Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2022 03.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı - 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, müdafiəçisi Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Dəvəçi rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidməti tərəfindən verilən xx.xx.2022-ci il tarixli 182 nömrəli balıqovlama biletinə əsasən siyənək və axçalı balıqların ovuna icazə verildiyinə görə 26 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, İstisu qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özüyeriyən və özüüzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd “Yamaha 75” markalı asma mühərriklə təchiz edilmiş AŞA 8273 bort nömrəli taxta qayıqdan istifadə etməklə təxminən 1,5 mil dənizə üzdükdən sonra 1 ədəd tor qurmuş, 29 mart 2022-ci il tarixdə həmin qayıqla qurduğu toru yoxlayarkən ovlanması qadağan olunmuş 5 ədəd nərə cinsli, 1 ədəd Xəzər qızıl balığının tora düşdüyünü aşkar etmiş, gəlir əldə etmək və qazanc məqsədi ilə balıqları qayığa yığıb sahilə çıxardıqda DSX-nin Sahil X13 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq qayığa baxış keçirilərkən qayığın bortunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 645 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2022-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş 5 ədəd nərə cinsli, 1 ədəd Xəzər qızıl balığın qanunsuz tutulmaqla ümumilikdə balıq ehtiyatlarına xeyli miqdarda yəni, 1375 (min üç yüz yetmiş beş) manat məbləğində ziyan vurulması aşkar edilməklə müvafiq qaydada sənədləşdirilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin mart ayının sonlarında Xəzər dənizində tor qurmuşdur. Onunla işləyən şəxs olmadığından iki-üç gün olmuşdur ki, dənizə gedə bilməmişdir. Dostu Şahid5 və tanıdığı digər şəxs Şahid6 səhər saatlarında o, dəniz kənarında olarkən ona yaxınlaşıb onları qayıqla gəzdirməsini xahiş etmişlər, o da razı olmuşdur. O, Famil ilə Aslanı qayıqla dənizdə gəzdirəndə həm də özünün atdığı tora baxmış və həmin tora qanunsuz, onun kvotasında olmayan balıqlar düşdüyünü görmüşdür. Həmin balıqları da götürüb qayıqla sahilə çıxanda DSX-nin əməkdaşları qayığı yoxlamışlar və qanunsuz tutduğu balıqları aşkar etmişlər. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, bir daha belə əməllər törətməyəcəyini bildirərək barəsində yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz olaraq 05 ədəd nərə balığı və 01 ədəd Xəzər qızılbalığını ovlamış, dəymiş ziyanla bağlı 1375 manat məbləğində ziyan hesablanmışdır. Həmin məbləğdə ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də mülki iddiadan imtina etdiklərini, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası DSX-nin X18 əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında təqsirləndirilən şəxsin Xəzər dənizindən qanunsuz balıq ovlamasını aşkar etmişlər. Təqsirləndirilən şəxsin qanunsuz olaraq tutduğu həmin balıqlar nərə balıqları və qızıl balıq olmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası DSX-nin X18 əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 29 mart 2022-ci il tarixdə o, gizir Şahid2, gizir Şahid1 və mayor Şahid3lə birlikdə İstisu sahil nəzarət bölməsinin ərazisində əraziyə baxış qrupu olaraq xidmət təşkil etmişlər. Həmin vaxt ərazidən qayıdan üzən nəqliyyat vasitəsi olan qayığa baxış zamanı həmin qayıqda üç nəfərin olduğunu, qayığın içərisində taxta qutunun içərisində 01 ədəd qızıl balıq və 05 ədəd nərə balığı aşkar edilmiş və tərəflərindən müvafiq qaydada sənədləşdirilmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası DSX-nin X18 əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 29 mart 2022-ci il tarixdə xidmətdə olarkən qayığa baxış keçirilən zaman Təqsirləndirilən şəxs tutduğu 01 ədəd qızıl balıq və 05 ədəd nərə balığı tərəflərindən aşkar olunaraq götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, balıq almaq istəmişdir. Bunu bilən tanışı Şahid5 təqsirləndirilən şəxsin balıq satdığını bildirmiş və sonuncunun yanına getmişlər. Təqsirləndiriləndən qayıqla onları dənizə gəzintiyə çıxarmasını xahiş etmişlər, təqsirləndirilən razı olmuş və qayıqla gəzəndə təqsirləndirilən demişdir ki, dənizdə tor qurmuş, gəlmişkən tora da baxsın. Təqsirləndirilən toru yoxlamış və balıqları çıxarıb qayığa qoymuşdur, lakin o, hansı balıqlar olduğunu bilməmişdir. Onlar sahilə çıxanda DSXnin əməkdaşları onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Şahid5 Əlikiram oğlu ifadəsində göstərdi ki, o və Şahid6 təqsirləndirilən şəxsin yanına gəldikdən sonra sonuncudan onları qayıqla dənizdə gəzinti üçün aparmasını xahiş etmişlər. Təqsirləndirən əvvəlcə razı olmamış, yenidən xahiş edəndən sonra razılaşmış və onlar qayıqla gəzintiyə çıxmışlar. Qayıdanda təqsirləndirilən onlara demişdir ki, dənizdə toru vardır, toru da götürəndən sonra sahilə çıxsınlar. Təqsirləndirilən tora baxıb götürmüş və bundan sonra sahilə çıxmışlar, sahilə çıxanda DSX-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, 29 mart 2022-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində dəniz kənarında iş yoldaşları Şahid2, Şahid4 və Şahid1 ilə birgə xidmətdə olarkən axşam saat 18 radələrində dəniz istiqamətindən sahilə yaxınlaşan üzərində bir ədəd “Yamaha 75” markalı mühərrik olan AŞA 8273 bort nömrəli taxta qayığı sahildə saxlayıb içərisinə yoxlama tətbiq etmişlər. Yoxlama zamanı qayıqda 3 nəfər olduğunu, həmin şəxslərin şəxsiyyətini müəyyən etdiklərini, sonra isə qayığa baxış zamanı oradan ölü vəziyyətdə olan 5 ədəd nərə cinsli, 1 ədəd isə Xəzər qızılbalığı cinsli balıqların olduğunu aşkar etdiklərini, həmin növdən olan balıqların ovlanması qadağan olunduğu üçün müvafiq araşdırma aparılması üçün həmin balıqların götürüldüyünü, müvafiq sənədləşmə apararaq özlərinin və qayıqda olan şəxslərin iştirakı ilə akt tərtib edildiyini, orada olan bütün şəxslərin aktı imzaladığını bildirmişdir. O, həmçinin ifadəsində həmin vaxtdan sonra da qeyd edilən şəxsləri bir daha görmədiyini, aşkar edilmiş balıqlardan başqa qayıqda qeyri-qanuni heç bir şey aşkar edilmədiyini, iş materiallarında olan sərhəd xidməti əməkdaşları tərərfindən toplanmış materiallarda qayığın bort nömrəsi tərtib edilmiş sənədlərdə İS 3321 kimi qeyd edildiyini, lakin qayığı idarə edən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qayığa aid olan sənədlərdə qayığın bort nömrəsinin AŞA 8273 olması barədə sorğu-sual edilərkən həmin qayığa dövlət tərəfindən verilən bort nömrəsi həqiqətən də AŞA 8273 olmasını, İS 3321 nömrəsi isə Dövlət Sərhəd Xidmətinin daxili jurnalında həmin qayığa verilən sıra nömrəsi olduğunu, ona görə də ilkin sənədləşmədə qayığın nömrəsinin bu qaydada göstərildiyini ifadəsində bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X7 ifadəsindən müəyyən edilir ki, o, uzun müddətdir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olur. Belə ki, axçalı balıq torları ilə Xəzər dənizində ovlanmasına heç bir məhdudiyyət olmayan balıq növlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə və balıq ovlama biletinə əsasən ovlanması ilə məşğul olur. 07 fevral 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 182 nömrəli balıqovlama bileti əldə etmiş, həmin biletin onun adına verilməsi ilə yanaşı Təqsirləndirilən şəxs, Şahvələd Fərhadov və Tale Nəsrullayevin briqada üzvləri kimi orada adlarının qeyd edildiyini, Təqsirləndirilən şəxsla uzun müddətdir ki, dostluq münasibəti olduğunu, sonuncu dəfə balıq ovlamaq üçün bilet alanda Təqsirləndirilən şəxs ondan həmin biletə onun da adını yazdırmağını xahiş etdiyini, o da Təqsirləndirilən şəxs xahişinə əsasən onun da adını biletinə yazdırdığını ifadəsində göstərmişdir. O, balıq ovlama biletində hansı balıqların ovlanmasına icazə verildiyi də qeyd edildiyini, Təqsirləndirilən şəxs briqada üzvü kimi adı qeyd edilsə də, əslində müstəqil şəkildə balıq ovlama biletində qeyd edilən 1 ədəd AŞA 8273 nömrəli motorlu qayıqla Xəzər dənizində balıq tutmaqla məşğul olduğunu bildirərək, onun bu işi həmişə tək gördüyünü, heç vaxt onun işi ilə maraqlanmadığını, eyni zamanda da Təqsirləndirilən şəxs gördüyü iş barədə ona hesabat vermədiyini ifadəsində bildirmişdir. O həmçinin ifadəsində Təqsirləndirilən şəxs uzun müddətdir balıq ovu ilə məşğul olduğu üçün qanunvericiliklə ona hansı balıqların ovlanmasına icazə verildiyini və qadağan olunmuş balıqları tutduğu halda məsuliyyət daşıdığını yaxşı anladığını bildirərək onun nə vaxt dənizə girdiyini, hansı miqdarda və hansı növ balıqların ovlamasmdan xəbərinin olmadığını, təxminən mart ayının axırlarında Təqsirləndirilən şəxs dənizdə 5 ədəd nərə cinsli, 1 ədəd isə Xəzər Qızılbalığını qanunsuz tutaraq sahilə çıxardıqda sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılaraq qayığa baxış keçirilən zaman qeyd edilən balıqların aşkar edilərək götürüldüyünü eşitdiyini, Təqsirləndirilən şəxsla birlikdə dənizə çıxan Şahid6 və Şahid5 adlı şəxsləri tanımadığını bildirmişdir. İş materiallarında olan raportlardan, aktdan, baxış protokolundan və fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə qabaqlayıcı əməliyyat məlumatı əsasında saat 18:10 radələrində İstisu SNB-nin xidməti ərazisinin 105-ci yanalma körpüsündə “ƏBQ/ÜVR” sərhəd naryadı xidmətini təşkil etmiş sərhəd naryad başçısı mayor Şahid3 və üzvləri kapitan Şahid4, gizir Şahid2 və kiçik-çavuş Şahid1 tərəfindən rejim sularından qayıdan üzmə vasitəsinə - PG-3 adlı, “Yamaha 75” markalı asma tipli mühərriklə təchiz edilmiş, bort nömrəsi 8723, seriyası AŞA, reyestr nömrəsi 273 olan taxta qayığa baxış keçirilmiş, baxış zamanı üzmə vasitəsindən 05 (beş) ədəd nərə cinsli balıq (bir ədəd doğranılmış, dörd ədəd qarnı yarılmış halda), 01 (bir) ədəd Xəzər qızıl balığı (bütöv halda) aşkar edilmişdir. Qanunsuz ovlanmış balıqların olduğu həmin qayıqda Xaçmaz rayon sakini xx.xx.1973-cü il təvəllüdlü Şahid6, Siyəzən rayon sakinləri xx.xx.1975-ci il təvəllüdlü Şahid5 Əlikiram oğlu və xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmaları müəyyən olunmuşdur. Araşdırma üçün vətəndaşlar və aşkar edilmiş balıqlar İstisu SNB-yə gətirilmiş, balıqların ümumi çəkisinin Xəzər qızıl balığının 5 kq, Nərə cinsli balıqların 20 kq 600 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş balıqlar müvafiq olaraq 8 nömrəli akt əsasında ərazidən götürülərək X18 soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan balıqovlama biletindən (BB № 002968) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər dənizinin Xaçmaz rayonunun İstisu qəsəbəsi akvatoriyasının ərazi sularında (02 mil) 26 mart 2022-ci ildə siyənək və axçalı balıqların ovuna icazə verilmişdir. İş materiallarında olan “Gəmi Bileti”nin (AA № 09532) surətindən və fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin hazırkı cinayət əməlini törədərkən istifadə etdiyi nəqliyyat vasitəsi PG-3 adlı, “Yamaha 75” markalı asma tipli mühərriklə təchiz edilmiş, bort nömrəsi 8723, seriyası AŞA, reyestr nömrəsi 273 olan taxta qayıq olmuşdur. İş materiallarında olan “Texniki talon”un (AA № 027213) və etibarnamənin surətlərindən müəyyən edilir ki, təqsirləndirilən şəxsin hazırkı cinayət əməlini törədərkən istifadə etdiyi qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. İş materiallarında olan etibarnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin hazırkı cinayət əməlini törədərkən istifadə etdiyi PG-3 adlı, “Yamaha 75” markalı asma tipli mühərriklə təchiz edilmiş, bort nömrəsi 8723, seriyası AŞA, reyestr nömrəsi 273 olan qayığa dair səlahiyyətləri X1 Coşqun Səməndar oğluna etibar etmişdir. İş materiallarında olan qanunsuz ovlanmış balıqlarla bağlı dəymiş ziyanın hesablanması “Cədvəli”ndən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli, 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə müəyyyən edilir: -Nərə balığının 1 (bir) ədədinin qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyan 220,0 (iki yüz iyirmi) AZN təşkil edir. 5 (beş) ədəd nərə cinsli balıqların qanunsuz ovlanması nəticəsində təbiətə 1100,0 (bir min yüz) AZN ziyan dəymişdir. -Xəzər qızılbalığının 1 (bir) ədədinin qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyan 275,0 (iki yüz yetmiş beş) AZN təşkil edir. 1 (bir) ədəd Xəzər qızılbalığının qanunsuz ovlanması nəticəsində təbiətə 275,0 (iki yüz yetmiş beş) AZN ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 9/3591 saylı ekspert rəyindən müəyyən edilir ki, 05 ədəd Nərə balığının və 01 ədəd Xəzər qızılbalığının qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 1375,00 manat müəyyən edilir. 05 ədəd Nərə balığı – 1100,00 (5x220m) manat; 01 ədəd Xəzər qızılbalığı – 275,00 manat. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “Akt”dan və sübutların qiymətləndirilməsi barədə 20 iyun 2022-ci il tarixli qərardan müəyyən edilir ki, 05 ədəd nərə balığı və 01 ədəd Xəzər qızılbalığı, 01 ədəd AŞA 8273 bort nömrəli taxta qayıq, “Yamaha-75” markalı mühərrik maddi sübut kimi tanınaraq, balıqlar DSX-nin Sahil X13 Şöbəsinin anbarındakı soyuducuda, qeyd olunan taxta qayıq və mühərrik isə NBPİ-nin Xaçmaz st. XPŞ-nin rəis müavini X12 akt əsasında təhvil verilməklə həmin polis şöbəsinin həyətində saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, X10, Şahid6 və Şahid5 Əlikiram oğlunun əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının “Balıqçılıq haqqında” 27 mart 1998-ci il tarixli Qanunun 1-ci maddəsinə görə: balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemidir; balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələridir; balıq - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıqdır. Həmin Qanunun 6-cı maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi balıqçılıq su obyektidir. Həmin Qanunun 3-cü maddəsinə görə, balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur. Həmin Qanunun 7-ci maddəsinə görə, balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi balıqçılıq sahəsində dövlətin əsas prinsiplərindəndir. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə görə, ətraf mühitə zərərli təsir - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 №-li qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 1.6-cı bəndinə görə, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5.1-ci bəndinə görə, balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının sənaye ovu qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 645 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2022-ci il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nə görə, Xəzər dənizində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş balıq və digər su bioresursları növlərinin, ağ qızılbalıq və nərə cinsli balıq növlərinin (bölgə, kələmo, nərə və uzunburun) ovuna müəyyən edilmiş kvotalar, onlardan yalnız elmi-tədqiqat və bərpa məqsədi ilə akvakultura üçün istifadəni nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydalan”nın 2.5.3-cü bəndinə görə, nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli,146 nömrəli qərarı ilə təsdiq edilmiş ”Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in10-cu bəndinə görə, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd Xəzər qızılbalığına vurulmuş ziyan 275 manat, bir ədəd nərə balığına vurulmuş ziyan 220 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin 01 ədəd Xəzər qızılbalığını və 05 ədəd nərə balığını qanunsuz olaraq ovlaması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 1375 manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 256.1-ci maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu cinayət əməli özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə həmin Məcəllənin 256.2.2-ci maddəsinin tərkibi yaranır. Həmin Məcəllənin Qeyd hissəsinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Bu cinayətin predmeti balıqlar və digər su bioresurslarıdır. Qeyd olunan cinayət əməlinin obyektiv cəhəti balıqların və digər su bioresurslarının xeyli miqdarda ziyan vurulmasına səbəb olan qanunsuz tutulmasında ifadə olunur. Tutma dedikdə, balıqların və digər su bioresurslarının ovlanmış və ya tutulmuş canlı təbiət obyektlərinin həcmindən asılı olmayaraq, onlara faktiki sahibolma ilə nəticələnən ovlanması, tutulması, öldürülməsi (yemək üçün kəsilməsi) və təbii mühitdən digər formada çıxarılması prosesi başa düşülür. Balıqlar və ya başqa su heyvanlarını qanunsuz tutma dedikdə, bu prosesin həyata keçirilməsi zamanı şəxsin ova dair müvafiq normativ aktlarla müəyyən edilmiş ümumi qadağanları pozması, yaxud balıqları və digər su bioresursları tutmanın predmetini, həcmini, yerini, vaxtını və üsullarını müəyyən edən icazənin şərtlərini pozması başa düşülür. Cinayət Məcəlləsinin 256.2-ci maddəsində qeyd olunan cinayətin özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən istifadə edilməklə törədilməsi ağırlaşdırıcı tərkib əlaməti qismində nəzərdə tutulmuşdur. Özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən istifadə etmə dedikdə, balıqların və digər su bioresurslarının qanunsuz tutulmasında katerlərdən, motorlu qayıqlardan, sair kiçik ölçülü üzən vasitələrdən istifadə olunması başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X6 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli bank qəbzindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində vurduğu ziyanla bağlı verilmiş mülki iddia məbləği olan 1375 (min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaitini mülki iddiaçının hesabına köçürmüşdür. İş materiallarında olan inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəməsini, mülki iddiaçının ona qarşı heç bir şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İHB-nın İstisu qəsəbə İƏD-də nümayəndəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşayır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs münasibətdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X13 Şöbəsinin anbarındakı soyuducuda saxlanılan 05 ədəd nərə balığı və 01 ədəd Xəzər qızılbalığı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi, NBPİ-nin Xaçmaz st. XPŞ-nin rəis müavini X12 akt əsasında təhvil verilməklə həmin polis şöbəsinin həyətində saxlanılır vasitə (alət) olan PG-3 adlı, “Yamaha 75” markalı asma tipli mühərriklə təchiz edilmiş, bort nömrəsi 8723, seriyası AŞA, reyestr nömrəsi 273 olan 01 ədəd taxta qayıq hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi (mülkiyyətçisi) X3 qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X9, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iş materiallarında olan balıqların qiymətləndirilməsinə dair “Cədvəl”i, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini, mülki iddia ərizəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli,146 nömrəli qərarı ilə təsdiq edilmiş ”Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” ilə əlaqəli şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli cinayət əməli ilə 01 ədəd Xəzər qızılbalığını və 05 ədəd nərə balığını qanunsuz olaraq ovlaması nəticəsində dövlətin balıq ehtiyatlarına ümumilikdə 1375 (min üç yüz yetmiş beş) manat məbləğində ziyan vurmuşdur. İş materiallarından müəyyən edilir ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətdiyi cinayət əməli nəticəsində balıq ehtiyatlarına vurduğu 1375 (min üç yüz yetmiş beş) manat məbləğində ziyanın təqsirləndirilən şəxsdən alınaraq mülki iddiaçının hesabına ödənilməsi barədə mülki iddia tələbi vardır. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli bank qəbzindən müəyyən edilir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində vurduğu ziyanla bağlı verilmiş mülki iddia məbləği olan 1375 (min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaitini mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına (AZ78CTRE******************** VÖEN: **********) köçürmüşdür. İş materiallarına əlavə edilmiş ərizələrdən müəyyən edilir ki, mülki iddiaçının nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət işi üzrə vurulmuş ziyanı, yəni mülki iddia tələbini təşkil edən 1375 (min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaitini mülki iddiaçının hesabına köçürmüş, bununla da mülki iddiadan imtina etdiyini bildirərək mülki iddia icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, isə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X13 Şöbəsinin anbarındakı soyuducuda saxlanılan 05 ədəd nərə balığı və 01 ədəd Xəzər qızılbalığı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut - NBPİ-nin Xaçmaz st. XPŞ-nin rəis müavini X12 akt əsasında təhvil verilməklə həmin polis şöbəsinin həyətində saxlanılan vasitə (alət - PG-3), “Yamaha 75” markalı asma tipli mühərriklə təchiz edilmiş, bort nömrəsi 8723, seriyası AŞA (İS-3321), reyestr nömrəsi 273 olan 01 ədəd taxta qayıq və mühərrik (“Yamaha 75” markalı asma tipli) hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi (mülkiyyətçisi) X3 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X9, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Mülki iddiaçının təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı mülki iddiasından imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-112/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-112/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver