Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-110/2023 10.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, məhkumluğu olan, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,564 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıyıb gözətçilik etdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətdə 100 metr aralı məsafədə yerləşən bağ sahəsinə apararaq 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində 0,299 qramını tanışı Şahid1 5 manata satıb qalan 0,265 qramını üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 25 fevral 2023-cü il tarixdə, saat 21:05-21:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdə saxladığı bir ədəd kağız bükümdə 0,265 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində (xx.xx.2023-cü il tarixli) göstərdi ki, o, əvvəllər qurudulmuş marixuana narkotik vasitəsindən çəkməklə istifadə etmiş, sonradan isə heroin narkotik vasitəsindən istifadə etmişdir. O, hazırkı iş üzrə narkotik vasitə olan heroini 23 fevral 2023-cü il tarixdə iki bükümdə olmaqla yerdən tapmış və cibinə qoyaraq saxlamışdır. O, həmin bükümlərdən birini tanışı Şahid1 5 manat qarşılığında satmış, digər bükümü isə cibində saxlamışdır. O, özündə saxladığı bükümdəki heroindən istifadə etməmiş, həmçinin satması barədə kimləsə danışmamışdır. O, Xəyyamdan başqa kimsəyə narkotik vasitə satmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Törətdiyi cinayət əməlindən peşmandır. Bundan sonra (xx.xx.2023-cü il tarixli iclasda), bildirmişdir ki, Şahid1 narkotik vasitəni pul müqabilində verməmişdir, onlar həmin narkotik vasitəni birlikdə yerdən tapmışlar və həmin vaxt o, bir bükümü Xəyyama əvəzsiz olaraq, sonuncunun şəxsi istehlakı məqsədilə vermişdir. O, əvvəlki məhkəmə iclasında ifadəsində narkotik vasitəni Xəyyama pul ilə satdığını bildirməmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində polis şöbəsinə gətirildiyini bildirmişdir. O, özünü narkotik vasitə saxlamaqda, istifadə etməkdə təqsirli bildiyini, satmaqda isə təqsirli bilmədiyini qeyd edərək barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Armudpadar kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir, Azərbaycan dilində latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bacarır. O, bir neçə ildir ki, Quba rayon sakini X10 məxsus Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən bağ sahəsində həm gözətçilik etmiş, həm də həmin bağda bağban olaraq işləyib fəhləlik edib dolanışığını təmin etmişdir. Həmin bağ sahəsi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşir. O, 2 ildən çoxdur ki, narkotik vasitə istifadəçisidir. Xaçmaz rayon məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkir. 23 fevral 2023-cü il tarixdə yaşadığı kənddən işlədiyi bağ sahəsinə gələn zaman Armudpadar kəndi ərazisində yerdə bir ədəd siqaret qutusu olmasını görmüş və həmin qutu onun diqqətini cəlb etdiyindən yerdən həmin qutunu götürüb içərisinə baxanda, qutunun içərisində 2 ədəd kağız büküm olduğunu görmüşdür. O, həmin kağız bükümləri açıb içərisinə baxanda bükümlərin içərisindəkinin narkotik vasitə olan kakos, yəni heroin olduğunu bilmiş və buna görə də siqaret qutusunu atıb həmin bükümləri əynində olan şalvarın cibinə qoymuşdur. 25 fevral 2023-cü il tarixdə, saat 10 radələrində işlədiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən bağ sahəsində olduğu zaman tanışı Şahid1 onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ondan narkotik vasitə istəmişdir. O, Xəyyamı bir ilə yaxındır ki, tanımış və Xəyyam onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Xəyyam ev ustasıdır və sonuncu onun yaşadığı evdə də usta işləmişdir. O, Xəyyamı tanıdığı üçün özündə narkotik vasitə olduğunu bildirib “gələrsən iş yerimə təşkil edərəm, narahat olma” demişdir. 25 fevral 2023-cü il tarixdə Xəyyam ondan istifadə etməsi üçün narkotik vasitə heroin istəmiş və o, Xəyyama istifadə etməsi üçün 5 manat pul qarşılığında narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. Xəyyam da onunla razılaşmış və o, 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində işlədiyi bağ sahəsində Xəyyama 5 manat pul qarşılığında narkotik vasitə heroin satmışdır. Həmin gün saat 16 radələrində Xəyyamdan aldığı 5 manat pula Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən marketlərin birindən özünə siqaret almış və həmin pulu xərcləmişdir. Daha sonra həmin gün saat 20 radələrində yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə məlumat əldə etdiklərini bildirib onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılaşıb polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Xaçmaz rayon polis şöbəsində üzərinə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlədib saxladığı 1 ədəd bükümdə olan narkotik vasitə kakos, yəni heroin aşkar edilərək götürülmüşdür. Müstəntiq həmin bükümdə nə olmasını ondan soruşduqda, o, bükümün içərisindəkinin narkotik vasitə kakos, yəni heroin olduğunu, həmin heroinin bir hissəsini 25 fevral 2023-cü il tarixdə tanışı Şahid1 satdığını, qalan hissəsini isə istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa, polis əməkdaşları Xəyyama narkotik vasitə olan heroin satıb-satmadığını ondan soruşduqda, o, 1 ədəd bükümdə kakosu 5 manata Xəyyama satdığını etiraf etmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və bununla əlaqədar protokol tərtib edildikdən sonra protokolu imzalar ilə təsdiq etmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. O, əvəllər Şahid1 narkotik vasitə satmamışdır. O, 25 fevral 2023-cü il tarixdə Şahid1 5 manat pul qarşılığında 1 ədəd bükümdə narkotik vasitə kakos, yəni heroin satmışdır. O, Şahid1 başqa digər şəxslərə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Şahid1 barəsində Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında onlar Şahid1 Xaçmaz RPŞ-yə gətirmişlər və polis şöbəsində sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuş, Şahid1 həmin narkotik vasitəni Xəyal adlı şəxsdən aldığını bildirmişdir. Sonra isə digər polis əməkdaşları həmin Xəyal adlı şəxsi polis şöbəsinə gətirmişlər, fakt öz təsdiqini tapdığından iş istintaqa verilmişdir. Həmçinin bildirdi ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində onlarda əvvəlcədən əməliyyat məlumatı olmamış, Şahid1 barəsində olmuşdur. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin olmuş, sonuncu həmin narkotik vasitəni Xəyaldan pul müqabilində aldığını bildirmiş, bundan sonra hazırkı işdə Təqsirləndirilən şəxs polis şöbəsinə götirilmişdir. Hadisədən 4-5 ay müddət keçdiyindən hazırda tam təfərrüatı ilə xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirməsi ilə əlaqədar 25 fevral 2023-cü il tarixdə əməliyyatistintaq qrupu yaradılmış, qrupun tərkibinə o və əməliyyat müvəkkili Şahid4 daxil olmuş, raportla rəhbərliyə məruzə olunmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı yer müəyyən edilmiş və sonuncunu Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində saxlayaraq polis şöbəsinə gətirmişlər. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərində müstəntiqin və müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən siqaret, içərisində qəhvəyi rəngli, heroin narkotik vasitəsinə bənzər maddə olan büküm aşkar edilmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində barəsində olan digər cəzası ilə bağlı elektron nəzarət vasitəsi də olmuşdur. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, satması barədə onda əməliyyat məlumatı olmamışdır. Üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 pul ilə satdığını etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdiyinə görə saxlayaraq polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, 25 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqinin raportu əsasında iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlar sonuncunun yaşadığı Xaçmaz rayonunun Armudpadar kəndinə getmişlər və orada təqsirləndirilən şəxsin yerini müəyyən edərək Xaçmaz RPŞ-yə gətirmişlər, polis şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən üzərindən siqaret qutusunun içərisinə bükümdə narkotik vasitə aşkar edilmiş və təqsirləndirilən həmin narkotik vasitənin onun özünə məxsus olduğunu etiraf etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2023cü il tarixdə Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi Elşən Əliyev tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Araşdırma zamanı Şahid1 şəxsi axtarış zamanı və izahat verən zaman həmin narkotik vasitəni Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs aldığını bildirməsinə görə, baş müstəntiq Elşən Əliyev şöbə rəisinə raportla məruzə edərək Təqsirləndirilən şəxs gətirilməsini xahiş etmiş, şöbə rəisinin göstərişi ilə Təqsirləndirilən şəxs gətirilməsi ona və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 həvalə edilmişdir. Onlar bir qədər soraqlaşdıqdan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində olduğunu müəyyən etmişlər və sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və o, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra baş müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiə hüququ təmin edilmiş və üzərinə onların iştirakı ilə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı baş müstəntiq Elşən Əliyev Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları çıxarıb otaqda olan masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən “Winchester” markalı bir ədəd siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən bir ədəd kağız büküm, əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç cibindən “Winchester” markalı iki ədəd siqaret qutusu, əynində olan şalvarın bel nahiyəsinə sağ yan tərəfinə keçirilmiş nəzarət cihazını (barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının icra edilməsi məqsədi ilə xüsusi cihaz) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümün içərisində olan kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin 25 fevral 2023-cü il tarixdə Xəyyam adlı şəxsə narkotik vasitə olan heroin satdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd kağız büküm baş müstəntiq Elşən Əliyev tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış və onlar zərfin üzərini imzalamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şahid5 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində (xx.xx.2023-cü il) göstərdi ki, o, Təqsirləndirilən şəxs narkotik vasitəni pul ilə almamışdır. O, həmin narkotik vasitəni Təqsirləndirilən şəxsla birlikdə yerdən tapmışlar. İbtidai istintaq orqanında onu döydükləri üçün o məcbur olaraq pul ilə Təqsirləndirilən şəxs aldığını demişdir. O, bu barədə məhkəmədə bildirməsi üçün gözləmişdir. Həmçinin bildirdi ki, o, üzərindən aşkar olunmuş həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almış, yəni birlikdə yerdən tapmışlar və Xəyal bir bükümünü ona vermişdir. O, narkotik vasitəni Xəyaldan pul ilə almamışdır. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaqdakı ifadəsi ilə bağlı bildirmişdir ki, polis şöbəsində ona təzyiq edildiyindən, döyüldüyündən pul ilə Təqsirləndirilən şəxs aldığını bildirməyə məcbur olmuş, həmçinin o, həmin ifadəsini oxumadan imza etmişdir. O, onu polis şöbəsində döyən polis əməkdaşlarının adlarını bilmir. İbtidai istintaq zamanı o, müdafiəçi ilə təmin edilmiş, lakin nə müdafiəçisinə, nə də yuxarı orqanlara döyülməsi, ifadəsinin düzgün olmaması barədə heç bir müraciət etməmiş və bildirməmişdir. Əlavə olaraq bildirdi ki, döyülməsi ilə bağlı onda hər hansı xəsarət olmamışdır. Bundan başqa, onu və Təqsirləndirilən şəxs polis şöbəsinə eyni vaxtda, birlikdə saxlayaraq gətirmişlər, yəni əvvəlcə onu, daha sonra Xəyalı gətirməmişlər. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə istintaqı zamanı Şahid1 elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 6-7 ay olar ki, narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olmuş, buna görə məcbur qalıb narkotik vasitə olan heroin əldə edərək qəbul etmişdir. O, ustalıq edib dolanışığını təmin etmişdir. Bir il olar ki, Xaçmaz rayon sakini olan Təqsirləndirilən şəxs ilə tanışlığı yaranmış, Xəyalın da narkotik vasitə istifadə etməsini bilmişdir. Bir müddət əvvəl Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən evini təmir etmişdir. Xəyal Xaçmaz rayonu, Armudpadar kəndi əriazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşən bağ sahəsində qarovulçu işləmiş və həmin bağ sahəsində fəhləlik etmişdir. 25 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Xəyalın istifadəsində olan 055-932- 31-27 saylı mobil telefon nömrəsinə zəng edərək sonuncudan narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs da ona "gələrsən iş yerimə, təşkil edərəm, narahat olma" sözlərini demişdir. O da 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində gedib Xəyalın işlədiyi bağ sahəsində sonuncu ilə görüşmüş, Xəyala 5 manat verərək iki dəfə istifadə edəcəyi qədər, yəni bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin heroini götürüb oradan uzaqlaşmış, bir qədər Xaçmaz rayonu ərazisində qalmışdır. Həmin gün, yəni 25 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Bakı prospektində olarkən polis əməkdaşları tərəfindən narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğundan şöbəyə dəvət edilmişdir. O da polis əməkdaşlarının üzərindəki narkotik vasitədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə hüquqları izah olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki cins şalvarın sol yan cibində olan bir ədəd kağız bükümündəki heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kağız büküm açılıb baxılmış və qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, həmin narkotik vasitəni Xəyaldan 5 manata aldığını demişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzlanmışdır. Üzərindən aşkar edilmiş siqaret dənələri, batareyalar, kağız parçası və alışqan isə özünə qaytarılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Xaçmaz RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. O, 25 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmin tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında onlar xx.xx.2023-cü il tarixdə Şahid1 Xaçmaz şəhəri, Bakı prospektində saxlayaraq polis şöbəsinə gətirmişlər və müstəntiq Elşən Əliyevin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxararaq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Şahid1 cibindən bir büküm çıxararaq bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, heroinə bənzər kütlə olması müəyyən edilmiş, Şahid1 həmin narkotik vasitəni Xaçmaz rayonu, Armudpadar kənd sakini Xəyal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmçinin bildirdi ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncudan üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən alması soruşulmuş və Şahid1 həmin narkotik vasitəni Xəyaldan aldığını bildirmişdir. Narkotik vasitəni kimdən alması barədə Şahid1 müstəntiq Elşən Əliyev soruşmuşdur. Şahid1 polis şöbəsində heç bir təzyiq edilməmiş, döyülməmiş, özü könüllü olaraq etiraf etmişdir. O, NMQ-nun əməliyyat müvəkkili Şahid3la yalnız Şahid1 saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs gətirilməsində o, iştirak etməmişdir, ona görə də sonuncunun gətirilməsindən məlumatı yoxdur. Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu üzərindən aşkar olunmuş narkotik vasitəni pul müqabilində Xəyaldan aldığını bildirmiş, lakin o, Xəyyamın hansı məbləğdə pul müqabilində aldığını bildirməsini hazırda xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2023cü il tarixdə Quba rayonu, Küpçalqışlaq kəndində yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı o, 25 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra şöbə rəisinin icazəsi ilə onun tərəfindən Şahid1 ətrafında qanunla nəzərdə tutulmuş əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o və Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Həmin gün onlar “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bir sıra əməliyyat axtarış tədbirlərini həyata keçirdikdən sonra Şahid1 Xaçmaz şəhəri, Bakı prospektində olduğunu müəyyən etmişlər. Onlar Xaçmaz şəhəri, Bakı prospektində Şahid1 yaxınlaşıb özlərin təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-nə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər. Şahid1 onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və rayon polis şöbəsinə gəldikdən sonra bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və şöbə rəhbərliyinin göstərişi ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi İB-nin baş müstəntiqi Elşən Əliyevə həvalə edilmişdir. Baş müstəntiq Elşən Əliyev tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun müdafiə hüquqları təmin edilmiş və təyin edilmiş müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Şəxsi axtarış zamanı baş müstəntiq X22 Gülbabayevə üzərində narkotik vasitə vardırsa təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb otaqda olan masanın üzərinə qoymuş və həmin kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Şahid1 üzərindən siqaret dənələri, bir ədəd kağız kəsiyi və bir ədəd alışqan da aşkar olunmuşdur. Şahid1 təqdim etdiyi kağız bükümü açıldıqdan sonra içərisində qəhvəyi rəngli toz halında kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə xarici görünüşünə görə narkotik vasitə olan heroinə bənzəmişdir. Şahid1 həmin kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni Xəyal adlı şəxsdən 5 manata aldığını, Xəyal adlı şəxsin Çaxçaxlı kəndində, yəni Xaçmaz rayonu, Armudpadar kəndində yaşadığını, əvvəllər də Xəyal adlı şəxsdən narkotik vasitə aldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni Xəyal adlı şəxsdən sonuncunun nəzarət etdiyi və bağbanlıq etdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən bağda aldığını bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd yarı hissəsi istifadə olunmuş siqaret dənəsi və 02 ədəd batareya da aşkar olunmuşdur. İş üçün əhəmiyyət kəsb etmədiyindən Şahid1 üzərindən aşkar olunmuş siqaret dənələri, kağız kəsiyi və batareyalar Şahid1 özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar olunmuş, içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz halında kütlə olan kağız büküm baş müstəntiq Elşən Əliyev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış və adları yazılmış şəxslər zərfin üzərini imzalamışlar. Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Şahid1 yalnız narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Əldə etdikləri məlumata əsasən Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni Xaçmaz rayonu, Armudpadan kənd sakini Təqsirləndirilən şəxs pul qarşılığında almışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli raportdan müəyyən edilir ki, Şahid1 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşımasına dair etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olması barədə xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Xaçmaz RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli raportdan, həmin tarixli tutma haqqında qərardan və protokoldan müəyyən edilir ki, Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 17:40-17:50) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X7 RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3, Xaçmaz RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X8, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Şahid1 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunmuş, Şahid1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümünü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində “kakos”, yəni narkotik vasitə heroin olmasını bildirir. Şahid1 üzərinə şəxsi axtarış zamanı onun üzərindən həmçinin siqaret dənələri, kağız parçası, alışqan və 2 ədəd batareya aşkar edilir. Aşkar edilmiş kağız büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şahid1 həmin narkotik vasitəni tanışı olan, Xaçmaz rayonunun Çaxçaxlı (Armudpadar) kəndində yaşayan Xəyal adlı şəxsdən 5 manata aldığını bildirir. Narkotik vasitə heroinə bənzər kütlə müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış prosesinin videoçəkilişi X13 tərəfindən aparılmışdır. Protokol iştirakçılar, həmçinin müdafiəçi tərəfindən imzalanmışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli raportlardan, həmin tarixli tutma haqqında qərardan və protokoldan müəyyən edilir ki, Şahid1, üzərindən aşkar edilmiş narkotik vasitəni ona Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs pul ilə satmasını bildirməsi ilə bağlı məlumat Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55-də Xaçmaz rayonunun Armudpadar kəndində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 21:05-21:20) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X7 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid5, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X4, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində olan əşyaları çıxarıb otaqda olan masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən “Winchester” markalı bir ədəd siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən bir ədəd kağız büküm, əynində olan qış gödəkçəsinin sol iç cibindən “Winchester” markalı iki ədəd siqaret qutusu, əynində olan şalvarın bel nahiyəsinə sağ yan tərəfinə keçirilmiş elektron nəzarət cihazını (barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının icra edilməsi məqsədi ilə tətbiq edilmiş) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kağız büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli, toz halında maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümün içərisində olan kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin həmin gün, yəni 25 fevral 2023-cü il tarixdə Xəyyam adlı şəxsə narkotik vasitə olan heroin satdığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, möhürlənir, üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılır və hər bir şəxs öz adının qarşısından zərfin üzərini imzalayır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi X9 tərəfindən aparılmışdır. Protokol iştirakçılar, həmçinin müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2023-cü il tarixli, 6/1153 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №58” dairəvi möhür əksi olan, “....Şahid1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən tədqiqata 0,04 qram sərf edildikdən sonra qalıq 0,259 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2023-cü il tarixli, 6/1154 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respubiikası DİN Zərflər üçün №58 dairəvi möhür əksi olan, “....Təqsirləndirilən şəxs əynindəki...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim ediimiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə Şahid1 üzərindən aşkar edilmiş heroin xarici görünüş əlmaətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroindən tədqiqata 0,04 qram sərf edildikdən sonra qalıq 0,225 qram təşkil etmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,299 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 17 mart 2023-cü il tarixli, 1610 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, lakin onun əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmuşdur. Həmçinin Şahid1 narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-yə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 5(067)- 49/2023 nömrəli qərarından müəyyən edilir ki, Şahid1 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 25 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə, iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs ona narkotik vasitəni satmamasını, ibtidai istintaq orqanında ona edilən fiziki təzyiqlər (döyməklə) nəticəsində məcbur olaraq ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni ona pul müqabilində satdığını bildirməsinə tənqidi yanaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış aparılması haqqında protokoldan və şəxsi axtarışın videoçəkilişindən (xx.xx.2023) müəyyən edilir ki, Şahid1 üzərində müdafiəçinin də iştirakı ilə keçirilmiş axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitəni ona tanışı Təqsirləndirilən şəxs 5 manata satdığını bildirmiş, həmçinin müdafiəçisinin sualına cavab olaraq ona qarşı heç bir təzyiq edilmədiyini bildirmişdir. Protokolun düzgünlüyü təqsirləndirilən şəxsin və müdafiəçisinin də imzaları ilə təsdiq edilmişdir. Həmin videoçəkilişdən həmçinin Şahid1 fiziki təzyiqə aid hər hansı xəsarət, yaxud narahatlıq görünməmişdir. O, həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı onda fiziki təzyiqlə bağlı hər hansı xəsarət izlərinin olmadığını qeyd etmişdir. İş materiallarında olan Şahid1 təqsirləndirilən şəxs qismində dindirilməsinin (xx.xx.2023) videoçəkilişinin köçürüldüyü 01 ədəd DVD diskdən müəyyən edilir ki, Şahid1 Xaçmaz RPŞdə, müstəntiq Mətləb İsmayılov tərəfindən xidməti iş otağında, müdafiəçinin iştirakı ilə dindirilmiş və Şahid1 üzərində saxladığı və aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs 5 manat pul müqabilində aldığını bir daha bildirmiş, həmçinin müdafiəçisinin sualına cavab olaraq ona qarşı heç bir təzyiq edilmədiyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(067)-29/2023 saylı qərarından və həmin məhkəmə iclasının EMİS-də olan videoçəkilişindən müəyyən edilir ki, hazırkı iş üzrə Şahid1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə-təqdimata məhkəmədə baxılarkən o, məhkəmə iclasında təqdimatda əməli ilə bağlı qeyd olunanların doğru olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə, Şahid1 məhkəmə iclasında şahid qismində ifadəsində (xx.xx.2023) iki büküm olan heroin narkotik vasitəsini Təqsirləndirilən şəxsla birlikdə yerdən tapdıqlarını və həmin vaxt da Təqsirləndirilən şəxs həmin bükümlərdən birini ona verməsini bildirmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki ziddiyyətlərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək, xx.xx.2023-cü il tarixdə tanışı Şahid1 5 manata bir büküm heroin satdığını etiraf etmiş və bu, Təqsirləndirilən şəxs iş materiallarında olan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində, onun üzərində müdafiəçinin də iştirakı ilə keçirilmiş şəxsi axtarışın protokolunda və həmin axtarışın videoçəkilişində öz əksini tapmışdır. Bundan başqa, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(067)-30/2023 saylı qərarından və həmin məhkəmə iclasının EMİS-də olan videoçəkilişindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə-təqdimata məhkəmədə baxılarkən o, Şahid1 5 manat müqabilində bir büküm heroin narkotik vasitəsi satdığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hazırkı cinayət işinin 14 iyun 2023-cü il tarixli məhkəmə baxışı iclasında ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək, Şahid1 bir bükümdə heroin narkotik vasitəsini 5 manata satdığını bildirmiş, daha sonra – işin 10 avqust 2023-cü il tarixli məhkəmə baxışı iclasında, Şahid1 ifadəsindən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şahid1 satmadığını, Xəyyamla birlikdə yerdən iki bükümdə olmaqla tapdıqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında narkotik vasitəni satmasını bildirməsinin səbəbi soruşulduqda, o, əvvəlcə, ifadəsində belə bir xüsusat göstərmədiyini demiş, təqsirləndirilən şəxsə həmin məhkəmə iclasının da audio-videoçəkiliş vasitəsilə qeydə alındığı bildirildikdə (xatırladıldıqda), təqsirləndirilən şəxs narkotik vasitəni “pul müqabilində verdiyini, lakin satmaq niyyəti olmadığını” bildirdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, şahid X6 və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdikləri ifadələri arasında uyğunsuzluq olmaqla yanaşı, həmin ifadələrində bildirdikləri xüsusatlar hər hansı bir sübutla öz təsdiqini tapmamış, əksinə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, iş materiallarında olan sənədlərdə təkzib edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişləri qeyd olunmuş 02 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, həmin Qanunda (1.0.11) şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,564 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıyıb gözətçilik etdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətdə 100 metr aralı məsafədə yerləşən bağ sahəsinə apararaq 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində 0,299 qramını tanışı Şahid1 5 manata satıb qalan 0,265 qramını üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 25 fevral 2023-cü il tarixdə, saat 21:05-21:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdə saxladığı bir ədəd kağız bükümdə 0,265 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(067)- 88/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 7(067)-117/2021-saylı qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla iki azyaşlı uşağı var (xx.xx.2015 və xx.xx.2018). İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı var. Yaşadığı kənddə sakinlər ilə, xüsusən də həmyaşıdları ilə yaxşı münasibətdədir. Barəsində Nümayəndəliyə heç bir mənfi xüsusiyyətli şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(067)-88/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 4(067)-30/2023 saylı qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 25 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-88/2021 saylı hökmü üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının (məhkəmənin xx.xx.2021-ci il tarixli, 7(067)-117/2021 saylı qərarı ilə cəzası 1 il azaldılmış) o, hazırkı cinayət işi ilə əlaqədar 25 fevral 2023-cü il tarixdə tutulanadək (həbs edilənədək) 01 (bir) il 05 (beş) ay 25 gün hissəsini çəkmiş, 03 (üç) ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(067)-88/2021 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(067)-117/2021 saylı qərarı ilə 01 il azaldılmış) çəkilməmiş qalan 03 (üç) ay 01 (bir) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (01 ay 15 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 4(067)-30/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə tutulmuş və məhkəmənin həmin qərarı ilə barəsində həbsetmənin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,299 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 07 may 2023-cü il tarixli qərardan və həmin tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan müəyyən edilir ki, hazırkı cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq icraata götürülüb istintaqının davam etdirilməsi qərara alınmışdır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(067)-88/2021 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(067)-117/2021 saylı qərarı ilə 01 il azaldılmış) çəkilməmiş qalan 03 (üç) ay 01 (bir) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (01 ay 15 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-110/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-110/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver