Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-111/2025 16.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Dəvəçi (Şabran) rayonunun Ceyranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də qəlibçi (Sitalçay 1 layihəsi) işləyən, evli, məhkumluğu olan, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olmaqla Şabran rayonunun Ceyranlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü vəzifəsində işləyərkən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin dekabr ayının ortalarından 2025-ci ilin yanvar ayının 20-dək olan müddət ərzində gecə saatlarında iş vaxtından sonra Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ləcət stansiyasının 180-ci kilometrliyində yerləşən stok sahəsindən ona etibar edilmədiyi vaxtda dəmir yolu xətlərinə münasibətdə işlədiyi şirkətə məxsus “HOVA” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, 10 ton tutumlu yük avtomobili ilə vahid niyyətlə əhatə olunan qəsdlə 5 dəfə olmaqla ümumilikdə 50 ton çəkidə 0-38 fraksiyalı qırmadaşını qanunsuz olaraq götürüb apararaq qeyd olunan şirkətə 1302,35 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda “Kolon” şirkətində sürücü kimi işləməkdən azad olunmuş, hazırda digər bir şirkətdə, Xızı rayonunda fəhlə işləyir. O, iş üzrə zərərçəkmiş şəxs olan Kolin şirkətində sürücü kimi işləmişdir. Həmin işiylə bağlı iş yerində iş vaxtından sonra idarə etdiyi, Kolin şirkətinə məxsus olan və qırmadaşla yüklənmiş avtomobildə əyləşdiyi vaxt tanımadığı bir şəxs yaxınlaşaraq ondan avtomobildə olan daşdan yolun kənarında əraziyə boşalda bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt yolda söküntü-təmir işləri apardıqlarından həmin qırmadaşdan yolun bərpası üçün apararaq boşaltdıqlarından və bundan şirkətin rəhbərliyinin xəbəri olduğundan o da həmin şəxsə qırmadaşdan gətirib dediyi yerə boşaldacağını demişdir. Bundan sonra o, bir neçə dəfə apararaq qırmadaşı boşaltmış, lakin sonra rəhbərlik demişdir ki, buna icazə yoxdur, ona görə də apararaq boşaltdığı qırmadaşlar şirkətin rəhbərliyinin nümayəndəsinin də iştirakı ilə onun boşaltdığı ərazidən yüklənərək yük avtomobili ilə üç dəfəyə olmaqla geriyə qaytarmışlar və şirkətə 1302 manat ziyan vurulduğu bildirilmiş, o da həmin məbləğdə pul vəsaitinin iş üzrə zərərçəkmiş hüquqi şəxsə ödəmişdir. Həmçinin bildirdi ki, o, həmin qırmadaşlardan dörd dəfə dəmir yolundan təxminən 150-200 metr aralıda olan əraziyə, bir dəfə də qəbristanlığın ərazisinə apararaq boşaltmışdır. Onun oğurladığı qırma daş dəmir yolunun tikintisi üçün nəzərdə tutulmuşdur. O, törətdiyi əməldən çox peşmandır. O, Kolin şirkətində 2022-ci ildən, təxminən üç ilədək işləmişdir. O, həmin şirkətdə gecə növbəsində işləmiş, həmin növbə zamanı 28-30 nəfər sürücü işləmiş, sürücülər işlədikləri ərazinin müxtəlif hissələrinə bölünmüş, onun işlədiyi hissədə təxminən beşaltı nəfər sürücü olmuşdur. O, Xaçmaz rayonunun Ləcət kəndi ərazisində işləmişdir. Onunla birgə Mayis, Ülfət, Seymur, Zöhrab, Polad, Sadiq adlı sürücülər də işləmişdir, lakin onların onun qırmadaşı apararaq kənarda əraziyə boşaltmasından xəbərləri olmamışdır. O, qırmadaşı onların iş yerinin yaxınlığında, təxminən 150 metr aralıda olan tanımadığı şəxsin fındıq bağının yoluna boşaltmışdır. Satdığı şəxs ona həmin qırma daşa görə hər dəfəsində 25-30 manat pul vermişdir, o, qırma daşı cəmi beş dəfə olmaqla təxminən iki ay ərzində apararaq satmışdır. Onun qırma daşı oğurladığı yer (stok) açıq ərazi olmuş, həmin yerdə gözətçi olmamış, iş vaxtı qurtardıqda isə avtomobilləri həmin yerdə deyil, oradan təxminən iki kilometr aralıda yerləşən yerdə saxlamışlar və gözətçi avtomobilləri saxladığı həmin yerdə olmuşdur. O və digər sürücülər Kolin şirkətinin avtomobillərini etibarnamə əsasında idarə etmişlər, onlar işlədiyi yerə gələrək əvvəlcədən daşla yüklənmiş avtomobillərində oturaraq şirkətin rəhbərliyi tərəfindən onlara daşı hansı əraziyə boşaltması barədə göstərişin gəlməsini gözləmiş, tapşırıq gələndən sonra onlar yükü apararaq göstərilən ərazilərə boşaltmışlar. Lakin elə vaxtlar da olmuşdur ki, yağmurlu hava şəraitlərində bütün günü işlədikləri yerdə avtomobildə qalmış, yükün boşaldılması barədə tapşırıq olmamışdır. O, qırma daşı şirkətin tapşırığı ilə təyinatı üzrə apararkən oğurlamamış, iş vaxtından kənar oğurlamışdır. O, səhv əməl etdiyini başa düşmüşdür, peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şabran rayonu, Ceyranlı kəndində ailəsi ilə birlikdə yaşayır. 2022-ci ildən 29 yanvar 2025-ci il tarixə kimi “X3 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü işləmişdir. Aylıq olaraq 800 manat əmək haqqı alırdı. “Kolin” şirkətinə məxsus “Hova" markalı, ** JP *** d.q.nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edirdi, işlədiyi ərazi Xaçmaz rayonu, Ləcət kəndi ərazisi idi. “Kolin” şirkəti dəmir yolu ərazisində təmirtikinti işlərini aparırdı. İş fəaliyyəti tapşırığa əsasən, ona verilən təyinat üzrə idarə etdiyi yük avtomobili ilə işlədiyi şirkətə məxsus qırmadaşı və torpağı daşımaqdan ibarət idi. Qırmadaşı, torpağı dəmiryolu ərazisindən avtomobillərə dolduraraq təyinatı üzrə aparırdı. Həmin qırmadaşı dəmiryolu xəttinin kənarında boş açıq ərazidə saxlanılırdı. Həmin ərazi də dəmiryolu xəttinin yaxınlığında yerləşdiyi üçün mühafizə olunmurdu. Lakin hər apardıqları yükə təyinatı üzrə çatmasına və ya neçə dəfə aparılmasına xüsusi nəzarət olunmurdu. 2024-cü ilin dekabr ayında tanımadığı bir-iki nəfər Ləcət kənd sakinləri ona yaxınlaşaraq onlar üçün qırmadaş gətirməyini xahiş etmişlər. Həmin vaxt onun pula ehtiyacı olmuşdur. Ona görə də bu təklif onu maraqlandırmışdır. Hər dəfə işdən sonra fikirləşmişdir ki, ona tapşırılan yük daşımasından sonra əlavə olaraq özü üçün heç kimin xəbəri olmadan gizlin bir-iki avtomobil qırmadaş aparıb sataraq pul qazansın. Bunun üçün uyğun şərait gözləmiş, yəni ona tapşırıq verilməyən və heç kimin olmadığı vaxtda bir neçə yük maşını nə gədər bacarsa qırmadaşı oğurlayaraq satmaq qərarına gəlmişdir. O, əvvəlcədən həmin adını bilmədiyi şəxslə bir yük dolu avtomaşın qırmadaşı 60 manata olmaqla ümumilikdə 5 yük maşını gətirib boşaltmağa razılaşmışdır. Lakin həmin şəxsə gətirəcəyi qırmadaşı işlədiyi şirkətdən icazə alıb gətirəcəyini bildirmiş və inandırmışdır. O, 2024-cü ilin dekabr ayının ortalarıdan 2025-ci ilin yanvar ayının 20-nə kimi olan müddət ərzində işlədiyi “Kolin” şirkətinə məxsus “Hova” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dəmiryolu ərazisindən iş vaxtından sonra və heç kəsin olmadığına əmin olduqdan sonra gecə saatlarında şirkətə aid qırmadaşı gizlincə götürərək həmin şəxsin bildirdiyi yerə, yəni xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman göstərdiyi əraziyə ümumilikdə 5 reys qırmadaş yükü aparıb boşaltmışdır. Bunun müqabilində ona ümumilikdə 580 manat pul vermişdir. Oğurlayıb satdığı qırmadaşın əvəzinə aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin həmin şəxsin adını bilmir. Sonradan işlədiyi “Kolin” şirkətinin etdiyi oğurluq əməlindən məlumatı olmuş, buna görə də şikayət olunduğu üçün xətt polis şöbəsində təhqiqatçıya izahat verən zaman törətdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Əlavə olaraq qeyd etmişdir kı, etdiyi oğurluq əməlini tamah məqsədilə, iş vaxtından sonra özü tək etmiş, bu barədə heç kimin məlumatı olmamış, heç kimə də vəd verməmişdir. Aldığı puldan işlədiyi yerdə hər hansı bir şəxsə pul verməmişdir. Bu barədə işlədiyi şirkət tərəfindən həmin vaxt ona heç bir tapşırıq verilməmişdir. Belə ki, o, həmin oğurlayaraq satdığı qırmadaşı öz iş vaxtından sonra gecə saatalarında heç kəsin olmadığı zaman gizlincə götürərək aparıb satmışdır. Belə ki, işlədiyi şirkətin bütün sürücülərinin şirkətə məxsus yük avtomobillərini idarə etmək hüququ var idi. İş vaxtından sonra və ya işdə olmadıqları zaman digər sürücülər avtomobilləri idarə edə bilirdi. Bu barədə hər hansı bir məhdudiyyət olmamışdır. Qırmadaşı satdığı şəxsi tanımır, bildirdiyinə görə Ləcət kənd sakini olmuşdur, qırmadaşı da Ləcət kəndi ərazisinə boş sahənin kənarına boşaltmışdır. Lakin həmin qırmadaşın oğurluq olması barədə o, həmin şəxsə heç nə deməmiş, əgər bunun oğurluq olmasını ona desəydi, qırmadaşı ondan almazdı. O, həmin şəxsi inandırmaq üçün qırmadaşı şirkətdən icazə alaraq gətirdiyini bildirmişdir. O da ona inanaraq qırmadaşı almışdır. Yuxarıda ifadəsində bildirdiyi kimi, işlədiyi şirkətə məxsus oğurlayaraq satdığı 5 yük avtomobili qırmadaşı iş vaxtından sonra gecə saatlarında oğurlamış, ümumi qaydada olaraq daşıdıqları yük şirkətin “kon” sürücüləri tərəfindən, yəni “KAT” markalı xüsusi ekskovatorlar vasitəsilə doldurulur, belə “kon” sürücülərinin işi qırmadaşı bir yerə toplamaq, yük avtomobillərinə doldurmaqdan ibarətdir, həmin texnikanı idarə edən sürücülərin yükü kim tərəfindən, ona aid olmadığı üçün, hara aparmasından məlumatı olmur. Lakin onun oğurladığı 5 yük avtomobil qırmadaş onun iş vaxtı olmadığı zaman yüklənmişdir. Belə ki, “kon” sürücüsü stok sahəsində saxlanılan şirkətə məxsus yük avtomobillərini axşamdan doldurulur ki, yük avtomobillərinin sürücüləri öz növbələrində gəlib yükü aparıb boşaltsınlar. O, isə iş vaxtından sonra gecə satlarında “kon’’ sürücüsü tərəfindən hazır doldurulmuş yük avtomobil qırmadaşı oğurlayaraq aparıb satmışdır. Həmin ərazi açıq ərazi olmuş, mühafizə olunmur, şirkətin işçiləri kimi onların həmin əraziyə sərəbəst girib-çıxmaq icazəsi və şirkətə məxsus bütün yük avtomobillərini idarə etmək hüquqları varmış. Lakin “kon” sürücüləri bundan tam məlumatsız olmuşlar, yəni onun qırmadaşı oğurlayaraq satmasından, hətda “kon” sürücüləri iş vaxtında belə, şirkətin hər hansı bir sürücüsünün iş vaxtında və ya öz növbəsi xaricində doldurulmuş yükün hansı sürücü tərəfindən, hara aparılmasından, həmin vaxt həmin yükün sürücüyə etibar olunubolunmamasından, təyinatı üzrə çatdırılıb-çatdırılmamasından məlumatsızdırlar, “kon” sürücülərinin işi yalnız stok sahəsində olan yükü yük avtomobillərinə doldurmaqdan ibarətdir. Lakin o özü də oğurlayaraq satdığı qırmadaşın idarə etdiyi avtomobilə konkret olaraq şirkətin hansı “kon” sürücüsü tərəfindən doldurulmasını bilmir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN **********) nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, 2021-cı ildən Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyində hüquqşünas vəzifəsində işləyir. Təmsil etdiyi şirkət təmir-tikinti işləri ilə məşğul olur. 2024-cü ilin sentyabr ayından təmsil etdiyi şirkət Xaçmaz rayonu, Ləcət kəndinin ərazisindən keçən dəmir yolu xətlərində təmir-tikinti işlərinin aparılması ilə məşğul olurmuş. Şirkətin tikinti mallarını, habelə tikintidə istifadə olunan torpaq, qırmadaş və sair malları şirkətin sürücüləri tərəfindən şirkətə məxsus yük avtomobilləri ilə daşınırmış. Bu məqsədlə qırmadaş yük avtomobilləri ilə gətirilərək dəmir yolu stansiyası ərəzisinə, Ləcət stansiyası stok adlanan yerə boşaldılmışdır. 2024-cü ilin son aylarında onlara məlum olmuşdur ki, şirkətdə işləyən bir neçə yük avtomobillərinin sürücüləri iş vaxtından sonra, gecə saatlarında şirkətə məxsus qırmadaşı dəmir yolu ərazisindən gizlincə daşıyıb aparaq kənar şəxslərə satmışlar. Buna görə də şirkətə maddi ziyyan dəymişdir. Bu barədə işlədiyi şirkətin rəhbərliyi Xaçmaz st. XPŞ-nə ərizə ilə müraciət edərək həmin sürücülər barəsində araşdırma aparılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, aşkar olunmuş şirkətə məxsus oğurlanmış qırmadaşın bir hissəsi, yəni, təqribən 250-300 tonu götürülərək şirkətə qaytarılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, belə ki, həmin oğurlanmış qırmadaşın bir tonu şirkətə 26,047 manata başa gəlir, buraya yükləmə, daşınma və digər xərclər də daxildir. Buna görə də xahiş etmişdir ki, dəymiş ziyanın hesablanmasında şirkətin verdiyi qiyməti, yəni bir tonu üçün 26,047 manat məbləği əsas götürülsün. Zərərçəkmiş hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ərizələrdən müəyyən edilir ki, nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin olduğu kimi qəbul edilməsini, işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı hər hansı tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş hüquqi şəxs olan Kolin şirkətində “kon”, yəni “KAT” markalı xüsusi ekskovator sürücüsü olmaqla gündüz növbəsində işləyir. Polis şöbəsindən onu çağıraraq hazırkı iş üzrə təqsirləndirilən şəxsi tanıyıb-tanımaması barədə soruşmuşlar, o, gündüz növbəsində işləmiş, eşitdiyinə görə də oğurluq gecə vaxtı olmuşdur, bununla da o, iş üzrə təqsirləndirilən şəxsi tanımır, sonuncunu yalnız işin istintaqı ilə əlaqədar görüb tanımışdır. O, hazırda da Kolin şirkətində işini davam etdirir. Həmçinin bildirdi ki, onun hazırkı iş üzrə oğurluqla bağlı heç bir məlumatı olmamışdır. Oğurluq cinayətinin törədilməsi barədə o, polis şöbəsində olarkən bilmişdir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və aralarında hər hansı münasibət olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Kolin şirkətində uzun müddətdir ki, işləyir. O, gündüz növbəsində işlədiyindən təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə yük doldurmamışdır. O, həmin vaxtlarda gecə növbəsində işləyən Təhmasib, Rövşən adlı “Kon” sürücülərini tanımışdır. Gündüz növbəsi səhər saat 8-dən axşamüstü saat 7dəkdir, bundan sonra isə gecə növbəsi başlayır. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Siyəzən rayonu, Qozağacı kəndində valideyinləri ilə birlikdə yaşayır. 2023-cü ildən Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyində “KAT” markalı “kon”, yəni loter (ekskovator) sürücüsü işləyir. Onun iş fəaliyyəti idarə etdiyi “kat” markalı nəqliyyat vasitəsilə şirkətə aid qırmadaş, torpaq və sair yükü şirkətə məxsus yük avtomobillərinə yükləməkdən və şirkətin yük maşınları tərəfindən gətirilib dəmir yolunun kənarına boşaldılan qırmadaşı bir yerə yığmaqdan, yəni stoklara toplamaqdan ibarətmiş. Onun iş vaxtı saat 08:00-dan 18:00dəkdir. Yük maşınları yükləndikdən sonra həmin qırmadaşın şirkət sürücülərinin hara aparıb boşaltmalarından məlumatı olmamış, belə ki, həmin vaxtı yüklənən yük maşınlarının sayı çox olduğundan həmin yük avtomobillərinin konkret hansı sürücü tərəfindən, onların hara gedib-gəlməyindən və ya yük avtomobilində olan yükün hara boşaltmalarından xəbəri olmamışdır. Şirkətdə işləyən yük maşınlarını bir neçə sürücü idarə edirmiş. O, iş fəaliyyətinə uyğun olarq şirkətə məxsus yük avtomobillərini doldurmuş, lakin həmin yük avtomobillərinin nömrələrini və hansı sürücü tərəfindən idarə olunması ona aidiyyəti yoxmuş, işlədiyi şirkətin sürücüləri tərəfindən dəmir yolu ərazisindən şirkətə məxsus qırmadaşı və ya torpağı gizli aparıb oğurlayaraq kənar şəxslərə satmalarından heç bir məlumatı olmamışdır. Bu barədə şirkətin rəhbərliyi tərəfindən onlara bildirilmiş və yük avtomobillərinin sürücülərinin oğurluq etmələri barədə Xaçmaz st. XPŞ-də ona məlum olmuşdur. Onun vəzifəsi yük maşınını yükləməkdən ibarətmiş, ondan o tərəfə məlumatı yoxmuş, həmin yüklü maşına sürücü cavab verirmiş. Hətta "kon” sürücüsü olaraq onun iş vaxtında belə, şirkətin hər hansı bir sürücüsünün iş vaxtında və ya öz növbəsi xaricində (sürücünün iş vaxtından sonra) doldurulmuş yükün hansı sürücü tərəfindən, hara aparılmasından, həmin vaxt həmin yükün sürücüyə etibar olunub-olunmamasından, təyinatı üzrə çatdırılıbçatdırılmamasından məlumatları olmamışdır. Həmin texnikanı əgər yük avtomobillərinin dayanacağı yaxındadırsa sürüb avtomobillərin yanına saxlanca qoyurmuş. Saxlanc yeri uzaq olduqda həmin texnikanı işlədikləri yerdə, yəni stokun yanında qapısını kilidləmədən qoyub gedirmiş. “Kolin” şirkətində sürücü işləmiş Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır, Təqsirləndirilən şəxs tərəfindən şirkətə məxsus qırmadaşı oğurlayaraq satması barədə hər hansı bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və ya digər sürücülər tərəfindən ona heç bir maddi vəsait verilməmiş, ona yalnız şirkət tərəfindən əmək haqqı verilirmiş. Əgər onun şirkətdən hər hansı bir oğurluq edilməsi barədə məlumatı olsaydı, o, bu barədə şirkətə məlumat verərdi. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2022-ci ildən Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyində kamp amiri, yəni sahə rəisi vəzifəsində işləyir. 2023-cü ildən Xaçmaz rayonu, Ləcət kəndinin ərazisindən keçən dəmir yolu xətlərində təmir-tikinti işlərini aparırlar Bu məqsədlə qırmadaş yük avtomobilləri ilə gətirilərək Ləcət dəmir yolu stansiyası ərəzisinə, stok adlanan yerə boşaldılmışdır. 2024-cü ilin son aylarında onlara məlum olmuşdur ki, şirkətədə işləyən bir neçə yük avtomobillərinin sürücüləri iş vaxtından sonra, gecə saatlarında şirkətə məxsus qırmadaşı dəmir yolu ərazisindən gizlincə daşıyıb apararaq kənar şəxslərə satmışlar. Bu barədə işlədiyi şirkətin rəhbərliyi Xaçmaz st. XPŞ-nə ərizə ilə müraciət edərək həmin sürücülər barəsində araşdırma aparılmasını xahiş etmişdir. Bununla bağlı 2025-ci ilin yanvar ayının son günlərində Xaçmaz st. XPŞ-nin əməkdaşaları ilə birlikdə sürücülər tərəfindən qırmadaş oğurlanaraq daşındığı Ləcət kəndində yerləşən həmin ərazilərə keçirilən baxışda o da iştirak etmişdir Baxışda qeyd olunan ərazidə boş torpaq sahələrinin kənarında şirkətədən oğurlanmış qırmadaş aşkar olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, aşkar olunmuş şirkətə məxsus oğurlanmış qırmadaşın bir hissəsi, yəni, təqribən 250-300 tonu bu ilin yanvar ayının əvvəllərində həmin ərazilərədən götürülərək şirkətə qaytarılmışdır. Bundan sonra Xaçmaz st. XPŞ-nə bu barədə məlumat verilmişdir. Şahid1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramdan müəyyən edilir ki, o, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, işin məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli ərizədən müəyyən olunur ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Xaçmaz st. XPŞ-yə müraciət edərək dəmiryolu inşaatında istifadə olunan “Kolin İnşaat” firmasına məxsus Ləcətdə (D.Y. 180-ci kilometrdə) yerləşən stok sahəsindən təqribi 2100 ton həcmdə 0-38 fraksiyalı qırmadaş materialın (1 ton-26.047 AZN, 2100*26.047=54,698.96 AZN) həmin firmaya məxsus yük avtomobilləri ilə ətraf qəsəbələrə satıldığı GPS izləmə qeydlərindən və həmin polis şöbəsinin əməkdaşları ilə birlikdə yerində təyini zamanı aşkarlanmışdır. Bu hadisənin araşdırılması və dəyən ziyanın ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus stok sahəsi Xaçmaz rayonu, Ləcət kəndi ərazisində ADY-nin Ləcət stansiyasının 180ci kilometrində yerləşidr. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və baxış prosesinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olunur ki, Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid dəmir yolu ərazisindən qırmadaşların oğurlanaraq boşaldıldığı Xaçmaz rayonu, Ləcət kəndinin girəcəyində yerləşən əraziyə baxış keçirilmişdir. Hadisə yeri Xaçmaz rayonu Ləcət kəndinin girəcəyidir. Baxış zamanı həmin ərazidə qırmadaşın yayıldığı müşahidə olunmuşdur. Baxışda iştirak edən “KOLİN” şirkətində sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, 2024-cü ilin dekabr ayının ortalarından 2025-ci ilin yanvar ayının 20-nə kimi olan müddət ərzində iş vaxtından sonra, gecə saatlarında ümumilikdə 5 dəfə olmaqla idarə etdiyi “KOLİN” şirkətinə məxsus olan “HOVA” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dəmir yolundan qırmadaşları oğurlayaraq həmin əraziyə gətirib boşaltmış və bunun müqabilində tanımadığı şəxsdən ümumilikdə 580 manat pul vəsaiti almış və hər yük avtomobili 10 ton qırmadaş tuturmuş. Habelə baxışda iştirak edən “Kolin" şirkətinin kamp amiri (sahə rəisi) Şahid1 bildirmişdir ki, dəmir yolundan oğurlanmış qırmadaş “Kolin” şirkətinə məxsusdur, Bundan başqa, baxış zamanı sübut əhəmiyyəti kəsb etdiyindən və ekspertizaya təqdim olunmasından ötrü müəyyən miqdarda qırmadaş nümunə kimi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2025-ci il tarxli, 9/860 nömrəli rəyindən müəyyən edilir ki, 0-38 fraksiyalı qırmadaşın təqdim olunmuş nümunəyə əsasən 1 tonunun 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 18 manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq, müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 0-38 fraksiyalı qırmadaşın 1 tonunun qiyməti 26,047 manat təşkil edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatından müəyyən edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir, belə ki, həmin oğurlanmış qırmadaşın bir tonu şirkətə 26,047 manata başa gəlir, buraya yükləmə, daşınma və digər xərclər də daxildir. İş materiallarında olan 22 mart 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 50 ton 0-38 fraksiyalı qərmadaşın qiymətinin zərərçəkmiş şəxsin göstərdiyi qiymətə (vurulmuş ziyanın miqdarına) istinad edilməklə cəmi 1302,35 manat (min üç yüz iki manat otuz beş qəpik) olması nəzərə alınmışdır. Həmin qərardan müəyən edilir ki, baxış zamanı ekspertizaya təqdim edilməsi üçün götürülmüş 370 qram 0-38 fraksiyalı qırmadaş maddi sübut kimi tanınmış və Xaçmaz st. XPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yük avtomobili sürücüsü vəzifəsində çalışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda tikintisi davam edən Sumqayıt-X4 Xəttinin Bərpası üzrə Layihələndirmə, Təchizat və Quraşdırma işləri lahiyəsində həmin şirkətə aid yük avtomobilini iş üzrə Təqsirləndirilən şəxs da istifadə etməsi üzrə icazə verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün və qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan, BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Əmirxanlı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində üç azyaşlı uşağı var. (xx.xx.2012, xx.xx.2013, xx.xx.2015) İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyi 02 aprel 2025-ci il tarixli arayışından, həmçinin 16 iyul 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs vurduğu zərərin məbləği olan 1302 manat 35 qəpik məbləğində vəsait xx.xx.2025-ci il tarixdə zərərçəkmiş hüquqi şəxsə nağd qaydada ödəmiş, dəymiş ziyan tamamilə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. İş materiallarında olan Şabran rayon İHB-nın Əmirxanlı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs orta təhsillidir, ailəlidir. Yaşadığı kənddə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına riayət etməklə öz ailəsi, kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində Nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan hökmün və qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan, BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-10/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum olunmuş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 7(031)-5/2023 saylı qərarına əsasən ona hökmlə təyin edilmiş 6000 manat cərimə cəzası 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatdığından o, xx.xx.2024-cü il tarixdən Şabran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır; həmin hökmə əsasən təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzası xx.xx.2024-cü il tarixdə aradan qalxmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını müəyyən etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir.. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halı, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran, Siyəzən və Xızı rayonlarının ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 370 qram çəkidə 0-38 fraksiyalı qırmadaş hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsinin videoçəkilişinin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran, Siyəzən və Xızı rayonlarının ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 370 qram çəkidə 0-38 fraksiyalı qırmadaş hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsinin videoçəkilişinin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Şabran Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-111/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-111/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver