Məhkəmə qərarları › İş №1(067)-110/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-110/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-110/2021 05.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “V” Y/S, ev 22, mənzil 90-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan rayon məhkəməsinin 04 noyabr 2020ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib saxlamış, daşımaqla gəzdirmiş və bu fakt 01 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz st. XPŞ-nin və Yalama st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin Xudat dəmir yolu ərazisinin 2476-cı km-də, 4-cü piketin ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq, həmin yerdə üzərinə saat 16:30-17:46 müddətində şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə olan 39.555 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və gödəkçənin sol üst cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş 0,746 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş, həmçinin onun əlində olan qara rəngli idman çantasının içərisindən bir ədəd istifadəyə yararlı, “AFD 1181” №-li, 1994-cü ildə zavod üsulu ilə hazırlanmış 7.62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKMS” markalı, döyüş təyinatlı, yivli-odlu silah - avtomat, 20 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli patron, 01 ədəd istifadə etmək üçün yararlı “Kalaşnikov “ avtomatına aid sandıqça aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib saxlamış, daşımaqla gəzdirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Papanin adlanan ərazidə yol ilə gedərkən yerdə bir ədəd ağ rəngli kağız bükülü olmasını görmüş və bükülünü yerdən götürmüşdür. Həmin bükülünü açıb baxdıqda, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal bükülüdə olanın narkotik vasitə olan heroin olmasını başa düşmüş, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin ərazidən aralandıqdan sonra yerdən tapdığı narkotik vasitədən qəbul etmiş, qalan hissəsini sonrakı istifadəsi üçün əynində olan gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra o, günorta saatlarında tanımadığı yol avtomobili ilə Bakı şəhərindən Xaçmaz rayonu, Xudat şəhərinə gəlmiş, Xudat şəhəri ərazisində yerləşən dəmir yolu xəttləri ərazisində gəzərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmiş, barəsində onlara daxil olmuş əməliyyat məlumatı barədə ona bildirməklə üzərinə şəxsi axtarış keçiriləcəyini ona demişlər, o da buna etiraz etməmişdir. Sonra polis əməkdaşları onun saxlanıldığı yerə Nadir adlı təhqiqatçını dəvət etmiş, təhqiqatçı Nadir gəldikdə ona barəsində Xaçmaz st. XPŞ-nə daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermiş, ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı onu hüquq və vəzifələrinin müdafiəsi üçün vəkillərin siyahısı ilə tanış etmiş, o da siyahıda olan vəkillərdən X4 hüquqi yardımı ilə təmin olunmağını xahiş etmişdir. Sonra təhqiqatçı siyahıda olan vəkillərdən X5 onun saxlanıldığı yerə dəvət etmiş, təhqiqatçı onun vəkilinə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyi təklif etmiş, vəkilinin razılığı ilə təhqiqatçı onu saxlayan üç nəfər polis əməkdaşının yanında şöbəyə barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu təkrarən məlumatlandıraraq ona hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirməklə buna etirazının olub-olmamasını ondan soruşmuşdur. O da etiraz etmədiyini demiş, sonra təhqiqatçı Nadir videoçəkilişi aparmaq üçün bir nəfər polis əməkdaşını dəvət etmiş, videoçəkiliş başladıqda ona hüquq və vəzifələri barədə bildiriş vermişdir. Üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərindən heroin və tiryək narkotik vasitələri, avtomat silahı və həmin silaha aid bir ədəd daraq və darağın içərisində olan 20 ədəd patron aşkar edilmişdir. Lakin onun üzərindən aşkar edilmiş heroin narkotik vasitəsi özünün olmuş, üzərindən aşkar edilmiş tiryək narkotik vasitəsi, həmçinin avtomat silahı onun olmamış, polis əməkdaşları tərəfindən narkotik vasitə - tiryək onun cibinə qoyulmuş, çantada olan avtomat silahının, həmin silaha aid bir ədəd darağın və darağın içərisində olan 20 ədəd patronun ona məxsus olmasını deməyə onu polis əməkdaşları məcbur etmişlər. Həmin silahın çanta ilə birlikdə basdırıldığı yeri ona polis əməkdaşları göstərmiş və o, qazıyaraq çantanı həmin yerdən çıxarmışdır. Həmçinin bildirmişdir ki, o, heroin narkotik vasitəsini 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhərində yerdən tapmışdır, Xudat şəhərinə də 01.04.2021-ci il tarixdə, günorta saatlarında gəlmiş və elə həmin tarixdə günorta saatlarında, yəni 14-15 radələrində Xudat şəhərindəki dəmiryolu ərazisində polis əməkdaşları onu saxlamışlar. Bundan sonra ora təhqiqatçı dəvət edilmiş, təhqiqatçı ona vəkillər siyahısını təqdim etdikdən sonra o, müdafiəçi ilə təmin edilmiş, vəkil həmin yerə gəldikdən sonra üzərində axtarış keçirilmiş və qeyd olunan narkotik vasitələr və avtomat silahı ondan aşkar edilmişdir. Ondan çantada nə olduğunu soruşmuş, o da çantada avtomat silahı olmasını demişdir. Təhqiqatçı həmin çantaya videoçəkilişlə baxarkən çantada olan bir ədəd avtomatı, bir ədəd darağı və darağın içərisində olan 20 ədəd patronu iştirakçılara təqdim etmiş, bundan sonra təhqiqatçı ona ciblərində olan əşyaları çıxardıb təqdim etməsini təklif etmiş, o da etiraz etmədən gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofanın içindəki bükülünü və gödəkçəsinin sol üst cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək, həmin bükülülərdə olanların narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra sənədləşmə işlərinin aparılması üçün təhqiqatçı onun vəkilinin yanında videoçəkilişi dayandırılmasını xahiş etmiş, üzərində aşkar olunmuş narkotik vasitələrlə çantada olan bir ədəd avtomatla onun komplekt hissələri onunla vəkilinin yanında götürməklə ekspertizaya təqdim etmək üçün qablaşdırmışdır. Bundan sonra o, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Özünü yalnız heroin narkotik vasitəsini üzərində saxlamaqla daşımaqda təqsirli bilmiş, ona görə də Cinayət Məcəlləsinin yalnız 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Bakı şəhər sakini "xxxx" ləqəbli, Aqşin adlı şəxsin ADY QSC-nin Xudat stansiyası ərazisində qanunsuz olaraq odlu silah, narkotik vasitə saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə, saat 14:50 radələrində o, Xaçmaz st. XPŞ-nin PPXM-nm komandiri, polis baş serjantı Şahid3 və Yalama st. XPB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra bir nəfər şəxsin əlində qara rəngli çanta ilə stansiya ərazisində olduğunu müşahidə etmişdir. Bu vaxt o, polis baş serjantı Şahid3, polis mayoru Şahid2 həmin şəxsə yaxınlaşaraq odlu silah və narkotik vasitələri üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatlarının olması barədə ona bildirməklə, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Bu vaxt həmin şəxs özünü təqdim edərək Bakı şəhər sakini Təqsirləndirilən şəxs olmasını demişdir. Sonra o, həmin şəxsin barəsində Xaçmaz st. XPŞnin rəhbərliyinə məlumat vermiş, olduqları yerə Xaçmaz st. XPŞ-nin təhqiqatçısı, polis kapitanı Nadir Məmmədov dəvət olunmuşdur. Həmin vaxt saxlanılan Aqşinin əynində qara rəngli idman gödəkçəsi, qara rəngli şalvar və əlində qara rəngli idman çantası olmuşdur. X10 gəldikdən sonra, saxlanılmış Təqsirləndirilən şəxs barəsində st. XPŞ-nə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyahısı təqdim etmiş və siyahıdan vəkil seçməsini təklif etmişdir. Aqşin siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı olduqları yerə siyahıda olan vəkillərdən X5 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Şahin Mütəllimov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, vəkil razılıq verdikdən sonra təhqiqatçı olduqları yerdə onun, polis baş serjantı Şahid3 və polis mayoru Şahid2, sonradan olduqları yerə iştirakçı kimi təhqiqatçı tərəfindən dəvət olunmuş Xaçmaz st. XPŞ-nin xidmət üzrə baş inspektorunun vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 iştirakı ilə Aqşinə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna etirazının olub-olmamasını soruşmuşdur. Aqşin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olmamasını bildirmiş, bundan sonra X10 videoçəkilişin aparılması üçün həmin yerə Xaçmaz st. XPŞ-nin kriminalisti, polis mayoru X9 dəvət etmişdir. Təhqiqatçı videoçəkiliş aparılaraq Aqşinə saxlanılmasının səbəbini deyib ona hüquq və vəzifələrini izah etmiş, Aqşinin əlində daşıdığı və təqdim etdiyi qara rəngli idman çantasına şəxsi axtarış keçirməyə başlamışdır. Çantaya baxarkən çantanın içərisində ağ rəngli kisəyə bükülmüş halda olan bir ədəd avtomat Kalaşnikov, bir ədəd avtomata məxsus daraq və darağın içərisində olan 20 ədəd patronları aşkar edilmişdir. Sonra təhqiqatçı Aqşinə üzərində qanunsuz nə varsa təqdim etməsini demiş, Aqşin idman gödəkçəsinin sol yan cibindən qara sellafon bükülünü özü çıxardaraq təqdim edib həmin bükülüdə olan narkotik vasitə - tiryək olmasını bildirmişdir. Sonra təhqiqatçı Nadir saxlanılan Aqşindən onun ciblərində başqa qanunsuz hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, lakin Aqşin heç bir söz demədiyi üçün Nadir Məmmədov onun ciblərini yoxlayanda Aqşin dərhal əynindəki idman gödəkçəsinin sol sinə tərəfində olan cibindən bir ədəd ağ bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını demişdir. Şəxsi axtarış zamanı Aqşin narkotik vasitələrdən istifadə etdiyini, üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini demiş, bundan sonra X10 Aqşinin üzərinə şəxsi axtarış keçirərkən onun ciblərində sənədləri olan sellofon, açarlar, bir ədəd “Rothmans” siqaret qutusu, həmin qutunun içərisində bir ədəd siqaret gilizi, bir ədəd kibrit qutusu, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 01 manatlıq pul əsginaslarının olmasını müşahidə edərək Aqşinin özünə qaytarmışdır. Təhqiqatçı Aqşinin təqdim etdiyi iki ədəd narkotik vasitələr olan bükümləri, Kalaşnikov avtomatı və komplekt hissələri olan qara idman çantasını ekspertizaya təqdim edilməsi üçün götürmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin əlində çanta ilə olduğunu görüb ona yaxınlaşıb çantada nə olduğunu soruşmuşlar və təqsirləndirilən şəxs çantada silah olduğunu, həmin silahı həbsə düşməzdən əvvəl Nabranda dəniz kənarından taparaq hazırda yaxalandığı yerdən bir qədər aralıda torpağa basdırdığını və həmin silahı götürmək üçün həmin yerə gəldiyini bildirmiş, hadisə yerinə təhqiqatçı gələndən sonra isə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış və silahdan əlavə təqsirləndirilənin üzərindən narkotk vasitələr də aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir, şəxsi axtarış zamanı da təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin və silahın özünə məxsus olduğunu özü etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Bakı şəhər sakini "xxxx" ləqəbli, Aqşin adlı şəxsin ADY QSC-nin Xudat stansiyası ərazisində qanunsuz olaraq odlu silah, narkotik vasitə saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə, saat 14:50 radələrində o, Xaçmaz st. XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xaçmaz st. XPŞ-nin PPXM-nm komandiri, polis baş serjantı Şahid3 ilə birlikdə əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra bir nəfər şəxsin əlində qara rəngli çanta ilə stansiya ərazisində olduğunu müşahidə etmişlər. Bu vaxt o, polis mayoru Şahid1 və polis baş serjantı Şahid3 həmin şəxsə yaxınlaşaraq odlu silah və narkotik vasitələri üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatlarının olması barədə bildirməklə ona özünü təqdim etməsini təklif etmişlər. Bu vaxt həmin şəxs özünü təqdim edərək Bakı şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmiş, sonra polis mayoru Şahid1 həmin şəxs barədə Xaçmaz st. XPŞ-nin rəhbərliyinə məlumat vermiş, olduqları yerə Xaçmaz st. XPŞ-nin təhqiqatçısı, polis kapitanı Nadir Məmmədov dəvət olunmuşdur. Həmin vaxt saxlanılan Aqşinin əynində qara rəngli idman gödəkçəsi, qara rəngli şalvar və əlində qara rəngli idman çantası olmuşdur. X10 gəldikdən sonra, saxlanılmış Təqsirləndirilən şəxs barəsində st. XPŞ-nə əməliyyat məlumatı daxil olmasını deyərək sonuncuya vəkillər siyahısını təqdim edərək siyahıdan vəkil seçməsini təklif etmiş, Aqşin siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı olduqları yerə siyahıda olan vəkillərdən X5 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Şahin Mütəllimov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, vəkil razılıq verdikdən sonra təhqiqatçı olduqları yerdə onun, polis mayoru Şahid1 və polis baş serjantı Şahid3 və sonradan olduqları yerə iştirakçı kimi təhqiqatçı tərəfindən dəvət olunmuş Xaçmaz st. XPŞ-nin xidmət üzrə baş inspektorunun vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 iştirakı ilə Aqşinə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna etirazının olub-olmamasını soruşmuşdur. Aqşin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra X10 videoçəkilişin aparılması üçün həmin yerə Xaçmaz st. XPŞ-nin kriminalisti, polis mayoru X9 dəvət etmişdir. Təhqiqatçı videoçəkiliş aparılaraq Aqşinə saxlanılmasının səbəbini deyib ona hüquq və vəzifələrini izah etmişdir. Videoçəkiliş vaxtı Nadir Məmmədov saxlanılan Aqşinin əlində daşıdığı və təqdim etdiyi qara rəngli idman çantasına baxanda çantanın içərisində ağ rəngli kisəyə bükülmüş halda olan bir ədəd avtomat Kalaşnikov, avtomata məxsus bir ədəd daraq və darağın içərisində olan 20 ədəd patronları aşkar etmişdir. Sonra təhqiqatçı Aqşinə üzərində qanunsuz nə varsa təqdim etməsini demiş, Aqşin idman gödəkçəsinin sol yan cibindən qara sellofon bükülünü özü çıxardaraq təqdim edib həmin bükülüdə narkotik vasitə - tiryəkin olmasını bildirmişdir. Sonra X10 saxlanılan Aqşindən onun ciblərində başqa qanunsuz hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, lakin Aqşin heç bir söz demədiyi üçün təhqiqatçı üzərinə şəxsi axtarış keçirməsini davam edəndə Aqşin dərhal idman gödəkçəsinin sol üst tərəfində olan cibindən bir ədəd ağ bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını demişdir. Şəxsi axtarış zamanı Aqşin narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələr olan bükümləri üzərində öz şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra X10 Aqşinin üzərinə şəxsi axtarış keçirərkən onun ciblərində sənədləri olan sellofon, açarlar, bir ədəd “Rothmans” siqaret qutusu, qutunun içərisində bir ədəd siqaret gilizi, bir ədəd kibrit qutusu, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 01 manatlıq pul əsginaslarının olmasını müşahidə edərək Aqşinin özünə qaytarmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd narkotik vasitələr olan bükümləri, içərisində Kalaşnikov avtomatı və avtomatın komplekt hissələri olan qara idman çantasını ekspertizaya təqdim edilməsi üçün götürərək qablaşdırmış, daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin əlində çanta ilə olduğunu görüb ona yaxınlaşıb çantada nə olduğunu soruşmuşlar və təqsirləndirilən şəxs çantada silah olduğunu, həmin silahı həbsə düşməzdən əvvəl Nabranda dəniz kənarından taparaq hazırda yaxalandığı yerdən bir qədər aralıda torpağa basdırdığını və həmin silahı götürmək üçün həmin yerə gəldiyini bildirmiş, hadisə yerinə təhqiqatçı gələndən sonra isə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış və silahdan əlavə təqsirləndirilənin üzərindən narkotk vasitələr də aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir, şəxsi axtarış zamanı da təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin və silahın özünə məxsus olduğunu özü etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Bakı şəhər sakini "xxxx" ləqəbli, Aqşin adlı şəxsin ADY QSC-nin Xudat stansiyası ərazisində qanunsuz olaraq odlu silah, narkotik vasitə saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə, saat 14:50 radələrində o, Xaçmaz st. XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə getmişlər. Orada bir qədər durduqdan sonra bir nəfər şəxsin əlində qara rəngli çanta ilə stansiya ərazisində olduğunu müşahidə etmişlər. Bu vaxt o, polis mayoru Şahid1 və polis mayoru Məhəmməd Məmmədkərimov həmin şəxsə yaxınlaşaraq odlu silah və narkotik vasitələri üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatının olması barədə bildirməklə, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Bu vaxt həmin şəxs özünü təqdim edərək Bakı şəhər sakini Təqsirləndirilən şəxs olmasını demişdir. Sonra polis mayoru Şahid1 həmin şəxs barədə Xaçmaz st. XPŞ-nin rəhbərliyinə məlumat vermiş və olduqları yerə Xaçmaz st. XPŞ- nin təhqiqatçısı, polis kapitanı Nadir Məmmədov dəvət olunmuşdur. Saxlanılan Aqşinin əynində həmin vaxt qara rəngli idman gödəkçəsi, qara rəngli şalvar və əlində qara rəngli idman çantası var idi. X10 gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində st. XPŞ-nə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyahısını təqdim edib vəkil seçməsini təklif etmişdir. Aqşin siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı olduqları yerə siyahıda olan vəkillərdən X5 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Şahin Mütəllimov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini, vəkil razılıq verdikdən sonra təhqiqatçı olduqları yerdə onun, polis mayoru Şahid1, polis mayoru Şahid2 və sonradan olduqları yerə iştirakçı kimi təhqiqatçı tərəfindən dəvət olunmuş Xaçmaz st. XPŞ-nin xidmət üzrə baş inspektorunun vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 iştirakı ilə Aqşinə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuşdur. Aqşin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olmamasını demiş, bundan sonra X10 videoçəkilişin aparılması üçün həmin yerə Xaçmaz st. XPŞ-nin kriminalisti, polis mayoru X9 dəvət etmişdir. Təhqiqatçı videoçəkiliş aparılaraq Aqşinə saxlanılmasının səbəbini deyib ona hüquq və vəzifələrini izah etmişdir. Videoçəkiliş vaxtı təhqiqatçı saxlanılan Aqşinin əlində daşıdığı və təqdim etdiyi qara rəngli idman çantasına baxmağa başlamış, çantaya baxarkən çantanın içərisində ağ rəngli kisəyə bükülmüş halda olan bir ədəd avtomat Kalaşnikov, avtomata məxsus bir ədəd daraq və darağın içərisində olan 20 ədəd patronları aşkar etmişdir. Sonra təhqiqatçı Aqşinə üzərində qanunsuz nə varsa təqdim etməsini demiş və Aqşin idman gödəkçəsinin sol yan cibindən qara sellofon bükülünü özü çıxardaraq təqdim edib həmin bükülüdə olan narkotik vasitənin tiryək olmasını bildirmişdir. Sonra təhqiqatçı Nadir Aqşindən onun ciblərində başqa qanunsuz hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, lakin Aqşin heç bir söz demədiyi üçün Nadir Məmmədov onun üzərinə şəxsi axtarış keçirməyi davam edəndə Aqşin dərhal əynindəki idman gödəkçəsinin sol sinə tərəfində olan cibindən bir ədəd ağ bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını demişdir. Şəxsi axtarış zamanı Aqşin narkotik vasitələrdən istifadə etdiyini, üzərində öz şəxsi istifadəsi üçün həmin narkotik vasitələri gəzdirdiyini bildirmişdir. Bundan sonra X10 Aqşinin üzərinə şəxsi axtarış keçirərkən onun ciblərində sənədləri olan sellofon, açarlar, bir ədəd “Rothmans” siqaret qutusu, qutunun içərisində bir ədəd siqaret gilizi, bir ədəd kibrit qutusu, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 01 manatlıq pul əsginaslarının olmasını müşahidə edərək Aqşinin özünə qaytarmışdır. X12 təqdim etdiyi iki ədəd narkotik vasitələr olan bükümləri, içərisində Kalaşnikov avtomatı və onun komplekt hissələri olan qara idman çantasını ekspertizaya təqdim edilməsi üçün götürmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin əlində çanta ilə olduğunu görüb ona yaxınlaşıb çantada nə olduğunu soruşmuşlar və təqsirləndirilən şəxs çantada silah olduğunu, həmin silahı həbsə düşməzdən əvvəl Nabranda dəniz kənarından taparaq hazırda yaxalandığı yerdən bir qədər aralıda torpağa basdırdığını və həmin silahı götürmək üçün həmin yerə gəldiyini bildirmiş, hadisə yerinə təhqiqatçı gələndən sonar isə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış və silahdan əlavə təqsirləndirilənin üzərindən narkotk vasitələr də aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir, şəxsi axtarış zamanı da təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin və silahın özünə məxsus olduğunu özü etiraf etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dəvət edilərək dindirilmiş şahid X7 ifadəsində bildirdi ki, 01 aprel 2021-ci il tarixdə Xaçmaz st.XPŞ-nin və tabelikdə olan Yalama st. XPB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah və onun komplekt hissələrini əldə etmə və saxlamada, həmçinin narkotik vasitələri üzərində saxlamaqla daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ADY QSCnin Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən keçən dəmir yolu xəttlərinin kənarında, 2476cı km, 4-cü piketin ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirən zaman ona məxsus qara rəngli idman çantasından 01 ədəd qundağı qatlanmış vəziyyətdə olan, üzərində yapışqan lentlə bağlanmış, içərisində 20 ədəd patron olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Aparılmış istintaq zamanı içərisində aşkar edilmiş qeyd edilən silah-sursat olan qara rəngli çanta iş üçün maddi sübut əhəmiyyəti kəsb etməməklə maddi sübut kimi tanınmadığından şöbənin saxlanc yerinə təhvil verilmədən məhv edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. O, hadisə yerinə dəvət edildikdə təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, üzərindən qeyd olunan narkotik vasitələr və sialh-sursat aşkar edilən zaman heç bir etiraz bildirməmiş, özünə məxsus olduğunu bildirmiş, axtarışda vəkil də iştirak etmiş, bu barədə protokollar tərtib edilmiş və təqsirləndirilən şəxs də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalarla düzgün tərtib edildiyi təsdiq edilmişdir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və həmin axtarışın videoçəkilişinin əks olunduğu DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış qeyd olunan tarixdə, saat 16:30 radələrində, dəmir yolu xəttlərinin kənarında, açıq hava şəraitində, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aparılmışdır. Axtarış zamanı qara rəngli idman çantasından 01 ədəd qundağı qatlanmış vəziyyətdə olan, üzərində 1994 AFD 1181 yazıları həkk olunmuş avtomat silahı və həmin silahın yan tərəfdən üzərinə yapışqan lentlə sarınaraq bağlanmış 01 ədəd daraq, həmin daraq təhqiqatçı tərəfindən avtomat silahından çıxardılıb darağın içərisində 20 ədəd patronun olması aşkar edilmişdir. Daha sonra təqsirləndirilən şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofana bükülü, üzəri ağ salfetlə örtülmüş, narkotik vasitə olan tiryəkə oxşar qara rəngli bərk kütlə, gödəkçəsinin sol üst cibindən isə 01 ədəd ağ rəngli kağıza bükülü sarı rəngli bərk kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu, həmin narkotik vasitələri də özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 6/1298 №-li rəyindən müəyyən edilir ki: hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsdən aşkar edilərək tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 39,555 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; -01 ədəd bükümdə təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Tiryək narkotik vasitəsindən ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 39,455 qram, heroin narkotik vasitəsindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,696 qram təşkil etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 10 iyun 2021-ci il tarixli, 1819 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs müayinəsi zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 17 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 ədəd avtomat Kalaşnikov, 20 ədəd patron və bir ədəd sandıqça (darağ) olan qara rəngli idman çantasını nə vaxt, harada və hansı şəraitdə gizlətməsini bildirməklə, həmin yeri əyani olaraq göstərməsi təklif olunmuş, təqsirləndirilən şəxs razı olaraq Xaçmaz RPŞ-nin qarşısından hadisə yerini göstərmək məqsədilə xidməti polis avtomobilinə əyləşib avtomobili Xaçmaz rayonu, Xudat şəhəri istiqamətində sürdürüb Xudat şəhərində yerləşən dəmir yolu stansiyası ərazisində yerləşən avtomobil körpüsünün yaxınlığına sürdürmüş və avtomobili saxlatdıraraq düşüb 01 aprel 2021-ci il tarixdə, saat 14:30-14:40 radələrində həmin ərazidə dəmir yolu xəttlərinin yanında olan kol-kos ərazidə avtomat silahını gizlətdiyi və həmin yerdən çıxardaraq getmək istədiyi yeri, həmçinin üzərində olmuş narkotik vasitələr və idman çantasında olan bir ədəd avtomatı və onun komplekt hissələrini polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi yeri müdafiəçisi Şahin Mütəllimovun iştirakı ilə əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 3/650; 3/651 №-li rəyindən müəyyən edilir ki: tədqiqata təqdim edilmiş 01 (bir) ədəd “AFD 1181” №-li silah 1994-cü ildə zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli olub, “Kalaşnikov” konstruksiyalı, AKMS markalı, döyüş təyinatlı yivli-odlu avtomatdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır; -tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” markalı avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır; -tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 may 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 01 ədəd 7,62 mm kalibrli, AFD 1181 №-li Kalaşnikov konstruksiyalı, AKMS modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 17 iyun 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, həmçinin baxış keçirilməsinin görüntülərinin qeydə alındığı DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi, narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,5 qramdan artıq olması, külli miqdarı isə 50 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,746 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə - tiryəkin təmiz çəkisi isə 39,555 qram olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarında göstərilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına – a) Avtomatik silah; b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah; c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah; d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar); e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar); ə) Yay tipli atıcı mexanizmli silah aiddir. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və “a-ə” yarımbəndlərində göstərilən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına - hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Renspublikası Cinayət Məcəlləsinin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək üzərindən aşkar edilmiş narkotik vasitələrdən yalnız heroinin ona məxsus olduğunu, tiryək narkotik vasitəsinin və “Kalaşnikov” avtomat silahının ona məxsus olmadığını, həmin maddə və əşyaların ona məxsus olmasını deməsi polis əməkdaşları tərəfindən edilən təzyiq nəticəsində olduğunu bildirməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin üzərində aparılmış 01 aprel 2021-ci il tarixli şəxsi axtarışın videoçəkilişindən, həmin axtarışın protokolundan, verdiyi ifadələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərində yerdən heroin narkotik vasitəsi tapıbmış, həmin gün Xaçmaz rayonu, Xudat şəhərində dəmir yolu stansiyası ərazisinə gəlmiş, saat 14-15 radələrində polis əməkdaşları onu həmin ərazidə saxlamışlar. Həmin tarixdə saat 16 radələrində təqsirləndirilən şəxsin üzərində müdafiəçi Şahin Mütəllimovun da iştirakı ilə axtarış keçirilmişdir. Həmçinin videoçəkilişdə təqsirləndirilən şəxsə təzyiq məqsədi ilə hər hansı xəsarətin yetirilməsi halı müşahidə edilmir, təqsirləndirilən şəxs onda aşkar edilmiş əşyaları sərbəst şəkildə təqdim edir. Bundan başqa, silah-sursatın olduğu həmin idman çantası kirli (torpağa bulaşmış), ağzı açıq, silah-sursat isə çantanın içərisində əlavə olaraq kisəyə bükülmüş vəziyyətdə olmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə 17 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs, müdafiəçi Şahin Mütəllimovun da iştirakı ilə, ondan 01.04.2021-ci il tarixdə aşkar edilmiş silah-sursatı basdıraraq gizlətdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən tiryək narkotik vasitəsinin və silah-sursatın ona məxsus olmadığı halda, bunları boynuna alması ilə əlaqədar təzyiq göstərilməsi ilə bağlı hər hansı etiraz və vəsatət verməmiş, həmçinin məhkəmə iclasındakı ifadəsində ona təzyiq edilməsi ilə bağlı göstərdiyi xüsusatları təsdiqləyən heç bir sübut təqdim etməmişdir. İşin hallarından həmçinin görünür ki, təqsirləndirilən şəxsin Bakı şəhərindən Xaçmaz rayonuna gəlməsi tarixi, polis əməkdaşları tərəfindən dəmiryolu ərazisində saxlanılması ilə onun üzərinə (müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə) şəxsi axtarış keçirilməsi müddətləri nəzərə alındıqda, həmin müddətlər ərzində təqsirləndirilən şəxsin cibinə polis əməkdaşları tərəfindən tiryək narkotik vasitəsinin qoyularaq, silah-sursatın da onun saxlanıldığı yerə gətirilərək təqsirləndirilən şəxsə həmin maddə və əşyaların da ona məxsus olmasını boynuna alması üçün təzyiqlərin edilməsi və təqsirləndirilən şəxsin də dərhal bununla razılaşması ağlabatan deyildir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bu barədə heç nə bildirməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs məhkəmə iclasında Xudat şəhərində yerləşən dəmiryolu ərazisində gəzmək məqsədi ilə olduğunu göstərmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib saxlamış, daşımaqla gəzdirmiş və bu fakt 01 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz st. XPŞ-nin və Yalama st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin Xudat dəmir yolu ərazisinin 2476-cı km-də, 4-cü piketin ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq, həmin yerdə üzərinə saat 16:30-17:46 müddətində şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə olan 39.555 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və gödəkçənin sol üst cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş 0,746 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş, həmçinin onun əlində olan qara rəngli idman çantasının içərisindən bir ədəd istifadəyə yararlı, “AFD 1181” №-li, 1994-cü ildə zavod üsulu ilə hazırlanmış 7.62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKMS” markalı, döyüş təyinatlı, yivli-odlu silah avtomat, 20 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62 mm kalibrli patron, 01 ədəd istifadə etmək üçün yararlı “Kalaşnikov “ avtomatına aid sandıqça aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib saxlamış, daşımaqla gəzdirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, hökmdən və qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 1(006)- 349/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 7(057)-523/2020 saylı qərarı ilə həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Suraxanı rayon 62 saylı Mənzil-Kommunal İsitsmar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Qasımov X8 rayonu, Y\Günəşli qəsəbəsi, “V” Y/S, ev 22, mənzil 90-da qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olduğu müddət ərzində onun barəsində MKİS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 1(006)-349/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 7(057)-523/2020 saylı qərarı ilə həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 01 aprel 2021-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi o, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, eləcə də Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 aprel 2021-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 03 aprel 2021-ci il tarixli 4(067)-48/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 10 iyun 2021-ci il tarixli, 1819 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmiş xalis çəkisi 0,746 qram heroin narkotik vasitəsindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,696 qram; 39,555 qram tiryək narkotik vasitəsindən tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 39,455 qram təşkil etmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,696 qram çəkidə narkotik vasitə - heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,455 qram çəkidə narkotik vasitə - tiryək maddi sübut kimi Xaçmaz st.XPŞ-nin anbarında saxlanılır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, AFD 1181 №-li, AKMS markalı avtomat silahı, 01 ədəd sandıqça (daraq) və ballistik ekspertiza tədqiqatından sonra qalıq qalan 16 ədəd 7,62 mm kalibrli patron maddi sübut kimi Xaçmaz st.XPŞ-nin anbarında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz st.XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,696 qram çəkidə narkotik vasitə - heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,455 qram çəkidə narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut - Xaçmaz st.XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, AFD 1181 №-li, AKMS markalı avtomat silahı, 01 ədəd sandıqça (daraq) və ballistik ekspertiza tədqiqatından sonra qalıq qalan 16 ədəd 7,62 mm kalibrli patron müsadirə olunmalı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1.1-ci maddəsinə görə, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut - Xaçmaz st.XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, AFD 1181 №-li, AKMS markalı avtomat silahı, 01 ədəd sandıqça (daraq) və ballistik ekspertiza tədqiqatından sonra qalıq qalan 16 ədəd 7,62 mm kalibrli patron hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 229 (iki yüz iyirmi doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o,ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz st.XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,696 qram çəkidə narkotik vasitə - heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,455 qram çəkidə narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Xaçmaz st.XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, AFD 1181 №-li, AKMS markalı avtomat silahı, 01 ədəd sandıqça (daraq) və ballistik ekspertiza tədqiqatından sonra qalıq qalan 16 ədəd 7,62 mm kalibrli patron hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 229 (iki yüz iyirmi doqquz) manat 92 (doxsan iki) qəpikməbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar