Məhkəmə qərarları › İş №1(067)-11/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-11/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-11/2022 20.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(067)-12/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək həbsdə olduğu 02 ay 25 gün müddət və 31 mart 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə olduğu 03 ay 16 gün müddət, ümumilikdə həbsdə olduğu 06 (altı) ay 11 (on bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 1(105)-24/2022 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(067)- 12/2021 saylı hökmü dəyişdirilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək və 31 mart 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək həbsdə olduğu ümumilikdə 06 (altı) ay 10 (on) gün müddət çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində «8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilməklə ona təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həbs olunana qədər Xaçmaz rayonunun Gəncəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində müvafiq axtarış qərarı əsasında “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmənin 26 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində elan edilmiş axtarışda olan zaman təkrar satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metafetamini saxlamaqla daşımış, 31 mart 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,643 qram, 0,075 qram, 0,050 qram, 0,063 qram və 0,078 qram olmaqla ümumi çəkisi 0,909 qram təşkil edən 05 büküm kustar üsulla hazırlanmış narkotik vasitə heroin və hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,049 qram, 0,051 qram, 0,042 qram, 0,052 qram, 0,077 qram, 0,112 qram, 0,073 qram, 0,094 qram və 0,291 qram olmaqla ümumi çəkisi 0,841 qram təşkil edən 09 büküm kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, bununla da o, təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik maddə olan marixuananı siqaretə doldurub çəkmək yolu ilə qəbul edir. 31 mart 2021-ci il tarixdə səhər saat 10 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən “Çənlibel” parkında gəzərkən yerdə bir ədəd siqaret qutusunun olduğunu görmüş və həmin siqaret qutusunun qabının şişmiş vəziyyətdə olması onun diqqətini cəlb etmiş, qutunu götürüb içərisinə baxdıqda qutunun içərisində kağız bükümlərin olduğunu, bükümlərin birini açıb baxdıqda isə içərisində narkotik maddə olduğunu görmüşdür. Siqaret qutusunu cibinə qoyub oradan uzaqlaşmışdır. Günorta radələrində Xaçmaz şəhəri Nərimanov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb Xaçmaz rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunduğunu və qanunsuz olaraq narkotik maddələri daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirərək onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra ona müdafiəçinin iştirakı və video görüntü ilə üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, etiraz etməyərək cibində olan, Xaçmaz şəhəri ərazisində yerləşən “Çənlibel” parkında yerdən tapdığı və içərisində narkotik maddə olan siqaret qutusunu əynindəki qara rəngli cins şalvarın sol yan cibindən çıxarıb könüllü olaraq təqdim etmişdir. Həmin siqaret qutusuna polis əməkdaşları tərəfindən baxılarkən içərisində ümumilikdə 14 ədəd bükümlərin olduğu müəyyən edilmişdir. O, əvvəlcədən həmin qutuda olan bükümlərin sayı barədə məlumatı olmadığını, siqaret qutusunu tapdığı kimi də cibində saxladığını bildirmişdir. Bundan sonra bununla bağlı protokol tərtib olunmuş və o, protokolun doğruluğunu, həmçinin narkotik vasitə qablaşdırılmış zərfin üzərini imzası ilə təsdiq etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 31 mart 2021-ci il tarixdə etibarlı mənbədən Xaçmaz rayonunun Gəncəli kənd sakini, Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması barədə raport əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xaçmaz şəhəri N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə dəvət edilmişdir. X8 tərəfindən müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs Xaçmaz Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunub hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra vidleoçəkilişin aparılması Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi, saxlanılması qadağan olunan hər-hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Rothmons” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Baxış zamanı həmin siqaret qutusunun içərisindən ümumilikdə 14 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər olması aşkar edilmişdir. Bükümlər açılarkən onlardan 5 ədədinin içərisində qəhvəyi rəngli, 9 ədədinin içərisində isə ağ rəngli narkotik maddəyə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəki kütlələnin nə olduğu soruşulduqda o, siqaret qutusunun içərisindəki bükümlərdə olan kütlələrin narkotik vasitə olduğunu, səhər saatlarında Xaçmaz şəhəri Çənlibel parkından tapdığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qurtusunun içərisində olan ümumilikdə 14 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər qablaşdırılaraq üzəri möhürlənib götürülmüş və tərib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materillarında olan “Şəxsi axtarış aparılması haqqında” 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Rothmans» markalı siqaret qutusunun içərisində 05 büküm narkotik vasitə heroin və 09 büküm psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci tarixli, 6/1279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN üçün №58» dairəvi möhür əksi olan, üzərində «1) Təqsirləndirilən şəxs imza, 2) Şahid2 Xanbala oğlu imza.....» yazı və imzalar olan zərfdə 05 ədəd bükümdə ümumi çəkisi 0,909 qram olan qəhvəyi rəngli, tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi çəkisi 0,841 qram ağ rəngli kristalşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kuüstar üsulla hazırlanmış psixotrop maddə- metafetamindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metafetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,759 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,661 qram təşkil edir. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Nafıh oğlunun iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd «Rothmans» markalı siqaret qutusunun içərisində 05 büküm narkotik vasitə heroin və 09 büküm psixotrop maddə metafetamin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 31 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirildiyini, axtarış zamanı həmin gün saat 10 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən «Çənlibel» parkından taparaq şəxsi istifadəsi üçün əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd «Rothmans» markalı siqaret qutusunun içərisində olan 05 büküm narkotik vasitə heroini və 09 büküm psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında müstəntiqin 05 aprel 2021-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında 21 avqust 2021-ci il tarixli qərarlarından müəyyən olunur ki, 31 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 0,909 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,841 qram olan psixotrop maddə metafetamin, habelə 31 mart 201-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 01 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə heroinin 0,15 qramı (hər obyektdən 0,03 qram olmaqla), psixotrop maddə metafetaminin 0,18 qramı (hər obyektdən 0,02 qram olmaqla) tədqiqatlara sərf edilməklə istifadə olunması nəzərə alınmış, qalan 0,759 qram çəkidə narkotik vasitə heroin və 0,661 qram çəkidə psixotrop maddə metafetamin 01 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmiş, CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli, 2481 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25 oktyabr 2021-ci il tarixli tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(067)-12/2021 saylı hökmündən və Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022ci il tarixli, 1(105)-24/2022 saylı qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(067)-12/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək həbsdə olduğu 02 ay 25 gün müddət və 31 mart 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə olduğu 03 ay 16 gün müddət, ümumilikdə həbsdə olduğu 06 (altı) ay 11 (on bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 1(105)-24/2022 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(067)-12/2021 saylı hökmü dəyişdirilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək və 31 mart 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək həbsdə olduğu ümumilikdə 06 (altı) ay 10 (on) gün müddət çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində «8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilməklə ona təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Xaçmaz rayon X5 Hüquqi Şəxsinin direktoru Tərəfinfən verilmiş 19 aprel 2022-ci il tarixli, 690 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 baş həkiminin 08 may 2021-ci il tarixli, 771 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba rayon X2 müraciət etməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmənin 26 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində elan edilmiş axtarışda olan zaman təkrar satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metafetamini saxlamaqla daşımış, 31 mart 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,643 qram, 0,075 qram, 0,050 qram, 0,063 qram və 0,078 qram olmaqla ümumi çəkisi 0,909 qram təşkil edən 05 büküm kustar üsulla hazırlanmış narkotik vasitə heroin və hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,049 qram, 0,051 qram, 0,042 qram, 0,052 qram, 0,077 qram, 0,112 qram, 0,073 qram, 0,094 qram və 0,291 qram olmaqla ümumi çəkisi 0,841 qram təşkil edən 09 büküm kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, bununla da o, təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(067)-140/2021 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 27 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 27 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,759 qram təşkil edən narkotik vasitə heroin və 0,661 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88,70 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 27 yanvar 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra ümumi qalıq çəkisi 0,759 qram təşkil edən narkotik vasitə heroin və 0,661 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar