Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-109/2023 05.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Rüstəmova (Quliyeva) Aytac Nail qızının, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1994-cü ildə Xaçmaz rayonunun Aşağı-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Xaçmaz rayonunun Aşağı Zeyid kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin, uşağa baxması üçün hər ay 20 manat, uşağın müalicəsi üçün 20 manat olmaqla cəmi 40 manat əlavə xərc, ümumilikdə 140 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Rüstəmova (Quliyeva) Aytac Nail qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3700 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Rüstəmova (Quliyeva) Aytac Nail qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X9 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2019-cu il təvəllüdlü Quliyev Murad adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Aytac ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq, övladı - xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin, uşağa baxması üçün hər ay 20 manat, uşağın müalicəsi üçün 20 manat olmaqla cəmi 40 manat əlavə xərc, ümumilikdə 140 manat məbləğində alimentin alınaraq tələbkar X7 verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 500 manat məbləğində cərimə olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla aylıq 450-500 manat məbləğində qazanc əldə edir və həmçinin 2-ci Qarabağ döyüşlərində iştirakına görə hər ay 80 manat veteran təqaüdü alır. Maddi imkanının zəif olması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. O, barəsində hazırkı iş üzrə təqdimat verilənədək, yəni xx.xx.2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs (Quliyevaya) cəmi 360 manat aliment ödəmiş, həmin tarixədək onun tələbkara 3700 manat aliment borcu yaranmışdır. İş məhkəməyə daxil olan zaman 1700 manat ödəmişdir Hazırda isə zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Rüstəmova (Quliyeva) Aytac Nail qızı, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2019-cu il təvəllüdlü Quliyev Murad adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Əflatun uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, övladı - xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin, uşağa baxması üçün hər ay 20 manat, uşağın müalicəsi üçün 20 manat olmaqla cəmi 40 manat əlavə xərc, ümumilikdə 140 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs Xaçmaz şəhərində yerləşən avtotəmir sexində motorist işləyib, aylıq ***-**** manat qazanc əldə edib, lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin inzibati xəta barədə qərarı ilə inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur. Onun maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb etmişdir. Borclu Təqsirləndirilən şəxs iş məhkəməyə daxil olduqda ona 1700 manatı ödəmiş, 2000 manat borcu qalmışdır. Hazırda isə Təqsirləndirilən şəxs yaranmış həmin aliment borcunu ona tam ödəmiş, onun təqsirləndirilənə qarşı şikayəti yoxdur, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin, uşağa baxması üçün hər ay 20 manat, uşağın müalicəsi üçün 20 manat olmaqla, cəmi 40 manat əlavə xərc, ümumilikdə 140,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Rüstəmova (Quliyeva) Aytac Nail qızının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 360 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3700 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 500 manat məbləğində cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3700 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Zərərçəkmiş şəxs (Quliyeva) Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda sonuncunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)- 75/2021 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment, uşağa baxması üçün 20 manat, uşağın müalicəsi üçün 20 manat olmaqla cəmi 40 manat əlavə xərc, ümumilikdə 140 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 16 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-75/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-75/2021 saylı icra sənədini könüllü icra etməsi, məsuliyyəti barədə məlumatlandırılmışdır. “Bildiriş” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2021 və xx.xx.2021-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, izahatlarında onun xx.xx.2021-ci il tarixli 2(067)-75/2021 saylı icra sənədinə əsasən tələbkar Aytac Quliyevaya olan aliment borcunu ödəməli olduğundan məlumatlı olduğunu, lakin tələbkarın ona uşağını görməyə icazə vermədiyi üçün ödəniş etmədiyini, uşağı ilə görüşməyə imkan yaradılmadıqca alimenti ödəməyəcəyini bildirmiş, daha sonra (xx.xx.2021) isə İkinci Qarabağ müharibəsində iştirak edərək xəsarət aldığından işləyə bilmədiyini və alimenti ödəməsi üçün qazancının olmadığını bildirmişdir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(067)-75/2021 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı, həmçinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Akt-ın təsdiqlənmiş surətindən, borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan və Xaçmaz RPŞ-nin məktubundan müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda - Xaçmaz rayonunun Aşağı Zeyid kəndində olmuşlar, lakin borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı müəyyən edilmiş, bundan sonra sonuncunun barəsində axtarış elan edilmiş və o, xx.xx.2021-ci il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 30 avqust 2021-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-825/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı icra sənədinin icrasından üzrsüz səbəbdən qərəzli olaraq yayınmaqla aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Quliyev X3 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-5/2022 saylı qərardadının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-75/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 01 mart 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati cərimə tənbehindən sonra ona yaranmış aliment borcunu ödəməsi üçün xx.xx.2022-ci il tarixədək yeni müddət təyin edilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan X4 X2 filialının 22 aprel 2022-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Quliyev X1 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 09 sentyabr 2021-ci il tarixdən işaxtaran (işi və qazancı olan şəxs) kimi qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 10 may 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra sənədini icra edərək tələbkara ödəməli olduğu yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs “Xəbərdarlıq”ın surətini şəxsən qəbul etmişdir. İş materiallarında olan aliment ödənişləri barədə cədvəldən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(067)-75/2021 saylı icra sənədi üzrə 19 oktyabr 2023-cü il tarixədək (cəmi 4060 manat aliment ödənilməli olduğu halda) cəmi 360 manat aliment ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Quliyeva (Rüstəmova) X10 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(067)- 75/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün borclu Təqsirləndirilən şəxs barəsində toplanmış materialların Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Rüstəmova (Quliyeva) Aytac Nail qızı Təqsirləndirilən şəxs xx.xx.2022-ci ilədək yaranmış 3700 manat məbləğində aliment borcunu ona ödədiyini, onun təqsirləndirilənə qarşı şikayətinin olmadığını bildirərək, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödədiyini, zərərçəkmişlə barışıq əldə olunmasını bildirərək təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2022-ci ilədək yaranmış öhdəliyini (ödəməli olduğu məbləği) ödəməklə qətnaməni icra etməsini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etdiklərini, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(067)-109/2023 saylı qərarına əsasən axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-109/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-109/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver