Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-11/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Əkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Nəbiyev Ramiz Rəcəb oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Xaçmaz rayonu, Müşfiq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, milliyyətcə azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müşfiq kəndində qeydiyyatda olan və Xaçmaz şəhəri, ünvan 1-də yaşayan, barəsində “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs oğlu xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 16 (on altı) yaşına çatmayan şəxs – xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə sonuncunun öz könüllü razılığı ilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarının yanında görüş təyin etməklə oradan Xaçmaz rayonu, Nabran kəndinə yaşayan doğma xalası X1 evinə və növbəti gün isə xalasıgildən öz yaşadığı Xaçmaz şəhəri, Babək küçəsi ev 20-yə aparmış, bir müddət birlikdə yaşadıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə toy şənliyi təşkil edib, qeyri-rəsmi olaraq Zərərçəkmiş şəxs ilə evlənmiş və həmin tarixdə, saat 21 radələrində yaşadığı Xaçmaz şəhəri, Babək küçəsi ev 20-də Zərərçəkmiş şəxs ilə sonuncunun öz könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olaraq xx xxxxxx 2020-ci il tarixədək ər-arvad kimi birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 152.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, ünvan 1 ünvanında yerləşən evin birinci mərtəbəsində anası Zərifə və ana nənəsi Xəzangül ilə birlikdə yaşayır. Evin ikinci mərtəbəsində dayısı Nizami arvadı Fərqanə və iki uşağı ilə birlikdə yaşayır. Onun bir yaşı olanda valideynləri boşanmış və anası ər evindən qayıdaraq hal-hazırda yaşadıqları öz ata evinə gəlmişdir. Atası 1998-ci ildə rəhmətə getmişdir. Evin tək övladıdır. Anası rəsmi olaraq heç bir yerdə işləmir, hərdən iş düşəndə fərdi əməklə məşğul olur. Özü isə Xaçmaz şəhərində yerləşən X7 yük meydançasında yük doldurub-boşaldaraq fəhlə kimi işləyir. 2019-cu ilin sentyabr ayının ortalarında X6 yük meydançasında yay mövsümünün başa çatması ilə bağlı yük daşınması işi dayandığı üçün işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarı ilə üzbə-üz yerləşən marketlərdən birində özünə fəhlə kimi iş və Xutor qəsəbəsində aylıq 70 manat olmaqla kirayədə qalmaq üçün bir otaqlı həyət evi tapmışdır. Bir neçə gün sonra işlədiyi marketin qarşısında dayanarkən görmüşdür ki, 20 Yanvar dairəsi tərəfdən bir nəfər orta yaşlı qadın və iki nəfər qız, yəni sonradan tanış olduğu Əfsanənin anası, Əfsanənin bacısı və Əfsanənin özü gəlir. Qızlardan biri, yəni Əfsanə xoşuna gəldiyi üçün baxmağa başlamış və Əfsanə də ona baxaraq keçmişdir. Onlar bazar istiqamətində getmişlər. Əfsanə baxaraq keçdiyi üçün ürəklənmiş və Əfsanə ilə tanış olmaq məqsədilə onların arxalarınca getmişdir. Əfsanəni gözlə işarə edərək kənara çağırmışdır. Əfsanə onun işarəsindən sonra anasından və bacısından ayrılaraq yaxınlıqdakı mağazaya daxil olmuşdur. O da Əfsanənin arxasınca mağazaya getmiş və mağazada salamlaşaraq öz mobil telefon nömrəsini Əfsanəyə vermişdir. Əfsanə onun telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş və beləcə onlar tanış olmuşlar. Həmin gündən başlayaraq Əfasanə ilə gün ərzində tez-tez danışmağa başlamışdır. Əfsanə ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində atası və anası ilə birlikdə yaşadığını, bir bacısı olduğunu, bacısının ailəli olduğunu, tanış olduqları gün onlara qonaq gəlmiş bacısını həkimə göstərərək xəsətəxanadan gəldiklərini, 18 (on səkkiz) yaşı olduğunu və növbəti ilin, yəni 2020-ci ilin mart ayının 26-da 19 (on doqquz) yaşı olacağını bildirmişdir. O, Xaçmaz şəhərində öz anası ilə qaldığını və oktyabr ayının 22-də 25 (iyirmi beş) yaşı olacağını demişdir. Bir neçə gün sonra Əfsanə ona söhbət əsnasında demişdir ki, atas qoldan əlil oğlana ərə vermək istəyir, amma getmək istəmir. Atasıın Əfsanəni əlil oğlana verəcəyini nəzərə alaraq xx xxxxxxx 2019-cu il tarixdə Əfsanəyə evlənmək məqsədilə qaçırmağı təklif etmişdir. Əfsanə onun təklifi ilə razılaşmış və növbəti gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarının yanında görüşmüşlər. Ailə üzvlərinin gözlənilmədən təəccüblənmələri üçün Əfsanəni qaçırdığı gün öz yaşadığı evə deyil, Xaçmaz rayonu, Nabran kəndində yaşayan xalası Yasəməngilə aparmışdır. Xalasına Əfsanəni qaçırdığını bildirmişdir. Xalası Əfsanədən bu barədə soruşanda, Əfsanə özü haqda qısaca məlumat verərək, onunla Bakı şəhərində təsadüfən tanış olduğunu, bir müddət telefon əlaqəsi saxladıqdan sonra onu sevdiyi üçün könüllü şəkildə qaçdığını və 18 yaşı olduğu demişdir. O da Əfsanəni sevdiyi üçün qaçırdığını bildirmişdir. Xalası onu el adətini pozaraq qız qaçırdığına görə bir böyük kimi tənbeh etdikdən sonra zəng edərək anasına bu barədə məlumat vermişdir. Anası həmin günü, saat 23 radələrində xalasıgilə gəlmiş və onu özbaşına hərəkət edərək qız qaçırdığına görə tənbeh etmişdir. Əfsanə onu sevdiyi üçün könüllü şəkildə qaçdığını anasına da bildirmişdir. Anası Əfsanədən bu barədə valideynlərinin xəbəri olub-olmadığını soruşmuşdur. Əfsanə qaçması barədə valideynlərinin məlumatı olmadığını bildirdiyi üçün anası ona demişdir ki, Əfsanənin atasına zəng edib xəbər vermək lazımdır. Əfsanə onun mobil telefonu ilə atasına, yəni sonradan adını bildiyi Ayaza zəng edərək sevdiyi oğlanla könüllü şəkildə qaçdığını və hazırda onunla birlikdə Xaçmaz rayonu, Nabran kəndində yaşayan xalasıgildə olduğunu bildirmişdir. Əfsanənin atası bunu eşidən kimi qızını tənbeh etməyə başlamış və Əfsanəyə evə qayıtmağı bildirmişdir. Əfsanə atasına geri qayıtmayacağını, sevərək qaçdığını demişdir. Atası Əfsanədən kimin evinə qaçıbsa, ev sakini ilə danışmaq istədiyini bildirdiyi üçün xalası Yasəmən telefonu götürüb Əfsanənin atası Ayaz ilə danışmışdır. Əfsanənin atası növbəti gün Xaçmaza gələrək qızını aparacağını bildirmişdir. Bundan sonra anası gecəni qalmaq üçün Xudat şəhərində yaşayan xalası Yavərgilə getmişdir. O, Əfsanə ilə xalası Yasəməngildə qalmışdır. Növbəti gün, səhər saatlarında o, Əfsanə və xalası Yasəmən evdən çıxaraq Xudat şəhərinə getmişlər. Xudat şəhər avtovağzalında anası ilə görüşmüş və birlikdə Xaçmaz şəhərinə yola düşmüşlər. Xaçmaz şəhər dairəsində Əfsanənin atası Ayaz ilə görüşmüş və hamı birlikdə yaşadıqları evə gəlmişlər. Həyətlərinə yenicə daxil olmuşlar ki, bu məsələyə görə əvvəlcədən bir ağsaqqal kimi anasının zəng edərək çağırdığı əmisi Şükür də gəlmişdir. Böyüklər özləri Əfsanənin atası ilə söhbət aparmları üçün o, onların yanında dayanmamışdır. Bir qədər sonra Şükür əmisi zəng gələrək təcili çağırıldığı üçün onlarla sağollaşaraq getmişdir. Bir müddət sonra Ayaz qızı Əfsanəni aparmaq istəməyərək və onlarda qalmasına razılıq verərək sağollaşıb getmişdir. Ayaz qohumluq əlaməti olaraq onlarla səmimi şəkildə sağollaşmışdır. Əfsanənin atası Ayaz o, onların yanında olmayanda Şükür əmiyə və anasıgilə Əfsanənin şəxsiyyət vəsiqəsini göstərərək qızının 16 yaşına çatmadığını bildirdiyi üçün Ayaz gedəndən sonra Əfsanədən 18 yaşı olmasını bildirərək onlara yalan danışmasının səbəbini soruşmuşlar. Əfsanə demişdir ki, “mən düz danışıram, atam aylıq qaçqınlara verilən yardım pulunu 18 yaşıma çatana kimi almaq üçün şəxsiyyət vəsiqəmdə yaşımı azaldıb”. Onlar Əfsanənin 18 yaşı olmasına inanmışlar. Xalası Yasəmən də sağollaşaraq öz evinə çıxıb getmişdir. Bundan sonra Əfsanə onların evdə qalmağa başlamış və ara-sıra valideynləri ilə zəngləşərək danışmışdır. Amma onlardan heç biri gəlib Əfsanəyə baş çəkməmişlər. xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayında Əfsanə ilə toyları olmuş və beləliklə, o və Əfsanə rəsmi nikah müqaviləsi bağlamadan evlənmişlər. Amma toya Əfsanənin nə valideynləri, nə də ki, heç bir qohum-qardaşı gəlməmişdir. Buna səbəb Əfsanənin qohumlarını, hətta valideynlərini də çağırmağa etiraz etməsi olmuşdur. Əfsanə onlara demişdir ki, qohumları və atası toyda dava-dalaş salmağa meyillidir, əsasən də toyda sərxoş olandan sonra qaçması yadlarına düşüb daha da əsəbləşəcəklər. Ona görə də onlar noyabr ayının sonlarında toy edəcəylərini Əfsanənin valideynlərinə desələr də, toyun dəqiq vaxtını onlara bildirməmişlər. Toydan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində yaşadığı evdə Əfsanənin öz razılığı əsasında ilk dəfə cinsi əlaqədə olmuş və Əfsanənin bakirəliyi pozulmuşdur. Əfsanənin bakirəliyinin pozulmasını el adətinə uyğun olaraq qız tərəfdən yengə kimi dayanmış əmisi gəlini Reyhan və oğlan tərəfdən yengə kimi dayanmış dayısı Nizaminin arvadı Fərqanə də təsdiq etmişdir. Həmin vaxtdan Əfsanə ilə ər-arvad kimi yaşayaraq cinsi əlaqədə olmağa başlamışdır. Bir müddət sonra Əfsanə öz ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman onlara toy olması barədə demiş, amma onlar tərəfədən təbrik etməyə heç kim gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ayaz onun telefonuna zəng edərək qızı Əfsanə ilə danışmışdır. Əfsanə ağlayaraq atasına demişdir ki, “yeni ildə niyə gəlmədiniz, nə qədər gözləmişəm”. Əfsanə telefon ilə danışdıqdan sonra onlara demişdir ki, “atam deyir ki, orada nə hoqqa çıxarırsınız ki?, gəlib baxacam”. Əfsanənin atası Ayazın bu sözü deməsinə onlar məhəttəl qalmış və bunun səbəbini də bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində işdən evə yenicə gəlmişdir ki, anası da onun arxasınca işdən gəlmişdir. Anasının sifət cizgilərindən əsəbi olmasını hiss etmişdir. Anası nənəsini həyətə çağırmışdır. O, da narahat olaraq onların arxasınca həyətə getmişdir. O, anasından nə baş verməsini soruşmuşdur. Anası cavab vermişdir ki, “bircə bu qalmışdı ki, Əfsanə evdən qaçıb”. O, Əfsanənin hara və nə səbəbdən qaçması barədə soruşduqda, nənəsi cavab vermişdir ki, günorta saatlarında o və anası işdə olarkən Əfsanə yaxınlıqdakı zibilliyə zibil atıb evə gələndə Əfsanəni evdə görməmiş, 10-15 dəqiqə sonra Əfsanə evə gələrək ona “nənə səni axtarmağa getmişdim” demiş, nənəsi “ay bala mən hara getmişdim ki?, zibili atıb gəlirdim də” deyərək cavab vermişdir. Nənəsi əlavə edərək demişdir ki, saat 19:30 radələrində yaşadıqları evə gələn tanımadığı 40-45 yaşlarında bir nəfər kişi nənəsindən Rüstəmgilin evinin bura olmasını soruşaraq bildirmişdir ki, günorta saatlarında bir nəfər qız həmin şəxsə yaxınlaşıb “iki küçə o tərəfdə Rüstəmgildə qalıram” deyib mobil telefonunu istəyərək atasına zəng etmişdir. Nənəsi bu sözləri deyəndən sonra anası Əfsanədən evdən qaçmasının səbəbini soruşmaq üçün həyətdən evə keçmişdir. Onu söz-söhbət yaranmaması üçün anasıgil evə qoymamışlar. Əsəbləri keçəndən bir neçə dəqiqə sonra o da evə keçərək Əfsanədən evdən qaçmasının səbəbini soruşmuşdur. Əfsanə atası ilə danışdığını, onlarda qalmaq istəmədiyini, atasının evinə getmək istədiyini bildirmişdir. O, Əfsanədən yad insandan niyə telefon istəməsini soruşduqda cavab vermişdir ki, “mən atamın evindən qaçan Əfsanəyəm, buradan qaçmaq mənim üçün heç nədir”. Əfsanənin onunla yaşamaq istəmədiyini nəzərə alaraq və Əfsanənin gələcəkdə bir daha evdən qaçacağını, hətta bu dəfə evə qayıtmayacağından ehtiyat edərək Əfsanəni valideynlərinə təhvil vermək üçün növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə anası və xalası Yasəmən ilə birlikdə Əfsanəni yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmışlar. Evlərinə çatan kimi valideynləri Əfsanədən soruşmuşlar ki, “Rüstəm səni vurub?”. Əfsanə vurulmadığını bildirmişdir. Onlar Əfsanənin evdən qaçması, ata evinə getmək istəməsi, onunla yaşamaq istəməməsi, gələcəkdə bir daha evdən qaçacağından və hətta evə qayıtmayacağından ehtiyat etdiklərini valideynlərinə izah etmişlər. Bunları izah etməklərinə baxmayaraq atası Ayaz onlardan soruşmuşdur ki, “qızımı gətirməkdə məqsədiniz nədir?”. Onlar cavab vermişlər ki, “evdən qaçan gəlin bizə lazım deyil, bu hal yenə də təkrarlanacaq”. Əfsanənin atası qızını onlardan qəbul etməyərək geri qaytarılmasını istəmişdir. Əfsanə isə atasına geri qayıtmayacağını demişdir. Əfsanənin atası zəng edərək polis çağırdığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və Əfsanədən döyülüb-döyülməməsi barədə soruşmuşlar. Əfsanə döyülmədiyini bildirmişdir. Bundan sonra anası və xalası ilə oradan çıxaraq yaşadıqları evə qayıtmışlar. Bir neçə gün sonra onu Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə dəvət etmişlər və o polisə gedərək olanlar barədə izahat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, tanış olan zaman Əfsanə ona 18 (on səkkiz) yaşı olduğunu və 2020-ci ilin mart ayının 26-da 19 (on doqquz) yaşı olacağını bildirmişdir. Əfsanəni qaçırdığı günü şəxsiyyət vəsiqəsini özündən istəmiş, Əfsanə şəxsiyyət vəsiqəsinin evdə qaldığını bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Əfsanənin atası onlardan gedəndən sonra Əfsanə öz yaşının şəxsiyyət vəsiqəsi ilə 2020ci ilin mart ayının 26-da 16 (on altı), həqiqətdə isə 19 (on doqquz) olacağını bildirmişdir. Əfsanə yaşının şəxsiyyət vəsiqəsində az olmasının səbəbini belə izah etmişdir ki, aylıq qaçqınlara verilən yardım pulunu 18 yaşına çatana kimi almaq üçün şəxsiyyət vəsiqəsində yaşı atası tərəfindən azaldılmış və beləcə onlar qaçqın ailəsi kimi yardım pulunu ala bilsinlər. Toyu olana kimi Əfsanənin yaşını dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini əldə etməmiş və bununla bağlı hər hansı cəhdlər də etməmişdir. Əfsanənin şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikah müqaviləsi bağlamadan evlənmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində yaşadıqları evdə ilk dəfə cinsi əlaqədə olan zaman Əfsanənin cinsiyyət üzvündə qan əmələ gəlmiş və Əfsanənin bakirəliyinin pozulmasını yengələr təsdiq etmişlər. Əfsanə ilə ancaq təbii yolla cinsi əlaqədə olmuş, qeyri-təbii yolla heç vaxt olmamışlar. Əfsanə ilə tanış olarkən ona adının yalandan olaraq Elmin olduğu deyil, Rüstəm olduğunu demiş, xx xxxxxxx 2020-ci il tarixdə Əfsanənin atası Ayaz həyətlərində Əfsanənin şəxsiyyət vəsiqəsini göstərərək 16 yaşına çatmadığını bildirən zaman o, həyətdə deyil, evdə olmuş və buna görə Əfsanənin şəxsiyyət vəsiqəsini gözü ilə görməmiş, Əfsanə növbəti günü onlara atasının düzgün danışdığını, yəni 16 yaşına çatdığını deməmiş, anası Əfsanəyə “qızın 16 yaşına çatmadığının üstü açılsa, Rüstəmlə birlikdə hamımızı tutacaqlar, bu işi heç bilməməlidir” deməmiş, o və anası Əfsanəyə “gələcəkdə toy olanda qonuşular soruşsalar, 16 yaş demə, 19 yaşın olduğunu deyərəsən” deməmişlər, xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayına daxil olmamışdan əvvəl həyətdə olarkən o və anası Əfsanəyə “sarayda soruşsalar 19 yaşım var deyərsən” deməmişlər, xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında işdən evə gələndə Əfsanənin yad insanın telefonu ilə danışdığını bilib döyməmiş, ümumiyyətlə, Əfsanəni heç vaxt döyməmişdir. Bütün bunlar barədə Əfsanənin dedikləri yalandır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar və bir yerdə yaşayırlar. Ona görə də, məhkəmədən özü barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, Dalan 1-də atası və anası ilə birlikdə yaşayır. Bir bacısı var ki, ondan böyükdür, Quba rayonu, Qəni-dərə kəndinə ərə gedib. 2019-cu ilin avqust-sentyabr aylarında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsindən gələrək piyada anası və bacısı ilə 3-cü MKR bazarı istiqamətində getmişlər. Onlara qonaq gəlmiş bacısını xəstəxaya aparmış və xəsətəxanadan çıxıb gəlmişlər. 3-cü MKR bazarı ilə üzbə-üz yerləşən marketlərdən birinin qarşısında dayanmış bir nəfər oğlan, yəni sonradan tanış olduğu Təqsirləndirilən şəxs ona baxmışdır. O da Rüstəmə baxaraq keçmiş və görmüşdür ki, Rüstəm arxasınca gəlir. Rüstəm ona gözlə işarə edərək kənara çağırmışdır. Rüstəmdən xoşu gəldiyi üçün anasından və bacısından ayrılaraq yaxınlıqdakı marketə daxil olmuşdur ki, Rüstəmlə tanış olsun. Arxasınca mağazaya gələn Rüstəm salamlaşaraq öz mobil telefon nömrəsini ona vermişdir. O, Rüstəmin telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş və beləcə onlar tanış olmuşlar. Həmin gündən başlayaraq o, Rüstəm ilə gün ərzində tez-tez danışmağa başlamışdır. Rüstəmə Abşeron rayonu, Mehdiabad qəsəbəsində atası və anası ilə birlikdə yaşadığını, bacısının ailəli olduğunu və müvəqqəti onlara qonaq kimi gəldiyini bildirmişdir. Rüstəm ona Xaçmaz şəhərində öz anası ilə qaldığını və oktyabr ayının 22-də 25 (iyirmi beş) yaşı olacağını demişdir. Amma adınının yalandan olaraq Elmin olduğunu bildirmişdir. O, da özünü böyük kimi göstərərək 18 (on səkkiz) yaşı olduğunu və növbəti ilin, yəni 2020-ci ilin mart ayının 26-da 19 (on doqquz) yaşı olacağını demişdir. Bir neçə gün sonra söhbət əsnasında Rüstəmə demişdir ki, atası onu qolundan əlil oğlana ərə vermək istəyir, amma o, getmək istəmir. Doğurdan da atası onu öz yerlisinə vermək istəmiş, oğlan qolundan əlil olduğu üçün o, getmək istəməmişdir. Atasının onu əlil oğlana verəcəyini nəzərə alaraq Rüstəm xx xxxxxxx 2019-cu il tarixdə ona evlənmək məqsədilə qaçırmağı təklif etmişdir. O, Rüstəmin təklifi ilə razılaşmış və növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarının yanında görüşmüşlər. Rüstəm onu Xaçmaz rayonu, Nabran kəndində yaşayan Rüstəmin xalası Yasəməngilə aparmışdır. Xalası zəng edərək Rüstəmin anası Zərifəyə bu barədə məlumat vermişdir. Anası Zərifə həmin günü, saat 23 radələrində Yasəməngilə gələrək oğlu Rüstəmi qız qaçırmasına görə tənbeh etmişdir. O, Zərifəyə Rüstəmi sevdiyi üçün könüllü şəkildə qaçdığını bildirmişdir. Sonra Zərifənin təklifi ilə o, Rüstmənin mobil telefonunu götürüb atasına zəng edərək sevdiyi oğlanla qaçdığını bildirmişdir. Atası onu tənbeh etməyə başlamış və ona evə qayıtmağı bildirmişdir. O, atasına geri qayıtmayacağını bildirmişdir. Atası növbəti gün Xaçmaza gələrək onu aparacağını bildirmişdir. Bundan sonra Zərifə Xudat şəhərində yaşayan Rüstəmin xalası Yavərgilə getmişdir. O, Rüstəmlə xalası Yasməngildə qalmışdır. Növbəti gün, səhər saatlarında Rüstəmlə Xudat şəhər avtovağzalına gedərək Zərifə ilə görüşmüş və oradan birlikdə Xaçmaz şəhərinə yola düşmüşlər. Xaçmaz şəhər dairəsində atası ilə görüşmüş və hamı birlikdə Rüstəmgilin yaşadığı evə getmişlər. Rüstəmgilin həyətinə yenicə daxil olmuşlar ki, Rüstəmin anası Zərifənin əmisi 65-70 yaşlarında olan Şükür gəlmiş və bir ağsaqqal kimi onun atasına demişdir ki, “qızın könüllü şəkildə qaçıb gəlibsə, bu qapıdan geriyə çıxa bilməz, qızla biribirini istəyirlər, bu evdə qalmalıdı”. Atası cibindən onun şəxsiyyət vəsiqəsini çıxarıb həyətdə olan Rüstəmə, anası Zərifəyə, nənəsi Xəzəngülə və Şükürə göstərərək demişdir ki, “Əfsanə azyaşlıdır, 16 yaşı hələ tamam olmayıb, aparım, barmağına üzük taxarsız, yaşı tamam olanda evləndirərik”. Onlar demişlər ki, “qızı aparsan, sonra verməyəcəksən”. O, geri qayıtmağa razı olmadığı üçün atası çıxıb getmişdir. Atası gedən kimi Rüstəmgil ondan 18 yaşı olması barədə yalan danışmağının səbəbini soruşmuşlar. O, yalanı üzə çıxmaması üçün demişdir ki, atası aylıq qaçqınlara verilən yardım pulunu 18 yaşına çatana kimi almaq üçün şəxsiyyət vəsiqəsində yaşını azaltmışdır. Amma növbəti günü bu evdə daimi yaşayacağını düşünüb və gələcəkdə yalanlarının üstünün açılacağından qorxaraq Rüstəmgilə həqiqətən də 16 yaşına çatmadığını, atasının düzgün danışdığını bildirmişdir. Rüstəmin anası Zərifə demişdir ki, “qızın 16 yaşına çatmadığının üstü açılsa, Rüstəmlə birlikdə hamımızı tutacaqlar, bu işi heç kim bilməməlidir”. Rüstəm və Zərifə ona demişlər ki, “gələcəkdə toy olanda qonuşular soruşsalar, 16 yaş demə, 19 yaşın olduğunu deyərəsən”. O, ara-sıra valideynləri ilə zəngləşərək danışmışdır. Amma barışıq olmadığı üçün valideynləri gəlib ona baş çəkməmişlər. xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayında onun Rüstəm ilə toyu olmuş və beləliklə, onlar rəsmi nikah müqaviləsi bağlamadan evlənmişlər. Şadlıq sarayına daxil olmamışdan əvvəl həyətdə olarkən Rüstəm və Zərifə ona bir daha demişdilər ki, “sarayda soruşsalar 19 yaşım var deyərsən”. Hətta toya bəzənmək üçün qadın salonuna gedəndə Zərifə tapşırmışdır ki, onu elə bəzətsinlər ki, yaşlı görünsün. Toya nə valideynləri, nə də ki, heç bir qohum-qardaşı gəlməmişdir. Buna səbəb Rüstəm və Zərifənin valideynlərini və qohumları çağırmağa etiraz etməsi olmuşdur. Həmçinin o özü də Rüstəmə və Zərifəyə demişdir ki, “lazım deyil, gəlməsinlər, onsuz da xalam və əmim oğlanları gəlib toyda dava salacaqlar”. Ona görə də onlar noyabr ayının sonlarında toy edəcəklərini onun valideynlərinə desələr də, toyun dəqiq vaxtını onlara bildirməmişlər. Toydan sonra, yəni xx.xx.2019-cu il tarixdə, saat 21 radələrində Rüstəmgilin evində Rüstəmlə ilk dəfə öz razılığı əsasında cinsi əlaqədə olmuş və onun bakirəliyi pozulmuşdur. Bakirəliyinin pozulmasını el adətinə uyğun olaraq ona yengə kimi dayanmış Rüstəmin anasının əmisi Şükürün gəlini Reyhan da təsdiq etmişdir. Həmin vaxtdan Rüstəm ilə ər-arvad kimi yaşayaraq mütəmadi şəkildə cinsi əlaqədə olmağa başlamışdır. Bir müddət sonra öz ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman onlara toy olması barədə demiş, amma təbrik etməyə heç kim gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə atası Rüstəmin telefonuna zəng edərək onunla danışmışdır. O, ağlayaraq atasına demişdir ki, “yeni il bayramında niyə gəlmədiniz, nə qədər gözləmişəm”. Atası cavab vermişdir ki, “Rüstəmgil mənim qapıma barışığa gəlməyincə, mən o qapıya gəlməyəcəm”. Bundan sonra o, daha da darıxmağa başlamışdır. Rüstəmgil ona atasına zəng etmək üçün telefon vermədikləri üçün məcbur olub xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Rüstəmin və anasının işdə olmasından, nənəsinin isə zibil atmağa getməsindən istifadə edərək evdən küçəyə çıxmış, tanımadığı 40-45 yaşlarında bir nəfər kişidən xahiş edərək telefonunu götürüb atasına zəng etmiş və Rüstəmin onu döydüyünü, qayıtmaq istədiyini bildirmişdir. Atası onun qayıtmağına etiraz edərək demişdir ki, “səhər özüm gələcəm”. Həmin günü, saat 19 radələrində telefonunu götürüb zəng etdiyi həmin kişi Rüstəmgilə gələrək Rüstəmin nənəsi Xəzəngülə onun telefonla danışmağını demişdir. Nənəsi Xəzəngül işdən gələndə Rüstəmə və qaynanası Zərifəyə bu barədə demişdir. Rüstəm ondan atasına zəng etməyinin səbəbini soruşmuş və o, darıxdığını, ata evinə getmək istədiyini bildirmişdir. Rüstəm ondan yad insandan niyə telefon istəməyini soruşduqda, o da əsəbləşərək cavab vermişdir ki, “mən atamın evindən qaçan Əfsanəyəm, buradan qaçmaq mənim üçün heç nədir”. Yad kişinin telefonunu götürüb danışdığına görə Rüstəm əsəbləşərək onu döymüşdür. Növbəti gün Rüstəm, Rüstəmin anası və xalası Yasəmən onu atasının evinə aparmışlar. Atası ondan soruşmuşdur ki, “Rüstəm səni vurub?”. Rüstəmi satmayaraq onu vurmadığını bildirmişdir. Atası onu qəbul etməyərək geri qaytarılmağını istəmişdir. O, atasına geri qayıtmayacağını demişdir. Atası onu qaytarıb gətirdikləri üçün zəng edərək polis çağırmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Daha sonra Rüstəmgil çıxıb getmişlər. Növbəti gün atası ilə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gedərək bu barədə izahat vermişlər. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Rüstəmgilin evində Rüstəmlə ilk dəfə cinsi əlaqədə olan zaman onun cinsiyyət üzvündə qan əmələ gəlmişdir. Rüstəmlə ancaq təbii yolla cinsi əlaqədə olmuş, qeyri-təbii yolla heç vaxt olmamışlar. Hazırda onlar Rüstəmlə barışmışlar və yenidən bir yerdə yaşayırlar. Ona görə də, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, Dalan 1-də arvadı Gülli və qızı Əfsanə ilə birlikdə yaşayır. Böyük qızı Quba rayonu, Qəni-dərə kəndinə ərə gedib. xx.xx.2019-cu il tarixdə, günorta saatlarda qızı Əfsanə evdən yoxa çıxmışdır. O, elə fikirləşmişdir ki, yaxın qohumlarıgilə getmişdir. Axsam saatlarında Əfsanə evə gəlmədiyi üçün və həmçinin mobil telefonuna zəng çatmadığından narahat olmağa başlamışdır. Yaxınlıqda yaşayan qohumlara zəng etsə də, Əfsanədən bir xəbər çıxmamışdır. Saat 23 radələrində Əfsanə tanımadığı nömrədən ona zəng edərək, Xaçmaz şəhər sakini sevdiyi Rüstəm adlı oğlanla könüllü şəkildə qaçdığını və hazırda Rüstəmlə birlikdə Xaçmaz rayonu, Nabran kəndində yaşayan Rüstəmin xalasıgildə olduğunu bildirmişdir. O, əsəbləşərək Əfsanəyə geri qayıtmasını bildirmişdir. Əfsanə isə Rüstəmi sevdiyini və geri qayıtmayacağını bildirmişdir. O, Əfsanəyə növbəti gün Xaçmaza gələrək aparacağını bildirmişdir. Bundan sonra o, Rüstəmin xalası Yasəmənlə danışmış və Xaçmaz şəhərinin dairəsində görüşəcəkləri barədə razılaşmışlar. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə, səhər saatlarında o, yaşadığı evdən çıxaraq Xaçmaz şəhəri dairəsində Rüstəm, Rüstəmin anası, Rüstəmin xalası və Əfsanə ilə görüşmüş və hamı birlikdə Rüstəmgilin yaşadığı evə getmişlər. Rüstəmgilin həyətinə yenicə daxil olmuşlar ki, Rüstəmin anası Zərifənin əmisi 65-70 yaşlarında olan Şükür də gəlmişdir. Şükür bir ağsaqqal kimi ona demişdir ki, “qızın könüllü şəkildə qaçıb gəlibsə, bu qapıdan geriyə çıxa bilməz, biri-birini istəyirlər, bu evdə qalmalıdı”. O, cibindən Əfsanənin şəxsiyyət vəsiqəsini çıxarıb həyətdə olan Rüstəmə, Rüstəmin anası Zərifəyə, nənəsi Xəzəngülə və Şükürə göstərərək demişdir ki, “Əfsanə azyaşlıdır, 16 yaşı hələ tamam olmayıb, aparım, barmağına üzük taxarsız, yaşı tamam olanda evləndirərik”. Onlar demişdilər ki, “qızı aparsan, sonra verməyəcəksən”. Qızı Əfsanə da onunla geri qayıtmağa razı olmadığı üçün o, əlacsız qalaraq oradan çıxıb evinə getmişdir. O, Rüstəmin anasına demişdir ki, “siz bizə barışığa gəlməyincə, mən bu qapıya gəlməyəcəm”. Bundan sonra Əfsanə Rüstəmgildə qalmağa başlamış və ara-sıra onlarla ilə zəngləşərək danışmışdır. Amma barışıq olmadığı üçün onlar gedib Əfsanəyə baş çəkməmişlər. Sonradan Rüstəm onlara demişdir ki, Əfsanə ilə noyabr ayında toy edəcək. Amma Rüstəm toyun dəqiq vaxtını deməmişdir. Təxminən bir həftədən sonra onlara məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayında Rüstəm ilə Əfsanənin el adəti ilə toyları olmuşdur. Amma toyun dəqiq vaxtını onlara xəbər vermədikləri və onları dəvət etmədikləri üçün nə onlar, nə də ki, heç bir qohum-qardaşı toyda iştirak edə bilməmişlər. O, Rüstəmə sonradan zəng edərək “niyə bizi toya çağırmamısınız, düz hərəkət etməmisiniz” deyərək narazıçılığımı bildirmişdir. Rüstəm isə ona cavab vermişdir ki, “biz sizə barışığa gələcəyik, bu səbəbdən də sizi toya dəvət etməmişik”. xx xxxxxx 2020-ci il tarixdə o, Rüstəmin telefonuna zəng edərək Əfsanə ilə danışmışdır. Əfsanə ağlayaraq ona demişdir ki, “yeni ildə niyə bizə gəlmədiniz, nə qədər gözləmişəm”. O, cavab vermişdir ki, “Rüstəmgil barışığa gəlməyincə, mən o qapıya gəlməyəcəm”. Bundan sonra o, bir neçə dəfə Rüstəmə zəng etsə də, zəng çatmamış, bu səbədən də Əfsanə ilə telefon əlaqəsi saxlaya bilməmişdir. Fikirləşmişdir ki, yanvar ayının axırlarında gedib Əfsanəyə baş çəkərlər. xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında tanımadığı mobil telefon nömrəsindən ona zəng gəlmiş, telefona cavab verəndə bilmişdir ki, Əfsanədir. Əfsanə ona demişdir ki, “Rüstəm məni döyür, mən evə qayıtmaq istəyirəm”. O, Əfsanənin qayıtmağına etiraz edərək demişdir ki, “səhər özüm gələcəm”. Həmin günü, saat 18 radələrində ona zəng gələn nömrəyə zəng edərək qızı Əfsanənin harada olmasını soruşmuş və demişdir ki, “Əfsanə Rüstəmin arvadıdır, get, onlara telefonu qızıma ver, danışım”. Həmin şəxs ona cavab vermişdir ki, “Rüstəmi tanımıram”. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs öz telefonu vasitəsilə Əfsanənin atasına (ona) zəng etdiyi barədə Rüstəmgilin evinə gedərək məlumat vermiş, bu səbədən Rüstəmgil Əfsanəni danlamış və hətta Rüstəm əsəbləşərək qızını vurmuşdur. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Zərifə ona zəng edərək bildirmişdir ki, “Əfsanəni gətirib sizə gəlirik”. Saat 10 radələrində Rüstəm, Zərifə və xalası Yasəmən Əfsanəni onlara gətirmişlər. O, Əfsanədən soruşmuşdur ki, “Rüstəm səni vurub?”. Əfsanə Rüstəmin vurmadığu bildirmişdir. O, Əfsanəni qəbul etməyərək geri qaytarılmağını istəmişdir. Əfsanə isə ona geri qayıtmayacağını demişdir. O, qızını Rüstəmgil qaytardıqları üçün zəng edərək polis çağırmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Daha sonra Rüstəmgil çıxıb getmişlər. Növbəti gün o, Əfsanə ilə birlikdə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gedərək bu barədə izahat vermişdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, ünvan 1 ünvanında yerləşən evin birinci mərtəbəsində oğlu Rüstəm və anası Xəzangül ilə birlikdə yaşayır. Evin ikinci mərtəbəsində qardaşı Nizami arvadı Fərqanə və iki uşağı ilə birlikdə yaşayır. Oğlu Rüstəmin bir yaşı olanda əri Aslanla boşanaraq hal-hazırda yaşadıqları öz ata evinə gəlmişdir. Keçmiş əri Aslan 1998-ci ildə rəhmətə getmişdir. Rüstəm tək övladıdır. O, rəsmi olaraq heç bir yerdə işləmir, hərdən iş düşsə, fərdi əməklə məşğul olur. Rüstəm isə Xaçmaz şəhərində yerləşən X7 yük meydançasında yük doldurub-boşaldaraq fəhlə kimi işləyir. 2019-cu ilin sentyabr ayının ortalarında X7 yük meydançasında yay mövsümünün başa çatması ilə bağlı yük daşınması işi dayandığı üçün oğlu Rüstəm işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Rüstəm Bakı şəhərində kirayədə qalaraq işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Xaçmaz rayonu, Nabran kəndində yaşayan bacısı Yasəmən ona zəng edərək oğlu Rüstəmin Bakı şəhərindən sevdiyi bir qızı qaçırarak onlara gətirdiyini bildirmişdir. O, həmin günü, saat 23 radələrində bacısıgilə gedərək Rüstəmin həqiqətən də Əfsanə adlı qızı qaçırdığını görmüşdür. O, Rüstəmi özbaşına hərəkət edərək və el adətini pozaraq qız qaçırmasına görə tənbeh etmişdir. Əfsanə ona Rüstəmi sevdiyi üçün könüllü şəkildə qaçdığını bildirmişdir. Rüstəm də Əfsanəni sevdiyini bildirmişdir. Ona məlum olmuşdur ki, Əfsanə Abşeron rayonu, Mehdiabad qəsəbəsində atası və anası ilə birlikdə yaşayır, Rüstəmlə Bakı şəhərində təsadüfən tanış olmuş və onlar bir neçə gün telefon əlaqəsi saxladıqdan sonra evlənmək məqsədilə Rüstəmlə qaçmaq qərarına gəlmişdir. Əfsanədən bu barədə valideynlərinin xəbəri olub-olmadığını soruşmuşdur. Əfsanə Rüstəmlə qaçması barədə valideynlərinin məlumatı olmadığını bildirdiyi üçün Rüstəmə demişdir ki, Əfsanəin atasına zəng edib xəbər vermək lazımdır. Əfsanə Rüstəmin mobil telefonu ilə atası, yəni sonradan adını bildiyi Ayaza zəng edərək Xaçmaz şəhər sakini sevdiyi Rüstəm adlı oğlanla könüllü şəkildə qaçdığını və hazırda Rüstəmlə birlikdə Xaçmaz rayonu, Nabran kəndində yaşayan Rüstəmin xalasıgildə, yəni bacısı Yasəməngildə olduğunu bildirmişdir. Atası bunu eşidən kimi qızını tənbeh etməyə başlamış və Əfsanəyə evə qayıtmağı bildirmişdir. Əfsanə atasına geri qayıtmayacağını, Rüstəmi sevərək qaçdığını demişdir. Atası Əfsanədən kimin evinə qaçıbsa, ev sakini ilə danışmaq istədiyini bildirdiyi üçün bacısı Yasəmən telefonu götürüb Əfsanənin atası Ayaz ilə danışmışdır. Əfsanənin atası növbəti gün Xaçmaza gələrək qızını aparacağını bildirmişdir. Bundan sonra o, gecəni qalmaq üçün Xudat şəhərində yaşayan xalası Yavərgilə getmişdir. Rüstəm və Əfsanə bacısı Yasməngildə qalmışdır. Növbəti gün, səhər saatlarında Rüstəm, Əfsanə və bacısı Yasəmən ilə Xudat şəhər avtovağzalında görüşmüş və onlar birlikdə Xaçmaz şəhərinə yola düşmüşlər. Yola düşməmişdən əvvəl doğma əmisi Şükürə zəng edərək Rüstəmin qız qaçırması barədə qısaca məlumat verib ondan bir ağsaqqal kimi onlara gəlməsini xahiş etmişdir. Xaçmaz şəhər dairəsində Əfsanənin atası Ayaz ilə görüşmüş və hamı birlikdə yaşadıqları evə gəlmişlər. Həyətlərinə yenicə daxil olmuşlar ki, bu məsələyə görə bir ağsaqqal kimi dəvət etdiyi əmisi Şükür də gəlmiş və Əfsanənin atasından qızının neçə yaşı olduğunu soruşmuşdur. Əfsanənin atası cavab vermişdir ki, “qızım azyaşlıdır, 16 yaşı 2020-ci ilin mart ayının 26-da tamam olacaq”. Əfsanənin onlara dediyi yaşla atasının dediyi yaş arasında ziddiyyət olduğu üçün onlar Əfsanənin atasından qızının şəxsiyyət vəsiqəsini istəmişlər ki, Əfsanənin neçə yaşda olmasını dəqiqləşdirsinlər. Atası Ayaz cibindən Əfsanənin şəxsiyyət vəsiqəsini çıxarıb göstərərək demiş ki, “martın 26-da qızımın yaşı tamam olan kimi bu vəsiqəni dəyişəcəm və martın 27-də yenisini gətirib sizə verəcəm”. Amma onlar vəsiqəni yaxından görə bilməmiş və Ayaz da vəsiqəni onlara baxmağa verməmişdir. Ayazın vəsiqəni onlara baxmağa verməməsinin və martın 27-də dəyişərək yenisinin gətirəcəyinin səbəbini başa düşməmişlər. Onlar Ayaza demişlər ki, “qızının yaşı azdısa, götürüb apar”. Ayaz cavab vermişdir ki, “Əfsanə istəyərək qaçıb özü gəlibsə, onu qəbul etmirəm, ömrünün sonuna kimi bu evdə də qalmalıdı”. Əmisi Şükür ağsaqqal kimi onların tərəfdən çıxış edərək Ayazın dedikləri ilə razılaşmışdır. Ayaz qohumluq əlaməti olaraq onlarla səmimi şəkildə sağollaşıb getmişdir. Ayaz gedəndən sonra Əfsanədən 18 yaşı olmasını bildirərək onlara yalan danışmasının səbəbini soruşmuşlar. Əfsanə demişdir ki, “mən düz danışıram, atam aylıq qaçqınlara verilən yardım pulunu 18 yaşıma çatana kimi almaq üçün şəxsiyyət vəsiqəmdə yaşımı azaldıb”. Onlar Əfsanənin 18 yaşı olmasına inanmışlar. Bacısı Yasəmən də sağollaşaraq öz evinə çıxıb getmişdir. Bundan sonra Əfsanə onların evdə qalmağa başlamış və ara-sıra valideynləri ilə zəngləşərək danışmışdır. Amma onlardan heç biri gəlib Əfsanəyə baş çəkməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayında Rüstəm ilə Əfsanənin toyu olmuş və beləliklə, Rüstəm və Əfsanə rəsmi nikah müqaviləsi bağlamadan evlənmişlər. Amma toya Əfsanənin nə valideynləri, nə də ki, heç bir qohum-qardaşı gəlməmişdir. Buna səbəb Əfsanənin qohumlarını, hətta valideynlərini də çağırmağa etiraz etməsi olmuşdur. Əfsanə onlara demişdir ki, qohumları və atası toyda dava-dalaş salmağa meyillidir, əsasən də toyda sərxoş olandan sonra onun qaçması yadlarına düşüb daha da əsəbləşəcəklər. Ona görə də onlar noyabr ayının sonlarında toy edəcəklərini Əfsanənin valideynlərinə desələr də, toyun dəqiq vaxtını onlara bildirməmişlər. Toydan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Əfsanənin bakirəliyinin pozulmasını el adətinə uyğun olaraq qız tərəfdən yengə kimi dayanmış əmisi gəlini Reyhan və oğlan tərəfdən yengə kimi dayanmış qardaşı Nizaminin arvadı Fərqanə təsdiq etmişdir. Reyhanın ona veridiyi qanlı əskini sonradan yandırmışlar. Həmin vaxtdan Rüstəm və Əfsanə ər-arvad kimi yaşamağa başlamışdır. Bir müddət sonra Əfsanə öz ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman onlara toy olması barədə demiş, amma onlar tərəfədən təbrik etməyə heç kim gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ayaz Rüstəmin telefonuna zəng edərək qızı Əfsanə ilə danışmışdır. Əfsanə ağlayaraq atasına demişdir ki, “yeni ildə niyə gəlmədiniz, nə qədər gözləmişəm”. Əfsanə telefon ilə danışdıqdan sonra onlara demişdir ki, “atam deyir ki, orada nə hoqqa durğuzursuz ki?, gəlib baxacam”. Əfsanənin atası Ayazın bu sözü deməsinə onlar məhəttəl qalmış və bunun səbəbini də bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarından sonra işdə olarkən anası Xəzangül ona zəng edərək Əfsanənin səbəbsiz olaraq evdən qaçmasını və bir müddət sonra evə qayıtmasını bildirmişdir. Bu xəbəri eşidən kimi çox pis olmuşdur. Saat 22 radələrində işdən evə gələndə görmüşdür ki, Rüstəm evə işdən yenicə gəlib. Rüstəm xəbər tutub pis olmaması üçün anasını həyətə çağırmışdır ki, Əfsanənin evdən qaçması barədə soruşsun. Onlar həyətə çıxanda Rüstəm də şübhələnərək arxalarınca gəlmiş və ondan nə baş verdiyini soruşmuşdur. O, cavab vermişdir ki, “bircə bu qalmışdı ki, Əfsanə evdən qaçıb”. Rüstəm Əfsanənin hara və nə səbəbdən qaçması barədə soruşduqda, anası Xəzangül cavab vermişdir ki, günorta saatlarında mən və Rüstəm işdə olarkən o, yaxınlıqdakı zibilliyə zibil atıb evə gələndə Əfsanəni evdə görməmiş, 10-15 dəqiqə sonra Əfsanə evə gələrək “nənə səni axtarmağa getmişdim” demiş, o, “ay bala mən hara getmişdim ki?, zibili atıb gəlirdim də” deyərək cavab vermişdir. Anası əlavə edərək demişdir ki, saat 19:30 radələrində yaşadıqları evə gələn tanımadığı 40-45 yaşlarında bir nəfər kişi Rüstəmgilin evinin bura olmasını soruşaraq bildirmişdir ki, günorta saatlarında bir nəfər qız həmin şəxsə yaxınlaşıb “iki küçə o tərəfdə Rüstəmgildə qalıram” deyib mobil telefonunu istəyərək atasına zəng etmişdir. Anası bu sözləri deyəndən sonra o, Əfsanədən evdən qaçmasının səbəbini soruşmaq üçün həyətdən evə keçmişdir. Rüstəmi söz-söhbət yaranmaması üçün evə qoymamışlar. Əfsanə atası ilə danışdığını, onlarada qalmaq istəmədiyini, atasının evinə getmək istədiyini bildirmişdir. O, Əfsanədən niyə getmək istədiyini soruşduqda, Əfsanə cavab vermişdir ki, “mən atamın evindən qaçan Əfsanəyəm, buradan qaçmaq mənim üçün heç nədir”. Bir neçə dəqiqə sonra Rüstəm də evə gələrək Əfsanədən evdən qaçmasının səbəbini soruşmuş və Əfsanə Rüstəmə də eyni cavabı vermişdir. Əfsanənin onların evdə bir gəlin kimi yaşamaq istəmədiyini nəzərə alaraq və Əfsanənin gələcəkdə bir daha evdən qaçacağını, hətta bu dəfə evə qayıtmayacağından ehtiyat edərək Əfsanəni valideynlərinə təhvil vermək qərarına gəlmişlər. Zəng edərək bacısı Yasəmənə Əfsanənin evdən qaçması barədə demişdir. Yasmən də onun fikri ilə razılaşaraq Əfsanəni valideynlərinə təhvil verməyi məsləhət görmüşdür. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Rüstəm və bacısı Yasəmənlə birlikdə Əfsanəni yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmışlar. Evlərinə çatan kimi valideynləri Əfsanədən soruşmuşlar ki, “Rüstəm səni vurub?”. Əfsanə vurulmadığını bildirmişdir. Onlar Əfsanənin evdən qaçması, ata evinə getmək istəməsi, Rüstəmlə yaşamaq istəməməsi, gələcəkdə bir daha evdən qaçacağından və hətta evə qayıtmayacağından ehtiyat etdiklərini valideynlərinə izah etmişlər. Bunları izah etməklərinə baxmayaraq atası Ayaz onlardan soruşmuşdur ki, “qızımı gətirməkdə məqsədiniz nədir?”. Onlar cavab vermişlər ki, “evdən qaçan gəlin bizə lazım deyil, bu hal yenə də təkrarlanacaq”. Əfsanənin atası qızını onlardan qəbul etməyərək geri qaytarılmasını istəmişdir. Əfsanə isə atasına geri qayıtmayacağını demişdir. Atası onlara zəng edərək polis çağırdığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və Əfsanədən döyülüb-döyülməməsi barədə soruşmuşlar. Əfsanə döyülmədiyini bildirmişdir. Bundan sonra Rüstəm və Yasəmənlə oradan çıxaraq yaşadıqları evə qayıtmışlar. Bir neçə gün sonra Rüstəmi Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə dəvət etmişlər və Rüstəm polisə gedərək olanlar barədə izahat vermişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, Rüstəm qaçırdığı gün Əfsanə ona 18 (on səkkiz) yaşı olduğunu və 2020-ci ilin mart ayının 26-da 19 (on doqquz) yaşı olacağını bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə atası gedəndən sonra Əfsanə öz yaşının şəxsiyyət vəsiqəsi ilə 2020-ci ilin mart ayının 26-da 16 (on altı), həqiqətdə isə 19 (on doqquz) olacağını bildirmişdir. Əfsanə yaşının şəxsiyyət vəsiqəsində az olmasının səbəbini belə izah etmişdir ki, aylıq qaçqınlara verilən yardım pulunu 18 yaşına çatana kimi almaq üçün şəxsiyyət vəsiqəsində yaşı atası tərəfindən azaldılmış və beləcə onlar qaçın ailəsi kimi yardım pulunu ala bilsinlər. Toy olana kimi Əfsanənin yaşını dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini əldə etməmiş və bununla bağlı hər hansı cəhdlər də etməmişdir. Əfsanənin şəxsiyyət vəsiqəsi olmadığı üçün oğlu Rüstəm rəsmi nikah müqaviləsi bağlamadan evlənmişdir. xx xxxxxxx 2020-ci il tarixdə həyətlərində Əfsanənin atası Ayaz cibindən Əfsanənin şəxsiyyət vəsiqəsini çıxarıb göstərən zaman onlar vəsiqəni yaxından görə bilməmiş və Ayaz da vəsiqəni onlara baxmağa verməmişdir. Buna görə Əfsanənin yaşına şəxsiyyət vəsiqəsində baxaraq gözü ilə görməmişdir, Əfsanə növbəti günü onlara atasının düzgün danışdığını, yəni 16 yaşına çatdığını deməmiş, o Əfsanəyə “qızın 16 yaşına çatmadığının üstü açılsa, Rüstəmlə birlikdə hamımızı tutacaqlar, bu işi heç bilməməlidir”, “gələcəkdə toy olanda qonuşular soruşsalar, 16 yaş demə, 19 yaşın olduğunu deyərəsən” deməmiş, xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayına daxil olmamışdan əvvəl həyətdə olarkən Əfsanəyə “sarayda soruşsalar 19 yaşı var deyərsən” deməmiş, toya bəzənmək üçün qadın salonuna gedəndə Əfsanənin yaşlı görünməsi üçün bəzədilməsini tapşırmamış, Rüstəm xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında işdən evə gələndə Əfsanənin yad insanın telefonu ilə danışdığını bilib Əfsanəni döyməmiş, Rüstəm ümumiyyətlə, Əfsanəni heç vaxt döyməmişdir. Bütün bunlar barədə Əfsanənin dedikləri yalandır. İşdə olan Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi" Publik hüquqi şəxsinin 01 saylı şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci tarixli, 79A nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti müayinədən 2 (iki) həftədən artıqdır, Zərərçəkmiş şəxs onunla qeyri-təbi yolla qrxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqə zamanı hər hansı bir xəsarət və ya xəsərət izi qalmırsa, bunu məhkmə-tibbi yolla təyin etmək mümkün olmur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 16 (on altı) yaşına çatmayan şəxs – xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə sonuncunun öz könüllü razılığı ilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarının yanında görüş təyin edərək oradan Xaçmaz rayonu, Nabran kəndinə yaşayan doğma xalası X1 evinə və növbəti gün isə xalasıgildən öz yaşadığı Xaçmaz şəhəri, Babək küçəsi ev 20-yə aparmış, bir müddət birlikdə yaşadıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə toy şənliyi təşkil edib qeyri-rəsmi olaraq Zərərçəkmiş şəxs ilə evlənmiş və həmin tarixdə, saat 21 radələrində yaşadığı Xaçmaz şəhəri, Babək küçəsi ev 20-də Zərərçəkmiş şəxs ilə sonuncunun öz könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olaraq xx xxxxxx 2020-ci il tarixədək ərarvad kimi birlikdə yaşamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, hazırda zərərçəkmişlə barışaraq bir yerdə yaşamalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğunu məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, zərərçəkmiş şəxslə barışıb bir yerdə yaşamasın, habelə cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq edərək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq etməklə üzərində sınaq müddəti müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-11/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-11/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver