahid aparıb evindən 1 kq marixuana çıxardarıq. Gedərsən ağır cinayətlərə”. Onların həmin saata qədər haqsızlıqlarını görüb iki bəladan yüngülünü seçməyə məcbur qalmışdır. Həmin bükümü ona vermişlər və o, bükümü cibinə qoymuşdur. X1 iştirakı ilə kamera çəkilişi ilə cibindəkini təhvil vermişdir. Bu arada müstəntiq Şahid1 koridora çağırıb ona yarı ton səs ilə “miqdarı çoxaldın” dediyini eşitmişdir. Bundan sonra bir sutka kamerada saxlandıqdan sonra buraxılmışdır. xx.xx.2022-ci ildə aldığı travma, zədə, ağrı və stressdən şok vəziyyətində evdə uzanıb qalmışdır. xx.xx.2022-ci ildə qulağındakı ağrıya görə Xaçmaz rayon MRX-ya getmiş, orada Lor həkim bildirmişdir ki, o, Travmatologiyaya müraciət etməlidir və onu özü Travmatoloqun yanına ötürmüşdür. Orada qulağındakı zədəni və göz ətrafı qaraltını qeydə almışlar. Həmin gün bununla bağlı polis şöbəsinə dəvət olunmuş, polis kapitanı ondan nə baş verdiyini soruşduqda, o, yadında olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları onun yaşadığı ünvana gəlib onu çağırmışlar, o, qapıdan çölə çıxmış, polis əməkdaşları ona sonuncularla polis şöbəsinə getməli olduğunu bildirmişlər, o isə şalvarını dəyişmək istədiyini bildirmiş və bu məqsədlə geriyə, həyətə daxil olmuş, polis əməkdaşları ona şalvarını dəyişməyə icazə vermədiklərini bildirmişlər və həyətə daxil olaraq onu tutub polis şöbəsinə gətirmişlər, ona şalvarını dəyişməyə imkan verməmişlər. Onun heç vaxt narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, sakit olaraq evində həyatını yaşayır. İfadəsində qeyd olunanların, aliment ödəyicisi olmasının, yaşının və səhhətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə narkotik vasitələri əldə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o və Xaçmaz RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və onlar tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxsin Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində olmasını müəyyən edərək təqsirləndirilənə yaxınlaşıb onun narkotik vasitələrdən istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu bildirərək sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər, təqsirləndirilən etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçinin, müstəntiqin iştirakı ilə videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərində axtarış keçirilmiş və üzərindən 01 ədəd falqa bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə müstəntiq tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Axtarış prosesi videoçəkilişlə qeydə alınmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı tərəflərindən heç bir təzyiq göstərilməmiş, təqsirləndiriləni yaşadığı Qusarçay kəndindəki evinin olduğu küçədə saxlamışlar, evinə daxil olmamışlar. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 26 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o və Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. O və Şahid1 Təqsirləndirilən şəxs Qusarçay kəndindən götürərək Xaçmaz RPŞ-yə gətirmişlər. RPŞ-də müstəntiqin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüş, axtarış zamanı təqsirləndirilən şəxs özü həmin bitki kütləsinin “nəşə” olduğunu və həmin narkotik vasitəni bir il əvvəl tapdığını, həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Qusarçay kəndi ərazisində, küçədə saxlayaraq polis şöbəsinə aparmışlar, evinə daxil olmamışlar, təqsirləndiriləni Şahid1 və o saxlayaraq polis şöbəsinə gətirmişlər, təqsirləndiriləni kəndin hansı hissəsində saxladığını axşam saatları olduğundan xatırlamamışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:20-də Xaçmaz rayonunun Qusarçay kəndində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilməsi şöbənin rəhbərliyinə məruzə edilmişdir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli qərardan və şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulmasının əvvəli saat 22:20-dən hesablanmaqla şübhəli şəxs qismində tutulması qərara alınmış, müdafiəçi saat 22:55-də qərarla tanış olmuşdur. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişi olan bir ədəd videofaylın qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, müstəntiq X7 xidməti iş otağında Xaçmaz RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir. X9 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə Xaçmaz RPŞyə əməliyyat məlumatı daxil olması və bununla əlaqədar olaraq polis şöbəsinə dəvət olunmasını bildirir. Müstəntiq M.İsmayılov Təqsirləndirilən şəxs qeyd edilən şəxslərin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirərək etirazının və ya şikayətinin olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. X9 Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, həmçinin başqa nə varsa hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd falqa bükümü çıxardaraq təqdim edir, əynindəki şalvarın arxa cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd falqa bükümü müstəntiq tərəfindən açıldıqda içərisində spesifik iyə malik, narkotik vasitə - qurudulmuş marixuanya bənzər bitki kütləsi aşkar edilir. Müstəntiq M.İsmayılov bitki mənşəli kütlənin nə olmasını və hansı məqsədlə üzərində saxladığını Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bitki mənşəli kütlənin narkotik vasitə olduğunu və əynindəki şalvarı uzun müddət qeyinmədiyini, 10 ildən çoxdur ki, həmin narkotikin onun cibində qaldığını, narkotik vasitənin özünə məxsus olmasını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə - qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan bir ədəd falqa büküm kağız zərfdə qablaşdırılır, zərfin üzəri möhürlənir, iştirakçılar tərəfindən imzalarla təsdiq edildikdən sonra müstəntiq tərəfindən ekspertizya təqdim edilməsindən ötrü götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd “Samsung” markalı mobil telefon da müstəntiq tərəfindən götürülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 7/409 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, təmiz çəkisi 6,913 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin narkotik vasitədən tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 6,893 qram təşkil etmişdir. İş materiallarında olan 01 may 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 16 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,913 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra həmin narkotik vasitədən qalıq qalmış 6,893 qram Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 13 may 2022-ci il tarixli, 2434 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 16 iyun 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun üzərində narkotik vasitə olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin polis tərəfindən o, döyülməklə onun üzərinə, məcburən boynuna qoyulması barədə bildirməsinə dair ifadəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, onun üzərində axtarış zamanı narkotik vasitə olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə polis tərəfindən onun üzərinə qoyulmuş və həmin narkotik vasitənin ona məxsus olmasını polis əməkdaşları tərəfindən döyülməklə, ona təzyiq göstərilməklə boynuna götürməli olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bildirmişdir ki, o, Xaçmaz rayonu, Qusarçay kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada gündəlik iş tapsa orada işləyib özünü dolandırır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır, ifadəsinin onun sözləri ilə Azərbaycan dilində, latın qrafikası ilə, kompüter vasitəsilə yazılmasına etiraz etmir. 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqirli bilinərək Xaçmaz rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, 2017-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Azadlığla buraxıldıqdan sonra narkotik vasitə istifadə etməmiş, çünki narkotik vasitədən istifadə etdiyinə görə barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edildikdən sonra o qərar vermiş ki, narkotik vasitə istifadə etməsin. O, tutulmazdan əvvəl iş şalvarının cibində 01 ədəd bükümdə qurudulmuş marixuana olmuşdur. Həbsdən azad ediləndən sonra isə həmin şalvarı heç vaxt geyinməmişdir. Təxminən 3-4 gün əvvəl həmin şalvarın cibində qurudulmuş marixuana qalmasını görmüşdür. 26 aprel 2022-cl il tarixdə həmin şalvarı geyinmiş və cibindəki qurudulmuş marixuana da elə şalvarın cibində qalmışdır. O, həmin narkotik vasitəni cibindən çıxarmamış ki, nə vaxtsa istifadə edər. Həmin gün saat 22 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yaşadığı evin yerləşdiyi küçədə iki nəfər mülki geyimli tanımadığı şəxslər ona yaxınlaşıb bildirmişlər ki, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağı və daşımağı barədə məlumat əldə ediblər. Ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da düşünmüşdür ki, üzərində narkotik vasitə olmasından polis əməkdaşlarının xəbəri vardır, onlardan qaça bilməyəcəkdir. Buna görə polis işçilərinə etiraz etməmiş, özünü şübhələndirməmək üçün razılaşıb onlarla birlikdə şöbəyə gəlmişdir. Yolda həmin narkotik vasitəni üzərindən kənarlaşdırmaq istəsə də, bu, mümkün olmamışdır. Rayon polis şöbəsində o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, hüquqları izah edilmiş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki şalvarın sol yan cibində olan falqa bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edib onun içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin narkotik vasitədən başqa onun üzərindən hər hansı bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşya, predmet aşkar olunmamışdır. O. səmimi şəkildə etiraf edərək bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır və onun özünündür. Aşkar edilmiş marixuana müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənib götürülmüşdür. Sonra da bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. O, tapanda narkotik vasitə olan marixuana isitifadə edir. Onun hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. O, heç kimdən narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxsin qeyd olunan izahat və ifadəsi özü və müdafiəçisi tərəfindən oxunması imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videoçəkilişinin qeyd olunduğu diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq orqanında, üzərində axtarış zamanı özünü tam sərbəst aparmaqla müstəntiqin suallarını cavablandırır, əynindəki şalvarının cibindən içərisində narkotik vasitənin olduğu bükümü çıxardıqdan sonra həmin narkotik vasitəni şalvarının cibinə çoxdan qoyduğunu və həmin şalvarı tutulanadək uzun müddətdir geyinmədiyini, buna görə də həmin narkotik vasitənin hələ də cibində qaldığını, həmçinin narkotik vasitənin onun özünə məxsus olduğunu bildirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində həmçinin bildirmişdir ki, onun heç vaxt narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, sakit olaraq evində həyatını yaşayır. İş materiallarında olan tələbnamədən, hökmün surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs 2006-cı ildə narkotik vasitələrin satışına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, 2015-ci ildə isə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirdiyi xüsusatlar hər hansı bir sübutla öz təsdiqini tapmamış, əksinə, iş materiallarında olan sənədlərlə təkzib edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan RespublikasıCinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş və özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin baraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,913 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, Xaçmaz rayonu, ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 26 aprel 2022-ci il tarixdə, saat 23:35-dən 23:45-dək olan müddətdə onun üzərinə keçiriiən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd falqa bükümdə təmiz çəkisi 6,913 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lakin o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən, iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan və bank qəbzlərinin surətlərindən müəyyən edilir iki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var və o, uşağın saxlanması üçün aliment ödəyir. İş materiallarında olan Xaçmaz RİH başçısının Qusarçay İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs işsizdir, fərdi əməklə məşğul olur. Kənd camaatı ilə münasibəti normaldır. Yaşadığı dövr ərzində kəndin ictimai işlərində iştirak etməmişdir. Barəsində Nümayəndəliyə heç bir şikayət-müraciət daxil olmamış, Nümayəndəlik tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. İş materiallarına əlavə edilmiş iş üzrə təqsirləndirilən şəxsin yaşadığı kənd sakinləri və qonşularının (20 nəfər) onun barəsində yazılı rəyindən müəyyən edilir ki, onlar Təqsirləndirilən şəxs ədəbli, qanacaqlı və hörmət sahibi olan bir adam kimi tanıyırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X2 məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuş, ona müəyyən edilmiş diaqnoz “Nevrasteniya” F48.0 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası” F45.3. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsdə ikitərəfli residiv qasıq yırtığı aşkar edilmişdir. O, cərrahi əməliyyat olunmuş, ona ağır fiziki iş qadağan olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı ünvanda sakinlər tərəfindən müsbət xarakterizə olunmasını, 60 yaşında olmasını, səhhətində problemlərin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, o cümlədən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı ünvanda sakinlər tərəfindən müsbət xarakterizə olunmasını, 60 yaşında olmasını, səhhətində problemlərin olmasını, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitənin (qurudulmuş marixuana) 6,913 qram olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad olunmasına dair 27 aprel 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma (tutulma) müddəti, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuana narkotik vasitəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,893 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi tanınaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,893 qram qurudulmuş marixuana narkotik vasitəsi Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,893 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş “Samsung” markalı mobil telefon şəxsi axtarışdan sonra təqsirləndirilənin özünə qaytarılmışdır. Qəbz təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,893 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar