Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı–Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Kakalos kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxsRusiya Federasiyasının vətəndaşının hüquqlarından istifadə etmək məqsədilə istintaqla öldüyü müəyyən edilən dayısı qızı, Rusiya Federasiyası vətəndaşı X2 doğum haqqında şəhadətnaməsini özünə məxsus doğum haqqında şəhadətnamə kimi Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına təqdim edərək əldə etdiyi özünün fotoşəkli əks olunmuş X2 adına olan 65N6301035 nömrəli Rusiya Federasiyasının pasportunu xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Xaçmaz rayonunun ərazisində yerləşən «Xanoba» sərhəd nəzarət məntəqəsində öz pasportu kimi təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasından Azərbaycan Respublikasına müəyyən olunmuş sənədlər olmadan qanunsuz olaraq keçmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, 1997-ci il tarixdə 'işləmək məqsədi ilə anası Vlanuz İskəndərova ilə birlikdə qatarla rəsmi qaydada X5 vilayətinin Noyabrsk rayonuna getmiş və Noyabrsk rayonunda dayısı Əlihəsən İsgəndərovun yanında qalmışdır. Rusiyada yaşamaq və işləmək üçun qeydiyyatdan keçməli və 3 ayda bir dəfə dövlət sərhədindən giriş-çıxış etməli olmuşdur. Buna görə də dayısı Əlihəsən ona ölmüş qızı 1981 -ci il təvəllüdlü Afet Mamedovanın doğum haqqında şəhadətnaməsini verərək bildirmişdir ki, həmin şəhadətnamə ilə özünə Rusiyanın şəxsiyyəti vəsiqəsini alsın. Belə ki, dayısı qızı Afet doğulduqdan 1 ay sonra xəstəlikdən ölmüşdür. O da həmin şəhadətnamə ilə 1998-ci il tarixdə X5 vilayətində DİN-ə müraciət etmişdir. Həmin orqana fotoşəklini, doğum haqqında şəhadətnaməsini vermiş və dövlət rüsumunu kassaya keçirmişdir. Təxminən 15 gündən sonra öz fotoşəkili ilə, lakin xx.xx.1981 -ci il təvəllüdlü X2 anket məlumatları ilə olan şəxsiyyət vəsiqəsi əldə etmişdir. Həmin şəxsiyyət vəsiqəsi ilə də özünə ümumvətəndaş pasportu almışdır. O həmin paspotla dəfələrlə Rusiyadan Azərbaycana gəlmiş, bir müddət qaldıqdan sonra geriyə qayıtmışdır. O Noyabrsk rayonunda bələdiyyədə süpürgəçi işləmişdir. 2002- 2003-cü ildə o Bakıya gələrək bir müddət təndirçi işləmişdir. 2007-ci il tarixdə maddi çətinliyi olduğundan Rusiya Federasiyasına qayıtmaq qərarına gəlmiş, elə həmin tarixdə qatarla Tümen vilayətinə getmişdir. Astara rayonunda xəstə qardaşı yaşamış və ara-sıra Rusiyadan qardaşına baş çəkmək üçün yanına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Rusiya pasportunun müddəti tamam olduğundan özünə qanuni yeni pasport almış və həmin pasportla xx xxxxxx 2020ci il tarixdə Azərbaycana qardaşı Rövşənin yanına Astara rayonuna gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə qərara gəlmişdir ki, bazarlıq etmək üçün İrana getsin. Bu məqsədlə Astara SNM-ə gəlmiş, SNM-də qanuni Azərbaycan pasportunu sərhəd naryadına təqdim etmişdir. Lakin ölkəyə həmin pasportla girişinin olmadığına görə onu saxlamışlar.Törətdiyi əməllərdən peşiman olduğunu bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Dövlət Sərhəd Xidmətinin Astara SNM-də xidmət edən Şahid1 ifadəsindən görünür ki, sənədlərin yoxlanışı» sərhəd naryadı növündə xidmətdə olmuşdur. Xidmətə olduğu zaman saat 10 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikasına getmək istəyən bir nəfər şəxs rəsmiləşdirilməsi üçün pasportunu ona təqdim etmişdir. O, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş pasportu təlimata uğun olaraq İAMAS bazasına daxil etmişdir. Qeyd etdiyi pasport İAMAS sistemində «sərhədkeçmə əlaqələrinin pozuntusu» verdiyi üçün aidiyyəti üzrə növbə rəisi Şahid2 məruzə etmişdirm. Belə ki, Təqsirləndirilən şəxs ölkədən çıxışı qeyd olunsa da. ölkəyə girişi barədə heç bir məlumat qeydə alınmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş şahid Dövlət Sərhəd Xidmətinin Astara SNM-də xidmət edən Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə anoloci ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə portret ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş PC AZE C01720188 saylı Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportundakı fotoşəkildə, xx xxxxx 2016-cı il tarixdə X2 adına verilmiş, ********** saylı Rusiya Federasiyasının vətəndaşının pasportundakı fotoşəkildə və xx xxxxxx 2019-cu il tarixdə X3 adına verilmiş 65№6301035 saylı Rusiya Federasiyasının vətəndaşının pasportundakı fotoşəkildə qadın cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş üç ədəd “A 4” formatlı ağ vərəqdəki “1-9” rəqəmləri ilə işarələnmiş fotoşəkillərdə əks olunmuş qadın cinsi şəxslərin (şəxsin) xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanları, çənəsi və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxsnun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsnun ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, təqsirini etiraf etməsini barəsində cəzanı yüngülləşdirən hallar kimi,eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnun törətdiyi cinayətin ağırlığını və onun əmlak vəziyyətini nəzərə alaraq, ona əməlinin tövsif olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Bu zaman məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut, X4 məxsus **********7 saylı ümumvətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-portret ekspertizasının dəyəri 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsindəhökmün icrası onun yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, X4 məxsus **********7 saylı ümum vətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-portret ekspertizasının dəyəri 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən,elan edildiyi andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə AzərbaycanRespublikasınınSumqayıt Apellyasiya Məhkəməsinə məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Sədrlik edən: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №1(067)-112/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-112/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver