Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-110/2020 05.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Xaçmaz rayonunun Hacıisa-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Xaçmaz rayonunun Hacıisa-oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxx 2011-ci il təvəllüdlü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa 70 manat olmaqla cəmi 210 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimnə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixdə tələbkar Zərərçəkmiş şəxs 8400,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxx 2011-ci il təvəllüdlü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaga 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli, 2(067)-4509/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qayadada cərimə olunmuşdur. Cərimə edildikdən sonra yenidən izahatı alınmaqla ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbardar edilməyinə baxmayaraq, barəsində cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs xeyrinə 8400 manat məbləğində aliment borcunu məhkəmə qətnaməsi ilə razı olmadığından ödəməmişdir. Aliment borcunu ödəməməsinin səbəbi məhkəmə qətnaməsi ilə razı olmaması olmuşdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Təqsirləndirilən şəxsla birgə nikahlarından xx xxxx 2011-ci ildə Günay, xx xxxxxx 2013-cü ildə Nuray və xx xxxxx 2014cü ildə Əsməgül adlı övladları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş, o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ilə aralarındakı nikah pozulmuş, uşaqları- xx xxxx 2011-ci il təvəllüdlü X3, xx xxxxxx 2013-cü təvəllüdlü X4 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat miqdarında alimentin alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilməsinə və borclu Təqsirləndirilən şəxs imkanının olmasına baxmayaraq, üzrsüz səbəbdən heç bir aliment ödənişi etməmiş və yaranmış 8400 manat məbləğində aliment borcunu onun xeyrinə qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxx 2011-ci il təvəllüdlü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbədar edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs 8400 manat məbləğində aliment borcunu ödəməməklə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 Canbaxış oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs xx xxxxxxx 2016-cı ildə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını xx xxxxxxxx 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx xxxx 2011-ci ildə Günay, xx xxxxxx 2013-cü ildə Nuray və xx xxxxx 2014-cü ildə Əsməgül adlı üç nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, Təqsirləndirilən şəxs xx xxxx 2011-ci ildə anadan olmuş Günayın, xx xxxxxx 2013-cü ildə anadan olmuş Nurayın və xx xxxxx 2014-cü ildə anadan olmuş Əsməgülün yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla cəmi 210 manat miqdarında alimentin tutlaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2011-ci ildə anadan olmuş Günayın, xx xxxxxx 2013-cü ildə anadan olmuş Nurayın və xx xxxxx 2014-cü ildə anadan olmuş Əsməgülün yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla cəmi 210 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata qəbul edilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(067)- 16/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(067)-810/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Əhədov X5 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-4509/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 3(067)-810/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Əhədov X5 rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(067)-810/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən inzibati məsuliyyətə cəlb edildikdən sonra ona xəbərdarlıq məktubları göndərilməklə müəyyən olunmuş müddət ərzində aliment borcunu ödəməsi sonuncu dəfə təklif olunmuş, əks təqdirdə barəsində cinayət işinin başlanılması ilə əlaqədar təqdimat göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Əhədov X5 rayon məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 2 il sınaq müdəti müəyyən edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 1 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş, sınaq müddəti başa çatdıqdan sonra qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hacıisa-oba X7 üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxx 2011-ci il təvəllülü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)- 4509/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək yəni xx xxxxxx 2019-cu il tarixdə tələbkar Zərərçəkmiş şəxs 8400 manat məbləğində aliment borcunu, ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri Faiq Rəhimovun xx xxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(067)-110/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 26 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 150 (bir yüz əlli) manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında göstərdiyi cəmi 26 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 150 (bir yüz əlli) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-110/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-110/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver