Məhkəmə qərarları › İş №1(067)-112/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-112/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2023 06.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən şəxs X31 Muhammad və onun müdafiəçisi Müdafiəçi3, tərcüməçi X13 iştirakı ilə xx xxxx 2001-ci ildə Pakistan İslam Respublikasının Sıalkot şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Sıalkot şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1-in Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 2004-cü ildə Pakistan İslam Respublikasının Hafızabad şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Hafızabad şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 1992-ci ildə Pakistan İslam Respublikasının Sıalkot şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Sıalkot şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 1983-cü ildə Pakistan İslam Respublikasının Gujrat şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Gujrat şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs4-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 1994-cü ildə Pakistan İslam Respublikasının Sıalkot şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Sıalkot şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs5-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxx 2002-ci ildə Pakistan İslam Respublikasının Gujrat şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Gujrat şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs6-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 1978-ci ildə Pakistan İslam Respublikasının Mandı Bahauddın şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Mandı Bahauddın şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - X31 Muhammad-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X26 Sarfraz, X27, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, Muhammad Təqsirləndirilən şəxs5 Nawaz, Təqsirləndirilən şəxs6, X31 Muhammad ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X31 Muhammad, X27, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Muhammad Təqsirləndirilən şəxs5 Nawaz ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X31 Muhammad, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, X26 Sarfraz, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, Muhammad Təqsirləndirilən şəxs5 Nawaz ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs4 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X31 Muhammad, X27, Təqsirləndirilən şəxs1, X26 Sarfraz, Təqsirləndirilən şəxs6, Muhammad Təqsirləndirilən şəxs5 Nawaz ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs5 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2, X27, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, Təqsirləndirilən şəxs1, X35 Muhammad, X31 Muhammad ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs6 Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X31 Muhammad, X27, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, Muhammad Təqsirləndirilən şəxs5 Nawaz ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, X31 Muhammad Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Amjad, Təqsirləndirilən şəxs4 Muhammad Yaqoob, X32 Sharıf, X35 Muhammad, X20 Nawaz ilə birlikdə 22 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin2 N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da X31 Muhammad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada iki həftə qaldıqdan sonra Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2001-ci il tarixdə Pakistan İslam Respublikası Sialkot şəhərində anadan olmuş, orta təhsilini Sialkot şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğudan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onların ölkələrinə viza vermirdi. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olurdu. Pakistanda olarkən tanışı X22 bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 5000 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin avqust ayında X24 2000 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra X22 zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycan Respublikası Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra İmran adlı pakistanlının işlətdiyi "NCS" hotelə getmiş və orada qalmışdır. X22 mobil nömrəsi ilə zəng edərək bildirmişdi ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirəcəkdir. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində X22 zəng edərək bildirmişdir ki, hotelin qarşısına çıxsın və orada onu taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəyini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəyini də qeyd etmişdir. Bundan sonra o, hotelin qarşısına çıxmışdır. Orada iki taksi olmuşdur. Əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və harasa getməyə başlamışlar. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada iki həftə qaldıqdan sonra Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda veridiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2004-cü il tarixdə Pakistan islam Respublikası Hafizabad şəhərində anadan olmuş, orta təhsilini Hafizabad şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğundan işləmək üçün Avropaya getmək qərarına gəlmiş, lakin Avropa ölkələri onların ölkəyə getmək üçün viza verməmişdir. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olur. Pakistanda olarkən tanışı Zishan ona bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 1500 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin oktyabr ayında Zishana 700 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Zishan ona zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir, Bakı şəhərinə gəldikdən sonra "Pəncab" hotelə getmiş və orada qalmışdır. Zishan ona mobil nömrəsi ilə zəng edərək bildirmişdir ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirəcəklər. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişlər. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zishan ona zəng edərək bildirmişdir ki, Pəncab otelin yaxınlığında “NCS” hotel var və həmin hotelin qarşısında taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəklərini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəklərini də qeyd etmişdir. Bundan sonra o, hotelin qarşısına getmişdir. Orada iki taksi olmuşdur. Əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və harasa getməyə başlamışlar. Taksidə olarkən bildirmişlər ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada üç həftə qalıb bərbər salonunda işləmiş, sonra iş tapa bilmədiyi üçün Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O və digər təqsirləndirilən şəxslər Bakı şəhərindən sərhədi keçmək məqsədilə Xaçmaz rayonuna gəlmək üçün taksiyə birlikdə mindikdən sonra bir-birləri ilə tanış olmuşlar. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdə Pakistan İslam Respublikası Sialkot şəhərində anadan olmuş, orta təhsilini Sialkot şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğundan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onların Avropaya getmələri üçün viza verməmişdir. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək mümkün olmuşdur. Pakistanda olarkən tanışı Molbı Rashıd ona bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 4000 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin oktyabr ayında Molbı Rashıdə 2000 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Molbı Rashıd ona zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra onlar İmran adlı pakistanlının işlətdiyi "NCS" hotelə getmiş və orada qalmışdır. Molbı Rashıd ona mobil nömrəsi ilə zəng edərək bildirmişdir ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirmişdir. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Molbı Rashıd ona zəng edərək bildirmişdir ki, hotelin qarşısına çıxsın və orada onu taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəklərini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəklərini də qeyd etmişdir. Bundan sonra o, hotelin qarşısına çıxmışdır. Orada iki taksi olmuşdur. Əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və harasa getməyə başlamışdır. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada bir ay qalmış, sonra iş tapa bilmədiyi üçün Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onun Azərbaycana, oradan Rusiyaya, oradan da Avropa ölkələrinə işləmək üçün getməsini təşkil edəcəyini bildirmiş Pakistan Respulikasından olan şəxs ondan bunun üçün pul almış, onu Bakı şəhərindən Xaçmaz rayonuna aparan şəxs də Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən Pakistanlı şəxs olmuş, həmin sürücyə istiqaməti ondan pul almış həmin Pakistanda yaşayan şəxs olmuş, həmin taksi sürücüsünə yol haqqını da Pakistandakı həmin şəxs sürücünün kartına göndərmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.1983-cü il tarixdə Pakistan İslam Respublikası Gujrat şəhərində anadan olmuş, orta təhsilini Gujrat şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğundan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onların ölkəyə getmələri üçün viza verməmişlər. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olur. Pakistanda olarkən tanışı olan Malik Arşid ona bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 1000 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin oktyabr ayında Malik Arşidə 500 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Malik Arşid ona zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra o, "Pəncab" hotelə getmiş və orada qalmışdır. Malik Arşid ona mobil nömrəsi ilə zəng edərək iki taksi tapmağını və deyəcəyi pakistanlılarla ona konum atacığı rayona getməyini bildirmişdir. Belə ki, artıq qanunsuz olaraq dövlət sərhədindən Rusiyaya keçəcəkdi. O, ilk öncə Bakı şəhərində tanış olduğu həmyerlisi X30 zəng etmiş və taksi lazım olduğunu bildirmişdir. X23 bildirmişdir ki, artıq taksilik fəaliyyəti ilə məşğul olmur və 1-2 günə Pakistana qayıdır. Lakin X33 yanında olan X25 Mustafaya taksi lazım olduğunu bildirmişdir. O, eşitmişdir ki, X25 Mustafa iki tanış taksisinin olduğunu demişdir. Bundan sonra o, taksinin gələcəyi "NCS" otelin konumunu göndərmiş və həmin otelin qarşısına getmişdir. Bir neçə dəqiqə sonra taksilər həmin əraziyə gəlmişlər. Bir neçə dəqiqə ərzində pakistanlılar hotelin qarşısına yığışmağa başlamışlar. Hamı gəldikdən sonra onlar taksiyə əyləşmişlər. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Malik Arşid ona gedəcəkləri istiqamətin konumunu atmış və o da həmin istiqamətdə getmişdir. Eyni zamanda, digər pakistanlılar da onu izləmişdirlər. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada bir neçə gün qaldıqdan sonra Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O və digər təqsirləndirilən şəxslər Pakistan Respublikasından Azərbaycan Respublikasına ayrıayrılıqda gəlmişlər, əvvəlcədən bir-birlərini tanımamışlar. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs5 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.1994-cü il tarixdə Pakistan İslam Respublikası Sialkot şəhərində anadan olmuş, orta təhsilini Sialkot şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğundan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onların ölkəyə getmələri üçün viza verməmişlər. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olur. Pakistanda olarkən tanışı olan Mohammad Alı ona bildirmişdi ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 1200 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin sentyabr ayında Mohammad Aliyə 600 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Mohammad Alı ona zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra İmran adlı pakistanlının işlətdiyi "NCS" hotelə getmiş və orada qalmışdır. Mohammad Alı ona mobil nömrəsi ilə zəng edərək bildirmişdir ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirəcək. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Mohammad Alı ona zəng edərək bildirmişdir ki, hotelin qarşısına çıxsın və orada taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəklərini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəklərini də qeyd etmişdir. Bundan sonra o, hotelin qarşısına çıxmışdır. Orada iki taksi olmuşdur. Əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və harasa getməyə başlamışlar. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşlarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada on-on iki gün qaldıqdan sonra Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs6 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2002-ci il tarixdə Pakistan İslam Respublikası Gujrat şəhərində anadan olmuş, orta təhsilini Gujrat şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğudan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onları ölkələrinə getmək üçün viza verməmişdir. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olmuşdur. Pakistanda olarkən tanışı olan X22 bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 4000 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin oktyabr ayında X24 2000 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra X22 zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Təyyarədə olarkən X31 Muhammad adlı şəxslə tanış olmuşdur. Belə ki, X29, X31 Muhammaddən də pul alaraq onu Bakı şəhərinə göndərmişdir. Bakı şəhərinə gəldikdən sonra onlar İmran adlı pakistanlının işlətdiyi "NCS" hotelə getmiş və orada qalmışdır. X22 mobil nömrəsi ilə zəng edərək bildirmişdir ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirəcəkdir. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində X22 zəng edərək bildirmişdir ki, X31 Muhammad ilə birlikdə hotelin qarşısına çıxsın və orada onları taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəklərini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəklərini də qeyd etmişdir. Bundan sonra o və X31 Muhammad hotelin qarşısına çıxmışlar. Orada iki taksi və əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və getməyə başlamışlar. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmək üçün təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmiş, orada iki həftə qaldıqdan sonra Bakı şəhərindən Xaçmaz rayonuna taksi ilə, digər təqsirləndirilən şəxslərlə birlikdə gələrək gecə saatlarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Pakistandan olan şəxs ondan Rusiyada, Avropada işləməsi üçün pul alaraq onu Bakı şəhərində işləyən taksi sürücüsünün vasitəsilə Xaçmaz rayonu istiqamətinə yönləndirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətinin nəzərə alınmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk dəfədir, Azərbaycan Respublikasına gəlmiş, onun burada heç kimlə qohumluq münasibətləri yoxdur. Ölkəsində, yəni Pakistan İslam Respublikasında siyasi təqibə, heç bir işgəncəyə və təqibə məruz qalmamış və hazırkı hökmlə təyin olunacaq cəzasını çəkdikdən sonra öz ölkəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X1 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdə Pakistan İslam Respublikası Mandı Bahuddın şəhərində anadan olmuş, orta təhsilini Mandı Bahuddın şəhərində almışdır. Pakistanda dolanışığı çətin olduğundan işləmək üçün Avropaya getmək qərarına gəlmişdir. Lakin Avropa ölkələri onların ölkələrinə getmək üçün viza verməmişlər. Buna görə də ancaq Avropa ölkələrinə qanunsuz getmək olmuşdur. Pakistanda olarkən tanışı olan X22 bildirmişdir ki, onu Avropaya qanunsuz olaraq göndərə bilər. Bunun üçün isə 1000 ABŞ dolları lazım olduğunu qeyd etmişdir. O da məcbur qalaraq razılaşmışdır. 2022-ci ilin oktyabr ayında X24 500 ABŞ dolları pul vermiş və qalanını da Avropaya çatdıqdan sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra X22 zəng edərək xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Azərbaycanın Bakı şəhərinə gedəcəyini, oradan da onu qanunsuz olaraq ilk öncə Rusiyaya, Rusiyadan isə Avropaya keçirəcəklərini qeyd etmişdir. Bundan sonra o, qeyd olunan tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Təyyarədə olarkən Təqsirləndirilən şəxs6 adlı şəxslə tanış olmuşdur. Belə ki, X29, Təqsirləndirilən şəxs6 də pul alaraq onu Bakı şəhərinə göndərmişdir. Bakı şəhərinə gəldikdən sonra onlar İmran adlı pakistanlının işlətdiyi "NCS" hotelə getmiş və orada qalmışlar. X22 mobil nömrəsi ilə zəng edərək bildirmişdir ki, vaxtı gələndə Avropaya nə vaxt gedəcəklərini bildirəcəkdir. Həmin vaxtdan elə hoteldə qalmış və ara-sıra Bakı şəhərinə çıxaraq gəzmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində X29 Təqsirləndirilən şəxs6ə zəng edərək bildirmişdir ki, onunla birlikdə hotelin qarşısına çıxsın və orada onları taksi gözləyir. Həmin taksi ilə Rusiya ilə sərhəddə yerləşən rayona gedəcəklərini və həmin rayondan qanunsuz olaraq Rusiyaya keçəcəklərini də qeyd etmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs6 hotelin qarşısına çıxmışlar. Orada iki taksi və əlavə olaraq da 6 nəfər pakistanlı olmuşdur. Onlar taksiyə əyləşmiş və getməyə başlamışlar. Taksidə olarkən bilmişdir ki, avtomaşını idarə edən şəxslər də pakistanlıdırlar. Bir neçə saat sonra onlar adını xatırlamadığı Rusiya ilə sərhəddə yerləşən rayona çatmışlar. Avtomaşından düşdükdən sonra onlar meşəlik ilə Rusiya istiqamətində 7 nəfər pakistanlı hərəkət etməyə başlamışlar. Avtomaşınlar isə onları düşürdükdən sonra geriyə qayıtmışlar. Onlar bir qədər hərəkət etdikdən sonra qarşılarına hərbiçilər çıxmış və onları saxlamışlar. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirdi ki, 22 noyabr 2022-ci il tarixdə, saat təxminən 05:50 radələrində digər əsgərlə birlikdə sərhəd xidməti apararkən iki avtomobilin yaxınlaşdığını görmüşlər. O, həmin avtomobilləri saxlamış, avtomobillərdən birinin içərisində beş nəfər, digərində isə dörd nəfər olduğunu, sənədlərini yoxladıqda Pakistan vətəndaşları olduqlarını müəyyən etmişdir. Bu barədə rəhbərliyə məruzə edilmiş, əraziyə gələn həyəcan qrupu saxlanılmış şəxsləri sərhəd zastavasına aparmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsləri saxladıqları ərazi sərhəddən üç-dörd km aralıda yerləşmişdir. Təqsirləndirilən şəxslərin üzərində yalnız mobil telefonları və şəxsi əşyaları olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00-dan 08:00-dək o və Şahid1 1-ci sərhəd zastavasının 10-12-ci sahələrində «Nəzarət məntəqəsi» sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahəyə doğru hərəkət etmişlər. Xidmətdə olduğu zaman saat 05 radələrində şübhəli şəxslərin dövlət sərhəd xətti, yəni Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət etdiyini müşahidə etmişdir. Onlar dərhal həmin şəxsləri müşahidə altında saxlayaraq bu barədə sərhəd zastavasına məlumat vermişlər. Əlverişli yer seçərək şübhəli şəxslərin yaxınlaşmasını gözləmişlər. Daha sonra həmin şəxslərə dayan komandası verib onları saxlamışlar. O, bir qədər arxada iki ədəd avtomaşının olmasını müşahidə edərək həmin avtomaşınları və onları idarə edən iki şəxsi saxlamışdır. Bundan sonra əraziyə gələn həyəcan qrupu saxlanılmış şəxsləri sərhəd zastavasına aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə saat 02:00-dan 08:00dək o və gizir Şahid2 1-ci sərhəd zastavasının 10-12-ci sahələrində «Nəzarət məntəqəsi» sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahəyə doğru hərəkət etmişlər. Xidmətdə olduğu zaman saat 05 radələrində şübhəli şəxslərin dövlət sərhəd xətti, yəni Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət etdiyini müşahidə etmişdir. Onlar dərhal həmin şəxsləri müşahidə altında saxlayaraq bu barədə sərhəd zastavasına məlumat vermişlər. O, əlverişli yer seçərək şübhəli şəxslərin yaxınlaşmasını gözləmişdir. Daha sonra həmin şəxslərə dayan komandası vermiş və onları saxlamışdır. Gizir Şahid2 bir qədər arxada iki ədəd avtomaşının olmasını müşahidə edərək həmin avtomaşınları və onları idarə edən iki şəxsi saxlamışdır. Bundan sonra əraziyə gələn həyəcan qrupu saxlanılmış şəxsləri sərhəd zastavasına aparmışdır. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, baxış keçirilən hadisə yeri Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının 10- 12-ci sahəsinin yaxınlığıdır. Qeyd olunan ərazinin hər tərəfi ağaclıqdan ibarətdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X31 Muhammad dövlət sərhəd xəttindən təxminən 550-600 metr aralıda, Azərbaycan Respublikası-Rusiya Federasiyası istiqamətində hərəkət edərkən saxlanılmışlar. Qeyd olunan sahənin qarşı tərəfində Rusiya Federasiyası Dağıstan Respublikası Məhərrəmkənd rayonu Primorski qəsəbəsi yerləşir. Həmin nöqtədən düz stiqamətdə 133-134 nömrəli sərhəd nişanları istiqamətində torpaq yol uzanır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə həmin Məcəllənin 318.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 məhkumluqları yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 törətdikləri cinayəti etiraf edərək həmin cinayət əməlindən səmimi peşmançılıq hissi keçirmələrini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X2 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X2 təyin ediləcək cəzaların çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlar təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X31 Muhammad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 22 noyabr 2022-ci il tarixli protokollardan, Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 4(009)-525, 4(009)-526, 4(009)-527, 4(009)-528, 4(009)-529, 4(009)-530, 4(009)-531/2022 nömrəli qərarlarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 barələrində həbsetmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin barələrində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X2 məxsus pasportlardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşlarıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər əcnəbi vətəndaş olduqlarından onların barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X1 əcnəbi vətəndaş olmalarını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkələrində siyasi təqibə məruz qalmadıqlarını, heç bir işgəncəyə və təqibə məruz qalmayacaqlarını bildirməklə cəzalarını çəkib qurtardıqdan sonra öz ölkələrinə göndərilmələrini xahiş etmələrini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın X31 Muhammad Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və X31 Muhammad əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar